Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-251/2020 04.12.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, onun müdafiəçisi-Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxxxx 1973-cü il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Gəncə şəhəri, N.Nərimanov küçəsi ev 44, mənzil 13-də qeydiyyatda olan, X13 İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx xxxxxx 2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 120.2.1, 120.2.4, 120.2.5, 120.2.11, 181.3.1, 181.3.2, 181.3.3, 217.2, 228.1, 228.3, 228.4-cü maddələri ilə təqsirli bilinib Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən qəti olaraq əmlakı müsadirə olunmadan 15 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, cəzaçəkməsinin əvvəli xx xxxxxx 2005-ci il tarixdən hesablanmış, cəzaçəkməsinin sonu xx xxxxxx 2020-ci il tarixədək olan, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarı ilə “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının xx xxxxxxx 2017-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası CMnin 181.3.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair müddəa hökmdən xaric edilmiş, cəzası dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 7 saylı cəzaçəkmə müəssisəsinin hesabında olub həmin hökm üzrə cəza çəkməklə, hazırkı cinayət işi ilə bağlı 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, videokonfrans əlaqə sistemindən istifadə edilməklə, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs cəzaçəkmə müəssisəsində məhkumlara qadağan olunmuş əşyanı özündə saxlamış, gəzdirmiş və daşımışdır. Belə ki, o, xx xxxxxx 2020-ci il tarixdə cəza çəkdiyi Penitensiar Xidmətin 7 saylı cəzaçəkmə müəssisəsindən Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin tibbi göndərişi əsasında qarovulun müşayiəti altında Penitensiar Xidmətin Müalicə müəssisəsinə gətirilərkən, “Cəzaçəkmə müəssisələrinin X7” ilə qadağan olunmuş əşya olan bir ədəd deşici xassəyə malik əldəqayırma üsulu ilə hazırlanmış bizi istintaqa məlum olmayan mənbədən əldə edərək özündə saxlamaqla çantasında gəzdirmiş və həmin tarixdə saat 15:10-da Müalicə müəssisəsinə təhvil verildiyi zaman müəssisənin əməkdaşları tərəfindən üzərinə və əşyalarına axtarış-baxış keçirilərkən ona məxsus çantanın içərisindən daşıdığı həmin biz yorğan üzlüyünə bükülmüş vəziyyətdə aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə saat 15:10-da cəza çəkdiyi 7 saylı cəzaçəkmə müəssisəsindən müayinədən keçmək üçün Müalicə müəssisəsinə gətirilərək təhvil verilən zaman, müəssisənin axtarış-baxış otağında əməkdaşlar tərəfindən üzərinə və ona məxsus çantasına baxış keçirilmiş, baxış zamanı çantanın içərisindən yorğan üzlüyünə bükülmüş, uzunluğu təxminən 15-20 sm olan, tutacaq hissəsi parça ilə bağlanmış, uc hissəsi isə xüsusi yolla hazırlanmış bir ədəd biz aşkarlanaraq götürülmüşdür. Həmin biz müəssisənin əməkdaşları tərəfindən hal şahidlərinin iştirakı ilə qablaşdırılaraq bu barədə protokol tərtib edilmişdir. Həmin vaxt o, əməkdaşlara aşkar olunmuş bizin ona məxsus olmadığını və kimin tərəfindən çantasına qoyulması barədə məlumatı olmadığını bildirmişdir. Belə ki, onun düşmənləri var, hesab edir ki, düşmənləri bu işi təşkil etməyi müəssisə rəisinə sifariş veriblər. Onun hər hansı xəstəliyi olmamış və Müalicə müəssisəsinə getmək istəməmişdir, ora zorla göndərilmişdir. Müəssisədə istehsalat yoxdur, ona görə bizi özü düzəldə bilməzdi. Bizin aşkar olunduğu çanta onun olsa da və biz onun içərisində aşkar olunsa da, çantanı özü ilə aparmaq istəməmişdir. Hesab edir ki, bu işi ona qarşı düzüb-qoşublar. Hər hansı təqsiri, günahı olmadığını nəzərə alaraq barəsində ədalətli qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Penitensiar Xidmətin Müalicə müəssisəsinin Rejim-nəzarət şöbəsinin böyük inspektoru, ədliyyə mayoru Şahid2 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə saat 15:10-da etapla 7 saylı cəzaçəkmə müəssisəsindən Müalicə müəssisəsinə daxil olan məhkum Təqsirləndirilən şəxs üzərinə və şəxsi əşyalarına müəssisənin axtarış-baxış otağında müəssisə əməkdaşları tərəfindən hal şahidlərinin iştirakı ilə baxış keçirilən zaman, məhkuma məxsus çantanın içərisindən yorğan üzlüyünə bükülmüş, uzunluğu təxminən 15 sm olan kustar üsulla hazırlanmış deşici alət hesab olunan bir ədəd biz tərəflərindən aşkar edilərək götürülmüşdür. Məhkum həmin bizin ona məxsus olmadığını və kimin tərəfindən çantasına qoyulduğunu bilmədiyini demişdir. Hal şahidlərinin, əməkdaşların və məhkum Təqsirləndirilən şəxs özünün iştirakları ilə həmin biz zərfə qoyularaq qablaşdırılıb bu barədə protokol tərtib edilmiş, tərəflərindən imzalanmışdır. Məhkəmə iclasında iştirakı mümkün olmadığından Penitensiar Xidmətin Müalicə müəssisəsinin əməkdaşı Şahid1 ibtidai istintaq zamanı şahid qismində verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş, müəyyən edilmişdir ki, o, Şahid2lə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Pentensiar Xidmətin Konvoy taborunun 1-ci konvoy bölüyünün qarovul rəisi, ədliyyə giziri Şahid3 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə xidmətdə olarkən Konvoy taborunun komandiri tərəfindən 7 saylı cəzaçəkmə müəssisəsindən Müalicə müəssisəsinə bir nəfər məhkumun etap olunacağı barədə göstəriş verilmiş, müşayiətin həyata keçirilməsinə dair sifarişdə qarovul rəisi kimi o, təyin olunmuşdur. Qarovul rəisinin köməkçisi gizir X10, mühafizəçilər X8 və X11 təyin olunmuşlar. Həmin gün saat 14:15 radələrində müşayiət dəstəsi xidməti avtomobildə 7 saylı cəzaçəkmə müəssisəsinin giriş hissəsinin mühafizə zolağına daxil olmuş, həmin müəssisə rəisinin növbətçi köməkçisi onları qarşılayaraq ilk öncə etap olunan məhkumun şəxsi işini ona təqdim etmişdir. Şəxsi iş tərəfindən yoxlanıldıqdan sonra müəssisənin mühafizəçiləri məhkum Təqsirləndirilən şəxs onlara təhvil vermişlər. Həmin vaxt məhkumun əlində özünə məxsus bir ədəd çantası olmuşdur. Məhkumun üzərinə natamam baxış keçirdikdən sonra mühafizəçi Nizami Qədimova məhkumun qəbul edilməsi və maşında birinci kameraya yerləşdirilməsi barədə göstəriş vermişdir. Lakin həmin vaxt məhlkumun çantasına baxış keçirilməmişdir. Məhkumu təhvil aldıqdan sonra Müalicə müəssisəsinə yola düşmüşlər. Həmin vaxt xidməti avtomobilin kabinəsinə əyləşmiş, banında isə köməkçi Kamil Quliyev və mühafizəçi Nizami Qədimov olmuş, digər mühafizəçi isə Elman Bəşirov arxalarında qarovulu müşayiət edən xidməti avtomobildə olmuşdur. Birbaşa növlü müşayiətetmə növü olduğundan oradan dayanacaqsız Müalicə müəssisəsinə gedərək tək olan məhkum Təqsirləndirilən şəxs saat 15 radələrində Müalicə müəssisəsinin əməkdaşlarına təhvil vermişlər. Lakin sonradan məhkum Təqsirləndirilən şəxs Müalicə müəssisəsinə qəbul olunakən üzərinə və çantasına axtarış-baxış keçirilərkən çantasında bir ədəd kustar üsulla hazırlanmış biz aşkar edildiyini eşitmişdir. Müşayiətetmə zamanı məhkum Təqsirləndirilən şəxs xidməti avtomobildə 1-ci kameraya yerləşdirilərək kameranın qapısı mühafizəçi tərəfindən qıfıllanmış, məhkumun çantası isə kameradan kənar mühafizəçinin gözü qarşısında olmuş, müşayiətetmə zamanı qarovulun vəzifəsi yalnız məhkumun üzərinə natamam baxış keçirilməsi nəzərdə tutulmuş, məhkumun özü ilə apardığı çanta isə yalnız cəzaçəkmə müəssisəsi tərəfindən yoxlanılıb onlara təhvil verilir, tərəflərindən həmin çantaya baxış keçirilməsi vəzifələrinə aid deyil, həmçinin müşayiətetmə zamanı məhkumun üzərində və ya şəxsi əşyaları arasında qadağan olunmuş əşyanın olması barədə ondan soruşulmuş, lakin məhkum onda qadağan olunmuş əşyanın olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Penitensiar Xidmətin 7 saylı cəzaçəkmə müəssisəsinin rəisinin növbətçi köməkçisi, ədliyyə baş leytenantı Şahid4 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsindən məhkum Təqsirləndirilən şəxs Müalicə müəssisəsində müayinə olunması üçün göndəriş daxil olmuş, bu səbəbdən həmin gün axşam saatlarında cərimə təcridxanasında saxlanılan məhkum Təqsirləndirilən şəxs məlumatlandırmış, onun bununla bağlı heç bir narazılığı olmamışdır. xx xxxxxx 2020-ci il tarixdə məhkum Təqsirləndirilən şəxs Müalicə müəssisəsinə göndərilməsi ilə bağlı saat 14 radələrində Konvoy taborunun qarovul dəstəsi gəlmiş və həmin məhkum onun və nəzarətçi Şahid5 tərəfindən cərimə təcridxanasından çıxarılaraq müəssisənin axtarış-baxış otağına gətirilmiş, həmin otaqda nəzarətçi Şahid5lə birlikdə məhkum Təqsirləndirilən şəxs üzərinə tam axtarış-baxış keçirilmiş, daha sonra axtarış-baxış otağından konvoy taborunun qarovuluna təhvil verilməyə aparılarkən məhkum Təqsirləndirilən şəxs məxsus qara rəngli çanta təsərrüfat üzrə işlərə cəlb olunmuş və məhkumların şəxsi əşyalarının saxlanıldığı əşya anbarına təhkim olunmuş məhkum Şahid6 tərəfindən gətirilmişdir. Həmin gün nəzarətçi Şahid5lə birlikdə əlavə 3-4 etap həyata keçirdiklərindən yorğun olmuş, bu səbəbdən məhkum Təqsirləndirilən şəxs çantasına natamam baxış keçirilərək çanta məhkumla birlikdə qaravul dəstəsinə təhvil verilmişdir. Sonradan məhkum Təqsirləndirilən şəxs Konvoy taborunun müşayiət dəstəsi tərəfindən Müalicə müəssisəsinə təhvil verilərkən məhkumun özü ilə apardığı çantasından bir ədəd kustar üsulla hazırlanmış biz aşkar edildiyini bilmişdir. O, məhkum Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə özünə qapalı, yalan danışan, dəfələrlə X7nı pozan şəxs kimi xarakterizə edilmişdir, müalicə müəssisəsinə etap olunmazdan öncə həmin məhkum X7nı pozduğuna görə tənbeh tədbiri kimi 5 gün müddətinə cərimə təcridxanasına keçirilmişdir. Həmin müddət ərzində məhkuma məxsus olan çanta əşya anbarında saxlanılmış, bu səbəbdən onun çantasında hər hansı qadağan olunan əşyanın olmadığını güman etmiş, məhkum Təqsirləndirilən şəxs qarovul dəstəsinə təhvil verilərkən çantası gətirilmiş, həmin vaxt çantasına səthi baxış keçirilmiş, hər hansı qadağan əşya gözünə dəyməmiş, lakin çanta məhkum Təqsirləndirilən şəxs gətirilib verilərkən o, çantanı özü ilə aparmaq istəmədiyini bildirmişdir. Fikrincə həmin vaxt məhkum Təqsirləndirilən şəxs çantasında bizin olduğunu bilmişdir və o, çantaya tam axtarış-baxış keçirilən zaman bizin aşkar olunacağından qorxmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Penitensiar Xidmətin 7 saylı cəzaçəkmə müəssisəsinin rejim nəzarətçisi, ədliyyə çavuşu Şahid5, Şahid4la eyni məzmunlu, oxşar ifadə vermişdir. Məhkəmə iclasında iştirakı mümkün olmadığından Penitensiar Xidmətin 7 saylı cəzaçəkmə müəssisəsinin cəza çəkən Şahid6 ibtidai istintaq zamanı şahid qismində verdiyi ifadəsi elan olunaraq tədqiq edilmişdir. O, həmin ifadəsində göstərmişdir ki, törətdiyi cinayət əməlinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur, 2018-ci ilin mart ayından hazıradək 7 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir. Həmin müəssisənin 2 saylı dəstəsində qeydiyyatda olmaqla eyni zamanda müəssisədə təsərrüfat işlərinə cəlb olunmuş, məhkumların şəxsi əşyalarının saxlanıldığı əşya anbarına təhkim olunmuşdur. xx xxxxxx 2020-ci il tarixdə məhkum Təqsirləndirilən şəxs müayinə olunmaq üçün Müalicə müəssisəsinə göndərilməsi məqsədi ilə etapı nəzərdə tutulduğundan müəssisənin əməkdaşları əşya anbarında saxlanılan Təqsirləndirilən şəxs məxsus çantanın gətirilməsini ona bildirmişlər. O, həmin məhkuma məxsus qara rəngli çantanı götürərək axtarış-baxış otağına aparmış, növbətçi köməkçisi Şahid4 təhvil verib geri qayıtmışdır. Sonradan məhkum Təqsirləndirilən şəxs Müalicə müəssisəsinə təhvil verildiyi vaxt çantasından bir ədəd biz aşkar olunduğunu bilmişdir. Əşya anbarına təhkim olunduğundan oranın açarları özündə və ya növbətçi hissədə saxlanılır, məhkumların şəxsi əşyaları onlara məxsus çantalarda saxlanılmaqla onun nəzarəti altında olur. Məhkum Təqsirləndirilən şəxs öz çantasını etap olunmazdan təxminən 5-6 gün öncə anbardan götürərək müəyyən müddətdən sonra geri qaytarmışdır. Vaxtaşırı əməkdaşlar tərəfindən çantalara axtarış-baxış tədbiri keçirilməsinə baxmayaraq həmin ərəfədə əşya anbarında tədbir keçirilməmişdir, o, məhkum Təqsirləndirilən şəxs çantasında həmin vaxt bizin olub-olmadığını bilməmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: -Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx xxxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilmişdir. (i.v. 1) -Müalicə müəssisəsinin ƏB-nin böyük inspektoru Şahid2, RNŞ-nin böyük inspektoru Şahid1, RNK Faiq Xatınovun, RNŞ-nin nəzarətçisi Samir Əhmədovun iştirakları ilə tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli aktdan görünür ki, həmin tarixdə saat 14:10 radələrində etapla 7 saylı cəzaçəkmə müəssisəsindən Müalicə müəssisəsinə “Həzm traktının müayinəsi” diaqnozu ilə daxil olan məhkum Təqsirləndirilən şəxs müəssisənin axtarışbaxış otağında üzərinə və şəxsi əşyalarına baxış keçirilən zaman çantasının içərisində olan yorğan üzlüyünə bükülmüş, uzunluğu təxminən 15 sm olan kustar üsulla hazırlanmış kəsici-deşici alət hesab olunan “biz” aşkarlanaraq götürülmüşdür. (i.v. 8) -Müalicə müəssisəsinin əməkdaşları Azər Əliyevin, Şahid1, Şahid2, Samir Əhmədovun, hal şahidləri-məhkumlar X6 və X4 iştirakları tərtib olunmuş xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, xx xxxxxx 2020-ci il tarixdə saat 14:10 radələrində Müalicə müəssisəsinin axtarış-baxış otağında, daxil olmuş əməliyyat məlumatı əsasında aparılmış axtarış-baxış tədbirləri zamanı etapla 7 saylı cəzaçəkmə müəssisəsindən daxil olan məhkum Təqsirləndirilən şəxs üzərinə və şəxsi əşyalarına baxış keçirilən zaman çantasının içərisində olan yorğan üzlüyünə bükülmüş, uzunluğu təxminən 15 sm olan kustar üsulla hazırlanmış kəsici-deçici alət hesab olunan “biz” aşkarlanaraq götürülmüş, hal şahidlərinin və iştirakçıların iştirakı ilə xüsusi zərfdə qablaşdırılaraq möhürlənmişdir. Protokol həmçinin, Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. (i.v. 9-10) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-ballistik ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 3/979 nömrəli ekspert arayışından və xx xxxxxxxx 2020-ci il tarixli 3/1025 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd predmet əldəqayırma üsulu ilə biz formasında hazırlanmış deşici xassəyə malik alətdir, soyuq silahın kriminalistik təsnifatına və konstruksiyasına görə soyuq silah hesab edilmir. (i.v. 41-43, 116-118) - 7 saylı cəzaçəkmə müəssisəsinin ibtidai istintaq zamanı verilmiş əməliyyat tapşırığına xx xxxxxxxx 2020-ci il tarixli xx/xx-2728 nömrəli cavabından görünür ki, məhkum Təqsirləndirilən şəxs aşkar edilmiş qadağan olunmuş əşya - 1 ədəd kustar üsulla hazırlanmış bizin əldə edilmə mənbəyi, kimin tərəfindən hazırlandığı, hansı üsulla yoxlamadan yayınaraq cəzaçəkmə müəssisəsindən çıxarılması və nə məqsədlə özündə saxlaması ilə əlaqədar müəssisənin Əməliyyat şöbəsi tərəfindən müvafiq araşdırma aparılmış, müəssisənin istehsalat sahəsində müxtəlif təyinatlı sexlərin (dəmir, taxta, çilingər və sairə) fəaliyyət göstərməsini nəzərə alaraq, məhkum Təqsirləndirilən şəxs qadağan olunmuş əşyanı müəssisənin istehsalat sahəsinin ərazisində dəmir qırıntılarından düzəltməsi ehtimal edilir, həmçinin məhkum Təqsirləndirilən şəxs Müalicə müəssisəsinə göndərilərkən onun üzərində və əşyalarında axtarış-baxış tədbirləri həyata keçirilmiş, lakin yataq ləvazimatlarına bükərək gizlətdiyi qadağan olunmuş əşyanı - bizi aşkar etmək mümkün olmamışdır. (i.v. 114) - xx xxxxxx 2020-ci il tarixli yol vərəqəsinin surətindən görünür ki, məhkum Təqsirləndirilən şəxs ƏN Tibb Baş İdarəsinin tibbi göndərişinə əsasən 7 saylı cəzaçəkmə müəssisəsi tərəfindən Müalicə müəssisəinə göndərilmiş, Müalicə müəssisəsinin əməkdaşı F.Xatınov tərəfindən qəbul ediılmişdir. (i.v. 120) -Azərbaycan Respublikası Ədliyyə Nazirinin “Cəzaçəkmə müəssisələrinin X3 təsdiq edilməsi barədə” xx.xx.2011-ci il tarixli 7 nömrəli Kollegiya qərarının 11-ci əlavəsinin çıxarışından görünür ki, konstruksiyasına görə soyuq silaha oxşar kəsici və deşici alətlər məhkumlara qadağan olunmuş əşyaların siyahısına aiddir. (i.v. 125-126) -Maddi sübut kimi tanımaq haqqında xx xxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş bir ədəd deşici xassəyə malik əldəqayırma üsulu ilə hazırlanmış biz maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. (i.v. 127) -Sübutların qiymətləndirilməsi haqqında xx xxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 7 saylı cəzaçəkmə müəssisəsində azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınaraq, barəsində qətimkan tədbiri seçilməmişdir. (i.v. 128-133) Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 4 saylı, xx xxxxxx 1996-cı il tarixli qərarına əsasən məhkəmə hökmü səlis, aydın, anlaşılan şəkildə yazılmalı, iş üzrə müəyyən olunmuş hallar, sübutlar və məhkəmənin nəticələri hökmdə ciddi məntiqi ardıcıllıqla şərh edilməlidir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, dövlət ittihamçısını, təqsirləndirilən şəxsi və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 317- 2.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, məhkəmə ekspertizasının rəyi və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə Təqsirləndirilən şəxs özünü ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bilməməsini onun hüququ kimi qəbul edir və bununla bağlı dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə. Məhkəmə Təqsirləndirilən şəxs göstərdiklərinə münasibətdə qeyd edir ki, cinayətprosessual qanunvericiliyinə görə, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyi təsdiq edildiyi halda bəraət hökmü çıxarılmalıdır. Lakin məhkəmə tədqiqi zamanı Təqsirləndirilən şəxs ittiham olunduğu həmin maddə ilə bəraət verilməsi üçün Azərbaycan Respublikası CPM-nin 42-ci maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilməmişdir, əksinə, müəyyən edilmişdir ki, sözügedən cinayət hadisəsi baş vermişdir; əməldə cinayət tərkibi vardır; cinayətin törədilməsinə məhz Təqsirləndirilən şəxs aidiyyəti olmuşdur və onun bu cinayət hadisəsində təqsirliliyi sübuta yetirilmişdir, hansı ki, məhkəmə bununla bağlı dəlillərini yuxarıda kifayət qədər əsaslandırmışdır. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 317-2.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsinə əsasən cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi həmin maddədə nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur, altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 verilmiş xx xxxxxxxx 2020-ci il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Şəhəri Nizami Rayon Xalq Məhkəməsinin xx xxxxxx 1995-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 143-cü maddəsinin 4-cü hissəsi ilə təqsirli bilinib, əmlakı müsadirə olunmaqla 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx xxxx 1996-cı il tarixdə Bakı Şəhəri Nərimanov Rayon Xalq Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası CM-nin 50-2-ci maddəsinə əsasən əməyə mütləq cəlb olunmaqla 03 il 03 ay 26 gün şərti azad edilmiş, Bakı Şəhəri Nərimanov Rayon Xalq Məhkəməsinin xx xxxxxx 1996-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 207ci maddəsinin 2-ci hissəsi ilə təqsirli bilinib, 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx xxxxx 1998-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 50-2-ci maddəsinə əsasən əməyə mütləq cəlb olunmaqla 02 il 07 ay 13 gün şərti azad edilmiş, X13 İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx xxxxxx 2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 120.2.1, 120.2.4, 120.2.5, 120.2.11, 181.3.1, 181.3.2, 181.3.3, 217.2, 228.1, 228.3, 228.4-cü maddələri ilə təqsirli bilinib, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən qəti olaraq əmlakı müsadirə olunmadan 15 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, cəzaçəkməsinin əvvəli xx xxxxxx 2005-ci il tarixdən hesablanmış, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarı ilə “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının xx xxxxxxx 2017-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası CM-nin 181.3.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair müddəa hökmdən xaric edilmiş, cəzası dəyişdirilmədən saxlanılmışdır. (i.v. 22-40, 93-94) “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 12-ci bəndində göstərilmişdir ki, cinayətlərin residivi, təhlükəli residivi və xüsusi təhlükəli residivini yaradan bir neçə cinayət törətmiş şəxsə cəza təyin edərkən, cinayətin törədildiyi anadək ödənilməmiş və ya götürülməmiş məhkumluqlar nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Gəncə Şəhəri Nizami Rayon Xalq Məhkəməsinin xx xxxxxx 1995-ci il tarixli və Bakı Şəhəri Nərimanov Rayon Xalq Məhkəməsinin xx xxxxxx 1996-cı il tarixli hökmləri üzrə məhkumluqları ödənilmişdir, ona görə həmin məhkumluqlarla bağlı olan bütün hüquqi nəticələrin ləğv edilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Qanunvericiliyin qeyd edilən tələbləri baxımından məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs sonuncu dəfə X13 İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx xxxxxx 2006-cı il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrumetmə növündə cəzanı çəkərkən hazırkı cinayət əməlini törətmişdir, ona görə məhkuma hökmlərin məcmusu üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən birbaşa və ya dolayı qəsdlə törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) qəsdən törədilmiş cinayət sayılır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 59-cu maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən, həmin Məcəllənin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs kimi yenidən qəsdən cinayət törətsə də, Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunduğundan, residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlərin nəzərə alınmaması ilə bağlı Azərbaycan Respublikası CM-nin 18.4.1-ci maddəsinin tələbinə uyğun olaraq həmin hal cinayətlərin residivini yaratmır və cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilə bilməz. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, onun islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddəti onun təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının son həddinin yarısından az olmamalı, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilməli olan azadlıqdan məhrum etmə cəzasına X13 İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx xxxxxx 2006-cı il tarixli hökmü ilə təyin olunmuş 15 il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 10 gün hissəsini tamamilə birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs qəti müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsindəki qətimkan tədbirinin həlli, cəzaçəkmə müəssisəsinin rejimi və cəzaçəkmə müddətinin əvvəlinin hesablanması məsələləri ilə bağlı qeyd edir ki, məhkəmə təqsirləndirilən şəxsin islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməli olması qənaətinə gəlmişdir, ona görə təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinin tələbinə uyğun olaraq hökmlərin məcmusu qaydasında cəza təyin edilərək cəzaçəkmə müddətinin əvvəli hazırkı hökmün çıxarıldığı xx xxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. İbtidai istintaq zamanı və məhkəmənin hazırlıq iclası zamanı təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə növündə cəza çəkməkdə olması nəzərə alınmaqla barəsində qətimkan tədbiri seçilməmişdir. Lakin təqsirləndirilən şəxsin əvvəlki hökm üzrə azadlıqdan məhrum etmə cəzasının müddəti xx xxxxxx 2020-ci il tarixdə başa çatır. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, müstəsna hal kimi hökmün icrasının təmini məqsədi ilə təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməli, bu qətimkan tədbiri isə hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs xüsusilə ağır cinayət əməli törətmiş şəxs kimi ciddi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkərkən hazırkı cinayət əməlini törətdiyinə görə hökmlərin məcmusu üzrə təyin olunacaq cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməyə davam etməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınaraq cinayət işinin materiallarında saxlanılan bir ədəd deşici xassəyə malik əldəqayırma üsulu ilə hazırlanmış biz məhv edilməli; Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqları Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X5 tərəfindən müdafiə edilmiş, vəkilin təqdim etdiyi hesabat arayışına və müstəntiq tərəfindən tərtib olunmuş arayışa əsasən vəkilin ibtidai istintaqın gedişində təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 20 iş saatı kimi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla hüquqi yardıma görə müvafiq hesablaşma hesabı üzərindən Bakı şəhəri “Mərkəz” Vəkil Bürosu vasitəsi ilə həmin müdafiəçiyə 120 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, vəkil Müdafiəçi cinayət işinin materialları ilə tanış olmaqla birlikdə məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 20 iş saatı müddətinə bərabər tutulduğundan, (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) göstərilmiş hüquqi xidmətə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla hüquqi yardıma görə iş üzrə dəvət olunmuş həmin müdafiəçiyə müvafiq hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 120 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 05 (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına X13 İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx xxxxxx 2006-cı il tarixli hökmü ilə təyin olunmuş 15 (on beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 10 (on) gün hissəsini tamamilə birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 05 (beş) ay 10 (on) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinin tələbinə uyğun olaraq hökmlərin məcmusu qaydasında cəza təyin edilərək cəzaçəkməsinin əvvəlinin hazırkı hökmün çıxarıldığı xx xxxxxx 2020-ci il tarixdən hesablanması və əvvəlki hökm üzrə azadlıqdan məhrum etmə cəzasının xx xxxxxx 2020-ci il tarixdə başa çatması nəzərə alınmaqla, hökmün icrasının təmini məqsədi ilə, onun barəsində həbs qətimkan tədbiri seçilsin və bu qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs müvafiq rejim üzrə cəzaçəkmə müəssisəsinə köçürülməsinədək saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı istintaq təcridxanası müəyyən edilsin. Maddi sübut qismində tanınaraq cinayət işinin materiallarında saxlanılan bir ədəd deşici xassəyə malik əldəqayırma üsulu ilə hazırlanmış biz məhv edilsin. Məhkəmə məsrəfi hesab olunan 64 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs ibtidai istintaqda 20 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi X2 Bakı şəhəri “Mərkəz” Vəkil Bürosu vasitəsi ilə 120 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmədə, iş materialları ilə tanış olmaqla birlikdə, 20 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi “xxxx” ASC-nin “Qara Qarayev” filialı, kod 200145, VÖEN **********, m/h- AZ37NABZ013501**********1944, S.Wİ.F.T.BİK AİİBAZ2X, hesab - AZ33AİİB**********1300204114, VÖEN - ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 120 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-251/2020
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-251/2020
04.12.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver