Məhkəmə qərarları › İş №1(007)-251/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(007)-251/2024

02.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(007)-251/2024 02.07.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının, Məhkəmə iclasının katibi: X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 6 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs: xx.xx.1978-ci il Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs övladı X3 əlillik dərəcəsi təyin etdirəcəyinə dair yalan vəd verib aldadaraq bunun üçün guya 3200 (üç min iki yüz) manat pul tələb olunduğunu bildirib inandırmaqla etibarından sui-istifadə edərək bu adla Zərərçəkmiş şəxs 30 dekabr 2021-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 59 nömrəli ünvanda yerləşən "xxxx" ASC-nin “Neftçilər” filialının qarşısında 1500 (bir min beş yüz) manat, 2022-ci ilin yanvar ayının sonlarında Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 53 nömrəli ünvanda yerləşən “Bank VTB (Azərbaycan)” ASC-nin “Neftçilər” filialının qarşısında 1500 (bir min beş yüz) manat, 2022-ci ilin mart ayının ortalarında "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin “Neftçilər” stansiyasının platformasında 200 (iki yüz) manat olmaqla, ümumilikdə 3200 (üç min iki yüz) manat nağd pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək Zərərçəkmiş şəxs qızma maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ümumi tanışları vasitəsilə tanıdığı Zərərçəkmiş şəxs qızı X1 gözü ilə bağlı problemi olduğundan əlillik dərəcəsi almaq istəmiş, o, İlahəyə qızının əlillik dərəcəsinin alınmasının mümkün olacağını bildirmiş, həmin işin həll olunması üçün 3500 manat pul vəsaitinin lazım olduğunu bildirmiş, İlahə həmin miqdarda pulun çox olduğunu və düzəldə bilməyəcəyini bildirdikdə, o, 3200 manat pul vəsaitini verdiyi halda həll edəcəyini qeyd etmiş, İlahə ilə razılaşmışdır. Bu məqsədlə 30 dekabr 2021-ci il tarixdə Nizami rayonu, Q.Qarayev prospekti 59 nömrəli ünvanda yerləşən "xxxx" ASC-nin “Neftçilər” filialının qarşısında İlahə ilə görüşməklə 1500 manat pul, 2022-ci ilin yanvar ayının sonlarında Nizami rayonu, Q.Qarayev prospekti 53 nömrəli ünvanda yerləşən “Bank VTB (Azərbaycan)” ASC-nin “Neftçilər” filialının qarşısında görüşməklə 1500 manat pul vəsaiti, sonuncu dəfə isə 2022-ci ilin mart ayının ortalarında "xxxx" QSC-nin “Neftçilər” stansiyasının platformasında 200 manat pul vəsaitini Zərərçəkmiş şəxs almışdır. Əldə etdiyi 3200 manat pulu isə şəxsi ehtiyacları üçün xərcləmişdir. Zərərçəkmiş şəxsə dəymiş ziyandan hər dəfə 600 manat olmaqla 2 dəfə müxtəlif vaxtlarda ödəniş etmiş, məhkəmə icraatı zamanı isə 1000 manat məbləğində vəsait ödəmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs kimi dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, qızı X1 gözü ilə bağlı problemi olduğundan əlillik dərəcəsi almaq istəmiş, tanışı X4 ona Təqsirləndirilən şəxs əlillik dərəcəsinin alınmasında köməklik edə biləcəyini bildirmiş, Zöhrabla görüşərək 3200 manat pul müqabilində razılığa gəlmişlər. Bu məqsədlə 30 dekabr 2021-ci il tarixdə Nizami rayonu, Q.Qarayev prospekti 59 nömrəli ünvanda yerləşən "xxxx" ASC-nin “Neftçilər” filialının qarşısında Zöhrabla görüşməklə 1500 manat pul vəsaitini, 2022-ci ilin yanvar ayının sonlarında Nizami rayonu, Q.Qarayev prospekti 53 nömrəli ünvanda yerləşən “Bank VTB (Azərbaycan)” ASC-nin “Neftçilər” filialının qarşısında 1500 manat pul vəsaitini, sonuncu dəfə 200 manat pul vəsaitini isə "xxxx" QSC-nin “Neftçilər” stansiyasının platformasında görüşməklə Zöhraba vermişdir. Ümumilikdə o, Təqsirləndirilən şəxs 3200 manat pul vermişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi zərərdən 600 (altı yüz) manat ibtidai istintaq zamanı, 1000 manat isə məhkəmə istintaqının gedişi zamanı ödənilmiş, qalan məbləği də ödəyəcəyini bildirmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə tövsif edilmişdir. Lakin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar vardır. Belə ki, təqsirləndirilən şəxsin həmin əməli 2022-ci ilin mart ayının ortalarında törətdiyi müəyyən edilir. O, Zərərçəkmiş şəxs sonuncu dəfə 200 manat məbləğində pul vəsaitini 2022-ci ilin mart ayının ortalarında "xxxx" QSC-nin “Neftçilər” stansiyasının platformasında almışdır. Təqsirləndirilən şəxs törətmiş olduğu əməl böyük ictimai təhlükə törətməyən cinayət sayılır. Belə olduğu təqdirdə əməlin törədildiyi vaxtdan cinayət işinə baxıldığı və yekun qərar çıxarıldığı hazırkı vaxtda cinayət məsuliyyətinə cəlb etmə müddəti keçmişdir. CM-nin 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. CM-nin 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. CM-nin 75.3-cü maddəsinə əsasən cinayət törətmiş şəxs istintaqdan və ya məhkəmədən gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxs tutulduğu və ya könüllü gəlib təqsirini boynuna aldığı vaxtdan bərpa olunur. Lakin hazırkı iş üzrə təqsirləndirilən şəxs istintaqdan və ya məhkəmədən gizlənməmişdir. CPM-nin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Qeyd edilən hüquq normalarına əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs təqsirləndirildiyi həmin maddə üzrə cinayət məsuliyyətindən azad edilməli və cinayət təqibinə xitam verilməlidir. Təqsirləndirilən şəxs 26 fevral 2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilmişdir. CPM-nin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə hesab edir ki, iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut, mülki iddia, xüsusi müsadirə olunası əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 43, 321, 344-347, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulan ictimai təhlükəli əməlin törədildiyi gündən həmin Məcəllənin 75.1.1-ci maddəsi ilə müəyyən edilmiş müddət keçdiyindən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət təqibinə xitam verilsin. Hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş 38 saat hüquqi xidmətə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 228 (iki yüz iyirmi səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 6 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Qərardan 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar