Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-246/2025 10.06.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi X3, Məhkəmə iclasının katibi: X4, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs: xx xxxx 1982-ci ildə Naxçıvan MR, Şərur rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, işsiz, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsi, 87, Xəzər RPl-nin inzibati binasında qeydiyyatda olmuş və Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, AB yaşayış massivi, nömrəsiz fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin cibindən çıxarmaqla özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə maddi ziyan vuraraq oğurluq etmiş və satış məqsədi olmadan qanunsuz olaraq psıxotrop maddəni xeyli miqdarda əldə edib, saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə 13 noyabr 2024-cü il tarixdə saat 10 radələrində ünvan 1 ünvanda yerləşən 10 nömrəli məktəbin qarşısında Zərərçəkmiş şəxs əynində olan gödəkçənın sol yan cibindən sonuncuya məxsus 01 ədəd 06 manat dəyərində (050) ***-**-** və 01 ədəd 05 manat dəyərində (055) ***-**-** nömrələri ilə işləyən 150 manat dəyərində 01 ədəd "Samsung Galaxy A22” markalı mobil telefonu çıxarmaqla, gizli olaraq talayıb, Zərərçəkmiş şəxs ümumilikdə 161 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 01 ədəd bükümdə təmiz .çəkisi 0,681 qram psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, Zərərçəkmiş şəxs Taır oğluna məxsus olan 01 ədəd “Samsung Galaxy A22” markalı mobil telefonun oğurlamaqda şübhəli bilindiyi üçün Bakı şəhəri Nizami rayon polis idarəsinin 24cü polis şöbəsinin əməkdaşları tərəfindən 26 noyabr 2024-cü il tarixdə saat 15:30 radələrində ünvan 2 ünvanının qarşısında şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri. Nizami rayonu. Qara Qarayev prospekti 81B ünvanında yerləşən Bakı şəhəri, Nizami rayon polis İdarəsinin 24-cü polis şöbəsinə gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,681 qram olan ağ rəngli, kristallik maddə, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 13 noyabr 2024-cü il tarixində, saat 10 radələrində Nizami rayonu ərazisində küçədə bir nəfər şəxsin nar ağacından nar dərdiyini görmüş, o da nar dərmək üçün ağaca yaxınlaşmış, hündürboy olduğundan şəxsdən ona da ağacdan nar dərib verməsini xahiş etmiş, bu zaman şəxs nar ağacının budağından tutub ona nar dərməkdə kömək etmişdir. Daha sonra həmin şəxs oradan uzaqlaşdıqdan sonra yerdə bir ədəd telefon olduğunu görmüş və həmin telefonu pula ehtiyacı olduğu üçün götürmüşdür. Həmin vaxt telefonun sahibi artıq ordan getmişdi. O, həmin telefonu daha sonra 34-35 manata satmış, əldə etdiyi pula isə narkotik vasitə almışdır. Telefonu götürdükdən 5-10 gün sonra polis əməkdaşları tərəfindən saxlanılmış, saxlanılarkən üzərində narkotik vasitə olmuşdur. Belə ki, o, narkotik vasitələrin aludəçisidir, narkomaniya xəstəliyindən əziyyət çəkir, bu səbəbdən daim üzərində istifadə etmək üçün narkotik vasitə saxlayır. O, üzərində aşkar olunmuş narkotik vasitəni Bakı şəhəri, Suraxanı rayonu ərazisindən tanımadığı şəxsdən alaraq istifadə etmək üçün üzərində saxlamışdır. Saxlanılarkən və polis idarəsinə aparılarkən ona qarşı zor və fiziki güc tətbiq edilməmişdir. Beləliklə, o, özünü Cmnin 234.1-ci maddəsi ilə təqsirli bilir, lakin CM-nin 177.2.5-ci maddəsi ilə təqsirli bilmir, çünki onun telefnu oğurlamaq məqsədi olmamış, telefon yerə düşdüyü üçün oradan götürüb uzaqlaşmışdır. Törətdiyi əməldən səmimi peşman olmasını nəzərə alaraq barəsində ədalətli hökm çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 13 noyabr 2024-cü il tarixdə təxminən saat 10 radələrində yaşadığı ünvan 5 ünvanında yerləşən 10 nömrəli tam orta məktəbin yanından ötüb keçən zaman orada olan nar ağacına yaxınlaşmış və nar dərmək istəmiş, həmin vaxt bir nəfər şəxs ona nar ağacından nar dərməkdə köməklik etməyini demiş, o da nar ağacının budağını əyərək ona kömək etmişdir. Həmin vaxt mobil telefonun onun əynindəki gödəkçənin sol yan cibində olmuşdur. Narı dərib, ətrafına baxdıqda artıq həmin şəxsin onun yanında olmadığını görüb evə getməyə başlamışdır. Qısa müddətdən sonra hiss etmişdir ki, mobil telefonu cibində yoxdur. O, mobil telefonu köhnə olduğu üçün əvvəlcə bu barədə şikayət etməməyi düşünmüş, lakin evinə getdikdən sonra bununla bağlı polis orqanlarına müraciət etmək qərarına gəlmiş və Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin “102” xidmətinə zəng edib bu barədə məlumat vermişdir. Suallara cavab olaraq bildirdi ki, telefonun onun cibində olmuşdur. Əgər telefon onun cibindən düşsəydi, onu hiss edərdi. Belə ki, əvvəllər də 1-2 dəfə telefonu cibindən düşmüş, laki o, bunu hiss etmişdir. Hal-hazırda ona dəymiş zərər ödənilməmişdir, lakin telefon köhnə olduğu üçün təqsirləndirlən şəxsdən şikayətçi deyil. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 24cü PŞ-nin CA üzrə baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 ifadəsində göstərmişdir ki, vətəndaş Zərərçəkmiş şəxs 13 noyabr 2024-cü il tarixdə saat 10 radələrində Nizami rayonu, İ.Məmmədov küçəsində olarkən cibindən 01 ədəd mobil telefonun naməlum şəxs tərəfindən oğurlanması barədə müraciəti ilə bağlı əməliyyat tapşırığı əsasında keçirilmiş bir sıra əməliyyat tədbirləri nəticəsində həmin oğurluq hadisəsinin Təqsirləndirilən şəxs tərəfindən törədildiyi müəyyən edilərək 26 noyabr 2024-cü il tarixdə Nizamı RPİ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ilə birlikdə xidmətdə olarkən həmin günü, saat 15:30 radələrində ünvan 6 ünvanında Təqsirləndirilən şəxs mobil telefonu oğurlamaqda və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılaraq Nizami rayon Polis idarəsinin 24-cü Polis şöbəsinə gətirilmişdir. Orada o, şübhəli şəxs qismində tutulub, vəkil dəvət edildikdən sonra vəkilin iştirakı ilə ona hüquq və vəzifələri izah edilərək videoçəkilişlə üzərində şəxsi axtarış və götürmə keçiriləcəyi bildirilmiş, şəxsi axtarış və götürmə keçirilməzdən əvvəl ona qanunla dövriyyəsi, əldə edilməsi, saxlaması və daşıması qadağan edilmiş əşyanın üzərində olduğu halda onları təqdim etməsi təklif edilmiş, bu zaman o, əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Həmin büküm təhqiqatçı tərəfindən açıldıqda bükümdə ağ rəngli kristallik, spesifik iyə malik maddə aşkar edilmişdir. Suallara cavab olaraq Təqsirləndirilən şəxs bu maddənin şüşə kimi tanıdığı narkotik maddə olduğunu, xx.xx.2024-cü il tarixdə Suraxanı rayonunun ərazisində tanımadığı şəxsdən 15 manat pul müqabilində şəxsi istifadəsi üçün aldığını və üzərində saxladığını bildirmişdir.Həmin vaxt vəkil Müdafiəçi şübhəli Təqsirləndirilən şəxs üzərindən aşkar edilən psixotrop maddənin özünə aid olub-olmamasını, polis şöbəsinə gətirilərkən polis əməkdaşları tərəfindən hər hansısa psixi və ya fiziki zorkalığa məruz qalıb-qalmamasını soruşduqda sonuncu bu cür təsirlərə məruz qalmadığını, həmçinin 10 ilə yaxındır ki, istifadəçi olduğunu və üzərindən aşkar edilən içərisində psixotrop maddə metamfetaminin olduğu bükümün özünə məxsus olduğunu və şəxsi istifadəsi üçün əldə etdiyim bildirmişdir. Bütün bunlardan başqa şübhəli Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami RPİ-nin 24-cü Polis şöbəsində izahat verərkən xx.xx.2024-cü il tarixdə saat 10 radələrində Bakı şəhəri, Nizami rayonu, İ.Məmmədov küçəsində olarkən normal vəziyyətdə gəzə bilməyən bir nəfər orta yaşlı kişini görüb həmin kişinin psixi cəhətdən xəstə olmasını düşünüb şəxsə yaxınlaşaraq həmin ərazidə olan nar ağacının budağını tutmasını xahiş edib, ağacdan nar dərmək istədiyini bildirdikdə həmin kişi ağacın budağından tutub onu aşağıya doğru əyib, narı dərərkən başının qarışmasından istifadə edib, əlini kişinin cibinə salaraq cibində olan 01 ədəd mobil telefonu oğurlayıb ərazidən uzaqlaşıb getdiyini, içərisində olan 02 ədəd mobil nömrəni çıxarıb tulladıqdan sonra oğurladığı həmin mobil telefonu bazarda tanımadığı şəxsə satdığını bildirmişdir. O, şəxsən oğurluq hadisəsinin şahidi olmamış, Təqsirləndirilən şəxs şöbədə ifad verərkən bu barədə ətraflı məlumatı olmuşdur. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş şahid Bakı şəhəri Nizami Rayon Polis idarəsinin 24-cü Polis şöbəsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ibtidai istintaqa Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etmişdir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2024-cü il tarixli, 6/5314 saylı ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs üzərindən götürülmüş bir ədəd bükümdəki təmiz çəkisi – 0,681 qram olan ağ rəngli, kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Amblator X1 xx.xx.2024-cü il tarixli, 7502 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxskannabinoidlərin, opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin və şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.5 və 234.1-ci maddləri ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı özünü qismən təqsirli bilməsi barədə verdiyi ifadəyə tənqidi yanaşaraq qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəməyə verdiyi ifadə həqiqətə uyğun deyildir, şahidlərin bir-birinə və işin faktiki hallarına uyğun gələn ifadələri, ekspertiza rəyi və cinayət işinin digər materialları ilə tam təkzib olunur, ona görə də məhkəmə hesab edir ki, onun bu məzmunda ifadə verməsi özünü müdafiə xarakterli olub cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Bununla da təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə əvvəllər dəfələrlə məhkum olunduğundan, hazırda da məhkumluğu ödənilmədən və ya götürülmədən yenidən qəsdən cinayət törətdiyindən və onun hazırki əməli cinayətin residivini yaratdığından CMnin 177.2.5 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Hazırkı cinayətə görə cəzanın həddini müəyyən edərkən aşağıdakılar nəzərə alınır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. İşdə olan AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2025ci il tarixli arayışına əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1; 93.1.4-cü maddələri ilə təqsirləndirilib 02 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2010-cu ildə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2011 -ci il tarixli qərarı ilə 25 gün vaxtından əvvəl şərti azad edilib. Bakı şəhəri Nizamı rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-ın 185.1-ci maddəsi ilə təqsirləndirilib, 01 il 08 ay islah işləri 20% cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası MM-in xx.xx.2016-cı il tarixli Amnstiya qərarına əsasən şöbə qeydiyyatından çıxarılmışdır. Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə 160080238, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 177.1, 234 1-ci maddələri ilə təqsirləndirilib 02 il 04 ay müddətinə azadlıqdan mərhum etmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci ildə Azərbaycan Respublikası Cinayət Məcəlləsindəki dəyişiklik tətbiq olunduğundan 177.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilib. 66.3 maddəsi xaric olub, 234.1-ci maddəsi ilə təyin edilən cəzasını çəkib qurtararaq azad edilib. Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə ********* cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 177.2.3, 234.1,66.2-ci maddələri ilə təqsirləndirilib 03 il azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, narkomaniyadan məcburi müalicə təyin olunmuş, xx.xx.2021-ci ildə cəzasının sonu ilə azad olunub. Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 185.1, 234.1, 66.2-ci maddələri ilə təqsirləndirilib. 01 il 07 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2024-cü il tarixdə cəzası bitib və qeydiyyatdan çıxarılıb, 03 iyun 2024-cü ildə Xətai Rayon Məhkəməsinin qərarı ilə 03 ay 15 gün qalmış vaxtından əvvəl şərti azad edilib. Beləliklə, təqsirləndirilən şəxs əvvəlki cinayət üzrə məhkumluğu ödənilməmiş hazırkı cinayəti törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olumuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş qohumluq məlumatları barədə çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2013-ü il təvəllüdlü X2 adından uşağı vardır. Məhkəmə təqsirləndirilən şəxsin əməlindən peşman olmasını, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, himayəsində 1 azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Yuxarıda qeyd edilən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi müəyyən edilmişdir Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx.xx.2024-cü il tarixdə saat 15:30-da şübhəli şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, barəsində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(007)-335/2024 nömrəli qərarı ilə barəsində 3 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Məhkəmə hesab edir ki, maddi sübut kimi saxlanılan psixotrop maddənin qalığı məhv edilməli, şəxsin üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 il 07 ay (bir il yeddi ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay (iki il altı ay) müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 03 il (üç il) müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu andan, yəni xx.xx.2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc-65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Nizami rayon Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,631 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 165 (bir yüz altmış beş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 6 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №1(007)-246/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-246/2025
10.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver