Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-236/2022 17.11.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) X2, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1995-ci ildə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan, barəsində “həbs" qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgə əmlakını gizli olaraq talamaq məqsədi ilə 27 fevral 2022-ci il tarixdə saat 10 radələrində "xxxx" MMC-yə məxsus ünvan 2 ünvanda yerləşən “İrşad” mağazasına gələrək, mağazada işləyən satıcların digər müştərilərlə məşğul olmasından istifadə edib mağazada olan vitrinin üzərindən "xxxx" MMC-yə məxsus 01 ədəd 650 manat dəyərində “Realme 8” markalı mobil telefonu gizli olaraq talayıb, zərərçəkmiş şəxs "xxxx" MMC-yə 650 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 27 fevral 2022-ci il tarixdə saat 10 radələrində ünvan 2 ünvanda yerləşən "xxxx" mağazasına gəlmiş, vitrində açıq yerə qoyulmuş “Realme 8” markalı mobil telefonu baxmaq üçün götürmüş, telefonun arxasında olan yapışqanı çıxarmış və əynində olan qara rəngli idman şalvarının sağ yan cibinə qoyaraq mağazadan çıxmışdır. Daha sonra həmin mobil telefona ***-***-**-** saylı nömrəni daxil edib istifadə etmiş, şəhərdə tanıdığı Şamxal adlı şəxslə rastlaşarkən, sonuncuya özünə məxsus telefonu satmaq istədiyini bildirmişdir. Həmin gün saat 20 radələrində Nizami rayonu Q.Qarayev prospektində yerləşən “TT Mobile” mağazasına Şamxalla birlikdə gəlmiş və mağazada işləyən əvvəllər tanımadığı satıcıya həmin telefonu 240 manata satmışdır. Telefonun oğurluq olduğunu Şamxala bildirməmiş və "xxxx" MMC-yə dəymiş maddi ziyanı tam olaraq ödəmişdir. Törətdiyi cinayət əməlindən səmimi peşmandır. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünün səmimi etirafından başqa zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidin ifadələri ilə, habelə iş üzrə toplanmış digər sübutlarla tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə ifadəsində göstərmişdir ki, "xxxx" MMC-də hüquqşünas vəzifəsində işləmişdir. 27 fevral 2022-ci il tarixdə saat 10 radələrində ünvan 2 ünvanda yerləşən "xxxx" MMC-yə məxsus mağazadan 01 ədəd 650 manat dəyərində “Realme 8” markalı mobil telefonun naməlum şəraitdə oğrulnadığı barədə məlumat verildiyindən həmin mağazaya getmiş və “Realme 8” markalı mobil telefonun, telefonlar olan açıq vitrindən oğurlandığı məlum olmuşdur. Bu barədə DİN-nin 102 xidmətinə məlumat vermiş və hadisə barədə Nizami RPİ-nin 24-cü PŞ-nə ərizə ilə müraciət etmişdir. Aparılmış araşdırmalar zamanı “Realme 8” markalı mobil telefonun 27 fevral 2022-ci il tarixdə saat 11 radələrində Təqsirləndirilən şəxs tərəfindən oğurlandığı müəyyən edilmişdir. Hadisədən sonra MMC-yə dəymiş 650 manat maddi ziyan Təqsirləndirilən şəxs tərəfindən tam şəkildə ödənilmiş və sonuncuya qarşı heç bir şikayəti, iddia və tələbi yoxdur. İbtidai istintaq zamanı şahid qismində dinidirilmiş X3 elan olunaraq tədqiq olunmuş ifadəsindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində yerləşən “TT Mobile” telefon mağazasında satıcı işləmişdir. 27 fevral 2022-ci il tarixdə saat 20 radələrində müştəri kimi tanıdığı Şamxal adlı şəxs başqa bir nəfər tanımadığı şəxslə mağazaya gəlmiş, Şamxal yanında olan şəxsi tanışı kimi təqdim edərək, sonuncunun mobil telefonunu satmaq istədyini bildirmişdir. Həmin şəxs şəxsiyyət vəsiqəsi ilə birlikdə mobil telefonu ona təqdim etmiş, həmin şəxsin şəxsiyyət vəsiqəsi əsasında Təqsirləndirilən şəxs olduğunu bilmiş və telefonun sazlığını yoxladıqdan sonra razılaşma əsasında telefonu 240 manata almış və vitrinə qoyaraq xx.xx.2022-ci il tarixdə 290 manata tanımadığı müştəriyə satmışdır. Telefonun oğurluq olması barədə heç bir məlumatı olmamışdır. İşdə olan 16 aprel 2022-ci il tarixli “Hadisə yerinə baxış keçirilməsi barədə” protokoldan görünür ki, hadisə ünvan 3 ünvanın qarşısında baş vermişdir. İşdə olan 27 fevral 2022-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yeri ünvan 2 ünvanda yerləşən "xxxx" MMC-yə məxsus mağazadır. İşdə olan 02 aprel 2022-ci il tarixli «CD diskə baxış keçirilməsi haqqında» protokoldan görünür ki, 27 fevral 2022-ci il tarixdə təxminən 20-30 yaşlarında qara rəngli geyimdə olan və ağzında qoruyucu maska olan şəxsin mağazadan telefonlar olan vitrindən bir ədəd telefonu əlinə goturdükdən sonra əynində olan qara rəngli şalvarın sağ yan cibinə qoyaraq mağazadan çıxaraq uzaqlaşması müəyyən edilmişdir. İşdə olan 02 aprel 2022-ci il tarixli "Götürmə və baxış keçimə haqqında” protokoldan görünür ki, 27 fevral 2022-ci il tarixdə Təqsirləndirilən şəxs ünvan 4 ünvanda yerləşən "xxxx" MMC-yə məxsus “İrşad” mağazasından oğurladığı “Realme 8” markalı mobil telefonu Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 70 ünvanda yerləşən “TT Mobile” adlanan telefon mağazasında satıcı kimin işləyən X4 240 manata satmış, sonuncu isə həmin mobil telefonu tanımadığı şəxsə satmışdır. X1 Əskər Elçin oğlundan telefonu alarkən, sonuncu tərəfindən imza edilmiş və telelon barədə qeydlər aparılmış şəxsiyyət vəsiqəsinin surəti götürmüşdür. İşdə olan 11 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs “Realme 8” markalı mobil telefonu “TT Mobile” mağazasına satarkən özü tərəfindən imza edilmiş və telefonun ondan alınma qiyməti və telefon barədə qeydlər edilmiş şəxsiyyət vəsiqəsinin surəti əks olunan 1 ədəd vərəqə iş üzrə maddi sübut kimin tanınmışdır. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və xx.xx.2022-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İşə əlavə olunmuş zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə ərizəsindən görünür ki, "xxxx" MMC-yə dəymiş 650 manat maddi ziyan Təqsirləndirilən şəxs tərəfindən tam şəkildə ödənilmiş və sonuncuya qarşı heç bir şikayət, iddia və tələb yoxdur. İşdə olan Bakı şəhəri, Nizami rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilməklə axtarış elan olunmuşdur. İşdə olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Nizami RPİ-nin əməkdaşları tərəfindən tutulmuşdur. Beləliklə, məhkəmədə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmuyuna əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-c maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal qismində nəzərə alınmış, Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən isə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 45-ci bəndinin tövsiyyəsinə görə, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsinin sanksiyasında üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini və işin digər halları nəzərə alaraq, onun cəmiyyətdən tam təcrid olunmadan islah olunmasını mümkün sayır və hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə cəzanın məqsədləri təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı və cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə - tutulduğu və həbsdə saxlanıldığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. İş materiallarında olan sənədlərə əsasən, Təqsirləndirilən şəxs 31 mart 2022-ci il tarixdən 02 aprel 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu və xx.xx.2022-ci ildən xx.xx.2022-ci il tarixədək həbsdə saxlanıldığı müddət onun cəza müddətinə hesablanmalıdır. Cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsi ilə müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. İş üzrə maddi sübutlar - Təqsirləndirilən şəxs məxsus, üzərində müvafiq qeydlər edilmiş şəxsiyyət vəsiqəsinin surəti və 1 ədəd “CD” disk cinayət işində saxlanılmalıdır. İş üzrə məhkəmə xərcləri yoxdur, mülki iddia verilməmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351- 353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı cəmi 2 (iki) ay müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla onun üzərində qəti olaraq 1 (bir) il 2 (iki) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, Bakı şəhərini tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi Bakı Probasiya İdarəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar - Təqsirləndirilən şəxs məxsus, üzərində müvafiq qeydlər edilmiş şəxsiyyət vəsiqəsinin surəti və 1 ədəd “CD” disk cinayət işində saxlanılsın. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №1(007)-236/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-236/2022
17.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver