Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-246/2023 25.05.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi X3, Məhkəmə iclasının katibi: X5, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs: xx.xx.1984-cü ildə Ermənistan Respublikası, Masis rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin cibindən çıxarmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmiş və qanunsuz olaraq satış məsqədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda, narkotik vasitə heroin əldə edərək daşımaqla saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 25 dekabr 2022-ci il tarixdə, saat 15 radələrində ünvan 2 ünvanda yerləşən “Qardaşlar” adlı dönər evinin qarşısında olan masada müştəri qismində əyləşmiş Zərərçəkmiş şəxs əynində olan gödəkcəsinin sağ yan cibinə əlini salıb gödəkçənin cibindən sonuncuya məxsus üzərində hər birinin qiyməti 3 manat olan ümumi 6 manat dəyərində iki ədəd ***- ***-**-** və ***-***-**-** “GSM” nömrələri olan 600 manat dəyərində bir ədəd "Readme Note 11S” markalı mobil telefonunu çıxararaq gizli olaraq talayıb Zərərçəkmiş şəxs qızma ümumilikdə 606 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, 28 dekabr 2022-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsi ərazisindən istintaqa məlum olmayan şəxsdən qanunsuz olaraq satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 1.218 qram olan narkotik vasitə heroin əldə edib üzərində saxlamaqla daşımış, 29 dekabr 2022-ci il tarixdə, saat 19:20 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospektində Nizami RPİ-nin 24-cü PŞ-nin əməkdaşları tərəfindən Zərərçəkmiş şəxs qızma məxsus mobil telefonunu oğurlamaqda şübhəli şəxs qismində saxlanılaraq ünvan 3 ünvanında yerləşən Nizami RPİnin 24-cü PŞ-nin inzibati binasına gətirilmiş və orada xidməti otaqda üzərinə şəxsi axtarış keçirilərkən əynində olan tünd göy rəngli cins şalvarın arxa sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə ümumi təmiz çəkisi 1.218 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, qazanc əldə etmək üçün Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində yerləşən əhalinin sıx toplaşdığı “Xalqlar Dostluğu” adlanan metrostansiyanın yaxınlığına gəlmiş, saat təxminən 15 radələrində bir nəfər qara rəngli gödəkcə geymiş sarı saçlı qadının əlində olan mobil telefonunu gödəkcəsinin sağ yan cibinə qoymasını görmüşdür. Qadının cibinə qoymuş olduğu telefonu oğurlamaq məqsədi ilə qadının arxasına düşmüş, qadın dönər evinə daxil olub yemək üçün nəsə alaraq dönər evinin qarşısında quraşdırılmış masaya əyləşmiş, o da dönər evinə daxil olaraq oradan özü üçün yemək alaraq qadının əyləşdiyi masanın sağ tərəfinə keçib orada dayanmışdır. Sol əlini qadının geymiş olduğu gödəkcənin sağ yan cibinə salaraq qadının telefonunu götürmüş və dərhal iti addımlarla oradan uzaqlaşmışdır. Götürmüş olduğu telefonun üzərində olan simkartı qırıb ataraq xx.xx.2022-ci il tarixdə saat təxminən 14 radələrində Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən 28 may metrostansiyası yaxınlığında olan telefon mağazalarının qarşısında üzdən tanımadığı şəxsə 100 manat pul müqabilində satmış və əldə etmiş olduğu pulu şəxsi ehtiyacları ödəmək üçün istifadə etmişdir. xx.xx.2022-ci il tarixdə saat təxminən 19 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti 20 yanvar metrostansiyası yaxınlığında polis əməkdaşları tərəfindən cibgirlik əməlinə görə şübhəli şəxs qismində saxlanılaraq Nizami RPİ-nin 24-cü polis şöbəsinə gətirilmişdir. X14 gedərkən üzərində narkotik vasitə olmamış, hər hansısa narkotik vasitə daşımamışdır. Polis şöbəsində aşkar olunmuş narkotik vasitə ona məxsus olmamışdır. Həmin epizod üzrə özünü təqsirli bilmədiyini qeyd edərək, hazırda törətdiyi oğurluq əməlindən səmimi peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə, saat təxminən 15 radələrində “Qardaşlar” adlanan dönər evinə yaxınlaşmış, dönər evindən 05 ədəd peraşki alıb dönər evinin qarşısına quraşdırılmış olan masada əyləşərək almış olduğu peraşkiləri yemişdir. O, yemək yeyərkən onun sağında masada tanımadığı 1-2 nəfər şəxs də ayaq üstə dayanaraq peraşki yemiş, daha sonra həmin şəxslər oradan uzaqlaşmışlar. Yeməyi bitirdikdən sonra əlini gödəkcəsinin cibinə atan zaman orada əvvəlcədən qoymuş olduğu mobil telefonunun olmadığını aşkar etmiş və ona məlum olmuşdur ki, yan masada yemək yeyən şəxslərdən hansısa onun telefonunu oğurlamışdır. Bundan sonra yaşadığı evə gələrək polisə bu barədə məlumat vermişdir. Oğurlanmış mobil telefonunu 600 manata almış, mobil telefonunda isə hər birinin qiyməti 03 manat olan 02 ədəd simkart işlətmişdir. Oğurluq nəticəsində ona ümumilikdə 606 manat maddi ziyan dəymişdir. Hazırda ona dəymiş ziyan tam şəkildə ödənilmişdir, təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 24cü PŞ-nin baş əməliyyat müvəkkili Şahid ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs Bakı Şəhər Nizami RPİ-nin 24-cü PŞ-nə müraciət edərək həmin tarixdə saat 15 radələrində ünvan 2 ünvanda yerləşən “Qardaşlar” adlı dönər evinin qarşısında olan zaman əynində olan gödəkçəsinin cibindən özünə məxsus "Readme Note 11S” markalı mobil telefonu naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanması nəticəsində ona 600 manat məbləğində maddi ziyan dəydiyini bildirmiş, bununla bağlı şöbə rəhbərliyinin göstərişinə əsasən Zərərçəkmiş şəxs mobil telefonunu oğurlayan şəxs və ya şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb olunması istiqamətində tərəflərindən əməliyyat-axtarış tədbirlərini keçirilməyə başlamış, ondan və Bakı Şəhər Nizami RPİ-nin 24-cü PŞ-nin CA üzrə əməliyyat müvəkkili polis leytenantı X4 ibarət əməliyyat qrupu yaradılmış və əməliyyat-axtarış tədbirləri keçirməyə başlamışlar. Keçirdikləri əməliyyataxtarış tədbirləri nəticəsində mobil telefonu oğurlayan şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmiş və həmin şəxsə 29 dekabr 2022-ci il tarixdə, saat 19:20 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospektində yaxınlaşaraq özlərini təqdim edib Zərərçəkmiş şəxs məxsus mobil telefonun oğurlamasında şübhəli olduğunu bildirib onu Bakı Şəhər Nizami RPİ-nin 24-cü PŞ-nə dəvət etmişlər. Həmin şəxs qaçmağa cəhd edərkən onu saxlamışlar və həmin şəxs onlara üzərində narkotik vasitə olduğu üçün qaçmaq istədiyini bildirmişdir. Sonra həmin şəxs onlarla birlikdə Bakı şəhəri Nizami RPİnin 24-cü PŞ-nə gəlmiş, şöbədə Təqsirləndirilən şəxs etiraf edərək bildirmişdir ki, 25 dekabr 2022-ci il tarixdə saat 15 radələrində ünvan 2 ünvanda yerləşən “Qardaşlar” adlı dönər evinin qarşısında Zərərçəkmiş şəxs əynində olan gödəkçəsinin cibindən bir ədəd “Redme Note 11S” markalı mobil telefonu oğurlamış və Bakı şəhəri, 28 May metrosu yaxınlğında tanımadığı şəxsə 100 manata sataraq əldə etdiyi pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, sonra Nizami RPİ-nin 24-cü PŞ-nin CA üzrə əməliyyat müvəkkili, polis leytenatı X7 və Nizami RPİ-nin 24-cü PŞ-nin baş təhqiqatçısı polis mayoru X2 iştirakı ilə video çəkiliş vasitəsi ilə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmağa başlanmazdan əvvəl ona hüquq və vəzifələri, həmçinin vəkildən istifadə etmək hüququ izah edilərək vəkillərin siyahısı təqdim edilmiş və üstündə hər hansı qeyri-qanuni nə varsa təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarının arxa sağ cibindən bir ədəd şəffaf rəngli sellofan bükümü çıxararaq təqdim etmiş, bükümün içərisinə baxdıqda içərisində qəhvəyi rəngli toz şəkilli maddənin olduğu müşahidə olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bükümün içərisində olan narkotik vasitənin heroin olduğunu, təxminən 5 il olar ki, narkotik vasitə qəbul etdiyini, heroini 28 dekabr 2022-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsində tanımadığı şəxsdən 40 manata alıb əynində olan tünd göy rəngli cins şalvarının arxa sağ cibinə qoyaraq öz istifadəsi üçün saxladığını və özü istifadə etmək üçün aldığını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd şəffaf rəngli sellofan bükümdəki kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan, bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək götürülmüşdür Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı Şəhər Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin əməliyyat müvəkkili, polis leytenantı X9 Şahid ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhər Nizami RPİ-nin 24cü PŞ-nin baş təhqiqatçısı X6 ifadəsində göstərmişdir ki, 29 dekabr 2022-ci il tarixdə, saat 19 radələrində şöbədə işdə olan zaman Bakı Şəhər Nizami RPİ-nin 24-cü PŞ-nin CA üzrə baş əməliyyat müvəkkili polis mayoru Şahid və əməliyyat müvəkkili polis leytenantı X9 şöbəyə bir nəfər şəxsi gətirərək növbətçi hissəyə təhvil vermiş, şöbədə həmin şəxsin şəxsiyyəti müəyyən olunmuş, Təqsirləndirilən şəxs etiraf edərək bildirmişdir ki, 25 dekabr 2022-ci il tarixdə saat 15 radələrində ünvan 2 ünvanda yerləşən “Qardaşlar” adlı dönər evinin qarşısında Zərərçəkmiş şəxs əynində olan gödəkçəsinin cibindən bir ədəd “Redme Note 11S” markalı mobil telefonu oğurlamış və Bakı şəhəri, 28 May metrosu yaxınlğında tanımadığı şəxsə 100 manata sataraq əldə etdiyi pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. Şöbə rəisinin göstərişinə əsasən həmin şəxsin üzərində şəxsi axtarış və sənədləşmə aparılması üçün təhqiqatçı ayrılmış, bundan sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, daha sonra video çəkiliş vasitəsi ilə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmazdan əvvəl ona hüquq və vəzifələri, həmçinin vəkildən istifadə etmək hüququ izah edilərək vəkillərin siyahısı təqdim edilmiş və üstündə hər hansı qeyri-qanuni və ya qanuni nə varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarının arxa sağ cibindən bir ədəd şəffaf rəngli sellofan bükümü çıxararaq təqdim etmiş, bükümün içərisinə baxdıqda içərisində qəhvəyi rəngli toz şəkilli maddənin olduğu müşahidə olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd şəffaf sellofan bükümün içərisində olan narkotik vasitə heroin olduğunu, təxminən 5 il olar ki, narkoti vasitə qəbul etdiyini, narkotik vasitə olan heroini 28 dekabr 2022-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsində tanımadığı şəxsdən 40 manata alıb əynində olan tünd göy rəngli cins şalvarının arxa sağ cibinə qoyaraq öz istifadəsi üçün saxladığını və heroini özü istifadə etdiyi üçün aldığını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmiş, Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd şəffaf rəngli sellofan bükümdəki kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan, bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı diskə məhkəmədə baxış keçirilərkən ittiham aktında göstərilən cinayət əməlinin törədilməsi təsdiq edilir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2022-ci il tarixli 6/7193 saylı ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs üzərindən götürülmüş bir ədəd bükümdəki təmiz çəkisi – 1,218 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Amblator X1 xx.xx.2023-cü il tarixli 438 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin və şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.5 və 234.1-ci maddləri ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı özünü qismən təqsirli bilməsi barədə verdiyi ifadəyə tənqidi yanaşaraq qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəməyə verdiyi ifadə həqiqətə uyğun deyildir, şahidlərin bir-birinə və işin faktiki hallarına uyğun gələn ifadələri, ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə tam təkzib olunur, ona görə də məhkəmə hesab edir ki, onun bu məzmunda ifadə verməsi özünü müdafiə xarakterli olub cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Bununla da təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 177.2.5 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Hazırkı cinayətə görə cəzanın həddini müəyyən edərkən aşağıdakılar nəzərə alınır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. İş materiallarında olan Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmiş, təqsirləndirilən şəxsə qarşı hər hansısa şikayət və tələbi yoxdur. İşdə olan AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023cü il tarixli arayışına və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(011)-224/2021 nömrəli hökmünə əsasən Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 7(007)-78/2022 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş hissəsi 06 ay müddətinə azaldılmışdır. “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli qərarının 7-ci bəndinə əsasən bu Qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürülmüşdür. Beləliklə, “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli qərarının 4-cü bəndinə əsasən cəzanın çəkilməmiş hissəsinin 06 ay müddətinə azaldıldığı hallarda məhkumluğun götürülməsi nəzərdə tutulmamışdır. Bununla da, Təqsirləndirilən şəxs əvvəlki cinayət əməli üzrə məhkumluğu ödənilməmiş hazırkı cinayəti törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olumuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə təqsirləndirilən şəxsin əməlindən peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəyərək onunla barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ondan şikayətinin olmamasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Yuxarıda qeyd edilən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi müəyyən edilmişdir Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx.xx.2022-ci il tarixdə saat 19:20-də şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, barəsində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(007)- 676/2022 nömrəli qərarı ilə barəsində 3 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Məhkəmə hesab edir ki, maddi sübut kimi saxlanılan narkotik vasitənin qalığı məhv edilməli, şəxsin üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd DVD disk və Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 15 radələrində ünvan 2 ünvanda yerləşən “Qardaşlar” dönər evinin qarşısında masada əyləşmiş Zərərçəkmiş şəxs əynində olan gödəkçəsinin cibindən "Readme Note 11S” markalı mobil telefonun oğurlanmasını əks etdirən görüntülər olan 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 il 06 ay (bir il altı ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay (iki il altı ay) müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 03 il (üç il) müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu andan, yəni xx.xx.2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun. Ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc-cəmi 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Nizami rayon Polis İdarəsində saxlanılan qalıq çəkisi 1,168 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd DVD disk və Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 15 radələrində ünvan 2 ünvanda yerləşən “Qardaşlar” dönər evinin qarşısında masada əyləşmiş Zərərçəkmiş şəxs əynində olan gödəkçəsinin cibindən "Readme Note 11S” markalı mobil telefonun oğurlanmasını əks etdirən görüntülər olan 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 270 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 6 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №1(007)-246/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-246/2023
25.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver