Məhkəmə qərarları › İş №1(007)-253/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(007)-253/2022

22.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(007)-253/2022 22.06.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, onun qanuni nümayəndəsi qismində tanınmış Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısının aparatı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın nümayəndəsi Qanuni nümayəndə, Bakı şəhəri 251 nömrəli tam orta məktəbin müəlliməsi X1, Təqsirləndirilən şəxs, onun müdafiəçisi-“Pro Bono” vəkil bürosunun vəkili Müdafiəçi Kərim oğlunun iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxxxx 1981-ci il tarixdə Sabirabad rayonunun Xəlfəli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, iki uşağı olan, fərdi qaydada işləmiş, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanksi küçəsi ev 92, mənzil 39-da qeydiyyatda olmaqla yaşamış, 25 fevral 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 26 fevral 2022-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128, 133.1 və 134-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan mütəmadi olaraq döyməklə və zorakı hərəkətlərlə güclü fiziki ağrılar və psixi iztirablar vermiş, hədənin icra edəcəyi üçün real əsaslar olmaqla öldürməklə hədələmiş, bundan başqa, qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, o, 2021-ci ilin iyun ayından başlayaraq arvadı Zərərçəkmiş şəxs1 ilə Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 92 nömrəli evin 39 nömrəli mənzilində birgə yaşadıqları müddət ərzində başqa qadınlarla münasibətdə olması ilə bağlı Zərərçəkmiş şəxs1 ona iradlar bildirməsi ilə əlaqədar qisas almaq üçün sonuncuya güclü fiziki ağrılar və psixi iztirablar vermək məqsədilə 2021-ci ilin iyun ayından 23 sentyabr 2022-ci il tarixədək olan müddət ərzində birgə yaşadıqları həmin mənzildə mütəmadi olaraq Zərərçəkmiş şəxs1 ünvanına müxtəlif nalayiq ifadələr işlədərək yumruq və təpiklə sonuncunun bədəninin müxtəlif nahiyələrinə zərbələr endirməklə döyüb fiziki ağrılar və psixi iztirablar vermiş, bundan sonra 23 sentyabr 2021-ci il tarixdə birgə yaşadıqları mənzildə yenidən eyni məqsədlə qəsdən təpiklə arvadı Zərərçəkmiş şəxs1 sol bud nahiyyəsindən vurmaqla sonuncuya sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilməyən sol budun bayır səthinin qançırından ibarət xəsarətlər yetirmiş, 2021-ci ilin oktyabr ayında birgə yaşadıqları Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 92 nömrəli evin 39 nömrəli mənzilində övladı Zərərçəkmiş şəxs2 döyməsinə arvadı Zərərçəkmiş şəxs1 irad bildirməsi ilə əlaqədar eyni məqsədlə mətbəx bıçağını sonuncunun boğaz nahiyəsinə dirəyib hədəni icra edəcəyi üçün real əsaslarla öldürməklə hədələyən zaman Zərərçəkmiş şəxs1 həmin bıçağı onun əlindən almaq istəyərkən sonuncuya sağ əlin İİİ barmağının ovuc səthinin kəsilmiş yarasından ibarət ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli xəsarət yetirmiş, 18 fevral 2022-ci il tarixdə birgə yaşadıqları mənzildə yenidən eyni məqsədlə qəsdən yumruqla arvadı Zərərçəkmiş şəxs1 sağ qol nahiyəsinə vurmaqla sonuncuya sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilməyən sağ bazunun aşağı 1/3-nin bayır səthinin qançırından ibarət xəsarətlər yetirmiş, sonuncu dəfə isə 23 fevral 2022-ci il tarixdə saat 22 radələrində birgə yaşadıqları mənzildə orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində Zərərçəkmiş şəxs1 ünvanına nalayiq sözlər ifadə edib döyüb yerə yıxmaqla saçından tutub yerlə sürüməklə təkrar intensiv və davamlı olaraq qəsdən yumruq və təpiklə bədəninin müxtəlif nahiyələrinə vuraraq Zərərçəkmiş şəxs1 boynun aşağı şöbəsinin hər iki yan-ön səthinin iri ölçülü şişkinlik halında əzilməsi, qarnın sağ yan-ön səthinin iri ölçülü hematoması, sol saidin yuxarı 1/3-nin ön səthi, sağ saidin orta 1/3-nin arxa səthi və sağ kürək nahiyəsinin qançırlarından ibarət, ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirərək Zərərçəkmiş şəxs1 Azərbaycan Respublikası CM-nin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan mütəmadi olaraq döyməklə və zorakı hərəkətlərlə güclü fiziki ağrılar və psixi iztirablar verməklə əzab vermiş, bundan başqa, mənzilin mətbəx otağından götürdüyü zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik mətbəx bıçağını Zərərçəkmiş şəxs1 boğaz nahiyəsinə dirəyib hədəni icra edəcəyi üçün real əsaslar olmaqla sonuncunu öldürməklə hədələmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs 23 fevral 2022-ci il tarixdə saat 22 radələrində yaşadığı Bakı şəhəri, Nizami rayonu C.Naxçıvaniski küçəsi, 92 nömrəli evin 39 nömrəli mənzilində arvadı Zərərçəkmiş şəxs1 qarşı zorakılıq hərəkətləri edərkən onu sakitləşdirmək istəyən azyaşlı övladı xx xxxxxx 2015-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 sağ qulağından tutub dartaraq, daha sonra yumruqla həmin nahiyyədən qəsdən vuraraq sonuncuya sağ qulaq seyvanının yuxarı və orta hissəsini əhatə edən iri ölçülü şişkinlik halında əzilmə və sağ qulaq seyvanının ön səthinin qançırlarından ibarət dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirərək qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Təqsirləndirilən şəxs bu hərəkətləri ilə Azərbaycan Respublikası CM-nin 128, 133.1 və 134-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməsinə dair ittiham irəli sürülmüşdür. Məhkəmənin hazırlıq iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 128, 133.1 və 134-cü maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək, zərərçəkmiş şəxs olan arvadı Zərərçəkmiş şəxs1 və zərərçəkmiş şəxs olan övladı Zərərçəkmiş şəxs2 ilə barışdığını, zərərçəkmiş şəxslərin onunla barışdıqlarını göstərmiş və barəsində olan işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs ona vurduğu maddi ziyanı ödədiyini, təqsirləndirilən şəxslə barışdığını, ona qarşı şikayəti, tələbi olmadığını göstərmiş və onun barəsindəki işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında xx xxxxxx 2015-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 qanuni nümayəndəsi qismində tanınmış Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısının aparatı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın nümayəndəsi Qanuni nümayəndə, Azərbaycan Respublikası CPM-nin 101.7.2-ci maddəsinin tələbinə uyğun olaraq, Təqsirləndirilən şəxs vurduğu maddi ziyanı ödədiyini, təqsirləndirilən şəxslə barışdığını, ona qarşı şikayəti, tələbi olmadığını göstərmiş və onun barəsindəki işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Azyaşlı Zərərçəkmiş şəxs2 müəlliməsi X1 iştirakı ilə ərizəni özü də imzalamış, ərizənin onun fikirləri ilə ifadə olunduğunu, atası ilə barışdığını, şikayəti olmadığını göstərmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 Publik hüquqi şəxsin Nizami rayon şöbəsinin 25 fevral 2022-ci il tarixli 140 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs2 sağ qulaq seyvanının yuxarı və orta hissəsini əhatə edən iri ölçülü şişkinlik halında əzilmə və sağ qulaq seyvanının ön səthinin qançırı olmuşdur. Qeyd edilən xəsarətlər bərk-küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2022-ci il tarixdə yarana bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Lokalizasiya və xarakterlərinə əsasən demək olar ki, xəsarətlərin şəxsin özü tərəfindən özünə yetirilməsi və öz boyu hündürlüyündən yıxılması nəticəsində yaranması inandırıcı deyil. (i.v. 64-65) İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 Publik hüquqi şəxsin Nizami rayon şöbəsinin 25 fevral 2022-ci il tarixli 139 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs1 boynun aşağı şöbəsinin hər iki yan-ön səthinin iri ölçülü şişkinlik halında əzilməsi; qarnın sağ yan-ön səthinin iri ölçülü hematoması; sağ bazunun aşağı 1/3-nin bayır səthi, sol saidin yuxarı 1/3-nin ön səthi, sağ saidin orta 1/3-nin arxa səthi və sağ kürək nahiyəsinin qançırları olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, sağ bazu nahiyəsinin qançırları müayinədən 3-5 gün əvvələ, digər xəsarətlər isə qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2022-ci il tarixdə yarana bilər və dərəcəsinə görə şişkinlik halında əzilmələr və hematoma həm ayrı-ayrılıqda, həm də ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya; qançırlar isə həm ayrı-ayrılıqda, həm də ümumilikdə sağlamlığa zərər vurmayan dərəcəsi təyin edilməyən xəsarətlərə aid edilir. Lokalizasiya və xarakterlərinə əsasən demək olar ki, xəsarətlərin şəxsin özü tərəfindən özünə yetirməsi və öz boyu hündürlüyündən yıxlması nəticəsində yaranması inandırıcı deyil. Müayinə zamanı şəxsin sağ saidin aşağı 1/3-nin ön səthi və sağ əlin İİİ barmağının ovuc səthinin kəsilmiş yaraları aşkar edilmişdir. Qeyd edilən xəsarətlər kəsici kənara malik əşyanın (əşyaların) təsirindən törənmişdir və şəxsin bildirdiyi müddətlərdə, yəni sağ saidin ön səthində olan kəsilmiş yara müayinədən 5 il və sağ əlin İİİ barmağında olan yara müayinədən 6 ay əvvələ uyğun gələ bilər, dərəcəsinə görə həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. (i.v. 70-71) İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-ballistik ekspertizasının 11 may 2022-ci il tarixli 3/607 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik mətbəx bıçağıdır, soyuq silah hesab edilmir. (i.v. 269-271) Məhkəmənin hazırlıq iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 128, 133.1 və 134-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə hazırlıq iclasında işin aidiyyəti üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə aid olması, cinayət işi üzrə məhkəməyədək aparılmış ibtidai istintaq dövründə Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin tələblərinin pozulmaması, iş üzrə icraatın dayandırılmasına səbəb olan halların olmaması, ittiham aktının prosessual formasına riayət edilməsi, məhkəməyədək icraatın hüquq pozuntularına yol verilmədən aparılması müəyyən edilmişdir. Lakin hazırlıq iclasında iş üzrə icraata xitam verilməsi üçün müvafiq əsaslar müəyyən edilmişdir. Belə ki, məhkəmənin hazırlıq iclasında Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 (arvadı) və Zərərçəkmiş şəxs2 (övladı) ilə artıq barışdığını göstərmiş, cinayət məsuliyyətindən azad edilməsini, barəsində olan işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmiş, bu barədə ərizə vermişdir. Eyni zamanda, Zərərçəkmiş şəxs1 məhkəməyə təqdim etdiyi ərizəsində Təqsirləndirilən şəxs ona vurduğu maddi ziyanı ödədiyini və barışdıqlarını göstərərək, təqsirləndirilən şəxsin barəsindəki işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Bundan başqa xx xxxxxx 2015-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 qanuni nümayəndəsi qismində tanınmış Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısının aparatı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın nümayəndəsi Qanuni nümayəndə məhkəməyə təqdim etdiyi ərizəsində Təqsirləndirilən şəxs vurduğu maddi ziyanı ödədiyini və barışdıqlarını göstərərək, təqsirləndirilən şəxsin barəsindəki işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Azyaşlı Zərərçəkmiş şəxs2 müəlliməsi X1 iştirakı ilə ərizəni özü də imzalamış, ərizənin onun fikirləri ilə ifadə olunduğunu, atası ilə barışdığını, şikayəti olmadığını göstərmişdir. Azərbaycan Respublikası CPM-nin 299.3.4-cü maddəsinə əsasən cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında digər məsələlərlə yanaşı cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların olub-olmaması barədə məsələyə də baxılır. Həmin Məcəllənin 300.1.7-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilir. Məhkəmə təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi ilə bağlı məsələni müzakirə edərək, hesab edir ki, işin məhkəmə baxışına təyin edilməsi üçün zərurət qalmamışdır, aşağıdakılara əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində olan işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası CM-nin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs həmin Məcəllənin 128, 133.1 və 134-cü maddələri ilə törətdiyi əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 305.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında bu Məcəllənin 39-cu, habelə 40.3-cü və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə məhkəmə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında əsaslandırılmış qərar çıxarır. Cinayət təqibini istisna edən hallar ittihamın bir hissəsinə aid olduqda cinayət işi üzrə icraata yalnız bu hissədə xitam verilir; 39.1 və 39.1.11-ci maddələrinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); 300.5-ci maddəsinə əsasən bu Məcəllənin 300.1.3, 300.1.6 və 300.1.7-ci maddələrində nəzərdə tutulmuş qərarlardan bu Məcəllənin 381, 383 və 384-cü maddələrinin müddəalarına uyğun olaraq apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 (qanuni nümayəndəsiin iştirakı və yazılı müraciəti nəzərə alınmaqla) ilə barışdıqları barədə məhkəməyə müraciət etmələrini nəzərə alaraq, məhkəmə hesab edir ki, cinayət qanununun tələbləri baxımından hazırlıq iclası mərhələsində Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası CPM-nin 305.2-ci maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərara ibtidai istintaq mərhələsində qəbul edilmiş qətimkan tədbirlərinin və vurulmuş ziyanın ödənilməsinin təmin edilməsinə dair tədbirlərin, habelə digər cinayət-prosessual məcburiyyət tədbirlərinin ləğv edilməsi barədə qərarlar daxil edilir və həmin qərarda maddi sübutların taleyi barədə məsələ həll edilir. Bununla bağlı məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin haqqındakı cinayət işi üzrə icraata xitam verilməli olduğundan, onun barəsində seçilmiş həbs tədbiri ləğv edilməklə o, məhkəmə iclas zalında dərhal azad edilməlidir; zərərçəkmiş şəxslər tərəfindən məhkəməyədək icraat və məhkəmə icraatı zamanı qanunla müəyyən edilmiş müddətdə və qaydada mülki iddia verilməmiş, əksinə, təqdim edilmiş ərizələrdə vurulmuş maddi ziyanın ödənildiyi göstərilmişdir; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınan zavod üsulu ilə istehsal edilmiş bir ədəd mətbəx bıçağı məişətdə istifadə olunduğundan Zərərçəkmiş şəxs1 təhvil verilməlidir; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi hesab olunan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq hesabına ödənilməlidir. Məhkəmə qeyd edir ki, işin məhkəməyədək icraatı və məhkəmə icraatı dövründə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi müqavilə əsasında vəkili Müdafiəçi Kərim oğlu tərəfindən həyata keçirilmişdir, ona görə Azərbaycan Respublikası CPM-nin 193-cü maddəsinin tələbləri baxımından təqsirləndirilən şəxsə pulsuz hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına müdafiəçiyə əmək haqqı ödənilməsi məsələsinin müzakirəsinə əsaslar yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 39.1.11, 43.1.2, 299, 300, 305 və 306-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən həmin Məcəllənin 128, 133.1 və 134-cü maddələri ilə cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Maddi sübut qismində tanınmış və Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasında saxlanılan bir ədəd mətbəx bıçağı Zərərçəkmiş şəxs1 təhvil verilsin. Məhkəmə məsrəfi olan 64 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə, qərar müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar