Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-242/2023 05.04.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxx 1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi qaydada işləmiş, məhkumluğu olmayan, Bakı şəhəri, Nizami rayonu, Ə.Kürçaylı küçəsi ev 22, mənzil 7də qeydiyyatda olmaqla yaşamış, 10 dekabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 12 dekabr 2022-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq yaşayış sahəsinə daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 05 dekabr 2022-ci il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Nizami rayonu, Ə.Kürçaylı küçəsi 20 nömrəli evin birinci mərtəbəsində yerləşən 57 nömrəli mənzilinin arxa tərəfdəki plastik materialdan olan qapısını əli ilə mexaniki təsir edib açıb qanunsuz olaraq yaşayış sahəsinə daxil olub mənzilin qonaq otağında termonun siyirməsində olan Zərərçəkmiş şəxs məxsus 1500 manat nağd pulu, ümumi dəyəri 1000 manat olan 04 ədəd saatı və dəyəri 350 manat olan 01 ədəd “Samsung” markalı mobil telefonu, mənzilin mətbəxində asılmış vəziyyətdə olan 30 manat dəyərində 01 ədəd üzərində “Antony Rossi” yazıları olan, L ölçülü, qara rəngli, qollu köynəyi, mənzilin eyvanında olan ümumi dəyəri 20 manat olan 02 ədəd açılıb-bağlanan alüminium çarpayını, 25 manat dəyərində 01 ədəd “HP” markalı printeri, ümumi dəyəri 15 manat olan 03 ədəd saatı və 20 manat dəyərində alüminium çərçivələri gizli olaraq talayıb Zərərçəkmiş şəxs 2960 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, 05 dekabr 2022-ci il tarixdə saat 23 radələrində Bakı şəhəri, Nizami rayonu, Ə.Kürçaylı küçəsi 20 nömrəli evin birinci mərtəbəsinin həyət tərəfdə olan hissəsindən, bayırdan iki ədəd alüminium materialdan olan işlənmiş açılıb-bağlanan çarpayı, iki ədəd sellofan götürüb özü ilə aparmışdır. Həmin sellofanların birinin içində markası yadında qalmayan işlənmiş bir ədəd printer və üç ədəd qolbağı olmayan saat, digərində isə plastik pəncərələrin nəfəslikləri üçün nəzərdə tutulmuş həşəratların mənzilə daxil olmasının qarşısını alan setkanın alüminium materialdan olan qatlanmış çərçivəsi olmuşdur. Həmin əşyaları ucuz qiymətə tanımadığı şəxsə sataraq pulunu şəxsi ehtiyaclarına xərcləmişdir. O, həmin açıq həyətdən binanın birinci mərtəbəsindəki mənzilə daxil olmamış, oradan pul, mobil telefon və ya digər əşya oğurlamamışdır. Ola bilsin ki, mənzilin qapısı açıq olmuş, ondan əvvəl və ya sonra kimsə mənzilə daxil olaraq oradan oğurluq etmişdir. Saxlanc yerinə, mənzilə daxil olmadığına görə özünü Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilir, hesab edir ki, ona həmin maddə ilə cəza təyin olunmalıdır. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə məhkəmə baxışında verdiyi cari ifadənin müvafiq hissəsi arasında əhəmiyyətli ziddiyyət olduğundan, Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən onun 12 dekabr 2022-ci il tarixdə müdafiəçisinin iştirakı ilə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi aidiyyəti hissədə elan edilmişdir. Təqsirləndirilən şəxs sözügedən ifadəsində ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, 05 dekabr 2022-ci il tarixdə saat 23 radələrində yaşadığı ünvanın yaxınlığında yerləşən “Rahat” marketə alış-veriş üçün getdiyi zaman yaxınlıqda olan Ə.Kürçaylı küçəsi 20 nömrəli evin 57 nömrəli mənzilinin binanın arxa tərəfinə olan həyətyanı sahəsinin dəmir barmaqlıqlardan ibarət qapısının açıq olduğunu və həyətyanı sahədə hər hansı bir şəxs olmadığını, mənzildə isə işıq yandığını görüb həmin həyətə daxil olmuşdur. Ətrafa baxıb kənar şəxsin olmadığına bir daha əmin olduqdan sonra orada yerləşən eyvana doğru hərəkət etmişdir. Betondan olan üç pilləli pilləkanla həmin eyvana qalxdıqda orada iki ədəd alüminium materialdan olan işlənmiş açılıb-bağlanan çarpayının, iki ədəd sellofanın, həmin sellofanların birinin içində markası hal-hazırda yadında qalmayan işlənmiş printer və 3 ədəd qolbağı olmayan saatın, digərində isə plastik pəncərələrin nəfəslikləri üçün nəzərdə tutulmuş həşəratların mənzilə daxil olmasının qarşısını alan setkanın alüminium materialdan olan qatlanmış çərçivəsinin olduğunu görmüşdür. Bir ədəd qara rəngli köynəyin isə qaz turbasının üstündən yaş vəziyyətdə asıldığını görmüşdür. Mənzilin plastik materialdan olan qapısının açıq olduğunu görüb oradan mənzilin içinə daxil olmuşdur. Həmin hissədə yerləşən mətbəx mebelinin üzərində bir ədəd hal-hazırda markasını xatırlamadığı telefonun cərəyan mənbəyinə qoşulu olduğunu, həmçinin mebelin bir siyirməsini açdıqda orada hər hansı bir əşyanın olmadığını görüb mənzildə də kənar şəxsin olmadığına tam əmin olduqdan sonra qaz turbasından asılmış köynəyi, eyvanda yerləşən iki ədəd çarpayı və iki ədəd sellofanları götürüb həyətə daxil olduğu yerdən həmin ünvanı tərk etmişdir. Həmin mənzildən ələ keçirdiyi qara rəngli köynəyi bir qədər aralandıqdan sonra soyuq olduğundan öz əyninə geyinmiş, digər ələ keçirdiyi əşyaları isə yaşadığı ünvana aparmışdır. Yaşadığı ünvana həmin əşyaları qoyduqda qardaşı Turab narazılıq etməyə başladığından həmin əşyaları mənzildən binanın dəhlizinə çıxartmışdır. Saat təxminən 04:30 radələrində həmin çarpayı və bir ədəd sellofanda olan çərçivələri götürərək əlvan metal qəbulu yerləri axtarmağa başlamışdır ki, təhvil versin. Q.Qarayev prospektində yerləşən “Ruslan 93” marketinin yaxınlığında yolun kənarında olan zaman əlvan metal qəbul edən arabanı idarə edən bir kişi cinsindən olan şəxsi görüb həmin əşyaların özünə məxsus olduğunu bildirməklə pul qarşılığında təhvil vermək istədiyini bildirmişdir. Həmin şəxs də təhvil verdiyi əşyaları ondan götürməklə çəkisini ölçüb 21 manat pul verə biləcəyini bildirmişdir. O, həmin məbləğlə razılaşmış və pulu həmin şəxsiyyəti ona məlum olmayan şəxsdən götürməklə öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Mənzildən ələ keçirdiyi qara rəngli köynəyi sonradan götürmə protokolu əsasında istintaqa təqdim etmişdir. Təqsirləndirilən şəxs qeyd olunan ifadəsi ilə razılaşmayıb ifadəni oxumadan imzaladığını göstərmiş, hazırda məhkəmə iclasında verdiyi ifadəsinin qəbul olunmasını xahiş etmişdir. Məhkəmədə son sözündə isə Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu nəzərə alıb, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, ünvan 1 ünvanında yaşayır. Nərimanov rayonunda yerləşən “SS” restoranında administrator vəzifəsində işləyir, iş rejimi saat 17 radələrindən 02 radələrinədək olmaqla hər gün də həmin qaydada iş qrafiki davam edir. 05 dekabr 2022-ci il tarixdə saat 13 radələrində yaşadığı mənzilin giriş qapısını qıfılla bağlayaraq getmişdir. 06 dekabr 2022-ci il tarixdə işdən çıxaraq saat 05:50 radələrində yaşadığı ünvana qayıdıb mənzilin ümumi giriş qapısını qıfılla açıb mənzilə daxil olduqda mənzilin dağınıq vəziyyətdə olduğunu görmüşdür. Dərhal qonaq otağında termonun birinci siyirməsinə baxdıqda orada olan özünə məxsus 1500 manat 50 və 100 manatlıq əskinaslardan ibarət pul vəsaitinin, hər birinin dəyəri 250 manat olan 4 ədəd markasını xatırlamadığı qol saatının, dəyəri 350 manat olan istifadə etmədiyi və üzərində hər hansı bir mobil nömrə olmayan, həmçinin İmei kodu ona məlum olmayan “Samsung” markalı mobil telefonun oğurlandığını görmüş, mənzilindən oğurluq olduğunu başa düşərək DİN-nin “102” xidmətinə zəng edib bu barədə məlumat vermişdir. Bundan sonra yaşadığı ünvana polis əməkdaşları yaxınlaşaraq protokol tərtib etmişlər, eyni zamanda o, hadisə ilə bağlı ərizə ilə də müraciət etmişdir. Həmin vaxt həyətyanı sahəyə tərəf olan eyvana açılan plastik materialdan olan qapının da açıq olduğunu görüb mənzilə daxil olan şəxsin həmin qapıdan daxil olduğunu müəyyən etmişdir. Həmçinin mətbəxdə asılmış vəziyyətdə olan 30 manat dəyərində qara rəngli köynəyi, eyvanda olan ümumi dəyəri 20 manat təşkil edən iki ədəd açılıb-bağlanan alüminium çarpayı, sellofanın içində olan 25 manat dəyərində bir ədəd “HP” markalı printer, ümumi dəyəri 15 manat olan üç ədəd markasını xatırlamadığı saat və digər sellofanın içində olan 20 manat dəyərində alüminium çərçivələr yerində olmamış, onların da oğurlandığını müəyyən etmişdir. Ona dəymiş zərər ümumilikdə 2960 manat məbləğində olmuşdur, oğurlanan əşyalarından yalnız bir ədəd qara rəngli, qollu köynək hadisəni törətmiş Təqsirləndirilən şəxs tərəfindən qaytarılmış, qalan əşyaları geri qaytarılmamış və ya dəyəri, ümumilikdə zərərin əvəzi ona ödənilməmişdir. Ona görə Təqsirləndirilən şəxs şikayətçidir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 09 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs məxsus əmlakların oğurlanması ilə bağlı toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 1) - 06 dekabr 2022-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, müstəntiq tərəfindən Zərərçəkmiş şəxs və hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış keçirilmişdir. Bakı şəhəri, Nizami rayonu, Ə.Kürçaylı küçəsi, 20 nömrəli evin 57 nömrəli mənzilinin qapısının plastik materialdan olan qapısının mexaniki təsirlə açılmaqla mənzilin qonaq otağında termonun siyirməsində olan 1500 manat nağd pulun, ümumi dəyəri 1000 manat olan 4 ədəd saatın və bir ədəd “Samsung” markalı mobil telefonun oğurlanması müəyyən edilmiş, hadisə yerindən 07 ədəd əl-barmaq izi götürülmüşdür. (i.v. 3-7) - 10 dekabr 2022-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, müstəntiq tərəfindən, hal şahidlərinin və müdafiəçinin iştirakı ilə, Təqsirləndirilən şəxs könüllü təqdim etdiyi bir ədəd üzərində “Antony Rossi” yazıları olan, L ölçülü, qara rəngli, qollu köynək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin köynəyi 05 dekabr 2022-ci il tarixdə saat 23 radələrində Bakı şəhəri, Nizami rayonu. Ə.Kürçaylı küçəsi 20 nömrəli evin 57 nömrəli mənzilindən oğurladığını bildirmişdir. (i.v. 31-32) - 11 dekabr 2022-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, müstəntiq tərəfindən, Təqsirləndirilən şəxs oğurluq zamanı ələ keçirdiyi və protokolla ondan götürülmüş bir ədəd qara rəngli, qollu köynək Zərərçəkmiş şəxs tanınmaya təqdim edilmişdir. Zərərçəkmiş şəxs həmin köynəyi rəngindən, quruluşundan, “Antony Rossi” markasından və digər əlamətlərindən yaşadığı mənzildən oğurlanmış köynək olduğunu tanıdığını bildirmişdir. (i.v. 42-43) - 12 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin müdafiəçisinin iştirakı ilə yerində yoxlanılması zamanı o, bir daha istintaq zamanı verdiyi ifadəsini əyani olaraq təsdiq edib 05 dekabr 2022-ci il tarixdə saat 23 radələrində Bakı şəhəri, Nizami rayonu, Ə.Kürçaylı küçəsi 20 nömrəli evin 57 nömrəli mənzilinə mənzilin giriş qapısını əli ilə mexaniki təsir edib açmaqla qanunsuz daxil olaraq oradan iki ədəd alüminium materialdan olan işlənmiş açılıb-bağlanan çarpayı, iki ədəd sellofan, həmin sellofanların birinin içində “HP” markalı işlənmiş printer və 3 ədəd qolbağı olmayan saat, digərində isə plastik pəncərələrin nəfəslikləri üçün nəzərdə tutulmuş həşəratların mənzilə daxil olmasının qarşısını alan setkanın alüminium materialdan olan qatlanmış çərçivəsi və bir ədəd qara rəngli köynəyi oğurladığı yeri göstərmişdir. (i.v. 61-62) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 19 yanvar 2023-cü il tarixli 9/9214 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd üzərində “Antony Rossi” yazıları olan, L ölçülü, qara rəngli, qollu köynəyin istifadədə olması nəzərə alınmaqla hadisə baş verən tarixə, yəni 2022-ci ilin dekabr ayına olan orta bazar qiyməti təxminən 10,00 manat müəyyən olunur. (i.v. 99-101) -Azərbaycan Respublikası DİN-in Kriminalistik Tədqiqatlar İdarəsinin məhkəmə daktiloskopik ekspertizasının 18 fevral 2023-cü il tarixli 23/136R nömrəli rəyinin nəticə hissəsindən görünür ki, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, ünvan 1-də yerləşən Zərərçəkmiş şəxs yaşadığı evdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülərək tədqiqata təqdim edilmiş 07 ədəd kağız parçasının üzərinə yapışdırılmış 07 ədəd şəffaf yapışqanlı lent kəsikləri üzərində olan 02 ədəd əl barmaq və 02 ədəd ovuc izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 01 ədəd ovuc izi xx.xx.1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş vətəndaş Təqsirləndirilən şəxs sol əlinin ovucu ilə eynilik müəyyən edilmişdir. Digər eyniliklər müəyyən edilməmişdir. (i.v. 112-118) - 18 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi elan edilmiş ittiham dəyişdirilmədən saxlanılmış, əməlində Azərbaycan Respublikası CM-nin 157, 180 və 186-cı maddələrinin tərkibi olmadığından həmin faktla bağlı cinayət təqibi üzrə icraatın başlanılması rədd edilmiş, X1 (qardaşı) barəsində Azərbaycan Respublikası CM-nin 177, 194 və 307-ci maddələrinin bütün tərkib əlamətləri üzrə cinayət işinin başlanılması rədd edilmiş, 01 ədəd üzərində “Antony Rossi” yazıları olan, L ölçülü, qara rəngli, qollu köynək və 01 ədəd zərfin içərisində olan şəffaf yapışqanlı lent kəsikləri üzərindəki 01 ədəd ovuc izi sübut əhəmiyyətləri nəzərə alınmaqla cinayət işi üzrə maddi sübut hesab edilmiş, ovuc izi cinayət işinə əlavə edilmiş, köynək isə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Zərərçəkmiş şəxs qəbzlə təhvil verilmişdir. (i.v. 120-125) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il Qərarına əsasən qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi və onun müdafiəçisini dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün qismən etiraf ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin ifadəsi və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə Təqsirləndirilən şəxs ifadəsində göstərilənləri onun məsuliyyətini yüngülləşdirməyə cəhd etməsi kimi qiymətləndirərək nəzərə almır, qeyd edir ki, onun irəli sürdüyü dəlillər məhkəmə tədqiqi zamanı təkzib olunmuşdur, Təqsirləndirilən şəxs qanunsuz olaraq yaşayış sahəsinə daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etməsi və bu zaman zərərçəkmiş şəxsə ümumilikdə 2960 manat məbləğində maddi ziyan vurması işin faktiki müəyyən olunmuş halları ilə tam sübuta yetirilmişdir. Eyni zamanda nəzərə alınmalıdır ki, Təqsirləndirilən şəxs məhkəmədə son sözündə əməlindən peşman olduğunu ifadə edərək ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 177.2.3-cü maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 10 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (i.v. 18) - 12 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddəti 03 ay həddində müəyyən edilmiş, həbsetmənin əvvəli 10 dekabr 2022-ci il tarixdən hesablanmışdır. (i.v. 69-70) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 20 dekabr 2022-ci il tarixli tələbnamədən, hökmün və qərarın surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 20 fevral 2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinib, 1250 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15 may 2009-cu il tarixli qərarı ilə 1250 manat cərimə cəzası 02 il müddətinə islah işləri cəzası ilə əvəz edilmiş; Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 23 fevral 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 127-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 67.1-ci maddəsinə əsasən 01 il 02 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 28 dekabr 2011-ci il tarixli qərarı ilə 03 ay 26 gün vaxtından əvvəl şərti olaraq azad edilmiş; Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 18 sentyabr 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib, 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30 iyun 2016-cı il tarixli qərarı ilə cinayət qanunvericiliyində edilmiş dəyişikliyə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi hökmdən xaric edilmiş, cəzası dəyişdirilmədən saxlanılmış; 13 fevral 2017-ci il tarixdə cəza müddəti qurtardığına görə azad edilmiş; Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 17 fevral 2012-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Amnistiya Qərarının 2.5-ci bəndi tətbiq olunmaqla cəzadan azad edilmiş və üzərindən məhkumluğu götürülmüşdür. (i.v. 84-86, 88-95) Məhkəmə Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinin tələbləri baxımından qeyd edir ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxs hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal qismində Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsində, cəzasını ağırlaşdıran hal qismində həmin Məcəllənin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir. Məhkəmənin qənaətinə görə, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir, ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 10 dekabr 2022-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, 12 dekabr 2022-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmişdir, ona görə məhkəmə Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı 10 dekabr 2022ci il tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olduğundan onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyan tam ödənilməsə də, onun tərəfindən məhkəməyədək icraat və məhkəmə icraatı zamanı qanunla müəyyən edilmiş müddətdə və qaydada mülki iddia verilməmişdir, Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır, belə olan halda, məhkəmə hesab edir ki, göstərilənlərə əsasən ziyanın ödənilməsini tələb etdiyi halda zərərçəkmiş şəxs mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilər, ona bu hüququ izah edilməlidir; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış şəffaf yapışqanlı lent kəsikləri üzərindəki 01 ədəd ovuc izi cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı, maddi sübut qismində tanınmış 01 ədəd qara rəngli, qollu köynəyin məhkəməyədək icraat zamanı sahibinə qaytarılması nəzərə alınmalıdır; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından, vəkilin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 20 iş saatı müddətinə bərabər tutularaq, (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı 10 dekabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut qismində tanınmış Təqsirləndirilən şəxs aid olan, şəffaf yapışqanlı lent kəsikləri üzərindəki 01 ədəd ovuc izi cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın, üzərində “Antony Rossi” yazıları olan, L ölçülü, qara rəngli, qollu 01 ədəd köynəyin məhkəməyədək icraat zamanı Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Məhkəmə məsrəfi hesab olunan 50 manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı 20 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən 120 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə dəymiş ziyanı tələb etdiyi halda, mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilmək hüququ zərərçəkmiş şəxsə izah edilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-242/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-242/2023
05.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver