Məhkəmə qərarları › İş №1(007)-233/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-233/2023

06.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-233/2023 06.04.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Nigar Qədirli Aftandil qızının, Məhkəmə iclasının katibi: X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxsn, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 6 saylı vəkil bürosunun Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs: xx xxxx 1996-cı ildə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, nömrəsiz evdə kirayə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən zərərçəkmiş şəxsin sağlamlığına xuliqanlıq niyyəti ilə az ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 14 sentyabr 2022-ci ildə saat 23:45 radələrində ünvan 3 ünvanın qarşısında piyada hərəkət edən Zərərçəkmiş şəxs yaxınlaşıb guya sonuncunun onun tanışı olan qadını narahat etməsini bəhanə edib heç bir hüquqi və faktiki əsas olmadan xuliqanlıq niyyətilə özünün şəxsiyyətini Zərərçəkmiş şəxs şəxsiyyətinin fövqündə qoyub, ümumi davranış, əxlaq və mənəviyyat normalarına hörmətsizlik ifadə edib yumuruqla Zərərçəkmiş şəxs üz nahiyəsinə qəsdən iki dəfə yumuruq zərbəsi vuraraq sonuncuya ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan çənənin sağ bucağının yerinidəyişmiş sınığı, alt dodağında sağda, ağzın sağ küncünə yaxın nahiyəsində sıyrığından ibarət xəsarət yetirməklə xuliqanlıq niyyətilə qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2019-cu ildən X4 ilə tanış olmuş və həmin vaxtdan onunla yaxın münasibəti yaranmış, 2020-ci ildə X2 ilə ailə həyatı qurmuş və birgəh nikahdan 2021-ci ildə qızı Milana Kurçayeva anadan olmuşdur. 14 sentyabr 2022-ci ildə saat 15 radələrində o, qardaşı Şahid1, tanışı Əhməd və Əli ilə Bakı şəhəri, Xəzər rayonu, Şüvalan qəsəbəsində yerləşən restoranda əyləşib yemək yeyib araq və pivə içmişlər. Həmin günü saat 22 radələrində o, qardaşı Şahid1lə birlikdə yol avtomobili ilə evə gedən zaman tanışı Nərgiz Abbasova ona zəng vuraraq onunla işi olduğunu və Bakı şəhəri, Nizami rayonunda olan “Laçın” ticarət mərkəzinin qarşısına gəlməsini bildirmiş, o da qardaşı ilə birlikdə “Laçın” ticarət mərkəzinin qarşısında taksidən düşmüş, qardaşı Şahid1 Heydər Əliyev parkına tərəf getməsini bildirmiş, qardaşı parka tərəf gedəndən sonra o, Nərgiz Abbasovanın yanına gedərək nə olduğunu soruşmuş, Nərgiz Abbasova ona “Laçın” ticarət mərkəzi ilə üzbəüz Heydər Əliyev parkının qarşısı ilə gedən bir oğlanı göstərərək həmin oğlanın ondan nömrə istəyərək söz atdığını demiş, o da Nərgizi evə göndərərək həmin oğlanla özü danışacağını bildirmişdir. Nərgiz Abbasova getdikdən sonra o, yaxınlıqda olan köşkdən 02 ədəd metal qabda spirtli içki olan “Go” almış və qardaşı Şahid1 çatıb birini ona vermiş, birini isə açıb içməyə başlamış, bundan sonra o və qardaşı Şahid1lə birlikdə Heydər Əliyev parkının kənarında olan Bəhruz Nuriyev küçəsi ilə piyada gedən zaman siqaretini çıxarıb çəkmək istəyən zaman alışqanı olmadığını görmüş, qarşıdan gələn oğlandan alışqanı olub-olmadığını soruşmuşdur. Həmin şəxs nəsə demiş, o, həmin şəxsin səsini eşitməmiş və həmin vaxtı Nərgiz Abbasovanın ona göstərdiyi oğlan olduğunu görmüşdür. O, həmin oğlanı görüb qıcıqlanmış və həmin oğlanın üzərinə gedib heç bir söz demədən sağ və sol əli ilə həmin oğlanın üz nahiyəsindən zərbə vurmuş, bundan sonra həmin şəxs kənara çəkilmiş və o, da kənara çəkilmişdir. Qardaşı Şahid1 isə ondan təxminən 2-3 metr aralıda olmuş, onun Zərərçəkmiş şəxs vurması heç bir dəqiqə çəkməmiş və kənarda şəxslər yığışmamışdır. O, Zərərçəkmiş şəxs vurduqdan sonra Zərərçəkmiş şəxs onu vurmamışdır. Daha sonra Post Partul Xidmətinin əməkdaşları gəlib onu və qardaşı Şahid1 Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 24-cü Polis şöbəsinə aparmışlar. Onlar polis şöbəsində olan zaman görmüşlər ki, yumruqla vurduğu oğlan da polis şöbəsindədir. Həmin oğlan polis əməkdaşlarına heç bir şikayəti olmadığını bildirmişdir. Bundan sonra polis şöbəsində onu və qardaşı Şahid1 sərbəst buraxmışlar. Hal-hazırda törətdiyi əməldən peşman olmasını, ilk dəfə cinayət törətməsini və himayəsində 1 azyaşlı uşağının olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində ifadə verən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs və onun yanında olmuş qardaşı Dimtriy Kurçayevi tanımır, onlarla heç vaxt münasibəti olmamışdır. O, 2018-ci ildən ünvan 4 ünvanda “Kapital bank” bankının yaxınlığında olan “Nömrə 1” kafesində ofisiant işləyir, hər gün saat 10-da işdə olur və saat 24 radələrində işdən çıxıb evə gedir. 14 sentyabr 2022-ci ildə saat 10 radələrində işə gəlmiş və həmin günü müştəri olmadığı üçün saat 23:30 radələrində evə getmək üçün kafedən çıxmış, ticarət mərkəzinin qarşısından 1 manatlıq taksi ilə yaşadığı evə getmək üçün Bəhruz Nuriyev küçəsi ilə üzü “Laçın” ticarət mərkəzi istiqamətində piyada getmişdir. O, piyada hərəkət edib kafedən 60-70 metr aralanıb Nizami Rayon Bələdiyyəsinin inzibati binasının qarşısına çatan zaman dayanmış avtomobillərin yanından tanımadığı bir nəfər şəxs çıxıb ona tərəf gəlmiş və ondan alışqan istəmişdir. O, həmin şəxsə alışqanının olmadığını bildirmiş, bu zaman gözləmədiyi halda həmin şəxs sağ və sol yumruğu ilə onun çənə nahiyəsindən vurmuşdur. O, heç başa düşməmişdir ki, həmin şəxs onu niyə vurdu. Sonra onlar kənara çəkilmiş və kənardan bir nəfər kişi gəlib onları aralaşdırmışdır. Bu zaman Post Patrul Xidməti əməkdaşları gəlmiş, onları Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis şöbəsinə aparmışdır. Həmin gecə onun çənə nahiyəsində güclü ağrılar başladığı üçün təcili tibbi yardım stansiyasına məlumat vermiş, ətraflı müayinədən keçirilməsi üçün Bakı şəhəri X7 aparılmış, orada bəlli olmuşdur ki, çənəsi sınıbdır. Təqsirləndirilən şəxsin ona dəymiş zərəri ödəmədiyini qeyd edərək, ondan şikayətçi olduğunu və təqsirləndirilən şəxsin cəzalandırılmasını məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı şahid qismində ifadə vermiş Şahid1 ifadəsində göstərmişdir ki, 14 sentyabr 2022-ci ildə saat 18-19 radəlrində o, qardaşı Təqsirləndirilən şəxs, Əhməd və Əli ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Şüvalan qəsəbəsində işlədiyi restoranda iş yoldaşı Əlinin ad günü qeyd edib, artıq dərəcədə spirtli içki qəbul etmişlər. Həmin günü saat 22 radələrində o və qardaşı Təqsirləndirilən şəxslə restorandan çıxmış və qardaşı Təqsirləndirilən şəxs evinə getməyi qərara almışlar. Bundan sonra o qardaşı Təqsirləndirilən şəxslə taksiyə əyləşib Bakı şəhəri, Xəzər rayonu, Şüvalan qəsəbəsindən üzü metronun “Xalqlar dostluğu” stansiyası istiqamətində hərəkət etmiş, daha sonra taksidən düşüb, “Go” adlı spirtli içki alıb qəbul edərək piyada Heydər Əliyev parkı istiqamətində getməyə başlamışlar. Həmin günü o, həddindən artıq spirtli içki qəbul etdiyindən başqa heç bir şey yadında deyil. Sonra onun və qardaşı Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 24-cü Polis şöbəsinin inzibati binasında olduğunu görmüş, lakin polis şöbəsinə necə gəldiyini xatırlamamışdır. Məhkəmə istintaqı şahid qismində ifadə vermiş X5 ifadəsində göstərmişdir ki, 2019cu ildə Təqsirləndirilən şəxslə tanış olmuş və həmin vaxtdan onunla yaxın münasibəti yaranmışdır. 14 sentyabr 2022-ci ildə saat 15 radələrində Təqsirləndirilən şəxs evdən çıxmış və Bakı şəhəri, Xəzər rayonu, Şüvalan qəsəbəsində olan restoranda qardaşı Şahid1 və digər uşaqlarla birlikdə adgünü qeyd edəcəklərini bildirmişdir. Həmin günü saat 21-22 radələrində o, Təqsirləndirilən şəxslə əlaqə saxlayaraq Bakı şəhəri, Nizami rayonunda yerləşən “Laçın” ticarət mərkəzinin yaxınlığında görüşmələrini bildirmişdir. Bundan sonra o, bir taksiyə əyləşib Bakı şəhəri, Nizami rayonunda yerləşən “Laçın” ticarət mərkəzinin yaxınlığına gəlmiş və taksidən düşüb “Laçın” ticarət mərkəzinin qarşısında Dinis və Şahid1lə görüşmüş, və onların həddindən artıq spirtli içki qəbul etdiklərini hiss etmişdir. Təqsirləndirilən şəxs onun qoluna girmiş və “Laçın” ticarət mərkəzinin qarşısında Heydər Əliyev adma parkın sol tərəfində olan küçə ilə piyada gedən zaman Şahid1 telefonla danışa-danışa onların arxasınca gəlmiş, bu zaman qarşıdan gələn tanımadığı bir oğlan ona baxıb gülmüş, Təqsirləndirilən şəxs oğlana niyə güldüyünü soruşmuş, həmin oğlan nəsə demiş, ancaq yadında qalmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs ona getməsini, onun da Şahid1lə birlikdə gələcəyini bildirmişdir. O, piyada gedərkən geri dönüb baxan zaman 15-20 metr aralıda Təqsirləndirilən şəxs səkidə olan avtomobillərin arxasından çıxıb həmin cavan oğlanın qarşısında durduğunu, qardaşı Şahid1 isə onun arxasınca gəldiyini, Təqsirləndirilən şəxs həmin oğlana yaxınlaşıb sağ və sol əli ilə həmin cavan oğlanın üz nahiyəsində zərbə ilə vurduğunu görmüşdür. Bundan sonra o, yaşadığı evə getmiş və bu barədə Təqsirləndirilən şəxs anası Sveta Kurçayevaya məlumat vermişdir. 15 sentyabr 2022-ci ildə gecə vaxtı Təqsirləndirilən şəxs və Şahid1 onun yaşadığı evə gəlmişlər və demişlər ki, onları Bakı şəhəri Nizami Rayon Polis rəsinin 24-cü Pols şöbəsinə aparmışlar və izahat yazandan sonra onları sərbəst buraxmışlar. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid3 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, Zəngilan rayonu, Ağabənd kəndində qeydiyyatda olsa da, Bakı şəhəri, Xətai avonunda yerləşən 248 nömərli uşaq baxçasında ailəsilə birlikdə yaşayır. O, orta məktəbi Azərbaycan dilində bitirmiş və 1999-2000-ci illərdə həqiqi hərbi xidmət etmişdir. 2015-ci ildən o, ünvan 3 ünvanda yerləşən “Kafe № 1” kafesini icarə əsasında işlətməklə məşğuldur. O, Zərərçəkmiş şəxs 2017-ci ildən tanıyır və Zərərçəkmiş şəxs həmin kafedə 2021-ci ilə kimi ofisiant qismində işləmişdir. 14 sentyabr 2022-ci il tarixdə saat 23:30-da Zərərçəkmiş şəxs kafedən çıxmış və evə gedəcəyini bildirmişdir. Təxminən 5-10 dəqiqədən sonra Zərərçəkmiş şəxs kafeyə qayıdıb gəlmiş və o, görmüşdür ki, Zərərçəkmiş şəxs ağızı və burunu qandır və Zərərçəkmiş şəxs əlini və üzünü yuyur. O, Zərərçəkmiş şəxs soruşmuşdur ki, nə olub ? səni kim vurub ? Zərərçəkmiş şəxs ona demişdir ki, tanımır. Həmin vaxtı “Laçın” ticarət mərkəzi tərəfdən üzü işlətdiyi kafeyə tərəf iki nəfər sarıyanız oğlan gəlirmiş. O, həmin şəxlərə yaxınlaşmış və həmin şəxsləri Zərərçəkmiş şəxs göstərib soruşmuşdur ki, Zərərçəkmiş şəxs siz vurubsunuz ? Həmin vaxtı iki nəfər şəxsdən biri qaçıb getmiş və qalan bir nəfər demişdir ki, onlar Rusif Məmədovu vurmayıblar. O. həmin şəxsdən soruşmuşdur ki, siz vurmayıbsınızsa nəyə görə yanında olan şəxs qaçıb getdi. Həmin şəxs ona demişdir ki, qaçan şəxs onun qardaşıdır, onlar Zərərçəkmiş şəxs vurmayıblar. Təxminən 5-10 dəqiqədən sonra qaçıb gedən şəxs onların yanına qayıdıb gəlmiş və o, həmin şəxslərə demişdir ki, əgər siz Zərərçəkmiş şəxs vurubsunuzsa ondan üzr istəyin. Həmin şəxslər demişlər ki, onlar Rusif Məmədovu vurmamışlar. Həmin vaxtı o, hiss etmişdir ki, həmin iki nəfər oğlan spirtli içki qəbul ediblər və həmin şəxslərin milliyəti rusdur. Həmin şəxslər Azərbaycan dilində danışsalar da, hiss olunurmuş ki, rus dillidirlər. Bu zaman Post Patrul Xidməti Bölüyünün əməkdaşları onlara yaxınlaşmış və o, vəziyyəti onlara danışmışdır. Post Patrul Xidməti Bölüyünün əməkdaşları həmin iki nəfər şəxsi və Zərərçəkmiş şəxs Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 24-cü Polis şöbəsinə aparmışlar. Bundan sonra o, da 24-cü Polis şöbəsinə getmiş, Zərərçəkmiş şəxs ərizə və izahat yazdıqdan sonra onu sərbəst buraxmışlar. O, Zərərçəkmiş şəxs idarə etdiyi avtomobillə evlərinə aparmışdır. 15 sentyabr 2022-ci ildə o, Zərərçəkmiş şəxs istifadəsində olan mobil telefon nömrəsinə zəng vursa da, cavab verməmişdir. Bundan sonra o, Rusif Məmədovun atası Xalid Məmmədova zəng vurub Zərərçəkmiş şəxs soruşmuşdur. Xalid Məmmədov demişdir ki, Zərərçəkmiş şəxs çənəsi sınıb, onu xəstəxanaya aparıb, əməliyyat olunubdur. Sonradan Zərərçəkmiş şəxs ona demişdir ki, onu həmin iki nəfər rus vurmuşdur. O, soruşmuşdur ki, həmin vaxtı niyə demədin? Zərərçəkmiş şəxs demişdir ki, istəyirmiş özü məsələni həll etsin. Məhkəmə-Tibbi Ekspertiza va Pataloji Anatomiya Birliyi X12 xx.xx.2022-ci il tarixli 876 nömrəli ekspertiza rəyindən görünür ki, Zərərçəkmiş şəxs çənənin sağ bucağının yerinidəyişmiş sınığı, alt dodağında sağda, ağzın sağ küncünə yaxın nahiyəsində sıyrığı olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni 14 sentyabr 2022-ci ildə alınmaları mümkündür və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Xəsarətlərin lokalizasiya və xüsusiyyətlərini nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin müxtəlif şəraitlərdə, o cümlədən qərarın təsviri hissəsində və şəxsin göstərdiyi şəraitlərdə əmələ gəlməsi mümkündür. Lakin bu xəsarətlərin şəxsin öz boyu hündürlüyündən yıxılması nəticəsində əmələ gəlməsi inandırıcı deyil. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə tövsif edilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs 14 sentyabr 2022-ci ildə saat 23:45 radələrində ünvan 3 ünvanın qarşısında piyada hərəkət edən Zərərçəkmiş şəxs oğlunu heç bir əsaslı səbəb olmadan, yəni xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs üz nahiyəsinə qəsdən iki dəfə yumuruq zərbəsi vuraraq çənənin sağ bucağının yerinidəyişmiş sınığı, alt dodağında sağda, ağzın sağ küncünə yaxın nahiyəsində sıyrıq kimi ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vuran xəsarətlər yetirmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü qismən təqsirli bilərək öz müdafiəsi üçün dəlil gətirərək bildirmişdir ki, o, 14 sentyabr 2022-ci ildə saat 23:45 radələrində Zərərçəkmiş şəxs vuraraq ona az ağır xəsarət yetirsə də, xuliqanlıq niyyəti olmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı özünü qismən təqsirli bilməsi barədə verdiyi ifadəyə tənqidi yanaşaraq qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəməyə verdiyi ifadə həqiqətə uyğun deyildir, zərərçəkmiş şəxsin və şahidlərin birbirinə və işin faktiki hallarına uyğun gələn ifadələri, ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə tam təkzib olunur, ona görə də məhkəmə hesab edir ki, onun bu məzmunda ifadə verməsi özünü müdafiə xarakterli olub cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Beləliklə, təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də, Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 127.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini nəzərə alır. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri nəzərə almışdır. İş üzrə müəyyən edilir ki, təqisrləndirilən şəxslə zərərçəkmiş şəxs arasında barışıq əldə olunmamış, dəymiş ziyan ödənilməmişdir. İş materiallarında olan AZ-İV 782685 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il təvəllüdlü X3 adında azyaşlı uşağı vardır. Məhkəmə təqsirləndirilən şəxsin ilk dəfə cinayət törətməsini və himayəsində 1 azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. xx.xx.2022-ci il tarixdə təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs axtarışda olan şəxs kimi tutulmuş, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 4(007)-671/2022 nömrəli qərarı ilə barəsində “həbs” qismində qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Beləliklə onun ibtidai istintaq dövründə 02 gün müddətinə “şübhəli şəxs” qismində tutulması hökm çıxarılarkən nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, maddi sübut kimi hesab edilən 14 sentyabr 2022-ci ildə saat 23:45 radələrində ünvan 3 ünvanın qarşısında Təqsirləndirilən şəxs heç bir səbəb olmadan xuliqanlıq niyyəti ilə sağ və sol əli ilə Zərərçəkmiş şəxs üz nahiyəsinə qəsdən iki dəfə zərbə vurması zaman təhlükəsizlik kamerasının video görüntüsü olan bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə ekspertiza xərci, xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 02 gün müddət ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 11 ay 28 gün (on bir ay iyirmi səkkiz gün) müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu vaxtdan, yəni 27 dekabr 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış 14 sentyabr 2022-ci ildə saat 23:45 radələrində ünvan 3 ünvanın qarşısında Təqsirləndirilən şəxs heç bir səbəb olmadan xuliqanlıq niyyəti ilə sağ və sol əli ilə Zərərçəkmiş şəxs üz nahiyəsinə qəsdən iki dəfə zərbə vurması zaman təhlükəsizlik kamerasının video görüntüsü olan bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxsna məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş 20 saat hüquqi xidmətə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 120 (bir yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 6 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar