Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-24/2022 29.06.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclas katibi Səfərov Rəşad Ramazan oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1, zərərçəkmiş şəxs Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndəsi –Nümayəndə2, təqsirləndirilən şəxslərin müdafiəçiləri – Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 oğlunun, təqsirləndirilən şəxslər – X2 və Təqsirləndirilən şəxs2 Mahmud qızının iştirakı ilə, təqsirləndirilən şəxs- 31 avqust 1961-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, İcbari Tibbi Sığorta üzrə X11 Ərazi Bölmələrini İdarəetmə Birliyi Publik hüquqi şəxsin Bakı şəhər Baş Səhiyyə İdarəsinin 18 nömrəli Birləşmiş şəhər xəstəxanasının Konsultativ poliklinika şöbəsinin həkim-infeksionisti vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş X2 Azərbaycan Respublikası CM-nin 308.1 və 313-cü maddələri ilə təqsirləndirilməsinə təqsirləndirilən şəxs- 22 avqust 1960-cı ildə Ermənistan Respublikasının Kalinino rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 32.4,308.1 və 32.4,313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 Bakı şəhər Baş Səhiyyə idarəsinin 18 saylı Birləşmiş şəhər xəstəxanasının xx.xx.2011-ci il tarixli, 137 saylı əmri ilə xəstəxananın Konsultativ poliklinika şöbəsinin həkim-infeksionisti vəzifəsinə təyin edilib həmin vəzifədə işləyərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2021-ci il tarixli, 48s saylı Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında COVİD-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2021-ci il tarixli, 5 saylı əmri ilə müəyyən edilmiş peyvənd vurulan hər bir şəxs barədə məlumatın elektron qeydiyyat sisteminə daxil olunmasını təmin etmək, peyvənddən sonra xoşagəlməz reaksiya və ya ağırlaşmalar qeyd edilərsə bu barədə məlumatın dərhal ərazi gigiyena və epidemiologiya mərkəzlərinə verilməsini təmin etmək və bununla əlaqədar digər şəxslər üçün hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və xitamına səbəb olan hərəkətləri etmək hüququna malik inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən məsul vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar üçüncü şəxs üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək, 22 aprel 2021-ci il tarixdə işlədiyi Konsultativ poliklinika şöbəsində tibb qeydiyyatçısı işləyən Təqsirləndirilən şəxs2 qohumu Şahid1 müayinə olunmadan adının informasiya resursu hesab olunan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin “analiz.its.gov.az” xəstə qeydiyyatı üzrə elektron portalda olan “Xəstə müraciət siyahısı” bölməsində məsul istifadə üçün işlədiyi xəstəxananın adına verilmiş loqin və paroldan istifadə etməklə daxil etmək barədə xahişini Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi 5 ünvanında yerləşən həmin poliklinika şöbəsinin inzibati binasında qanunsuz olduğu halda orta tibb işçiləri qarşısında şəxsi nüfuzunu qorumaq məqsədi ilə həyata keçirərək Təqsirləndirilən şəxs2 ilə razılaşmaqla sövdələşib ondan Şahid1 şəxsiyyət vəsiqəsini almaqla Təqsirləndirilən şəxs2 təhriki əsasında Şahid1 görmədən və onu müayinə etmədən, habelə sonuncunun vaksinasiya olunmamasına baxmayaraq, Şahid1 J202103008 seriya nömrəli “SinoVac Doza 1” peyvəndi ilə vaksinasiya olunmuş şəxs kimi adının qeyd edilən informasiya resursuna daxil edilməsi barədə cinayətdən xəbərsiz operator Şahid2 göstəriş verməklə sonuncu vasitəsilə həmin informasiya resursuna Şahid1 qeyd edilən tarixdə vaksinasiya olunmasına dair bilə-bilə yalan məlumatlar işlədiyi xəstəxananın adına verilmiş loqin və parolunu təqdim etməsi əsasında daxil edilməklə, habelə şəxsən məzmununa Şahid1 J202103008 seriya nömrəli “SinoVac Doza 1” peyvəndi ilə peyvənd olunmasına dair bilə-bilə yalan məlumatları rəsmi sənəd olan “COVİD-19 vaksinasiyası üzrə məlumat forması”na daxil etməklə həmin sənədi imzası ilə təsdiq edib Təqsirləndirilən şəxs2 təqdim etməklə, vəzifəli şəxs kimi Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin dünya üzərində geniş yayılmış SARS-CoV-2 virusu tərəfindən törədilən COVİD-19 yoluxucu xəstəliyinin vaksinasiya ilə qarşısının alınmasına, bununla xəstələnmə və ölüm səviyyəsinin aşağı enməsinə nail olmaq, əhali arasında planlı vaksinasiyanın aparılması sahəsində həyata keçirdiyi siyasətinin stabilliyinə mənfi təsir göstərib normal fəaliyyətinin pozulmasında ifadə olunan qanuni mənafelərinə mühüm zərər vurmaqla Təqsirləndirilən şəxs2 təhriki ilə vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, sonuncunun təhriki ilə vəzifəli şəxs kimi şəxsi niyyətlə informasiya resursuna və rəsmi sənədə bilə-bilə yalan məlumatları vahid niyyətlə daxil etməklə vəzifə saxtakarlığı törətmişdir. Təqsirləndirilən şəxs2 xx.xx.1993-cü il tarixdən Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X11 Ərazi Bölmələrini İdarəetmə Birliyinin Bakı şəhər Baş Səhiyyə İdarəsinin 18 saylı Birləşmiş şəhər xəstəxanasının Konsultativ poliklinika şöbəsində tibb qeydiyyatçısı işləməklə peyvənd olunmadan “COVİD-19 vaksinasiyası üzrə məlumat forması” verilməsi və bu barədə məlumatın elektron portala salınmasında köməklik göstərilməsi ilə əlaqədar 22 aprel 2021-ci il tarixdə poliklinikanın inzibati binasında özünə müraciət edən, əvvəllər tanımadığı Şahid1 qeyd edilən köməkliyi 100 manat müqabilində edə biləcəyini bildirib, həmin məbləği sonuncudan həmin tarixdə poliklinikanın dəftərxana otağında aldıqdan sonra mənafeyinə uyğun cinayətkar niyyətini həyata keçirmək məqsədilə 18 saylı Birləşmiş şəhər xəstəxanasının Konsultativ poliklinika şöbəsinin həkim-infeksionisti vəzifəsində işləyən və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2021-ci il tarixli, 48s saylı Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında COVİD-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2021-ci il tarixli, 5 saylı əmri ilə müəyyən edilmiş peyvənd vurulan hər bir şəxs barədə məlumatın elektron qeydiyyat sisteminə daxil olunmasını təmin etmək, peyvənddən sonra xoşagəlməz reaksiya və ya ağırlaşmalar qeyd edilərsə bu barədə məlumatın dərhal ərazi gigiyena və epidemiologiya mərkəzlərinə verilməsini təmin etmək və bununla əlaqədar digər şəxslər üçün hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və xitamına səbəb olan hərəkətləri etmək hüququna malik inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən məsul vəzifəli şəxs olan X3 22 aprel 2021-ci il tarixdə həmin şöbənin qeyd edilən inzibati binasında müraciət edərək sonuncudan yalandan qohumu kimi təqdim etdiyi Şahid1 müayinə olunmadan adının informasiya resursu hesab olunan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin “its.gov.az” xəstə qeydiyyatı üzrə elektron portalda olan “Xəstə müraciət siyahısı” bölməsində daxil etməsini, buna görə Şahid1 pul almasını gizlətməklə, xahişinə əsasən, Gülnarə Şükürovanın razılığını almaqla onunla sövdələşib, sonuncuya Şahid1 şəxsiyyət vəsiqəsini verməklə, Gülnarə Şükürovanı xidməti vəzifələrinin icrası ilə əlaqədar üçüncü şəxs üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə onun Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi 5 ünvanında yerləşən həmin poliklinika şöbəsinin inzibati binasında qanunsuz olduğu halda orta tibb işçiləri qarşısında şəxsi nüfuzunu qorumaq niyyətilə Şahid1 görmədən və onu müayinə etmədən, habelə sonuncunun vaksinasiya olunmamasına baxmayaraq, Şahid1 J202103008 seriya nömrəli “SinoVac Doza 1” peyvəndi ilə vaksinasiya olunmuş şəxs kimi adının qeyd edilən informasiya resursuna daxil edilməsi barədə cinayətdən xəbərsiz operator Şahid2 göstəriş verməklə sonuncu vasitəsilə həmin informasiya resursuna Şahid1 qeyd edilən tarixdə vaksinasiya olunmasına dair bilə-bilə yalan məlumatlar işlədiyi xəstəxananın adına verilmiş loqin və parolunu təqdim etməsi əsasında daxil edilməklə, habelə Gülnarə Şükürovanın şəxsən məzmununa Şahid1 J202103008 seriya nömrəli “SinoVac Doza 1” peyvəndi ilə peyvənd olunmasına dair bilə-bilə yalan məlumatları rəsmi sənəd olan “COVİD-19 vaksinasiyası üzrə məlumat forması”na daxil etməklə həmin sənədi imzası ilə təsdiq etməsinə nail olub qeyd edilən sənədi Gülnarə Şükürovadan almaqla, sonuncunu vəzifəli şəxs kimi Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin dünya üzərində geniş yayılmış SARS-CoV-2 virusu tərəfindən törədilən COVİD-19 yoluxucu xəstəliyinin vaksinasiya ilə qarşısının alınmasına, bununla xəstələnmə və ölüm səviyyəsinin aşağı enməsinə nail olmaq, əhali arasında planlı vaksinasiyanın aparılması sahəsində həyata keçirdiyi siyasətinin stabilliyinə mənfi təsir göstərib normal fəaliyyətinin pozulmasında ifadə olunan qanuni mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən suiistifadə etməyə və vəzifəli şəxs kimi şəxsi niyyətlə informasiya resursuna və rəsmi sənədə bilə-bilə yalan məlumatları vahid niyyətlə daxil etməklə vəzifə saxtakarlığı törətməyə təhrik etmişdir. Məhkəmə baxışında təqsirləndirilən şəxs X4 ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Bakı şəhər Baş Səhiyyə İdarəsinin 18 saylı Birləşmiş şəhər xəstəxanasının Konsultativ poliklinika şöbəsinin həkim-infeksionisti vəzifəsində işləyir. Vaksinasiya prosesinə əsasən vətəndaş poliklinikanın qeydiyyat şöbəsinə yaxınlaşaraq qeydiyyatçılar tərəfindən qeydiyyat jurnalında qeydiyyata alınır, daha sonra isə vətəndaş müayinə otağına yaxınlaşaraq onun kimliyi operator tərəfindən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin internet portalı olan “analiz.its.gov.az” saytına daxil edilir, portalda şəxsin əvvəllər “Covid-19” xəstəliyi keçirməsi barədə məlumat göründükdə ona imtina verilir, olmadıqda həkim tərəfindən müayinə olunmaq üçün qəbul edilir. Müayinə zamanı həkim onun təzyiqini, ürək döyüntüsünü və s. yoxlayaraq müayinə edir, əks-təsir olmadığı halda isə həkim tərəfindən “COVİD-19 vaksinasiyası üzrə məlumat forması” doldurularaq, məsul tibb işçisinin adı və imzası, ikinci dozanın vurulacağı tarix göstərilməklə həkim tərəfindən imzalanıb vaksinasiya otağına göndərilir. Məlumatı portala o daxil etmir. Vaksinasiya otağında məsul tibb bacısı tərəfindən şəxsə peyvənd vurularaq proses tamamlanır. Peyvənd vurulması prosesi həkimin iştirakı olmadan vaksinasiya otağında həyata keçirildiyindən həkim şəxsə peyvəndin vurulub-vurulmamasını vizual olaraq müşahidə edə bilmir və bu həkimin vəzifələrinə aid deyildir. 22 aprel 2021-ci il tarixdə poliklinikanın tibb qeydiyyatçısı Təqsirləndirilən şəxs2 əyləşdiyi həkim otağına yaxınlaşaraq dayısının vaksinasiya üçün gəldiyini, lakin vaksinasiya üçün gələnlər çox olduğundan növbə olduğunu bildirmişdir. O, həmin şəxsin 1977-ci il təvəllüdlü olduğunu görüb, “cavan yaşında onun necə dayısı ola biləcəyini” təəccüblə soruşduqda Gülarə zarafat etdiyini bildirərək “dayısı oğlu” olduğunu bildirmişdir. Gülarə həmin şəxsin səhhətində heç bir problem olmadığını, tələsdiyini bildirərək müayinədən keçmədən “COVİD-19 vaksinasiyası üzrə məlumat forması”nın doldurulmasını və vaksinasiya üçün göndərilməsini xahiş etmişdir. İş yoldaşı kimi Gülarənin onu aldatmayacağını düşünüb xahişini yerinə yetirərək müayinə etmədən “COVİD-19 vaksinasiyası üzrə məlumat forması”nı doldurub Gülarəyə təqdim etmişdir. Məlumat formasını dolduranda artıq otaqda olan operator Şahid2 məlumatları “analiz.its.gov.az” qeydiyyat sisteminə daxil etmişdir. Çünki Gülarə ilk otağa daxil olanda onun yanında başqa xəstə olduğu üçün əvvəlcə Aytaca yaxınlaşıb həmin şəxsin adını portala salmasını xahiş etmişdir. Şəxs barədə məlumat həmin qeydiyyat sisteminə daxil edilməmiş şəxs barədə hər hansı bir problemin olub-olmamasını görmək mümkün deyildir, yəni onun həmin vaxt “Covid-19” xəstəliyindən əziyyət çəkdiyini və ya digər probleminin olduğunu görmək mümkün deyildir. Daha sonra isə həmin şəxsə peyvənd vurulub-vurulmamasından məlumatı olmamışdır. Bir müddət sonra Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları xəstəxanaya daxil olaraq Şahid1 peyvənd vurulmadan 100 manat pul müqabilində ona “COVİD-19 vaksinasiyası üzrə məlumat forması”nın verildiyini bildirmişlər. Onun Təqsirləndirilən şəxs2 həmin şəxsdən 100 manat pulu hansı səbəbdən alması barədə məlumatı olmamış, həmin puldan ona hər hansı məbləğdə pul çatmamışdır. Sadəcə olaraq iş yoldaşı kimi Təqsirləndirilən şəxs2 həmin şəxsi öz dayısı oğlu kimi təqdim edərək, vaksin vurdurmaq üçün gəldiyini, lakin tələsdiyini, növbədə gözləyə bilmədiyini və səhhətində heç bir problem olmadığını bildirdiyi üçün ona inanıb müayinə etməli olduğu halda bunu etmədən “COVİD-19 vaksinasiyası üzrə məlumat forması”nı dolduraraq imzası ilə təsdiq edib vaksinasiya otağına göndərmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.4,308.1 və 32.4,313-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Bakı şəhər Baş Səhiyyə İdarəsinin 18 saylı Birləşmiş şəhər xəstəxanasının Konsultativ poliklinika şöbəsinin tibb qeydiyyatçısı vəzifəsində işləmişdir. Poliklinikada onu Gülnaz kimi tanıyırlar. 22 aprel 2021-ci il tarixdə poliklinikanın dəftərxana otağında əyləşərkən tanımadığı bir şəxs ona yaxınlaşaraq özünü Rəşad kimi təqdim etmiş, yerlisi Fəridənin qohumu olduğunu deyib qayınatası ilə birlikdə gəldiyini, həmin şəxsin yaxınlıqda olduğunu, növbədən kənar peyvənd vurdurmaq üçün ona köməklik göstərilməsini xahiş etmişdir. Həmin şəxsə Fəridə adlı şəxsi tanımadığını deyib etirazını bildirsə də o, inadla xahiş etmişdir. Həmin şəxsin inadla xahiş etməsini görüb onunla razılaşmışdır. Həmin şəxs məcburi qaydada məbləğini bilmədiyi pulu əyləşdiyi masanın siyirməsini açaraq ora atmışdır. O, birinci tibb bacısı Şahid2 yaxınlaşaraq qohumunun adına onlayn növbə götürməsini xahiş etmiş, Aytac da onlayn növbə götürmüşdür. Sonra qeydiyyata yaxınlaşaraq həmin şəxsin adını jurnala qeyd etdirmişdir. O, yenidən Aytacın yanına qayıtmış, Aytacdan həmin şəxsin adını portala salıb-salmadığını soruşmuş, Aytac artıq portala saldığını bildirmişdir. Həmin vaxt həkimin yanında xəstəsi olduğundan onlara fikir verməmişdir. Sonra həkim Gülnarə Şükürovaya yaxınlaşaraq dayısının vaksin vurdurmaq üçün gəldiyini, vaksinasiyada növbə çox olduğu üçün onu müayinə etmədən “COVİD-19 vaksinasiyası üzrə məlumat forması”nı verməsini xahiş etmişdir. Gülnarə “1977-ci il təvəllüdlü bir şəxsin onun necə dayısı ola biləcəyini” təəccüblə soruşduğu üçün ona zarafat etdiyini, həmin şəxsin “dayısı oğlu” olduğunu bildirmişdir. Bundan sonra həkim həmin şəxsin adına “COVİD-19 vaksinasiyası üzrə məlumat forması”nı tərtib edərək ona təqdim etmişdir. O, sənədi əldə etdikdən sonra özünü Rəşad kimi təqdim edən şəxsə vermişdir. Həmin şəxs sənədi götürərək qohumunu gətirmək üçün getdiyini bildirib ondan ayrılmışdır. Bir neçə dəqiqə sonra Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları xəstəxanaya daxil olaraq Şahid1 peyvənd vurulmadan 100 manat pulun müqabilində “COVİD-19 vaksinasiyası üzrə məlumat forması”nın verildiyini bildirmişlər. Sonradan məbləğini bildiyi 100 manat puldan poliklinikanın hər hansı bir əməkdaşına verəcəyi barədə hər hansı bir şəxslə razılığı olmamışdır. X2 və Təqsirləndirilən şəxs2 qeyd edilən əməli törətməkdə təqsirləri aşağıdakılarla təsdiq olunur. Məhkəmə baxışında zərərçəkmiş Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndəsi Zərərçəkmiş şəxs2 izahatında göstərmişdir ki, Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında COVİD-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq yanvar ayından etibarən ölkə ərazisində vaksinasiya prosesinə başlanılmışdır. Həmin prosesin həyata keçirildiyi məntəqələrdən biri də 18 saylı Birləşmiş şəhər xəstəxanasının konsultativ poliklinika şöbəsidir. Prosesə əsasən vətəndaş poliklinikanın qeydiyyat şöbəsinə yaxınlaşır, onun kimliyi operator tərəfindən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin internet portalı olan “analiz.its.gov.az” saytına daxil edilir, portalda şəxsin əvvəllər “Covid-19” xəstəliyi keçirməsi barədə məlumat göründükdə ona imtina verilir. Əgər şəxs “Covid-19” xəstəliyi keçirtməyibsə o, müayinə otağına göndərilir. Müayinə zamanı həkim onun təzyiqini, ürək döyüntüsünü, və s. halları yoxlayaraq müayinə edir, əks-təsir olmadığı halda isə həkim tərəfindən “COVİD-19 vaksinasiyası üzrə məlumat forması” sənədi doldurulur, yəni orada şəxsin kimliyi, təvəllüdü, vaksinasiya tarixi, vaksinin adı, seriya nömrəsi ətraflı şəkildə göstərilir. Sonra şəxs vaksinasiya otağına göndərilir, orada isə məsul tibb bacısı tərəfindən şəxsə xüsusi saxlanma şəraitində saxlanılan ampula şəklində olan “Sinovac” və ya “Coronavac” peyvəndi vurulur. Hüquq-mühafizə orqanları tərəfindən aparılan araşdırma nəticəsində müəyyən edilmişdir ki, 3 vətəndaş barədə məlumatlar onlar heç bir müayinədən keçmədən və vaksin olunmadan xəstəxananın əməkdaşları tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə edilməklə “its.gov.az” saytına yerləşdirilmişdir. Məhkəmə baxışında zərərçəkmiş Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndəsi Nümayəndə2 məhkəmədən təqsirləndirilən şəxslər X3 və Təqsirləndirilən şəxs2 təqsirləndirildikləri maddələrin sanksiyasında nəzərdə tutulmuş ən ağır cəzanın verilməsini xahiş etmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 25 noyabr 2019-cu il tarixdən 18 saylı Birləşmiş şəhər xəstəxanasının Konsultativ poliklinika şöbəsində tibb bacısı vəzifəsində işləyir. Poliklinikada tibb qeydiyyatçısı Təqsirləndirilən şəxs2 hamı Gülnaz kimi tanıyır. Gülnaz xanım dəhlizdə ona yaxınlaşaraq qohumu üçün onlayn növbə götürməsini xahiş etmiş, o da onlayn növbə götürmüş, sonra otağa keçib öz işini görməyə başlamışdır. Sonra Gülnaz xanım otağa daxil olmuş, həmin vaxt həkim xəstə qəbul etmiş, içəridə çox adam olmuşdur. Gülnaz xanım dayısının vaksin vurdurmaq üçün gəldiyini, vaksinasiya üçün gələnlər çox olduğundan növbə olduğunu, dayısının adını portala salmasını xahiş etmiş, o da portala salmışdır. Gülnaz xanım otaqdan çıxmış, sonra yenidən “COVİD-19 vaksinasiyası üzrə məlumat forması”nı götürmək üçün otağa daxil olmuşdur. Həkim Gülnaz xanımdan həmin şəxsin cavan yaşında onun necə dayısı ola biləcəyini təəccüblə soruşduqda Gülnaz xanım demişdir ki, “üzr istəyirəm, dayımın oğludur, burdadır, bayırda oturub.” Həkim “COVİD-19 vaksinasiyası üzrə məlumat forması”nı doldurub vermişdir. İş yoldaşı olduğundan ondan xahiş etdiyi üçün ona köməklik göstərmək məqsədi ilə həmin şəxsin adını portala daxil etmişdir. O, kompüterdən istifadə edə bildiyi üçün həmin vaxt operator qismində müayinə otağında əyləşib “COVİD- 19 vaksinasiyası üzrə məlumat forması” tərtib ediləcək şəxsləri sistemə daxil etməklə işini icra etmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xüsusi ilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid4 ifadəsində göstərmişdir ki, Şahid1 Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə 18 saylı Birləşmiş şəhər xəstəxanasının əməkdaşlarının vaksinasiya sahəsində qanunsuz hərəkətləri barədə ünvanladığı ərizəsi üzrə 18 saylı Birləşmiş şəhər xəstəxanasının Konsultativ poliklinika şöbəsinin inzibati binasında əməliyyat-axtarış tədbiri keçirilmişdir. Şahid1 əməliyyat xərclərindən 100 manat pul verilmiş və əməliyyat qrupu ilə birlikdə həmin poliklinikaya getmişlər. Şahid1 100 manat pulu Təqsirləndirilən şəxs2 təqdim edərək vaksin olunmadan “COVİD-19 vaksinasiyası üzrə məlumat forması”nı almışdır. Bundan sonra onlar Təqsirləndirilən şəxs2 yaxınlaşaraq özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs2 100 manat pul vəsaitini Şahid1 vaksinasiya olunmadan “COVİD-19 vaksinasiyası üzrə məlumat forması”nın verilməsi üçün aldığını və həmin sənədi hazırlayaraq ona təqdim etdiyini etiraf etmişdir. Həmin pul vəsaiti Təqsirləndirilən şəxs2 əyləşdiyi masanın siyirməsində aşkar edilmiş və bununla bağlı potokol tərtib edilmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, 18 saylı Birləşmiş şəhər xəstəxanasının Konsultativ poliklinika şöbəsinin qarşısında həmin poliklinikada 100 manat pulun müqabilində peyvənd vurulmadan “COVİD-19 vaksinasiyası üzrə məlumat forması”nın verildiyini eşitmişdir. O, poliklinikaya daxil olub Gülarə xanıma yaxınlaşıb vaksin olunmadan “COVİD-19 vaksinasiyası üzrə məlumat forması”nı əldə etmək istədiyini bildirərək həmin sənədin alınmasında köməklik göstərməyi xahiş etmiş, o da heç bir etiraz etməyərək 100 manat pul istəmişdir. Bundan sonra o, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ərizə ilə müraciət edərək bu barədə məlumat vermişdir. Sonra əvvəlcədən ona təqdim olunan 100 manat pul ilə birlikdə yenidən poliklinikaya daxil olmuş, Gülarə xanıma yaxınlaşıb özünə aid olan şəxsiyyət vəsiqəsini və vaksin olunmadan “COVİD-19 vaksinasiyası üzrə məlumat forması”nı əldə etmək üçün 100 manat pulu ona təqdim etmiş, xanım da pulu ondan qəbul edərək gözləməyini xahiş etmişdir. Bundan sonra isə şəxsiyyət vəsiqəsi ilə birlikdə yanından ayrılıb 15-20 dəqiqə sonra “COVİD-19 vaksinasiyası üzrə məlumat forması”nı gətirərək ona təqdim etmişdir. Çölə çıxdıqdan sonra isə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları içəri daxil olmuşlar. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 14 dekabr 2020-ci il tarixdən Bakı şəhər Baş Səhiyyə İdarəsinin 18 saylı Birləşmiş şəhər xəstəxanasının baş həkimi vəzifəsində işləyir. Poliklinika şöbəsi xəstəxananın yaxınlığında yerləşməklə ünvanı ünvan 3oliklinikanın qeydiyyat şöbəsinə yaxınlaşaraq qeydiyyatçılar tərəfindən qeydiyyat jurnalında qeydiyyata alınır, daha sonra isə vətəndaş müayinə otağına yaxınlaşaraq onun kimliyi operator tərəfindən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin “analiz.its.gov.az” xəstə qeydiyyatı üzrə elektron portalda növbə götürülür, həmin vaxt həm də şəxsin əvvəllər “Covid-19” xəstəliyi keçirməsi barədə məlumat göründükdə ona imtina verilir, olmadıqda həkim tərəfindən müayinə olunmaq üçün qəbul edilir. Müayinə zamanı həkim onun təzyiqini, ürək döyüntüsünü və s. yoxlayaraq müayinə edir, əks-təsir olmadığı halda isə həkim tərəfindən “COVİD-19 vaksinasiyası üzrə məlumat forması” doldurulur, həkimin göstərişi ilə otaqda əyləşən operator tərəfindən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin “analiz.its.gov.az” xəstə qeydiyyatı üzrə elektron portalda olan “Xəstə müraciət siyahısı” bölməsində vaksinasiya olunması barədə qeydiyyat aparılmaqla vaksinasiya otağına göndərilir, orada isə məsul tibb bacısı tərəfindən şəxsə xüsusi saxlanma şəraitində saxlanılan ampula şəklində olan “Sinovac” və ya “Coronavac” peyvəndi vurulur. Bundan sonra şəxs qayıdaraq “COVİD-19 vaksinasiyası üzrə məlumat forması”nı götürüb gedir. 22 aprel 2021-ci il tarixdə xəstəxananın konsultativ poliklinika şöbəsində 2-ci mərtəbədə həkim-məsləhət komissiyasının iclasında olan zaman Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları içəri daxil olmuşlar, Gülnaz xanımın otağına keçmişlər. Poliklinikada tibb qeydiyyatçısı Gülarəyə Gülnaz deyə müraciət edirdilər. Həmin vaxt stolun üzərində 100 manat pul olmuşdur. Orada məlum olmuşdur ki, 100 manat pulun müqabilində Gülnaz xanım şəxsə vaksin vurulmadan “COVİD-19 vaksinasiyası üzrə məlumat forması”nı təqdim etmişdir. Həmin şəxsin adı artıq portala salınmışdır. Şəxslərin adı portala həkim icazə verdikdən sonra operator tərəfindən salınır. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə baxışında şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, o, 18 saylı Birləşmiş şəhər xəstəxanasında tibbi bacısı vəzifəsində işləyir. 2021-ci ilin aprel ayında poliklinikanın vaksinasiya otağında vaksinator kimi fəaliyyət göstərmişdir. Vaksinasiya prosesinə əsasən vətəndaş ilk növbədə qeydiyyat şöbəsinə yaxınlaşır, onun adı, soyadı qeyd edilir, müayinə olunmaq üçün həkimin qəbuluna göndərilir. Həkim həmin şəxsi müayinə edir, əgər vaksin vurulması üçün əks göstəriş yoxdursa, həmin şəxsin adını portala salıb talon verirlər. Bundan sonra şəxs vaksin otağına yaxınlaşır, həmin talon əsasında şəxsə vaksin vurulur, şəxsə vaksin vurulandan sonra həmin talona baş həkimin müavini möhür vurur. Vaksin vurulmasına baş tibb bacısı nəzarət etmişdir. O, xx.xx.2021-ci il tarixdə ikinci növbə olmuş, poliklinikaya gələndə artıq hadisə baş vermiş, o, heç nə görməmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanması haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 308.1 və 313-cü maddələri ilə cinayət işi başlanılmışdır. - Şahid1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəhbərliyinə ünvanladığı 22 aprel 2021-ci il tarixli ərizədən görünür ki, 18 saylı Birləşmiş şəhər xəstəxanasının əməkdaşı Gülarə adlı şəxsin 100 manat pul müqabilində faktiki vaksinasiya olunmadan “COVİD-19 vaksinasiyası üzrə məlumat forması”nı təsdiq edən sənədin verilməsini təşkil etdiyini bildirərək həmin şəxs barəsində tədbir görülməsini xahiş etmişdir. - əməliyyat-axtarış tədbirinin keçirilməsi və maddi sübutun götürülməsi barədə 22 aprel 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 qanunsuz hərəkətlərinin ifşa olunması məqsədi ilə İcbari Tibbi Sığorta üzrə X11 Ərazi Bölmələrini İdarəetmə Birliyinin Bakı şəhər Baş Səhiyyə İdarəsinin 18 saylı Birləşmiş şəhər xəstəxanasının Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi 5 ünvanında yerləşən Konsultativ poliklinika şöbəsinin inzibati binasında keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı əvvəlcədən “COVİD-19 vaksinasiyası üzrə məlumat forması” sənədinin alınması üçün Şahid1 təqdim edilmiş 1 ədəd B06646130 seriya və nömrəli 50 manat nominallı, 2 ədəd B79345439 və B68639415 seriya və nömrəli 20 manat nominallı və 1 ədəd A22562561 seriya və nömrəli 10 manat nominallı pul əskinasları, ümumilikdə 100 manat məbləğində pul vəsaiti sonuncu tərəfindən eyni məqsədlə poliklinikanın dəftərxana otağında Təqsirləndirilən şəxs2 təqdim edilmiş, o da həmin 100 manat pul vəsaitini qəbul edərək əyləşdiyi masanın sağ tərəfində yerləşən siyirməsinə saxlamaq üçün qoyduğunu, həmin pul vəsaitini Şahid1 vaksinasiya olunmadan “COVİD-19 vaksinasiyası üzrə məlumat forması” sənədinin verilməsi üçün aldığını etiraf etmişdir. - Şahid1 oğunun adına tərtib edilmiş “COVİD-19 vaksinasiyası üzrə məlumat forması” sənədindən görünür ki, həmin sənəd xx.xx.1977-ci il təvəllüdlü Şahid1 22 aprel 2021-ci il tarixdə J202103008 seriya nömrəli “SinoVac Doza 1” peyvəndi ilə peyvənd olunması barədə məsul tibb işçisi X4 tərəfindən qeydiyyat aparılmaqla imzalanmışdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 16 yanvar 2021-ci il tarixli, 5 nömrəli əmrindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2021-ci il tarixli, 48s nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında COVİD-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq peyvənd vurulan hər bir şəxs barədə məlumatın elektron qeydiyyat sisteminə daxil olunması təmin edilməli, peyvənddən sonra xoşagəlməz reaksiya və ya ağırlaşmalar qeyd edilərsə bu barədə məlumat dərhal ərazi gigiyena və epidemiologiya mərkəzlərinə verilməlidir. - Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən verilmiş 22 iyun 2021-ci il tarixli, PHŞ/1-2-2021-13030 saylı məktubdan görünür ki, “analiz.its.gov.az” xəstə qeydiyyatı üzrə elektron portalda Şahid1 aid “Xəstə müraciət siyahısı”nda 22 aprel 2021-ci il tarixdə “SinoVac Doza 1” (peyvəndin seriyası: J2********) qeydi edilmişdir. - İcbari Tibbi Sığorta üzrə X11 Ərazi Bölmələrini İdarəetmə Birliyi Publik hüquqi şəxsin Bakı şəhər Baş Səhiyyə İdarəsinin 18 nömrəli Birləşmiş şəhər xəstəxanası tərəfindən verilmiş 16 iyun 2021-ci il tarixli, 179 saylı məktubdan görünür ki, 22 aprel 2021ci il tarixdə vaksinasiya otağında məsul həkim X4 və operator Şahid2 olmuşdur. - Bakı şəhər Baş Səhiyyə İdarəsinin 18 saylı Birləşmiş şəhər xəstəxanasının xx.xx.2011-ci il tarixli, 137 saylı əmrindən görünür ki, X4 poliklinika şöbəsinə həkiminfeksionist vəzifəsinə qəbul edilmişdir. - Bakı şəhər Baş Səhiyyə idarəsinin 18 saylı Birləşmiş şəhər xəstəxanasının (əvvəlki adı 14 saylı X8) 2 noyabr 1993-cü il tarixli, 107 saylı əmrindən görünür ki, Təqsirləndirilən şəxs2 1 noyabr 1993-cü il tarixdən tibb qeydiyyatçısı vəzifəsi üzrə işə qəbul edilmişdir. - zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi zərərçəkmiş şəxs kimi tanınmışdır. - sübutların qiymətləndirilməsi haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Şahid1 adına tərtib edilmiş “COVİD-19 vaksinasiyası üzrə məlumat forması” maddi sübut kimi tanınmışdır. - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 32.4,308.1 və 32.4,313-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddələr ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. - qətimkan tədbirinin seçilməsi barədə xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir. - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, X4 Azərbaycan Respublikası CM-nin 308.1 və 313-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddələr ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. - qətimkan tədbirinin seçilməsi barədə xx.xx.2021-ci il tarixli qərardan görünür ki, X2 barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş xx.xx.2021-ci il tarixli tələbnamələrdən görünür ki, əməliyyat-sorğu kartotekasında X2 və Təqsirləndirilən şəxs2 məhkumluğu haqqında məlumat yoxdur. - 18 nömrəli Birləşmiş şəhər xəstəxanası tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli qısa epikrizdən görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2021-ci il tarixdən şəkərli diabet tip İİ diaqnozu ilə qeydiyyatdadır. Həmçinin hipertoniya və subklinik hipotireoz xəstəliklərindən əziyyət çəkir. - Nizami rayon X5 İttifaqı Şurasının xx.xx.2010-cu il tarixli Fəxri Fərmanından görünür ki, 14 saylı X9 tibb qeydiyyatçısı Təqsirləndirilən şəxs2 səhiyyə sistemində çoxillik səmərəli əmək fəaliyyəti və anadan olmasının 50 illik yubileyi münasibəti ilə təltif edilmişdir. - X5 İttifaqı Azərbaycan Respublikası Komitəsinin Rəyasət Heyətinin xx.xx.2001-ci il tarixli Fəxri Fərmanından, 17 saylı X6 Fəxri Fərmanından, Nizami rayon X5 İttifaqı Şurasının xx.xx.2011-ci il tarixli Fəxri Fərmanından, 18 nömrəli Birləşmiş şəhər xəstəxanasının Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2020-ci il tarixli Fəxri Fərmanından görünür ki, X1 sistemində uzun müddət səmərəli və qüsursuz iş fəaliyyətinə görə təltif edilmişdir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X2 törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələri ilə ittiham irəli sürülmüş və əməli həmin maddələr ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin X2 cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsini, təqsirləndirilən şəxsləri və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edib, istinad olunan hüquq normalarına əsaslanaraq hesab edir ki, X2 Azərbaycan Respublikası CM-nin 308.1 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin izahatı və şahidlərin ifadələri, iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. X2 özünü təqsirli bilməməsinə dair ifadəsi özünü müdafiə xarakterli, məsuliyyətdən yayınmaq məqsədilə verilmiş ifadə kimi qiymətləndirilir. X2 ifadəsində göstərdiyi xüsusatlar məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təkzib olundu. X2 cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığından Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,308.1 və 32.4,313-cü maddələri ilə ittiham irəli sürülmüş və əməli həmin maddələr ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsini, təqsirləndirilən şəxsləri və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edib, istinad olunan hüquq normalarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 32.4,308.1 və 32.4,313-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin izahatı və şahidlərin ifadələri, iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs2 özünü qismən təqsirli bilməsinə dair ifadəsi məsuliyyətini yüngülləşdirmək məqsədilə verilmiş ifadə kimi qiymətləndirilir və ifadəsində göstərdiyi xüsusatlar məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təkzib olundu. Təqsirləndirilən şəxs2 cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığından Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, təqsirləndirilən şəxslər X3 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2 və 15.3-cü maddələrinə əsasən X2 və Təqsirləndirilən şəxs2 törətdikləri əməllər böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 №li qərarında göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə təqsirləndirilən şəxs X2 ilk dəfə cinayət əməli törətməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. X2 cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulan ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə X2 barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən böyük ictimai təhlükə törətməyən və az ağır cinayət törətməsini, cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların isə olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq və cəmiyyətdən təcrid edilmədən islah olunmasının mümkün olması qənaətinə gələrək, hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmamaqla barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Buna görə də, məhkəmə ona əməlinin tövsif olunduğu maddələrin sanksiyası hüdudlarında islah işləri cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplayaraq X3 qəti cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2 ilk dəfə cinayət əməli törətməsini, xəstəliyini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulan ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə Təqsirləndirilən şəxs2 barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən böyük ictimai təhlükə törətməyən və az ağır cinayət törətməsini, cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların isə olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq və cəmiyyətdən təcrid edilmədən islah olunmasının mümkün olması qənaətinə gələrək, hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmamaqla barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Buna görə də, məhkəmə ona əməlinin tövsif olunduğu maddələrin sanksiyası hüdudlarında islah işləri cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplayaraq Təqsirləndirilən şəxs2 qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikasının CPM-nin 346.1.19 - 346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, X2 və Təqsirləndirilən şəxs2 barələrində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı; cəzaçəkmə müddətinin başlanğıcı X2 və Təqsirləndirilən şəxs2 əmək haqqından dövlət nəfinə ilk tutulmanın aparıldığı tarixdən hesablanmalı; Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən iş üzrə maddi sübut olan Şahid1 adına tərtib edilmiş “COVİD-19 vaksinasiyası üzrə məlumat forması” cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslər X2 və Təqsirləndirilən şəxs2 təqsirli bilindikləri maddələrin sanksiyasında islah işləri cəzasına əlavə cəza kimi müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzası nəzərdə tutulmamışdır, məhkəmə CM-nin 46.2-ci maddəsinin tələbləri baxımından həmin məsələni həll edərək təqsirləndirilən şəxslərin şəxsiyyətlərini, işin faktiki hallarını nəzərə almaqla, onlara həmin növdə əlavə cəzanın tətbiq edilməməsini məqsədəuyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,308.1 və 32.4,313-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iştirak etdiyi müddət 100 (bir yüz) iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 600 (altı yüz) manat (100x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi1 dövlət büdcəsi hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: X4 Azərbaycan Respublikası CM-nin 308.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində hər ay qazancından dövlət nəfinə 10 % məbləğində pul tutulmaqla 1 (bir) il 6 (altı) ay müddətinə islah işləri cəzası təyin edilsin. X4 Azərbaycan Respublikası CM-nin 313-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində hər ay qazancından dövlət nəfinə 10 % məbləğində pul tutulmaqla 1 (bir) il müddətinə islah işləri cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplayaraq X3 qəti cəza – hər ay qazancından dövlət nəfinə 10 % məbləğində pul tutulmaqla 2 (iki) il müddətinə islah işləri cəzası təyin edilsin. X4 cəzasını iş yeri üzrə çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun əmək haqqından dövlət nəfinə ilk tutulmanın aparıldığı tarixdən hesablansın. Cəzanın icrası X2 yaşayış yeri üzrə Probasiya İdarəsinə tapşırılsın X2 barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 32.4,308.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində hər ay qazancından dövlət nəfinə 10 % məbləğində pul tutulmaqla 1 (bir) il 6 (altı) ay müddətinə islah işləri cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 32.4,313-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində hər ay qazancından dövlət nəfinə 10 % məbləğində pul tutulmaqla 1 (bir) il müddətinə islah işləri cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplayaraq Təqsirləndirilən şəxs2 qəti cəza – hər ay qazancından dövlət nəfinə 10 % məbləğində pul tutulmaqla 2 (iki) il müddətinə islah işləri cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını iş yeri üzrə çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun əmək haqqından dövlət nəfinə ilk tutulmanın aparıldığı tarixdən hesablansın. Cəzanın icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Probasiya İdarəsinə tapşırılsın Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə maddi sübut olan Şahid1 adına tərtib edilmiş “COVİD-19 vaksinasiyası üzrə məlumat forması” cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs X3 məhkəmədə 100 (bir yüz) saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi1 600 (altı yüz) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №1(007)-24/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-24/2022
29.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver