Məhkəmə qərarları › İş №1(007)-238/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-238/2022

30.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-238/2022 30.08.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi X7, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X8, zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs və müdafiəçi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1980-cı ildə Masallı rayonu, Təzə Alvadı kəndində anadan olmuş və həmin ünvanda qeydiyyatda olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində üç azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 178.2.2, 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs1 özünün Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində işləməsi barədə yalan məlumat verərək inandırıb, guya əlaqələrindən istifadə etməklə Zərərçəkmiş şəxs1 arvadı X9 aliment tələbinə dair iddiasının təmin edilməsi barədə Zərdab rayon Məhkəməsinin 13 mart 2020-ci il tarixli qərarını ləğv etdirəcəyinə dair yalandan vəd verib aldadaraq mobil telefonla fotoşəkilini göndərdiyi, onun cinayətkar niyyətindən xəbərsiz olan tanışı X3 məxsus, "xxxx" ASC-nə aid ************9226 nömrəli bank kartının hesabına Zərərçəkmiş şəxs1 tərəfindən Zərdab rayonu Azərbaycan küçəsində yerləşən “Anar” marketdə “Paypoint” ödəmə terminalı vasitəsilə 09 aprel 2020-ci il tarixdə köçürülmüş 35 manat pul vəsaitini ünvan 3 ünvanda yerləşən bankomatdan, 12 may 2020-ci il tarixdə köşürülmüş 30 manat pul vəsaitini ünvan 4 ünvanda yerləşən bankomatdan, 19 may 2020-ci il tarixdə köçürülmüş 200 manat pul vəsaitini ünvan 4 ünvanda yerləşən bankomatdan, 20 may 2020-ci il tarixdə köçürülmüş 200 manat pul vəsaitini ünvan 5 ünvanda yerləşən 10 saylı (Əhmədli) filialından, 28 may 2020-ci il tarixdə köçürülmüş 500 manat pul vəsaitini ünvan 5 ünvanda yerləşən 10 saylı (Əhmədli) filialından, 02 iyun 2020-ci il tarixdə küçürülmüş 150 manat pul vəsaitini ünvan 4 ünvanda yerləşən bankomatdan, xx.xx.2020-ci il tarixdə köçürülmüş 500 manat pul vəsaitini ünvan 4 ünvanda yerləşən bankomatdan, xx.xx.2020-ci il tarixdə köçürülmüş 500 manat pul vəsaitinin ünvan 5 ünvanda yerləşən 10 saylı (Əhmədli) filialından, xx.xx.2020-ci il tarixdə köçürülmüş 250 manat pul vəsaitini ünvan 5 ünvanda yerləşən 10 saylı (Əhmədli) filialından, xx.xx.2020-ci il tarixdə köçürülmüş 200 manat pul vəsaitini ünvan 6 ünvandan yerləşən bankomatdan, xx.xx.2020-ci il tarixdə köçürülmüş 50 manat pul vəsaitini ünvan 7 ünvanda yerləşən bankomatdan, xx.xx.2020-ci il tarixdə köçürülmüş 230 manat pul vəsaitini ünvan 5 ünvanda yerləşən 10 saylı (Əhmədli) filialından, xx.xx.2020-ci il tarixdə köçürülmüş 210 manat pul vəsaitini ünvan 7 ünvanda yerləşən bankomatdan, xx.xx.2020-ci il tarixdə köçürülmüş 500 manat pul vəsaitini ünvan 5 ünvanda yerləşən 10 saylı (Əhmədli) filialından, xx.xx.2020-ci il tarixdə köçürülmüş 500 manat pul vəsaitini ünvan 4 ünvanda yerləşən bankomatdan çıxararaq, ümumilikdə Zərərçəkmiş şəxs1 məxsus 3855 manat məbləğində pulvəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirməklə Zərərçəkmiş şəxs1 maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs2 özünün Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində işləməsi barədə yalan məlumat verərək inandırıb, guya əlaqələrindən istifadə etməklə Zərərçəkmiş şəxs2 keçmiş arvadı X4 digər şəxslərlə yaxın münasibətlərini əks etdirən telefon danışıqları və “SMS” yazışmalarını təqdim edəcəyinə dair yalandan vəd verib aldadaraq mobil telefonla fotoşəkilini göndərdiyi, onun cinayətkar niyyətindən xəbərsiz olan tanışı X3 məxsus, "xxxx" ASC-nə aid ************9226 nömrəli bank kartının hesabına Zərərçəkmiş şəxs2 tərəfindən Zərdab rayonu, Azərbaycan küçəsində yerləşən “Anar” marketdə “Paypoint” ödəmə terminalı vasitəsilə 08 iyun 2020-ci il tarixdə küçürülmüş 300 manat pul vəsaitini ünvan 4 ünvanında yerləşən bankomatdan, xx.xx.2020-ci il tarixdə köçürülmüş 400 manat pul vəsaitini ünvan 5 ünvanında yerləşən 10 saylı (Əhmədli) filialından, xx.xx.2020-ci il tarixdə köçürülmüş 400 manat pul vəsaitini ünvan 8 ünvanında yerləşən “Metropark” Ticarət mərkəzində yerləşən bankomatdan, xx.xx.2020-ci il tarixdə köçürülmüş 400 manat pul vəsaitini ünvan 6 ünvanından yerləşən bankomatdan, xx.xx.2020-ci il tarixdə köçürülmüş 400 manat pul vəsaitini ünvan 6 ünvanından yerləşən bankomatdan, xx.xx.2020-ci il tarixdə köçürülmüş 200 manat pul vəsaitini Bakı şəhəri, Babək prospekti 22/69 ünvanında yerləşən “Socar” yanacaq doldurma məntəqəsindəki bankomatdan, xx.xx.2020-ci il tarixdə köçürülmüş 200 manat manat pul vəsaitini ünvan 6 ünvanından yerləşən bankomatdan, xx.xx.2020-ci il tarixdə köçürülmüş 475 manat pul vəsaitini ünvan 6 ünvanından yerləşən bankomatdan, xx.xx.2020-ci il tarixdə köçürülmüş 410 manat pul vəsaitini ünvan 6 ünvanından yerləşən bankomatdan, xx.xx.2020-ci il tarixdə köçürülmüş 480 manat pul vəsaitini ünvan 5 ünvanında yerləşən 10 saylı (Əhmədli) filialından, xx.xx.2020-ci il tarixdə köçürülmüş 300 manat pul vəsaitini ünvan 5 ünvanında yerləşən 10 saylı (Əhmədli) filialından, xx.xx.2020-ci il tarixdə köçürülmüş 150 manat pul vəsaitini ünvan 5 ünvanında yerləşən 10 saylı (Əhmədli) filialından, xx.xx.2020-ci il tarixdə köçürülmüş 700 manat pul vəsaitinin ünvan 4 ünvanda yerləşən bankomatdan çıxararaq, bundan başqa, onun cinayətkar niyyətindən xəbərsiz olan tanışı X13 olan borcunu ödəmək məqsədilə sonununcunun istifadəsində olmuş, qohumu X14 məxsus, "xxxx" ASC-nə aid **********613846 nömrəli bank kartının hesabına Zərərçəkmiş şəxs2 tərəfindən xx.xx.2020-ci il tarixdə 450 manat, xx.xx.2020-ci il tarixdə 200 manat, xx.xx.2020-ci il tarixdə 430 manat, xx.xx.2020-ci il tarixdə 500 manat, xx.xx.2020-ci il tarixdə 550 manat, xx.xx.2020-ci il tarixdə 55 manat pul vəsaitinin köçürülməsinə nail olmaqla ümumilikdə Zərərçəkmiş şəxs2na məxsus 7000 manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirməklə Zərərçəkmiş şəxs2 xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs3 özünün Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində işləməsi barədə yalan məlumat verərək inandırıb, guya əlaqələrindən istifadə etməklə övladı Zərərçəkmiş şəxs4 Prezidentin Təhlükəsizlik Xidmətində işə qəbul etdirəcəyinə dair yalan vəd verib aldadaraq 2021-ci ilin avqust ayında Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 71 ünvanında yerləşən parkda Zərərçəkmiş şəxs4 1500 manat, 06 noyabr 2021-ci il tarixdə özünə məxsus "xxxx" ASC-nə aid 4****7917 nömrəli nömrəli bank kartının hesabına Zərərçəkmiş şəxs4 tərəfindən ünvan 11 ünvanındakı “E-manat” ödəmə terminalı vasitəsi ilə küçürülmüş 500 manat pul vəsaitini, 2021-ci ilin oktyabr ayında Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 71 ünvanında yerləşən parkda 560 manat, ümumilikdə Zərərçəkmiş şəxs3 məxsus 2560 manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirməklə Zərərçəkmiş şəxs3 maddi ziyan vuraraq dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2016-cı ildə Rusiya Federasiyasının Volqoqrad şəhərində olan zaman Zərdab rayon sakinləri Sənan və Xəqan qardaşları ilə tanış olmuş, həmin şəxslərlə mehriban münasibəti yaranmışdır. Söhbət zamanı Sənan Zərdab rayonuda yaşayan Məhəddin adlı qardaşının olduğunu bildirmişdir. Azərbaycana qayıtdıqdan sonra Zərərçəkmiş şəxs1 onu yaşadığı evə dəvət etmişdir. 2020-ci ilin mart ayının əvvəllərində Sənan onunla əlaqə saxlayıb bildirmişdir ki, qardaşı Məhəddinin alimentlə bağlı problemi vardır. Bununla əlaqədar köməklik edə biləcəyini söyləyib Zərərçəkmiş şəxs1 ilə görüşmüşdür. Məhəddin aliment verməkdən imtina etmək istədiyini bildirmişdir. Belə olan halda Məhəddinə yalandan bildirmişdir ki, Zərdab rayon Məhkəməsinin sədri Tahir Qubadov onun yaxın adamıdır. Məhəddinin ona inandığını görüb bildirmişdir ki, müəyyən pul məbləğində bu məsələni həll edə bilər. Məhəddin onun bu sözlərinə inanmış və 2020-ci ilin mart ayından 2021-ci ilin iyun ayına kimi ona ümumilikdə 3855 manat pul vermişdir. Zərərçəkmiş şəxs1 qohumu, Zərdab rayon sakini Zərərçəkmiş şəxs2 uzun müddətdir ki, tanıyır. Məhəddin 2020-ci ilin iyun ayında ona müraciət edərək bildirmişdir ki, qohumu Tural boşandıqdan sonra keçmiş arvadının telefon danışıqlarını əldə etmək istəyir. Məhəddinə bu işdə Turala kömək edə biləcəyini demişdir. Daha sonra Tural onunla əlaqə saxlamış və problemini ona danışmışdır. Turala bildirmişdir ki, öz yaxın əlaqələrindən istifadə edərək arvadının telefon danışıqlarını əldə edə bilər. 2020-ci ilin iyun ayı ərzində ümumilikdə 7000 manat pul almış və qaytarmamışdır. Bundan başqa, Tağı adlı tanışı 2021-ci ilin avqust ayında ondan xahiş etmişdir ki, qohumu Zərərçəkmiş şəxs4 dövlət orqanlarında işə düzəltsin. Tağıya bu sahədə geniş əlaqələrinin olduğunu bildirsə də, əslində kimisə hansısa dövlət orqanına işə düzəltmək imkanı olmamışdır. Zərərçəkmiş şəxs4 özünü Prezidentin Təhlükəsizlik Xidmətinin əməkdaşı kimi təqdim etmiş və sonuncu ilə telefon vasitəsilə əlaqə saxlamış və bu işlə əlaqədar Caviddən 2021-ci ilin avqust ayından 2022-ci ilin yanvar ayına kimi 2560 manat məbləğində pul almışdır. Həmin vəsaitin 1500 manatını Zərərçəkmiş şəxs4 2021-ci ilin avqust ayında Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin yaxınlığındakı parkda almışdır. Bundan təxminən iki həftə sonra Cavid telefon vasitəsilə ona göndərdiyi bank kartına 500 manat pul köçürmüş, yerdə qalan 560 manatı isə Caviddən 2021-ci ilin oktyabr ayında Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin yaxınlığındakı parkda almışdır. Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs4 əldə etdiyi pul vəsaitlərini şəxsi ehtiyacları üçün sərf edib xərcləmişdir. Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs4 aldadarkən hər hansı şəxslə sövdələşməmiş, həmin əməlləri tək törətmişdir. Sonunculardan pul vəsaiti alarkən istifadə etdiyi bank kartları adlarını xatırlamadığı müxtəlif tanışlarına məxsus olmuş və onlara məxsus bank kartlarından istifadə etmiş, sonra isə kartları sahiblərinə qaytarmışdır. Törətdiyi cinayət əməlindən səmimi peşmandır. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünün səmimi etirafından başqa iş üzrə dindirilmiş zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə, habelə iş üzrə toplanmış digər sübutlarla da tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 2013-cü ildə Bakı şəhərində «Tornado» mühafızə şirkətində işləyən zaman qardaşı Sənan Məmmədlinin dostu Təqsirləndirilən şəxs ilə tanış olmuş və münasibətləri yaranmışdır. Həmin vaxtlarda Rövşən özünü sabiq nəqliyyat naziri Ziya Məmmədovun şəxsi mühafızəsinin rəisi kimi təqdim etmiş, həmçinin bir çox yüksək vəzifəli şəxsləri tanıdığını, lazim olarsa həmin şəxslər vasitəsilə pul müqabilində müəyyən məsələləri həll edə biləcəyini demişdir. 2013-cü ildə Rövşən ondan uşağını müalicə etdirmək adı ilə 500 ABŞ dolları məbləğində borc pul istəmişdir. Rövşənə etibar etdiyi üçün etiraz etməyərək Bakı metropoliteninin «Neftçilər» stansiyası yaxınlığındakı parkda ona 500 ABŞ dolları borc vermişdir. Sonradan həmin vəsaitdən Rövşən ona cəmi 135 manat pul qaytarmışdır. Həmin ildən 2020-ci ilədək Rövşənlə demək olar ki, əlaqə saxlamamışdır. 2020-ci ilin mart ayının 23-də Təqsirləndirilən şəxs ona zəng edərək, hal-əhval tutmuşdur. Həmin ərəfələrdə ailə vəziyyəti ilə əlaqədar problemləri olmuşdur. Belə ki, rəsmi nikahda olduğu arvadı X15 uşaqlarına aliment ödənilməsi ilə bağlı 2020-ci ildə məhkəməyə müraciət etmişdir. 13 mart 2020-ci il tarixdə Zərdab rayon Məhkəməsi hər uşağa görə 140 manat olmaqla, ümumilikdə 280 manat məbləğində alimentin onun tərəfindən ödənilməsi barədə qərar qəbul etmişdir. Bunu Təqsirləndirilən şəxs bildirdikdə, sonuncu ona həmin alimentin qanunsuz kəsildiyini, müəyyən məbləğdə pul müqabilində bu məsələni həll edə biləcəyini bildirmişdir. Söhbət əsnasında Təqsirləndirilən şəxs həmçinin artıq DTX-da işlədiyini bildirmişdir. Rövşən alimentlə bağlı məsələmin həll edilməsi üçün ondan pul istəmiş və Zərdab rayon Məhkəməsinin sədrinin onun adamı olduğunu bildirmişdir. Məhkəmə ilə bağlı məsələnin həlli üçün 2020-ci ilin mart ayından başlayaraq 2021-ci ilin iyun ayınadək bir neçə dəfəyə, ümumilikdə 3855 manat məbləğində pul vəsaitini Rövşənə göndərmişdir. Bununla əlaqədar Təqsirləndirilən şəxs ona Nihat adlı şəxsin adına "xxxx"a məxsus plastik kartın şəklini atmış və vəsaitləri həmin karta göndərməli olduğunu bildirmişdir. Bütün vəsaiti müxtəlif vaxtlarda həmin kart hesabına göndərmişdir. Pulu göndərdikdən sonra hər dəfə Təqsirləndirilən şəxslə telefon vasitəsilə əlaqə saxlamış, sonuncu vəsaitləri adlığını, məsələni həll edəcəyini demişdir. Lakin pul ödənildikdən sonra hər hansı məsələ həll edilməmiş və aliment ödəmədiyi üçün 17 noyabr 2020-ci ilin tarixdə inzibati qaydada həbs edilmişdir. Bundan sonra Rövşənin onu aldatdığını başa düşmüşdür. Pulunun qaytarılmasını tələb etdikdə Rövşən hər dəfə bir bəhanə ilə pulu qaytarmaqdan yayınmışdır. Bu səbəbdən Təqsirləndirilən şəxs məsuliyyətə cəlb edilməsi üçün DTX-ya müraciət etmişdir. Pul vəsaitlərinin ödənilməsi ilə bağlı qəbzləri toplamış, lakin 2021-ci ilin yay aylarında Rövşən onun evinə Zərdab rayonuna qonaq gəldikdən sonra həmin qəbzlər naməlum şəraitdə evdən itmişdir. Rövşənin dediyinə uyğun olaraq Zərdab rayonu Azərbaycan küçəsində yerləşən “Anar” marketdə “Paypoint” ödəmə terminalı vasitəsilə Rövşənin dediyi kart hesabına 09 aprel 2020-ci il tarixdə 35 manat, 12 may 2020-ci il tarixdə 30 manat, 19 may 2020-ci il tarixdə 200 manat, 20 may 2020-ci il tarixdə 200 manat, 28 may 2020-ci il tarixdə 500 manat, 02 iyun 2020-ci il tarixdə 150 manat, xx.xx.2020-ci il tarixdə 500 manat, xx.xx.2020-ci il tarixdə köçürülmüş 500 manat, xx.xx.2020-ci il tarixdə 250 manat, xx.xx.2020-ci il tarixdə 200 manat, xx.xx.2020-ci il tarixdə 50 manat, xx.xx.2020-ci il tarixdə 230 manat, xx.xx.2020-ci il tarixdə 210 manat, xx.xx.2020-ci il tarixdə 500 manat, xx.xx.2020-ci il tarixdə 500 manat pul yükləmişdir. Həmin pulları hər dəfə Zərdab rayonu, Azərbaycan küçəsində yerləşən “Anar” marketdə “Paypoint” ödəmə terminalı vasitəsilə Təqsirləndirilən şəxs göndərmişdir. Ona dəymiş ziyanın ödənilməsini tələb edir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 2020-ci ilin may ayında yaşadığı kənddə qardaşının qaynı Zərərçəkmiş şəxs1 ilə görüşüb ailə problemləri barədə danışmışlar. Məhəddin söhbət zamanı ona ailə problemini həll etməyə Dövlət Təhlükəsizliyi Xidmətində işləyən Təqsirləndirilən şəxs söz verdiyini bildirmişdir. Məhəddin həmçinin Təqsirləndirilən şəxs köməyi sayəsində övladlarına ödəməli olduğu aliment borcunun silinməsinə və növbəti dəfə veriləcək məbləğin azaldılmasına köməklik edəcəyini demişdir. Övladları onun himayəsində qaldığından və ona normal məbləğdə aliment verilməsini istədiyi üçün Təqsirləndirilən şəxs köməyindən istifadə etmək qərarına gəlib bu barədə Məhəddinə bildirmiş və bununla əlaqədar Məhəddin Rövşənin istifadə etdiyi ***-***-**-** saylı mobil telefon nömrəsini verib onun adından zəng edə biləcəyini demişdir. Rövşənlə əlaqə saxlayıb problemi barədə danışdıqda Rövşən onun aliment problemini həll edəcəyini, hətta həyat yoldaşı ilə boşanmasına səbəb olmuş şəxsin yoldaşı ilə telefon danışıqlarını ona CD diskdə verəcəyini bildirərək onu inandırmışdır. Bir neçə gün sonra Rövşən CD diskdə telefon danışıqlarını təqdim etmək üçün ondan 300 manat pul istəmişdir. Bir gün sonra Rövşən əlavə 500 manata da ehtiyac olduğunu demişdir. Həmin pul vəsaitlərini Rövşənin dediyi bank kartına göndərmişdir. Bu proses Bakıya gedənə kimi davam etmiş, təxmiən bir ay ərzində 5000 manata yaxın pul vəsaitini Nihad Nurullayev və Cəmalə Əsədova adına bank kartlarına «Milli Ön» və ya «E-manat» aparatları vasitəsilə köçürmüşdür. Bundan sonra Rövşən işləri tez həll etmək üçün söhbət etmək və onu öz rəhbəri ilə görüşdürmək üçün Bakıya dəvət etmişdir. 2020-ci ilin iyun ayında Təqsirləndirilən şəxslə Bakı şəhərində Gənclik tərəfdə kafedə görüşmüşdür. Təqsirləndirilən şəxs həmin görüş vaxtı DTX əməkdaşlarına məxsus qırmızı rəngli vəsiqəsinin üzünü ona göstərmişdir. Rövşən söhbət zamanı Zərdab rayon Məhkəməsinə təqdim etmək üçün həyat yoldaşının telefon danışıqlarının diskini ona verəcəyini vəd etmişdir. Rövşən söhbət əsnasında həmçinin ona parkda gözləməsini təklif edib bir müddət sonra müdirinin də gələcəyini və birlikdə görüşəcəklərini demişdir. Bu səbəbdən uzun müddət gözləmiş, lakin nə Rövşən, nə də digər şəxs gəlməmiş, daha sonra Rövşən zəng edərək müdirin iclasdan çıxa bilmədiyini söyləyib başqa vaxt görüşməyi təklif etmişdir. Rayona qayıtdıqdan sonra işləri ilə bağlı heç bir yenilik olmadığını görüb mütəmadi olaraq Rövşənlə əlaqə saxlamış, Rövşən hər dəfə müxtəlif bəhanələrlə onu aldadıb verdiyi vədlərin heç birini yerinə yetirməmişdir. Təqsirləndirilən şəxs həmçinin həmin vaxta qədər göndərdiyi 5000 manatın az olduğunu və hissə-hissə olmaqla əlavə 2000 manat pula ehtiyac olduğunu söylədiyindən, ümumilikdə 7000 manat pul vəsaitini Təqsirləndirilən şəxs dediyi bank kartlarına göndərmişdir. Sonradan Təqsirləndirilən şəxs tərəfindən aldadıldığını başa düşüb dəfələrlə ondan pulunu qaytarmasını tələb etmiş, lakin Rövşən uzun müddət keçməsinə baxmayaraq, müxtəlif bəhanələrlə onun pulunu qaytarmamışdır. Rövşənin ona şəklini göndərdiyi bank kartlarına Zərdab rayonu, Azərbaycan küçəsində yerləşən “Anar” marketdə “Paypoint” ödəmə terminalı vasitəsilə 08 iyun 2020-ci il tarixdə 300 manat, xx.xx.2020-ci il tarixdə 400 manat, xx.xx.2020-ci il tarixdə 400 manat, xx.xx.2020-ci il tarixdə 400 manat, xx.xx.2020-ci il tarixdə 400 manat, xx.xx.2020-ci il tarixdə 200 manat, xx.xx.2020-ci il tarixdə 200 manat, xx.xx.2020-ci il tarixdə 475 manat, xx.xx.2020-ci il tarixdə 410 manat, xx.xx.2020-ci il tarixdə 480 manat, xx.xx.2020-ci il tarixdə 300 manat, xx.xx.2020-ci il tarixdə 150 manat pul, xx.xx.2020-ci il tarixdə 700 manat, xx.xx.2020-ci il tarixdə 450 manat, xx.xx.2020-ci il tarixdə 200 manat, xx.xx.2020-ci il tarixdə 430 manat, xx.xx.2020-ci il tarixdə 500 manat, xx.xx.2020-ci il tarixdə 550 manat, xx.xx.2020-ci il tarixdə 55 manat pul yükləmişdir. Həmin pulları hər dəfə Zərdab rayonu, Azərbaycan küçəsində yerləşən “Anar” marketdə “Paypoint” ödəmə terminalı vasitəsilə Təqsirləndirilən şəxs göndərmişdir. Ona dəymiş ziyanın ödənilməsini tələb edir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 2021-ci ilin avqust ayında oğlu Zərərçəkmiş şəxs4 hərbi xidmətdən qayıtdığı üçün ona iş tapmağa çalışmışdır. Bununla əlaqədar tanışları Tağı adlı şəxs onların evində olarkən, sonuncu bu məsələdə kömək edə biləcəyini bildirib bu məqsədlə Təqsirləndirilən şəxs mobil nömrəsini onlara vermişdir. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Rövşən Cavidə zəng edərək Prezidentin Təhlükəsizliyi Xidmətində işlədiyini və Cavidi ora işə düzəldəcəyini vəd edib bunun üçün Caviddən 1500 manat məbləğində pul istəmişdir. 2021-ci ilin avqust ayında Rövşən Cavidlə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən metronun «Neftçilər» stansiyasının yaxınlığında şəxsən görüşərək pulu ondan almışdır. İki həftə sonra Rövşən Cavidə mesaj yazaraq bildirmişdir ki, təyinatının Bakı şəhərinə verilməsi üçün əlavə olaraq 500 manat pul lazımdır. Həmin gün 500 manat pulu oğlu Cavid Təqsirləndirilən şəxs bank kartına göndərmiş və Rövşən Cavidin işə qəbulla bağlı əmrinin yaxm günlərdə hazır olacağını demişdir. Bır müddət sonra Cavid Rövşənə mesaj yazaraq məsələnmin aqibəti barədə sorüuşduqda Rövşən, Şuşa şəhərində ölkə rəhbərliyi ilə birlikdə olduğunu demişdir. Bu məsələdən 10-15 gün sonra Rövşən Cavidə mesaj yazaraq onun Bakı şəhərinə təyinatının verilməsi, eləcə də geyim formasının verilməsi üçün əlavə 560 manat pul lazım olduğunu bildirmişdir. Cavid 560 manat pulu 2021-ci ilin oktyabr ayında Bakı şəhərində, Neftçilər metro stansiyasının yaxmlığında Rövşənə vermişdir. Bundan sonra bir neçə dəfə Rövşənə zəng edib mesaj yazmış, lakin Rövşən heç bir zəngə cavab verməmişdir. Rövşən 2022-cı ilin yanvar ayının sonlarında Cavidə mesaj yazaraq yaxın günlərdə işə çıxacağını bildirsə də, məsələ həllini tapmamışdır. Cavidin Rövşənə ümumilikdə verdiyi 2560 manat məbləğində pul ona məxsus olmuşdur. Onlara dəymiş ziyanın ödənilməsini tələb edir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, hərbi xidmətdən qayıtdıqdan sonra anası Zərərçəkmiş şəxs3 ilə birlikdə özünə iş tapmağa çalışmışdır. Bununla əlaqədar tanışları Tağı adlı şəxs Təqsirləndirilən şəxs bu işdə onlara köməklik edə biləcəyini söyləyib onun mobil nömrəsini Rövşənə vermişdir. Rövşən ona zəng edərək Prezidentin Təhlükəsizliyi Xidmətində işlədiyini bildirib onu həmin yerə işə düzəldəcəyini vəd etmiş və bunun üçün ondan 1500 manat məbləğində pul istəmişdir. 2021-ci ilin avqust ayında Bakı şəhərində, Neftçilər adlanan ərazidəki Nizami rayon İcra Hakimiyyətinin yaxınlığmdakı parkda Rövşənlə şəxsən görüşərək sonuncuya 1500 manat pul vermişdir. İki həftə sonra Rövşən ona mesaj yazaraq təyinatının Bakı şəhərinə verilməsi üçün əlavə olaraq 500 manat pul lazım olduğunu bildirmişdir. Həmin gün 500 manat pulu Təqsirləndirilən şəxs bank kartına göndərmiş və Rövşən onun işə qəbul olunmağı ilə bağlı əmrin yaxın günlərdə hazır olacağını bildirmişdir. Bir müddət sonra Rövşənə mesaj yazaraq məsələnin aqibəti barədə soruşduqda Rövşən Şuşa şəhərində ölkə rəhbərliyi ilə birlikdə olduğunu bildirmişdir. Bundan 10-15 gün sonra Rövşən ona mesaj yazaraq Bakı şəhərinə təyinatının verilməsi, eləcə də geyim forması ilə təmin edilməsi üçün əlavə 560 manat pul lazım olduğunu bildirmişdir. 560 manat pulu 2021-ci ilin oktyabr ayında Bakı şəhərində, Neftçilər adlanan ərazidəki Nizami rayon icra Hakimiyyətinin yaxınlığındakı parkda Rövşənlə görüşərək sonuncuya vermişdir. Bundan sonra bır neçə dəfə Rövşənə zəng etmiş və mesaj yazmış, lakin Rövşən heç bir cavab verməmişdir. Rövşən 2022-ci ilin yanvar ayının sonlarında ona mesaj yazaraq yaxın günlərdə işə çıxacağını bildirsə də, məsələ həllini tapmamışdır. Rövşən onu aldadaraq 2560 manat pulunu ələ keçirmiş və ona hər-hansı məbləğdə pul qaytarmamışdır. Rövşənə verdiyi pullar anası Zərərçəkmiş şəxs3 məxsus olmuşdur. Onlara dəymiş ziyanın ödənilməsini tələb edir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş X2 məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, son dörd rəqəmi 9226 olan "xxxx" ASCnin debet kartı ona məxsusdur. Həmin debet kartını 2018-ci ilin aprel ayında "xxxx" ASCdən əldə etmişdir. Həmin debet kartından Rusiya Federasiyasına gedənə kimi, yəni 29 dekabr 2019-cu il tarixədək istifadə etmişdir. 29 dekabr 2019-cu il tarixdə Rusiya Federasiyasına gedən zaman depet kartını istifadə etməsi üçün X1na vermişdir. Rusiya Federasiyasında bir müddət yaşadıqdan sonra oradan Türkiyə Respublikasına getmişdir. Türkiyə Respublikasında bir müddət yaşadıqdan sonra 21 noyabr 2020-ci il tarixdə Azərbaycana qayıtmışdır. Belə ki, 29 dekabr 2019-cu il tarixdən 21 noyabr 2020-ci il tarixədək olan müddət ərzində Azərbaycan Respublikası ərazisində olmamış, həmin müddətdə Rusiya Federasiyasında və Türkiyə Respublikasında yaşamışdır. X1 uşaqlıq vaxtından görmə qabiliyyətini tam itirib və 1-ci dərəcəli gözdən əlildir. X18 Masallı rayonu Təzə-Alvadı kəndində doğulub və qohumlarının əksəriyyəti hazırda həmin kənddə yaşayır. Təqsirləndirilən şəxs da əslən Masallı rayonu Təzə-Alvadı kəndindəndir və atası ilə həmkəndlidir. Təqsirləndirilən şəxs atası ilə həmkəndli olduğundan və aralarında səmimi münasibət olduğundan Rövşən bir çox hallarda atasının yanında olmuşdur. Sonradan atası ona bildirmişdir ki, Təqsirləndirilən şəxs bank kartı lazım olan zaman atasının yanında olduğundan Rövşən atasından müvəqqəti istifadə etmək üçün bank kartı istədikdə atası onun bank kartını Rövşənə istifadə etmək üçün vermişdir. Təqsirləndirilən şəxs tanısa da Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 tanımır və sonuncuların nə işlə məşğul olduğunu bilmir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 nə məqsədlə və hansı məbləğdə pul almasından heç bir məlumatı yoxdur. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş X5 məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, anadan gəlmə gözdən əlildir, görmə qabiliyyətini tam olaraq itirmiş və 1-ci dərəcəli gözdən əlildir. Təqsirləndirilən şəxs onun həmkəndlisidir. Belə ki, Təqsirləndirilən şəxs də Masallı rayonu Təzə-Alvadı kəndində doğulmuş, lakin uzun müddətdir Bakı şəhərində yaşayır. Təqsirləndirilən şəxslə həmkəndli kimi daima səmimi münasibəti olmuş, Rövşən mütəmadi olaraq onun yanına gəlib getmişdir. Son dörd rəqəmi 9226 olan "xxxx" ASC-nin debet kartı oğlu Nihad İbadullayevə məxsusdur. Həmin debet kartını oğlu X23 Federasiyasına gedərkən, yəni 29 dekabr 2019-cu il tarixdə istifadə etməsi üçün ona vermişdir. Təqsirləndirilən şəxs aralarındakı səmimi münasibətə görə çox vaxtlar onun yanına gəlib getmişdir. Gözdən əlil olduğundan bankomatdan istifadə edə bilməmiş, buna görə oğlu Nihad İbadullayevin son dörd rəqəmi 9226 olan "xxxx" ASC-nin debet kartını Təqsirləndirilən şəxs vermişdir ki, ona pul gələndə bankomatdan çıxarıb ona gətirsin. Rövşən də bir neçə dəfə ona pul gələndə onun xahişinə uyğun olaraq pulu çıxarıb ona gətirmişdir. Təqsirləndirilən şəxs bir çox hallarda onun yanında olduğundan hətta bir dəfə onun mobil telefonundan da istifadə etmişdir. Təqsirləndirilən şəxs kimlərisə aldadıb onların pulunu ələ keçirməsindən heç bir məlumatım yoxdur. Təqsirləndirilən şəxs tanısa da Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 tanımır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 nə məqsədlə və hansı məbləğdə pul almasından heç bir məlumatı yoxdur. Zərərçəkmiş şəxs4 tanımır, ***-***-**-** saylı mobil telefon nömrəsi onun istifadəsindədir. Təqsirləndirilən şəxs bir neçə dəfə özünün telefonunda balans olmadığından onun telefonundan istifadə etmişdir. Lakin, Rövşən onun telefonundan istifadə edərkən onun kiminlə danışmasından məlumatlı olmamışdır. Zərərçəkmiş şəxs4 ilə heç vaxt telefonla danışmamışdır. Təqsirləndirilən şəxs istifadə üçün ondan mobil telefonu istəyərkən Cavid adlı şəxslə əlaqə saxlamışdır. Lakin, Rövşənin onun telefonundan istifadə etməklə Cavidi aldatmasını eşitməmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş X11 məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, 5243 7544 1061 3846 saylı "xxxx" ASCnin “Albalı plus” debet kartı ona məxsusdur. Həmin bank kartını 2019-cu ilin may ayından istifadə edir. X19 onun yeznəsidir. Emil Məmmədov 1 ildən çox müddətdir ki, Quba rayonunda işləyir. Emil işlədiyi yerdən maaşını alan zaman onun bank kartından istifadə edir. Belə ki, Emilin maaşı özünün razılığı ilə adətən onun bank kartına yüklənir. Bundan başqa Emil bir neçə dəfə tanışlarına borc vermiş, həmin borcları qaytarmaq istədikdə Emilin tanışları bir neçə dəfə Emilə qaytarmalı olduqları borcu Emilin razılığına əsasən onun kartına göndəriblər. Emil Quba rayonunda işlədiyindən ayda bir dəfə Bakıya gəlib onun kartına yüklənən özünə məxsus pulu çıxarıb özü istədiyi kimi istifadə edirmişdir. Təqsirləndirilən şəxs, eləcə də Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 tanımır və onların nə işlə məşğul olduğunu bilmir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 nə məqsədlə və hansı məbləğdə pul almasından heç bir məlumatı yoxdur. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş X12 məhkəmə baxışı zamanı elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, X20 onun qaynanasıdır. 1 ildən çox müddətdir ki, özünə məxsus maaşı və digər qazanclarını qaynanası Cəmalənin 5243 7544 1061 3846 saylı "xxxx" ASC-nin “Albalı plus” debet kartına yükləyir. Təqsirləndirilən şəxs 10 ilə yaxın müddətdir ki, tanıyır və aralarında heç bir ədavət və ya düşmənçilik olmamışdır. Təqsirləndirilən şəxs nə işlə məşğul olduğunu tam olaraq bilmir. Buna baxmayaraq Rövşən bir çox hallarda aralarında olan münasibətə görə ondan borca pul istəmişdir. Belə ki, Rövşən arvadının xəstə olduğunu bildirib ondan borca pul istəyirmişdir. Hər dəfə Rövşənə müxtəlif məbləğlərdə borca pul verirmiş, Rövşən isə ondan aldığı borcu söz verdiyi vaxtda qaytarırmışdır. Belə ki, Rövşən ondan almış olduğu borcları bəzən əlbəəl bəzən isə kart vasitəsi ilə göndərmişdir. Rövşən ondan almış olduğu borcu qaytaran zaman ondan xahiş etmişdir ki, ona verəcəyi pulu qaynanası Cəmalənin 5243 7544 1061 3846 saylı "xxxx" ASC-nin “Albalı plus” debet kartına yükləsin. Rövşən də onun xahişinə uyğun olaraq ondan almış olduğu borcu qaynanasının qeyd etdiyi kartına yükləyirmişdir. Təqsirləndirilən şəxs tanısa da Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 tanımır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 nə məqsədlə və hansı məbləğdə pul almasından heç bir məlumatı yoxdur. İşdə olan 05 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs telefon danışıqlarına dair rabitə məlumatlarının əks olunduğu bir ədəd CD disk iş üzrə maddi sübut hesab edilmiş və cinayət işinin materiallarına əlavə olunmuşdur. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs 16 fevral 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan Bakı şəhəri Səbail rayon Məhkəməsinin 18 fevral 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. İşdə olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağı var. Beləliklə, məhkəmə qeyd edir ki, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusuna əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə belə qənaətə gələrkən “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 №-li qərarının 1-ci bəndinin tövsiyyəsini də nəzərə alır. Belə ki, həmin qərarda qeyd edilir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Qərarda eyni zamanda vurğulanır ki, dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Qərarda habelə qeyd edilir ki, şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Göründüyü kimi, məhkəmənin Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlinin tövsifi ilə bağlı gəldiyi nəticə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarının izahlarına uyğundur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, cinayət qanunvericiliyinin aşağıda qeyd olunan prinsip və müddəalarını nəzərə alır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 №-li qərarının 39-cu bəndinin tövsiyyəsində qeyd edilimişdir ki, məhkəmələr dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən, Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağının olması cəzasını yüngülləşdirən hal qismində nəzərə alınmış, Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 45-ci bəndinin tövsiyyəsinə görə, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4-cü maddələrinin sanksiyasında dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə yuxarıda qeyd olunan xüsusatları və qanunvericiliyin tələblərini nəzərə alaraq, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilməklə cəza çəkmədən islah olunmasını mümkün saymır və hesab edir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası cəza təyin olunduğu təqdirdə cəzanın məqsədləri təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli 16 fevral 2022-ci il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut – 01 ədəd CD disk cinayət işində saxlanılmalıdır. Cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsi ilə müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. İş üzrə məhkəmə xərcləri yoxdur. İş üzrə mülki iddia verilməmişdir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351- 353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 16 fevral 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut – 01 CD disk cinayət işində saxlanılsın. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apellyasiya şikayəti hökmün surəti ona verildiyi andan 20 gün müddətində verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar