Məhkəmə qərarları › İş №1(007)-240/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-240/2021

06.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-240/2021 06.10.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclas katibi Azadəli Orhan Nasir oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Namiq oğlunun, tərcüməçi – X1, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs1, müdafiəçi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun, təqsirləndirilən şəxs– Təqsirləndirilən şəxs iştirakı ilə, təqsirləndirilən şəxs – xx.xx.1981-ci ildə Rusiya Federasiyasının Krasnoyarsk şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, Bakı Ağır Cinayətlər Məhkəməsinin 28.10.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.3.3-cü maddəsi ilə təqsirli bilinib CM-nin 67-ci maddəsinə əsasən 8 il 6 ay müddətinə azadlıqdan məhrum etmə və 3300 manat cərimə cəzalarına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 29.12.2017-ci il tarixli qərarı ilə əməli CM-nin 177.3.3-cü maddəsindən CM-nin 177.2.2 və 177.2.4-cü maddələrinə tövsif edilmiş, üzərində 5 il müddətinə azadlıqdan məhrum etmə cəzası və 3300 manat cərimə cəzası saxlanılmış, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 07.11.2019-cu il tarixli qərarı ilə azadlıqdan məhrum etmə cəzasından şərti olaraq vaxtından əvvəl azad edilmiş, 30.10.2020-ci il tarixdə cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılmış, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 02.08.2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə 02 mart 2021-ci il tarixdə saat 12 radələrində Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Z.Yusifzadə küçəsi 106 nömrəli evin 7 nömrəli mənzilində Zərərçəkmiş şəxs1 tək olmasından istifadə edərək qaz xəttində yaranmış problemlə bağlı baxış keçirmək məqsədilə mənzilə daxil olmalı olduğunu bildirməklə ev sahibi Zərərçəkmiş şəxs1 aldadıb qapının açılmasına nail olub mənzilə qanunsuz daxil olaraq sonuncunun yataq otağında olmamasından istifadə edərək dolabın rəfində tünd mavi rəngli mücrünün içində olan 5000 (beş min) manat dəyərində 02 ədəd qızıl boyunbağı, 02 ədəd qızıl üzük, 01 ədəd qızıl qolbağ, 01 cüt brilliant qaşlı qızıl sırğa və 01 ədəd qızıl saatı gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs1 cəmi 5000 (beş min) manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 05 mart 2021-ci il tarixdə saat 13 radələrində Bakı şəhəri, Səbail rayonu, A.Quliyev küçəsi 10 nömrəli evin 4 nömrəli Zərərçəkmiş şəxs2 məxsus mənzilində arvadı Şahid2 tək olmasından istifadə edərək qaz xəttində yaranmış problemlə bağlı baxış keçirmək məqsədilə mənzilə daxil olmalı olduğunu bildirməklə Şahid2 aldadıb qapının açılmasına nail olub mənzilə qanunsuz daxil olaraq sonuncunun yataq otağında olmamasından istifadə edərək dolabın rəfində mücrünün içində olan 850 (səkkiz yüz əlli) manat dəyərində 03 ədəd qızıl kulonlu boyunbağıları gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs2 cəmi 850 (səkkiz yüz əlli) manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 16 mart 2021-ci il tarixdə saat 15:40 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 69 nömrəli evin 15 nömrəli Zərərçəkmiş şəxs3 məxsus mənzilində qayınanası Şahid1 tək olmasından istifadə edərək istilik sistemlərində yaranmış problemlə bağlı baxış keçirmək məqsədilə mənzilə daxil olmalı olduğunu bildirməklə Şahid1 aldadıb qapının açılmasına nail olub mənzilə qanunsuz daxil olaraq sonuncunun yataq otağında olmamasından istifadə edərək dolabın rəfində pul qabının içində olan həmin dövrün rəsmi məzənnəsi ilə 6120 (altı min yüz iyirmi) manat təşkil edən 3600 (üç min altı yüz) ABŞ dolları nağd pulu və qızıl-zinət əşyalarının saxlanması üçün nəzərdə tutulmuş qutunun içində olan 1400 (bir min dörd yüz) manat dəyərində 750 əyyarlı, 12 qram çəkili bir ədəd brilliant qaşlı qızıl boyunbağı və 100 (yüz) manat dəyərində bir ədəd 750 əyyarlı, 1,5 qram çəkili qızıl sırğanı gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs3 xeyli miqdarda, cəmi 7620 (yeddi min altı yüz iyirmi) manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs özünü ona elan olunmuş Azərbaycan Respublikasının CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, istintaqda verdiyi ifadəsini təsdiq edir. 2021-ci ilin mart ayında Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 məxsus mənzillərdən qızıl-zinət əşyalarını oğurlamış və onlara dəymiş ziyanı ödəmişdir. Mənzillərə qaz və istilik xətlərini yoxlamaq adı ilə girmişdir. Zərərçəkmiş şəxs1 5000 manat pul ödəmişdir. Viktoriya xanım sonradan hadisə vaxtı şokda olduğundan, pandemiya ilə əlaqədar mağazalar bağlı olduğundan oğurlanan qızılların dəqiq sayını və qiymətini bilmədiyini bildirərək ondan əlavə pul istəyir. O, Viktoriya xanıma istədiyi 5000 manat ziyanı 4 ay sonra ödəmişdir, həmin vaxta artıq hadisənin şoku keçmiş olardı. Viktoriya xanımın evindən 2 ədəd qızıl boyunbağı deyil, 1 ədəd qızıl boyunbağı götürmüş və götürdüyü əşyaların içərisində qızıl saat olmamışdır. Ona verilən mənzilə qanunsuz daxil olma maddəsi ilə razı deyildir, o, mənzilə daxil olmamış, qapını döymüş, zərərçəkmiş şəxslər özləri qapını açmışlar. Məhkəmədən zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəməsini nəzərə alaraq yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri öz ifadəsi ilə yanaşı aşağıdakılarla da təsdiq olunur. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 2021-ci ilin 2 mart tarixində saat 11-12 radələrində yaşadığı mənzilin qapısı döyülmüşdür. O, qapını açan zaman Təqsirləndirilən şəxs onunla görüşüb adını demədən, 2-ci mərtəbədə ev aldığını, təmir işləri getdiyini və qaz xəttində sızma olduğunu, sızmanın haradan olduğunu öyrənmək məqsədilə onun evindəki qaz xəttini yoxlamaq istədiyini bildirmişdir. O da razılaşmış və Vüsalı qaz xəttini yoxlaması üçün yaşadığı evə buraxmışdır. Vüsal evə daxil olub ondan qaz xəttindəki sızmanı bilmək üçün kibrit və nəm əski gətirməyini xahiş etmişdir. O, həmin əşyaları hazır edib Vüsala vermişdir. Sonra isə o, onunla birlikdə evin giriş qapısı ilə üzbəüz olan yataq otağına daxil olub həmin otağın yuxarı sol küncündə yerləşən qaz xəttinə yaxınlaşıb oranı yoxlamağa başlamışdır. Ona isə həmin otağa bitişik digər otaqdakı qaz xəttini yoxlamağa getməyini demişdir. O da digər otağa keçib bir neçə dəqiqə orada qalıb Vüsalın dediklərini etmişdir. Bir neçə dəfə bu qayda ilə Vüsal onun yatdığı və içində qızıl-zinət əşyalarının olduğu şkaf yerləşən otaqda tək qalmışdır. Sonra isə işinin yekunlaşdığını heç bir sızma olmadığını deyib onunla görüşüb getmişdir. 03 mart 2021-ci il tarixdə evdə əşyalarını səliqəyə salan zaman qızıl-zinət əşyalarının içində olduğu qapaqlı dəmir qutunun yerləşdiyi şkafı açıb dəmir qutuya baxan zaman 1 ədəd brilliant qaşlı üzüyün, 01 ədəd qolbağı ilə birlikdə qızıl saatının, 1 ədəd qızıl qolbağın, 1 ədəd qızıl kişi üzüyünün, 1 ədəd qızıl kulonun, 8 ədəd qızıl diş qapaqlarının, 1 ədəd qızıl kulonla birlikdə boyunbağının, 01 cüt brilliant qaşlı qızıl qadın sırğalarının, 1 ədəd qızıl nişan üzüyünün orada olmadığını görmüşdür. Dərhal bu barədə oğlu Elmara məlumat vermişdir. 04 mart 2021-ci il tarixdə oğlu Elmar evinə gəlmiş, baş vermiş hadisə barədə oğluna məlumat vermişdir. Daha sonra bu barədə polisə məlumat vermişlər və polis əməkdaşları evlərinə gəlib, onların iştirakı ilə evə baxış keçirmişlər və o, həmin qızıl-zinət əşyalarına dair məlumatları özündə əks etdirən kartları polisə göstərmişdir. O, həmin qızıl-zinət əşyalarını Sovet dövründə aldığından həmin vaxt onların qiymətini dəqiq deyə bilməmişdir. Müstəntiq işin açılması üçün ona qızıl-zinət əşyalarının təxmini qiymətini deməsini təklif etmişdir. Sovet dövründə həmin qızıl-zinət əşyalarının qiyməti 5000 Sovet rublu təşkil edirdi. Müstəntiq ona dəymiş ziyanı 5000 manat yazmağı təklif etmiş, o da yazmışdır. O, hadisə vaxtı həyəcanlı olduğundan və pandemiya ilə əlaqədar mağazalar bağlı olduğundan ondan oğurlanmış qızıl-zinət əşyalarının sayını və dəyərini düzgün qeyd etməmişdir. Təqsirləndirilən şəxsin ondan oğurladığı qızıl-zinət əşyalarını 10000 manat məbləğində dəyərləndirir. Həmçinin təqsirləndirilən şəxs ona 5000 manat mənəvi ziyan vurmuşdur. Təqsirləndirilən şəxsdən ona dəymiş 5000 manat maddi və 5000 manat mənəvi ziyanı ödəməsini istəyir. Məhkəmədən təqsirləndirilən şəxsə 7 il müddətinə azadlıqdan məhrum etmə cəzasının verilməsini xahiş etmişdir. İş üzrə Zərərçəkmiş şəxs3 ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, istintaqda verdiyi ifadəsini təsdiq edir. Təqsirləndirilən şəxs qarşı hər hansı bir şikayəti və tələbi yoxdur, onunla barışmışdır. Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam ödəmişdir. İşi ilə əlaqədar məhkəmə iclaslarında iştirak edə bilməyəcəkdir, məhkəmə iclaslarını onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs3 istintaqda verdiyi ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanda müvəqqəti olaraq ailəsi ilə birlikdə kirayədə yaşayır. 16 mart 2021-ci il tarixdə o, arvadı İsayeva Gülbadam səhər saatlarında yaşadıqları mənzildən çıxmışlar, qayınanası Şahid1 isə 6 və 4 yaşlı iki övladı ilə birlikdə onların yaşadıqları ünvanda qalmışdır. O, işdə olduğu zaman təxminən saat 16:05 radələrində evdən onunla əlaqə saxlanılmış və bildirilmişdir ki, qayınanası mənzildə olduğu zaman saat təxminən 15:40 radələrində bir nəfər özünü qonşu kimi təqdim edərək mənzilə daxil olmuş və istilik sistemini yoxlamaqla bağlı qayınanasının başını qataraq yataq otağında dolabın ikinci rəfində yaşıl rəngli pul qabının içində olan 3600 (üç min altı yüz) ABŞ dolları nağd pul vəsaitini, 1400 manat dəyərində 750 əyyarlı 12 qram çəkidə bir ədəd brilliant qaşlı qızıl boyunbağı və 100 manat dəyərində bir ədəd 750 əyyarlı 1,5 qram çəkidə sırğanı oğurlamış və mənzili sağollaşaraq tərk etmişdir. Qayınanası həmin şəxs mənzildən çıxdıqdan sonra onun hərəkətlərindən şübhələnmiş və yataq otağına baxdıqda pul qabının içində olan 5000 (beş min) ABŞ dolları puldan 1400 (min dörd yüz) ABŞ dollarının qaldığını və yuxarıda qeyd etdiyi qızılzinət əşyalarının oğurlandığını müəyyən etmişdir. Odur ki, dərhal özünə məxsus mobil nömrədən DİN-nin “102 xidməti”nə zəng vuraraq hadisə barədə məlumat vermişdir. Daha sonra hadisə yerinə Nizami RPİ-nin 24-cü PŞ-nin əməkdaşları gəlmişlər. Baş vermiş hadisə nəticəsində ona ümumilikdə dolların bu günə olan məzənnəsi nəzərə alınmaqla 7620 (yeddi min altı yüz iyirmi) manat dəyərində maddi ziyan dəymişdir. İş üzrə Zərərçəkmiş şəxs2 məhkəməyə teleqram vuraraq bildirmişdir ki, ona dəymiş ziyan ödənilmişdir, heç bir şikayəti yoxdur. Məhkəmədə iştirak edə bilməyəcəkdir, məhkəmə iclaslarını onun iştirakı olmadan keçirilməsinə etiraz etmir. Zərərçəkmiş şəxs2 istintaqda verdiyi ifadəsində göstərmişdir ki, 05 mart 2021-ci il tarixdə saat 13 radələrində iş yerində olduğu zaman arvadı ona zəng vuraraq qapını tanımadığı adam döyərək qaz ustası olduğunu və qazı yoxlayacağını bildirmişdir. O da qapını açaraq telefonu həmin şəxsə verməsini bildirmişdir. Həmin şəxslə danışdıqdan sonra telefonu arvadına qaytarmasını söyləmişdir. Arvadına adamın qaz xəttinə baxmasına şərait yaratmasını, lakin telefonu söndürməməsini tapşırmışdır. Həmin şəxs 5- 10 dəqiqə ərzində evdə guya xətti yoxlamaq məqsədilə arvadına digər xətləri açıbbağlamasını söyləmiş və bu müddət ərzində fürsətdən istifadə edərək dolabları axtarmışdır. Yalnız dolabın üzərində uşaqlara aid olan xırda qızılları görüb götürmüşdür. Qızılların ümumi dəyəri 850 manatdır. Arvadı həmin şəxsin oğru olduğunu həmin şəxs getdikdən sonra şübhələnmiş və aşağıda yaşayan qonşulardan qaz ustası barəsində maraqlandıqda qonşular belə bir məlumatlarının olmadığını bildirdikdə həmin şəxsin oğru olması barədə zəng edib ona məlumat vermişdir. Sonra bu barədə DİN-nin “102” xidmətinə məlumat vermişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanması və icraata qəbul olunması haqqında 17.03.2021-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə cinayət işi başlanılaraq icraata qəbul olunmuşdur. - zərərçəkmiş şəxs qismində tanınma haqqında 17.03.2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 zərərçəkmiş şəxs qismində tanınmışdır. - zərərçəkmiş şəxs qismində tanınma haqqında 17.03.2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır. - zərərçəkmiş şəxs qismində tanınma haqqında 07.03.2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır. - cinayət törətməkdə şübhəli olan şəxsin tutulması barədə 17.03.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli olduğuna görə tutulmuşdur. - qətimkan tədbirinin seçilməsi barədə və X2 azad edilməsi barədə 19.03.2021-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və saxlanıldığı Bakı şəhəri Nizami RPİ-nin X2 azad edilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X3 X4 Məhkəmə Psixiatrik Ekspertizasının 14.04.2021-ci il tarixli, 781 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi xəstəlikdən əziyyət çəkməmişdir. Həmin dövrdə Təqsirləndirilən şəxs “şəxsiyyətin dissosial tip pozuntusu” qeyd olunmuşdur. Təqsirləndirilən şəxs aşkar edilən emosional davamsız şəxsiyyət pozuntusu onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs şəxsiyyətin dissosial tip pozuntusu aşkar olunur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. - sübutların qiymətləndirilməsi, əməlin tövsif edilməsi barədə 02.06.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələrindən həmin Məcəllənin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif edilmişdir. "xxxx" MMC-dən alınmış bir ədəd “CD” disk maddi sübut hesab edilmiş və cinayət işinə əlavə edilmişdir. - təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında 03.06.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə ittiham elan edilmişdir. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-240/2021 saylı, 02.08.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilmişdir. - doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 10.07.2006-cı il təvəllüdlü Qənbərov İmran və 20.04.2008-ci il təvəllüdlü Qənbərova Nuray adlı iki yetkinlik yaşına çatmayan uşağı vardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair ” 09 iyun 2011-ci il tarixli Qərarında Plenum CM-in 177.2.3-cü maddəsində əksini tapan “başqa saxlanc yerləri” və həmin “saxlanc yerlərinə qanunsuz daxil olma” ifadələrinə aydınlıq gətirərək qeyd etmişdir ki, “daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. Nəzərə alınmalıdır ki, daxil olmaya, həmçinin şəxsin bilavasitə nəzərdə tutulmuş yerlərə girmədən müxtəlif vasitələrdən (qarmaqdan, maqnitdən, öyrədilmiş heyvanlardan, habelə anlaqsız, azyaşlı və ya vicdanlı surətdə yanılmış şəxslərdən) istifadə etməklə binada, anbarda, habelə digər saxlanc yerlərində olan əşyaları götürməsi də aiddir. Daxil olma məqsəd deyil, təqsirli şəxsin götürmək istədiyi əşyaları əldə etmək üçün bir vasitədir. Şəxsin yuxarıda göstərilən yerlərdən maddi nemətləri götürmək niyyəti həmin yerlərə daxil olmaqdan əvvəl yaranmalıdır, əks təqdirdə daxil olma əlaməti yaranmayacaqdır. Başqa saxlanc yerlərinə dəyəri olan maddi nemətlərin xarab olmaqdan, məhv olmaqdan, talanmaqdan, təbiət hadisələrindən qorunması məqsədi ilə daimi və yaxud müvəqqəti saxlanılması üçün nəzərdə tutulmuş xüsusi qurğu, yer və ya ərazi sahəsi aid edilir. Başqa saxlanc yerlərinə, eləcə də hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş seyflər, vaqonlar və ya başqa cür mühafizə ilə təmin edilmiş, mülkiyyət formasından asılı olmayan yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri və s. aiddir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında Plenum qərara almışdır ki:”…2. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir... 7. Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir... 18. Şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər, CM-nin 16.2-ci maddəsinə müvafiq olaraq, CM-nin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş «təkrar» törədilmiş cinayət kimi tövsif edilməlidir. Belə halda cinayətkar hərəkətlər cinayətlərin məcmusunu təşkil etmir. Təqsirkarın iradəsindən asılı olmayaraq cinayət başa çatmadıqda da məsələyə bu mövqedən yanaşılmalıdır.” Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə ittiham irəli sürülmüş və əməli həmin maddələr ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs mənzillərə daxil olmasının qanuni hesab edilməsinə dair ifadəsində göstərdiyi xüsusatla bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs oğurluq etmək niyyətinin mənzillərə daxil olmamışdan əvvəl yaranması və mənzildə olan şəxsləri aldadaraq oğurluq niyyəti ilə mənzillərə daxil olması qanunsuz daxil olma kimi qiymətləndirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Beləliklə, məhkəmə iclasında Təqsirləndirilən şəxs mənzilə qanunsuz daxil olmaqla zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 əmlakını gizli talayaraq oğurlaması tədqiq edilmiş mötəbər və mümkün sübutların məcmusu, özünün, zərərçəkmiş şəxslərin ifadələri ilə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığı üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu ödənilmiş hesab edilir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 01.07.2021ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22.02.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinib 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 11.09.2008-ci ildə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 21.08.2008-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsindən qalan 8 ay 6 gün müddətini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 02.11.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 177.2.2, 177.2.4-cü maddələri ilə təqsirli bilinib CM-nin 76.6.3 və 67.1-ci maddələrinə əsasən 4 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına və 3300 manat cərimə cəzasına məhkum edilmiş, 29.10.2013-cü il tarixdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 28.10.2013-cü il tarixli qərarı ilə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 28.10.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.3.3-cü maddəsi ilə təqsirli bilinib CM-nin 67-ci maddəsinə əsasən 8 il 6 ay müddətinə azadlıqdan məhrum etmə və 3300 manat cərimə cəzalarına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 30.01.2017-ci il tarixli qərarı ilə cəzası 7 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına və 3300 manat cərimə cəzasına endirilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 29.12.2017-ci il tarixli qərarı ilə əməli CM-nin 177.3.3-cü maddəsindən CM-nin 177.2.2 və 177.2.4-cü maddələrinə tövsif edilmiş, üzərində 5 il müddətinə azadlıqdan məhrum etmə cəzası və 3300 manat cərimə cəzası saxlanılmış, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 07.11.2019-cu il tarixli qərarı ilə azadlıqdan məhrum etmə cəzasından şərti olaraq vaxtından əvvəl azad edilmiş, 30.10.2020-ci il tarixdə cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılmışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs cəzadan azad edildiyi gündən iki il keçmədiyinə görə məhkumluğu ödənilməmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Bakı Şəhər Probasiya İdarəsi tərəfindən verilmiş 28.06.2021-ci il tarixli, 21-1/3-7986 nömrəli məktubdan görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 28.10.2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.3.3-cü maddəsi ilə təqsirli bilinərək 8 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına və 3300 manat cərimə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs barəsində sözügedən hökm 03.03.2017-ci il tarixdə Yasamal rayon İcra və Probasiya şöbəsinin icraatında daxil olmuş, 13.03.2017-ci il tarixdə aidiyyəti üzrə 3 saylı İstintaq Təcridxanasına göndərilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini, zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəməsini, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 heç bir şikayətinin olmamasını, himayəsində 2 yetkinlik yaşına çatmayan uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Qəsdən az ağır cinayət törətməyə görə əvvəllər üç dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və götürülməmiş yenidən qəsdən cinayət törətməsi Azərbaycan Respublikası CM-nin 18.3.1-ci maddəsinə əsasən cinayətin xüsusilə təhlükəli residivini yaradır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hal hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, qəsdin obyektini mülkiyyət münasibətləri təşkil etməsini nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmaqla barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən Təqsirləndirilən şəxs 17.03.2021-ci il tarixdən 19.03.2021-ci il tarixədək 2 gün həbsdə saxlanılması həbsdə saxlamanın bir gününü azadlıqdan məhrum etmənin bir gününə hesablayaraq nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddəti onun təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının son həddinin dörddə üçündən az olmamalıdır. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən cərimə cəzası ictimai işlər, islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə ilə toplandıqda, onlar müstəqil icra olunur. Azərbaycan Respublikasının CM-nin 67-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-998/2016 saylı, 28.10.2016-cı il tarixli hökmü ilə təyin olunmuş və ödənilməmiş 3300 manat cərimə cəzasını hazırkı hökmlə təyin edilmiş cəza ilə tamamilə birləşdirərək ona qəti cəza təyin edilməli və cərimə cəzası müstəqil icra olunmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.4-cü maddəsinə əsasən cinayətlərin xüsusi təhlükəli residivi zamanı azadlıqdan məhrum etmə növündə cəza xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkilir. Ona görə də təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1.19 - 346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, onun həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablanaraq cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı həbs etmənin əvvəlindən, yəni 02.08.2021-ci il tarixdən hesablanmalı; Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət işi üzrə maddi sübut olan 1 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin ibtidai istintaqda iştirak etdiyi müddət 35 iş saatı və məhkəmədə iştirak etdiyi müddət 30 iş saatı, cəmi 65 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.05.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 390 (üç yüz doxsan) manat (65x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 3 (üç) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 17.03.2021-ci il tarixdən 19.03.2021-ci il tarixədək 2 gün həbsdə saxlanılması nəzərə alınmaqla həbsdə saxlamanın bir gününü azadlıqdan məhrum etmənin bir gününə hesablayaraq üzərində 3 (üç) il 8 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikasının CM-nin 67-ci maddəsinə əsasən onun barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-998/2016 saylı, 28.10.2016-cı il tarixli hökmü ilə təyin olunmuş və ödənilməmiş 3300 manat cərimə cəzasını hazırkı hökmlə təyin edilmiş cəza ilə tamamilə birləşdirərək Təqsirləndirilən şəxs qəti cəza - 3 (üç) il 8 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası və 3300 manat miqdarında cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən cərimə cəzası müstəqil icra olunsun. Təqsirləndirilən şəxs təyin olunmuş cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 02.08.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə maddi sübut olan 1 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs istintaqda 35 saat, məhkəmədə 30 saat, cəmi 65 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 390 (üç yüz doxsan) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar