Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-246/2024 13.06.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs - 02 avqust 1987-ci il tarixdə Naxçıvan MR, Şərur rayonu, Düdəngə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi qaydada işləmiş, əvvəllər məhkum olunmamış, Naxçıvan MR, Şərur rayonu, Düdəngə kəndində qeydiyyatda olan, Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsində ünvansız tikilidə yaşamış, 18 dekabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 20 dekabr 2023-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq olaraq narkotik vasitəni və psixotrop maddəni əldə etmiş, saxlamış, daşımış və satmışdır. Belə ki o, istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi ilə qanunsuz olaraq ümumi təmiz çəkisi 0,229 qram olan qəhvəyi rəngli, kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroini və təmiz çəkisi 0,322 qram olan ağ rəngli, kristallik maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, 18 dekabr 2023-cü il tarixdə saat 14 radələrində yaşadığı Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsi nömrəsiz fərdi yaşayış evinin yaxınlığında, tanışı Şahid3 0,229 qram olan qəhvəyi rəngli, kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroini 25 manat pul müqabilində qanunsuz olaraq satmış, 18 dekabr 2023-cü il tarixdə saat 14:30 radələrində Şahid3 Bakı şəhəri Nizami rayon polis idarəsinin narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən ünvan 2 ünvanının qarşısında şübhəli şəxs qismində saxlanılaraq ünvan 3 ünvanında yerləşən Nizami rayon polis idarəsinə gətirilib, orada üzərinə şəxsi axtarış aparılarkən əynində olan tünd qara rəngli cins şalvarının sol yan cibindən 01 ədəd şəffaf sellofan bükümün içərisində, təmiz çəkisi 0,229 qram olan qəhvəyi rəngli, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüş, əməliyyat tədbirlərinin davamı olaraq o, Nizami rayon polis idarəsinin narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən 18 dekabr 2023-cü il tarixdə saat 17 radələrində Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi 3 ünvanının qarşısında şübhəli şəxs qismində saxlanılaraq ünvan 3 ünvanında yerləşən Nizami rayon polis idarəsinə gətirilmiş, orada üzərinə şəxsi axtarış aparılarkən onun əynində olan tünd qara rəngli cins şalvarının sağ yan cibindən təmiz çəkisi 0,322 qram olan ağ rəngli, kristallik maddə, kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin və psixotrop maddə metamfetaminə məxsus izlər olan 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 18 dekabr 2023-cü il tarixdə polislər onu saxlayarkən üzərindən narkotik vasitə çıxmamışdır. Şahid3 onun dostudur və həmin gün Raminə narkotik vasitə vermişdir. Lakin buna görə Ramindən pul almamışdır. O, narkotik vasitə istifadəçisidir, amma onun satıcısı deyildir. Zorla döyüb tərəzini ona vermişlər. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə məhkəmə baxışında verdiyi cari ifadəsi arasında əhəmiyyətli ziddiyyət olduğundan, Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən onun 20 dekabr 2023-cü il tarixdə müdafiəçisinin iştirakı ilə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs sözügedən ifadəsində göstərmişdir ki, özünü elan edilmiş ittiham üzrə təqsirli bilir, o, 5-6 il olar ki, pisxotrop vasitə olan metamfetamin qəbul edir. 18 dekabr 2023-cü il tarixdə saat təxminən 17 radələrində o, ünvan 6 ünvanın qarşısında olan zaman iki nəfər mülki geyində olan şəxs ona yaxınlaşaraq özlərinin polis əməkdaşı olduqlarını təqdim edib, onu Nizami RPİ-nə dəvət etmiş, o da etiraz etməyərək polis əməkdaşları ilə birlikdə Nizami rayon polis idarəsinə getmişdir. Polis idarəsində polis əməkdaşlarının və ona dövlət hesabına təqdim edilmiş müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılaraq onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı polis əməkdaşları ona üzərində qeyri-qanuni hər hansı bir əşya olduğu halda könüllü təqdim etməyini təklif etmişlər, buna görə əynində olan tünd qara rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellefona bükülmüş ağ kristal halında ağ rəngli spesifik iyə malik maddəni təqdim edərək, həmin maddənin psixotrop maddə metamfetamin olduğunu polis əməkdaşlarına bildirmiş və həmin maddəni özünün qəbul etdiyini, həmin maddəni 17 dekabr 2023-cü il tarixdə sosial şəbəkə vasitəsi ilə tanış olduğu, özünü ona İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən, adını bilmədiyi xanımın bank kartı hesabına 30 manat pul göndərdiyini, bundan sonra həmin xanımın ona psixotrop maddə olan metametamini Suraxanı rayonu ərazisində olan bir yerə qoyaraq həmin psixotrop vasitənin şəklini və məkanı çəkərək “WhatsApp” vasitəsi ilə onun mobil telefonuna gödərdiyini, bundan sonra onun həmin psixotrop maddə olan metametamini Suraxanı rayonu ərazisindən götürdüyünü polis əməkdaşlarına bildirmişdir. Bundan sonra onun əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən üzərində “Aosai” sözləri yazılmış üst və alt hissəsi qara rəngli, qıraqları isə gümüşü rəngli olan kiçik ölçülü elektron tərəzi, sol yan cibindən 01 ədəd “Samsung A- 53” markalı mobil telefon və şalvarının arxa sağ cibindən 1 ədəd 20 manatlıq əskinas və 1 ədəd 5 manatlıq əskinas, ümumilkdə 25 manat pul aşkar olunaraq götürülmüşdir. Sorğu zamanı polis əməkdaşları ona Şahid3 tanıyıb-tanımadığını, Raminə narkotik vasitə olan heroini satıb-satmadığını soruşmuşlar, o da polis əməkdaşlarına Ramin adlı şəxsi tanıdığını və həqiqətən də 18 dekabr 2023-cü il tarixdə 25 manat pul müqabilində narkotik vasitə olan heroin satdığını etiraf etmişdir. Bundan sonra onun üzərindən aşkar olunaraq götürülmüş psixotrop maddə olan metamfetamin və kiçik ölçülü elektron tərəzi polis əməkdaşlarının iştirakı ilə qablaşdırılaraq möhürlənmiş, o və polis əməkdaşları protokolu və möhürlənmiş bağlamanı öz imzaları ilə təsdiq etmişlər. Ona özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən xanımla o, sosial şəbəkə vasitəsi ilə tanış olmuş, ona narkotik vasitə lazım olanda həmin xanımın ona verdiyi xarici nömrənin “WhatsApp”ı ilə əlaqə saxlamış və həmin xanıma pul göndərdikdən sonra xanım narkotik vasitəni Bakı şəhərinin müxtəlif yerlərinə atdıraraq şəklini ona göndərmiş, o da həmin narkotik vasitəni əldə etmiş, Raminə 25 manata satdığı heroini və üzərindən aşkar edilmiş metamfetamini eyni vaxt, eyni üsulla eyni şəxsdən 20 manata almışdır. Təqsirləndirilən şəxs ifadəsinin elan olunmasından sonra göstərmişdir ki, o, həmin ifadə ilə razı deyil, istintaq zamanı deyilən yerlərə imza etmişdir. Hazırda məhkəməyə verdiyi ifadəni təstiq edir. Amma ona qarşı yol verilmiş qanunsuz hərəkətlərlə bağlı hər hansı orqana şikayət verməmişdir. Təqsirləndirilən şəxs məhkəmədə son sözlə çıxışında göstərmişdir ki, o, narkotik vasitənin satışı ilə məşğul olmamışdır, ona görə özünü narkotik vasitə istifadəçisi kimi təqsirli bilir. Ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə yüngül cəza təyin olunmasını, himayəsində azyaşlı uşağı olmasını nəzərə almağı məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Nizami RPİ-nin narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkili Şahid1 icraatına Nizami RPİ-nin təhqiqat şöbəsindən, həmin şöbədə araşdırılan material üzrə şübhəli şəxs qismində tutulmuş Şahid3 narkotik vasitəni satmış “Elvin” adlı şəxsin müəyyən edilməsi və saxlanılaraq polis idarəsinə gətirilməsi barədə əməliyyat tapşırığı daxil olmuşdur. Qeyd olunan əməliyyat tapşırığının yerinə yetirilməsi ilə əlaqədar Şahid1lə birlikdə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs 18 dekabr 2023-cü il tarixdə saat 17 radələrində ünvan 6 ünvanın qarşısında saxlanılmış və Nizami RPİ-nin təhqiqat şöbəsinə təhvil verilmişdir. Polis idarəsində məlum olmuşdur ki, həmin şəxs Təqsirləndirilən şəxsdur. Təhqiqatçı tərəfindən, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və üzərinə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış istintaq hərəkəti keçirilmişdir. Həmin vaxt şübhəli şəxsə üzərində qanunla qadağan edilən hər hansı bir əşya olduğu halda təqdim edilməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan tünd qara rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd ağ şəffaf sellofana bükülmüş ağ kristal halında şəffaf rəngli spesifik iyə malik maddəni təqdim edərək, həmin maddənin psixotrop vasitə olan metamfetaminin olduğunu, həmin maddəni özünün qəbul etdiyini, onu 17 dekabr 2023-cü il tarixdə sosial şəbəkə vasitəsi ilə tanış olduğu, özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən adını bilmədiyi qadının kart hesabına 30 manat göndərərək aldığını, həmin qadının sözügedən psixotrop maddəni Suraxanı rayonunun ərazisinə qoyduğunu və həmin yerin fotoşəklini ona “WhatsApp” vasitəsi ilə göndərdiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən “Aosai” markalı, üst və alt hissəsi qara rəngli, kənarları isə gümüşü rəngli kiçik ölçülü elektron tərəzi, sol yan cibindən 01 ədəd “Samsung A-53” markalı mobil telefonu, şalvarının sağ arxa cibindən isə 01 ədəd 20 manatlıq və 01 ədəd 5 manatlıq pul əskinazı aşkar edilərək götürülmüşdir. Şübhəli şəxsin üzərinə şəxsi axtarış davam etdirilmiş və onun üzərindən qanunla qadağan olunan hər hansı əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükülüdəki maddə, üzərindən aşkar edilmiş 01 ədəd tərəzi, 01 ədəd 20 manatlıq və 01 ədəd 5 manatlıq pul əskinasları maddi sübut əhəmiyyəti kəsb etdiyindən, müvafiq ekspertiza təyin edilməsi məqsədi ilə götürülmüş və zərfdə qablaşdırılmış, istintaq hərətəkinin nəticəsi haqqında tərtib edilmiş protokol və zərflər onun və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Şahid2 sualları cavablandırarkən göstərmişdir ki, Təqsirləndirilən şəxs saxlanılıb polis idarəsinə gətirilən vaxt və polis idarəsində onların iştirakı ilə aparılan istintaq hərəkətləri zamanı ona qarşı qanunsuz hərəkətə yol verilməmiş, təzyiq göstərilməmiş, özü əməlini səmimi etiraf etmişdir. Şübhəli şəxsin üzərində şəxsi axtarış müdafiəçisinin iştirakı ilə və videoçəkiliş aparılmaqla keçirilmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkili Şahid1 iştirakı mümkün olmadığından həmin dövrdə verdiyi ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş, onun digər şahidlə eyni məzmunlu ifadə verdiyi müəyyən olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs dost kimi tanıyır, 18 dekabr 2023-cü il tarixdə işlə əlaqədar Elvinə zəng vurmuş, həmin gün saat 14:30 radələrində “Xan Bağı” restoranının qarşısında Nizami rayonu, B.Çobanzadə küçəsində Elvinlə görüşmüşlər. Həmin vaxt onun xahişi ilə Elvin özü istifadə etməsi üçün ona balaca bükümdə heroin vermişdir. O, buna görə Elvinə pul verməmiş, Elvin heroini ona pay vermişdir. Elvin ayrıldıqdan sonra polislər onu tutmuşlar. Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə məhkəmə baxışında verdiyi cari ifadə arasında əhəmiyyətli ziddiyyət olduğundan, Azərbaycan Respublikası CPM-nin 327.1 və 329.1-ci maddələrinə əsasən onun 20 dekabr 2023-cü il verdiyi ifadəsi aidiyyəti hissədə elan edilmişdir. Müstəntiq tərəfindən dindirilərkən o, həmin ifadəsində göstərmişdir ki, ...18 dekabr 2023-cü il tarixdə saat təxminən 14:30 radələrində o, ünvan 8 ünvanın qarşısında olan “Xan Bağı” restoranının qarşısında olan zaman iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq özlərinin polis əməkdaşı kimi təqdim etmiş və onu Nizami RPİnə dəvət etmiş, o da etiraz etməyərək polis əməkdaşları ilə birlikdə Nizami rayon polis idarəsinə getmişdir. Polis idarəsində polis əməkdaşlarının və ona dövlət hesabına təqdim edilmiş müdafiəçinin iştirakı ilə video çəkiliş aparılaraq onun üzərinə baxış keçirilmişdir. Baxış zamanı polis əməkdaşları ona üzərində qeyri-qanuni hər hansı bir əşya olduğu halda təqdim etməyini bildirmiş və buna görə də o, əynində olan tünd qara rəngli cins şalvarının sol yan cibindən 01 ədəd şəffaf sellefona bükülmüş tünd qəhvəyi rəngli spesifik iyə məxsus olan maddəni polis əməkdaşlarına təqdim edib, həmin maddə narkotik vasitə olan heroin olduğunu və özünün istifadəsi üçün tanıdığı Elvin adlı şəxsdən 18 dekabr 2023-cü il tarixdə saat 14 radələrində sonuncunun yaşadığı Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsində yerləşən evinin yaxınlığında 25 manata aldığını bildirmişdir... O, Elvindən 4-5 dəfə narkotik vasitə olan heroin almışdır, Elvin ona narkotik vasitəni həmişə eyni yerdə satmış, əvvəllər Elvindən aldığı narktik vasitərlərdən qalmamış, üzərindən aşkar edilmiş narkotik vasitədən başqa heç yerdə narkotik vasitə saxlamamışdır. O, Elvinlə, ona məxsus olan ***-***-**-** nömrəsi vasitəsi ilə Elvinin isifadəsində olan ***-***- **-** nömrəsinə zəng edərək danışmaqla əlaqə saxlamışdır... Şahid3 ifadəsinin elan olunmasından sonra göstərmişdir ki, o, ibtidai istintaq zamanı verdiyi bu ifadə ilə razıdır, həmin ifadəni təstiq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsində yaşayan Təqsirləndirilən şəxs 10-15 ildir ki, tanıyır, onlar birlikdə makler kimi işləmişlər, iş yerləri “Neftçilər” metrosunun yaxınlığı olmuşdur. O, adətən narkotik vasitə olan marixuana istifadə etmişdir, bəzi hallarda isə el arasında “patı” kimi tanınan metamfetamindən də istifadə etmişdir. O, həm marixuananı, həm də metamfetamini iş yoldaşı Elvindən satın almışdır. Metamfetamini 25 manata, marixuananı isə 7-10 manata almış, onları alan zaman pulunu Elvinin kartına köçürmüşdür. O, Elvindən narkotik vasitələri və psixotrop maddələri dəfələrlə almışdır, amma dəqiq neçə dəfə aldığını xatırlamır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 19 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Şahid3 əməlində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin əlamətləri, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin əlamətləri mövcud olduğu üçün fakta görə həmin maddələrlə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 1-2) - 18 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə Bakı şəhəri Nizami RPİ-nin TŞ-nin təhqiqatçısı tərəfindən NMB-nin əməkdaşlarının və müdafiəçinin iştirakları ilə , videoçəkiliş aparılmaqla, şübhəli şəxs Şahid3 üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılmışdır. İstintaq hərəkəti zamanı müvafiq prosessual hərəkətlər həyata keçirilməklə üzərində narkotik vasitələr, eləcə də cinayət xarakterli digər əşya və predmetlər olduğu halda təqdim etməsi təklif olunduqdan sonra Şahid3 əynində olan tünd qara rəngli cins şalvarının sol yan cibindən 01 ədəd ağ şəffaf sellofana bükülmüş tünd qəhvəyi rəngli maddəni çıxarıb təqdim etmişdir. Sorğu zamanı Şahid3 həmin maddənin narkotik vasitə heroin olduğunu, narkotik vasitəni həmin gün saat 14 radələrində “Xan Bağı” restoranının qarşısında Nizami rayonu, B.Çobanzadə küçəsində yaşayan, əvvəldən tanıdığı “Elvin” adlı şəxsdən 25 manata aldığını bildirmişdir. (i.v. 19-20) - 18 dekabr 2023-cü il və 10 fevral 2024-cü il tarixli protokollardan görünür ki, 18 dekabr 2023-cü il tarixdə Bakı şəhəri Nizami RPİ-nin TŞ-nin təhqiqatçısı tərəfindən NMBnin əməkdaşlarının və müdafiəçinin iştirakları ilə, videoçəkiliş aparılmaqla, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılmışdır. İstintaq hərəkəti zamanı müvafiq prosessual hərəkətlər həyata keçirilməklə üzərində narkotik vasitələr, eləcə də cinayət xarakterli digər əşya və predmetlər olduğu halda təqdim etməsi təklif olunduqdan sonra Təqsirləndirilən şəxs əynində olan tünd qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş ağ kristal halında şəffaf rəngli spesifik iyə malik maddəni təqdim edərək, həmin maddənin psixotrop maddə olan metamfetamin olduğunu, həmin maddəni özü qəbul etdiyini və 17 dekabr 2023-cü il tarixdə sosial şəbəkə vasitəsi ilə tanış olduğu, özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən adını bilmədiyi qadının kart hesabına 30 manat göndərdikdən sonra Suraxanı rayon ərasizində “zakladka” yolu ilə əldə etdiyini bildirmişdir. Bundan başqa şübhəli şəxsin üzərinə şəxsi axtarış keçirilərkən onun əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən üzərində “Aosai” sözləri yaxılmış, üst və alt hissəsi qara rəngli, kənarları isə gümüşü rəngli olan kiçik ölçülü elektron tərəzi, şalvarın sol yan cibindən 01 ədəd “Samsung A53” markalı mobil telefon, şalvarın arxa sağ cibindən 01 ədəd 20 manatlıq, 01 ədəd 5 manatlıq pul əskinasları aşkar olunaraq götürülmüşdir. Şəxsi axtarış davam etdirilərkən şübhəli şəxsin üzərindən başqa qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Aşkar olunmuş içərisində narkotik vasitəyə bənzər maddə olan büküm ekspertizaya təqdim olunması məqsədilə içərisi boş zərfə qoyulub ağzı möhürlənərək götürülmüş, zərfin üzəri bütün iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış və götürmənin nəticələrinə dair protokol tərtib olunmuş, protokol da bütün iştirakçılar tərəfindən imzalanmışdır. Bu zaman hər hansı iştirakçı tərəfindən şikayət, təklif daxil olmamış, protokola qeyd aparılmamışdır. Şəxsi axtarış və götürmə zamanı qeydə alınmış videoçəkilişin görüntüləri əks olunan 01 ədəd diskə 10 fevral 2024-cü il tarixdə şübhəli şəxsin və müdafiəçisinin iştirakları ilə baxış zamanı yuxarıda qeyd olunan halların öz təsdiqini tapdığı müəyyən edilmişdir. (i.v. 45-46, 144) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 19 dekabr 2023-cü il tarixli 3-16- 16/2-6/6467 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №162” dairəvi möhür əksi olan, “Saxlanılan şəxs Şahid3” sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 0,229 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. (i.v. 52-55) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 19 dekabr 2023-cü il tarixli 3-16- 16/2-6/6466 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 162” dairəvi möhür əksi, “Saxlanılan şəxs Təqsirləndirilən şəxs” sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,322 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu itlə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Bir ədəd elektron tərəzidə psixotrop maddə metamfetaminə məxsus izlər vardır. Metamfetamin iz şəklində olduğu üçün çəkisini müəyyən etmək mümkün deyildir. Qeyd: metamfetaminin təmiz çəkisi 0,322 qram olmuş, tədqiqata 0,05 qram sərf olunmuş, 0,272 qram qalıq qalmışdır. (i.v. 57-60) - 20 dekabr 2023-cü il tarixli protokoldan və fotocəsvəldən görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış istintaq hərəkəti aparılarkən götürülmüş 01 ədəd “Samsung Galaxy A53 5G” markalı, SM-A536E/DS modelli, “**********79325” və “**********79324” İMEİ kodlu mobil telefona baxış keçirilmişdir. Baxış keçirmə başlayarkən telefonun ekranına “1919e” kodu daxil edilərək telefona girişin açılması təmin edilmişdir. Telefona baxış keçirilərkən orada müxtəlif proqramların olması aşkar olunmuşdur. SMS bölümünə baxış zamanı istintaq üçün maraq kəsb edən yazışma aşkar edilməmişdir. ***- ***-**-** “Bakcell” mobil nömrəsi ilə qeydiyyatdan keçmiş “Whatsapp Business” ani mesajlaşma proqramına baxış zamanı həmin proqramda şəxsiyyətləri istintaqa məlum olmayan şəxslərin Təqsirləndirilən şəxs ilə narkotik vasitələrin və psixotrop maddələrin alışı və satışı barədə söhbətlərinin olması, Təqsirləndirilən şəxs müxtəlif parol sözlərdən, o cümlədən “kola”, “daş”, “ot” və s. ifadələrdən istifadə edilməklə narkotik vasitələri və psixotrop maddələri istəmələri, bu məqsədlə də Təqsirləndirilən şəxs istifadəsində olan kartına müxtəlif məbləğlərdə pul vəsaitlərinin köçürülməsi müəyyən edilmişdir. Mobil telefonun üzərində 01 ədəd ***-***-**-** “Bakcell” mobil nömrəsi aşkar edilmişdir. Mobil telefonun “Galereya” bölməsinə baxdıqda orada narkotik vasitələrin və psixotrop maddələrin qəbuluna dair fotoşəkillər, “zakladka” yolu ilə onların satılması üçün qoyulduğu yerin fotoşəkilləri, ödənişə görə istifadə olunan bank kartlarının və ödəniş qəbzlərinin fotoşəkillərinin olması müəyyən edilmişdir. (i.v. 88-94) - 20 dekabr 2023-cü il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs götürülərək 01 ədəd zərfdə qablaşdırılmış 01 ədəd 20 manatlıq və 01 ədəd 05 manatlıq pul əskinasları maddi sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanılması üçün Bakı şəhər Baş Polis İdarəsinin X1 depozitə qoyulmuşdur. (i.v. 108) - 06 fevral 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından Şahid3 barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır. (i.v. 139-140) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin Ambulator Məcburi-Narkoloji tibbi yoxlamasının 27 yanvar 2024-cü il tarixli 493 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 142-143) - 13 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan edilmiş ittiham qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.2.2-ci maddələri ilə, Şahid4 barəsində isə Azərbaycan Respublikası CM-nin 234.1 və 234.1-1-ci maddələri ilə cinayət təqibinə başlanılması rədd edilmiş, Azərbaycan Respublikası CM-nin 234-cü maddəsinin “Qeyd” hissəsinin tələblərinə görə cinayət məsuliyyətindən azad edilməmiş, ibtidai istintaq zamanı keçirilmiş istintaq əməliyyat tədbirlərinə baxmayaraq Təqsirləndirilən şəxs psixotrop maddə əldə etdiyi mənbənin müəyyən edilməsi mümkün olmadığından və mənbəyə dair materialın ayrılması hazırki cinayət işinin ibtidai istintaqının tam, hərtərəfli və obyektiv aparılmasına maneə yaratmadığından, naməlum mənbəyə dair materiallar ayrılmış və Nizami RPİ-nə göndərilmiş, Təqsirləndirilən şəxs aşkar edilmiş 0,322 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin, 01 ədəd “Aosia” markalı kiçik ölçülü tərəzinin, 01 ədəd 20 manatlıq və 01 ədəd 5 manatlıq pul əskinasının, maddi sübut kimi tanınması, ekspertizadan sonra qalıq qalmış 0,272 qram metamfetaminin və 01 ədəd “Aosia” markalı kiçik ölçülü tərəzinin maddi sübutların saxlanc kamerasına, 01 ədəd 20 manat və 01 ədəd 5 manat pul əskinasının Bakı şəhər PBİ-nin X2 depozitə təhvil verilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs aşkar edilmiş 01 ədəd “Samsung A53” markalı mobil telefon, 18 dekabr 2023-cü il tarixli şəxsi axtarış və götürməni özündə əks etdirən 01 ədəd CD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. (i.v. 149-158) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. Habelə, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 4-cü 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, ...narkotik vasitənin qanunsuz əldə edilməsi dedikdə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək, qeyd edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş psixotrop maddənin mənbəyinin müəyyən edilməsi faktının araşdırılması məqsədi ilə ibtidai istintaq zamanı material ayrılmışdır və nəticəsindən asılı olaraq hüquqi qiymət veriləcəkdir. Məhkəmə, dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirliliyi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, məhkəmə ekspertizalarının rəyləri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə verilmiş ittiham üzrə özünü təqsirli bilməməsini onun hüququ kimi qəbul edir və bununla bağlı dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Təqsirləndirilən şəxsin və müdafiəçisinin irəli sürdüyü dəlillər məhkəmə tədqiqi zamanı hərtərəfli, tam və obyektiv araşdırılmışdır, müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs verilmiş ittiham qanuni və əsaslıdır. Belə ki, “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndində izah edilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə tədqiqi ilə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs 18 dekabr 2023cü il tarixdə saat 14 radələrində tanışı Şahid3 0,229 qram olan qəhvəyi rəngli, kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroini 25 manat pul müqabilində qanunsuz olaraq satmış, az sonra Şahid3 polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb, üzərinə şəxsi axtarış aparılarkən həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüş, əməliyyat tədbirlərinin davamı olaraq 18 dekabr 2023-cü il tarixdə saat 17 radələrində Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılıb, üzərinə şəxsi axtarış aparılarkən təmiz çəkisi 0,322 qram olan ağ rəngli, kristallik maddə, kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin və psixotrop maddə metamfetaminə məxsus izlər olan 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Qeyd olunan bütün bu faktiki hallar belə qənaətə gəlməyə tam əsas verir ki, Təqsirləndirilən şəxs narkotik vasitəni məhz qanunsuz olaraq, satış məqsədilə əldə etmiş və onu konkret şəxsə satmışdır. Eyni zamanda, Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefonun “Whatsapp” ani mesajlaşma proqramına baxış zamanı həmin proqramda şəxsiyyətləri istintaqa məlum olmayan şəxslərin Təqsirləndirilən şəxs ilə narkotik vasitələrin və psixotrop maddələrin alışı və satışı barədə söhbətlərinin olması, Təqsirləndirilən şəxs müxtəlif parol sözlərdən, o cümlədən “kola”, “daş”, “ot” və s. ifadələrdən istifadə edilməklə narkotik vasitələri və psixotrop maddələri istəmələri, bu məqsədlə də Təqsirləndirilən şəxs istifadəsində olan kartına müxtəlif məbləğlərdə pul vəsaitlərinin köçürülməsi müəyyən edilmişdir. Mobil telefonun “Galereya” bölməsinə baxdıqda orada narkotik vasitələrin və psixotrop maddələrin qəbuluna dair fotoşəkillər, “zakladka” yolu ilə onların satılması üçün qoyulduğu yerin fotoşəkilləri, ödənişə görə istifadə olunan bank kartlarının və ödəniş qəbzlərinin fotoşəkillərinin olması da müəyyən edilmişdir. Hansı ki, bu hallar, ittihamın qanuni və əsaslı olmasını təsdiq edir. Təqsirləndirilən şəxs saxlanılan vaxt üzərində narkotik vasitə və elektron tərəzi olmaması, ona təzyiq göstərilməsi barədə məhkəmə iclasında verdiyi ifadəsinə göstərdiklərinə münasibətdə məhkəmə qeyd edir ki, şəxsi axtarış və götürmə protokolu ilə, şəxsi axtarış zamanı qeydə alınmış videogörüntü ilə və şahid ifadələri ilə həmin dəlillər təkzib olunmuşdur. Nəzərə alınmalıdır ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı ifadələrində özünü təqsirli bilərək işin faktiki halları ilə uyğunluq təşkil edən ifadələr vermiş, eləcə də şəxsi axtarış zamanı müdafiəçinin (həmin müdafiəçi Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulmasında, üzərində şəxsi axtarış aparılmasında, ibtidai istintaq zamanı müvafiq prosessual və istintaq hərəkətlərinin həyata keçirilməsində və hazırda məhkəmədə işə baxılmasında iştirak etmişdir) iştirakı ilə üzərində olan psixotrop maddəni və elektron tərəzini təqdim edib ona məxsus olduğunu etiraf etmiş, psxotrop maddəni hansı qaydada əldə etdiyini izah etmişdir. Hansı ki, bu qeyd olunanlar digər sübutlarla yanaşı, şəxsi axtarış və götürmə zamanı qeydə alınmış videogörüntü ilə öz təsdiqini tapmışdır. Həmin videogörüntünün izlənilməsi zamanı isə Təqsirləndirilən şəxs psixotrop maddəni və elektron tərəzini təqdim edərkən hər hansı tərəddüd etməsi, özünü şübhəli aparması müşahidə edilməmişdir. Müdafiə tərəfinin təqsirləndirilən şəxsin cinayət əməlinin Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilməli olması barədə məhkəmədə göstərdiklərinin hüquqi əsasları yoxdur, hansı ki, məhkəmə əməlin hüquqi tövsifi ilə bağlı gəldiyi nəticəni yuxarıda kifayət qədər əsaslandırmışdır. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad olunan 24 dekabr 2021-ci il tarixli Qərarının 25-bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət veribverməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Məhkəmə, məhkəmə tədqiqi ilə toplanmış sübutları yoxlayıb qiymətləndirərkən belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində polis əməkdaşları tərəfindən ona təzyiq göstərilməsi barədə irəli sürdüyü dəlillər, yuxarıda qeyd olunanlar baxımından əsassız hesab olunmalıdır, öz təsdiqini tapmamışdır. Eyni zamanda Təqsirləndirilən şəxs 18 dekabr 2023-cü il tarixdən hal-hazıradək ötən müddətdə ona qarşı yol verilmiş, hüquq və mənafelərinə toxunduğunu hesab etdiyi hər hansı qanunsuz hərəkətlə bağlı müvafiq orqanlara şikayət verməkdə, araşdırılmasını tələb etməkdə sərbəst olmuş, buna baxmayaraq o, bu hüquq və imkanlardan istifadə etməmişdir. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 234.2-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 18 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (i.v. 42) -Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 20 dekabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddəti 03 ay həddində müəyyən edilmiş, həbsetmənin əvvəli 18 dekabr 2023-cü il tarixdən hesablanmışdır. (i.v. 105-107) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 26 dekabr 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu haqqında məlumat yoxdur. (i.v. 117) “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal qismində Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında himayəsində azyaşlı uşağı olmasını qeyd etsə də, müəyyən edilmişdir ki, 13 dekabr 2015-ci il tarixli uşağın atasının həmin şəxs olması müəyyən edilsə də, uşaq anasının himayəsində olmaqla onun yetkinlik yaşına çatmasınadək aliment tutulması qərara alınmışdır, belə olan halda həmin uşaq Təqsirləndirilən şəxs himayəsində sayılmaqla CM-nin 59.1.4-cü maddəsinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alına bilməz. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir. Məhkəmənin qənaətinə görə, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı 18 dekabr 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələbinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olduğundan, Azərbaycan Respublikası CPM-nin 175.5ci maddəsinin tələbinə uyğun olaraq, onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınaraq Nizami RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilən, ekspertiza tədqiqatından sonra qalıq qalmış psixotrop maddə və elektron tərəzi məhv edilməli, içərisində videogörüntü olan 01 ədəd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı, 01 ədəd “Samsung A53” markalı mobil telefon Təqsirləndirilən şəxs müraciəti əsasında özünə və ya ailə üzvlərinə (səlahiyyətli nümayəndəsinə) qaytarılmalı, şübhəli şəxs Təqsirləndirilən şəxs götürülmüş, onun narkotik vasitənin satışından əldə etdiyi və maddi subut kimi tanınaraq saxlanılması üçün Bakı şəhər BPİ-nin X1 depozitə qoyulmuş 25 manat məbləğində pul dövlət nəfinə müsadirə edilməlidir; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə, Ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından qərar əsasında dövlət hesabına dəvət olunmuş vəkilin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardımla bağlı iştirak etdiyi müddətə görə Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı 18 dekabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Maddi sübut qismində tanınmış, Təqsirləndirilən şəxs aşkar edilərək götürülməklə Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalan 0,272 qram çəkidə psixotrop maddə metamfetamin və 01 ədəd “Aosia” markalı kiçik ölçülü tərəzi məhv edilsinlər, 01 ədəd “Samsung A53” markalı mobil telefon Təqsirləndirilən şəxs müraciəti əsasında özünə və ya ailə üzvlərinə (səlahiyyətli nümayəndəsinə) qaytarılsın, içərisində şəxsi axtarış və götürmə zamanı qeydə alınmış videogörüntü olan 01 ədəd CD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Məhkəməyədək icraat zamanı maddi sübut kimi tanınaraq Bakı şəhər Baş Polis İdarəsinin X1 depozitə qoyulmuş 25 (iyirmi beş) manat məbləğində pul dövlət nəfinə müsadirə edilsin. Məhkəmə məsrəfi olan 65 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı dövründə 35 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən 210 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-246/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-246/2024
13.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver