Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-24/2024 28.02.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxxxx 1984-cü il tarixdə Gürcüstan Respublikası, Dmanisi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, iki uşağı olan, işləməyən, məhkumluğu olmayan, Şamaxı rayonunun Məlcək kəndində qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Ə.Ağayev küçəsi ev 58, mənzil 9-da yaşayan, 19 aprel 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 21 aprel 2023-cü il tarixdə tutmadan azad olunaraq barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, 03 may 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 05 may 2023-cü il tarixdə tutmadan azad olunaraq barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, həmin qətimkan tədbirinin şərtlərini pozaraq məhkəmədən gizləndiyindən 10 yanvar 2024-cü il tarixdə haqqında axtarış elan edilmiş, qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilmiş, 05 fevral 2024-cü il tarixdə həbs edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, ümumi təmiz çəkisi 0,328 qram narkotik vasitə heroini əldə edib üzərində saxlayıb daşımış, 19 aprel 2023-cü il tarixdə saat 19:30 radələrində Sabunçu RPİ-nin narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, N.İsmayılov küçəsi 9 ünvanının qarşısında şübhəli şəxs qismində saxlanılaraq ünvan 1 ünvanında yerləşən Sabunçu RPİ-nin 13-cü polis bölməsinə gətirilib xidməti otaqların birində üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən üzərində “Maqna” yazısı olan bir ədəd siqaret qutusunun içərisindən 02 ədəd sellofan bükümdə, xarici əlamətlərinə və kimyəvi kompanent tərkiblərinə görə bir-biri ilə eyni olan, ayrı-ayrılıqda təmiz çəkiləri 0,245 qram və 0,083 qram, ümumi təmiz çəkisi 0,328 qram olan qəhvəyi rəngli maddələr, kustar üsulla hazırlanmış narkotik vasitə heroin, eləcə də şəxsi istehlak miqdarından az miqdarda, 01 ədəd kağız bükümdə təmiz çəkisi 0,085 qram olan ağ rəngli kristallik formada maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, 01 may 2023-cü il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 0,640 qram narkotik vasitə heroini və təmiz çəkisi 1,049 qram psixotrop maddə metamfetamini 70 manat pul ödəməklə əldə edib üzərində saxlamaqla daşımış, 03 may 2023-cü il tarixdə saat 20 radələrində Nizami RPİnin narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 3 ünvanının qarşısında şübhəli şəxs qismində saxlanılaraq ünvan 4 ünvanında yerləşən Nizami rayon polis idarəsinin inzibati binasına gətirilib xidməti otaqların birində üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki tünd boz rəngli şalvarın sağ yan cibindən şəffaf sellofana bükülmüş iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,322 qram və 0,318 qram, ümumi təmiz çəkisi 0,640 qram olan, qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,369 qram və 0,680 qram, ümumi təmiz çəkisi 1,049 qram olan ağ rəngli, kristal şəkilli, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 1 ildən artıqdır ki, narkotik vasitə və psixotrop maddələrdən istifadə edir. Heroin və metamfetamini adlarını və anket məlumatlarını bilmədiyi şəxslərdən öz istifadəsi üçün alıb qəbul etmişdir. Narkotik vasitələrin istifadəçisi olsa da satışı ilə məşğul olmamışdır. 18 aprel 2023-cü il tarixdə Bakı şəhəri Bülbülə qəsəbəsində olarkən adını və anket məlumatlarını bilmədiyi şəxsdən 25 manata öz istifadəsi üçün 01 ədəd kağız bükümdə “şüşə” və 02 ədəd ayrı-ayrılıqda sellofan bükümlərdə olan “kakos” kimi tanıdığı maddələri alıb üzərində saxlamışdır. Həmin maddələri bir qədər çox miqdarda almışdır ki, müəyyən müddət onların satışı ilə məşğul olan şəxslərlə təmasda olmasın. Mütəmadi olaraq belə bir insanlarla təmasda olmağın təhlükəli olduğunu, yəni polis əməkdaşları tərəfindən tutula biləcəyindən ehtiyat etmişdir. 19 aprel 2023-cü il tarixdə saat 19:30-da ünvan 6 ünvanda olarkən iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşıb xidməti vəsiqələrini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmiş, üzərində heroin və metamfetamin olması barədə məlumat əldə etdiklərindən onlarla birlikdə Sabunçu RPl-nin 13-cü PB-nə getməsini təklif etmişlər. O, artıq polis əməkdaşldarından yayına bilməyəcəyini başa düşüb etiraz etməmiş və onlarla birlikdə 13cü PB-nə getmişdir. Polis bölməsində xidməti otaqların birində təhqiqatçı tərəfidən ona bölməyə gətirilməsinin səbəbi, hüquq və vəzifələri izah edilmiş, hüquqlarını müdafiə etmək üçün dövlət hesabına vəkil dəvət olunmuşdur. Şəxsi axtarış aparılmazdan əvvəl üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşya və predmetlərin olub-olmaması soruşulmuş, olduğu halda həmin əşyaları təqdim etməsi təklif edilmişdir. Bundan sonra o, əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd özünə məxsus “Samsung Duos” markalı mobil telefonu və içərisində ayrı-ayrılıqda olan 2 ədəd sellofan bükümdə olmuş heroin və 01 ədəd kağız bükümdə olmuş metamfetamin olan “Maqna” siqaret qutusunu çıxarıb masanın üzərinə qoymuşdur. Təhqiqatçı tərəfindən siqaret qutusunun içərisinə baxış keçirildikdə heroin və metamfetamin aşkar edilmişdir. O, səmimi olaraq həmin maddələri Bülbülə qəsəbəsində olarkən 25 manata öz istifadəsi üçün alıb üzərində saxlayıb daşıdığını etiraf etmişdir. Daha sonra polis əməkdaşları tərəfindən üzərinə axtarış keçirilmiş, təqdim etdiyi maddələrdən başqa üzərindən qanunla dövriyyəsi qadağan edilən hər hansı əşya və predmet aşkar edilməmişdir. Təqdim etdiyi heroin və metamfetamin təhqiqatçı tərəfindən müvafiq qaydada qablaşdırılıb götürülmüş, bununla bağlı protokol tərtib edilmiş, protokolun doğruluğu o və axtarışda iştirak etmiş polis əməkdaşları tərəfindən imzalarla təsdiq edilmişdir. Bundan başqa, 03 may 2023-cü il tarixdə Nizami rayonu, Şərifli küçəsi 1 ünvanının qarşısında olan zaman mülki geyimdə olan şəxslər onu və onunla bir yerdə olan tanışı Allah Əkbəri saxlayaraq özlərini Nizami RPİ-nin narkotiklə mübarizə bölməsinin əməkdaşları kimi təqdim etmiş, onları narkotik vasitələrin dövriyyəsində şübhəli bilərək Nizami rayon polis idarəsinə dəvət etmişlər. Onlar etiraz etməyib polis əməkdaşları ilə birlikdə getmişlər, Nizami rayon polis idarəsinin binasındakı xidməti otaqlardan birində şəxsi axtarış keçirilən zaman ilk əvvəl üzərində olan əşyaları özünün təqdim etməsi təklif edilmişdir. Bundan sonra o, əynindəki tünd boz rəngli şalvarının sağ yan cibindən 04 ədəd şəffaf sellofana bükülmüş bükümü təqdim etmişdir. Polis əməkdaşlarının suallarına cavab olaraq həmin bükümlərin içərisindəki maddənin ikisinin “kakos”, digər ikisinin isə “patı” (metamfetamin) olduğunu, həmin narkotik vasitələri Masazır qəsəbəsi ərazisində adını bilmədiyi lakin üzdən tanıdığı İran İslam Respublikasının vətəndaşı bildiyi şəxsdən iki gün əvvəl, yəni 01 may 2023-cü il tarixdə 70 manat ödəyərək aldığını bildirmişdir. Üzərindən aşkar edilən 04 ədəd büküm ekspertizaya göndərilməsi məqsədilə qablaşdırılmışdır. Şəxsi axtarışın keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, o və iştirak edən digər şəxslər həmin protokolu imzaları ilə təsdiq etmişlər. Saxlanılan zaman Şahid1 üzərində narkotik vasitə və psixotrop maddə olduğunu bilməmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitədən başqa heç bir yerdə hər hansı bir növ narkotik vasitə saxlamamış, heç vaxt narkotik vasitənin satışı ilə məşğul olmamış və ya kiməsə verməmişdir. Polislər tərəfindən saxlanılarkən ona qarşı heç bir zor və ya təzyiq tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs daha sonra ifadəsində əməlindən səmimi peşman olduğunu, himayəsində iki yetkinlik yaşına çatmayan uşağı olduğunu göstərmiş və barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Sabunçu RPİ-nin narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Bakı şəhəri Sabunçu rayonunda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə edib üzərində saxlayaraq daşıması və qəbul etməsi barədə qərəzsiz mənbədən məlumat əldə olunmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunması, cinayət törədərkən və yaxud törətdikdən bilavasitə sonra yaxalanması, narkotik vasitənin, cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması və təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsinə razılıq verilməsi ilə bağlı Sabunçu RPİ-nin narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkili Şahid2 tərəfindən raportla idarə rəisinə məruzə edilmişdir. Bundan sonra əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul olunaraq rəhbərlik tərəfindən təsdiq olunmuş, Şahid2 və ondan ibarət əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində saxlayıb daşıması və Sabunçu RPİ-nin 13-cü PB-nin inzibati ərazisində olması barədə əvvəlcədən məlumatları olduğu və tərəflərindən həmin şəxsin üzərində əməliyyat tədbiri keçiriləcəyi nəzərə alınıb ərazi aidiyəti üzrə 13-cü PB-nin təhqiqatçısına bu barədə məlumat verilmiş, təhqiqatçı da bunu bilərək vəkil bürosu ilə əlaqə saxlayıb müdafiəçi lazım olacağı barədə məlumat vermişdir. Yəni, bu tədbirdə müdafiəçi dəvət edilməsi üçün texniki vaxt itkisinə yol verilməmişdir. Əməliyyat tədbirinin tarixi və saatı əvvəlcədən planlaşdırıldığından Təqsirləndirilən şəxs 19 aprel 2023-cü il tarixdə saat 19:30-da ünvan 6 ünvanda tərəflərindən saxlanılmış, özlərini və xidməti vəsiqələrini təqdim edib onlarla birlikdə polis bölməsinə getməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə getmiş, onun təhvil verilməsi ilə bağlı tərəflərindən raportla rəhbərliyə məruzə edilmişdir. Polis bölməsində xidməti otaqların birində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs bölməyə gətirilməsinin səbəbləri izah olunmuş, hüquqlarını müdafiə etmək üçün dövlət hesabına dəvət olunmuş vəkil təqdim olunmuş, şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmiş, üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Şəxsi axtarış başlanarkən Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan olunan hər hansı bir əşyanın olub-olmaması soruşulmuş, müsbət təqdirdə təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən üzərində “Maqna” yazısı olan siqaret qutusunu və 01 ədəd “Samsung” markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Bundan sonra tərəflərindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin təqdim etdiyi əşyalardan başqa üzərindən qanunla dövriyyəsi qadağan edilən əşya və ya predmet aşkar edilməmiş və götürülməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi “Maqna” siqaret qutusunun içərisinə təhqiqatçı baxış keçirdikdə qutunun içərisindən 01 ədəd kağız büküm və 02 ədəd sellofan büküm aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs 01 ədəd kağız bükümün içərisində “şüşə”, 02 ədəd sellofan bükümün içərisində isə “kakos” olduğunu, həmin maddələri öz istifadəsi üçün 18 aprel 2023-cü il tarixdə Bakı şəhəri Bülbülə qəsəbəsində olarkən adını və anket məlumatlarını bilmədiyi şəxsdən cəmi 25 manata alıb üzərində saxlayıb daşıdığını etiraf etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi maddələr ekspertiza tədqiqatına təqdim edilib rəy alınması üçün təhqiqatçı tərəfindən müvafiq qaydada qablaşdırılıb götürülmüş, bununla bağlı tərtib olunmuş sənədlərin doğruluğu bütün iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və polis bölməsində olduğu müddət ərzində hər hansı bir şəxs tərəfindən fiziki və ya psixi təzyiq və ya təsirlərə məruz qalmamış, o, səmimi olaraq törətmiş olduğu cinayət əməlini etiraf etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Sabunçu RPİ-nin narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkili Şahid2 iştirakı mümkün olmadığından onun həmin dövrdə verdiyi ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş, həmin şahidin digər Şahid3la eyni məzmunlu ifadə verdiyi müəyyən olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 03 may 2023-cü il tarixdə Nizami rayonu, Şərifli küçəsi 1 ünvanının qarşısında olan zaman mülki geyimdə olan şəxslər onu və onunla bir yerdə tanışı Təqsirləndirilən şəxs saxlamış, özlərini Nizami RPİ-nin narkotiklə mübarizə bölməsinin əməkdaşları kimi təqdim edərək narkotik vasitələrin dövriyyəsində şübhəli olduqlarını bildirib onları Nizami rayon polis idarəsinə dəvət etmişlər. Onlar etiraz etməmişlər, polis idarəsinə getdikdən sonra xidməti otaqlardan birində üzərlərində şəxsi axtarış keçirilmişdir. Tanışı Təqsirləndirilən şəxs özünün ona etiraf etdiyinə görə, Famil narkotik vasitəni sosial şəbəkə vasitəsilə tanıdığı İran vətəndaşından almışdır. Ancaq onların hər ikisi öz istifadələri üçün ayrı-ayrılıqda narkotik vasitə almışlar, saxlanılan vaxt Familin üzərində narkotik vasitə və psixotrop maddə olduğunu bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Nizami RPİ-nin narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 03 may 2023-cü il tarixdə narkotiklərlə mübarizə bölməsinə Nizami rayonunda yaşayan “Famil” adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Alınmış məlumat barədə raportla rəhbərliyə məruzə edildikdən sonra “Famil” adlı şəxsin olduğu yerin müəyyən edilib ifşa olunması istiqamətində Bakı şəhəri Nizami rayonu ərazisində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar çıxarılmışdır. Rəhbərlik tərəfindən verilmiş əmrə əsasən Nizami RPİ-nin NMB-nin əməkdaşlarından ibarət qrup yaradılmış və tədbirin keçirilməsinə başlanılmışdır. Nizami RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili Şahid4, əməliyyat müvəkkilləri Şahid5 və Şahid7 ilə birlikdə 03 may 2023-cü il tarixdə “Famil” adlı şəxsin olması ehtimal edilən ünvan 7 ünvanının yaxınlığına yollanmışlar. Oraya gəldikdə əməliyyat mövqeyi seçilmişdir. Saat 20 radələrində qeyd olunan ünvanın qarşısında özünü şübhəli aparan, xarici görünüşcə “Famil” adlı şəxsə oxşar bir nəfər şəxsin digər bir şəxslə gəlməsi müəyyən edilmişdir. Həmin şəxs özünü onlara Təqsirləndirilən şəxs kimi, digər şəxs isə özünü Şahid1 kimi təqdim etmişlər. Həmin şəxslər əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış edilmiş və Nizami RPİ-nə dəvət olunmuşlar. Nizami RPİ-nin inzibati binasının xidməti otaqlarının birində Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı ilə və videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki tünd boz rəngli şalvarın sağ yan cibindən şəffaf sellofana bükülmüş dörd bükümü çıxarıb masanın üzərinə qoyaraq təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümlərdən ikisinin içərisindəki maddənin “kakos”, digər ikisinin içərisindəki maddəsin isə “patı” olduğunu, qeyd olunan 04 ədəd bükümdə olan maddələri saxlandığı gündən iki gün əvvəl Masazır qəsəbəsi ərazisində adını bilmədiyi, lakin üzdən tanıdığı İran İslam Respublikasının vətəndaşından 70 manata aldığını bildirmişdir. Aşkar olunmuş 04 ədəd büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Baxış və götürmə zamanı Nizami RPİ-nin KTQ-nin inspektoru Həsən Səfərov tərəfindən videoçəkiliş aparılmışdır. Bu tədbirlər zamanı Təqsirləndirilən şəxs özünü səmimi aparmış, əməlini etiraf etmiş, ona qarşı da tərəflərindən qanunsuz hərəkətə yol verilməmiş, təzyiq göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin narkotiklərlə mübarizə bölməsinin baş əməliyyat müvəkkili Şahid4, əməliyyat müvəkkilləri Şahid5 və Şahid7, Şahid6la eyni məzmunlu ifadələr vermişlər. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 04 may 2023-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 1) - 03 may 2023-cü il və 19 may 2024-cü il tarixli protokollardan görünür ki, 03 may 2023-cü il tarixdə saat 20:00 radələrində Nizami RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində narkotik vasitələrin əldə edilməsində, saxlanılmasında və istifadəsində şübhəli bilinən Təqsirləndirilən şəxs Nizami rayonu, Şərifli küçəsi 1 ünvanının qarşısında saxlanılaraq Nizami RPİ-nə gətirilmiş, 03 may 2023cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında qərara əsasən Nizami rayon polis idarəsinin inzibati binasında xidməti iş otağında videoçəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki tünd boz rəngli şalvarın sağ yan cibindən şəffaf sellofana bükülmüş dörd bükümü çıxarıb masanın üzərinə qoyaraq həmin bükümlərin içərisindəki maddənin ikisinin “kakos”, digər iksinin isə “patı” (metamfetamin) olduğunu bildirmiş, həmin şalvarın sol yan cibindən isə üzərində Samsung sözləri yazılan mobil telefonu çıxarıb masanın üzərinə qoyaraq təqdim etmişdir. Sözügedən 04 ədəd bükümü 70 manata iki gün əvvəl Masazır qəsəbəsi ərazisində adını bilmədiyi, lakin üzdən tanıdığı İran İslam Respublikasının vətəndaşından aldığını bildirmişdir. Aşkar olunmuş 04 ədəd büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Şəxsi axtarış və götürmə zamanı istifadə edilən videoçəkilişin əks olunduğu məlumat daşıyıcısı protokola əlavə edilmişdir. Həmin videogörüntüyə 19 may 2023-cü il tarixdə hal şahidlərinin iştirakı ilə baxış zamanı qeyd olunanların öz təsdiqini tapdığı müəyyən edilmişdir. (i.v. 54-55, 254) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 04 may 2023-cü il tarixli 6/2568 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “...şübhəli şəxs...Təqsirləndirilən şəxs...” və s. yazılar, soyadlar, imzalar olan zərfdəki 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,322 qram, 0,318 qram, ümumi təmiz çəkiləri 0,640 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 02 bükümdəki heroin kütlələri kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər, 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,369 qram, 0,680 qram, ümumi təmiz çəkiləri 1,049 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, 02 bükümdəki metamfetamin kütlələri kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş siyahılar üzrə heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ), metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Qeyd: heroinin ümumi təmiz çəkisi 0,640 qram olmuş, tədqiqata 0,1 qram sərf edilmiş, 0,540 qram qalıq qalmışdır; metamfetaminin ümumi təmiz çəkisi 1,049 qram olmuş, tədqiqata 0,1 qram sərf edilmiş, 0,949 qram qalıq qalmışdır. (i.v. 68-72) - 20 aprel 2023-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 144) - 17 may 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş və ibtidai istintaq sonuncu nömrə altında aparılmışdır. (i.v. 139-140) - 19 aprel 2023-cü il və 20 aprel 2023-cü il tarixli protokollardan görünür ki, 19 aprel 2023-cü il tarixdə saat 19:30 radələrində Sabunçu RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində narkotik vasitələrin əldə edilməsində, saxlanılmasında və istifadəsində şübhəli bilinən Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, N.İsmayılov küçəsi 9 ünvanının qarşısında saxlanılaraq Sabunçu RPİ-nin 13-cü PB-nə gətirilmiş, 19 aprel 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında qərara əsasən Sabunçu RPİ-nin 13-cü PB-nin inzibati binasında xidməti iş otağında videoçəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin qabaq sağ cibindən 01 ədəd “Samsung Duos” mobil telefon və 01 ədəd “Maqna” markalı boz rəngli siqaret qutusunun içərisində olan, 01 ədəd siqaretin gümüşü kağızına bükülmüş ağ rəngli kristal formalı maddə və 02 ədəd sellofana bükülmüş qəhvəyi rəngli toz şəkilli maddəni çıxarıb təqdim etmişdir. Təqdim etdiyi 01 ədəd siqaretin gümüşü kağızına bükülmüş ağ rəngli kristal formalı maddənin “şüşə”, 02 ədəd sellofana bükülmüş qəhvəyi rəngli toz şəkilli maddənin “kakos” olduğunu və öz istifadəsi üçün 18 aprel 2023-cü il tarixdə Bülbülə qəsəbəsindən üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 25 manata aldığını və üzərində gəzdirdiyini bildirmişdir. Aşkar olunmuş 01 ədəd siqaretin gümüşü kağızına bükülmüş ağ rəngli kristal formalı maddə və 02 ədəd sellofana bükülmüş qəhvəyi rəngli toz şəkilli maddə kağız zərfdə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Şəxsi axtarış və götürmə zamanı istifadə edilən videoçəkilişin əks olunduğu məlumat daşıyıcısı protokola əlavə edilmişdir. Həmin videogörüntüyə 20 aprel 2023-cü il tarixdə şübhəli şəxsin və müdafiəçisinin iştirakları ilə baxış zamanı qeyd olunanların öz təsdiqini tapdığı müəyyən edilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs videogörüntüdə əks olunan şəxsin özü olduğunu, üzərində olmuş narkotik vasitə heroini və psixotrop maddə metamfetamini təqdim etməyə, qeyd olunanları deməyə, tərtib olunmuş protokola imza etməyə hər hansı bir şəxs tərəfindən məcbur edilməmişdir, hər hansı bir şəxs tərəfindən fiziki və ya psixi təzyiq və təsirlərə məruz qalmamışdır, törətmiş olduğu cinayət əməlindən peşmandır. (i.v. 172-173, 199) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 20 aprel 2023-cü il tarixli 6/2326 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №180” dairəvi möhür əksləri olan, “Təqsirləndirilən şəxs üzərindən aşkar olunan maddə...” sözləri və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində 01 ədəd bükümdə təmiz çəkisi 0,085 qram olan ağ rəngli kristallik formada maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir; 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,245 qram, 0,083 qram, ümumi təmiz çəkisi 0,328 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş siyahılar üzrə heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ), metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Qeyd: heroinin ümumi təmiz çəkisi 0,328 qram olmuş, tədqiqata 0,1 qram sərf edilmiş, 0,228 qram qalıq qalmışdır; metamfetaminin təmiz çəkisi 0,085 qram olmuş, tədqiqata 0,05 qram sərf edilmiş, 0,035 qram qalıq qalmışdır. (i.v. 182-185) - 05 may 2023-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami RPİ-nin NMB-nin CA üzrə əməliyyat müvəkkili Şahid6 rəhbərliyi ilə “Famil” adlı şəxslə bağlı əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsinə dair 03 may 2023-cü il tarixli qərar Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qanuni hesab edilmişdir. (i.v. 273) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin Ambulator Məcburi-Narkoloji tibbi yoxlamasına dair 16 may 2023-cü il tarixli 2937 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin, psixostimulyatorların və kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 283-284) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 31 may 2023-cü il tarixli 6/2579 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində AR ƏN Məhkəmə Ekspertiza Mərkəzinə məxsus “Tədqiqat obyekti №63” ştamp əksi, “Ekspert rəyi 6/2326...20 aprel 2023-cü il...Sabunçu RPİ 13 PB...” və s. yazılar bir ədəd kağız paketin içərisində bir ədəd zərfdə olan Təqsirləndirilən şəxs aşkar edilmiş 2 ədəd bükümdə olan heroinlər xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biri ilə eynidir. Qeyd: heroinin ümumi qalıq təmiz çəkisi 0,228 qram olmuş, tədqiqata 0,02 qram sərf edilmiş, 0,208 qram ümumi qalıq qalmışdır; metamfetaminin qalıq təmiz çəkisi 0,035 qram olmuş və tədqiqata sərf edilməmişdir. (i.v. 290-293) - 18 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan yenidən ittiham elan edilmiş, ********* nömrəli cinayət işinin materiallarından Şahid1 barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ayrıca cinayət işi ayrılmış, ********* nömrəli cinayət işinin materiallarından narkotik vasitələrin və psixotrop maddələrin əldə edildiyi, şəxsiyyəti istintaq orqanına məlum olmayan şəxs barəsində materiallar ayrılmış, Təqsirləndirilən şəxs və Şahid1 barəsində Azərbaycan Respublikası CM-nin 234.2 və 234.4.1-ci maddələri ilə cinayət təqibinin aparılması rədd edilmiş, Təqsirləndirilən şəxs və Şahid1 barələrində Azərbaycan Respublikası CM-nin 206-cı maddəsinin bütün tərkib əlamətləri üzrə cinayət təqibinin başlanması rədd edilmiş, 19 aprel 2023-cü il tarixdə Sabunçu RPİ-nin 13-cü PB-də Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman, 03 may 2023-cü il tarixdə Nizami RPİ-də Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman aparılmış videoçəkilişin görüntüləri əks olunmuş 02 ədəd DVD disk mühüm sübut əhəmiyyəti kəsb etdiyindən sübut növü kimi qəbul edilmiş, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs götürülmüş təmiz çəkisi 0,640 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və təmiz çəkisi 1,049 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış, tədqiqata 0,1 qram sərf edildikdən sonra 0,540 qram heroinin qalığı və tədqiqata 0,1 qram sərf edildikdən sonra 0,949 qram metamfetaminin qalığının saxlanılması üçün Nizami RPİnin saxlama kamerasına təhvil verilmiş, 19 aprel 2023-cü il tarixdə Sabunçu RPİ-nin 13-cü PB-də Təqsirləndirilən şəxs götürülmüş təmiz çəkisi 0,085 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,245 qram, 0,083 qram, ümumi təmiz çəkisi 0,328 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin maddi sübut kimi tanınmış, tədqiqata 0,05 qram sərf edildikdən sonra 0,035 qram metamfetaminin qalığı, tədqiqata 0,1 qram və 0,02 qram sərf edildikdən sonra 0,208 qram heroinin qalığı saxlanılması üçün Nizami RPİ-nin saxlama kamerasına təhvil verilmişdir. (i.v. 299-314) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanun-suz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək qeyd edir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitənin və psixotrop maddənin mənbəyinin müəyyən edilməsi faktının araşdırılması məqsədi ilə material ayrılmışdır və nəticəsindən asılı olaraq hüquqi qiymət veriləcəkdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, məhkəmə ekspertizalarının rəyləri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - həmin maddədə nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur, bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 03 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (i.v. 49) - 05 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair məhkəməyə təqdimat verilməsi barədə müstəntiqin vəsatətinin müdafiə olunmasından ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən imtina edilmiş, onun saxlanıldığı Nizami RPİ-nin MSY-dən azad olunması qərara alınmışdır. (i.v. 120-122) -Bakı şəhəri Nizami RPİ-nin istintaq şöbəsinin müstəntiqinin 05 may 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 123) - 19 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (i.v. 160) - 21 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair məhkəməyə təqdimat verilməsi barədə müstəntiqin vəsatətinin müdafiə olunmasından ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən imtina edilmiş, onun saxlanıldığı Sabunçu RPİ-nin MSY-dən azad olunması qərara alınmışdır. (i.v. 219-221) -Bakı şəhəri Sabunçu RPİ-nin istintaq şöbəsinin müstəntiqinin 21 aprel 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (i.v. 222) -Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 10 yanvar 2024-cü il tarixli 1(007)- 24/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs, onun barəsində seçilmiş qətimkan tədbirinin şərtlərini pozduğu üçün və üzrlü səbəblər olmadan məhkəmə iclaslarına gəlməyib gizləndiyindən onun haqqında axtarış elan olunmuş, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilmişdir. -Bakı şəhəri Nizami RPİ-nin 25-ci polis şöbəsinin 12 fevral 2023-cü il tarixli məktubundan və ona əlavə edilən 05 fevral 2024-cü il tarixli protokoldan görünür ki, barəsində axtarış elan edilərək həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs 05 fevral 2024-cü il tarixdə tutulmuşdur. -Şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, X3 26 iyul 2006-cı il tarixdə, X2 05 avqust 2011-ci il tarixdə doğulmuşlar. (i.v. 95-96) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 29 aprel 2023-cü il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 05 dekabr 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.1-ci maddələri ilə təqsirli bilinib, CM-nin 66.2 və 69.3-cü maddələrinə əsasən qəti olaraq 11 ay 27 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 16 yanvar 2018-ci il tarixli qərarı ilə hökm dəyişdirilərək azadlıqdan məhrum etmə cəzasının müddəti 03 ay 27 günə endirilmiş, 02 aprel 2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. (i.v. 240-241, 266-272) Məhkəmə Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinin tələbləri baxımından qeyd edir ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir, o, məhkumluğu olmayan şəxs hesab edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində yetkinlik yaşına çatmayan uşaqlarının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır, cəzanı yüngülləşdirən digər hallar müəyyən edilməmişdir. Məhkəmə cinayətlərin təkrar törədilməsini Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində nəzərə alır, cəzanı ağırlaşdıran digər hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu, həbsdə saxlanıldığı və ev dustaqlığında saxlanıldığı müddətlər onun həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı işlə bağlı 19 aprel 2023-cü il tarixdən 21 aprel 2023-cü il tarixədək və 03 may 2023-cü il tarixdən 05 may 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu cəmi 04 gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmaqla, üzərində qəti müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı isə axtarışda olan şəxs kimi 05 fevral 2024-cü il tarixdə tutularaq həbs edildiyi vaxtdan hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı cəza təyin edilməli olduğundan, onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınaraq Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasında saxlanılan, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalmış narkotik vasitə və psixotrop maddə məhv olunmalı, maddi sübut olan 02 ədəd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə, Ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından qərar əsasında dövlət hesabına dəvət olunmuş vəkilin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardımla bağlı iştirak etdiyi müddətə görə Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 19 aprel 2023-cü il tarixdən 21 aprel 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün və 03 may 2023-cü il tarixdən 05 may 2023cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün, cəmi 04 (dörd) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılıb, üzərində qəti olaraq 01 (bir) il 02 (iki) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 05 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Maddi sübut qismində tanınmış, Təqsirləndirilən şəxs aşkar edilərək götürülməklə Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, ekspertiza tədqiqatlarından sonra ayrılıqda qalan 0,540 qram və 0,208 qram çəkilərdə narkotik vasitə heroin, ayrılıqda qalan 0,949 qram və 0,035 qram çəkilərdə psixotrop maddə metamfetamin məhv edilsinlər, 02 ədəd DVD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Məhkəmə məsrəfi olan cəmi 270 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı dövründə 41 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən 246 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-24/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-24/2024
28.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver