Məhkəmə qərarları › İş №1(007)-241/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-241/2022

18.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-241/2022 18.10.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikasının Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs Əhmədova (Musayeva) Raya Mərdan qızının, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, xx.xx.1982-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və orada yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs, cavabdeh kimi ondan 14 yanvar 2019-cu il tarixdən başlayaraq hər ay, bir uşağa 160,00 manat olmaqla, iki uşağa görə cəmi 320,00 manat sabit pul məbləğində alimenti övladları 08 avqust 2011-ci il təvəllüdlü X3 və 14 sentyabr 2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması məqsədilə tələbkar Əhmədova (Musayeva) Raya Mərdan qızının xeyrinə ödəməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 14 avqust 2019-cu il tarixli, 2(007)- 874/2019 saylı qətnaməsinin icrasının təmin edilməsi ilə əlaqədar icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirmədiyindən həmin məhkəmənin 21 fevral 2020-ci il tarixi, 3(007)-365/2020 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək 500,00 manat məbləğində inzibati cərimə və 14 iyun 2021-ci il tarixli, 3(007)-1665/2021 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1ci maddəsinə əsasən təqsirli bilinərək 10 gün müddətində inzibati həbs edilməsinə, məhkəmə aktının icra edilməsi ilə əlaqədar ona 10 noyabr, 26 noyabr 2021-ci il tarixdə məsuliyyəti elan olunmaqla xəbərdarlıqlar təqdim edilməsinə baxmayaraq cinayət təqibi başlanması məsələsinə baxılması üçün təqdimat verilən 29 noyabr 2021-ci il tarixədək şəxsi maraq niyyəti ilə cəmi 10880,00 manat aliment borcunu zərərçəkmiş şəxsə ödəməməklə, habelə sonuncuya maddi ziyan vurmaqla məhkəmənin qanuni qüvvəyə minmiş məlum qətnaməsini qəsdən qərəzli olaraq icra etməyərək ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək göstərdi ki, fərdi əmək fəaliyyəti ilə məşğul olur, aylıq gəliri müxtəlif rəqəmlər arasında dəyişir. Bundan başqa qeyd etmişdir ki, Əhmədova (Musayeva) Raya Mərdan qızı ilə 2010-cu ildə evlənmiş, birgə nikahlarından X6 və X8 doğulmuş, evli olduqları müddətdə bir yerdə yaşamaqları mümkün olmadığından nikahlarına xitam verilmiş, həmin vaxtdan da Zərərçəkmiş şəxs (Musayeva) övladları ilə birlikdə valideyinlərinin yanına köçərək orada yaşamış, 2019-cu ildə ona qarşı aliment tələbinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsində iddia qaldırmış, məhkəmənin 14 avqust 2019-cu il tarixli, 2(007)- 874/2019 saylı qətnaməsi ilə iddia təmin edilərək əvvəli 14 yanvar 2019-cu il tarixdən hesablanmaqla, hər ay, bir uşaq üçün 160 manat olmaqla, iki uşağa cəmi 320 manat sabit pul məbləğində alimentin ondan tutularaq övladları 08 avqust 2011-ci il təvəllüdlü Müzəffər Musayevin və 14 sentyabr 2015-ci il təvəllüdlü Hüseyn Musayevin yetkinlik yaşına çatana kimi saxlanması üçün Zərərçəkmiş şəxs (Musayevanın) xeyrinə ödənilməsi qət edilmiş, bununla əlaqədar Bakı şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmurları ona bildiriş təqdim etməklə qətnamənin icrasını tələb etmişdilər. O, isə maddi imkanı yüksək olmadığından məhkəmə aktını icra etməmiş, icra məmuru aliment borcunun ödənilməsi ilə əlaqədar ondan izahatlar almış, hətta həmin məhkəmənin 21 fevral 2020-ci il tarixi, 3(007)- 365/2020 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək 500 manat məbləğində inzibati cərimə və 14 iyun 2021-ci il tarixli, 3(007)- 1665/2021 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək 10 gün müddətində inzibati həbs edilmişdir. Bundan sonra icra məmuru məhkəmə aktının icrasını təmin etməsinə dair ona müddət təyin etməklə bildiriş təqdim etsə də o, alimenti ödəməmişdir. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Q.N.Quliyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında zərərçəkmiş şəxs Əhmədova (Musayeva) Raya Mərdan qızı göstərdi ki, Təqsirləndirilən şəxs ilə 2010-cu ildə evlənmiş, birgə nikahlarından X6 və X8 doğulmuş, evli olduqları müddətdə bir yerdə yaşamaqları mümkün olmadığından nikahlarına xitam verilmiş, həmin vaxtdan da uşaqları ilə birlikdə valideyinlərinin yanına köçərək orada yaşamış, o isə övladlarının saxlanması ilə əlaqədar ona maddi köməklik göstərmədiyindən aliment tələbinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsində iddia qaldırmış, məhkəmənin 14 avqust 2019- cu il tarixli, 2(007)-874/2019 saylı qətnaməsinə əsasən iddia təmin edilərək əvvəli 14 yanvar 2019-cu il tarixdən hesablanmaqla, hər ay, bir uşağa 160 manat olmaqla, iki uşağa görə cəmi 320 manat sabit pul məbləğində aliment Təqsirləndirilən şəxs tutularaq 08 avqust 2011-ci il təvəllüdlü Təqsirləndirilən şəxs və 14 sentyabr 2015-ci il təvəllüdlü H.Musayevin yetkinlik yaşına çatana kimi saxlanması məqsədilə ona ödənilməsi qət edilmiş, qətnamənin icrası ilə Bakı şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmurları məşğul olmuş, bununla əlaqədar borcluya bildiriş təqdim edilmiş, o isə alimenti ödəməkdən imtina edərək icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyi üçün həmin məhkəmənin 21 fevral 2020-ci il tarixli, 3(007)-365/2020 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək 500 manat məbləğində inzibati cərimə və 14 iyun 2021-ci il tarixli, 3(007)-1665/2021 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək 10 gün müddətində inzibati həbs edilmişdir. Bundan sonra qeyd etmişdir ki, icra məmuru alimentin ödənilməsi ilə əlaqədar ona bildiriş təqdim etməsinə baxmayaraq o, alimenti ödəməmiş, uzun müddətdir ki, fərdi əməklə məşğul olmaqla xeyli miqdarda pul qazanmasına baxmayaraq məhkəmə aktını qərəzli olaraq icra etməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş, Bakı şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəli 14 yanvar 2019-cu il tarixdən hesablanmaqla hər ay, bir uşağa 160 manat olmaqla, iki uşağa görə cəmi 320 manat sabit pul məbləğirdə aliment tutularaq 08 avqust 2011-ci il təvəllüdlü X3 və 14 sentyabr 2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün R.M.Əhməddvanın (Musayevanın) xeyrinə ödənilməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 14 avqust 2019-cu il tarixli, 2(007)-874/2019 saylı qətnaməsi icra edilməsi ilə bağlı Bakı şəhəri Nizami Rayon İcra Şöbəsinə daxil olmuş, icra sənədi icraata qəbul edilərək 29 avqust 2019-cu il tarixdə icraata başlanma haqqında qərar qəbul edilmiş, aliment tələbinin təmin edilməsi ilə əlaqədar borcluya bildiriş təqdim edilmiş, məhkəmə qətnaməsi üzrə aliment borcu ödənilmədiyindən aidiyyəti orqanlara verilmiş sorğulara alınmış cavablaradan onun adına olan əmlakları aşkar etmək mümkün olmamış, müxtəlif tarixlərdə İcra Şöbəsinə dəvət olunaraq borcludan izahatlar almış, qanunun tələbləri və məsuliyyəti ona izah edilmiş, o, isə izahatlarında fərdi əməklə məşğul olduğunu bildirsə də alimenti ödəməmiş, üzərindən uzun müddət keçməsinə baxmayaraq məhkəmə aktını qərəzli icra etməməklə icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən üzrsüz səbəbdən yayındığından həmin məhkəmənin 21 fevral 2020-ci il tarixli, 3(007)-365/2020 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək 500 manat məbləğində inzibati cərimə və 14 iyun 2021-ci il tarixli, 3(007)-1665/2021 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1ci maddəsinə əsasən təqsirli bilinərək 10 gün müddətində inzibati həbs edilmiş, qətnaməni icra etməsindən ötrü ona yeni müddət təyin edilsə də hərəkətlərini davam etdirməklə məhkəmə aktını qərəzli olaraq icra etməmişdir. Şahid qismində dindirilmiş, Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin böyük icra məmuru Şahid2 Şahid1 ifadəsinə oxşar izahat vermişdir. İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(007)-874/2019 saylı qətnaməsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdən hesablanmaqla xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 160 manat alimentin tutularaq X7 verilməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli icra vərəqəsindən və Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin icra məmuru Şahid1 xx.xx.2019-cu il tarixli qərarının surətindən görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(007)-874/2019 saylı qətnaməsi icraya yönəldilmiş, xx.xx.2019-cu il tarixdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(007)-874/2019 saylı qətnaməsinə dair icra sənədi icraata götürülməklə icraata başlanılmışdır. İşdə olan Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin xx.xx.2019-cu il tarixli bildirişinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli icra sənədində göstərilən tələbi dərhal icra etməsi tələb olunmuşdur. İş materiallarında olan borclunun əmlakının axtarılması haqqında Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin icra məmuru Şahid1 xx.xx.2019-cu il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs iş yerinin olub-olmaması və əmlaklarının axtarışı elan edilmiş, qərarın icrası Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə, Azərbaycan Respublikası Baş X14 İdarəsinə, Azərbaycan Respublikası Milli Depozit Mərkəzinə və bank təşkilatlarına həvalə edilmişdir. İş materiallarından görünür ki, borclunun məcburi gətirilməsi barədə icra məmuru tərəfindən təqdimat verilmiş və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə Təqsirləndirilən şəxs icra şöbəsinə məcburi qaydada gətirilməsi qərara alınmışdır. İş materiallarından görünür ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən təqdimat verilmiş və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə Təqsirləndirilən şəxs ölkədən getmək hüququnun müvəqqəti olaraq məhdudlaşdırılması qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 500 manat məbləğində cərimə inzibati tənbeh tətbiq edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri Nizmai Rayon İcra Şöbəsinin icra məmuru Şahid1 tərəfindən Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 10 gün müddətinə həbs növündə inzibati tənbeh tətbiq edilmişdir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan borclunun əmlakının axtarılması haqqında Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin icra məmuru Şahid1 xx.xx.2021-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs iş yerinin olub-olmaması və əmlaklarının axtarışı elan edilmiş, qərarın icrası Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə, Azərbaycan Respublikası Baş X14 İdarəsinə, Azərbaycan Respublikası Milli Depozit Mərkəzinə və bank təşkilatlarına həvalə edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(007)-874/2019 saylı icra sənədi üzrə borcunu ödəmədiyi təqdirdə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunacağı barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli məktubunun surətindən görünür ki, Təqsirləndirilən şəxs “İcra haqqında” AR Qanununun 45-ci maddəsinə uyğun olaraq tələb yönəldilə biləcək vəsait yoxdur. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli məktubunun surətindən görünür ki, Təqsirləndirilən şəxs adına Bankda hər hansı növ hesabı yoxdur. İş materiallarında olan 3 saylı DOST Mərkəzinin xx.xx.2021-ci il tarixli məktubunun surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq” altsisteminə əsasən xx.xx.2020-ci il tarixdən işsiz kimi qeydiyyatdadır və “Əmək müqaviləsi bildirişi” altsistemində qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən təqdim edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə islah işləri növündə cəza təyin edilməklə məhkum olunmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli cinayət məsuliyyətinə cəlb etmə haqqında təqdimatdan görünür ki, Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin rəisi Rəşad Hacıyev Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunması barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İstintaq İdarəsinə təqdimat vermişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İstintaq İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə cinayət işininin başlanması haqqında qərar qəbul edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi, onun haqqında seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz edilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktuba əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saxlanılaraq Nizami RPİ-nin MSY-nə təhvil verilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 02 oktyabr 2012-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi məhkəmə aktını icra etməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsi (köhnə redaksiyada) ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra şəxs tərəfindən həmin icra sənədinin yenidən qərəzli olaraq icra edilmədiyi hallarda yaranır. Həmin qərarda Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən məhkəmə aktının icrası üçün tərtib olunan icra sənədi icra olunmadıqda borclunun əvvəlcə inzibati məsuliyyətə, bu lazımi nəticə vermədikdə isə cinayət məsuliyyətinə cəlb olunması, inzibati məsuliyyətdən sonra borclunun hüquqazidd davranışı davam etdiyi halda onun cinayət məsuliyyətinə cəlb olunması, habelə bunun məhz Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada müvafiq orqana, məhkəmə icraçıları qurumunun rəhbərinin təqdimatı əsasında mümkünlüyü müəyyən olunmuşdur. İşdə olan sübutlarla təsdiq olunur ki, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan xx.xx.2019-cu il tarixdən başlayaraq hər ay hər uşağa 160 manat olmaqla, iki uşağa görə cəmi 320 manat sabit pul məbləğində alimenti övladları xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması məqsədilə tələbkar Əhmədova (Musayeva) Raya Mərdan qızının xeyrinə ödəməsinə dair Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin qanuni qüvvəyə mirmiş xx.xx.2019-cu il tarixli, 2(007)-874/2019 saylı qətnaməsinin icrasının təmin edilməsi ilə əlaqədar icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirmədiyindən həmin məhkəmənin xx.xx.2020-ci il tarixli, 3(007)-365/2020 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək 500 manat məbləğində inzibati cərimə və xx.xx.2021-ci il tarixli, 3(007)-1665/2021 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək 10 gün müddətində inzibati həbs edilməsinə, məhkəmə aktının icra edilməsi ilə əlaqədar ona 10 noyabr, 26 noyabr 2021-ci il tarixdə məsuliyyəti elan olunmaqla xəbərdarlıqlar təqdim edilməsinə baxmayaraq cinayət təqibi başlanması məsələsinə baxılması üçün təqdimat verilən 29 noyabr 2021-ci il tarixədək şəxsi maraq niyəti ilə cəmi 10880 manat aliment borcunu zərərçəkmiş şəxsə ödəməməklə, habelə sonuncuya maddi ziyan vurmaqla məhkəmənin qanuni qüvvəyə minmiş məlum qətnaməsini qəsdən qərəzli olaraq icra etməyərək ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydasına əməl olunmuşdur. Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin əməlini etiraf etməsini, səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 56.1 və 56.1.2-ci maddələrinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədd daxilində cəza təyin edilməli və cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə ekspertiza xərci yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 419-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Cəzaçəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası müəyyən edilsin. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı 51 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X4 VÖEN – ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 306 manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. Sədrlik edən Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar