Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-234/2023 06.09.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4, onun qanuni nümayəndəsi (atası) Qanuni nümayəndə2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxx 1976-cı il tarixdə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Yevlax şəhəri, Nizami prospekti ev 19, mənzil 3-də qeydiyyatda olan, Şəmkir Rayon Məhkəməsinin 28 avqust 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 66.5-ci maddəsinə əsasən qəti olaraq 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 29 iyul 2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş, hazırkı iş üzrə 17 noyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 19 noyabr 2022-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını cibindən gizli çıxarmaqla talayıb zərərçəkmiş şəxslərə maddi ziyan vuraraq oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını talamaq məqsədi ilə 10 noyabr 2022-ci il tarixdə saat 14:00 radələrində Bakı Metropoliteni QSC-nin “28 May” stansiyasından metronun “Dərnəgül” stansiyası istiqamətində hərəkət edən qatarın metronun “28 May” stansiyasında dayanmasından və vaqona minik zamanı sərnişinlərin sıxlığından istifadə edərək qatarın vaqonuna daxil olan sərnişin Zərərçəkmiş şəxs1 əynində olan qış gödəkçəsinin sağ cibindən sonuncuya məxsus dəyəri 900 manat olan bir ədəd “İphone XR” markalı, **********81220 İmei kodlu mobil telefonu, həmin telefonun üzərindəki dəyəri 5 manat olan telefon kabrosunu və dəyəri 5 manat ***-***-**-** saylı GSM nömrəni çıxarıb gizli talayaraq Zərərçəkmiş şəxs1 ümumilikdə 910 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını talamaq məqsədi ilə 14 noyabr 2022-ci il tarixdə saat 13:30 radələrində Bakı Metropoliteni QSC-nin “Elmlər Akademiyası” stansiyasından metronun “Həzi Aslanov” stansiyası istiqamətində hərəkət edən qatarın vaqonuna minik edən sərnişin Koreya Respublikasının vətəndaşı Zərərçəkmiş şəxs2 əynində olan qış gödəkçəsinin sağ cibindən sonuncuya məxsus dəyəri 1150 manat olan bir ədəd “İphone 11 Pro” markalı, **********53938 və **********44391 İmei kodlu mobil telefonu, həmin telefonun üzərindəki dəyəri 5 manat olan telefon kabrosunu, dəyəri 5 manat olan ekran qoruyucusunu, dəyəri 10 manat olan ***-***-**-** saylı GSM nömrəni çıxarıb gizli talayaraq Zərərçəkmiş şəxs2 ümumilikdə 1170 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını talamaq məqsədi ilə 14 noyabr 2022-ci il tarixdə saat 18:00 radələrində Bakı Metropoliteni QSC-nin “Gənclik” stansiyasından metronun “Dərnəgül” stansiyası istiqamətində hərəkət edən qatarın metronun “Gənclik” stansiyasında dayanmasından və vaqona minik zamanı sərnişinlərin sıxlığından istifadə edərək qatarın vaqonuna daxil olan sərnişin yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs3 əynində olan qış gödəkçəsinin sağ cibindən sonuncuya məxsus dəyəri 500 manat olan bir ədəd “Redmi 9T” markalı, **********78880 İmei kodlu mobil telefonu, həmin telefonun üzərindəki dəyəri 7 manat olan telefon kabrosunu, dəyəri 10 manat olan ***-***-**-** saylı GSM nömrəni çıxarıb gizli talayaraq Zərərçəkmiş şəxs3 ümumilikdə 517 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən 17 noyabr 2022-ci il tarixdə saat 15:30 radələrində Bakı Metropoliteni QSC-nin “Neftçilər” stansiyasının platformasında sərnişin Zərərçəkmiş şəxs4 əynində olan qış gödəkçəsinin sağ cibindən sonuncuya məxsus dəyəri 1740 manat olan bir ədəd “İphone 11” markalı, **********66965 və **********97374 İmei kodlu mobil telefonu, həmin telefonun üzərindəki dəyəri 3 manat olan telefon kabrosunu, dəyəri 5 manat olan ekran qoruyucusunu, dəyəri 5 manat olan ***-***-**-** saylı GSM nömrəni gizli talayaraq Zərərçəkmiş şəxs4 ümumilikdə 1753 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.5-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, yalnız Zərərçəkmiş şəxs4 məxsus mobil telefonu götürmüş, sonra isə polisə təqdim etmişdir, bu əməlinə görə özünü təqsirli bilir. Digər zərərçəkmişlərə məxsus mobil telefonları o, götürməmişdir. Polis şöbəsində onu məcbur etmişlər ki, oğurluqları etiraf etsin. Məhkəmə son sözlə çıxışında isə Təqsirləndirilən şəxs ümumilikdə ittiham üzrə özünü təqsirli bildiyini, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini göstərmiş, 4 epizod üzrə oğurluğun da onun tərəfindən törədildiyini etiraf etmiş, ata-anasının olmadığını, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələblərinin olmadığını nəzərə alaraq, ona yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Belə ki, məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində Təqsirləndirilən şəxs göstərmişdir ki, əvvəllər Azərbaycan Respublikası CM-nin müxtəlif maddələri ilə məhkum olunmuşdur. Sonuncu məhkumluğu xx.xx.2018-ci il tarixdə olmuşdur. O, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsi ilə ittiham olunmuşdur. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən 4 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2022-ci il tarixdə cəzasının son həddi ilə azadlığa buraxılmışdır. Azadlığa çıxdıqdan sonra qeydiyyatda olduğu Yevlax rayonuna getmişdir. O, Yevlax rayonunda göyərti əkməklə ailəsini dolandırmışdır. Yevlax rayonunda iş olmadığı üçün Bakı şəhərinə gəlmişdir. Bakı şəhərində bir gecəsi 2 və ya 3 manat olan ünvanlarda müvəqqəti kirayədə yaşamışdır. Bakı şəhərində də iş tapa bilmədiyi üçün ictimai nəqliyyatda və vətəndaşların sıx olduğu yerlərdən oğurluq cinayəti törətmək qərarına gəlmişdir. Əvvəllər də oğurluq cinayəti törətdiyi üçün onun həmin cinayət üzrə yetərincə təcrübəsi olmuşdur. xx.xx.2022-ci il tarixdə saat 15:20 radələrində Bakı Metropoliteni QSC-nin “Neftçilər” stansiyasının keçidinə düşmüşdür. Həmin stansiyada hərəkətdə olan bir qız onun diqqətini çəkmişdir. Adını istintaq araşdırması zamanı öyrəndiyi Zərərçəkmiş şəxs4 təqib etməyə başlamışdır. Aynaz platformaya giriş qapısından daxil olmuşdur. O, Aynazı təqib edərək qapıya kimi gəlmişdir. Platformanın giriş qapısı şüşədən olduğu üçün o, qapıdan rahat təqib etdiyi Aynazın harada olduğunu görmüşdür. Aynazın “Bakı Kart” aparatının qarşısında dayandığını görmüşdür. Aynaz “Bakı Kart” kartına pul yükləmişdir. Aynaz özünə məxsus olan qara rəngli mobil telefonu əynində olan qış gödəkçəsinin sağ yan cibinə qoymuşdur. Həmin vaxt aparatın da qarşısında xeyli sayda sərnişinlər olmuşdur. O, sənişinlərin sıxlığından istifadə edərək Aynazın əynində olan qış gödəkçəsinin sağ yan cibində olan mobil telefonu oğurlamışdır. Sonra o, metronun “Neftçilər” stansiyasını tərk etmişdir. O, metronu tərk etdikdən sonra oğurladığı telefona baxmışdır. Həmin vaxt o, görmüşdür ki, oğurluq cinayəti yolu ilə əldə etdiyi telefon “İphone” markalı telefondur. Lakin o, həmin telefonun modelini bilməmişdir. Telefonu oğurladıqdan sonra həmin telefonun üzərində olan mobil nömrəni, ekran qoruyucusunu və kaburonu metronun yaxınlığında tullamışdır. Oğurluq cinayətindən 1-2 saat sonra metronun “Neftçilər” stansiyasının yanında olan zaman iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşmışdır. Həmin 2 nəfər şəxs özlərini ona təqdim edərək polis əməkdaşı olduqlarını bildirmişlər. Daha sonra həmin polis əməkdaşları onu Bakı Metropolitenində polis şöbəsinə dəvət etmişlər. O, polis əməkdaşları ilə birlikdə Bakı Metropolitenində polis şöbəsinə getmişdir. Polis şöbəsində olan zaman o, polis əməkdaşlarına metronun “Neftçilər” stansiyasında telefon oğurladığını bildirmişdir. Sonra o, oğurluq yolu ilə əldə etdiyi “İphone” markalı mobil telefonu polis əməkdaşlarına təqdim etmişdir. Bundan başqa o, polis əməkdaşları tərəfindən saxlanılan zaman və polis şöbəsində olan zaman ona psixoloji və fiziki təsir olunmadığını, 10 noyabr 2022-ci il tarixdə Bakı Metropoliteni QSC-nin “28 May” stansiyasında vətəndaşların sıxlığından istifadə edərək stansiyanın platformasında dayanmış sərnişin, adını istintaq araşdırması zamanı bildiyi Zərərçəkmiş şəxs1 əynində olan qış gödəkçəsinin sağ cibindən bir ədəd “İphone XR” markalı mobil telefonu oğurladığını, telefonu oğurladıqdan sonra “28 May” stansiyasından çıxdığını, həmin telefonun üzərində kobura və 1 ədəd GSM nömrə olduğunu, stansiyadan çıxdıqdan dərhal sonra telefonun üzərində olan kobura və GSM nömrəni çıxardıb atdığını, xx.xx.2022-ci il tarixdə metronun “Elmlər Akademiyası” stansiyasına daxil olduğunu, həmin vaxt stansiyanın platformasında olan zaman istintaq araşdırması zamanı Koreya Respublikasının vətəndaşı olduğunu bildiyi Zərərçəkmiş şəxs2 “İphone 11 Pro” markalı mobil telefonunu oğurladığını, o, Zərərçəkmiş şəxs2 ilə birlikdə “Elmlər Akademiyasında” qatara mindiyini, qatarın vaqonunda olan sıxlıqdan istifadə edərək həmin şəxsin telefonunu oğurladığını, dəqiq yadında qalmayan stansiyada vaqondan düşərək metrodan çıxdığını, həmin telefonun üzərində olan koburanı, ekran qoruyucusunu və 1 ədəd GSM nömrəni çıxarıb atdığını, xx.xx.2022-ci il tarixdə Bakı Metropoliteni QSC-nin “Gənclik” stansiyasının platformasında olduğunu, həmin vaxt platformada dayanıb qatar gözləyən sərnişinin qış gödəkçəsinin sağ cibində olan mobil telefon onun diqqətini çəkdiyini, həmin telefonu oğurlamaq qərarına gəldiyini, “Dərnəgül” stansiyası istiqamətində hərəkət edən qatarın platformada dayandığını, qatarın 1-ci vaqonuna adını istintaq zamanı bildiyi Zərərçəkmiş şəxs3 ilə birlikdə mindiyini, onun əynində olan qış gödəkçəsindən sağ cibində olan mobil telefonu oğurladığını, həmin telefonun üzərində olan GSM nömrəni və koburanı çıxarıb atdığını, Zərərçəkmiş şəxs4 məxsus “İphone 11” markalı mobil telefonu konkret olaraq metronun “Neftçilər” stansiyasının vestibülündə oğurladığını, Zərərçəkmiş şəxs4 “Bakı Kart” aparatında pul yükləməsindən və orada olan sərnişinlərin sıxlığından istifadə edərək onun əynində olan qış gödəkçəsinin sağ yan cibindəki və əvvəlcədən gördüyü “İphone 11” markalı mobil telefonu oğurladığını, sonra həmin stansiyanı tərk etdiyini, metronun “Neftçilər” stansiyasının yaxınlığında olan parkda oğurladığı telefonun üzərində olan telefon kaburosunu, ekran qoruyucusunu və bir ədəd GSM nömrəni çıxarıb atdığını, Zərərçəkmiş şəxs1 məxsus “İphone XR” markalı mobil telefonu 10 noyabr 2022-ci il tarixdə saat 14 radələrində metronun “28 May” stansiyasının platformasında oğurladığını, 10 noyabr 2022-ci il tarixdə Bakı Metropoliteni QSC-nin “28 May” stansiyasına vətəndaşların cibindən oğurluq etmək üçün gəldiyini, Zərərçəkmiş şəxs1 məxsus “İphone XR” markalı mobil telefonu metronun “28 May” stansiyasının platformasında oğurladığını, həmin vaxt metronun “Dərnəgül” stansiyası istiqamətində hərəkət edən qatarın gəldiyini, Zərərçəkmiş şəxs1 həmin qatarın dəqiq yadında qalmayan vaqonuna mindiyini, onun həmin qatarı buraxıb növbəti qatarın gəlməsini gözlədiyini, metronun “20 Yanvar” stansiyası istiqamətində hərəkət edən qatara mindiyini, metronun “20 Yanvar” stansiyasında qatardan düşdüyünü, sonra oğurluq yolu ilə əldə etdiyi mobil telefonun üzərində olan bir ədəd telefon kaburosunu və bir ədəd GSM nömrəni dəqiq yadında qalmayan yerdə çıxarıb atdığını, 14 noyabr 2022-ci il tarixdə konkret olaraq metronun “Elmlər Akademiyası” stansiyasına oğurluq məqsədi ilə gəldiyini, Koreya Respublikası vətəndaşı Zərərçəkmiş şəxs2 Hyoyeol məxsus “İphone 11 Pro” markalı mobil telefonu metronun “Elmlər Akademiyası” stansiyasında “Həzi Aslanov” istiqamətində hərəkət edən qatarın dəqiq yadında qalmayan vaqonunda oğurladığını, Koreya Respublikası vətəndaşı Zərərçəkmiş şəxs2 Hyoyeol əynində olan qış gödəkçəsinin sağ cibindən oğurlqdıqdan sonra dəqiq metronun “Nizami” stansiyada vaqondan düşdüyünü, daha sonra metronu tərk etdiyini, “Nizami” metrosunu tərk etdikdən sonra oğurladığı telefona baxdığını, həmin vaxt oğurladığı telefonun “İphone 11 Pro” markalı olduğunu gördüyünü, həmin telefonun üzərində olan bir ədəd kaburonu, bir ədəd ekran qoruyucusunu və bir ədəd GSM nömrəni çıxarıb atdığını, 14 noyabr 2022-ci il tarixdə metronun “Gənclik” stansiyasına oğurluq məqsədi ilə gəldiyini, Zərərçəkmiş şəxs3 məxsus olan “Redmi 9T” markalı mobil telefonu metronun “Gənclik” stansiyasında oğurladığını, metronun “Gənclik” stansiyasında Zərərçəkmiş şəxs3 məxsus telefonu oğurladıqdan sonra metronu tərk etdiyini, metronun “Gənclik” stansiyasından çıxdıqdan sonra oğurladığı telefonun “Redmi 9T” markalı olduğunu bildiyini, həmin telefonun üzərində olan bir ədəd kaburonu və bir ədəd GSM nömrəni çıxardıb atdığını, 4 oğurluq cinayətindən başqa Bakı Metropoliteni QSC-nin stansiyalarında, vestibüllərində və platformalarında cinayət hadisələri törətmədiyini, oğurluq cinayətlərini törətməmişdən əvvəl həmin cinayətləri harada törətməyi barəsində bir neçə gün fikirləşdiyini, şəxsi nəqliyyat vasitəsi olmadığı üçün gedəcəyi bütün ünvanlara ictimai nəqliyyatdan avtobus və metrodan istifadə etməklə getdiyini, Bakı Metropoliteni QSC-nin stansiyalarının sıxlıq olduğunu və metrodan istifadə edən qadın sərnişinlərin istifadələrində olan mobil telefonları əyinlərində olan qış gödəkçələrinin cibinə qoyduqlarını gördüyünü, Bakı Metropoliteni QSC-nin stansiyalarından oğurluq etmək qərarına gəldiyini, 4 cinayət hadisəsini törətdiyini, cinayət yolu ilə əldə etdiyi “İphone XR” və “İphone 11 Pro” markalı mobil telefonu narkotik vasitələrin satışı ilə məşğul olan X7 verərək əvəzində şəxsi istifadəsi üçün narkotik vasitə heroin aldığını, “Redmi 9T” markalı mobil telefonu isə Bakı şəhəri, Nizami rayonu, “8-ci km” bazarında tanımadığı şəxsə 30 manata sənədsiz satdığını, “İphone 11” markalı mobil telefonu oğurlqdıqdan 1-2 saat sonra polis əməkdaşları tərəfindən saxlanıldığı üçün həmin telefonu sata bilmədiyini, oğurluq yolu ilə əldə etdiyi “İphone 11” markalı mobil telefonu təqdim etdiyini, X8 tanışı X1 vasitəsi ilə 10 gündür ki, tanıdığını, X5 istifadəsində olan ***-***-**-** saylı nömrəni bildiyini, X5 metronun “28 May” stansiyasının yaxınlığında yaşadığını bildiyini, təxminən 2 ay olar ki, narkotik vasitə olan heroin istifadə etdiyini, o, narkotik vasitə heroinə olan təlabatını müxtəlif şəxslərdən əldə etdiyini, X4 bir neçə dəfə narkotik vasitə olan heroin əldə etdiyini, əldə etdiyi narkotik vasitələrin ikisinin pulunun əvəzinə X7 oğurluq yolu ilə əldə etdiyi telefonlardan verdiyini, cinayət yolu ilə əldə etdiyi “İphone XR” və “İphone 11 Pro” markalı mobil telefonları X7 verib həmin telefonların əvəzində şəxsi istifadəsi üçün narkotik vasitə heroin alan zaman telefonların oğurluq olmasını bildirmədiyini, cinayət yolu ilə əldə etdiyi “Redmi 9T” markalı mobil telefonu Bakı şəhəri, Nizami rayonu “8-ci km” bazarı adlanan yerdə tanımadığı şəxsə 30 manata sənədsiz satdığını, lakin o, telefonu satan zaman oğurluq olmasını bildirmədiyini, həmin şəxsin telefonun cinayət yolu ilə əldə edilməsindən xəbərsiz olduğunu, X3 11 saylı cəza çəkmə müəssəsindən tanıdığını, həmin vaxtdan onunla normal münasibəti olduğunu, X1 onun etdiyi oğurluq cinayətindən xəbəri və məluamtı olmadığını, əldə etdiyi 30 manat pulu şəxsi istifadəsi üçün narkotik vasitəyə xərcələyrək “8-ci km” bazarı yaxınlığında tanımadığı narkotik vasitələrin satışı ilə məşğul olan şəxsə verib şəxsi istifadəsi üçün narkotik vasitə heroin əldə etdiyini, həmin şəxsi tanımadığını, onunla heç bir münasibəti olmadığını, anket məlumatını bilmədiyini, 10 noyabr 2022-ci il tarixdə Bakı Metropoliteni QSC-nin “28 May” stansiyasına tanışları X6 və X9 ilə daxil olduğunu, X1 və X5 onun etdiyi oğurluq cinayətlərindən məlumatı olmadığını, 10 noyabr 2022-ci il tarixdə X6 ilə birlikdə “Yaşıl Bazar” adlanan yerin yaxınlığında təsadüfən X9 ilə görüşdüyünü, həmin vaxt Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən və fəaliyyət göstərən “Sədərək TM”-nə gedib oradan özlərinə paltar almaq qərarına gəldiklərini, birlikdə metronun “28 May” stansiyasına gəldiklərini, metronun “28 May” stansiyasında sərnişin Zərərçəkmiş şəxs1 əynində olan qış gödəkçəsinin cibindəki mobil telefon diqqətini cəlb etdiyini və o, həmin telefonu oğurlamaq qərarına gəldiyini, metronun “20 Yanvar” stansiyası istiqamətində hərəkət edən qatarın platformada dayandığını, X6 və X5 həmin qatara mindiklərini, onun isə onlardan arxada gəlib qatara mindiyini və Zərərçəkmiş şəxs1 cibində olan mobil telefonu oğurladığını, sonra vaqondan düşdüyünü, növbəti qatarın gəlməsini gözlədiyini, növbəti gələn qatarla metronun “20 Yanvar” stansiyasına getdiyini, orada X6 və X9 ilə görüşdüyünü, həmin vaxt X1 onlardan ayrıldığını və anasının xəstələndiyini deyib yaşadığı evə getdiyini, X6 və X5 onun oğurladığı telefondan xəbərsiz və məlumatsız olduqlarını, qeyd olunan cinayət hadisələrini törədərkən ona heç kim köməklik göstərmədiyini və məsləhət vermədiyini, hadisə ilə bağlı heç kimin məlumatı olmadığını, başqa heç bir cinayət hadisəsi törətmədiyini, maddi imkanı olmadığından və narkotikə olan tələbatını ödəməkdən ötrü oğurluq cinayətləri törətdiyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 10 noyabr 2022-ci il tarixdə saat 14:00 radələrində metronun “Memar Əcəmi” stansiyasına getmək məqsədi ilə metronun “28 May” stansiyasının platformasında “Dərnəgül” stansiyası istiqamətində gedən qatarı gözləmişdir. Həmin vaxt platformada çoxlu sayda sərnişin olmuş və platforma sıxlıq olmuşdur. “Dərnəgül” stansiyası istiqamətində hərəkət edən qatar platformada dayanmışdır. Həmin vaxt onun əynində açıq qəhvəyi rəngli qış gödəkçəsi olmuşdur. Həmin gödəkçənin sağ yan cibində isə özünə məxsus olan “İphone XR” markalı, **********81220 İmei kodlu mobil telefon olmuşdur. O, metronun “28 May” stansiyasından “Dərnəgül” stansiyası istiqamətində hərəkət edən qatara minmişdir. Metronun “İnşaatçılar” stansiyasında qatarda olan zaman cibindəki mobil telefonun olmadığını və naməlum şəxslər tərəfindən oğurlandığını aşkar etmişdir. O, mobil telefonunu oğurlayan şəxsi görməmişdir. Telefonunun üzərində ***-***- **-** saylı mobil nömrə olmuşdur, həmin nömrəni 5 manata, telefonun üzərindəki telefon kabrosunu 5 manata almış, telefonun üzərində yaddaş kartı və ekran qoruycusu olmamışdır. Özünə məxsus oğurlanmış “İphone XR” markalı mobil telefonu 900 manata almışdır, baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 910 maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs ona dəymiş maddi ziyanı ödəməsə də, ona qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında qanuni nümayəndəsi (atası) Qanuni nümayəndə2 iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, 17 noyabr 2022-ci il tarixdə saat 15:30 radələrində təhsil aldığı “Xəzər” universitetindən çıxıb “Axundov” adına kitabxanaya getmək üçün metronun “Neftçilər” stansiyasına getmişdir. Həmin vaxt onun “Bakı Kart” kartında gediş haqqını ödəmək üçün yetərincə vəsait olmamış, ona görə “Neftçilər” stansiyasının vestibülüində yerləşdirilmiş “Bakı Kart” aparatına yaxınlaşmışdır. Həmin aparatın qarşısında çoxlu sayda sərnişin olmuşdur. Özünə məxsus olan ***-***-**-** saylı mobil nömrə altında istifadə etdiyi **********66965 və **********97374 İmei kodlu “İphone 11” markalı mobil telefonu əynində olan qış gödəkçəsinin sağ yan cibinə qoymuşdur. “Bakı Kart” aparatında kartına vəsait yüklədikdən sonra metronun platformasına düşmüş və metronun “İçəri Şəhər” istiqamətində hərəkət edən qatarını gözləmişdir. Həmin qatar gəlib platformada dayanarkən qatara minib metronun “İçəri Şəhər” stansiyasına getmişdir. O, əynində olan qış gödəkçəsinin sağ yan cibində olan mobil telefonu götürmək istəyəndə telefonun cibində olmadığını aşkar etmişdir. Göədkçəsinin bütün ciblərinə və əlində olan çantanın içərisinə baxmış, lakin mobil telefonunu tapa bilməmişdir. Ona görə mobil telefonunun naməlum şəxslər tərəfindən oğurlandığını başa düşmüşdür. Baş vermiş oğurluq hadisəsi barədə Bakı Metropolitenində polis şöbəsinə ərizə ilə müraciət etmişdir. O, mobil telefonunu oğurlayan şəxsi görməmiş, telefonunun naməlum şəxs tərəfindən oğurlanmasını metronun “İçəri Şəhər” stansiyasında qatardan düşdükdən sonra aşkar etmişdir. Telefonun üzərində ***- ***-**-** saylı mobil nömrə olmuş, həmin nömrəni 5 manata almış, telefonun üzərindəki kabrosunu 3 manata, ekran qoruyucusunu 5 manata, telefonun özünü isə 1740 manata almışdır. Ekspertiza rəyində telefonun qiymətinin 800 manat kimi göstərilməsi ilə razı deyil, telefonu yaxşı vəziyyətdə olmuş, aldığından sonra dəyərini itirməmişdir. Oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 1753 manat məbləğində maddi ziyan dəymişdir. Mobil telefonu istintaq zamanı götürülərək qaytarılmaqla ona dəymiş maddi ziyan tam ödənilmişdir, Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. Məhkəməyədək icraat zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 məhkəmə iclasında iştirak etməmiş, ərizə ilə məhkəməyə müraciət edərək, Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmadığını, onunla barışdığını, istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini göstərmiş, onun iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Bununla əlaqədar həmin zərərçəkmiş şəxsin ifadəsi elan olunaraq tədqiq edilmişdir. Zərərçəkmiş şəxs2 sözügedən ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, X10 küçəsi ev 3, mənzil 16 ünvanında müvəqqəti qeydiyyatda olmaqla yaşayır. 14 noyabr 2022-ci il tarixdə saat 13:30 radələrində metronun “Elmlər Akademiyası” stansiyasına daxil olmuş, metronun “28 May” stansiyasına getmək üçün metronun “Həzi Aslanov” stansiyası istiqamətində hərəkət edən qatarını gözləmişdir. Özünə məxsus ***- ***-**-** saylı nömrə altında işlətdiyi **********44391 İmei kodlu “İphone 11 Pro” markalı mobil telefonu əynində olan qış gödəkçəsinin sağ yan cibində olmuşdur. Həmin vaxt platformanın stansiyasında çoxlu sayda sərnişin olmuş və platforma sıxlıq olmuşdur. Metronun “Həzi Aslanov” stansiyası istiqamətində hərəkət edən qatar platformada dayanmış və o, həmin qatarın yadında qalmayan vaqonuna minmişdir. Metronun “28 May” stansiyasında qatar platformada dayanmış, o da qatarın vaqonundan düşmüşdür. Metronun “28 May” stansiyasının platformasında olan zaman “İphone 11 Pro” markalı mobil telefonunun cibində olmadığını və naməlum şəxslər tərəfindən oğurlandığını aşkar etmişdir. Qış gödəkçəsinin sağ yan cibindən mobil telefonu oğurlayan şəxsi görməmiş, telefonunun naməlum şəxs tərəfindən oğurlanması faktını metronun “28 May” stansiyasında qatarda olan zaman aşkar etmişdir. Həmin telefonun üzərində ***-***-**-** saylı mobil nömrə olmuş, nömrəni 10 manata, telefonun üzərindəki telefon kabrosunu 5 manata, ekran qoruyucusunu 5 manata, mobil telefonun özünü isə 1150 manata almışdır. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 1170 manat maddi ziyan dəymişdir. Görülmüş çoxsaylı tədbirlərə baxmayaraq, məhkəməyədək icraat zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 məhkəmə iclasında iştirakının təmin edilməsi mümkün olmamışdır, onun qanuni nümayəndəsi (anası) Qanuni nümayəndə1 ilə sonuncu dəfə 29 avqust 2023-cü il tarixdə telefon əlaqəsi zamanı bildirmişdir ki, qızı Xədicə ilə birlikdə Bakı şəhərində deyillər, Təqsirləndirilən şəxs qarşı şikayət və tələbləri yoxdur, qızı Xədicənin istintaq zamanı verdiyi ifadəsini təsdiq edirlər və məhkəmə iclasının onların iştirakları olmadan keçirilməsini xahiş edirlər. Bununla əlaqədar həmin zərərçəkmiş şəxsin ifadəsi elan olunaraq tədqiq edilmişdir. Zərərçəkmiş şəxs3 sözügedən ifadəsində göstərmişdir ki, 14 noyabr 2022-ci il tarixdə saat 18 radələrində Bakı Metropoliteni QSC-nin “28 May” stansiyasına gəlmiş, metronun “28 May” stansiyasından istifadə etməklə metronun “İnşaatçılar” stansiyasına getməli olmuşdur. Lakin “Dərnəgül” stansiyası istiqamətində gedən qatara minmək əvəzinə, səhvən metronun “Həzi Aslanov” stansiyası istiqamətində hərəkət edən qatara minmişdir. Metronun “Gənclik” stansiyasında olan zaman səhv istiqamətə gedən qatara mindiyini bilmişdir. Ona görə “Gənclik” stansiyasında qatardan düşmüş və “Dərnəgül” istiqamətində hərəkət edən qatara minmişdir. Həmin vaxt ona məxsus olan və istifadəsində olan ***-***-**-** saylı nömrə altında istifadə etdiyi **********78880 İmei kodlu “Redmi 9T” markalı mobil telefonu əynində olan qış gödəkçəsinin sağ yan cibində olmuşdur. Metronun “İnşaatçılar” stansiyasında olan zaman mobil telefonunun naməlum şəxslər tərəfindən oğurlandığını aşkar etmişdir. “İnşaatçılar” stansiyasından çıxaraq yaşadığı evə getmişdir. Hadisə barədə atası X2 məlumat vermiş, sonra atası ilə birlikdə Bakı Metropolitenində polis şöbəsinə gedərək ərizə ilə müraciət etmişdir. O, mobil telefonunu cibindən oğurlayan şəxsi görməmişdir, o, telefonunun naməlum şəxs tərəfindən oğurlanması faktını metronun “İnşaatçılar” stansiyasında qatarda olan zaman aşkar etmişdir. Həmin telefonun üzərində ***-***-**-** saylı mobil nömrə olmuş, nömrənin qiyməti 10 manat olmuşdur. Telefonun üzərindəki kabronu 7 manata almış, telefonun üzərində yaddaş kartı və ekran qoruyucusu olmamışdır. Özünə məxsus oğurlanmış “Redmi 9T” markalı, **********78880 İmei kodlu mobil telefonu 500 manat qiymətində dəyərləndirir, baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 517 maddi ziyan dəymişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 17 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.5-ci maddələri ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 1-2) - 10 noyabr 2022-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, təhqiqatçı tərəfindən Zərərçəkmiş şəxs1 və hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış keçirilmişdir. (i.v. 14-15) - 16 noyabr 2022-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, təhqiqatçı tərəfindən Zərərçəkmiş şəxs2 (tərcüməçi ilə) və hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış keçirilmişdir. (i.v. 32-34) - 15 noyabr 2022-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, təhqiqatçı tərəfindən Zərərçəkmiş şəxs3 və hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış keçirilmişdir. (i.v. 43-45) - 17 noyabr 2022-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, təhqiqatçı tərəfindən Zərərçəkmiş şəxs4 və hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış keçirilmişdir. (i.v. 55-57) - 18 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, təqdim olunmuş 01 ədəd DVD diskə baxış zamanı Təqsirləndirilən şəxs özgənin əmlakını talamaq məqsədi ilə 10 noyabr 2022-ci il tarixdə saat 14:00 radələrində Bakı Metropoliteni QSC-nin “28 May” stansiyasından metronun “Dərnəgül” stansiyası istiqamətində hərəkət edən qatarın metronun “28 May” stansiyasında dayanmasından və vaqona minik zamanı sərnişinlərin sıxlığından istifadə edərək qatarın vaqonuna daxil olan sərnişin Zərərçəkmiş şəxs1 əynində olan qış gödəkçəsinin sağ cibindən sonuncuya məxsus dəyəri 900 manat olan bir ədəd “İphone XR” markalı, 14 noyabr 2022-ci il tarixdə saat 13:30 radələrində Bakı Metropoliteni QSC-nin “Elmlər Akademiyası” stansiyasından metronun “Həzi Aslanov” stansiyası istiqamətində hərəkət edən qatarın vaqona minik edən sərnişin Koreya Respublikasının vətəndaşı Zərərçəkmiş şəxs2 əynində olan qış gödəkçəsinin sağ cibindən sonuncuya məxsus dəyəri 1150 manat olan bir ədəd “İphone 11 Pro” markalı, 14 noyabr 2022-ci il tarixdə saat 18:00 radələrində Bakı Metropoliteni QSC-nin “Gənclik” stansiyasından metronun “Dərnəgül” stansiyası istiqamətində hərəkət edən qatarın metronun “Gənclik” stansiyasında dayanmasından və vaqona minik zamanı sərnişinlərin sıxlığından istifadə edərək qatarın vaqonuna daxil olan sərnişin yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs3 əynində olan qış gödəkçəsinin sağ cibindən sonuncuya məxsus dəyəri 500 manat olan bir ədəd “Redmi 9T” markalı və 17 noyabr 2022-ci il tarixdə saat 15:30 radələrində Bakı Metropoliteni QSC-nin “Neftçilər” stansiyasının platformasında sərnişin Zərərçəkmiş şəxs4 əynində olan qış gödəkçəsinin sağ cibindən sonuncuya məxsus dəyəri 1740 manat olan bir ədəd “İphone 11” markalı telefonları oğurlamışdır. Baxışda müdafiəçisi ilə birlikdə iştirak edən Təqsirləndirilən şəxs bildirmişdir ki, Zərərçəkmiş şəxs1 məxsus “İphone XR” markalı, Zərərçəkmiş şəxs2 məxsus “İphone 11 Pro” markalı, Zərərçəkmiş şəxs3 məxsus “Redmi 9T” markalı və Zərərçəkmiş şəxs4 məxsus “İphone 11” markalı mobil telefonları oğurlayan şəxs onun özüdür. (i.v. 146) - 18 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, 17 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən Bakı Metropoliteni polis şöbəsinə gətirildikdən sonra üzərində olan 1 ədəd “İphone 11” markalı mobil telefonu könüllü olaraq istintaq qrupuna təqdim etmiş və bildirmişdir ki, həmin mobil telefonu 17 noyabr 2022-ci il tarixdə metronun “Neftçilər” stansiyasının vestibülündə Zərərçəkmiş şəxs4 əynində olan qış gödəkçəsinin sağ yan cibindən oğurlamışdır. (i.v. 149) - 19 noyabr 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin istintaq materialı Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.5-ci maddələrindən həmin Məcəllənin 177.2.2 və 177.2.5-ci maddələrinə tövsif edilmişdir. (i.v. 160-161) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 03 fevral 2023-cü il tarixli 9/754 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd 128 GB yaddaş tutumlu “İphone 11” markalı mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksessuarların olmamasını və istifadədə olduğunu nəzərə alaraq, 2022-ci ilin noyabr ayına orta bazar qiyməti təxminən 800 manat müəyyən olunur. (i.v. 221-223) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsin Ambulator Məcburi-Narkoloji tibbi yoxlamasına dair 23 yanvar 2023-cü il tarixli 323 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 226-227) - 08 fevral 2023-cü il tarixli qərardan görünür ki, X6, X9 və “Redmi 9T” markalı mobil iefonu almış naməlum şəxsin əməllərində Azərbaycan Respublikası CM-nin 194-cü maddəsinin əlamətləri olmadığından iş üzrə onların barələrində həmin maddə ilə cinayət təqibinin başlanmması rədd edilmiş, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.4 və 180-ci maddələrinin tərkib əlamətləri mövcud olmadığından iş üzrə onun həmin maddələrlə cinayət təqibi rədd olunmuş, Təqsirləndirilən şəxs yenidən ittiham elan olunarkan Zərərçəkmiş şəxs1 dəymiş maddi ziyanın məbləği 910 manat, Zərərçəkmiş şəxs2 dəymiş maddi ziyanın məbləği 1170 manat, Zərərçəkmiş şəxs3 dəymiş maddi ziyanın məbləği 517 manat, Zərərçəkmiş şəxs4 dəymiş maddi ziyanın məbləği 1753 manat kimi göstərilməsi qərara alınmış, Zərərçəkmiş şəxs1 əmlakının oğurlandığı yer Bakı Metropoliteni QSC-nin “28 May” stansiyası, Zərərçəkmiş şəxs2 əmlakının oğurlandığı yer Bakı Metropoliteni QSC-nin “Elmlər Akademiyası” stansiyasından “28 May” stansiyasına hərəkətdə olan metro qatarı, Zərərçəkmiş şəxs3n əmlakının oğurlandığı yer Bakı Metropoliteni QSC-nin “Gənclik” stansiyası, Zərərçəkmiş şəxs4 əmlakının oğurlandığı yer Bakı Metropoliteni QSC-nin “Neftçilər” stansiyasının platformaya girişində olan “Bakı Kart” aparatının qarşısı hesab olunmuş, iş üzrə əldə olunmuş Zərərçəkmiş şəxs4 məxsus 01 ədəd 128 GB yaddaş tutumlu “İphone 11” markalı mobil telefon maddi sübut əhəmiyyəti daşıdığından maddi sübut kimi tanınmış və ona təhvil verilmiş, işdə olan 01 ədəd DVD disk maddi sübut əhəmiyyəti kəsb etdiyi üçün maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə olunmuşdur. (i.v. 229-242) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il Qərarına əsasən qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, dövlət ittihamçısını, zərərçəkmiş şəxsləri, təqsirləndirilən şəxsi və onun müdafiəçisini dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün etiraf ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin ifadələri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.5-ci maddələri ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 177.2.2 və 177.2.5-ci maddələrinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.5-ci maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - təkrar; zərərçəkmiş şəxsin üzərindən, cibindən, çantasından və ya digər əl yükündən çıxarılmaqla törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 17 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.5-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (i.v. 130-131) - 19 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddəti 03 ay həddində müəyyən edilmiş, həbsetmənin əvvəli 17 noyabr 2022-ci il tarixdən hesablanmışdır. (i.v. 204-206) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 18 aprel 2023-cü il tarixli tələbnamədən, hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 19 iyul 2001-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 233-cü maddəsi ilə təqsirli bilinib, 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2001-ci il tarixli Fərmanına 18 avqust 2021-ci il tarixdə azad edilmiş; Şəmkir Rayon Məhkəməsinin 11 aprel 2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinib, hər ay qazancından 20% tutulmaqla 02 il müddətinə islah işləri cəzasına məhkum edilmiş; Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 10 iyun 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin 05 iyul 2012-ci il tarixli qərarı ilə 06 iyul 2012-ci il tarixdə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş; Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 avqsut 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş; Gəncə Ağır Cinayətlər Məhkəməsinin 21 fevral 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 69.3-cü maddəsinə əsasən 03 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş; Şəmkir Rayon Məhkəməsinin 28 avqust 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 66.2-ci maddəsinə əsasən qəti olaraq 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 29 iyul 2022-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. (i.v. 207-220) Məhkəmə Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs sonuncu hökm üzrə məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.5-ci maddələri ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iş üzrə dəymiş ziyanın qismən ödənilməsini, müvafiq zərərçəkmiş şəxslə barışıq əldə edilməsini Azərbaycan Respublikası CM-nin 59.1.12 və 59.1.4-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Belə olan halda, məhkəmə hesab edir ki, 29 iyul 2022-ci il tarixdə cəzasının sonu ilə azad edildikdən sonra ilk dəfə 10 noyabr 2022-ci il tarixdə cinayət əməli törədərkən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş olmuşdur, onun əməlində cinayətlərin residivi vardır. Ona görə məhkəmə həmin halı Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir. Məhkəmənin qənaətinə görə, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir, ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.5-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 17 noyabr 2022-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, 19 noyabr 2022-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmişdir, ona görə məhkəmə Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olduğundan onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur, zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyan tam ödənilməsə də, onlar tərəfindən məhkəməyədək icraat və məhkəmə icraatı zamanı qanunla müəyyən edilmiş müddətdə və qaydada mülki iddia verilməmişdir, Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır, belə olan halda, məhkəmə hesab edir ki, göstərilənlərə əsasən ziyanın ödənilməsini tələb etdikləri halda zərərçəkmiş şəxslər mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilərlər, onlara bu hüquqları izah edilməlidir; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış 01 ədəd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı, 01 ədəd 128 GB yaddaş tutumlu “İphone 11” markalı mobil telefonun məhkəməyədək icraat zamanı sahibi olan zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmalıdır; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə, Ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından, vəkilin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 42 iş saatı müddətinə bərabər tutularaq, (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı 17 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Maddi sübut qismində tanınmış 01 ədəd DVD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın, 01 ədəd 128 GB yaddaş tutumlu “İphone 11” markalı mobil telefon aparatının məhkəməyədək icraat zamanı Zərərçəkmiş şəxs4 qaytarılması nəzərə alınsın. Məhkəmə məsrəfi olan 50 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı 42 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən 252 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə dəymiş ziyanı tələb etdikləri halda, mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilmək hüquqları zərərçəkmiş şəxslərə izah edilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-234/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-234/2023
06.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver