Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-235/2023 13.03.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Səfərov Rəşad Ramazan oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Mirzəyev Ceyhun Namiq oğlunun, müdafiəçi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, təqsirləndirilən şəxs – xx.xx.1989-cu ildə Əli-Bayramlı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 304.2.1 və 312.2-ci maddələri ilə təqsirli bilinib CMnin 66.3 və 66.5-ci maddələrinə əsasən 20 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, halhazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ünvan 3 ünvanında yerləşən Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 1 saylı Cəzaçəkmə Müəssisəsində saxlanıldığı müddətdə istintaqa məlum olmayan vaxtda və mənbədən “Cəzaçəkmə müəssisələrinin X2’’ ilə qadağan olunmuş daxilində “Sim” danışıq kartı olan işlək vəziyyətdə istifadəyə yararlı – “SM-A320F” modelli, “**********24664, **********24662” imei kodlu, 1 ədəd “Samsung Galaxy A3 (2017)” markalı və “A1784” modelli, “SİM” danışıq kartı yuvasındakı qeydə görə “**********11286” imei kodlu, 1 ədəd “İphone 7Plus” markalı mobil smartfon aparatlarını əldə edərək özündə saxlamış, gəzdirmiş, daşımış, (050) ***-**-** nömrəli “Sim” danışıq kartı vasitəsi ilə qayınatası X1 istifadəsində olan (050) ***-**-** nömrəli mobil telefonla əlaqə saxlamaqla “Samsung Galaxy A3 (2017)” markalı mobil smartfondan istifadə etmiş və 29 iyun 2022-ci il tarixdə, saat 09:30 radələrində müəssisənin əməkdaşları tərəfindən 1 saylı palatada keçirilmiş axtarış-baxış zamanı ona məxsus idman çantasının alt hissəsindən qadağan olunmuş əşya olan həmin mobil smartfonlar aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında dindirilən Təqsirləndirilən şəxs özünü ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsində nəzərdə tutulmuş ittihamla təqsirli bilərək ifadəsində göstərmişdir ki, müəssisənin ərazisində gəzişdiyi vaxt oradakı ağacın dibindən 1 ədəd “Samsung” və 1 ədəd “iPhone” markalı mobil telefon aparatlarını tapmış, həmin telefonları özü ilə götürərək saxlamış, istifadə etmiş, istifadə etdikdən sonra müəssisənin 1 saylı palatasında olan özünə məxsus idman çantasının altında gizlətmişdir. Müəssisənin əməkdaşları 1 saylı palatada axtarış-baxış tədbirləri keçirən zaman həmin telefonları ona məxsus idman çantasının altından aşkar edərək götürmüşlər. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri öz ifadəsi ilə yanaşı aşağıdakılarla da təsdiq olunur. Məhkəmə baxışında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 1 saylı Cəzaçəkmə Müəssisəsinin müəssisə rəisinin növbətçi köməkçisi X3 ifadəsində göstərmişdir ki, məhkum Təqsirləndirilən şəxs qadağan olunmuş əşya saxlaması barədə məlumat daxil olmuşdur. 29 iyun 2022-ci il tarixdə, saat 09:30 radələrində müəssisənin 1 saylı palatasında hal şahidlərinin iştirakı ilə axtarış-baxış keçirilən zaman məhkum Təqsirləndirilən şəxs məxsus idman çantasının altından daxilində danışıq kartı olan 1 ədəd “Samsung Galaxy” və 1 ədəd “iPhone” markalı mobil telefon aparatları aşkar edilərək götürülmüşdür. Ondan əşya barədə soruşulduqda telefonların özünə məxsus olduğunu, müəssisənin ərazisindən taparaq özünə məxsus idman çantasının altında gizlətdiyini və müxtəlif vaxtlarda həmin telefonlardan istifadə etdiyini bildirmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 1 saylı Cəzaçəkmə Müəssisəsinin əməkdaşı Şahid3 Şahid2 ilə oxşar məzmunda ifadə vermişdir. İş üzrə şahidlər Şahid7 və Şahid8 ərizə ilə məhkəməyə müraciət edərək ifadələrini təsdiq etdiklərini bildirmişlər, məhkəmə iclaslarını onların iştirakı olmadan keçirilməsini xahiş etmişlər. İş üzrə şahidlər Şahid7 və Şahid8 istintaqda şahid X3 ilə oxşar məzmunda ifadə vermişlər. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. - xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 1 saylı Cəzaçəkmə Müəssisəsinin əməkdaşları Şahid1, Fəryad Əsgərovun, Şahid3, Şahid4, Şahid5, Şahid6, hal şahidləri məhkum Şahid7 və Şahid8 iştirakı ilə xx.xx.2022-ci il tarixdə saat təxminən 09:30 radələrində 4 saylı dəstənin qeydiyyatında olan, müəssisənin tibb-sanitar hissəsində stasionar müalicədə olan məhkum Təqsirləndirilən şəxs saxlandığı 1 saylı palatada axtarış-baxış tədbiri keçirilən zaman ona məxsus idman çantasının alt hissəsində gizlədilmiş daxilində “sim kartı” olan işlək vəziyyyətdə 1 ədəd “Samsung” və 1 ədəd “iPhone” markalı mobil telefon aparatları aşkar edilərək götürülmüşdür. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş kompüter texniki ekspertizasının xx.xx.2022-ci il tarixli, 5/938 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, təqdim edilmiş bir ədəd sensor ekran və “Android 8.0.0” əməliyyat sistemi ilə təchiz olunmuş “Samsung Galaxy A3 (2017) markalı, “SM- A320F” modelli proqram təminatına əsasən “**********24664” “**********24662” “imei” kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdə olub, istifadə üçün yararlıdır. Təqdim edilmiş bir ədəd sensor ekran və “İOS” əməliyyat sistemi ilə təhciz olunmuş “iPhone 7 Plus” markalı, “A1784” modelli, “SİM” danışıq kartı yuvasındakı qeydə görə “**********11286” imei kodlu mobil smartfon hal-hazırda işlək vəziyətdə olub, istifadə üçün yararlıdır. Tədqiq olunan “Samsung Galaxy A3 (2017)” markalı, “SM-A320F” modelli mobil smartfonun proqram təminatında olan “imei” kodla arxa tərəfində məlumat lövhəsinə olan “imei” kod fərqlidir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş kompüter texniki ekspertizasının xx.xx.2023-cü il tarixli, 5/13 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, “təqdim edilmiş bir ədəd sensor ekranlı “Android 8.0.0” əməliyyat sistemi ilə təchiz olunmuş “Samsung Galaxy A3 (2017)” markalı, “SM- A320F” modelli, “**********24664” “**********24662” “imei” kodlu mobil smartfon olmaqla, hal-hazırda işlək vəziyyətdə olub, istifadəyə yararlıdır. - təqdim edilmiş bir ədəd sensor ekranlı “İOS” əməliyyat sistemi ilə təhciz olunmuş “iPhone 7 Plus” markalı arxa markirovka göstəricisinə görə “A1784” modelli “SİM” danışıq yuvasında olan “**********11286” “imei” kodlu mobil smartfon olmaqla, hal-hazırda işlək vəziyyətdə olub, istifadəyə yararlıdır. - təqdim edilmiş “Samsung Galaxy A3” markalı, “SM-A320F” modelli mobil smartfonun proqram təminatında olan “imei” kodla arxa tərəfdəki markalanma göstəricisində olan “imei” kod fərqlidir. - təqdim edilmiş “Samsung Galaxy A3” markalı, “SM-A320F” modelli mobil smartfonun “Контакты” , “Телефон”, “Сообщения” və “ Галерея” bölmələrində halhazırda hər hansı bir (kontakt, zəng, “SMS” mesaj, foto, audio və video fayllar) məlumat müəyyən olunmadı. - təqdim edilmiş “Samsung Galaxy A3” markalı, “SM-A320F” modelli mobil smartfonun yaddaşında hal-hazırda “WhatsApp” proqram təminatı müəyyən olunmadı. - rəyin “Tədqiqi hissəsi”nin 5-ci bəndində göstərilən səbəblərə görə tədqiq olunan “iPhone 7 Plus” markalı arxa markirovka göstəricisinə görə “A1784” modelli mobil smartfonun yaddaşından məlumatları silmədən istifadəçi tərəfindən tətbiq edilmiş xüsusi şifrə ilə (parol-password) mühafizə olunan ekran kilidini ləğv etmək mümkün olmadı. - rəyin “Tədqiqi hissəsi”nin 5-ci bəndində göstərilən səbəblərə görə tədqiq olunan “iPhone 7 Plus” markalı arxa markirovka göstəricisinə görə “A1784” modelli mobil smartfonun yaddaşında hər hansı bir (kontakt, zəng, “SMS” mesaj, foto, audio və video fayllar) “WhatsApp” proqram təminatı vasitəsilə aparılmış məlumat mübadilələri və sair məlumatların olub-olmaması üzrə tədqiqat işlərinin aparılması mümkün olmadı.” - maddi sübut kimi tanımaq haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs məxsus idman çantasının alt hissəsindən aşkar edilmiş 1 ədəd “Samsung Galaxy A3 (2017)” markalı, “SM-A320F” modelli, “**********24664” “**********24662” imei kodlu və 1 ədəd “iPhone 7 Plus” markalı, “A1784” modelli, “**********11286” imei kodlu mobil smartfonlar maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. - təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-235/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. - nikah haqında şəhadətnamənin və şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs evlidir və xx.xx.2012-ci il təvəllüdlü Hüseynov Əziz və xx.xx.2013-cü il təvəllüdlü Hüseynova Simuzər adlı iki azyaşlı uşağı vardır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 74.4-cü maddəsinə əsasən cəzanın icrası qaydalarını təmin etmək məqsədilə məhkumlara cəzaçəkmə müəssisələrinin X2 ilə müəyyən edilmiş əşyaların verilməsi və ya ötürülməsi, habelə onlar tərəfindən belə əşyaların hazırlanması, cəzaçəkmə saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi qadağan olunur. Məhkumlarda, müəssisəsinə daxil olan və çıxan şəxslərdə, habelə məhkumların adına göndərilmiş bağlama və banderollarda belə əşyalar aşkar edildikdə həmin əşyalar götürülür və cinayət-prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq araşdırma aparılır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2011-ci il tarixli Kollegiya qərarına 11 saylı əlavəyə əsasən “mobil telefon” cəzaçəkmə müəssisələrində saxlanılan şəxslərə verilməsi və ya ötürülməsi, habelə onlar tərəfindən hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi qadağan olunmuş əşyaların siyahısına aiddir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməsi tədqiq edilmiş mötəbər və mümkün sübutların məcmusu, həmçinin cinayət işinin materiallarındakı digər sənədlərlə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığı üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası CM-nin 18.4.1-ci maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər nəzərə alınmır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən və Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 790/2018 saylı, xx.xx.2018-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 304.2.1 və 312.2-ci maddələri ilə təqsirli bilinib CM-nin 66.3 və 66.5-ci maddələrinə əsasən 20 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Göründüyü kimi 20 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçildiyi xx.xx.2023-cü il tarixə 14 il 7 ay 20 gün çəkilməmiş cəzası qalmışdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini, evli olmasını, iki azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, qəsdin obyektini cəzaçəkmə müəssisələrinin və istintaq təcridxanalarının normal fəaliyyətinin və həmin təsisatlarda daxili intizamın təmin edilməsi üzrə idarəetmə zamanı yaranan ictimai münasibətlər təşkil etməsini, işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmaqla barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 304.2.1 və 312.2-ci maddələri ilə təqsirli bilinib CM-nin 66.3 və 66.5-ci maddələrinə əsasən təyin edilmiş 20 il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi olan 14 il 7 ay 20 gün müddətinə azadlıqdan məhrum etmə cəzasını yeni hökmlə təyin olunmuş cəzaya qismən birləşdirərək ona qəti cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-790/2018 saylı, xx.xx.2018-ci il tarixli hökmünə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərə alınaraq cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1.19-346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı; cəzaçəkmə müddətinin başlanğıcı barəsində həbs qətimkan tədbirinin seçildiyi vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalı; iş üzrə maddi sübut olan 1 ədəd “Samsung Galaxy A3 (2017)” markalı, “SM-A320F” modelli, “**********24664”, “**********24662” imei kodlu və 1 ədəd “iPhone 7 Plus” markalı, “A1784” modelli, “**********11286” imei kodlu mobil telefonlar dövlət nəfinə müsadirə edilməli; Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan 133,65 (bir yüz otuz üç manat, altmış beş qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin işlə tanış olduğu və məhkəmədə iştirak etdiyi müddət 11 (on bir) iş saatı müddətinə bərabər olduğundan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 66 (altmış altı) manat (11x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 4 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının CM-nin 67-ci maddəsinə əsasən onun barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-790/2018 saylı, xx.xx.2018-ci il tarixli hökmü ilə təyin olunmuş 20 il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi olan 14 il 7 ay 20 gün müddətinə azadlıqdan məhrum etmə cəzasını hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirərək Təqsirləndirilən şəxs qəti cəza – 14 (on dörd) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə maddi sübut olan 1 ədəd “Samsung Galaxy A3 (2017)” markalı, “SM- A320F” modelli, “**********24664”, “**********24662” imei kodlu və 1 ədəd “iPhone 7 Plus” markalı, “A1784” modelli, “**********11286” imei kodlu mobil telefonlar dövlət nəfinə müsadirə edilsin. İş üzrə məhkəmə məsrəfi olan 133,65 (bir yüz otuz üç manat, altmış beş qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmədə 11 (on bir) saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi 66 (altmış altı) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №1(007)-235/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-235/2023
13.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver