Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-25/2022 23.02.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxx 1988-ci il tarixdə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Bakı şəhəri, Nərimanov rayonu, C.Zeynalov küçəsi ev 28, mənzil 10-də qeydiyyatda olan, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 18 fevral 2021-ci il tarixli 1(099)- 239/2021 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 181.3.3 və 228.4-cü maddələri ilə təqsirli bilinib, həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 12 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkməsinin əvvəli 25 sentyabr 2020-ci il tarixdən hesablanmış, cəzaçəkməsinin sonu 25 mart 2033-cü il tarixədək olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 1 saylı cəzaçəkmə müəssisəsinin hesabında olub həmin hökm üzrə cəza çəkməklə, hazırkı cinayət işi ilə bağlı Penitensiar Xidmətin 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs cəzaçəkmə müəssisəsində məhkumlara qadağan olunmuş soyuq silah hesab olunmayan işlək hissəsi mismardan ibarət, ucu itilənmiş, deşici xassəyə malik biz formasında olan predmeti əldəqayırma üsulla hazırlayaraq özündə saxlamış, gəzdirmiş, daşımışdır. Belə ki, o, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 1 saylı cəzaçəkmə müəssisəsində cəza çəkərək saxlanıldığı müddətdə “Cəzaçəkmə müəssisələrinin X8” ilə məhkumlara qadağan olunmuş əşya sayılan bir ədəd konstruksiyasına görə soyuq silah hesab olunmayan işlək hissəsi mismardan ibarət, ucu itilənmiş, deşici xassəyə malik biz formasında olan predmeti əldəqayırma üsulla hazırlayaraq özündə saxlamış, gəzdirmiş, daşımış, 04 oktyabr 2021-ci il tarixdə saat 20:15 radələrində 1 saylı cəzaçəkmə müəssisəsinin cərimə təcridxanasının 5 saylı kamerasında olarkən istintaqa məlum olmayın səbəbdən əsəbi vəziyyətdə olduğuna görə həmin predmetdən istifadə edərək qarın nahiyəsindən özü-özünə xəsarət yetirmiş və bunu aşkar edən müəssisənin əməkdaşları tərəfindən Penitensiar Xidmətin Müalicə müəssisəsinə köçürüldükdən sonra orada üzərində əməliyyat keçirilərək xəsarət yetirdiyi həmin alət qarnından cıxardılaraq götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 1 saylı cəzaçəkmə müəssisəsində saxlanıldığı kamerada pəncərənin arxasında olan sim parçasını cıxarmış, ucunu itiləyib dəstəsini öz paltarının hissəsindən hazırlayıb bizə bənzər aləti özündə saxlamışdır. Müəssisədə ona qarşı yol verilən haqsızlıqlara görə 04 oktyabr 2021-ci il tarixdə saat 20:15 radələrində həmin bizə bənzər alətlə qarın nahiyəsindən özü-özünə xəsarət yetirmiş, bununla əlaqədar Müalicə müəssisəsinə köçürülərək orada üzərində əməliyyat keçirilmiş və həmin alət qarnından cıxarılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs ifadəsində daha sonra əməlindən səmimi peşman olduğunu göstərərək, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Penitensiar Xidmətin 1 saylı cəzaçəkmə müəssisəsinin rəisinin növbətçi köməkçisi Şahid1 ifadəsində göstərmişdir ki, 04 oktyabr 2021-ci il tarixdə saat 20:15 radələrində müəssisənin ərazisində yerləşən sanitar qovşağında müəssisənin cərimə təcridxanasının 5 saylı kamerasında olan, özünə xəsarət yetirməyə, intihar etməyə və digər qeyri-qanuni əməllərə meyilli məhkum kimi qeydiyyata götürülərək nəzarətdə saxlanılan məhkum Təqsirləndirilən şəxs “Cəzaçəkmə müəssisələrinin X8” ilə məhkumlara qadağan olunmuş əşya sayılan bir ədəd alətlə qarın nahiyəsindən özü-özünə xəsarət yetirmiş və bununla əlaqədar Müalicə müəssisəsinə köçürülmüş, orada üzərində əməliyyat keçirilərək xəsarət yetirdiyi alət qarnından cıxardılaraq götürülmüşdür. Qadağan edilmiş əşyanın aşkar olunması faktı ilə əlaqədar əməkdaşların, hal şahidlərinin və məhkum Təqsirləndirilən şəxs iştirakı ilə protokol tərtib edilərək deşici alət qablaşdırılmaqla götürülmüş, protokol bütün iştirakçılar tərəfindən imzalanmışır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Penitensiar Xidmətin 1 saylı cəzaçəkmə müəssisəsinin əməkdaşları Şahid2 və Şahid3, Şahid1 ifadəsinə uyğun ifadələr vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Penitensiar Xidmətin Müalicə müəssisəsinin Cərrahiyyə şöbəsinin həkimi X1 ifadəsində göstərmişdir ki, 04 oktyabr 2021-ci il tarixdə 1 saylı cəzaçəkmə müəssisəsindən köçürülmüş, həmin müəssisədə olarkən məhkumlara qadağan olunmuş əşya sayılan bir ədəd alətlə qarın nahiyəsindən özü-özünə xəsarət yetirmiş məhkum Təqsirləndirilən şəxs üzərində əməliyyat keçirilmiş, onun özünə xəsarət yetirdiyi alət qarnından cıxarılaraq götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Penitensiar Xidmətin Müalicə müəssisəsinin əməkdaşları Şahid4 və Şahid5, şahid M.M.Əskərovun ifadəsinə uyğun ifadələr vermişlər. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid7 və Şahid8 iştiraklarının təmin edilməsi mümkün olmadığından, onların həmin dövrdə verdikləri ifadələri məhkəmə iclasında elan olunaraq tədqiq edilmişdir. Şahid X5 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 04 oktyabr 2021ci il tarixdə saat 20:15 radələrində məhkum Təqsirləndirilən şəxs deşici alətdən istifadə edərək qarın nahiyəsindən özü-özünə xəsarət yetirmiş və bununla əlaqədar Müalicə müəssisəsinə köçürülərək orada üzərində əməliyyat keçirilmiş, xəsarət yetirdiyi alət onun qarnından cıxardılaraq götürülmüş, sonradan müəssisənin əməkdaşları tərəfindən, onun, digər hal şahidinin və məhkum Təqsirləndirilən şəxs iştirakı ilə protokol tərtib edilmiş, aşkar edilərək götürülmüş deşici alət zərfə qablaşdırılaraq müvafiq protokola əlavə olunmuşdur. Şahid8 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunarkən onun Şahid7la eyni məzmunlu ifadə verdiyi müəyyən olunmuşdur. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 10 noyabr 2021-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. (i.v. 1-2) -Müalicə müəssisəsinin əməkdaşları tərəfindən hal şahidlərinin iştirakları ilə tərtib olunmuş 06 oktyabr 2021-ci il tarixli aktdan və həmin tarixli protokoldan görünür ki, 04 oktyabr 2021-ci il tarixdə təxminən saat 20:50 radələrində özünə xəsarət yetirərək 1 saylı cəzaçəkmə müəssisəsindən Müalicə müəssisəsinə təcili müşayiətlə “Qarının ön divarının deşilmiş yarası” diaqnozu ilə daxil olmuş məhkum Təqsirləndirilən şəxs müəssisəyə daxil olarkən qarnın ön divarına yeridilmiş şəkildə olan uzunluğu təxminən 20 sm olan kustar üsulla hazırlanmış “biz” cərrahi əməliyyat nəticəsində götürülmüş, hal şahidlərinin və digər iştirakçıların iştirakı ilə zərfə qoyulub qablaşdırılaraq möhürlənmiş, imzalanmışdır. (i.v. 9, 18-19) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Cəzaçəkmə müəssisələrinin X4 təsdiq edilməsi barədə” 29 dekabr 2011-ci il tarixli 7 nömrəli Kollegiya qərarından və onun 11-ci əlavəsinin çıxarışından görünür ki, konstruksiyasına görə soyuq silaha oxşar kəsici və deşici alətlər məhkumlara qadağan olunmuş əşyaların siyahısına aiddir. (i.v. 37-38) - 30 noyabr 2021-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami rayon prokurorluğu tərəfindən Təqsirləndirilən şəxs özünə xəsarət yetirməsi faktına dair araşdırması aparılmış material üzrə hər hansı bir şəxsin əməlində Azərbaycan Respublikası CM-nin 125-ci maddəsinin tərkib əlamətlərinin olmadığı müəyyən edilmiş, ona qarşı hər hansı bir şəxs tərəfindən amansız rəftar etmə, onun ləyaqətini mütəmadi olaraq alçaltma, ona hədə-qorxu gəlmə halları və bu kimi qeyri-insani hərəkətlər olmamışdır. Odur ki, material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. (i.v. 60-61) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-ballistik ekspertizasının 23 noyabr 2021-ci il tarixli 3/1889 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd predmet əldəqayırma üsulu ilə biz formasında hazırlanmış deşici xassəyə malik alətdir, soyuq silahın kriminalistik təsnifatına və konstruksiyasına görə soyuq silah hesab edilmir. (i.v. 64-66) - 13 dekabr 2021-ci il tarixli qərardan görünür ki, aşkar edilərək götürülmüş əldəqayırma üsulu ilə biz formasında hazırlanmış deşici xassəyə malik bir ədəd alət maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. (i.v. 76-77) - 15 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə elan edilmiş ittiham qüvvəsində saxlanılmış, onun Penitensiar Xidmətin Həbsxanasında saxlanılması nəzərə alınaraq, barəsində qətimkan tədbiri seçilməmiş, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 228.4-cü maddəsinin tərkibi olmadığına görə həmin epizod üzrə cinayət təqibinə xitam verilmişdir. (i.v. 84-87) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün səmimi etiraf ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, məhkəmə ekspertizasının rəyi və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 317-2.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsinə əsasən cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi həmin maddədə nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur, altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 1 saylı cəzaçəkmə müəssisəsi tərəfindən verilmiş 07 oktyabr 2021-ci il tarixli xasiyyətnamədən görünür ki, cəzasının əvvəli 25 sentyabr 2020-ci il, cəzasının sonu 25 mart 2033-cü il olan Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə islah yoluna qədəm qoymaq istəməmişdir. (i.v. 10-11) -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş 24 noyabr 2021-ci il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 may 2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.4 və 326.2-ci maddələri ilə təqsirli bilinib, 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş; Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 12 mart 2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş; Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 oktyabr 2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən 06 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş; Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 iyul 2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib, həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən 06 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 23 avqust 2014-cü il tarixdə cəzasının sonu ilə azad edilmiş; Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 24 oktyabr 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.3.2 və 177.3.3-cü maddələri ilə təqsirli bilinib, 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 29 dekabr 2017-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə olan əməli həmin Məcəllənin 177.2.4-cü maddəsinə, Azərbaycan Respublikası CM-nin 177.3.3-cü maddəsi ilə olan əməli həmin Məcəllənin 177.2.2-ci maddəsinə tövsif edilmiş və 05 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, 08 iyun 2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş; Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 18 fevral 2021-ci il tarixli 1(099)-239/2021 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 181.3.3 və 228.4-cü maddələri ilə təqsirli bilinib, həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 12 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkməsinin əvvəli 25 sentyabr 2020-ci il tarixdən hesablanmış; Bakı şəhəri Nizami RPİ-nin istintaq şöbəsi tərəfindən Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə cəlb edildiyi ********* nömrəli cinayət işi 29 mart 2021-ci il tarixdə məhkəməyə göndərilmişdir. (i.v. 29-36, 63) -Bakı şəhəri Nizami rayon prokurorluğunun 22 fevral 2022-ci il tarixli 37xid-22 nömrəli məktubundan görünür ki, Bakı şəhəri Nizami RPİ-nin istintaq şöbəsində X2 1000 manat pul və qızıllarının oğurlanması faktı əsasında Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi üzrə icraat Azərbaycan Respublikası CM-nin 53.1.1-ci maddəsinə əsasən dayandırılmış və həmin cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilməmişdir. -Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli 7(007)- 741/2021 nömrəli qərarından görünür ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 18 fevral 2021-ci il tarixli 1(099)-239/2021 nömrəli hökmü ilə 12 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 1 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs 06 ay müddətinə həbsxanaya keçirilmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 12-ci bəndində göstərilmişdir ki, cinayətlərin residivi, təhlükəli residivi və xüsusi təhlükəli residivini yaradan bir neçə cinayət törətmiş şəxsə cəza təyin edərkən, cinayətin törədildiyi anadək ödənilməmiş və ya götürülməmiş məhkumluqlar nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Qanunvericiliyin istinad olunan tələbləri baxımından məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs Əzizov X7 Ağır Cinayətlər Məhkəməsinin 18 fevral 2021-cı il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı çəkərkən hazırkı cinayət əməlini törətmişdir, ona görə məhkuma hökmlərin məcmusu üzrə cəza təyin edilməlidir. Məhkəmə əlavə olaraq qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 59.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən, həmin Məcəllənin 61.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs kimi yenidən qəsdən cinayət törətsə də, Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunduğundan, residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlərin nəzərə alınmaması ilə bağlı Azərbaycan Respublikası CM-nin 18.4.1-ci maddəsinin tələbinə uyğun olaraq, həmin hal cinayətlərin residivini yaratmır və cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilə bilməz. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilməli olan azadlıqdan məhrum etmə cəzasına Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 18 fevral 2021-ci il tarixli hökmü ilə təyin olunmuş 12 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 11 il 01 ay 02 gün hissəsini qismən birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs qəti müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsindəki qətimkan tədbirinin həlli, cəzaçəkmə müəssisəsinin rejimi və cəzaçəkmə müddətinin əvvəlinin hesablanması məsələləri ilə bağlı qeyd edir ki, məhkəmə təqsirləndirilən şəxsin islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməli olması qənaətinə gəlmişdir, ona görə təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinin tələbinə uyğun olaraq hökmlərin məcmusu qaydasında cəza təyin edilərək cəzaçəkmə müddətinin əvvəli hazırkı hökmün çıxarıldığı 23 fevral 2022-ci il tarixdən hesablanmalıdır. İbtidai istintaq və məhkəmənin hazırlıq iclası zamanı təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə növündə cəza çəkməkdə olması nəzərə alınmaqla barəsində qətimkan tədbiri seçilməmişdir, hazırda da həmin hal nəzərə alınmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxs kimi (cinayətlərin residivi qaydasında) ciddi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkərkən hazırkı cinayət əməlini törətdiyinə görə hökmlərin məcmusu üzrə təyin olunacaq cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməyə davam etməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; aşkar olunaraq götürülmüş və maddi sübut qismində tanınmış əldəqayırma üsulu ilə biz formasında hazırlanmış deşici xassəyə malik bir ədəd alət istifadəyə yararsız olduğundan məhv edilməli; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxsin hüquqları dövlət hesabına təyin edilmiş Bakı şəhəri 22 saylı vəkil bürosunun vəkili X6 tərəfindən müdafiə edilsə də, vəkilin həmin dövrdə təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddətin həcmi və əmək haqqının məbləği barədə müstəntiq tərəfindən arayış tərtib olunmamış, eləcə də vəkil tərəfindən buna dair hesabat arayışı təqdim olunmamışdır. Ona görə məhkəmə hesab edir ki, həmin hissədə hüquqi yardıma görə əmək haqqının ödənilməsi məsələsinin müzakirəsinə əsaslar yoxdur. Məhkəmə icraatı zamanı isə, təqsirləndirilən şəxsin hüquqları dövlət hesabına təyin edilmiş Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən müdafiə edilmişdir. Təqdim edilmiş hesabat arayışını nəzərə alaraq, məhkəmə hesab edir ki, həmin vəkilin cinayət işinin materialları ilə tanış olmaqla birlikdə məhkəmədə təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 20 iş saatı müddətinə bərabər tutulduğundan, (Nazirlər Kabinetinin 03.05.2018-ci il tarixli 202 saylı qərarına əsasən) hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla həmin müdafiəçiyə əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 18 fevral 2021-ci il tarixli 1(099)-239/2021 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 181.3.3 və 228.4-cü maddələri ilə qəti olaraq təyin edilmiş 12 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 11 (on bir) il 01 (bir) ay 02 (iki) gün hissəsini hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 11 (on bir) il 04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 23 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 1 saylı cəzaçəkmə müəssisəsinin hesabında olmaqla, azadlıqdan məhrum etmə növündə cəza çəkməkdə olması, hazırda isə həmin Xidmətin Həbsxanasında cəza çəkməsi nəzərə alınsın. Maddi sübut qismində tanınmış əldəqayırma üsulu ilə biz formasında hazırlanmış deşici xassəyə malik bir ədəd alət məhv edilsin. Məhkəmə məsrəfi hesab olunan 128 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı, iş materialları ilə tanış olmaqla birlikdə, 20 saat göstərdiyi pulsuz hüquqi yardıma görə dəvət olunmuş Müdafiəçi "xxxx" ASC-nin “Qara Qarayev” filialı, kod 200145, VÖEN **********, m/h- AZ37NABZ013501**********1944, SWİFT BİK AİİBAZ2X, hesab - AZ33AİİB********************, VÖEN - ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı vəkil bürosu vasitəsi ilə 120 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-25/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-25/2022
23.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver