Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-240/2025 04.07.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxx 1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Bakı şəhəri Sabunçu rayonu, Maştağa qəsəbəsi, ünvan 1 ünvanda yaşamış, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 may 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 13 iyul 2024-cü il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş, 20 noyabr 2024-cü il tarixdə tutulmuş, 21 noyabr 2024-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq saxlanc yerinə daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 20 noyabr 2024-cü il tarixdə saat 01:18-də ünvan 3 ünvanında yerləşən Zərərçəkmiş şəxs məxsus olan “Alfa store” mağazasının giriş qapsının şüşə materialından olan qapısını yerdən götürdüyü daş parçası ilə sındıraraq qanunsuz daxil olub, həmin mağazadan manat və qəpik formasında 200 manat nağd pulu və mağazada olan piştaxtalara yığılmış 1 ədədinin qiyməti 4 manat 09 qəpik olan ümumi dəyəri 159 manat 51 qəpik olan 39 ədəd “Sobranie” markalı, 1 ədədinin qiyməti 3 manat 82 qəpik olan ümumi dəyəri 175 manat 72 qəpik olan 46 ədəd “Kent” markalı, 1 ədədinin qiyməti 3 manat 64 qəpik olan ümumi dəyəri 105 manat 56 qəpik olan 29 ədəd “Vinston” markalı, 1 ədədinin qiyməti 2 manat 83 qəpik olan ümumi dəyəri 31 manat 13 qəpik olan 11 ədəd “Palmal” markalı, 1 ədədinin qiyməti 3 manat 28 qəpik olan ümumi dəyəri 62 manat 32 qəpik olan 19 ədəd “LD” markalı, 1 ədədinin qiyməti 2 manat 83 qəpik olan ümumi dəyəri 42 manat 45 qəpik olan 15 ədəd “Vinchester” markalı, 1 ədədinin qiyməti 2 manat 65 qəpik olan ümumi dəyəri 13 manat 25 qəpik olan 5 ədəd “Vest” markalı, 1 ədədinin qiyməti 3 manat 82 qəpik olan ümumi dəyəri 34 manat 38 qəpik olan 9 ədəd “Davidoff” markalı, 1 ədədinin qiyməti 2 manat 37 qəpik olan ümumi dəyəri 42 manat 66 qəpik olan 18 ədəd “Magna” markalı, 1 ədədinin qiyməti 2 manat 37 qəpik olan ümumi dəyəri 21 manat 33 qəpik olan 9 ədəd “Vicheroy” markalı, 1 ədədinin qiyməti 2 manat 83 qəpik olan ümumi dəyəri 31 manat 13 qəpik olan 11 ədəd “Rothmans” markalı, 1 ədədinin qiyməti 2 manat 82 qəpik olan ümumi dəyəri 25 manat 38 qəpik olan 9 ədəd “X7” markalı, 1 ədədinin qiyməti 4 manat 55 qəpik olan ümumi dəyəri 40 manat 95 qəpik olan 9 ədəd “Sobranie Tropic” markalı, 1 ədədinin qiyməti 2 manat 19 qəpik olan ümumi dəyəri 8 manat 76 qəpik olan 4 ədəd “Argo” markalı siqaretlərin, 1 ədədinin qiyməti 14 manat 90 qəpik olan 1 litr həcmli ümumi dəyəri 59 manat 60 qəpik olan 4 ədəd “Green Leaf” markalı, 1 ədədinin qiyməti 12 manat 50 qəpik olan 0,7 litr həcmli ümumi dəyəri 50 manat olan 4 ədəd “Green Leaf” markalı, 1 ədədinin qiyməti 33 manat 90 qəpik olan 1 litr həcmli ümumi dəyəri 67 manat 80 qəpik olan 2 ədəd “Nemiroff” markalı, 1 ədədinin qiyməti 3 manat olan 0,250 litr həcmli ümumi dəyəri 18 manat olan 6 ədəd “Ruski” markalı araqların, 1 ədədinin qiyməti 1 manat 90 qəpik olan ümumi dəyəri 15 manat 20 qəpik olan 8 ədəd “Xırdalan” markalı, 1 ədədinin qiyməti 1 manat 20 qəpik olan ümumi dəyəri 4 manat 80 qəpik olan 4 ədəd “Əfsanə” markalı pivələrin, 1 ədədinin qiyməti 4 manat 70 qəpik olan ümumi dəyəri 61 manat 10 qəpik olan 13 ədəd “X1” markalı, 1 ədədinin qiyməti 4 manat olan ümumi dəyəri 40 manat olan 10 ədəd “Caldio” markalı, 1 ədədinin qiyməti 4 manat 40 qəpik olan ümumi dəyəri 26 manat 40 qəpik olan 6 ədəd “Garnier” markalı dezedorantların, 1 ədədinin qiyməti 1 manat 78 qəpik olan ümumi dəyəri 49 manat 84 qəpik olan 28 ədəd “Nestle” markalı şokoladların, 1 ədədinin qiyməti 1 manat 40 qəpik olan ümumi dəyəri 22 manat 40 qəpik olan 16 ədəd böyük ölçülü “Snickers” markalı, 1 ədədinin qiyməti 80 qəpik olan ümumi dəyəri 18 manat 40 qəpik olan 23 ədəd kiçik ölçülü “Snickers” markalı şokoladların, 1 ədədinin qiyməti 40 qəpik olan 200 milli litr ölçülü ümumi dəyəri 4 manat olan 10 ədəd “Soçnıy sad” markalı meyvə şirəsinin, 1 ədədinin qiyməti 69 qəpik olan ümumi dəyəri 102 manat 12 qəpik olan 148 ədəd “Orbit” markalı saqqızların, 1 ədədinin qiyməti 85 qəpik olan ümumi dəyəri 53 manat 55 qəpik olan 63 ədəd “Kazinak” markalı günəbaxan halvasını gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 1587 manat 74 qəpik maddi ziyan vurmaqla oğurluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, körpəliyindən şəxsiyyətləri ona məlum olmayan valideynləri tərəfindən Bakı şəhəri Nizami rayonu ərazisində 1 saylı uşaq evinə verilmişdir. 1998-ci ildən Bakı şəhəri Sabunçu rayonu, Maştağa qəsəbəsi, İnternat məktəbində təhsil alaraq yaşamışdır. İlk dəfə 2018-ci ildə oğurluq əməli törətdiyindən 3 il 6 ay, ikinci dəfə isə 2022-ci ildə yenidən oğurluq əməlləri törətdiyindən 2 il 6 ay azadlıqdan məhrum edilmişdir. 2024-cü ilin iyul ayında azadlığa buraxılmışdır. Yaşayış yeri olmadığından müxtəlif ünvanlarda günlük evlərdə kirayə yaşamışdır. 20 noyabr 2024-cü il tarixdə Bakı şəhəri Nizami rayonu ərazisində yerləşən “8-ci kilometr” bazarının yaxınlığında piyada gəzən zaman yaxınlıqda yerləşən binanın birinci mərtəbəsində üzərində “Alfastore” yazısı yazılmış mağaza görmüşdür. Həmin mağazanın giriş qapısı şüşə materialından olduğundan qapının şüşəsini sındıraraq mağazaya daxil olmaq qərarına gəlmişdir. Bu səbəbdən bir qədər ətrafda gəzdikdən sonra heç kimin olmadığını görüb yerdən dəmir materialında olan qıfıl götürərək qapıya vurmuşdur. Lakin şüşə sınmamışdır. Daha sonra yerdən götürdüyü daş parçasını qapıya vurmuşdur. Qapının alt hissədən şüşəsi sınmışdır. Sürünərək mağazaya daxil olmuş, mağazada kassanı açaraq orada olan kağız pulların hamısını götürüb cibinə yığmışdır. Daha sonra bütün metal pulları da kassadan götürərək cibinə doldurmuşdur. Daha sonra mağazada olan sellofanları götürərək kassanın yanında olan piştaxtaya yığılmış müxtəlif marakalı siqaretləri və mağazada olan digər piştaxtalardan sayını xatırlamadığı qədər spirtli içkilər araq və pivələri, dezodarant, müxtəlif ərzaq və qeyri-ərzaq məhsullarını götürərək sellofanlara yığmışdır. Daha sonra 4 ədəd selofana yığdığı həmin əşyaları qapının şüşəsinin sınmış hissəsindən qapının qarşısına yığmışdır. Həmin qapının sınmış yerindən sürünərək çölə çıxmışdır. Oradan sellofanlara yığdığı məhsulları yaxınlıqda yerləşən “8-ci kilometr bazarı”na aparmışdır. Orada bazarın içərisində topdan alış-veriş etmək üçün gələn müxtəlif tanımadığı şəxslərə həmin məhsulları bir ədədini 1-2 manata dəyər-dəyməzə satmışdır. Mağazadan götürdüyü araqlardan bir hissəsini içmişdir. Spirtli içki təsirində oğurladığı məhsulların bir hissəsini yığdığı plastik yeşiklə birlikdə bazarın kənarına çıxmaq üçün gedən zaman saat təxminən 03:30 radələrində polis əməkdaşları onu saxlamışlar. Spirtli içki təsirində olduğundan və əlində ərzaq və qeyri-ərzaq məhsulları olmasını izah edə bilmədiyindən oğurluq faktı törətməyini etiraf etmişdir. Onu 24-cü polis şöbəsinə aparmışlar, orada olan zaman etdiyi əməli etiraf etmiş və üzərində saxladığı qəpik və manat halında olan nağd pulları, ərzaq və qeyri-ərzaq məhsullarını təqdim etmişdir. Təqsirləndirilən şəxs ifadəsinə əlavə olaraq bildirmişdir ki, oğurladığı nağd pulların sayını dəqiq xatırlamır, oğurluq etdikdən sonra sellofanlarla birlikdə çölə çıxıb hərəkət edən zaman sellofanlardan biri cırılmış və məhsullardan bir hissəsi yerə tökülmüş, bir hissəsini satmış, spirtli içkilərin bir qismini içmiş, bu səbəbdən təqdim etdiyi məhsullar azdır, oğurluq edən zaman tək olmuş, əşyaları oğurlayıb çıxdıqdan sonra və oğurluq vaxtı onu heç kim görməmişdir. Oğurladığı əşyaları satdığı şəxsləri tanımır. Məhkəmədə son sözündə Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmadığını nəzərə alaraq, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 2023-cü ilin dekabr ayından ünvan 3 ünvanında “Alfa Store” adlı mağazanı icarə və özünə aid VÖEN əsasında fiziki şəxs kimi işlədir. Mağazanın içərisində ərzaq və qeyri-ərzaq məhsulları satılır, həmin məhsullar ona məxsusdur. Mağazada 5 nəfər işçi işləyir. Mağaza saat 07:00-dan 23:00-dək fəaliyyət göstərir. 20 noyabr 2024-cü il tarixdə saat 07 radələrində mağaza müdiri işləyən Şahid ona zəng edərək mağazanın giriş qapısının şüşəsinin sındırıldığı və mağazada oğurluq baş verməsi barədə məlumat vermişdir. O, mağazaya gələn zaman şüşədən olan giriş qapısının aşağı hissəsinin sındırıldığını, mağazanın dağınıq halda olmasını aşkarlamışdır. Mağazaya baxış keçirən zaman kassaya növbəti gün alver edən zaman istifadə etmək üçün qoyulmuş manat və qəpik formasında 200 manat nağd pulun və mağazada olan piştaxtalara yığılmış 1 ədədinin qiyməti 4 manat 09 qəpik olan ümumi dəyəri 159 manat 51 qəpik olan 39 ədəd “Sobranie” markalı, 1 ədədinin qiyməti 3 manat 82 qəpik olan ümumi dəyəri 175 manat 72 qəpik olan 46 ədəd “Kent” markalı, 1 ədədinin qiyməti 3 manat 64 qəpik olan ümumi dəyəri 105 manat 56 qəpik olan 29 ədəd “Vinston” markalı, 1 ədədinin qiyməti 2 manat 83 qəpik olan ümumi dəyəri 31 manat 13 qəpik olan 11 ədəd “Palmal” markalı, 1 ədədinin qiyməti 3 manat 28 qəpik olan ümumi dəyəri 62 manat 32 qəpik olan 19 ədəd “LD” markalı, 1 ədədinin qiyməti 2 manat 83 qəpik olan ümumi dəyəri 42 manat 45 qəpik olan 15 ədəd “Vinchester” markalı, 1 ədədinin qiyməti 2 manat 65 qəpik olan ümumi dəyəri 13 manat 25 qəpik olan 5 ədəd “Vest” markalı, 1 ədədinin qiyməti 3 manat 82 qəpik olan ümumi dəyəri 34 manat 38 qəpik olan 9 ədəd “Divdoff” markalı, 1 ədədinin qiyməti 2 manat 37 qəpik olan ümumi dəyəri 42 manat 66 qəpik olan 18 ədəd “Magna” markalı, 1 ədədinin qiyməti 2 manat 37 qəpik olan ümumi dəyəri 21 manat 33 qəpik olan 9 ədəd “Vicheroy” markalı, 1 ədədinin qiyməti 2 manat 83 qəpik olan ümumi dəyəri 31 manat 13 qəpik olan 11 ədəd “Rothmans” markalı, 1 ədədinin qiyməti 2 manat 82 qəpik olan ümumi dəyəri 25 manat 38 qəpik olan 9 ədəd “X7” markalı, 1 ədədinin qiyməti 4 manat 55 qəpik olan ümumi dəyəri 40 manat 95 qəpik olan 9 ədəd “Sobranie Tropic” markalı, 1 ədədinin qiyməti 2 manat 19 qəpik olan ümumi dəyəri 8 manat 76 qəpik olan 4 ədəd “Argo” markalı siqaretlərin, 1 ədədinin qiyməti 14 manat 90 qəpik olan 1 litr həcmli ümumi dəyəri 59 manat 60 qəpik olan 4 ədəd “Green Leaf” markalı, 1 ədədinin qiyməti 12 manat 50 qəpik olan 0,7 litr həcmli ümumi dəyəri 50 manat olan 4 ədəd “Green Leaf” markalı, 1 ədədinin qiyməti 33 manat 90 qəpik olan 1 litr həcmli ümumi dəyəri 67 manat 80 qəpik olan 2 ədəd “Nemiroff” markalı, 1 ədədinin qiyməti 3 manat olan 0,250 litr həcmli ümumi dəyəri 18 manat olan 6 ədəd “Ruski” markalı araqların 1 ədədinin qiyməti 1 manat 90 qəpik olan ümumi dəyəri 15 manat 20 qəpik olan 8 ədəd “Xırdalan” markalı, 1 ədədinin qiyməti 1 manat 20 qəpik olan ümumi dəyəri 4 manat 80 qəpik olan 4 ədəd “Əfsanə” markalı pivələrin, 1 ədədinin qiyməti 4 manat 70 qəpik olan ümumi dəyəri 61 manat 10 qəpik olan 13 ədəd “X1” markalı, 1 ədədinin qiyməti 4 manat olan ümumi dəyəri 40 manat olan 10 ədəd “Caldio” markalı, 1 ədədinin qiyməti 4 manat 40 qəpik olan ümumi dəyəri 26 manat 40 qəpik olan 6 ədəd “Garnier” markalı dezedorantların, 1 ədədinin qiyməti 1 manat 78 qəpik olan ümumi dəyəri 49 manat 84 qəpik olan 28 ədəd “Nestle” markalı şokoladların, 1 ədədinin qiyməti 1 manat 40 qəpik olan ümumi dəyəri 22 manat 40 qəpik olan 16 ədəd böyük ölçülü “Snickers” markalı, 1 ədədinin qiyməti 80 qəpik olan ümumi dəyəri 18 manat 40 qəpik olan 23 ədəd kiçik ölçülü “Snickers” markalı şokoladların, 1 ədədinin qiyməti 40 qəpik olan 200 milli litr ölçülü ümumi dəyəri 4 manat olan 10 ədəd “Soçnıy sad” markalı meyvə şirəsinin, 1 ədədinin qiyməti 69 qəpik olan ümumi dəyəri 102 manat 12 qəpik olan 148 ədəd “Orbit” markalı saqqızların, 1 ədədinin qiyməti 85 qəpik olan ümumi dəyəri 53 manat 55 qəpik olan 63 ədəd “Kazinak” markalı günəbaxan halvasının oğurlanmasını aşkarlamışdır. Oğurluq faktı nəticəsində ona ümumlikdə 1587 manat 74 qəpik maddi ziyan dəymişdir. Daha sonra kamera görüntülərinə baxan zaman bir nəfər şəxsin oğurluq faktı törətməsi ona məlum olmuşdur. Polislər tərəfindən aparılan araşdırma ilə həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Hazırda Təqsirləndirilən şəxs ona vurduğu maddi ziyanı ödəmişdir, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, 2024-cü ilin fevral ayından ünvan 3 ünvanında yerləşən “Alfa Store” mağazasında mağaza müdiri olaraq işləyir. Mağaza hər gün saat 07:00 radələrində onun tərəfindən açılır. 19 noyabr 2024-cü il tarixdə saat 23:00-da mağaza bağlanmış, həmin vaxt hər şey qaydasında olmuşdur. 20 noyabr 2024-cü il tarixdə mağazaya gələn zaman mağazanın şüşədən olan qapısının alt hissəsinin sınmış vəziyyətdə olmasını gördükdən sonra mağazanı işlədən Zərərçəkmiş şəxs zəng edərək məlumat vermişdir. Mağazaya baxış keçirən zaman mağazanın dağınıq halda olmasını, piştaxtaların üzərindəki məhsulların əksik olmasını, kassaya baxan zaman kassaya qoyulmuş qəpik və manat halında olan pulların oğurlanmasını aşkarlamışdır. DİN-in 102 Xidmətinə zəng edərək məlumat vermişdir. Kamera görüntülərinə baxan zaman bir nəfər şəxsin mağazanın qapısını sındıraraq mağazaya daxil olmasını və oğurluq etməsini görmüşdür. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 20 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 1) - 20 noyabr 2024-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, təhqiqatçı tərəfindən Şahid və hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış keçirilmişdir. (i.v. 6-10) - 20 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi 10 ədəd “Soçnıy sad” markalı meyvə şirəsi, 01 ədəd “Kent” markalı, 02 ədəd “Vinchester” markalı, 01 ədəd “Davidoff” markalı, 01 ədəd “Rothmans” markalı siqaretləri, 03 ədəd “Caldio” markalı, 05 ədəd “Garnier” markalı, 04 ədəd “X1” markalı dezodarantları, 06 ədəd “Ruski” markalı araqları, 01 ədəd “Əfsanə” markalı pivəni, 03 ədəd “Orbit” markalı saqqızları, 03 ədəd “Nestle” markalı, 02 ədəd “Snickers” markalı şokaladları, 176 manat kağız halında, 24,15 manat qəpik halında pulları könüllü olaraq təqdim etmiş, həmin əşyalar təhqiqatçı tərəfindən ondan götürülmüşdür. (i.v. 13) - 20 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri Nizami rayon polis idarəsinin istintaq şöbəsinin müstəntiqi tərəfindən Təqsirləndirilən şəxs iştirakı ilə Zərərçəkmiş şəxs təqdim etdiyi videogörüntünü özündə əks etdirən 01 ədəd diskə baxış keçirilmişdir. Diskdə olan videogörüntüyə baxılarkən aydın olmuşdur ki, diskdə 03 ədəd video vardır. VlD-20241124-WA0012 adlı videogörüntüdə mağazanın şüşədən olan qapısının çöl hissədən qarşısında qara gödəkçəli şəxsin yerdə əyləşdiyi, daha sonra qapının alt hissəsindən sürünərək mağazaya daxil olduğu görünür. Video 02 dəqiqə 08 saniyə davam edir. VlD-20241124-WA0021 adlı videogörüntüdə qara rəngli gödəkçə geyinmiş şəxsin kassanı açması və kassadan pulları götürməsi görünür. Video 02 dəqiqə 22 saniyə davam edir. VlD-20241124-WA0008 adlı videogörüntüdə mağazanın içərisində bir nəfər şəxsin əşyaları götürdüyü, daha sonra mağazanın içərisində gəzdiyi, piştaxtalardan əşyalar götürməsi görünür. Video 02 dəqiqə 08 saniyə davam edir. Təqsirləndirilən şəxs qara gödəkçəli şəxsin onun özü olmasını, “Alfastore” mağazasından oğurluq etməsini və mağazanın giriş qapısının alt hissəsini sındırdıqdan sonra mağazaya daxil olmasını, əvvəlcə kassadan, daha sonra isə mağazanın içərisində piştaxtalara yığılmış ərzaq və qeyri-ərzaq məhsullarını oğurladığını bildirmişdir. (i.v. 49-50) - 20 noyabr 2024-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması zamanı o, hadisə yerini əyani olaraq göstərib oğurluq əməlini hansı qaydada, üsulla törətdiyini ifadəsində bildirdiyi kimi bir daha təsdiq etmişdir. (i.v. 55-59) - 10 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi elan edilmiş ittiham dəyişdirilmədən saxlanılmış, Zərərçəkmiş şəxs 17 dekabr 2024-cü il tarixli 9-9580 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi ilə tanış olan zaman rəydə qeyd olunan qiymətlərin uyğun olmaması barədə ərizəsində qeyd etdikləri vəsatət kimi qəbul edilmiş və zərərçəkmiş şəxsin vəsatəti təmin edilmiş, Zərərçəkmiş şəxs ifadəsində qeyd etdiyi qiymətlər, Təqsirləndirilən şəxs oğurluq cinayəti ilə bağlı ittiham elan olunarkən əsas götürülmüş, Təqsirləndirilən şəxs təqdim etdiyi ərzaq və qeyri-ərzaq məhsulları, 176 manat kağız halında, 24.15 manat qəpik halında pullar maddi sübut kimi tanınmış və zərərçəkmiş şəxsdə qaytarılması nəzərə alınmış, Bakı şəhəri Nizami rayonu, C.Naxçıvanski, 50 ünvanında yerləşən “Alfa Store” ərzaq mağazasında təhlükəsizlik kamerasından götürülmüş videogörüntünü özündə əks etdirən 01 ədəd DVD formatlı disk iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs hərəkətində Azərbavcan Respublikası CM-nin 180.1-ci maddəsinin tərkib əlamətləri olmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinin tələbinə əsasən cinayət təqibinin başlanması rədd edilmişdir. (i.v. 134-140) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il Qərarına əsasən qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi və onun müdafiəçisini dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirliliyi özünün etiraf ifadəsi ilə yanaşı mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadələri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 177.2.3-cü maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 20 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (i.v. 71-72) - 21 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddəti 03 ay həddində müəyyən edilmiş, həbsetmənin əvvəli 20 noyabr 2024-cü il tarixdən hesablanmışdır. (i.v. 105-106) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 30 noyabr 2024-cü il tarixli tələbnamədən və hökmün surətlərindən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 may 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 13 iyul 2024-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. (i.v. 107- 120) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iş üzrə zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın ödənilərək onunla barışıq əldə edilməsini Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən kimi nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır; 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır; 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 06 sentyabr 2010-cu il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Yeni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilib-ödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur. Belə olan halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsində nəzərdə tutulan qaydada cinayətlərin residivi vardır, cəzanı ağırlaşdıran digər hallar isə müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, işin faktiki hallarını nəzərə alaraq və onun cəmiyyətdən təcrid edilmədən islah olunmasının qeyri-mümkün olması qənaətinə gələrək, hesab edir ki, təqsirləndirilən şəxsə daha yüngül cəza təyin edilməsi üçün əsaslar müəyyən edilməmişdir, törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir. Məhkəmənin qənaətinə görə, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir, ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. O cümlədən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddəti onun təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə cəzasının son həddinin yarısından az olmamalıdır. Həmin maddənin tələbinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı 20 noyabr 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinin tələbinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olduğundan, Azərbaycan Respublikası CPM-nin 175.5ci maddəsinin tələbinə uyğun olaraq, onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış Təqsirləndirilən şəxs təqdim etdiyi 10 ədəd “Soçnıy sad” markalı meyvə şirəsi, 01 ədəd “Kent” markalı, 02 ədəd “Vinchester” markalı, 01 ədəd “Davidoff” markalı, 01 ədəd “Rothmans” markalı siqaretlərin, 03 ədəd “Caldio” markalı, 05 ədəd “Garnier” markalı, 04 ədəd “X1” markalı dezodarantların, 06 ədəd “Ruski” markalı araqların, 01 ədəd “Əfsanə” markalı pivənin, 03 ədəd “Orbit” markalı saqqızların, 03 ədəd “Nestle” markalı, 02 ədəd “Snickers” markalı şokaladların, 176 manat kağız halında, 24,15 manat qəpik halında pulların ibtidai istintaq zamanı zərərçəkmiş şəxsə təhvil verilməsi nəzərə alınmalı, içərisində videogörüntülər olan 01 ədəd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından qərar əsasında dövlət hesabına dəvət olunmuş vəkilin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi xidmətlərə görə əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı 20 noyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut qismində tanınmış Təqsirləndirilən şəxs təqdim etdiyi 10 ədəd “Soçnıy sad” markalı meyvə şirəsi, 01 ədəd “Kent” markalı, 02 ədəd “Vinchester” markalı, 01 ədəd “Davidoff” markalı, 01 ədəd “Rothmans” markalı siqaretlərin, 03 ədəd “Caldio” markalı, 05 ədəd “Garnier” markalı, 04 ədəd “X1” markalı dezodarantların, 06 ədəd “Ruski” markalı araqların, 01 ədəd “Əfsanə” markalı pivənin, 03 ədəd “Orbit” markalı saqqızların, 03 ədəd “Nestle” markalı, 02 ədəd “Snickers” markalı şokaladların, 176 manat kağız halında, 24,15 manat qəpik halında pulların ibtidai istintaq zamanı zərərçəkmiş şəxsə təhvil verilməsi nəzərə alınsın, içərisində videogörüntülər olan 01 ədəd DVD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Məhkəmə məsrəfi olan 50 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən 219 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-240/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-240/2025
04.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver