Məhkəmə qərarları › İş №1(007)-24/2020

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-24/2020

12.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-24/2020 12.08.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclası katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxxx 1982-ci il tarixdə Ağsu rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Ağsu rayonunun Muradlı kəndində qeydiyyatda olan, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Zakir küçəsi, ev 11-də yaşamış, barəsində axtarış elan edilərək həbs qətimkan tədbiri seçilmiş, xx xxx 2020-ci il tarixdə həbs olunmuş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs insan həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə özgənin əmlakını açıq talayaraq soyğunçuluq etmişdir. Belə ki, o, xx xxxxxx 2019-cu il tarixdə saat 13 radələrində orta dərəcəli alkoqol sərxoşluğu halında Bakı şəhəri, Nizamı rayonu, Keşlə qəsəbəsi, Z.Qasımbəy küçəsi, 64 saylı ünvanın qarşısında Zərərçəkmiş şəxs arxadan yaxınlaşıb çiynindən asdığı içərisində 10 manat məbləğində nağd pul vəsaiti, dəyəri 10 manat təşkil edən “Beynəlxalq Bank”a aid bir ədəd maaş kartı, dəyəri 10 manat təşkil edən bir ədəd tibbi-sığorta kartı olan 5 manat dəyərində əl çantasını dartarkən çantanın üzərində olan dəmir parçasının Zərərçəkmiş şəxs sifət nahiyyəsinə dəyməsi nəticəsində dərəcəsi təyin edilməyən çənənin ön səthinin sıyrığı ilə müşayiət edilən sağlamlığa zərərvurmayan xəsarətlər yetirib Zərərçəkmiş şəxs həyat və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə sonuncudan 35 manat məbləğdə əmlakını açıq talayıb soyğunçuluq etmişdir. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.4-cü maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 180.2.4-cü maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə saat 12 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Montin qəsəbəsində adını bilmədiyi kafedə spirtli içki qəbul etmiş və sonra Nizami rayonu, Keşlə qəsəbəsində yerləşən evlərinə gəlmişdir. Həmin gün saat 13 radələrində Keşlə qəsəbəsi, Zakir küçəsi ilə hərəkət edən vaxt qarşısında bir qadının getdiyini görmüşdür. Qadının hər iki əlində sellofan kloklar olmuş, çiynindən isə çanta asılmışdır. O, qadına arxadan yaxınlaşıb çiynindən tutaraq çantasını başından çıxarmış, çantanı götürüb qaçmışdır. Qadın qışqırmağa başlamış, lakin ətrafda heç kim olmamışdır. O, Nizami rayonu, Babək prospekti istiqamətində qaçmışdır. Sonra çantanı açmış, içində olan 6-7 manat pulu götürüb xatırlamadığı mağazadan su və siqaret almışdır. Çantanın içində başqa nə olduğunu bilməmişdir. Bundan təxminən 2-3 saat sonra polislər Keşlə qəsəbəsində onu saxlayaraq 23-cü PB-nə gətirmişlər. O, həmin çantanı və içindəkiləri polisə təqdim etmişdir. Həmin vaxt tutulmamış, yalnız zərərçəkmiş şəxs onu tanıyandan sonra, xx xxxxxx 2019-cu il tarixdə şübhəli şəxs kimi tutulmuşdur. O, həmin qadına, yəni sonradan adını bildiyi Zərərçəkmiş şəxs qarşı heç bir zorakı hərəkət etməmiş və ya zorakılıq edəcəyi ilə hədələməmişdir. Yalnız qadının çantasını götürüb qaçmış, həmin çantanın içərisində hansı əşyaların olmasından isə xəbərsiz olmuşdur. Çantanı polisə təqdim etdikdən sonra çantada bank kartı olduğunu bilmişdir. Həmin bank kartından heç bir məbləğdə pul çəkməmiş və buna cəhd də etməmişdir. Çantadan ancaq 6-7 manat pul götürmüş və həmin pulu da xərcləmişdir. O, çantanı içərisindəki nağd pula görə ələ keçirmiş, bu səbəbdən də çantanın içərisindəki digər əşyalara toxunmamış, sonradan həmin əşyalarla birlikdə çantanı polisə könüllü təqdim etmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmançılıq çəkdiyini bildirərək məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs X8 ifadə verərək göstərmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə saat 13 radələrində tibb bacısı işlədiyi Nizami rayonu, Keşlə qəsəbəsi, Sabir küçəsində yerləşən X1 evə getmək üçün çıxmışdır. İşlədiyi yerdən təxminən 150- 200 metr aralı məsafədə yerləşən “Əbülfət” adlı marketdən bir ədəd çörək almış, bir əlində çörəyi, bir əlində sellofanda qatıq balonu olmuş, əl sumkasını isə boynundan asmışdır. Marketdən 1 km evlərinə doğru getmişdir ki, Keşlə qəsəbəsi, Z.Qasımbəy küçəsi ilə T.Bədəlov küçələrinin kəsişməsində tanımadığı şəxs əlləri ilə onun gözlərindən tutaraq “burax” demişdir. Həmin vaxt kurtkasının papağı gözünün üstünə düşmüş, özü də həmin şəxsə “sən kimsən, burax məni” demişdir. Həmin şəxs təkrar ona “sumkanı burax” demişdir. Həmin vaxt o, bilmədən yerə yıxılmış və qatıq bankası yerə dəyib sınmışdır. O, yerə necə yıxıldığını bilməmişdir. Yerdə yıxılı vəziyyətdə olduğu zaman həmin şəxs onun sumkasını əlindən dartmağa başlamış və ona demişdir ki, “sumkanı burax”. O, qorxduğundan sumkanı buraxmış, həmin şəxs sumkanı göturüb qaçmışdır. O, kömək üçün qışqırmış, lakin ətrafda heç kim olmamışdır. O, dərhal əri Samirin mobil telefonuna zəng etmiş, sonra DİN-nin 102 xidmətinə zəng edib hadisə barədə məlumat vermiş, hadisə yerinə polislər gəlmişlər. Hadisədən təxminən 5-6 saat keçmiş 23-cü PB-dən zəng edib ona qarşı soyğunçuluq etmiş şəxsi tapdıqlarını bildirmişlər. Polis Bölməsində təqdim olunan şəxslər arasından ona qarşı soyğunçuluq edən şəxsi, sonradan adını bildiyi Təqsirləndirilən şəxs tanıyaraq göstərmişdir. Təqsirləndirilən şəxs onun həyat və sağlamlığı üçun heç bir zorakı hərəkət etməmiş və zorakı hərəkət edəcəyi ilə hədələməmişdir. Təqsirləndirilən şəxs yalnız onun əl çantasını alıb qaçmış, əl çantası boynundan çıxan vaxt çənəsi cızılmışdır. Əl çantasında 10 manat nağd pul, içərisində 200 manat olan “Beynəlxalq Bank”a aid maaş kartı, sığorta kartı və dəyəri olmayan evin açarları olmuşdur. Hadisədən dərhal sonra Polis Bölməsində izahat yazarkən ona məxsus iki ədəd qızıl dişin hadisədən əvvəl çantasında olduğunu düşündüyü üçun izahat verərkən həmin dişlərin də oğurlandığını bildirmişdir. Lakin izahat verib evinə getdikdən sonra qızıl dişlərin evdə olduğunu aşkar etmişdir. Maaş kartından hər hansı məbləğdə pul çıxarılmamış, əl çantasının qiyməti 20 manat olmuşdur. İçərisində 200 manat olan “Beynəlxalq Bank”a aid maaş kartı, sığorta kartı və evin açarları əl çantası ilə birlikdə 23cü PB-də ona qaytarılmışdır. Onun çantasında olan özünə məxsus 10 manat pul ələ keçirilmişdir. Təqsirləndirilən şəxsə qarşı hər hansı maddi tələbi və şikayəti yoxdur, onun barəsində qanunla nəzərdə tutulan qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin kiçik əməliyyat müvəkkili, polis kiçik serjantı Şahid ifadəsində bildirmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə Zərərçəkmiş şəxs ərizə ilə 23-cü PB-nə müraciət edərək Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində tanımadığı şəxsin onun əlindən çantasını alaraq qaçdığını bildirmişdir. Həmin gun təxminən saat 19:25 radələrində 23-cü PB-nin sahə rəisi vəzifəsində çalışmış X17 qəsəbəsi, Yenikənd küçəsində gəzişən zaman bır nəfər şəxsin əlində qadın çantası ilə piyada hərəkət etməsini görüb həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olmalarını bildirmiş və həmin şəxsdən kimliyini soruşmuşlar. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olmasını bildirmişdir. Bundan sonra həmin şəxsdən nə səbəbə əlində qadın çantası ilə gəzməsini soruşduqda, Təqsirləndirilən şəxs suala cavab verməkdə çətinlik çəkdiyindən həmin şəxsin özünü şübhəli aparmasını görərək həmin şəxsi 23-cü PB-nə dəvət etmiş, bu barədə raportla rəhbərliyə məlumat vermişlər. Həmin vaxt Təqsirləndirilən şəxs saxlanılması üçün əsaslar olmamış, xx xxxxxx 2019-cu il tarixdə zərərçəkmiş şəxsin onu tanımasından sonra həmin şəxs şübhəli şəxs qismində tutulmuş, müvafiq istintaq hərəkətləri aparılmışdır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: -Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx xxxxxx 2019-cu il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ərizəsi əsasında Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir. (İ cild i.v. 1) -Baxış və götürmə haqqında xx xxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, Bakı şəhəri Nizami RPİ-nin 23-cü Polis Bölməsinin təhqiqatçısı tərəfindən xx xxxxxx 2019cu il tarixdə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş Zərərçəkmiş şəxs məxsus əl çantasında Zərərçəkmiş şəxs aid “Beynəlxalq Bank”a məxsus 1 ədəd maaş kartı, 1 ədəd elektron sağlamlıq kartı müəyyən edilmişdir. (İ cild i.v. 20-21) -Şəxsin tanınmaya təqdim edilməsi haqqında xx xxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs tanınma üçün ona təqdim edilmiş 3 nəfər şəxsin arasında ona qarşı soyğunçuluq etmiş Təqsirləndirilən şəxs tanıyaraq göstərmişdir. Bu zaman fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. (İ cild i.v. 42-44) -xx xxxxxx 2019-cu il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs ona məxsus olan maaş kartını, sığorta kartını və evin açarlarını müstəntiqdən təhvil almışdır. (İ cild i.v. 48) -Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx xxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs kimi xx xxxxxx 2019-cu il tarixdə tutulmuşdur. (İ cild i.v. 58) -Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx xxxxxx 2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. (İ cild i.v. 70-71) -Qətimkan tədbiri seçilməsi haqqında xx xxxxxx 2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (İ cild i.v. 82-83) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X5 Məhkəmə Psixiatrik Ekspertizasının xx xxxxxx 2019-cu il tarixli 197 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, X2 hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Cinayət işi matenallarından və halhazırki psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. X3 məcburi müalcəyə ehtiyacı yoxdur. (İ cild i.v. 90- 91) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx xxxxxx 2019-cu il tarixli 2667 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd istehsal ilinə, istehsal yerinə və markalanmasına dair heç bir məlumat olmayan, iki tutacaqlı, qara rəngli, süni dəri materialdan hazırlanmış əl çantasının xususatları nəzərə alaraq 2019-cu ilin yanvar ayına olan orta bazar qiyməti təxminən 5 manat müəyyən edilir. (İ cild i.v. 93-95) -“Azərbaycan Beynəlxalq Bankı”nın xx xxxxxx 2019-cu il tarixli TD-70 nömrəli məktubundan görünür ki, ABB-nin müştərisi Zərərçəkmiş şəxs adına olan 5167 51** **** 5673 saylı maaş kartı ilə xx xxxxxx 2019-cu il tarixdə heç bir əməliyyat aparılmamışdır. (İ cild i.v. 96) -Cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında xx xxx 2019-cu il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işinə birləşdirilmiş və cinayət işinin ibtidai istintaqı ********* nömrəsi altında aparılmışdır. (İ cild i.v. 122-123) -Toplanmış sübutların qiymətləndirilməsi, ictimai təhlükəli əməlin tövsif edilməsi və cinayət təqibinin başlanmasının rədd edilməsi haqqında xx xxxx 2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində ********* nömrəli cinayət işi üzrə seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qüvvədən düşmüş hesab edilmiş, onun barəsində ********* nömrəli cinayət işi üzrə seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilmədən qüvvədə saxlanılmış, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.5, 177.2.3-1, 180.2.4, 181, 326.1 və 320.2-ci maddələrinin tərkib əlamətləri olmadığından onun barəsində həmin tövsifedici əlamətlər üzrə cinayət təqibinin başlanması rədd edilmiş, 1 ədəd “Beynəlxalq Bank”a aid maaş kartı, 1 ədəd dəyərində tibbi-sığorta kartı, 1 ədəd əl çantası cinayət işi üzrə sübut əhəmiyyəti kəsb etdiyindən madi sübut hesab edilmiş və Zərərçəkmiş şəxs təhvil verilərək saxlanılması nəzərə alınmışdır. (İ cild i.v. 252-263) -Təqsirləndirilən şəxs qismində yenidən cəlb etmə və yenidən ittiham elan edilməsi haqqında xx xxxx 2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində yenidən cəlb edilmiş, ona Azərbaycan Respublikası CM-nin 177.2.3 və 180.2.2-ci maddələrində nəzərdə tutulmuş ittiham elan edilmişdir. (İ cild i.v. 264-265) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X4 tərəfindən verilmiş xx xxxx 2019-cu il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin xx xxxxxxx 2002-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.2.1 və 221.2.2-ci maddələri ilə təqsirli bilinib 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx xxx 2003-cü il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx xxx 2003-cü il tarixli Amnistiya qərarının 6.1-ci bəndinə əsasən azad olunmuş, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxx 2005-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx xxxxxx 2009-cu il tarixdə cəzasının sonu ilə azad olunmuş, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.2.2-ci maddəsi ilə təqsirli bilinib 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx xxxxxx 2013-cü il tarixdə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 76-cı maddəsinə əsasən 03 ay 21 gün vaxtından əvvəl şərti azad olunmuşdur. (İ cild i.v. 277-282) -İttiham aktının təsdiq edilməməsi və cinayət işinin əlavə ibtidai istintaq aparılması üçün qaytarılması haqqında xx xxxxxxxx 2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 180.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə Nizami RPİ-nin istintaq şöbəsinin müstəntiqi Ramil Əliyev tərəfindən xx xxxxxxxx 2019-cu il tarixdə tərtib olunmuş ittiham aktı təsdiq edilməmiş və həmin cinayət işi üzrə ibtidai istintaq aparılması üçün Nizami RPİnin istintaq şöbəsinə qaytarılmışdır. (İİ cild i.v. 2-6) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X12- Təcrübi və X10 rayon şöbəsinin canlı şəxsin ekspertizasına dair xx xxxxxxx 2019-cu il tarixli 44/64 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs çənənin ön səthinin sıyrığı olmuşdur. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, müxtəlif şəraitdə, o cümlədən qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx xxxxxx 2019-cu il tarixdə yarana bilər və sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin olunmur. (İİ cild i.v. 25-27) -Toplanmış sübutların qiymətləndirilməsi, ictimai təhlükəli əməlin tövsif edilməsi, cinayət işinin hissəvi xitam edilməsi, cinayət təqibinin başlanmasının rədd edilməsi haqqında xx xxxxxxx 2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası CM-nin 181-ci maddəsinin tərkib əlamətləri olmadığından xx xxxx 2019-cu il tarixi qərarın onun barəsində Azərbaycan Respublikası CM-nin 181-ci maddəsi cinayət təqibinin başlanması rədd edilməsi ilə bağlı hissəsinin dəyişdirilmədən qüvvədə qalması nəzərə alınmış, Təqsirləndirilən şəxs elan edilmiş ittihamdan xx xxxxxxx 2018-ci il tarixdə saat 17 radələrində Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi 1-ci Köndələn küçəsi, 23 saylı ünvanda yerləşən “Bəyərli” avtoservisindəki çilingər sexindən qanunsuz daxil olmaqla X7 məxsus içərisində dəyəri 50 manat təşkil edən və balansında 12 manat danışıq limiti olan 055 *** ** ** “Bakcell” GSM nömrəsi olan dəyəri 1200 manat təşkil edən **********50577 İMEİ kodlu İphone 8 markalı mobil telefon aparatının və eyni anda vahid niyyətlə əhatə olunan qəsdlə X9 məxsus içərisində dəyəri 50 manat təşkil edən və balansında 5 manat danışıq limiti olan 077 *** ** ** “Nar Mobile” GSM nömrəsi olan dəyəri 550 manat təşkil edən **********05472 İMEİ kodlu İpone 6 markalı mobil telefon aparatının gizli talanaraq oğurlanması ilə bağlı ittiham xaric edilmiş, həmin fakt üzrə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ayrıca icraatda ********* nömrəsi altında cinayət işi ayrılması və həmin nömrə altında cinayət işi üzrə ibtidai istintaqın davam etdirilməsi qərara alınmış, Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli Azərbaycan Respublikası CM-nin 1772.3 və 180.2.2-ci maddələrindən həmin Məcəllənin 180.2.4-cü maddəsinə tövsif edilmiş, Təqsirləndirilən şəxs hərəkətlərində yalnız Azərbaycan Respublikası CM-nin 180.2.4-cü maddəsinin tərkib əlamətləri olduğundan onun barəsində Azərbaycan Respublikası CM-nin 180.2.2 və 177.2.3-cü maddələri ilə başlanılmış cinayət təqibinə hissəvi xitam verilmiş, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası CM-nin 326.1 və 320.2-ci maddələrinin tərkib əlamətləri olmadığından xx xxxx 2019-cu il tarixli qərarın onun barəsində həmin tövsifedici əlamətlər üzrə cinayət təqibinin başlanması rədd edilməsi ilə bağlı hissəsinin dəyişdirilmədən qüvvədə qalması nəzərə alınmış, xx xxxx 2019-cu il tarixli qərarla 1 ədəd “Beynəlxalq Bank”a aid maaş kartı, 1 ədəd dəyərində tibbi sığorta kartı, 1 ədəd əl çantası cinayət işi üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut hesab edilməsi və zərərçəkmiş şəxs X6 təhvil verilərək saxlanılması ilə bağlı hissəsinin dəyişdirilmədən qüvvədə qalması nəzərə alınmışdır. (İİ cild i.v. 37-48) -Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, ibtidai istintaq zamanı barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin şərtlərini pozduğuna, üzrlü səbəblər olmadan məhkəmə iclaslarına gəlmədiyinə və gizləndiyinə görə dövlət ittihamçısının vəsatəti əsasında Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, haqqında seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilmişdir. -Tutma haqqında xx xxx 2020-ci il tarixli protokoldan görünür ki, barəsində axtarış elan edilərək həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində xx xxx 2020-ci il tarixdə saat 19:30-da tutulmuşdur. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 4 saylı, xx xxxxxx 1996-cı il tarixli qərarına əsasən məhkəmə hökmü səlis, aydın, anlaşılan şəkildə yazılmalı, iş üzrə müəyyən olunmuş hallar, sübutlar və məhkəmənin nəticələri hökmdə ciddi məntiqi ardıcıllıqla şərh edilməlidir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, zərərçəkmiş şəxsi və şahidi dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadələri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 180.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 180.2.4-cü maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 180.2.4-ci maddəsinə əsasən soyğunçuluq, yəni özgənin əmlakını açıq talama - insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə törədildikdə - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 nömrəli qərarının 1-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 15.3-cü maddəsinə əsasən bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur; 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Yuxarıda istinad edilən xx xxxx 2003-cü il tarixli Plenumun Qərarının 12-ci bəndində göstərilmişdir ki, cinayətlərin residivi, təhlükəli residivi və xüsusi təhlükəli residivini yaradan bir neçə cinayət törətmiş şəxsə cəza təyin edərkən, cinayətin törədildiyi anadək ödənilməmiş və ya götürülməmiş məhkumluqlar nəzərə alınır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ümumilikdə 3 dəfə məhkəmə hökmləri ilə az ağır cinayət əməllərini törətməkdə təqsirli bilinərək müxtəlif müddətlərə azadlıqdan məhrum etmə cəzalarına məhkum edilmişdir, hər üç hökm üzrə onun məhkumluğu ödənildiyi üçün Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsinin tələbləri baxımından residivin müəyyən olunması və cəza təyin edilərkən nəzərə alınmır, o, məhkumluğu olmayan şəxs hesab edilir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.4-cü maddəsi ilə törətdiyi əməl, həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət hesab olunur. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayətinin və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, qəsdin obyektini mülkiyyət münasibətləri təşkil etməsini nəzərə alaraq, hesab edir ki, onun islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı iş üzrə şübhəli şəxs qismində xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixədək tutulduğu 02 gün müddət, CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmalı, üzərində qəti cəza saxlanılmalı, cəzaçəkməsinin əvvəli isə barəsində həbs qətimkan tədbiri seçilərək axtarış elan edilməsindən sonra xx xxx 2020-ci il tarixdə tutulduğu vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 346.1.13-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəza təyin edildikdə, hansı cəzaçəkmə və ya tərbiyə müəssisəsinin müəyyən edilməli olduğu məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzanı ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qəsdən törədilmiş az ağır cinayətə görə azadlıqdan məhrum etməyə məhkum olunmuş, məhkumluğu olmayan şəxs olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1.20-ci maddəsinə əsasən qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı, o cümlədən girov haqqında məsələnin necə həll ediləcəyi məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edildiyindən, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 346.1.17-ci maddəsinə əsasən mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub-olmadığı məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilməlidir. Hazırkı iş üzrə cinayət əməli nəticəsində zərərçəkmiş şəxsə cəmi 35 manat məbləğində maddi zərər vurulmuş, zərərçəkmiş şəxs isə ona dəymiş maddi ziyanı tələb etməmiş və ya tutulması üçün mülki iddia qaldırmamışdır. Azərbaycan Respublikası CPM-nin 346.1.19 və 346.1.21-ci maddələrinə əsasən maddi sübutlar məsələsinin necə həll edilməli olduğu; hansı əmlakın xüsusi müsadirə edilməli olduğu; məhkəmə xərclərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilməlidir. Hazırkı cinayət işi üzrə 1 ədəd “Beynəlxalq Bank”a aid maaş kartı, 1 ədəd tibbi sığorta kartı, 1 ədəd əl çantası cinayət işi üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut hesab edilmiş və qəbzlə zərərçəkmiş şəxs X6 təhvil verilmişdir. Məhkəmə hesab edir ki, maddi sübutlarla bağlı həmin hal nəzərə alınmalı və müvafiq əşyalar zərərçəkmiş şəxsin istifadəsində saxlanılmalı, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən isə məhkəmə məsrəfi olan 50 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həminşəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir; 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkil Müdafiəçi ibtidai istintaqda və məhkəmədə təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 70 iş saatı müddətinə bərabər tutulduğundan, (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən Vəkil Bürosu vasitəsi ilə 420 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırkı iş üzrə şübhəli şəxs qismində xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixədək tutulduğu 02 gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılaraq, üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx xxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut qismində tanınmış 1 ədəd “Beynəlxalq Bank”a aid maaş kartının, 1 ədəd tibbi sığorta kartının, 1 ədəd əl çantasının ibtidai istintaq zamanı qəbzlə zərərçəkmiş şəxs X6 təhvil verilməsi nəzərə alınsın və həmin əşyalar zərərçəkmiş şəxsin istifadəsində saxlanılsın. Məhkəmə məsrəfi olan 50 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs 70 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi “xxxxxxxxxxxx” ASC-nin “Qara Qarayev” filialı, kod 200145, VÖEN **********, m/h- AZ37NABZ013501**********1944, S.Wİ.F.T.BİK AİİBAZ2X, hesab - AZ33AİİB********************, VÖEN - ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 420 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar