Məhkəmə qərarları › İş №1(007)-239/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-239/2025

17.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-239/2025 17.04.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi X1, Məhkəmə iclasının katibi: X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 6 saylı vəkil bürosunun Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs: xx xxxxxx 1981 -ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Xəqani küçəsi, ev 94-də qeydiyyatda olmaqla yaşayan ,barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə 05 oktyabr 2023-cü il tarixdə saat 15:40 radələrində istifadə etdiyi ***-***-**-** mobil nömrədən Bakı şəhəri, Nəsimi rayonu, Həsən Əliyev küçəsində yerləşən Zərərçəkmiş şəxs (MMC) mağazasına zəng vurub özünü X4, başqa adla təqdim edərək 1299 manat dəyərində «Play Station 5» markalı oyun konsolunu guya alacağını bildirib aldadaraq həmin oyun konsolunu sifariş verdikdən sonra qeyd edilən gün onun sifarişi əsasında Zərərçəkmiş şəxs MMC-nin kuryeri Şahid1 etibarnamə əsasında idarə etdiyi, MMC-yə məxsus «Fiat-Dobla» markalı **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə oyun konsolunu onun dediyi Bakı şəhəri, Nizami rayonu, A.Manafov küçəsində yerləşən "xxxx" kinoteatrının yanına gətirdikdə o, MMC-nin kuryeri Şahid1 oyun konsolunu guya yaxınlıqdakı binada yerləşən mənzildə olan övladına göstərdikdən sonra pulunu ödəyəcəyini bildirib aldadaraq, sonuncunun etibarından sui-istifadə etməklə, bu adla həmin oyun konsolunu Şahid1 alaraq oranı tərk etməklə ələ keçirib Zərərçəkmiş şəxs MMC - yə 1299 manat dəyərində ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs özünü elan olunmuş ittiham üzrə təqsirli bilərək ifadəsində bildirmişdir ki, 05 oktyabr 2023-cü il tarixdə saat 15:40 radələrində özünü X4 təqdim edərək istifadəsində olan ***-***-**-** GSM nömrəsindən Zərərçəkmiş şəxs şirkətinin internet səhəfəsindən əldə etdiyi telefon nömrəsinə zəng vurub onlayn qaydada dəyəri 1299 manat olan «Play Station 5» markalı oyun konsolunu sifariş vermişdir. Həmin oyun konsolunun Bakı şəhəri, Nizami rayonu, A.Manafov küçəsinə çatdırılmasını xahiş etmişdir. Oyun konsolunu təhvil aldıqda ödənişi tam olaraq həyata keçirəcəyini bildirmişdir. Bir neçə saat sonra onun istifadəsində olan mobil nömrəyə zəng olunmuşdur. Zəng vuran şəxs kuryer olduğunu, «Play Station 5» markalı oyun konsolunu sifariş verilmiş ünvana gətirdiyini bildirmişdir. O, bir neçə dəqiqəyə həmin yerə yaxınlaşacağını bildirmiş və həmin ünvana getmək üçün taksi şirkətlərindən birindən taksi sifariş vermişdir. Sifariş əsasında taksi kimi gələn 10-RE- 083 dövlət qeydiyyat nişanlı «Hyundai» markalı avtomobil ilə görüş yerinə getmişdir. Həmin ünvana çatdıqda «Fiat-Dobla» markalı **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobilin onu gözlədiyini görmüşdür. Avtomobildən düşüb «Fiat-Dobla» markalı avtomobilin sürücüsünə yaxınlaşmışdır. Sürücüyə oyun konsolunu özü sifariş verdiyini, yaxınlıqda yerləşən binanı göstərib həmin binada olan mənzillərdən birində yaşadığını və oyun konsolunu övladına göstərmək istədiyini bildirmişdir. Görüşə gəldiyi «Hyundai» markalı avtomobilin qardaşına məxsus olduğunu deyib qardaşı ilə birlikdə onu bir neçə dəqiqə gözləməsini xahiş etmişdir. Kuryer ona inandığından etiraz etməmişdir. O, «Play Station 5» markalı oyun konsolunu kuryerdən götürüb göstərdiyi bina istiqamətində getmişdir. Binaların arasından keçib məhəllə arası yollarla oradan uzaqlaşmışdır. Əlavə suallara cavab olaraq bildirmişdir ki, cinayət yolu ilə ələ keçirdiyi «Play Station 5» markalı oyun konsolunu dediyi kimi əldə etdiyi gün də naməlum şəraitdə itirmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi ilə yanaşı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. İş üzrə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində tanınmış şirkətin audit şöbəsinin əməkdaşı Nümayəndə ifadəsində bildirmişdir ki, 2022-ci ildən Zərərçəkmiş şəxs MMC-nin audit höbəsində işləyir. 05 oktyabr 2023-cü il tarixdə saat 15:40 radələrində özünü X4 təqdim edən şəxs ***-***-**-** GSM nömrəsindən *2777 nömrəsinə zəng vuraraq online qaydada Zərərçəkmiş şəxs şirkətindən dəyəri 1299 manat olan «X8 5» markalı oyun konsolunu sifariş vermiş və həmin oyun konsolunun Bakı şəhəri, Nizami rayonu, A.Manafov küçəsinə çatdırılmasını istəmişdir. Sifariş Zərərçəkmiş şəxs MMC-nin Bakı şəhəri, Nəsimi rayonu, Həsən Əliyev küçəsində yerləşən mağazasına yönləndirilmişdir. Sonradan şirkətdə kuryer kimi fəaliyyət göstərən Şahid1 istifadəsində olan, şirkətə məxsus ***-***-**-** mobil nömrəsindən şirkətlə əlaqə saxlayıb «X8 5» markalı oyun konsolunu şirkətə məxsus **-PS-*** dövlət qeydiyyat nişanlı «Fiat-Dobla» markalı avtomobillə qeyd olunan ünvana aparıb özünü X4 təqdim edən şəxsə verdiyini, həmin şəxs yaxınlıqda yerləşən binanı göstərib həmin binada olan mənzillərdən birində yaşadığını və oyun konsolunu övladına göstərmək istədiyini bildirdiyini, görüşə gəldiyi avtomobili idarə edən şəxsin qardaşı olduğunu dediyindən ona inanıb oyun konsolunu övladına göstərmək üçün həmin şəxsə verdiyini, həmin şəxs oyun konsolunu götürüb göstərdiyi binanın istiqamətində gedib bir daha geri qayıtmadığını, xeyli müddət keçsə də həmin şəxsin geri qayıtmadığını görüb binanın yerləşdiyi əraziyə getdiyini, orada binanın girişinin olmadığını aşkar etdiyini, geri qayıdıb müştərinin gəldiyi «Hyundai» markalı avtomobilin sürücüsünə yaxınlaşıb qardaşı barədə soruşduğunu, avtomobilin sürücüsü taksi fəaliyyəti göstərdiyini, həmin şəxsin onun qardaşı olmadığını, onu müştəri qismində həmin ünvana gətirdiyini söylədiyini demişdir. Bundan sonra Şahid1 baş vermiş hadisə barədə Nizami RPİ-nin 25-ci PŞ-nə ərizə ilə müraciət etmişdir. Baş vermiş hadisə nəticəsində hüquqi şəxsə dəymiş zərər təqsirləndirilən şəxs tərəfindən ödənildiyindən, ona qarşı təmsil etdiyi hequqi şəxsin hər hansısa şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş şahid qismində dinririlmiş Şahid1 ifadəsində bildirmişdir ki, 2023-cü ilin oktyabr ayında Bakı şəhəri, Nəsimi rayonu, Həsən Əliyev küçəsində yerləşən Zərərçəkmiş şəxs şirkətinin mağazasında kuryer kimi işə düzəlmişdir. 05 oktyabr 2023-cü il tarixdə saat 15:40 radələrində özünü X4 təqdim edən şəxs ***-***-**-** GSM nömrəsindən zəng vuraraq Zərərçəkmiş şəxs şirkətindən onlayn qaydada dəyəri 1299 manat olan «Play Station 5» markalı oyun konsolunu sifariş vermiş və həmin oyun konsolunun Bakı şəhəri, Nizami rayonu, A.Manafov küçəsinə çatdırılmasını istəmişdir. O, işlədiyi mağazadan 1299 manat dəyərində olan «Play Station 5» markalı oyun konsolunu, sifarişə və təhvil verməyə dair sənədləri götürüb idarə etdiyi, şirkətə məxsus **-PS-*** dövlət qeydiyyat nişanlı «Fiat- Dobla» markalı avtomobillə sifarişdə qeyd olunan ünvana yollanmışdır. Həmin ünvana çatdıqda sifarişi vermiş şəxsin istifadəsində olan ***-***-**-** GSM nömrəsi ilə əlaqə saxlamışdır. Həmin şəxslə razılaşdıqları yerdə görüşmüşdür. Onu qarşılayan orta bədən quruluşlu, hündür boylu, seyrək saçlı, əynində ağ köynək, qara gödəkçə, qara şalvar olan, təxminən 40-45 yaşlarında olan şəxs digər bir şəxsin idarə etdiyi **-RE-*** dövlət qeydiyyat nişanlı «Hyundai» markalı avtomobil ilə görüş yerinə gələrək oyun konsolunu özünün sifariş verdiyini bildirmişdir. O, «Play Station 5» markalı oyun konsolunu özünü X4 təqdim edən şəxsə vermişdir. Həmin şəxs yaxınlıqda yerləşən binanı göstərib həmin binada olan mənzillərdən birində yaşadığını və oyun konsolunu övladına göstərmək istədiyini bildirmişdir. Gəldiyi avtomobili idarə edən şəxsin qardaşı olduğunu dediyindən o, inanıb oyun konsolunu övladına göstərmək üçün həmin şəxsə vermişdir. Həmin şəxs oyun konsolunu götürüb göstərdiyi binanın istiqamətində getmişdir. Xeyli müddət keçsə də həmin şəxsin geri qayıtmadığını görüb binanın yerləşdiyi əraziyə getmiş və orada binanın girişinin olmadığını aşkar etmişdir. Geri qayıdıb «Hyundai» markalı avtomobilin sürücüsünə yaxınlaşıb qardaşı barədə soruşmuşdur. Avtomobilin sürücüsü taksi fəaliyyəti göstərdiyini, həmin şəxsin onun qardaşı olmadığını, onu müştəri qismində həmin ünvana gətirdiyini söyləmişdir. Bundan sonra o, aldadıldığını başa düşmüş və şirkət ilə əlaqə saxlayıb baş vermiş hadisə barədə məlumat vermişdir. Bundan sonra Nizami RPİ-nin 25-ci PŞ-nə ərizə ilə müraciət etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, təxminən 6 ildir fərdi olaraq etibarnamə əsasında idarə etdiyi **- RE-*** dövlət qeydiyyat nişanlı «X9» markalı avtomobil ilə arabir «Uber» şirkətində taksi fəaliyyəti göstərir. 05 oktyabr 2023-cü il tarixdə saat 15 radələrində sifariş əsasında Nizami rayonu ərazisində, metronun «Neftçilər» stansiyasının yaxınlığında, üzü metronun «Qara Qarayev» stansiyası istiqamətində yolun sağ tərəfində dayanmış, əvvəllər tanımadığı, adını və soyadını bilmədiyi şəxsi müştəri qismində avtomobilinə əyləşdirmişdir. Müştəri, təxminən 40-45 yaşlarında, səliqəli geyimdə olan şəxs avtomobilin qabaq sağ sərnişin oturacağına əyləşmiş və onu sifariş əsasında metronun «Qara Qarayev» stansiyasının yaxınlığına, sonra isə Yasamal rayonu ərazisinə aparacağını söyləmişdir. Müştəri yolda olarkən telefonla hansısa şəxslə danışaraq metronun «Qara Qarayev» stansiyasının çıxışına gəlməsini bildirmişdir. Metronun «Qara Qarayev» stansiyasının çıxışında, "xxxx" kinoteatrının yaxınlığında müştərinin xahişi ilə avtomobili yolun kənarına verib saxlamışdır. Bu zaman onun avtomobilinin arxasında sonradan ona məlum olan **-PS-*** dövlət qeydiyyat nişanlı «Fiat-Dobla» markalı avtomobil dayanmışdır. Müştəri avtomobildən düşüb 1-2 dəqiqəyə qayıdacağını söyləmişdir. O, avtomobilinin salon güzgüsündən baxdıqda müştərinin «Fiat-Dobla» markalı avtomobildən düşən şəxslə görüşüb bir qutu götürdüyünü və binalar tərəfə getdiyini görmüşdür. «Fiat-Dobla» markalı avtomobil ilə gələn şəxs geri qayıdıb öz avtomobilinə əyləşmişdir. O da, avtomobilindən düşmədən müştərini gözləməyə başlamışdır. Təxminən 15-20 dəqiqə keçmiş «Fiat-Dobla» markalı avtomobilin sürücüsü avtomobildən düşüb ona yaxınlaşmış və dostunun nə vaxt qayıdacağını soruşmuşdur. O, həmin sürücüyə taksi sürücüsü olduğunu, avtomobilindən düşən şəxsin dostu deyil məştəri olduğunu söyləmişdir. Bu zaman «Fiat-Dobla» markalı avtomobilin sürücüsü həmin müştərinin onu aldatdığını söyləmişdir. O və «Fiat-Dobla» markalı avtomobilin sürücüsü dəfələrlə müştərinin istifadəsində olan ***-***-**-** GSM nömrəsinə zəng vursalar da telefona cavab verən olmamışdır. Sonra isə mobil telefon söndürülmüşdür. Bundan sonra o, «Uber» şirkəti ilə əlaqə saxlayıb hadisə barədə məlumat vermiş və sifarişi ləğv etmələrini bildirmişdir. Əlavə suallara cavab olaraq bildirmişdir ki, onu aldatmış şəxsi gördükdə dəqiq tanıya biləcəyinə əmin deyildir. Qeyd olunan hadisə nəticəsində ona heç bir maddi ziyan dəyməmişdir. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə, təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə CM-nin 178.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, təqsirləndirilən şəxs əvvəllər də CM-nin eyni maddəsi ilə məhkum olunmuş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş, lakin cəzadan şərti olaraq azad edildiyi müddətdə yenidən eyni cinayəti törətmişdir. Yuxarıda qeyd olunanlar təqsirləndirilən şəxsin islah olunmadığını, təyin olunmuş cəzadan nəticə çıxarmadığını sübut etmiş olur. Beləliklə, qeyd olunan hal təqsirləndirilən şəxsə azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzanın təyin edilməsini istisna edir. Belə ki, daha yüngül cəzanın təyin ediləcəyi təqdirdə təqsirləndirilən şəxsin islah olunması ilə bağlı qarşıya qoyulmuş məqsədə nail olunması qeyri-mümkün olacaqdır. Məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. İşdə olan AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024cü il tarixli arayışından görünür ki, Rzayev X3 rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə CM-nin 177.2.2, 178.2.2, 178.2.4 və 66.2-ci maddələrinə əsasən təqsirli bilinib 02 il 11 ay 28 gün müddətinə azadlıdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsindən qalan 11 ay 27 gün müddətindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Beləliklə, təqsirləndirilən şəxs hazırkı cinayət əməlini cəzadan şərti olaraq vaxtından əvvəl azad edildiyi müddətdə törətmişdir. Təqsirləndirilən şəxs cəzanın çəkilməmiş dövrü ərzində qəsdən böyük ictimai təhlükə törətməyən cinayət törətdiyindən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə onun barəsində cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin Azərbaycan Respublikası CM-nin 76.6.2-ci maddəsinə əsasən ləğv edilməsi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü üzrə çəkilməmiş 11 ay 27 gün müddətinə azadlıqdan məhrum etmə cəzasının Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilməli olan cəzaya müvafiq qaydada birləşdirilməsi üçün əsaslar yaranmışdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 76.6.2-ci maddəsinə əsasən cəzanın çəkilməmiş hissəsi ərzində məhkum qəsdən böyük ictimai təhlükə törətməyən və ya ehtiyatsızlıqdan cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edilməsi və ya saxlanılması barədə qərar qəbul edir. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə təqsirləndirilən şəxsin dəfələrlə dələduzluq cinayətini törətməsini, həmçinin cəzadan şərti olaraq vaxtından əvvəl azad edildiyi müddətdə yenidən CM-nin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini, həmin iş üzrə icraata CPM-nin 40.3-cü maddəsi ilə xitam verilməsinə baxmayaraq, yenidən eyni cinayəti törətməsini nəzərə alaraq cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin ləğv edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə təqsirləndirilən şəxsin əməlini etiraf etməsini, törətdiyi əməldən səmimi peşman olmasını və dəymiş zərəri ödəməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx.xx.2024-cü il tarixdə axtarışda olan şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs 02 gün müddətinə şübhəli şəxs qismində tutulmuşdur Məhkəmə hesab edir ki, maddi sübut kimi nəzarət müşahidə kameraları vasitəsilə aparılmış videoçəkilişin görüntülərinin əks olunduğu 1 ədəd DVD disk və "xxxx" MMC-dən daxil olmuş 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut, xüsusi müsadirə olunası əmlak, mülki iddia, məhkəmə məsrəfi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə Azərbaycan Respublikası CM-nin 76.6.2-ci maddəsinə əsasən ləğv edilsin, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü üzrə çəkilməmiş 11 ay 27 gün müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 01 il 01 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 02 gün müddət ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 01 il 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli hökm çıxarıldığı vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından həbs edilsin və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına göndərilsin. Barəsində seçilmiş həmin həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış nəzarət müşahidə kameraları vasitəsilə aparılmış videoçəkilişin görüntülərinin əks olunduğu 1 ədəd DVD disk və "xxxx" MMC-dən daxil olmuş CD disk cinayət işi materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 90 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından 6 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar