Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-234/2024 26.04.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxxx 1981-ci il tarixdə Naxçıvan MR, Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Naxçıvan MR, Nxçıvan şəhəri, Babək məhəlləsi, ev 11, mənzil 25-də qeydiyyatda olan, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti ev 105, mənzil 50-də yaşamış, 11 dekabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 13 dekabr 2023-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə etmiş, saxlamış, daşımış və satmışdır. Belə ki, o, 11 dekabr 2023-cü il tarixdə sosial şəbəkə vasitəsi ilə tanış olduğu, “Adəm” adı ilə İran İslam Respublikası vətəndaşı kimi tanıdığı şəxsdən sonuncunun mobil telefon vasitəsi ilə nömrəsini göndərdiyi elektron kart hesabına 50 manat pul köçürməklə şəxsiyyəti istintaqa məlum olmayan şəxs tərəfindən Bakı şəhəri Binəqədi rayonu ərazisinə qoyulmuş yerdən ümumi təmiz çəkisi 1,12 qram olan narkotik vasitə heroin və 0,781 qram psixotrop maddə metamfetamini götürüb satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 11 dekabr 2023-cü il tarixdə saat 15 radələrində Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsində həmin narkotik vasitə heroinin 01 ədəd bükümdə 0,353 qram çəkidə olan hissəsini tanışı Şahid1 15 manat pul müqabilində satmış, onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Nizami rayon polis idarəsinin narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 11 dekabr 2023-cü il tarixdə saat 15:10 radələrində ünvan 1 ünvanında Şahid1la birlikdə şübhəli şəxs qismində saxlanılaraq ünvan 2 ünvanında yerləşən Nizami rayon polis idarəsinin inzibati binasına gətirilib orada Şahid1 üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarın sağ yan cibindən onun satdığı, 01 ədəd bükümdə 0,353 qram çəkidə qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüş, onun üzərinə keçirilmiş şəxsi axtarış zamanı isə əynində olan göy rəngli şalvarın sağ yan cibindən 02 ədəd bükümdə xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərə görə Şahid1 aşkar edilmiş narkotik vasitə heroin ilə eynilik təşkil edən, ayrı-ayrılıqda təmiz çəkiləri 0,385 qram və 0,382 qram olmaqla ümumi təmiz çəkisi 0,767 qram qəhvəyi rəngli maddə - kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 03 ədəd bükümdə, xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərə görə eyni olan, ayrı-ayrılıqda təmiz çəkiləri 0,174 qram, 0,390 qram və 0,217 qram olmaqla ümumi təmiz çəkisi 0,781 qram ağ kristallik maddələr - kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və üzərində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin izləri olan 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 11 dekabr 2023-cü il tarixdə saat 15:10 radələrində ünvan 1 ünvanının yaxınlığında piyada hərəkət edən zaman iki nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini ona polis əməkdaşı kimi təqdim edərək onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək onu Nizami rayon polis idarəsinin inzibati binasına dəvət etmişlər. Polis idarəsində vəkilin iştirakı ilə tutulmuş və üzərində şəxsi axtarış aparılmışdır. Həmin vaxt o, əynində olan göy rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə olan “kakos” kimi tanıdığı narkotik vasitə heroini çıxarıb təqdim etmişdir. O, Şahid1 narkotik vasitə heroin vermişdir, lakin həmin narkotik vasitəni ona pulla satmamışdır. Onun narkotik maddəni satmaq fikri olmamış, bu işlə məşğul olmamış, narkotik vasitədən istifadə edən olmuşdur. Nizami xahiş etdiyinə görə narkotik vasitəni taparaq ona vermişdir. Narkotik vasitəni Adəm adlı İran vətəndaşından mobil telefonla nömrəsini göndərdiyi elektron kart hesabına pul köçürməklə almış, Binəqədi rayonu ərazisinə qoyulmuş yerdən götürmüşdür. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə məhkəmə baxışında verdiyi cari ifadəsi arasında əhəmiyyətli ziddiyyət olduğundan, Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən onun 13 dekabr 2023-cü il tarixdə müdafiəçisinin iştirakı ilə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsinin aidiyyəti hissəsi elan edilmişdir. Təqsirləndirilən şəxs sözügedən ifadəsində göstərmişdir ki, özünü elan edilmiş ittiham üzrə təqsirli bilir, 11 dekabr 2023-cü il tarixdə saat 15:10 dəqiqədə Bakı şəhəri, Nizami rayonu, M.Abbasov 50 ünvanının yaxınlığında piyada hərəkət edən zaman 2 nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini ona polis əməkdaşı kimi təqdim edib onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək, xidməti vəsiqələrini göstərərək, barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib onu Nizami RPİ-nin inzibati binasına dəvət etmişlər. Burada dəvət olunmuş müdafiəçinin iştirakı ilə o, şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı onun üzərində olan qanunla qadağan olunmuş əşya var isə onları təqdim etməyi təklif olunmuşdur. Bu təklifdən sonra əynində olan göy rəngli şalvarın sağ yan cibindən 05 ədəd şəffaf sellofan bükümdə onlardan 3-ü “patı” kimi tanıdığı, 2-si “kakos” kimi tanıdığı maddələri və elektron tərəzini təqdim edərək masanın üzərinə qoymuşdur. Daha sonra şalvarının sol yan cibindən 01 ədəd üzərində ***-***-**-** sim kart nömrəsi olan “Redmi Note 8” markalı mobil telefonu masanın üzərində qoymuşdur. Bundan başqa arxa sağ cibində 15 manat pulu təqdim etmişdir. Daha sonra şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. İş üçün əhəmiyyət kəsb etdiyinə görə mobil telefonu və üzərindən aşkar edilmiş 15 manat pul götürülmüşdür. Sonra aşkar olunmuş həmin kütlələr içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 162 saylı möhürü ilə möhürlənmiş, üzəri o, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. Verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütləni adını bilmədiyi İranlıdan zakladka şəklində müxtəlif ərazilərdən satış və istifadə məqsədi ilə 50 manata əldə etdiyini, üzərindən başqa heç yerdə narkotik vasitə saxlamadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini qeyd etmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, nə saxlanılarkən, nə də polis şöbəsinə gətirilərkən ona heç bir fiziki və ya psixi təsir olmamışdır. O, 8 aydır ki, “kakos” və “patı” kimi tanıdığı psixotrop maddələrdən qəbul edir. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə qəbul etmişdir. Qəbul etdiyi “kakos” və “patı” kimi adlanan narkotik vasitələri o, İran İslam Rrespublikası vətəndaşından zakladka şəklində müxtəlif ərazilərdən 50 manat verməklə özü istifadə etmək üçün, həm də digər şəxslərə satmaq üçün almışdır. Onun üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddədir və ona məxsusdur. O, narkotik vasitələri və psixotrop maddələri müxtəlif insanlara müxtəlif məbləğlərə satırmış, sonuncu dəfə tanışı Nizami adlı tanışına 15 manata bir büküm bu gün satmışdır. Onun üzərinə Nizami RPİ-də yalnız təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilmişdir. Onun üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddəni o, 50 manat pul müqabilində Binəqədi rayonu ərazisində sosial şəbəkə vasitəsi ilə nömrəsini tapdığı İran İslam Respublikası vətəndaşı kimi özünü təqdim edən Adəm adlı şəxsdən xx.xx.2023-cü il tarixdə almışdır. O, həmin elektron tərəzini narkotik vasitə və psixotrop maddələri bölüb satmaq üçün istifadə etmişdir. Onun başqa yerdə narkotik vasitə və pisixotrop maddəsi yoxdur. O, Şahid1 15 manat pul müqabilində narkotik vasitə heroin satmışdır. Üzərindən şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş olan 15 manat Şahid1 ona narkotik vasitəni almaq üçün ödədiyi 15 manatdır. Şahid1 satdığı narkotik vasitəni Adəm adlı şəxsdən aldığı narkotik vasitədən ayıraraq satmışdır. Narkotik vasitə heroini və psixotrop maddə metamfetamini özü hissələrə bölmüşdür. Onun mobil telefonuna baş ağrısı olması və 1,5 cizer lazım olması barədə sms yazan şəxs ondan almaq üçün narkotik vasitə istəmişdir, lakin həmin şəxsin kimliyini bilmir. Təqsirləndirilən şəxs ifadəsinin elan olunmasından sonra göstərmişdir ki, o, həmin ifadə ilə razı deyil, ifadəsi müstəntiqin sözləri ilə yazılmışdır, hazırda məhkəməyə verdiyi ifadəni təstiq edir. Buna baxmayaraq, etiraf edir ki, polis əməkdaşları tərəfindən ona hər hansı təzyiq olmamış, incidilməmişdir. Təqsirləndirilən şəxs məhkəmədə son sözlə çıxışında əməlindən peşman olduğunu, məhkəmə qərarı ilə 350 manat aliment ödədiyini göstərmiş və ona aşağı cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, 11 dekabr 2023-cü il tarixdə saat 15:10 radələrində ünvan 1 ünvanının yaxınlığında piyada hərəkət edən zaman iki nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini ona polis əməkdaşı kimi təqdim etmiş, onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etmiş və onu Nizami rayon polis idarəsinin inzibati binasına dəvət etmişlər. Polis idarəsində müdafiəçinin iştirakı ilə o, şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah olunmuş, üzərində şəxsi axtarış aparılmağa başlanmışdır. Şəxsi axtarış zamanı ona üzərində olan qanunla qadağan olunmuş əşya varsa onları təqdim etməyi təklif olunmuşdur. Bu təklifdən sonra o, əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə “kakos” kimi tanıdığı maddəni təqdim edərək masanın üzərinə qoymuşdur. Polislərin sualına cavab olaraq o, üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütləni Anar adlı tanışından Nizami rayonu ərazisində özü istifadə etmək məqsədi ilə 15 manata aldığını bildirmışdir. Bundan sonra Anar da polislər tərəfindən saxlanılmıdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Nizami rayon polis idarəsinin narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 11 dekabr 2023-cü il tarixdə Nizami RPİ-nin narkotiklərlə mübarizə bölməsinə Bakı şəhəri Nizami rayonunda yaşayan “Anar” adlı şəxsin mütəmadi olaraq narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat idarə rəhbərliyinə məruzə olunduqdan sonra əldə olunmuş məlumatı yoxlamaq məqsədilə əmıliyyat qrupu yaradılmışdır. O, narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkilləri Şahid3 və X2, RPİ-nin cinayət-axtarış şöbəsinin kiçik inspektoru X1 əməliyyat qrupuna daxil edilmişlər. Həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı 11 dekabr 2023-cü il tarixdə saat 15:10da Nizami rayonu, M.Abbasov küçəsi 50 ünvanının qarşısında zahiri əlamətləri “Anar” adlı şəxslə üst-üstə düşən şəxsə və onun yanında olan sonradan şəxsiyyəti müəyyən edilmiş “Nizami” adlı şəxsə yaxınlaşıb özlərini təqdim edib polis əməkdaşı olduqlarını deyərək, qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz döyriyyəsində şübhəli bilinməsini qeyd edərək onları Nizami rayon polis idarəsinə dəvət etmişlər. Həmin şəxslər buna etiraz etməyib onlarla birlikdə Nizami rayon polis idarəsinə getmişlər. Polis idarəsində həmin şəxslərin Təqsirləndirilən şəxs və Şahid1 olması müəyyən olunmuşdur. İnzibati binada xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət olunmuş, vəkilin iştirakı ilə o, şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra, həmin gün saat 16:30-dan etibarən vəkilin iştirakı ilə videoçəkiliş aparılmaqla şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə haqqında qərarla tanış edilmiş, paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları könüllü sürətdə verməyi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın sağ yan cibindən 05 ədəd şəffaf sellofan bükümdə, onlardan 03 bükümü ağ rəngli, kristallik formasında narkotik vasitəyə və ya psixotrop maddəyə bənzər kütləni, digər 02 bükümü tünd qəhvəyi rəngli spesifik iyə malik olan kütlələri və “Digital Scale” markalı elektron tərəzini təqdim edərək masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs şalvarının sol yan cibindən 01 ədəd üzərində ***-***-**-** sim kart nömrəli “Redmi note 8” markalı mobil telefon, şalvarının arxa sağ cibindən 15 manat pul aşkar olunaraq götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Aşkar olunmuş həmin kütlələr içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, üzəri bütün iştirakçılar tərəfindən imzalanmışdır. Şahid2 sualları cavablandırarkən göstərmişdir ki, tərəflərindən həyata keçirilmiş əməliyyat-tədbiri və onların iştirakı ilə aparılmış şəxsi axtarış istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs hər hansı təzyiq göstərilməmiş, o, əməlini səmimi etiraf etmişdir. Həmçinin şəxsi axtarış zamanı videoçəkiliş aparılaraq protokola əlavə edilmişdir. Onlarda Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə bağlı dəqiq əməliyyat məlumatı olmuş, həmin məlumat əsasında əməliyyat-axtarış tədbirini həyata keçirmişlər. Hətta həmin şəxsin ləqəbi də olmuş, narkotik vasitələrin və psixotrop maddələrin məşhur satıcısı olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami rayon polis idarəsinin narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkili Şahid3, Şahid2lə eyni məzmunlu ifadə vermişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 12 dekabr 2023-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələri ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 1) - 11 dekabr 2023-cü il və 12 dekabr 2023-cü il tarixli protokollardan görünür ki, 11 dekabr 2023-cü il tarixdə Bakı şəhəri Nizami rayon polis idarəsinin təhqiqat şöbəsinin təhqiqatçısı tərəfindən həmin RPİ-nin NMB-nin əməkdaşlarının və müdafiəçinin iştirakları ilə, videçəkiliş aparılmaqla, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılmışdır. İstintaq hərəkəti zamanı müvafiq prosessual hərəkətlər həyata keçirilməklə üzərində narkotik vasitələr, eləcə də cinayət xarakterli digər əşya və predmetlər olduğu halda təqdim etməsi təklif olunduqdan sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın sağ yan cibindən ümumilikdə 05 ədəd şəffaf sellofan bükümdə onlardan 03 ədəd büküm ağ rəngli, kristallik formasında narkotik vasitəyə və ya psixotrop maddəyə bənzər kütləni, digər 02 ədəd büküm tünd qəhvəyi rəngli spesifik iyə malik olan kütlələri və “Digital Scale” markalı elektron tərəzini təqdim edərək masanın üzərinə qoymuşdur. Bundan sonra o, şalvarının sol yan cibindən 01 ədəd üzərində ***-***- **-** sim kart nömrəli “Redmi Note 8” markalı mobil telefonu, şalvarının arxa sağ cibindən 15 manat pulu çıxarıb təqdim etmişdir. Şəxsi axtarış davam etdirilsə də, Təqsirləndirilən şəxs üzərindən başqa qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Aşkar olunmuş 05 ədəd şəffaf sellofan bükümdə olan maddə kütlələri və 01 ədəd elektron tərəzi içərisi boş zərfə qoyulub ağzı möhürlənərək götürülmüş, zərfin üzəri bütün iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış və götürmənin nəticələrinə dair protokol tərtib olunmuş, protokol da bütün iştirakçılar tərəfindən imzalanmışdır. Bu zaman hər hansı iştirakçı tərəfindən şikayət, təklif daxil olmamış, protokola qeyd aparılmamışdır. Şəxsi axtarış və götürmə zamanı qeydə alınmış videoçəkilişin görüntüləri əks olunmuş 01 ədəd diskə 12 dekabr 2023-cü il tarixdə baxış zamanı yuxarıda qeyd olunan halların öz təsdiqini tapdığı müəyyən edilmişdir. (i.v. 29-30, 109) - 11 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə Bakı şəhəri Nizami rayon polis idarəsinin təhqiqat şöbəsinin təhqiqatçısı tərəfindən həmin RPİ-nin NMB-nin əməkdaşlarının və müdafiəçinin iştirakları ilə, videçəkiliş aparılmaqla, şübhəli şəxs Şahid1 üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılmışdır. İstintaq hərəkəti zamanı müvafiq prosessual hərəkətlər həyata keçirilməklə üzərində narkotik vasitələr, eləcə də cinayət xarakterli digər əşya və predmetlər olduğu halda təqdim etməsi təklif olunduqdan sonra Şahid1 əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə tünd qəhvəyi rəngli, spesifiy iyə malik olan kütləni təqdim edərək masanın üzərinə qoymuşdur. Şəxsi axtarış davam etdirilsə də, Şahid1 üzərindən başqa qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Sorğu zamanı Şahid1 həmin maddənin özünə məxsus olduğunu, narkotik vasitəni Anar adlı tanışından həmin gün Nizami rayonu ərazisində istifadə etmək məqsədi ilə 15 manata əldə etdiyini bildirmişdir. (i.v. 53-54) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 12 dekabr 2023-cü il tarixli 3-16- 16/2-6/6362 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 162” dairəvi möhür əksləri olan, “Şahid1 üzərindən narkotik vasitəyə oxşar kütlə; Şübhəli şəxs: “imza” Şahid1” və digər ad, soyad, imza, yazılar qeyd edilmiş zərfdəki 01 ədəd bükümdə ümumi təmiz çəkisi - 0,353 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş: üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 162” dairəvi möhür əksləri olan, “Vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitələrə və psixotrop maddələrə bənzər kütlələr; Şübhəli şəxs: “imza” Təqsirləndirilən şəxs” və digər ad, soyad, imza, yazılar qeyd edilmiş zərfdəki 05 ədəd bükümdən - 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,385 qram və 0,382 qram, ümumi təmiz çəkiləri 0,767 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,174 qram; 0,390 qram və 0,217 qram, ümumi təmiz çəkiləri 0,781 qram olan ağ rəngli kristallik maddələr kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Həmin bu zərfdəki ümumi sayı 02 ədəd olan bükümlərdəki heroinlər öz aralarında xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynidirlər. Həmçinin bu zərfdəki ümumi sayı 03 ədəd olan bükümlərdəki metamfetaminlər öz aralarında xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynidirlər. - üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 162” dairəvi möhür əksləri dan, “Vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitələrə və psixotrop maddələrə bənzər kütlələr; Şübhəli şəxs: “imza” Təqsirləndirilən şəxs” və digər ad, soyad, imza, yazılar qeyd edilmiş zərfdəki 01 ədəd elektron tərəzi üzərində narkotik vasitə heroinə və psixotrop maddə metamfetaminə məxsus izlər vardır. İz şəklində olduğu üçün heroinin və metamfetaminin çəkilərini və bükümlərdəki heroin və metamfetamin ilə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyildir. Tədqiqata təqdim edilmiş - üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 162” dairəvi möhür əksləri olan, “Şahid1 üzərindən narkotik vasitəyə oxşar kütlə; Şübhəli şəxs: “imza” Şahid1” və digər ad, soyad, imza, yazılar qeyd edilmiş zərfdəki ümumi sayı 01 ədəd olan bükümdəki heroin ilə üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 162” dairəvi möhur əksləri olan, “Vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitələrə və psixotrop maddələrə bənzər kütlələr; Şübhəli şəxs: “imza” Təqsirləndirilən şəxs” və digər ad, soyad, imza, yazılar qeyd edilmiş zərfdəki ümumi sayı 02 ədəd olan bükümlərdəki heroinlər öz aralarında xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynidirlər. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Qeyd: heroinin ümumi təmiz çəkisi (Şahid1 üzərindən aşkar olunmuş) 0,353 qram olmuş, tədqiqata cəmi 0,050 qram sərf edilmiş, 0,303 qram qalıq qalmışdır; heroinin ümumi təmiz çəkisi (Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş) 0,767 qram olmuş, tədqiqata hər obyektdən 0,030 qram olmaqla cəmi 0,060 qram sərf edilmiş, 0,707 qram qalıq qalmışdır; metamfetaminin ümumi təmiz çəkisi (Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş) 0,781 qram olmuş, tədqiqata hər obyektdən 0,020 qram olmaqla cəmi 0,060 qram sərf edilmiş, 0,721 qram qalıq qalmışdır. (i.v. 65-68) - 12 dekabr 2023-cü il tarixli protokoldan və mobil telefonun yaddaşından çapa verilmiş məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs 11 dekabr 2023-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanılarkən ondan götürülmüş 01 ədəd “Redmi Note 8” markalı mobil telefona həmin şəxsin özünün və müdafiəçisinin iştirakları ilə baxış keçirilmişdir. Baxış zamanı mobil telefonla çoxlu sayda şəxslərlə narkotik vasitələrin və psixotrop maddələrin alqı-satqısına dair danışıqlar və yazışmalar aparılmışdır. Mobil telefonun üzərində iki ədəd mobil nömrə olmuşdur. Mobil nömrələrdən biri ***-***-**-**, digəri ***-***- **-** mobil nömrələridir. “Redmi Note 8” markalı mobil telefonun yaddaşında, “Mənim fayllarım” başlıqlı bölməsində iş üçün əhəmiyyət kəsb edən hər hansı bir məlumat və fayllar müəyyən olunmamışdır. Bundan başqa telefon aparatının yaddaşında müxtəlif fotoşəkillər və videogörüntülər aşkar olunsa da, iş üçün əhəmiyyət kəsb edən hər hansı bir məlumat və fayllar müəyyən olunmamışdır. “Whatsapp” ani mesajlaşma sistemi ***-***-**- ** mobil nömrəsi ilə yaradılmışdır. Həmin sistemdə +98-***-***-**-** mobil nömrəsi “Adəm” adı ilə qeyd edilmişdir. Həmin şəxslə yazışmalarda və səs yazılarında İran İslam Respublikası vətəndaşı olması və ondan narkotik vasitə alınmasına dair yazışmalar, həmçinin narkotik vasitənin qoyulduğu yerin şəkli vardır. Bundan başqa “SMS” başlıqlı bölmədə ***-***-**-** mobil nömrəsindən ona yazılmışdır ki, ağrıları vardır və ona 1,5 cizər lazımdır. Təqsirləndirilən şəxs bildirmişdir ki, “Adəm” adı ilə qeyd olunan şəxs ona narkotik satan şəxsin mobil nömrəsidir, digər nömrə isə ondan narkotik almaq istəyən şəxsin nömrəsidir. Lakin həmin şəxsin kimliyini bilmir. (i.v. 88-103) - 13 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami RPİ-nin NMBnin əməliyyat müvəkkili Şahid2 rəhbərliyi ilə “Anar” adlı şəxslə bağlı əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair 11 dekabr 2023-cü il tarixli qərar Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qanuni hesab edilmişdir. (i.v. 172-173) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin Ambulator Məcburi-Narkoloji tibbi yoxlamasının 22 dekabr 2023-cü il tarixli 8391 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 188-189) - 18 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan edilmiş ittiham qüvvəsində saxlanılmış, təqsirləndirilən şəxs Şahid1 barəsində Azərbaycan Respublikası CM-nin 234.1-cü maddəsi ilə ayrıca icraata ********* cinayət işi ayrılaraq icraata qəbul edilmiş, araşdırma zamanı şəxsi axtarış və götürmə keçirilən zaman videoçəkilişləri özündə əks etdirən 02 ədəd DVD sübut növü kimi tanınaraq iş materiallarına əlavə edilmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs götürülmüş ümumi təmiz çəkisi 0,767 qram narkotik vasitə heroin, 0,781 qram psixotrop maddə metamfetamin və 01 ədəd elektron tərəzi maddi sübut kimi tanınmış və 0,707 qram narkotik vasitə heroin, 0,721 qram psixotrop maddə metamfetamin, 01 ədəd elektron tərəzi maddi sübut qismində tanınaraq saxlanılmasından ötrü Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş, Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd “Redmi Note 8” modelli mobil telefonda iş üçün əhəmiyyət kəsb edən məlumatlar aşkar edildiyindən həmin mobil telefon maddi sübut kimi tanınaraq Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs götürülmüş 15 manat pul vəsaiti maddi subut kimi tanınaraq saxlanılması üçün Bakı şəhər BPİ-nin X4 depozitə qoyulmuş, cinayət işi üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs və Şahid1 barələrində Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.2-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs və Şahid1 ailə üzvlərinin və digər yaxın qohumlarının barəsində Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3 və 307-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs və Şahid1 narkotik vasitələri heç bir etiraz etmədən polis əməkdaşlarına təqdim etmələri könüllü təqdim etmə kimi qiymətləndirilməmiş, cinayət işi üzrə Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitələrin və pisixotrop maddələrin mənbəsini müəyyən etmək faktına görə ayrıca material ayrılmış və 25-ci PŞ-nə göndərilmişdir. (i.v. 197-212) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. Habelə, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 4-cü 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, ... narkotik vasitənin qanunsuz əldə edilməsi dedikdə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək, qeyd edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin mənbəyinin müəyyən edilməsi faktının araşdırılması məqsədi ilə ibtidai istintaq zamanı material ayrılmışdır və nəticəsindən asılı olaraq hüquqi qiymət veriləcəkdir. Məhkəmə, dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, məhkəmə ekspertizalarının rəyləri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə verilmiş ittiham üzrə özünü qismən təqsirli bilməsini onun hüququ kimi qəbul edir və bununla bağlı dəlillərini əsaslı hesab etmir, həmin mövqeyinə münasibət bildirərək hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Təqsirləndirilən şəxsin və müdafiəçisinin irəli sürdüyü dəlillər məhkəmə tədqiqi zamanı hərtərəfli, tam və obyektiv araşdırılmışdır, müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs verilmiş ittiham qanuni və əsaslıdır. Belə ki, “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndində izah edilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə tədqiqi ilə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı əvvəlcədən çəkilib xırda bağlamalar halında saxlanılan 02 ədəd bükümdə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 03 ədəd bükümdə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və üzərində narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin izləri olan elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Qeyd olunan bütün bu faktiki hallar belə qənaətə gəlməyə tam əsas verir ki, Təqsirləndirilən şəxs həmin narkotik vasitələri və psixotrop maddələri məhz qanunsuz olaraq, satış məqsədilə əldə edərək ayrı-ayrı bükümlərdə üzərində saxlamış, eləcə də onun 11 dekabr 2023-cü il tarixdə 01 ədəd bükümdə 0,353 qram çəkidə narkotik vasitə heroini tanışı Şahid1 15 manat pul müqabilində satmışdır. Hansı ki, xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərə görə həmin narkotik vasitə heroinlər bir-biri ilə eynilik təşkil etmişdir və narkotik vasitəni Şahid1 satması müqabilində aldığı 15 manat pul da Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı onun özü tərəfindən təhqiqata təqdim edilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində onun özünün üzərində yalnız bir büküm narkotik vasitə heroin olması barədə göstərdiklərinə münasibətdə məhkəmə qeyd edir ki, şəxsi axtarış və götürmə protokolu, şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülərlə, şahid ifadələri ilə müəyyən olunmuşdur ki, narkotik vasitə və psixotrop maddələrin bükümlərinin ümumi sayı 05 ədəd olmuşdur, şəxsi axtarış zamanı müdafiəçi də real olaraq iştirak etmişdir. İbtidai istintaqda müdafiəçisinin iştirakı ilə verdiyi etirafedici ifadəsindən fərqli olaraq məhkəmə iclasında bükümün sayının 01 ədəd olmasını göstərməsinin səbəbini təqsirləndirilən şəxs izah edə bilməmişdir, eyni zamanda iş üzrə məhkəmə-kimyəvi ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, təqdim olunmuş 05 ədəd bükümdən - 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,385 qram və 0,382 qram, ümumi təmiz çəkisi 0,767 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,174 qram; 0,390 qram və 0,217 qram, ümumi təmiz çəkisi 0,781 qram olan ağ rəngli kristallik maddələr kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Bükümlərdəki heroinlər və metamfetaminlər öz aralarında xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynidirlər. Həmçinin Şahid1 üzərindən aşkar olunan narkotik vasitə heroin ilə Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə heroinlər öz aralarında xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynidirlər. O cümlədən nəzərə alınmalıdır ki, tutulduğu andan Təqsirləndirilən şəxs vəkillə təmsil olunmuşdur, istər özü fərdi qaydada, istərsə də müdafiəçisi vasitəsi ilə qeyd olunan məsələnin araşdırılaraq hüquqi qiymət verilməsi ilə bağlı aidiyyəti orqanlara müraciət və ya məhkəmə nəzarəti qaydasında şikayət verməmişlər. Xüsusilə nəzərə alınmalıdır ki, Təqsirləndirilən şəxs ona qarşı polis əməkdaşları tərəfindən təzyiq və təsir edilmədiyini də məhkəmədə bildirmişdir. Bununla yanaşı, məhkəmədə son sözlə çıxışında Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu ifadə etmiş və müvafiq halların nəzərə alınaraq, ona yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 234.2-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 11 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (i.v. 25) -Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 13 dekabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddəti 03 ay həddində müəyyən edilmiş, həbsetmənin əvvəli 11 dekabr 2023-cü il tarixdən hesablanmışdır. (i.v. 156-160) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 21 dekabr 2023-cü il tarixli tələbnamədən, hökmün və qərarların surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 iyun 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 05 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həbsdə və ev dustaqlığında olduğu müddət nəzərə alınaraq, cəzası çəkilmiş hesab edilmiş; Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 dekabr 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 29,180.2.2 və 234.1-ci maddələri ilə təqsirli bilinib, CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 08 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 25 yanvar 2018ci il tarixli qərarı ilə cinayət qanunvericiliyində edilmiş dəyişikliyə əsasən qeyd olunan hökmdən iki epizod oğurluq əməli üzrə “xeyli miqdar” sözləri və Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi xaric edilmiş, ona Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-nin 66.2-ci maddəsinə əsasən həmin cəza Azərbaycan Respublikası CM-nin 29,180.2.2-ci maddəsi ilə təyin edilmiş 05 il müddətinə, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təyin edilmiş 02 il müddətinə azadlıqdan məhrum etmə cəzaları ilə qismən toplanılmaqla üzərində qəti olaraq 05 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Sumqayıt Şəhər Məhkəməsinin 21 may 2019-cu il tarixli qərarı ilə cəzasının çəkilməmiş 07 ay 11 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. (i.v. 167-168) Məhkəmə Azərbaycan Respublikası CM-nin 83.4 və 83.6-cı maddələrinin tələbi baxımından qeyd edir ki, hazırda az ağır cinayət hesab olunan əməllərə görə məhkum olunmuş Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir və o, məhkumluğu olmayan şəxs hesab olunur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal qismində Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsində, cəzasını ağırlaşdıran hal qismində həmin Məcəllənin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, işin faktiki hallarını nəzərə alaraq və onun cəmiyyətdən təcrid edilmədən islah olunmasının qeyri-mümkün olması qənaətinə gələrək, hesab edir ki, törətdiyi cinayətə görə barəsində maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir. Məhkəmənin qənaətinə görə, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir, ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı 11 dekabr 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələbinə uyğun olaraq, hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olduğundan, Azərbaycan Respublikası CPM-nin 175.5ci maddəsinin tələbinə uyğun olaraq, onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınaraq Nizami RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilən, ekspertiza tədqiqatından sonra qalıq qalmış narkotik vasitə heroin, psixotrop maddə metamfetamin və 01 ədəd elektron tərəzi məhv edilməli, içərisində videogörüntü olan 01 ədəd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı, 01 ədəd “Redmi Note 8” markalı mobil telefon Təqsirləndirilən şəxs müraciəti əsasında özünə və ya ailə üzvlərinə (səlahiyyətli nümayəndəsinə) qaytarılmalıdır; şübhəli şəxs Təqsirləndirilən şəxs götürülmüş, onun narkotik vasitənin satışından əldə etdiyi və maddi subut kimi tanınaraq saxlanılması üçün Bakı şəhər BPİ-nin X4 depozitə qoyulmuş 15 manat məbləğində pul dövlət nəfinə müsadirə edilməlidir; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci (həmin ekspertiza rəyinin iki nəfər şəxslə bağlı verilməsi nəzərə alınmaqla bərabər payda) təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə, Ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından qərar əsasında dövlət hesabına dəvət olunmuş vəkilin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardımla bağlı iştirak etdiyi müddətə görə Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı 11 dekabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Maddi sübut qismində tanınmış, Təqsirləndirilən şəxs aşkar edilərək götürülməklə Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalan 0,707 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 0,721 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və “Digital Scale” markalı 01 ədəd elektron tərəzi məhv edilsinlər, “Redmi Note 8” markalı 01 ədəd mobil telefon Təqsirləndirilən şəxs müraciəti əsasında özünə və ya ailə üzvlərinə (səlahiyyətli nümayəndəsinə) qaytarılsın, içərisində videogörüntülər olan 01 ədəd DVD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Məhkəməyədək icraat zamanı maddi sübut kimi tanınaraq Bakı şəhər Baş Polis İdarəsinin X4 depozitə qoyulmuş 15 (on beş) manat məbləğində pul dövlət nəfinə müsadirə edilsin. Məhkəmə məsrəfi olan 44,5 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı dövründə 18 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən 108 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-234/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-234/2024
26.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver