Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-241/2025 06.08.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Vəliyeva Nazlı Eldar qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 16 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxxx 1974-cü il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, bir uşağı olan, "xxxx" MMC-nin direktoru vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Səbail rayonu, Zərgərpalan küçəsi, ev 5, mənzil 61/62-də qeydiyyatda olan, Bakı şəhəri Yasamal rayonu, Ş.Mehdiyev küçəsi, ev 9, mənzil 87-də yaşamış, 30 iyul 2024-cü il tarixdə tutulmuş, 01 avqust 2024-cü il tarixdə tutmadan azad olunaraq barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, 17 oktyabr 2024-cü il tarixdə tutulmuş, 19 oktyabr 2024-cü il tarixdə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş, 25 dekabr 2024-cü il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, 01 fevral 2025-ci il tarixdə tutulmuş, 03 fevral 2025-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasının qeydiyyatında olub həmin Xidmətin Müalicə müəssisəsində saxlanılmaqla müalicə alan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə xeyli miqdarda özgənin əmlakını ələ keçirərək dələduzluq etmişdir. Belə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 sonuncuya məxsus Sumqayıt şəhəri Novxanı qəsəbəsində yerləşən torpaq sahəsində olan tikilidə əlavə tikinti işi aparılması üçün müvafiq dövlət orqanlarından icazə alınmasına köməklik edəcəyinə dair yalan vəd verib aldadaraq, Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə etməklə bu adla 24 fevral 2024-cü il tarixdə saat 21 radələrində Bakı şəhəri Nərimanov rayonu, X3 küçəsi, 82 ünvanında yerləşən “Oskar” restoranında sonuncudan 10000 manat pul vəsaiti alıb ələ keçirərək Zərərçəkmiş şəxs1 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 Şəki şəhəri X6 küçəsi, 2 ünvanında 03 ədəd “A Frame” tipli ev tikəcəyinə dair yalan vəd verib aldadaraq etibarından suiistifadə etməklə bu adla Zərərçəkmiş şəxs2 28 dekabr 2023-cü il tarixdə Şəki şəhəri X6 küçəsi, 2 ünvanında 5000 manat, 29 dekabr 2023-cü il tarixdə ünvan 2 ünvanında 30000 manat alıb ona olan inamını daha da artırmaq üçün cinayətkar əməlini sonuncu ilə aralarında bağlanmış müqavilə ilə pərdələdikdən sonra 05 mart 2024-cü il tarixdə Şəki şəhərinə göndərdiyi, onun cinayətkar niyyətindən xəbərsiz olan tanışı Şahid3 vasitəsi ilə Şəki şəhəri X6 küçəsi, 2 ünvanında Zərərçəkmiş şəxs2 əlavə olaraq 1500 manat alaraq, ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə 36500 manat pul vəsaitini ələ keçirməklə Zərərçəkmiş şəxs2 xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 sonuncunun yaşadığı ünvan 3 ünvanının üst hissəsində mansar tikəcəyinə dair yalan vəd verib, aldadaraq etibarından sui-istifadə etməklə bu adla Zərərçəkmiş şəxs3 2022-ci ilin fevral ayında ünvan 3 ünvanında 2100 manat, 2022-ci ilin fevral ayında eyni ünvanda 8000 manat, 17 mart 2022-ci il tarixdə eyni ünvanda 10000 manat pul vəsaitini aldıqdan sonra, Zərərçəkmiş şəxs3 əmlakını ələ keçirməyə yönəldilmiş niyyəti üzrə hərəkətlərini davam etdirərək sonuncunun yaşadığı ünvan 3 ünvanının üst hissəsində mansar tikmək üçün müvafiq dövlət orqanlarından icazə alacağı adı ilə Zərərçəkmiş şəxs3 12 mart 2024-cü il tarixdə ünvan 4 ünvanında 20000 manat, Bakı şəhəri Nizami rayonu, Babək prospekti, 103 ünvanında 9600 manat, ümumilikdə isə vahid niyyətlə əhatə olunan qəsdlə 49700 manat pul vəsaitini alıb ələ keçirərək Zərərçəkmiş şəxs3 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2004-cü ildən tikinti işləri ilə məşğul olmuşdur. 2022-ci ildən isə direktoru olduğu "xxxx" şirkətini təsis etmişdir. Zərərçəkmiş şəxs1 ilə ortaq tanışları Zahir adlı şəxs vasitəsi ilə tanış olmuşlar. Bakı şəhəri Nərimanov rayonu Həsən Əliyev küçəsində yerləşən kafelərdən birində Ramillə 2024-cü ilin fevral ayının əvvəllərində görüşmüşlər. Ramil söhbət zamanı ona Sumqayıt şəhəri Novxanı qəsəbəsi adlanan ərazidə 10 sot torpaq sahəsinin olmasını, orada restoran tikmək istədiyini, həmin restoranın layihəsinin hazır olduğunu, sənədlər əsasında Şəhərsalma İdarəsində tikintiyə icazə almaq istədiyini bildirmişdir. O, Ramilə tanışlarının olmasını və ona köməklik edəcəyiyini bildirmişdir. Onda olan torpaq sahəsinə dair sənədləri və lahiyənin surətini ona göndərməsini Ramilə demiş, Ramil “WhatsApp” ani mesajlaşma proqramı vasitəsilə sənədlərin şəklini ona göndərmişdir. O da əvvəllər xeyli tikinti işləri ilə məşğul olduğundan adını xatırlamadığı mütəxəssisə sənədləri göndərmişdir. Mütəxəssis ona sənədlərin düz olduğunu, 9600 manat dövlət rüsumu ödəməklə Ramilin sənəd ala biləcəyini bildirmişdir. O, 24 fevral 2024-cü il tarixdə saat 19 radələrində Ramillə Bakı şəhəri Nərimanov rayonu, X3 küçəsi, 82 ünvanında yerləşən “Oskar” restoranında görüşmüş, ona 10000 manat qarşılığında icazələrin alınmasına köməklik edəcəyini bildirmişdir. Ramil onunla razılaşmış və orada ona 10000 manat nağd pulu sayaraq vermişdir. O, Ramilə 3 aya məsələnin həll olunacağına bildirmiş, lakin Ramil daha tez müddətə məsələni həll etməyini ona demişdir. O, 10 günə sənədləri həll edəcəyini demiş, lakin daha sonra maraqlanan zaman həmin torpaq sahəsində tikintiyə dair icazənin alındığını və orada tikinti işlərinin yekunlaşmaq mərhələsində olmasını öyrənmişdir. Bu barədə Ramildən soruşduqda Ramil onu düz başa düşmədiyini, onun həmin ünvanda tikinti aparmasını və həmin tikiliyə ikinci mərtəbənin artırmaq istədiyini və sənədi olmadığından ona köməklik etməyini ona bildirmişdir. Daha sonra o, bu məsələnin həll yolunun olmadığını öyrənmişdir. O, Ramildən 10000 manat pul aldığından həmin pulu qaytarmaq istəməmiş və səhhəti ilə əlaqədar həmin pulu müalicəsinə xərcləmişdir. Ramil 10 gün sonra pulu ondan tələb etdikdə, pulu səhətinə xərclədiyindən 3 ay müddətində pulu ona qaytaracağını demişdir. İşləyə bilmədiyindən həmin pulu ona ödəyə bilməmişdir. Zərərçəkmiş şəxs2 2023-cü ildə ona zəng edərək “İnstagram” sosial şəbəkəsində direktoru olduğu şirkətin reklamını gördüyünü, Şəki şəhərində 3 ədəd “A Frame” ev tikmək istədiyini bildirmişdir. O, dediyi formada evlər tikə biləcəyini bildirmiş və Səlimi ünvan 2 ünvanında “Amara Plaza”nın 4-cü mərtəbəsində icarəyə götürdüyü ofisə dəvət etmişdir. 2023-cü ilin dekabr ayının sonlarında Səlim ofisə gəlmişdir. Həmin vaxt orada onunla Mirağa və Nicat adlı şəxslər olmuşlar. Səlim Şəki şəhərində 6 sot torpaq sahəsinin sənədlərini ona təqdim etmiş və o, həmin sənədlərə baxaraq orada 3 ədəd “A Frame” ev tikməyin mümkün olduğunu və bir ədədini 30000 manatdan olmaqla ümumi 90000 manata evləri tikib təhvil verə biləcəyini bildirmişdir. Səlim onunla razılaşmış və onunla bir neçə gün sonra Şəki şəhərində torpaq sahəsinə yerində baxış keçirməyə razılaşmışlar. Təxminən 2-3 gün sonra Mirağanın idarə etdiyi avtomobillə, Mirağanın tanışları Elnur, Nicat və o, Şəki şəhərinə getmişlər. Orada Səlimlə görüşmüşlər. Torpaq sahəsinə yerində baxış keçirmişlər. Orada Səlimlə rəsmi olaraq 2 aya, qeyri-rəsmi olaraq, yəni hava şəraitindən asılı olaraq 3 ayadək müddət ərzində evləri təhvil verəcəyini bildirmişdir. Səlim orada 5000 manat beh vermiş, o, Mirağaya həmin pulla materiallar alaraq evləri tikməyə başlamasını demişdir. Səhəri gün ofisdə görüşməyi və müqavilə imzalamağı, ödənişi hissə-hissə etməsini bildirdiyindən Səlim 30000 manat pul ödəyəcəyini demişdir. Səhəri gün ünvan 2 ünvanında “Amara Plaza”nın 4-cü mərtəbəsində yerləşən ofisdə Mirağa və Nicatla birlikdə olan zaman Səlim ofisə gəlmişdir. Orada müqavilə imzalamışlar və Səlim orada ona 30000 manat pul vermişdir. İşə bir həftə müddətində başlayacaqlarını bildirmişdir. 2024-cü ilin yanvar ayının əvvəllərində Şəki şəhərində evlərin tikintisi başlamışdır. Həmin evlərin tikintisini Mirağaya tapşırmış və Şəki şəhərində gedən işlərə Mirağanın tanışı olan Nicat nəzarət etmişdir. Orada iki evin beton bünövrəsi qoyulmuşdur. Bünövrə quruduqdan sonra 2024-cü ilin yanvar ayının sonlarında yenidən işə başlamışlar. Həmin evlərin bünövrəsi üzərində hörgü işləri aparılan zaman o, səhhəti ilə əlaqədar işə gedə bilmədiyindən Səlimlə mobil telefon vasitəsilə əlaqə saxlayaraq işin davam etdirilməsi üçün Nicata 1500 manat pul verməsini, gələcəkdə aparılacaq işlərdə onun ödənişində nəzərə alacağını bildirmişdir. Onun tapşırığına əsasən Səlim Nicata pul vermişdir. 2024-cü ilin mart ayının əvvəlində hava şəraiti ilə əlaqədar olaraq işlər dayanmışdır. Səlim ona zəng edərək görüşmək istədiyini bildirmişdir. Elnur və o, Badamdar qəsəbəsində Səlimlə görüşmüşlər. Orada Səlim ona işlərin ləng getdiyini deyib pulunun qaytarılmasını tələb etmişdir. O, Səlimə verdiyi pulu şirkətin kassasına qoyduğunu və ona məxsus olan evlərin tikintisi üçün taxta, keromaqranit aldığını bildirmişdir. Səlim ona material lazım olmadığını demiş, pulunu qaytarmağını istəmişdir. O, Səlimə pulu materiala verdiyini, pulu qaytara bilməyəcəyini bildirmişdir. Səlimə material verməyi təklif etsə də o, imtina etmişdir. Lakin o, vaxt verməsini, pulunu qaytaracağını demişdir. Səlim razılaşmadığına görə o, imtina edərək pulu qaytarmamış və məhkəməyə müraciət etməsini bildirmişdir. Zərərçəkmiş şəxs3 2008-ci ildə mənzil satdığından həmin vaxtdan onuj tanıyır. 2018-ci ildə Mehribanla söhbət əsnasında o, yaşadığı ünvan 6 ünvanında yerləşən 15 mərtəbəli binanın üst hissəsində mansar tiktirmək istədiyini bildirmişdir. Mehriban mansarın tikilməsində ona köməklik etməyini xahiş etmişdir. O, razılaşmış və ona sənədlər yığılmasında köməklik göstərmişdir. 2022-ci ilin sonlarında sənədləşmənin çox hissəsi hazır olmuşdur. Mehribana tikinti işinə başlamaq istədiyini bildirmiş və 2022-ci ilin sentyabr ayında mansarın tikilməsi üçün tikinti materiaları almaq üçün 2100 manat pul lazım olduğunu demişdir. Mehriban ona yaşadığı ünvanda 2100 manat pulu vermişdir. 2022-ci ilin fevral ayında Mehribana zəng edərək material almaq üçün əlavə 8000 manat lazım olduğunu demiş, Mehriban yaşadığı mənzildə ona 8000 manat pul vermişdir. Mehriban 2022-ci ilin mart ayında onunla əlaqə saxlayaraq mansarın tikintisinə başlamağını bildirmişdir. O, tikinti materialları almaq üçün əlavə 10000 manat pul lazım olduğunu demiş və Mehribanın yaşadığı mənzildə ondan 10000 manat pul almışdır. 2022-ci ilin mart ayının 20-də mansarın tikilməsi üçün 15000 manat dəyərində ümumi çəkiləri 7 ton olan dəmir dirəklər və tikinti üçün lazım olacaq sement, qum, dəmir boçkalar, paslanmaya qarşı boya və başqa materialları avtomobilə yükləyərək Mehribanın yaşadığı ünvan 6 ünvanının qarşısına aparmışdır. Lakin qonşular materialların avtomobillərdən boşaldılmasına icazə verməmişlər, daha sonra isə Azərbaycan Respublikası Şəhərsalma Komitəsi tərəfindən tikinti işi aparmağa icazə verilmədiyindən materialların gətirildiyi gün axşam radələrində materiallar ona məxsus olan anbara qaytarılmışdır. Mehribana dəmirləri ölçüyə uyğun kəsdirdiyindən aldıqları qiymətdən ucuz satacaqlarını bildirdikdə Mehriban ona materialları satmamağı demişdir. Lakin o, Mehribana xəbər etmədən həmin materiallar paslandığından materialları 3200 manat ucuzuna, 11800 manata satmışdır. Həmçinin Mehribanın ona verdiyi puldan 5100 manatını tikintidə işləyəcək olan usta və fəhlələrə əməkhaqqı olaraq verməyi planlaşdırmışdır. Lakin iş baş tutmadığından o, həmin pulları başqa ərazilərdə tikinti işləri aparmaq üçün xərcləmişdir. Bir müddət Mehriban mansarın tikilməsinə icazə ala bilməmişdir. 2024-cü il mart ayının əvvəllərində Mehriban ona zəng edərək tanış tapdığını, mansarın sənədlərinin düzəlməsinə 60000 manat pul verməli olduğunu, onun ucuz qiymətə həmin icazəni ala bilib-bilmədiyini soruşmuşdur. O isə onda olan mobil nömrələrə zəng etmiş və adını, mobil nömrəsini xatırlamadığı şəxs 40000 manata sənəd düzəlmə ehtimalının olduğunu ona demişdir. O, Mehribanla əlaqə saxlamış və 40000 manata sənədin düzəldilə biləcəyini, 20000 manat pulu ilkin olaraq 10000 manatı rüsum ödənilməsi üçün, qalıq 10000 manatı isə sənədlər düzəldikdən sonra verəcəyini bildirmişdir. 2024-cü ilin mart ayının ortalarında sənədi düzəltmək üçün 20000 manat pulu verməsini Mehribana bildirmişdir. Mehriban onunla razılaşmış və onunla birlikdə işləyən Mirağanı Mehribandan 20000 manat pulu götürməsi üçün göndərmişdir. O, müalicədə olduğundan Mirağa ilə əlaqə saxladıqda, Mirağa 20000 manat pulu və sənədləri götürdüyünü demiş, o da xəstə olduğundan pulun onda qalmasını Mirağaya bildirmişdir. Daha sonra mobil nömrəsini və adını xatırlamadığı şəxsdən dövlət rüsumunu öyrənmiş və rüsumun 9600 manat olduğunu bilmişdir. 2024-cü ilin aprel ayının əvvəllərində Mehribanla əlaqə saxlayan zaman bu barədə ona məlumat vermiş, Mehriban xaricdə olduğunu və sürücüsü vasitəsilə həmin pulu göndərəcəyini demişdir. O, Bakı şəhəri Nizami rayonu Babək prospektində olan zaman özünü Mehriban xanımın sürücüsü kimi təqdim edən şəxslə görüşmüş və 9600 manat pulu ondan götürmüş, daha sonra pulu almağı barədə Mehribana məlumat vermişdir. Onun ürəyi xəstə olması ilə əlaqədar müalicə alacağından həmin gün pulu Mirağaya vermiş və saxlamasını bildirmişdir. Lakin pulu aldıqdan bir gün sonra sənədlə bağlı əlaqə saxladığı şəxs ona zəng edib həmin mansarın sənədləri ilə bağlı dəfələrlə Şəhərsalma İdarəsinə müraciətlər edildiyindən sənədin düzəldilə bilməyəcəyini ona demişdir. Ehtiyacı olduğundan o, həmin pulu öz xəstəliyi üçün xərcləmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs əməllərindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslərə vurduğu maddi ziyanı tam ödədiyini, zərərçəkmiş şəxslərin onunla barışdıqlarını, ona qarşı şikayət və tələblərinin olmadığını göstərmiş, qeyd etdiklərini və xəstə olduğuna görə həbsdə olduğu müddətdə yalnız Müalicə müəssisəsində saxlanıldığını, hazırda da oradan məhkəməyə gətirildiyini, himayəsində azyaşlı uşağı olduğunu nəzərə alaraq, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 2024-cü ilin əvvəlində Sumqayıt şəhəri Novxanı qəsəbəsində yerləşən 10 sot torpaq sahəsində restoran tikməyə başlamışdır. Restoranın birinci mərtəbəsini tiksə də ikinci mərtəbəni tikmək üçün icazə ala bilməmişdir. İcazə almaq üçün atasının dostu Zahir adlı şəxsin vasitəsi ilə 2024-cü ilin fevral ayında Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Onunla mobil telefonla danışan zaman məsələni izah etmiş, Elçin ona icazə məsələsini həll edəcəyini və 10000 manat pul lazım olacağını demişdir. 24 fevral 2024-cü il tarixdə saat 19 radələrində Təqsirləndirilən şəxs ilə Bakı şəhəri Nərimanov rayonu, X3 küçəsi, 82 saylı ünvanda yerləşən “Oskar” restoranında görüşmüşlər. Görüş zamanı Elçinə 10000 manat pul vermişdir. Elçin pulu sayaraq cibinə qoymuş, 10 günə icazə məsələsini həll edəcəyini ona bildirmişdir. Lakin daha sonra Elçin mobil telefonu söndürərək zənglərə cavab verməmişdir. O, aldadıldığını bilərək polisə müraciət etmişdir. 06 avqust 2025-ci il tarixdə məhkəməyə təqdim olunmuş Zərərçəkmiş şəxs1 22 iyul 2025-ci il tarixdə notariat qaydada təstiq edilmiş ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyanın ödənildiyini, təqsirləndirilən şəxslə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını göstərmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 2022-ci ilin sonlarında Şəki şəhəri X6 küçəsi, 2 ünvanında 6 sot torpaq sahəsi almışdır. Həmin torpaq sahəsində icarəyə vermək üçün 03 ədəd “A Frame” ev tikmək qərarına gəlmişdir. 2023-cü ilin dekabr ayında “İnstagram” sosial şəbəkəsində "xxxx" tikinti şirkətinin səhifəsi ilə rastlaşmışdır. Həmin “İnstagram” səhifəsində qeyd olunan mobil nömrə ilə əlaqə saxlamışdır. Həmin şəxs özünü şirkətin direktoru Təqsirləndirilən şəxs olaraq təqdim etmişdir. Mobil telefonda qısa şəkildə ona məlumat vermişdir. Elçin onu ofisə dəvət edərək üzbəüz söhbət etməyi ona təklif etmişdir. O, həmin şirkətin yerləşdiyi ünvan 2 ünvanında “Amara Plaza”da yerləşən ofisdə Təqsirləndirilən şəxs və yanında olan üç nəfər işçisi kimi təqdim etdiyi Mirağa, Nicat və Elnur ilə görüşmüşdür. Orada Şəki şəhərində yerləşən 6 sot torpaq sahəsində 3 ədəd “A Frame” evlər tikdirmək istədiyini Elçinə bildirmişdir. O, hesablama apararaq tam təmirli şəkildə 3 ədəd ev üçün 90000 manat pul verməli olduğunu bildirmişdir. 28 dekabr 2023-cü il tarixdə Elçin, Mirağa, Elnur və Nicatla evlərin tikilməli olduğu Şəki şəhəri X6 küçəsi, 2 ünvanında görüşmüşlər. Onlar həmin yerə baxış keçirmişlər. Həmin gün orada Elçin tikinti işlərinə başlamaq üçün ondan beh istəmiş və o, Şəki şəhəri X6 küçəsi, 2 ünvanında Elçinə 5000 manat beh vermişdir. Elçin onun ofisində müqavilə imzalayacaqlarını və onun tikintiyə başlayacağını, 2 aya evləri ona təhvil verəcəyini bildirmişdir. Səhəri gün, yəni 29 dekabr 2023-cü il tarixdə ünvan 2 ünvanında “Amara Plaza”da yerləşən ofisdə Elçinlə görüşmüşlər. Həmin vaxt Mirağa, Nicat və Elnur da orada olmuşlar. O, onların yanında 30000 manat pulu Elçinə vermişdir. Elçin də pulu Mirağaya vermiş, Mirağa pulu saydıqdan sonra Elçinə vermişdir. Həmin gün orada 22 dekabr 2023-cü il tarixli müqaviləni qarşılıqlı olaraq imzalamışlar, Elçin ona 25 dekabr 2023-cü il tarixli çek vermişdir. 45 gün keçdikdən sonra o, Şəki şəhəri X6 küçəsi, 2 ünvanında heç bir iş görülmədiyini gördükdən sonra Elçinə zəng edib işlərin nə səbəbə başlamamasını soruşmuşdur. Elçin ona vaxt olmadığını, işə başlayacağını bildirmişdir. O, Elçinə narazılıq etdikdən sonra 2024-cü ilin fevral ayının sonlarında evlərin tikintisinə başlamışlar. 05 mart 2024-cü il tarixdə o, evlərin tikildiyi ünvana gedən zaman orada tikinti işlərinin başlandığını, ustaların işlədiyini, Nicatın onlara nəzarət etdiyini görmüşdür. Orada Nicat ona ustalara vermək üçün üzərində pul olmadığını, Elçinin onun 1500 manat pul verməyini dediyini bildirmişdir. O, Elçinə zəng etdikdə Elçin ona Nicata 1500 manat pul verməyini, Bakıya gələn kimi pulu qaytaracağını demişdir. O, tikinti işlərinin getdiyi yer olan Şəki şəhəri, X6 küçəsi, 2 ünvanında Nicata 1500 manat pul vermişdir. Pulu verdikdən 2 gün sonra həmin ünvana gedən zaman orada 9 metr uzunluğu, 6 metr eni olan evlərdən ikisinin bünövrəsinin eni 50 sm, qalınlığı 50 sm olan beton verildiyini və evlərdən birinin üç tərəfdən üç mişar daşı hündürlüyündə tikinti aparıldığını, sonra işlərin dayandırıldığını görmüşdür. O, Elçinə zəng edən zaman mobil zənglərinə cavab verməmişdir. O, Mirağaya zəng etmiş və Badamdar qəsəbəsində Mirağa, Elnur və Nicatla görüşmüşlər. Həmin şəxslər ona Elçinin onların da zənglərinə cavab vermədiyini, Elçini tapıb səhəri gün tikintiyə davam edəcəklərini demişlər. Lakin orada heç bir iş görülməmişdir. 2024-cü ilin mart ayının sonlarında Elçin ona zəng edərək görüşmək istədiyini bildirmiş, Elnurla birlikdə Badamdar qəsəbəsinə gəlmişlər. Orada söhbət zamanı Elçin səhhətində nasazlıq olduğunu və pulu xərclədiyini, iki evə gedəcək qədər taxtalar aldığını və həmin taxtaları ona verməyi təklif etmişdir. O, razılaşmış və materialları Şəki şəhərində tikinti işləri gedən ünvana göndərəcəyini, qalıq pulu isə ayda 5000 manat olmaqla ona qaytaracağını bildirmişdir. Lakin Elçin ona heç bir material verməmiş, heç bir ödəniş etməmiş və zənglərinə cavab verməmişdir. O, aldadıldığını başa düşərək Şəki şəhəri X6 küçəsi, 2 ünvanında özü tikinti işləri aparmağa başlamışdır. Daha sonra Elçinin orada 1200 manat dəyərində işlər gördüyü ona məlum olmuşdur. Hətta evdə işləyən fəhlə və ustaların pulunu kəsdiyini, aldığı tikinti materiallarının 200 manatını ödəmədiyini öyrənmişdir. Halallıq olsun deyə həmin 326 manat pulu onlara ödəmişdir. Elçin ondan 36500 manat pul almış, sonradan müəyyən etmişdir ki, Elçin 3400 manat dəyərində iş görmüşdür, ona görə də qalıq 33100 manat pul ona ödənilməmiş qalan məbləğdir. Həmin məbləği təqsirləndirilən şəxsdən tələb edir. Məhkəmənin sonuncu iclasında Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyanın ödənildiyini, təqsirləndirilən şəxslə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını göstərmiş, bu barədə ərizəsini təqdim etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 10 ilə yaxındır ki, tanıyır. Yaşadığı Bakı şəhəri Nəsimi rayonu, S.Rüstəmov küçəsindəki 7 nömrəli binanın 59 nömrəli mənzili 15 mərtəbəli binanın 15-ci mərtəbəsində yerləşir. Yaşadığı mənzil həmin binanın son mərtəbəsi olduğundan mənzilin üst hissəsinə mansar tikdirmək qərarına gəlmişdir. 2018-ci ildə bununla əlaqədar müvafiq qurumlara müraciət etmiş və sənədlər almışdır. Təqsirləndirilən şəxs tikinti işləri ilə məşğul olduğundan onunla söhbət əsnasında mansar tikdirmək qərarına gəldiyini ona bildirmiş, Elçinə tikinti işləri aparmasını təklif etmişdir. Elçin isə cavabında tanışlarının olduğunu və mansarın tikilməsində köməklik edəcəyini demişdir. O da onunla razılaşdıqdan sonra 2022-ci ilin fevral ayında Elçin mansarı düzəltməkdən ötrü ilkin olaraq tikinti materialları almaq üçün 2100 manat pul lazım olduğunu demişdir. O, yaşadığı ünvan 10 ünvanında Elçinə 2100 manat pulu vermişdir. Elçin ona zəng edərək material almaq üçün əlavə olaraq 8000 manat lazım olduğunu demişdir. O da onunla razılaşdıqdan sonra yenə 2022-ci ilin fevral ayında yaşadığı mənzildə 8000 manat pulu Elçinə vermişdir. 17 mart 2022-ci il tarixdə Elçin yenidən ona zəng edərək material almaq üçün əlavə olaraq 10000 manat da lazım olduğunu demişdir. O, həmin tarixdə yaşadığı mənzildə 10000 manat pulu Elçinə vermişdir. 2022-ci ilin mart ayının sonlarında Elçin yaşadığı binanın qarşısına bəzi tikinti materialları yüklənmiş halda yük avtomobili gətirmişdir. Lakin, qonşular narazılıq etdiyindən və Şəhərsalma İdarəsindən icazə olmadığından tikinti işləri dayandırılmış və o, həmin gün tikinti materilları yüklənmiş avtomobillə materialları geri qaytarmışdır. Elçin ona həmin tikinti materiallarını anbarda saxladığını bildirmişdir. Elçin ona həmin dəmirləri kəsdirdiyindən dəmirləri xammal qiymətinə sata biləcəyini bildirdiyindən o, ona həmin materialları anbarda saxlamasını bildirmişdir. 2024-cü ildə Elçinə zəng edərək mansarın sənədlərinin düzəlməsində 60000 manat lazım olduğunu dedikdə Elçin tanışlarının olduğunu, 30000 manata bu işi düzəldə biləcəyini demişdir. Elçinin dediyi qiymət onun üçün münasib olduğundan Elçinlə razılaşmışdır. Elçin ona zəng edərək 20000 manat lazım olduğunu, sənədlər tam hazır olduqda yerdə qalan 10000 manat pulu verməli olduğunu demişdir. 12 mart 2024-cü il tarixdə ünvan 4 ünvanında yerləşən iş yerində olan zaman Elçin ona zəng edərək özü gələ bilmədiyini, pulu götürmək üçün tanışı Mirağa adlı şəxsi göndərəcəyini demişdir. Mirağa adlı şəxs iş yerinin qarşısında olduğunu demiş, o da Mirağanı iş yerinə dəvət etmiş və iş yerində otaqda olan zaman iş yoldaşı Əhmədov Babəkin yanında 20000 manat pulu və yaşadığı mənzilinin mansarına aid sənədləri Mirağaya vermişdir. 27 mart 2024-cü il tarixdə İordaniyada olan zaman Elçin “WhatsApp” vasitəsi ilə ona zəng edərək sənədlərin düzəldiyini və dövlət rüsümu ödəmək üçün əlavə olaraq 9600 manat pul lazım olduğunu demişdir. O da sürücüsü Fəridə zəng edərək yaşadığı evə getməsini və evdən 9600 manat pulu götürüb Elçinlə görüşüb pulu verməsini demişdir. Fərid sonradan ona zəng edərək Bakı şəhəri Nizami rayonu, Babək prospekti, 103 ünvanında Elçinlə görüşdüyünü və pulu Elçinə verdiyini demişdir. O, yenidən Elçinlə əlaqə saxlayıb 9600 manat pulu aldığını soruşduqda o, Fəriddən 9600 manat pulu aldığını demişdir. Bir müddət sonra Elçinə dəfələrlə zəng edərək işin nə yerdə olduğunu soruşmaq istədikdə o, müxtəlif bəhanlər gətirərək pulu ödəməmiş və daha sonra mobil nömrələrinə cavab verməmişdir. 05 iyun 2024-cü il tarixdə Elçin ona 10000 manat, həmin ödənişdən bir neçə gün sonra yenidən 10000 manat, daha sonra 2000 manat pul ödəmiş, qalıq pulu ödəyəcəyini bildisə də mobil zənglərinə cavab verməmiş və ödəniş etməyi dayandırmışdır. Sonradan Təqsirləndirilən şəxs ona vurulmuş maddi ziyanı tam ödəmişdir, buna görə onunla barışmışdır, ona qarşı şikayət və tələbi yoxdur, bu barədə ərizəsini təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs3 ailə sürücüsü kimi işləyir. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. 27 mart 2024-cü il tarixdə günorta radələrində Mehriban xanım İordaniya Krallığında olduğundan “WhatsApp” ani mesajlaşma vasitəsilə ona zəng edərək yaşadığı ünvan 3 ünvanına getməyini və evdən 9600 manat pul götürərək Elçin adlı şəxsə verməyini bildirmişdir. O, həmin gün Mehriban xanımın yaşadığı ünvana getmiş və Mehriban xanımın kürəkəni Nuri ona 9600 manat pul sayaraq vermişdir. O, pulu götürdükdən sonra Mehriban xanıma zəng edərək məlumat vermiş, Mehriban xanım ona Elçinin işlətdiyi ***-***-**-** mobil nömrəsini göndərmiş, əlaqə saxlamağını və pulu ona çatdırmağını bildirmişdir. O, həmin nömrə ilə əlaqə saxlamış və həmin şəxs özünü ona Elçin olaraq təqdim etmiş və ona Bakı şəhəri Nizami rayonu, Babək prospekti, 103 ünvanında yerləşən “010 cars” adlı “rent a car”ın qarşısına gəlməyini bildirmişdir. O, həmin yerə çatdıqdan sonra mobil nömrə ilə əlaqə saxlamış və orada bir neçə dəqiqə gözlədikdən sonra Elçin oraya gəlmişdir. Elçin ona avtomobilə əyləşməyi təklif etmiş və o, modelini xatırlamadığı avtomobilin ön sərnişin oturacağına əyləşmiş, Elçin isə sürücü oturacağına əyləşmişdir. O, avtomobildə 9600 manat pulu sayaraq Elçinə vermişdir. Elçin həmin pulu cibinə qoymuş, avtomobildən düşdükdən sonra Mehriban xanıma zəng edərək bu barədə məlumat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanında “Amara Plaza”da yerləşən "xxxx" şirkətinin direktoru kimi tanımışdır. X4 tanış etmişdir. O həmin şirkətin həyata keçirəcəyi tikinti işlərində kömək etmiş, aparılacaq tikinti işlərinə nəzarət etmişdir. 2023-cü ilin dekabr ayında Zərərçəkmiş şəxs2 ünvan 2 ünvanında “Amara Plaza”da yerləşən "xxxx" şirkətinin ofisində tanımışdır. Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs Şəki şəhərində 03 ədəd “A Frame” ev tikdirmək istədiyini, həmin evlər tikildikdən sonra əlavə 03 ədəd ev tikdirəcəyini demişdir. Təqsirləndirilən şəxs həmin evlərin tikiləcəyi yerə baxmaq lazım olduğunu bildirmişdir. Elçin, Elnur, Mirağa və o, 2023-cü ilin dekabr ayında Şəki şəhərinə getmişlər. Həmin “A Frame” evin tikiləcəyi ərazidə Zərərçəkmiş şəxs2la görüşmüşlər. O, Elçinə evin tikiləcəyi yerləri göstərmişdir. Orada evin birini 30000 manata olmaqla 3 ədəd ev tikməyi Elçinlə razılaşmışlar. Orada Səlim beh olaraq Elçinə 5000 manat pul vermiş, səhəri gün ünvan 2 ünvanında “Amara Plaza”da yerləşən ofisdə olan zaman Səlim oraya gəlmişdir. Həmin vaxt o, Elçin, Nicat və Elnur ofisdə olmuşlar. Həmin gün Səlim Elçinə 30000 manat pul vermiş, Elçinlə müqavilə imzalamışlar. Elçin həmin evləri 3 ay müddətinə tikərək təhvil verəcəyini bildirmişdir. Şəki şəhərində səhəri gün iş başlanmalı olsa da lakin iş başlamamışdır. Elçin pul olmadığından tikinti işinin başlamadığını ona bildirmişdir. Təxminən 2 ay sonra adını xatırlamadığı bir nəfər usta ofisə çağırılmış və həmin usta ilə birlikdə Şəki şəhərinə getməyi və orada aparılacaq işlərə nəzarət etməyi Elçin ona tapşırmışdır. Onlar Şəki şəhərinə yollanmışlar. Orada təxminən bir həftə tikinti işləri aparılmışdır. 2024-cü ilin mart ayında o, Şəki şəhərində olan zaman ustalara pul verilməli olduğunu Elçinə zəng edərərk bildirmişdir. Elçin Səlimin onların yanlarına gələcəyini və ona pul verəcəyini bildirmişdir. Səlim həmin iş gedən əraziyə gəlmiş, o, Səlimə Elçinin onun ona pul verəcəyini demişdir. Daha sonra Səlim Elçinlə telefonla danışmış, sonra Səlimlə birlikdə onun idarə etdiyi avtomobilə əyləşmiş, Şəki şəhərinin mərkəzində Səlim bankomatdan 1500 manat pul çıxararaq ona vermişdir. O, pulu götürdükdən sonra iş gedən yerə qayıtmışdır. Həmin yerdə tikinti işi aparılan zaman ustalara və tikintinin aparılması üçün istifadə olunan materiallara həmin pulu xərcləmişdir. Orada evlərdən iki ədədinin bünövrəsi tikilmiş, birinin isə üç tərəfdən üç mişar daşı hündürlüyündə tikintisi aparılmışdır. Daha sonra pul göndərilmədiyindən tikinti işləri yarımçıq qalmışdır. O, Bakı şəhərinə qayıtmışdır. Təxminən 15 gün sonra ofisdə işlər dayandığından o, ofisə gəlməyi dayandırmışdır. Bir müddət sonra Elçinlə əlaqə saxlaya bilməmişdir. 2024-cü ilin mart ayında o, Mirağa və Elnur Badamdar qəsəbəsində Səlimlə görüşmüşlər. Orada olan zaman X5 şəhərində iş görmədiyini bildirmişdir. O, ona işçi olduğunu və ona tapşırılan işi gördüyünü demişdir. Daha sonra Səlim ona bir neçə dəfə zəng etsə də o, Səlimə orada işləmədiyini, pulunu Elçindən tələb etməsini bildirmişdir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid2 iştirakının təmin edilməsi mümkün olmadığından onun həmin dövrdə verdiyi ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilmişdir. Şahid sözügedən ifadəsində göstərmişdir ki, o, təxminən bir il olar ki, avtomobil alqı-satqısı ilə məşğul olur. Onun armatur satan tanışları vardır. Onların vasitəsilə lazım olan şəxslərə armatur təşkil etmişdir. Təqsirləndirilən şəxs tikinti işləri ilə məşğul olduğundan təxminən bir il olar ki, tanıyır. Elçin tikinti işləri ilə məşğul olduğundan ona tikinti materialları təşkil etməyi xahiş etmişdir. O, ona müxtəlif tikinti materialları almaqda köməklik etmişdir. xx.xx.2024-cü il tarixdə Elçin ona zəng edərək Zərərçəkmiş şəxs3 adlı tanışının ona pul verəcəyini və narahat olduğu üçün pulu özü götürə bilmədiyini və ondan həmin pulu və bəzi sənədləri ondan götürməyini xahiş etmiş və Zərərçəkmiş şəxs3 ***-***-**-** saylı nömrəsini ona vermişdir. Onun Zərərçəkmiş şəxs3 iş yeri olan ünvan 11 ünvanının qarşısına getməyini və orada Mehribana zəng etməyini demişdir. O da Elçin dediyi ünvana çatdıqdan sonra Zərərçəkmiş şəxs3 zəng edərək Elçinin pul dalınca göndərdiyini və həmin ünvanın qarşısında olduğunu demişdir. Zərərçəkmiş şəxs3 təxminən 5 dəqiqə sonra həmin ünvanın qarşısına çıxaraq onu öz iş otağına dəvət etmişdir. Otaqda olan zaman tanımadığı bir nəfər şəxs də otaqda olmuşdur. Söhbət əsnasında 20000 manat pulu və evə aid olan sənədləri ona vermişdir. Həmin verdiyi pulu və sənədləri Təqsirləndirilən şəxs çatdıracağını demişdir. O da Mehribandan pulu və sənədləri alaraq oradan çıxan zaman Elçinə zəng edərək Zərərçəkmiş şəxs3 pulu və sənədləri aldığını demişdir. Elçin ona Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən “Grand həyat” yaşayış binasının qarşısına gəlməyini demişdir. O da Elçinin dediyi ünvana çatdıqdan sonra Mehribandan aldığı sənədləri və pulu Elçinə vermişdir. Elçin də ona verdiyi pulu sayaraq cibinə qoymuşdur. Sonradan Elçinlə sağollaşaraq getmişdir. Təqsirləndirilən şəxs 2023-cü ilin dekabr ayında Zərərçəkmiş şəxs2 adlı bir nəfər şəxsin Şəki şəhərində 03 ədəd “A Frame” ev tikdirmək istədiyini, həmin evlər tikilən zaman tikinti materialları almaqda ona kömək etməyini bildirmişdir. O, Elçin, Elnur və Nicat birlikdə 2023-cü ilin dekabr ayında Şəki şəhərinə getmişlər. Həmin “A frame” evin tikiləcəyi ərazidə Zərərçəkmiş şəxs2la görüşmüşlər, o, Elçinə evin tikiləcəyi yerləri göstərmişdir. Orada evin birini 30000 manata olmaqla 3 ədəd ev tikməyi Elçinlə razılaşmışlar. Elçin orada müqavilə imzalamağı təklif etsə də Zərərçəkmiş şəxs2 üzərində pul olmadığını bildirmişdir. Orada beh olaraq Elçinə 5000 manat pul vermişdir. Elçin ona həmin əraziyə lazımi materialları gətirməyini bildirmiş, o da onunla razılaşmışdır. Səhəri gün Elçinin təsisçisi və direktoru olduğu ünvan 2 ünvanında “Amara Plaza”da yerləşən ofisdə olan zaman Səlim oraya gəlmiş və həmin vaxt ofisdə o, Elçin, Nicat və Elnur olmuşlar. Həmin gün Səlim 30000 manat pulu Elçinə vermişdir. Elçinlə müqavilə imzalamışlar. Elçin həmin evləri 3 ay müddətinə tikərək təhvil verəcəyini bildirmişdir. Elçin tikinti işləri başlanılması üçün Şəki şəhərində yerləşən əraziyə tikinti materialları göndərməyini bildirdiyindən o, həmin yerə 6000 manat dəyərində tikinti materialları göndərmişdir. Şəki şəhərində evlərdən iki ədədinin bünövrəsinə beton verilmiş, bir ədədinin isə üç mişar daşı hündürlüyündə tikinti işi aparıldıqdan sonra tikinti işləri dayandırılmışdır. Daha sonra Elçinin borcları olduğundan və başqa ərazilərdə tikinti işləri apardığından Zərərçəkmiş şəxs2 aldığı pulları borclarına ödəmişdir. Bir müddət sonra Elçin ofisə gəlmədiyindən onunla əlaqə saxlaya bilməmişdir. 2024-cü ilin mart ayında Səlim ona zəng edərək görüşmək istədiyi bildirmişdir. O, Nicat və X1 qəsəbəsində görüşmüşlər. Orada olan zaman Səlim ona Elçinin Şəki şəhərində iş görmədiyini bildirmişdir. O, ona Elçinlə əlaqə saxlaya bilmədiklərini, əgər onunla əlaqə saxlayacaqları halda işi davam etdirməsini deyəcəklərini bildirmişdir. Daha sonra Elçinlə əlaqə saxlaya bilməmişdir. X2 Məmmədova Nicata 1500 manat pul verməsini deməsini və onun Nicata 1500 manat verdikdən sonra həmin pulu Bakı şəhərində Nicatdan aldığını öyrənmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 36500 manat pul almışdır. Lakin orada az miqdarda iş görmüşdür. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 16 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində toplanmış material üzrə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (İ cild, i.v. 1) - 09 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (İ cild, i.v. 119) - 23 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində toplanmış material üzrə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (İ cild, i.v. 16) - 21 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində istintaqı aparılan ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işinə birləşdirilmiş və sonuncu nömrə altında istintaqı davam etdirilmişdir. (İ cild, i.v. 116-117) - 16 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində istintaqı aparılan ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işinə birləşdirilmiş və sonuncu nömrə altında istintaqı davam etdirilmişdir. (İ cild, i.v. 13-14) - 10 may 2024-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs1 müraciəti əsasında təhqiqatçı tərəfindən hal şahidlərinin iştirakı ilə “Oskar” restoranının qarşısına baxış keçirilmişdir. (İ cild, i.v. 21-22) - 25 may 2024-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, təhqiqatçı tərəfindən Şahid1 və hal şahidlərinin iştirakı ilə “010 Cars” avtomobil salonunun qarşısına baxış keçirilmişdir. (İ cild, i.v. 127-128) - 21 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsindən həmin Məcəllənin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmişdir. (İİ cild, i.v. 20-21) - 03 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona elan edilmiş ittiham dəyişdirilmədən öz qüvvəsində saxlanılmışdır. (İİ cild, i.v. 132-143) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, dövlət ittihamçısını, zərərçəkmiş şəxsləri, təqsirləndirilən şəxsi, müdafiəçisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Təqsirləndirilən şəxs barəsindəki cinayət işinin məhkəmə tədqiqi zamanı işin müəyyən olunmuş faktiki halları ilə tam təsdiq edilmişdir ki, o, dələduzluq cinayətini məhz aldatma və etibardan sui-istifadə etmə yolu ilə törətmişdir, əmlak (pul) sahibi olan zərərçəkmiş şəxslər də öz əmlaklarını (pullarını) onun yalan vədlərinin təsiri altında könüllü surətdə vermişlər, Təqsirləndirilən şəxs niyyəti əmlakları (pulları) ələ keçirərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, zərərçəkmiş şəxslərin pullarının əvəzsiz və qanunsuz olaraq ələ keçirilməsinə yönəlmişdir, hansı ki, nəticə etibarı ilə o, zərərçəkmiş şəxslərə münasibətdə bu məqsəd və niyyətinə çatmışdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə - təkrarən; xeyli miqdarda ziyan vurmaqla törədildikdə - dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi dələduzluq əməli nəticəsində zərərçəkmiş şəxslərə vurduğu maddi ziyanı tam ödəyib zərərçəkmiş şəxslərlə barışıq əldə etsə də, bundan irəli gələrək sonrakı hərəkət qismində cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etməmişdir. Belə olan halda, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 73- 1.2-ci maddəsində müəyyən edilən qaydada cinayət məsuliyyətindən azad edilməsi üçün qanuni əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 30 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (İ cild, i.v. 171) - 01 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqda məhkəməyə təqdimat verilməsinə dair Nizami RPİ-nin istintaq şöbəsinin müstəntiqinin vəsatətinin müdafiə edilməsindən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Nizami rayon prokuroru tətəfindən imtina olunmuş və onun Nizami RPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır. (İ cild, i.v. 207-209) - 01 avqust 2024-cü il tarixli qərardan görünür ki, Nizami RPİ-nin istintaq şöbəsinin müstəntiqi tərəfindən Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək barədə qətimkan tədbiri seçilmişdir. (İ cild i.v. 210-211) - 17 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs axtarışda olan şəxs kimi həmin tarixdə saxlanılmışdır. (İ cild, i.v. 65) - 19 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs haqqında ev dustaqlığı qətimkan tədbiri seçilmiş, ev dustaqlığında saxlanılma müddəti istintaq müddəti həddində, yəni 25 dekabr 2024-cü il tarixədək müəyyən edilməklə, ev dustaqlığında saxlanma müddətinin əvvəli 17 oktyabr 2024-cü il tarixdən hesablanmışdır. (İ cild, i.v. 103-111) - 19 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs axtarışda okan şəxs kimi həmin tarixdə tutulmuşdur. (İİ cild, i.v. 18-19) - 21 oktyabr 2024-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən 02 ay 09 gün müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilməsi nəzərə alınmış və tutmadan azad edilmişdir. (İİ cild, i.v. 50-53) - 25 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək barədə qətimkan tədbiri seçilmişdir. (İİ cild, i.v. 65) - 01 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs axtarışda olan şəxs kimi həmin tarixdə tutulmuşdur. (İİ cild, i.v. 97) - 03 fevral 2025-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddəti istintaq müddəti 02 ay 18 gün müddətinə müəyyən edilməklə, həbsetmənin əvvəli 01 fevral 2025-ci il tarixdən hesablanmışdır. (İİ cild, i.v. 128-129) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 14 iyun 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu haqqında məlumat yoxdur. (İ cild, i.v. 146) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağı olmasını, zərərçəkmiş şəxslərə vurduğu maddi ziyanı ödəməklə onlarla barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin müvafiq olaraq 59.1.4 və 59.1.12-ci maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən 25 iyun 2003-cü il tarixli Qərarında həmçinin göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət əməli törətməsini, cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halın isə olmamasını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq və cəmiyyətdən təcrid edilmədən islah olunmasının mümkün olması qənaətinə gələrək, hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmamaqla barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırkı iş üzrə 30 iyul 2024-cü il tarixdən 01 avqust 2024-cü il tarixədək 02 gün tutulmuş, 17 oktyabr 2024-cü il tarixdən 25 dekabr 2024-cü il tarixədək 02 ay 08 gün tutmada və ev dustaqlığında olmuş, 01 fevral 2025-ci il tarixdən 06 avqust 2025-ci il tarixədək 06 ay 05 gün həbsdə olmuşdur, ona görə həmin 08 ay 15 gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3cü maddəsində müəyyən edilmiş qaydada hesablanaraq, 01 il 05 aya bərabər sayılmaqla təyin olunması nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılıb, təqsirləndirilən şəxsin üzərində qəti müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Bu zaman nəzərə alınmalıdır ki, Təqsirləndirilən şəxs 19 oktyabr 2024-cü il tarixdə ev dustaqlığına buraxıldıqdan sonra digər epizod üzrə barəsində elan edilmiş axtarışla bağlı 19 oktyabr 2024-cü il tarixdə tutulmuş, 21 oktyabr 2024-cü il tarixdə həmin qətimkan tədbiri nəzərə alınaraq azad edilmişdir. Belə olan halda, ev dustaqlığı barədə qətimkan tədbirinin mövcud və qüvvədə olması nəzərə alınmaqla sonuncu iki gün tutulma müddəti təkrarən nəzərə alınmaqla təyin olunacaq cəza müddətindən çıxılmamalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-3.1 və 51-2.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlığın məhdudlaşdırılması növündə cəzasını yaşayış yeri üzrə çəkməli və cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə müvafiq məhkəmə qərarı olmadan hər gün saat 00:00-dan növbəti gün saat 06:00-dək yaşayış yerini, habelə gün ərzində Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli olduğundan, onun barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilib, hökm qanuni qüvvəyə minənədək, başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz olunmalı və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyan ödənilərək barışıq əldə edilmişdir və cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; iş üzrə maddi sübut qismində hər hansı əşya, predmet tanınmamışdır; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza iş üzrə keçirilməmişdir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə qeyd edir ki, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinin həyata keçirilməsi üçün müqavilə əsasında vəkili iştirak etmişdir, ona görə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına əmək haqqı ödənilməsi məsələsinin müzakirəsinə əsaslar yoxdur. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırkı iş üzrə 30 iyul 2024-cü il tarixdən 01 avqust 2024-cü il tarixədək tutulduğu 02 gün, 17 oktyabr 2024-cü il tarixdən 25 dekabr 2024-cü il tarixədək tutmada və ev dustaqlığında olduğu 02 ay 08 gün, 01 fevral 2025-ci il tarixdən 06 avqust 2025-ci il tarixədək həbsdə saxlanıldığı 06 ay 05 gün, cəmi 08 (səkkiz) ay 15 (on beş) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, 01 (bir) il 05 (beş) aya bərabər sayılmaqla təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılıb, üzərində qəti olaraq 01 (bir) il 01 (bir) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə müvafiq məhkəmə qərarı olmadan hər gün saat 00:00dan növbəti gün saat 06:00-dək yaşayış yerini, habelə gün ərzində Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilib, hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz olunsun və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-241/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-241/2025
06.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver