Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-236/2025 07.08.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Əsədli Gülsu Araz qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər – Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1, təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakı ilə, təqsirləndirilən şəxs – xx.xx.1993-cü il tarixdə Naxçıvan MR, Şərur rayonu, Zeyvə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 69.3-cü maddəsinə əsasən 2 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə axtarış elan edilərək, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilmiş və həbs qətimkan tədbiri seçilmiş, xx.xx.2025-ci il tarixdə tutulmuş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, təqsirləndirilən şəxs – xx.xx.2003-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3cü maddəsi ilə təqsirli bilinib, CM-nin 69.3-cü maddəsinə əsasən 2 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə axtarış elan edilərək, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilmiş və həbs qətimkan tədbiri seçilmiş, xx.xx.2025-ci il tarixdə tutulmuş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda metadon həbini əldə etməsi barədə qardaşı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək aralarında olan razılığa əsasən, o, özünə məxsus 10 manat, Təqsirləndirilən şəxs2 məxsus 10 manat olmaqla, ümumilikdə 20 manat pul vəsaiti müqabilində istintaqa məlum olmayan vaxtda və mənbədən narkotik vasitə olan iki ədəd metadon həbini əldə edib Təqsirləndirilən şəxs2 ilə öz aralarında bölmüş və 23 oktyabr 2024-cü il tarixdə, saat 19:10 radələrində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 32 ünvanının qarşısında Nizami RPİ-nin NMB-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs2 ilə birlikdə şübhəli şəxs qismində saxlanılaraq ünvan 6 ünvanında yerləşən Nizami RPİ-nə gətirilib polis idarəsinin xidməti otaqlarının birində üzərilərinə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs2 əynində olan qara rəngli idman şalvarının sol yan cibindən üzərində “M-40” göstəricisi olan bir ədəd qəhvəyi rəngli, dairəvi formalı təsir maddəsinin miqdarı 0,04 qram təşkil edən narkotik vasitə olan metadon dərman həbi, onun əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən üzərində “M-40” göstəricisi olan bir ədəd qəhvəyi rəngli, dairəvi formalı təsir maddəsinin miqdarı 0,04 qram təşkil edən narkotik vasitə olan metadon dərman həbi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda metadon həbini əldə etməsi barədə qardaşı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək aralarında olan razılığa əsasən, Təqsirləndirilən şəxs1 özünə məxsus 10 manat, ona məxsus 10 manat olmaqla, ümumilikdə 20 manat pul vəsaiti müqabilində istintaqa məlum olmayan vaxtda və mənbədən narkotik vasitə olan iki ədəd metadon həbini əldə ədib onunla öz aralarında bölmüş və 23 oktyabr 2024-cü il tarixdə saat 19:10 radələrində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 32 ünvanının qarşısında Nizami RPİ-nin NMB-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs1 ilə birlikdə şübhəli şəxs qismində saxlanılaraq ünvan 6 ünvanında yerləşən Nizami RPİ-yə gətirilib polis idarəsinin xidməti otaqlarının birində üzərilərinə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs1 əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən üzərində “M-40” göstəricisi olan bir ədəd qəhvəyi rəngli, dairəvi formalı təsir maddəsinin miqdarı 0,04 qram təşkil edən narkotik vasitə olan metadon dərman həbi, onun əynində olan qara rəngli idman şalvarının sol yan cibindən üzərində “M-40” göstəricisi olan bir ədəd qəhvəyi rəngli, dairəvi formalı təsir maddəsinin miqdarı 0,04 qram təşkil edən narkotik vasitə olan metadon dərman həbi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 məhkəmə baxışında özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş ittihamla təqsirli bilərək bildirmişdir ki, istintaqda verdiyi ifadəsini təsdiq edir. Şəhid ailəsidir, qardaşı da onunla birlikdə həbsdədir, xəstə anası vardır. Əməlindən peşmandır. Məhkəmədən qeyd olunanları nəzərə alaraq yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs1 istintaqda verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 onun qardaşıdır. Əli də narkotik vasitə metadondan istifadə edir. xx.xx.2024-cü il tarixdə günorta saatlarında qardaşı Əli ilə birlikdə Nizami rayonu, Qara Qarayev prospektində parkın yaxınlığında adını “İkram” kimi bildiyi şəxsdən 20 manata iki ədəd narkotik vasitə metadon həbi almışlar. Bir ədəd dərman həbini o, üstündə saxlamış, bir ədəd dərman həbini isə Əli üstündə saxlamışdır. xx.xx.2024-cü il tarixdə, saat 19:10 radələrində Nizami rayonu, Qara Qarayev prospekti 32 ünvanının qarşısında tanışları Maarif adlı şəxslə görüşüb söhbət edən zaman mülki geyimdə olan 4 nəfər polis əməkdaşı onlara yaxınlaşmış və birlikdə Nizami RPİ-nə getmələrini təklif etmişlər. Şübhə yaranmasın deyə o, polis əməkdaşlarının təklifini qəbul etmişdir. Nizami RPİ-nə birlikdə gəlmişlər. İdarədə şübhəli şəxs qismində tutulduqdan sonra ona hüquqları izah edilmiş və müdafiəçi ilə təmin edilmişdir. Daha sonra onun üstünə şəxsi axtarış keçirilən zaman ilk əvvəl üstündə qadağan edilmiş əşyaları özünün təqdim etməyi təklif edilmişdir. Bu təklifdən sonra o, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd dərman həbini və həmin şalvarın sol yan cibindən bir ədəd “Samsung" markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Sorğu zamanı həmin bir ədəd dərman həbinin narkotik vasitə metadon olduğunu, həmin dərman həbini Nizami rayonu, Qara Qarayev prospektində parkın yaxınlığında adını “İkram” kimi bildiyi şəxsdən aldığını bildirmişdir. Daha sonra onun üstünə axtarış keçirilmiş və üstündən başqa qadağan edilmiş əşya və predmet aşkar edilməmişdir. Ondan aşkar edilmiş bir ədəd dərman həbi zərfə qoyularaq üzəri möhürlənmiş və imzalarla təsdiqlənmişdir. Sonra baxış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş və o da, protokolun düzgünlüyünü imzası ilə təsdiq etmişdir. Əlavə suallara cavab olaraq bildirmişdir ki, o, narkotik maddələrin satışı ilə məşğul olmamış, narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etmişdir. Polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı heç bir zorakılıq tətbiq edilməmişdir. Saxlanılan zaman və Nizami RPİ-nə gətirilən zaman üzərinə şəxsi axtarış keçirilməmişdir. Onun üzərinə Nizami RPİ-də təhqiqatçı tərəfindən polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Üzərindən aşkar olunmuş həb narkotik vasitədir, ona məxsusdur, şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Narkotik vasitəni aldığı şəxsi qiyabi tanıyır. Həmin şəxs ona özünü “İkram” kimi təqdim etmişdir. Həmin şəxsin dəqiq adını və soyadını bilmir. Üzərilərindən aşkar olunmuş narkotik vasitə olan həbi alan zaman 10 manatı qardaşı Əli vermiş, 10 manat da özü qoyub 20 manat pul verib iki ədəd həb almış və hərəsi birini götürmüşdür. Qeyd etdiyi cinayətdən başqa cinayət törətməmişdir. Təqsirləndirilən şəxs2 məhkəmə baxışında özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş ittihamla təqsirli bilərək bildirmişdir ki, istintaqda verdiyi ifadəsini təsdiq edir. Şəhid ailəsidir, qardaşı da onunla birlikdə həbsdədir, xəstə anası vardır. Əməlindən peşmandır. Məhkəmədən qeyd olunanları nəzərə alaraq yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs2 istintaqda verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 onun qardaşıdır. Niyaməddin də narkotik vasitə metadondan istifadə edir. xx.xx.2024-cü il tarixdə günorta saatlarında qardaşı Niyaməddin ilə birlikdə Nizami rayonu, Qara Qarayev prospektində parkın yaxınlığında adını “İkram” kimi bildiyi şəxsdən 20 manata iki ədəd narkotik vasitə metadon həbi almışlar. Bir ədəd dərman həbini o, üstündə saxlamış, bir ədəd dərman həbini isə Niyaməddin üstündə saxlamışdır. xx.xx.2024-cü il tarixdə, saat 19:10 radələrində Nizami rayonu, Qara Qarayev prospekti 32 ünvanının qarşısında tanışları Maarif adlı şəxslə görüşüb söhbət edən zaman mülki geyimdə olan 4 nəfər polis əməkdaşı onlara yaxınlaşmış və birlikdə Nizami RPİ-nə getmələrini təklif etmişlər. Şübhə yaranmasın deyə o, polis əməkdaşlarının təklifini qəbul etmişdir. Nizami RPİ-nə birlikdə gəlmişlər. İdarədə şübhəli şəxs qismində tutulduqdan sonra ona hüquqları izah edilmiş və müdafiəçi ilə təmin edilmişdir. Daha sonra onun üstünə şəxsi axtarış keçirilən zaman ilk əvvəl üstündə qadağan edilmiş əşyaları özünün təqdim etməyi təklif edilmişdir. Bu təklifdən sonra o, əynində olan qara rəngli idman şalvarının sol yan cibindən bir ədəd dərman həbini və həmin şalvarın sağ yan cibindən bir ədəd "Samsung" markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Sorğu zamanı həmin bir ədəd dərman həbinin narkotik vasitə metadon olduğunu, həmin dərman həbini Nizami rayonu, Qara Qarayev prospektinə parkın yaxınlığında adını “İkram” kimi bildiyi şəxsdən aldığını bildirmişdir. Daha sonra onun üstünə axtarış keçirilmiş və üstündən başqa qadağan edilmiş əşya və predmet aşkar edilməmişdir. Ondan aşkar edilmiş bir ədəd dərman həbi zərfə qoyularaq üzəri möhürlənmiş və imzalarla təsdiqlənmişdir. Sonra baxış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş və o da, protokolun düzgünlüyünü imzası ilə təsdiq etmişdir. Əlavə suallara cavab olaraq bildirmişdir ki, o, narkotik maddələrin satışı ilə məşğul olmamış, narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etmişdir. Polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı heç bir zorakılıq tətbiq edilməmişdir. Saxlanılan zaman və Nizami RPİ-nə gətirilən zaman üzərinə şəxsi axtarış keçirilməmişdir. Onun üzərinə Nizami RPİ-də təhqiqatçı tərəfindən polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Üzərindən aşkar olunmuş həb narkotik vasitədir, ona məxsusdur, şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Narkotik vasitəni aldığı şəxsi qiyabi tanıyır. Həmin şəxs ona özünü “İkram” kimi təqdim etmişdir. Həmin şəxsin dəqiq adını və soyadını bilmir. Üzərilərindən aşkar olunmuş narkotik vasitə olan həbi alan zaman 10 manatı o, vermiş, 10 manat da qardaşı Niyaməddin qoyub 20 manat pul verib iki ədəd həb almışlar və hərəsi birini götürmüşdür. Qeyd etdiyi cinayətdən başqa cinayət törətməmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qeyd edilən əməli törətməkdə təqsirləri öz ifadələri ilə yanaşı aşağıdakılarla da təsdiq olunur. Məhkəmə baxışında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməliyyat müvəkkili, polis mayoru Şahid1 ifadəsində göstərmişdir ki, 23 oktyabr 2024-cü il tarixdə, saat 19:10 radələrində Nizami RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ilə birlikdə xidməti ərazidə olarkən Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 32 ünvanının qarşısında dayanmış üç nəfər şəxsin şübhəli davranışları səbəbindən onlara yaxınlaşmışlar. Həmin şəxslərə özlərini təqdim edib xidməti vəsiqələrini göstərdikdən sonra hərəkətlərinin səbəbini soruşduqda qeyri-adekvat danışıqları və davranışları onlarda həmin şəxslərin narkotik vasitə aludəçisi olduqları şübhəsi yaratmışdır. Həmin şəxslər özlərini Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və X1 təqdim etmişlər. Həmin şəxslər hava şəraiti, o cümlədən təhlükəsizlik tədbirləri nəzərə alınmaqla Nizami RPİ-nə gətirilmişlər. Nizami RPİ-nin inzibati binasının xidməti otaqlarının birində Təqsirləndirilən şəxs1 üzərinə müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs1 paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd qəhvəyi rəngli dərman həbini, həmin şalvarın sol yan cibindən bir ədəd, üzərində “Samsung” yazısı olan mobil telefonu çıxarıb təqdim edərək masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs1 verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş bir ədəd həbin narkotik vasitə metadon olduğunu, həmin metadonu Nizami rayonu, Qara Qarayev prospektində yerləşən parkın yaxınlığında “İkram” adlı şəxsdən şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra Nizami RPİ-nin inzibati binasının xidməti otaqlarının birində Təqsirləndirilən şəxs2 üzərinə müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs2 paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs2 əynində olan qara rəngli idman şalvarının sol yan cibindən bir ədəd qəhvəyi rəngli dərman həbini, həmin şalvarın sağ yan cibindən bir ədəd, üzərində “Samsung" yazısı olan mobil telefonu çıxarıb təqdim edərək masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs2 verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş bir ədəd həbin narkotik vasitə metadon olduğunu, həmin metadonu Nizami rayonu, Qara Qarayev prospektində yerləşən parkın yaxınlığında “İkram” adlı şəxsdən şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 polis mayoru Şahid1 ilə oxşar məzmunda ifadə vermişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli olduğuna görə tutulmuşdur. - şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli olduğuna görə tutulmuşdur. - şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2024-cü il tarixli protokoldan və diskə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Nizami rayon Polis İdarəsinin inzibati binasında xidməti iş otaqlarının birində videoçəkilişdən istifadə edilməklə Müdafiəçi2 iştirakı ilə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs1 barəsində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs1 paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd dərman həbi, həmin şalvarın sol yan cibindən bir ədəd “Samsung" markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs1 həmin bir ədəd dərman həbinin narkotik vasitə metadon olduğunu, həmin metadonu Nizami rayonu, Q.Qarayev prospektində, parkın yaxınlığında “İkram” adlı şəxsdən şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 üstünə polis əməkdaşları tərəfindən şəxsi axtarış keçirilmiş, lakin üstündən qanunla qadağan edilmiş digər əşya və ya predmet aşkar edilməmişdir. Aşkar olunmuş həmin həb içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri şübhəli şəxs, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmış və möhürlənmişdir. Həmçinin bir ədəd “Samsung” markalı mobil telefon və aparılmış videoçəkilişin əks olunduğu 1 ədəd disk protokola əlavə olunmuşdur. - şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2024-cü il tarixli protokoldan və diskə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Nizami rayon Polis İdarəsinin inzibati binasında xidməti iş otaqlarının birində videoçəkilişdən istifadə edilməklə Müdafiəçi1 iştirakı ilə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs2 barəsində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs2 paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs2 əynində olan qara rəngli idman şalvarının sol yan cibindən bir ədəd dərman həbini, həmin şalvarın sağ yan cibindən bir ədəd “Samsung” markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs2 həmin bir ədəd dərman həbinin narkotik vasitə metadon olduğunu, həmin metadonu Nizami rayonu, Q.Qarayev prospektində, parkın yaxınlığında “İkram” adlı şəxsdən şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs2 üstünə polis əməkdaşları tərəfindən şəxsi axtarış keçirilmiş, lakin üstündən qanunla qadağan edilmiş digər əşya və ya predmet aşkar edilməmişdir. Aşkar olunmuş həmin həb içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri şübhəli şəxs, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmış və möhürlənmişdir. Həmçinin bir ədəd “Samsung” markalı mobil telefon və aparılmış videoçəkilişin əks olunduğu 1 ədəd disk protokola əlavə olunmuşdur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş materialların məhkəmə ekspertizasının xx.xx.2024-cü il tarixli, 6/4977 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №162” dairəvi möhür əksi olan: üzərində “Təqsirləndirilən şəxs1...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfi açdıqda içərisində üzərində “M-40” göstəricisi olan bir ədəd qəhvəyi rəngli, dairəvi formalı dərman həbində metadonun təsir maddəsinin miqdarı 0,04 qram təşkil edir; üzərində “Təqsirləndirilən şəxs2...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfi açdıqda içərisində üzərində “M-40” göstəricisi olan bir ədəd qəhvəyi rəngli, dairəvi formalı dərman həbində metadonun təsir maddəsinin miqdarı 0,04 qram təşkil edir. Təqdim edilmiş həblər xarici görünüş əlamətlərinə və təsir maddəsinin miqdarına görə eynilik təşkil edir. - vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə Nizami RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru Cəmşid Sadıqovun vəsatəti təmin edilməmiş və Təqsirləndirilən şəxs1 həbsdən azad edilmişdir. - vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə Nizami RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru Cəmşid Sadıqovun vəsatəti təmin edilməmiş və Təqsirləndirilən şəxs1 həbsdən azad edilmişdir. - qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. - qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 X3-Narkoloji tibbi yoxlamanın xx.xx.2024-cü il tarixli, 6990 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, müayinə olunan Təqsirləndirilən şəxs2 opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 X3-Narkoloji tibbi yoxlamanın xx.xx.2024-cü il tarixli, 6991 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, müayinə olunan Təqsirləndirilən şəxs1 opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. - maddi sübut kimi tanınması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 aşkar edilmiş bir ədəd metadon həbi və Təqsirləndirilən şəxs2 aşkar edilmiş bir ədəd metadon həbi maddi sübut qismində tanınmış və tədqiqatdan sonrakı qalan iki ədəd 1/2 hissə metadon həbi saxlanması üçün Nizami RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-236/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində axtarış elan edilmiş, barələrində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilmiş və həbs qətimkan tədbiri seçilmişdir. - 3 saylı İstintaq Təcridxanasından daxil olmuş xx.xx.2025-ci il tarixli, 3-16-17/42/2- 2452/2025 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2025-ci il tarixdə Nizami RPİ-nin əməkdaşları tərəfindən tutularaq saxlanılması üçün 3 saylı İstintaq Təcridxanasına gətirilmişdir. - 3 saylı İstintaq Təcridxanasından daxil olmuş xx.xx.2025-ci il tarixli, 3-16-17/42/2- 2453/2025 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2025-ci il tarixdə Nizami RPİ-nin əməkdaşları tərəfindən tutularaq saxlanılması üçün 3 saylı İstintaq Təcridxanasına gətirilmişdir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına görə siyahıların təsdiq edilməsi haqqında “Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən dərman preparatı kimi beynəlxalq adı “Metadon” olan maddə narkotik maddədir, onun 0,02 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarının 4-cü və 5-ci bəndlərinə əsasən məhkəmələrə izah edilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə müəyyən olunmuşdur. Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə-metadon əldə edib üzərində saxlamaqla daşıması özünün, şahidlərin ifadələri, həmçinin cinayət işinin materiallarındakı digər sənədlərlə tamamilə sübuta yetirildi. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla Təqsirləndirilən şəxs1 tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir. Təqsirləndirilən şəxs1 cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığından Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə-metadon əldə edib üzərində saxlamaqla daşıması özünün, şahidlərin ifadələri, həmçinin cinayət işinin materiallarındakı digər sənədlərlə tamamilə sübuta yetirildi. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla Təqsirləndirilən şəxs2 tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir. Təqsirləndirilən şəxs2 cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığından Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri əməl az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluğu ödənilmiş hesab edilir. Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-540/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 69.3-cü maddəsinə əsasən 2 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Bakı Şəhər Probasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-16-21-1/2-44916/2025 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-540/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü və hökmün icrası barədə xx.xx.2023cü il tarixli göstərişi xx.xx.2023-cü il tarixdə icraata qəbul edilmişdir. Məhkum Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdə idarəyə gələrək qeydiyyatdan keçmiş və cəzasının əvvəli həmin tarixdən hesablanmışdır. Məhkum Təqsirləndirilən şəxs1 ona təyin edilmiş cəzanın xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək 8 ay 16 gün hissəsini çəkmiş, 2 il 3 ay 11 gün hissəsi çəkilməmiş qalmışdır. Göründüyü kimi 2 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs1 barəsində tutulduğu xx.xx.2025-ci il tarixə 2 il 3 ay 12 gün çəkilməmiş cəzası qalmışdır. Əvvəllər azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilməmiş və götürülməmiş qəsdən cinayət törətməsi cinayətin residivini yaratmır. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi əməli etiraf etməsini, əməlindən peşman olmasını cəzasını yüngülləşdirən hal kimi, cinayətin qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilməsini cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, qəsdin əsas obyektini əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər, əlavə obyektini isə ictimai təhlükəsizlik, dövlət idarə və müəssisələrin normal fəaliyyətini təmin edən ictimai münasibətlər, konkret insanın-fərdin sağlamlığı təşkil etməsini nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmaqla barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Cəfərov X4 Rayon Məhkəməsinin 1(012)-159/2023 saylı, xx.xx.2023-cü il hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib, CM-nin 69.3-cü maddəsinə əsasən 2 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Sumqayıt Şəhər Probasiya Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 4006 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib, CM-nin 69.3-cü maddəsinə əsasən 2 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsinə dair Abşeron Rayon Məhkəməsinin 1(012)-159/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhər Probasiya Şöbəsində icraata daxil olmuşdur. Məhkum Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixində probasiya qeydiyyatına götürülmüşdür. Məhkum Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixədək 1 il 7 ay 18 gün hissəsini çəkmiş, 10 ay 8 gün hissəsi çəkilməmiş qalmışdır. Göründüyü kimi 2 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs2 barəsində tutulduğu xx.xx.2025-ci il tarixə 10 ay 8 gün çəkilməmiş cəzası qalmışdır. Əvvəllər azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş Təqsirləndirilən şəxs2 məhkumluğu ödənilməmiş və götürülməmiş qəsdən cinayət törətməsi cinayətin residivini yaratmır. Məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi əməli etiraf etməsini, əməlindən peşman olmasını cəzasını yüngülləşdirən hal kimi, cinayətin qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilməsini cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, qəsdin əsas obyektini əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər, əlavə obyektini isə ictimai təhlükəsizlik, dövlət idarə və müəssisələrin normal fəaliyyətini təmin edən ictimai münasibətlər, konkret insanın-fərdin sağlamlığı təşkil etməsini nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmaqla barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının CM-nin 67 və 68.1.1-1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs1 barəsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-540/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə təyin olunmuş və çəkilməmiş qalan 2 il 3 ay 12 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının iki gününü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutaraq hesablamaqla 1 il 1 ay 21 gün müddətinə azadlıqdan məhrum etmə cəzasını yeni hökmlə təyin olunmuş cəzaya qismən birləşdirərək ona qəti cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının CM-nin 67 və 68.1.1-1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs2 barəsində Abşeron Rayon Məhkəməsinin 1(012)-159/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə təyin olunmuş və çəkilməmiş qalan 10 ay 8 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının iki gününü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutaraq hesablamaqla 5 ay 4 gün müddətinə azadlıqdan məhrum etmə cəzasını yeni hökmlə təyin olunmuş cəzaya qismən birləşdirərək ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 2 gün həbsdə saxlanılması həbsdə saxlamanın bir gününü azadlıqdan məhrum etmənin bir gününə hesablayaraq nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 2 gün həbsdə saxlanılması həbsdə saxlamanın bir gününü azadlıqdan məhrum etmənin bir gününə hesablayaraq nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş az ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilir. Ona görə də, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Azərbaycan Respublikası CPM-nin 346.1.19-346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, onların həbsdə saxlanıldıqları müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablanaraq cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı tutulduqları vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən hesablanmalı; Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən iş üzrə maddi sübut olan və Bakı şəhəri Nizami RPİ-də saxlanılan iki ədəd ½ hissə narkotik vasitə-metadon hökm qanuni qüvvəyə mindikdən sonra məhv olunmalı; Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan 65 (altmış beş) manat ekspertiza xərcinin 32,50 ( otuz iki manat əlli qəpik) manatı Təqsirləndirilən şəxs1, 32,50 ( otuz iki manat əlli qəpik) manatı Təqsirləndirilən şəxs2 tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza çəkdikləri müddətdə narkomaniyadan məcburi müalicə olunmalı və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdırlar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 müdafiəçisinin məhkəmədə iştirak etdiyi müddət cəmi 32 iş saatı müddətinə bərabər olmaqla, 14 iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 84 manat (14x6) məbləğində, 18 iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025ci il tarixli, 141 nömrəli qərarına əsasən hüquqi yardım haqqı 11 (on bir) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 198 manat (18x11) məbləğində, cəmi 282 (iki yüz səksən iki) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi2 Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə, Təqsirləndirilən şəxs2 müdafiəçisinin məhkəmədə iştirak etdiyi müddət cəmi 31 iş saatı müddətinə bərabər olmaqla, 13 iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 78 manat (13x6) məbləğində, 18 iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025ci il tarixli, 141 nömrəli qərarına əsasən hüquqi yardım haqqı 11 (on bir) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 198 manat (18x11) məbləğində, cəmi 276 (iki yüz yetmiş altı) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi1 dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 barəsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin olunmuş 2 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 2 il 3 ay 12 gün azadlığın məhdudlaşdırılması cəzasının iki gününü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutaraq hesablamaqla 1 il 1 ay 21 gün müddətinə azadlıqdan məhrum etmə cəzasını hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirərək Təqsirləndirilən şəxs1 qəti cəza 1(bir) il 4(dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 2 gün həbsdə saxlanılması nəzərə alınmaqla həbsdə saxlamanın bir gününü azadlıqdan məhrum etmənin bir gününə hesablayaraq üzərində 1(bir) il 3 (üç) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 barəsində Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il hökmü ilə təyin olunmuş 2 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 10 ay 8 gün azadlığın məhdudlaşdırılması cəzasının iki gününü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutaraq hesablamaqla 5 ay 4 gün müddətinə azadlıqdan məhrum etmə cəzasını hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirərək Təqsirləndirilən şəxs2 qəti cəza 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 2 gün həbsdə saxlanılması nəzərə alınmaqla həbsdə saxlamanın bir gününü azadlıqdan məhrum etmənin bir gününə hesablayaraq üzərində 7(yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut olan və Bakı şəhəri Nizami RPİ-də saxlanılan 2 ədəd ½ hissə narkotik vasitə metadon həbi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə məsrəfi olan 65 (altmış beş) manat ekspertiza xərcinin 32,50 ( otuz iki manat əlli qəpik) manatı Təqsirləndirilən şəxs1, 32,50 (otuz iki manat əlli qəpik) manatı Təqsirləndirilən şəxs2 tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, hesab AZ34CTRE******************** hesabına keçirilsin. Təqsirləndirilən şəxs1 32 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi2 282 (iki yüz səksən iki) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Təqsirləndirilən şəxs2 31 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi1 276 (iki yüz yetmiş altı) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №1(007)-236/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-236/2025
07.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver