Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-238/2025 03.06.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi X2, Məhkəmə iclasının katibi: X3, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi: X1 və onun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi4 iştirakları ilə, Təqsirləndirilən şəxs: xx xxxxxxx 1985-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi qaydada sürücü işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Qaradağ rayonu, ünvan 2 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 28 avqust 2024-cü il tarixdə, saat 22:48-də “B C CED” kateqoriyalı sürücülük vəsiqəsi ilə yol vərəqəsi əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “Feldbinder” markalı “Eut 40.3” modelli **-ZB-*** dövlət qeydiyyat nişanlı yarımqoşqusu olan “Mersedes-Benz” markalı “Axor 1842” modelli **-AG-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə saatda 20 km sürətlə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinin 2-ci hissəsinin tələblərinə əsasən svetoforun qadağanedici siqnalı verildikdə sürücü nəqliyyat vasitəsini stop-xətt (1.12 yol xətti) qarşısında, yolayrıcında isə svetofor qarşısında dayanmalı olduğu halda, həmin tələblərə əməl etməyərək yol hərəkəti qaydalarını pozub, Bakı şəhəri, Nizami rayonu, Qarayev Qarayev prospekti, 47/3 nömrəli ünvanda yerləşən “Şaurma №1” Neftçilər filialının qarşısında sola doğru İmadəddin Nəsimi küçəsinə dönmə əməliyyatını apararaq svetoforun qadağanedici siqnalında yolayrıcına daxil olan zaman qarşıda svetoforun yaşıl işığında yolayrıcına daxil olan Zərərçəkmiş şəxs “A1,A,B1,B,C1,C” kateqoriyalı sürücülük vəsiqəsi ilə etibarnamə əsasında idarə etdiyi “SYM XPRO 125” markalı 99-C-180 dövlət qeydiyyat nişanlı motosikl ilə toqquşmuş, sonuncu zərbənin təsirindən fırlanıb yük avtomobilinin altına düşərək ehtiyatsızlıqdan aldığı ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid baş beyinin dağılması, qansızması, kəllə sümükləri, üz skelet sümüklərinin çoxsaylı, çoxqəlpəli sınıqları, başın açıq yarası, sol göz almasının travmatik ekzofalmı, sol qulağın ön hissənin əzilmiş-cırılmış yarası, ağciyər, qaraciyər və dalağın zədələnməsi, sağdan İ,İİ,İİİ,İV,V,Vİ,Vİİ,Vİİİ,İX,X qabırğaların, soldan İİİ,İV,V,Vİ,Vİİ,Vİİİ,İX,X qabırğaların, sağdan körpücük sümüyünün sınıqları, alt çənənin boynun, döş qəfəsinin böyük sahəli qançır və sıyrığı, qamın qançırı, sağ budun və sağ saidin sıyrıqlarıydan ibarət xəsarətlərdən kəllə sümükləri və üz skelet sümüklərinin çoxsaylı, çoxqəlpəli sınıqları ilə müşayiət olunan başın küt travması nəticəsində baş beyin dağılması və qansızması Zərərçəkmiş şəxs hadisə yerində ölümünə səbəb olmuşdur. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 20 ildir ki, sürücülük edir. 28 avqust 2024-cü il tarixdə, saat 22:47-də o, idarə etdiyi yük avtomobili Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prosketi ilə İmaməddin Nəsimi küçəsinin kəsişməsində olan sevataforun qırmızı işığında dayanmış, svetaronun sola dönməyə icazə verən yaşıl işığı yandığı üçün qarşısında dayanmış minik avtomobilləri sola dönmək üçün hərəkətə başlamışlar, o, da həmin avtomobillərin dalınca hərəkətə başlamış və o, idarə etdiyi yük avtomobili ilə Qara Qarayev prospektindən sola doğru İmaməddin Nəsimi küçəsinə dönüb hərəkət edən zaman yük avtomobilinin sağ tərəfinə nəsə dəydiyini hiss etmişdir. O, idarə etdiyi yük avtomobilini saxlayıb tez yük avtomobilindən düşüb sağ yan tərəfə keçmiş və yük avtomobilinin sağ arxa tərəfinin yanında asfaltın üzərində motosekl, yarımqoşqunun sağ qabaq tərəfinin yanında isə bir cavan oğlanın arxası üstə uzandığını görmüşdür. Dərhal o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vurub məlumat vermişdir. Bundan sonra hadisə yerinə polis işçiləri və təcili tibbi yardım avtomobili gəlmiş, hadisə yerində onun səhhəti pisləşdiyi üçün təcili tibbi yardım həkimi ona ilkin tibbi yardım göstərmişdir. Əlavə olaraq bildirdi ki, o, svetaforun yaşıl işığı yanan zaman hərəkətə başlamış, lakin artıq yolayrıcında olduğu zaman svetoforun qırmızı işığı yanmışdır. Bu zaman o, qarşı tərəfdə svetaforun yaşıl işığında hərəkət edən motisiklin onun idarə etdiyi yük avtomobilinə tərəf hərəkət etdiyini və ya yük avtomobili ilə toqquşduğunu görməmişdir. O, sadəcə yük avtomobilinə nəsə dəydiyini hiss edib yük avtomoblini saxlamış və aşağı düşüb baxdıqda yük maşının motosiklla toqquşduğunu görmüşdür. Hadisədən sonra polis idarəsinə getmişdir. Zərərçəkmiş şəxs 3 və 40 mərasimində qohumları ilə birlikdə iştirak etmiş, nə köməklik lazımdırsa, edəcəyini bildirmişdir. Həmçinin İsanın “3” mərasimi günü onlara pul versə də, Aytən Nurəlizadə həmin pulu ona geri qaytarmışdır. Əməlindən çox peşmandır, dəfələrlə zərərçəkmiş şəxsin hüquqi varisindən üzr istəmiş, bağışlanmasını diləmişdir. Hazırda da zərərçəkmiş şəxsin hüquqi varisinə 15000 manat məbləğində ödəniş edə bilər, lakin zərərçəkmiş şəxsin hüquqi varisi bununla razılaşmayaraq 70000 manat pul tələb edir. Hazırda da əməlindən peşman olmasını, himayəsində 4 uşağının olmasını nəzərə alaraq barəsində ədalətli cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Qeyd olunanlarla bağlı Təqsirləndirilən şəxs və müdafiəçisi X4 çıxış edərək təqsirləndirilən şəxsin hal-hazırda işsiz olmasını, vaxtikən sürücü işləməsini, himayəsində 4 uşağının olmasını qeyd edərək, tələb olunan məbləğin ödənilməsinin qeyri mümkün olduğunu, yalnız qohumların dəstəyi ilə 15000 manat məbləğində pul ödəməyə imkanının çatdığını bildirmişlər. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı ifadə verən zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X5 göstərmişdir ki, təqsirləndirilən şəxs ifadəsində qardaşı Zərərçəkmiş şəxs yolda görmədiyini, sol tərəfə dönərkən onun sağ tərəfdən tıra çırpıldığını, çırpılmanın səsini eşitdiyini bildirsə də, cinayət işinin materiallarından, ekspertiza rəyindən də aydın olur ki, Təqsirləndirilən şəxs işıqforun qırmızı işığı yandıqdan bir neçə saniyə sonra hərəkət etmiş, qardaşı isə öz yolunda işıqforun yaşıl işığı yandıqdan 4 saniyə sonra hərəkətə başlamışdır. Həmin yol-nəqliyyat hadisəsi qardaşı onlardan gedən zaman baş vermişdir. Onun hadisədən 9-10 saat sonra xəbəri olmuşdur. Qardaşının yas mərasimində iştirak edən təqsirləndirilən şəxsin əmisi oğlu da bildirmişdir ki, Elməddin qardaşı Əlini görmüşdür. Təqsirləndirilən şəxsdən şikayətçidir, aralarında barışıq yoxdur, Onun cəzalandırılmasını məhkəmədən xahiş edir. Əlavə olaraq bildirdi ki, ibtidai istintaqın əvvəlində onların hadisədən tam məlumatı olmamış, belə ki, hadisənin videogörüntüləri ona tam göstərilməmiş, təqsirin qardaşında olduğunu düşünərək təqsirləndirilən şəxsdən heç bir maddi və mənəvi şikayət və tələbinin olmadığını bildirmiş, lakin qardaşının “40” mərasimindən bir neçə gün əvvəl videogörüntüyə tam baxış keçirdikdə əslində təqsirin tır sürücüsündə olduğu onlara məlum olmuşdur. Ona qədər nə təqsirləndirilən şəxs, nə də başqası təqsirin onda olduğunu onlara bildirməmişdir. Son olaraq təqsirləndirilən şəxsin 4 uşağının olmasını nəzərə alaraq, dəymiş zərərin əvəzi kimi 70000 ödənilərsə, onunla barışa biləcəyini bildirmiş, qeyd olunan məbləğin azaldılması ilə bağlı heç bir danışığa və güzəştə getməyəcəyini, qeyd olunan məbləğin ödənilməyəcəyi təqdirdə təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirdi və onun ən sərt şəkildə cəzalandırılmasını məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı ifadə verən şahid qismində dindirilmiş Şahid1 göstərmişdir ki, Zərərçəkmiş şəxs məktəb vaxtından tanımış, onunla sinif yoldaşı olmuşdur. Zərərçəkmiş şəxs motosikli o satmışdır. Onun hadisədən məlumatı ancaq müstəntiq ona zəng vurub İsanın yol-nəqliyyat hadisəsi nəticəsində öldüyünü bildirdikdə olmuşdur. Hadisənin birbaşa şahidi olmamışdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid2 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon, İsrafil Həşimov küçəsi, ev 4A, mənzil 52-də qeydiyyatda olmaqla həmin ünvanda ailəsilə birlikdə yaşayır. O, 2003-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikorayonda yerləşən 246 nömrəli orta məktəbi Azərbaycan dilində bitirmiş, 2005-2006-cı illərdə həqiqi hərbi xidmət etmiş və 2008-2013-cü il tarixdə Fövqəladə Hallar Nazirliyinin akademiyasının Azərbaycan dilində bitirmişdir. 2011-2022-ci illərdə Fövqəladə Hallar Nazirliyinin Tikinti nəzarət agentliyində işləmişdir. O, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətdə baş operator vəzifəsində yəni, cəmiyyətin bütün işlərinə nəzarət edir. 07 avqust 2024-cü il tarixdə Təqsirləndirilən şəxs "xxxx" MMC-yə müraciət edərək cəmiyyətin sement daşıyan yük avtomobilini icarəyə götürüb sifariş əsasında sement daşıması ilə məşğul olmaq istədiyini bildirmişdir. Onun təklif qəbul edilmiş və razılaşdıqdan sonra 07 avqust 2024-cü il tarixdə Təqsirləndirilən şəxsla "xxxx" MMC arasında icarə müqaviləsi bağlamış və Təqsirləndirilən şəxs "xxxx" MMC-yə məxsus Mersedes-Benz markalı AXOR 1842 modelli AZ **-AG-*** dövlət qeydiyyat nişanlı yük avtomobili və Feldbinder markalı EUT 40.3 modelli yarımqoşqu icarəyə götürmüşdür. 28 avqust 2024-cü il tarixdə 23 radələrində ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs idarə etdiyi Mersedes-Benz markalı AXOR 1842 modelli AZ **-AG-*** dövlət qeydiyyat nişanlı yük avtomobili və Feldbinder markalı EUT 40.3 modelli yarımqoşqu ilə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 47/3 nömrəli ünvanda yerləşən “Şaurma №1” Neftçilər filialının qarşısında motosikllə toqquşmuşdur. O, Mersedes-Benz markalı AXOR 1842 modelli AZ 01- AG-269 dövlət qeydiyyat nişanlı yük avtomobilinə və Feldbinder markalı EUT 40.3 modelli yarımqoşquya baxmış və görmüşdür ki, yük avtomobilində və yarımqoşquda heç bir zədə və əzik izi yoxdur və heç bir maddi ziyan dəyməyibdir. Bundan sonra o, Təqsirləndirilən şəxs hadisə barədə soruşmuş və Təqsirləndirilən şəxs ona demişdir ki, metronun “Qara Qarayev” stansiyasından üzü metronun “Neftçilər” stasiyası istiqamətində Qara Qarayev prospekti ilə hərəkət edib svetafordan sol dönən zaman metronun “Neftçilər” stasiyasından üzü metronun “Qara Qarayev” stansiyası istiqamətində Qara Qarayev prospektində hərəkət edən motosikl onun idarə etdiyi yük avtomobilinin sağ arxa tərəfmə çırpılmış və motosiklin sürücüsü hadisə yerində ölmüşdür. Bundan sonra o, yük avtomobilini və yarımqoşqunu istintaq orqanmadan təhvil almışdır. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə tibbi ekspertiza və patoloji anatomiya birliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 166 №-lı rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs meyiti məhkəmə-tibbi müayinə olunakən onun bədənində xəsarətlər aşkar edildi: baş beyinin dağılması və qansızması; kəllə sümükləri, üz skelet sümüklərinin (hər iki çənənin çoxqəlpəli sınıqları, başın açıq yarası, sol göz almasının travmatik ekzoftalmı (bərəlməsi), sol qulağın ön hissənin əzilmiş-cırılmış yarası, ağciyər, qarciyər və dalağın zədələnməsi, sağdan İ,İİ,İİİ,İV,V,Vİ,Vİİ,Vİİİ,İX,X qabırğaların, soldan İİİ, İV,V,Vİ,Vİİ,Vİİİ,İX,X qabırğaların, sağda körpücük sümüyünün sınıqları, alt çənənin, boynun, döş qəfəsinin böyük sahəli qançır və sıyrığı, qarnın qançırı, sağ budun və sağ saidin sıyırqları. Qeyd edilən xəsarətlər həyatidirlər, qərarın təsviri hissəsində göstərilən müddətə, yəni 28 avqut 2024-cü il tarixdə bərk küt əşyanın (əşyaların) təsirindən motosikl sürücüsü qismində olarkən yol-nəqliyyat hadisəsi zamanı almaları mümkündür, dərəcələrinə görə ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmanın əlamətlərini dayışırlar və baş vermiş ölümlə bilavasitə səbəbli əlaqəlidirlər. Zərərçəkmiş şəxs ölümünə kəllə sümükləri və üz skelet sümüklərinin çoxsaylı, çoxqəlpəli, sınıqları ilə müşayiət olunan başın küt travması nəticəsində baş beynin dağılması və qansızması səbəb olmuşdur. Ölüm meyit meyitxanada müayinə olunduğu vaxtdan 12-16 saat əvvəl baş verə bilərdi. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimyə tədqiqatı nəticəsində etil, metil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. İş üzrə təyin edilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2024cü il tarixli, 8/2738 №-li rəyi ilə müəyyən edilmişdir ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən Mersedes-Benz markalı Axor modelli Az **-AG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinin 2-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Məhkəmə istintaqı zamanı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətindən göndərilmiş və yol-nəqliyyat hadisəsinin videogörüntüsünü özündə əks etdirən DVD diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində metronun “Neftçilər” stansiyasından üzü metronun “Qara Qarayev” stansiyası istiqamətində hərəkət hissəsi iki tərəfli olub, hər istiqaməti üçün üç hərəkət zolağı var və əks istiqamətli nəqliyyat axırını beton piltə ayrır. Monitorun aşağı sağ küncündə xx-xx-2024 22:48:01 tarix və saat görünür. Metronun “Neftçilər” stansiyasından üzü metronun “Qara Qarayev” stansiyası istiqamətində olan svetaforun qırmızı işığında iki minik avtomobili və həmin avtomobillərin arasında bir motosikl dayanır. Həmin video görüntünün 00:00:18-ci saniyəsində “Qara Qarayev” prospektində sola doğru üzü “İnter Turan” mebel salonu istiqamətində svetaforun əlavə bölməsində yaşıl işıq yanır, Qara Qarayev prospektində soldan sağa birinci hərəkət zolağında İmaməddin Nəsimi küçəsinə dönüb üzü “İnter Turan” mebel salonu istiqamətində aralarında 10-15 metr məsafə olmaqla 4 minik avtomobili hərəkət edir. Həmin video görüntünün 00:00:30-cü saniyəsində metronun “Neftçilər” stansiyasından üzü metronun “Qara Qarayev” stansiyası istiqamətində olan svetaforun yaşıl işığı yandığı üçün svetaforda dayanmış minik avtomobilləri və motosikl hərəkətə başlayır. Həmin video görüntünün 00:00:36- cı saniyəsində Qara Qarayev propektindən sola İmaməddin Nəsimi küçəsinə doğru üzü “İnter Turan” mebel salonu istiqamətində kabina hissəsi qırmızı, qoşqu hissəsi ağ olan yük avtomobil yol ayrıcına daxil olur. Həmin vaxtı “Neftçilər” stansiyasından üzü metronun “Qara Qarayev” stansiyası istiqamətində Qara Qarayev prospektində hərəkətə başlayan minik avtomobilləri dayanır, motosikl hərəkətini davam etdirərək yük avtomobilinin sağ yan tərəfi ilə toqquşur və yük avtomobilinin sağ qabaq təkəri motosikletin üzərindən keçib bir neçə metrdən sonra dayanır. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahid ifadələrinə, videogörüntüdən, ekspertiza rəyindən ibarət olan və yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə, təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin saksiyasında nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduğundan, məhkəmə təqsirləndirilən şəxsə əlavə cəza ilə yanaşı azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. İş materiallarında olan AZ-İİ 155786, AZ-İİ 690652, AZ-İİ 991461 və AZ-İV 435312 seriyalı doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2008-ci il, xx.xx.2011-ci il, xx.xx.2012-ci il və xx.xx.2020-ci il təvəllüdlü uşaqları var. Məhkəmə təqsirləndirilən şəxsin cinayəti etiraf edib, əməlindən səmimi peşman olmasını, himayəsində ikisi azyaşlı olmaqla 4 yetkinlik yaşına çatmayan uşağının olmasını, ilk dəfə cinayət əməli törətməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırki iş üzrə təqsirləndirilən şəxs dəfələrlə zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməyə cəhd göstərmiş, ona dəymiş zərərin nəticələrini aradan qaldırmağa çalışmışdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs ailəsinin böyüklərini dəfələrlə barışıq üçün zərərçəkmiş şəxsin evinə göndərmiş, barışıq əldə etməyə çalışmış, lakin zərərçəkmiş şəxsin hüquqi varisi onlarla heç bir formada ünsiyyətə girməyərək, barışmayacağını həm istintaq dövründə, həm də məhkəmə araşdırması zamanı bildirmişdir. Lakin, sonuncu məhkəmə iclasında zərərçəkmiş şəxsin öz mövqeyini dəyişərək 70.000 manat məbləğində pul tələb etməsini, son qərarının olmasını və qeyd etdiyi məbləğlə bağlı heç bir danışığa getməyəcəyini bildirməsini və qarşılığında isə təqsirləndirilən şəxsin 15000 manat ödəməyə imkanının olmasını bildirməsini, təqsirləndirilən şəxsin maddi vəziyyətini, sürücü işləməsini nəzərə alaraq, zərərçəkmiş şəxsin tələb etdiyi məbləğin təqsirləndirilən şəxs tərəfindən ödənilməsi fikrinin ağlabatan olmaması ilə bağlı nəticəyə gələrək, hesab edir ki, təqsirləndirilən şəxsin dəfələrlə barışığa cəhd etməsi və dəymiş zərərin aradan qaldırılması üçün əlindən gələni etməyə çalışması cəzanı yüngülləşdirən hal kimi nəzərə alına bilər. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Təqsirləndirilən şəxs barəsində xx.xx.2025-ci il tarixdə «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış yol nəqliyyat hadisəsinin video görüntülərini özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, “Feldbinder” markalı “Eut 40.3” modelli **-ZB-*** dövlət qeydiyyat nişanlı yarımqoşqusu olan “Mersedes-Benz” markalı “Axor 1842” modelli **-AG-*** dövlət qeydiyyat nişanlı yük avtomobilin və “SYM XPRO 125” markalı 99-C-180 dövlət qeydiyyat nişanlı motosiklin saxlanmaları üçün sahiblərinə geri qaytarılması nəzərə alınmalıdır. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 il 06 ay (iki il altı ay) müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 05 il (beş il) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc - 128 (bir yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut olan yol nəqliyyat hadisəsinin video görüntülərini özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut olan “Feldbinder” markalı “Eut 40.3” modelli **-ZB-*** dövlət qeydiyyat nişanlı yarımqoşqusu olan “Mersedes-Benz” markalı “Axor 1842” modelli **-AG- *** dövlət qeydiyyat nişanlı yük avtomobilin və “SYM XPRO 125” markalı 99-C-180 dövlət qeydiyyat nişanlı motosiklin saxlanmaları üçün sahiblərinə geri qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi3 66 (altmış altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 6 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №1(007)-238/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-238/2025
03.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver