Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-253/2025 13.06.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs - 25 avqust 1993-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Bakı şəhəri Suraxanı rayonu, Əmircan qəsəbəsi, Ə.Qarayev küçəsi, dalan 2, ev 5D-də qeydiyyatda olan, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 07 avqust 2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş 02 ay 15 gün hissədindən vaxtından əvvəl şərti azad edilmiş, 20 oktyabr 2023-cü il tarixdə cəza müddəti başa çatmış, həmin hökm üzrə məhkumluğu ödənilməmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 18 dekabr 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib, 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 02 il 05 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, hazırkı iş üzrə 21 noyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 23 noyabr 2024-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 17 noyabr 2024-cü il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs icarəyə götürdüyü Bakı şəhəri Nizami rayonu, B.Nuriyev küçəsi, 41 ünvanında yerləşən, saxlanc yeri hesab olunan köşkün giriş qapısının şüşəsini sındırıb həmin köşkə qanunsuz daxil olaraq orada vitrində olan 01 ədədinin qiyməti 4 manat 25 qəpik, ümumi dəyəri 297 manat 50 qəpik təşkil edən 70 qutu “Sobranie” markalı siqaretləri, 01 ədədinin qiyməti 2 manat 45 qəpik, ümumi dəyəri 85 manat 75 qəpik təşkil edən 35 qutu “Maqna” markalı siqaretləri, 01 ədədinin qiyməti 4 manat 5 qəpik, ümumi dəyəri 162 manat təşkil edən 40 qutu “Kent” markalı siqaretləri, 01 ədədinin qiyməti 3 manat 25 qəpik, ümumi dəyəri 146 manat 25 qəpik təşkil edən 45 qutu “LD” markalı siqaretləri, 01 ədədinin qiyməti 3 manat 80 qəpik, ümumi dəyəri 171 manat təşkil edən 45 qutu “Winston” markalı siqaretləri, 01 ədədinin qiyməti 2 manat 92 qəpik, ümumi dəyəri 73 manat təşkil edən 25 qutu “X7” markalı siqaretləri, 01 ədədinin qiyməti 2 manat 95 qəpik, ümumi dəyəri 103 manat 25 qəpik təşkil edən 35 qutu “Palİ Mall” markalı siqaretləri, 01 ədədinin qiyməti 2 manat 45 qəpik, ümumi dəyəri 85 manat 75 qəpik təşkil edən 35 qutu “Arqo” markalı siqaretləri, 01 ədədinin qiyməti 2 manat 65 qəpik, ümumi dəyəri 145 manat 75 qəpik təşkil edən 55 qutu “Klassik” markalı siqaretləri, 01 ədədinin qiyməti 2 manat 45 qəpik, ümumi dəyəri 73 manat 50 qəpik təşkil edən 30 qutu “Viceroy” markalı siqaretləri, 01 ədədinin qiyməti 2 manat 42 qəpik, ümumi dəyəri 121 manat təşkil edən 50 qutu “Keno” markalı siqaretləri, 01 ədədinin qiyməti 3 manat 93 qəpik, ümumi dəyəri 70 manat 74 qəpik təşkil edən 18 qutu “Neo” markalı siqaretləri, 01 ədədinin qiyməti 4 manat, ümumi dəyəri 100 manat olan 25 qutu “Vegas” markalı siqaretləri, 01 ədədinin qiyməti 3 manat 70 qəpik, ümumi dəyəri 92 manat 50 qəpik təşkil edən 25 qutu “Dunhel” markalı siqaretləri, 01 ədədinin qiyməti 2 manat 80 qəpik, ümumi dəyəri 56 manat təşkil edən 20 qutu “West” markalı siqaretləri, 01 ədədinin qiyməti 3 manat, ümumi dəyəri 105 manat təşkil edən 35 qutu “Davidoff” markalı siqaretləri, 01 ədədinin qiyməti 3 manat 20 qəpik, ümumi dəyəri 112 manat təşkil edən 35 qutu “Rotmans” markalı siqaretləri, 01 ədədinin qiyməti 2 manat 50 qəpik, ümumi dəyəri 75 manat təşkil edən 30 qutu “Prima” markalı siqaretləri, 01 ədədinin qiyməti 2 manat, ümumi dəyəri 50 manat təşkil edən 25 qutu “Bakı” markalı siqaretləri, 01 ədədinin qiyməti 2 manat 20 qəpik, ümumi dəyəri 77 manat təşkil edən 35 qutu “Vant” markalı siqaretləri, 01 ədədinin qiyməti 1 manat 50 qəpik, ümumi dəyəri 52 manat 50 qəpik təşkil edən 35 ədəd alışqanları, 01 ədədinin qiyməti 5 manat, ümumi dəyəri 10 manat təşkil edən 02 ədəd “Azercell” danışıq konturları, 01 ədədinin qiyməti 5 manat, ümumi dəyəri 25 manat təşkil edən 5 ədəd “Bakcell” danışıq konturları, 01 ədədinin qiyməti 2 manat, ümumi dəyəri 4 manat təşkil edən 2 ədəd “Bakcell” danışıq konturları, 01 ədədinin qiyməti 1 manat, ümumi dəyəri 3 manat təşkil edən 3 ədəd “Bakcell” danışıq konturları, 01 ədədinin qiyməti 2 manat olan 1 ədəd “Bakcell” danışıq konturu, 01 ədədinin qiyməti 2 manat olan 1 ədəd “Nar” danışıq konturu və 01 ədəd qiyməti 90 manat təşkil edən, köşkdə quraşdırılmış Çin istehsalı olan “HİCAM” markalı “AHD7304T-XMC” model 4 kanallı DVR-i gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 2391 manat 50 qəpik maddi ziyan vuraraq oğurluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə icraatı zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı mülki iddia vermiş, mülki iddia məhkəmənin icraatına qəbul edilmiş, mülki iddia məhkəmə tərəfindən qəbul olunaraq işlə birlikdə baxılmış, həmin zərərçəkmiş şəxs mülki iddiaçı, təqsirləndirilən şəxs mülki cavabdeh qismində tanınmışlar. Mülki iddia onunla əsaslandırılmışdır ki, cinayət işinin materiallarından məlum olduğu kimi, Təqsirləndirilən şəxs saxlanc yeri hesab olunan köşkün giriş qapısının şüşəsini sındıraraq içəriyə qanunsuz daxil olub 2391 manat 50 qəpik məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Aparılmış istintaq zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Hesab edir ki, təqsirləndirilən şəxsin bu günə qədər ondan üzr istəməməsi, barışığa gəlməmələri və bu cinayət hərəkəti nəticəsində ona vurduğu maddi zərəri könüllü olaraq ödəməməsi və ya aradan qaldırmaması, zərərçəkmiş şəxslə razılıq əldə etməyə cəhd etməməsi, ona - zərərçəkmiş şəxsə dəymiş zərərin azaldılmasına yönəldilmiş hərəkətlər istiqamətində heç bir cəhd etməmişdir. Bu hərəkətsizlik isə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinin norma tələblərinə məhəl qoymamaq deməkdir. Bu isə cəza təyini zamanı və həmçinin mülki iddiasının təmini zamanı dövlət ittihamçısı, o, yəni zərərçəkmiş və prosesin yekununda isə məhkəmə tərəfindən nəzərə alınmalı xüsusatlardır. Qeyd olunanlara əsasən mülki iddiasının təmin olunması, mülki cavabdeh (təqsirləndirilən şəxs) Təqsirləndirilən şəxs törətdiyi cinayət hadisəsi nəticəsində ona dəymiş maddi ziyanın - 2391 manat 50 qəpik pulun və ödənilmiş dövlət rüsumunun tutulub mülki iddiaçı kimi ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək, mülki iddianı isə qismən qəbul edərək ifadəsində göstərmişdir ki, o, heç bir yerdə işləmir, əvvəllər CM-nin müxtəlif maddələri ilə məhkum olunmuşdur. Azadlığa çıxdıqdan sonra şəxsi problemlərlə bağlı içki düşkünü olmuş, həmçinin maddi sıxıntılar yaşamışdır. 16 noyabr 2024-cü il tarixdə saat 21 radələrində Xətai rayonu Əhmədli qəsəbəsində yerləşən adını bilmədiyi kafedə normadan artıq araq və pivə içmişdir. Bir neçə saat kafedə oturduqdan sonra piyada “Neftçilər” metrostansiyasına doğru hərəkət etmişdir. 17 noyabr 2024-cü il tarixdə saat 01 radələrində “ünvan 1 ünvanında yol kənarında köşk olduğunu görmüşdür. O, həmin vaxt oğurluq etmək qərarına gəlmişdir. Əvvəlcə ətrafa göz gəzdirmiş, heç kimin olmadığını görmüşdür. Bundan sonra köşkün giriş qapısının şüşəsini sındırıb köşkün içərisinə daxil olmuşdur. Daxil olan kimi vitrində olan müxtəlif növ siqaretləri, alışqanları və dolabda olan sayını bilmədiyi konturları köşkdən götürdüyü sellofan paketə yığmışdır. Bundan sonra köşkdə olan kameraya düşməmək üçün köşkdə rəfin üzərinə qoyulmuş DV-R müşahidə kamerasının yaddaş aparatını dartaraq yerindən çıxartmışdır. O, yaddaş aparatını da sellofan torbaya qoyub götürmüş və köşkü tərk etmişdir. Daha sonra isə içkili vəziyyətdə piyada yaşadığı evə getmişdir. Yol boyu tanımadığı şəxslərə siqaret vermiş, qalan əşyaları isə yaşadığı evə aparıb otağının dolabında gizlətmişdir. Bundan sonra həmin əşyaların bir qismindən istifadə etmiş, qalan siqaret və alışqanları isə satıb əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləmişdir. O, oğurluq etdiyini heç kimə deməmiş, oğurluq etdiyi əşyaların bir qismindən istifadə etmiş, bir hissəsini isə tanımadı səxslərə sataraq səxsi ehtiyaclarına xərcləmişdir. Oğurluq edən vaxt hansı siqaretləri oğurladığını xatırlamır, çünki içkili vəziyyətdə olmuş, vitrində olan əşyaları ümumi torbaya bütöv şəkildə yığmışdır. Onların bir qismini satmış, bir qismini isə istifadə etmişdir. Yaşadığı evə baxış zamanı həmin əşyaların bir qismi aşkar edilmişdir. Həmin əşyaları polis əməkdaşlarına təhvil vermişdir. Oğurladığı əşyaları yaşadığı evdə saxlamaqda məqsədi həmin əşyaları bir müddət sonra satmaq, qalan hissəsindən də istifadə etmək olmuşdur. Onunla birlikdə yaşayan qardaşının və anasının törətdiyi oğurluq cinayətindən məlumatları olmamışdır. Çünki anası və qardaşı ondan icazəsiz otağına daxil olmamışlar. Bu oğurluqdan başqa hər hansı bir cinayət törətməmiş, oğurluq cinayətini isə tək törətmişdir. Saxlanılarkən və polis şöbəsinə aparılarkən ona qarşı heç bir fiziki və ya psixi təsir göstərilməmişdir. Təqsirləndirilən şəxs son sözündə mülki iddianı qəbul etmədiyini göstərmiş, ona yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs 28 aprel 2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət etmiş, hazırda səhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilmədiyini, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini və ifadəsinə heç bir əlavəsinin olmadığını, Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəmədiyini, ödəməyə cəhd belə etmədiyini, aralarında barışıq əldə edilmədiyini, hazırda şikayətçi olduğunu, həmçinin təqsirləndirilən şəxsin ziyanı ödəməməklə yanaşı zərərçəkmiş şəxs olaraq ona heç bir üzürxahlıq etmədiyini göstərmiş, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini, Təqsirləndirilən şəxs barəsində təqsirli bilindiyi maddənin saksiyası həddində ən ağır azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini və mülki iddianın təmin edilməsini xahiş etmişdir. Qeyd olunanlara əsasən zərərçəkmiş şəxsin ibtidai istintaq dövründə verdiyi ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilmişdir. Zərərçəkmiş şəxs sözügedən ifadəsində göstərmişdir ki, 02 avqust 2024-cü il tarixdən Bakı şəhəri Nizami rayonu, B.Nuriyev küçəsi, 41 ünvanında fəaliyyət göstərən köşkü icarə əsasında işlədir. Həmin köşkdə müxtəlif növ siqaretlər, alışqanlar, kontur kartları, spirtli və spirtsiz içkilər kimi əşyaların satışını həyata keçirir və həmin əşyaların hamısı ona məxsusdur. 16 noyabr 2024-cü il tarixdə saat 23 radələrində o, həmin köşkü bağlayıb evə getmişdir. 17 noyabr 2024-cü il tarixdə saat 08 radələrində işə gələn zaman köşkün giriş qapısının şüşəsinin naməlum şəxs tərəfindən sındırıldığını aşkar etmişdir. Köşkə daxil olmadan əvvəlcə Azərbaycan Respublikası DİN-in 102 Xidməti Zəng Mərkəzinə zəng edərək hadisə barədə məlumat vermişdir. Məlumat verdikdən bir neçə dəqiqə sonra polis əməkdaşları hadisə yerinə gəlmiş və polis əməkdaşları ilə birlikdə köşkə daxil olmuşlar. Köşkə baxış keçirən zaman heç bir dağınıq hal aşkar etməmiş, lakin vitrində olan müxtəlif əşyaların oğurlandığını aşkar etmişdir. Oğurlanmış əşyaları isə dəqiqləşdirmiş və hazırki ifadəsində dəqiqliyi ilə bildirmişdir ki, köşkdən 01 ədədinin qiyməti 4 manat 25 qəpik, ümumi dəyəri 297 manat 50 qəpik təşkil edən 70 qutu “Sobranie” markalı siqaretləri, 01 ədədinin qiyməti 2 manat 45 qəpik, ümumi dəyəri 85 manat 75 qəpik təşkil edən 35 qutu “Maqna” markalı siqaretləri, 01 ədədinin qiyməti 4 manat 5 qəpik, ümumi dəyəri 162 manat təşkil edən 40 qutu “Kent” markalı siqaretləri, 01 ədədinin qiyməti 3 manat 25 qəpik, ümumi dəyəri 146 manat 25 qəpik təşkil edən 45 qutu “LD” markalı siqaretləri, 01 ədədinin qiyməti 3 manat 80 qəpik, ümumi dəyəri 171 manat təşkil edən 45 qutu “Winston” markalı siqaretləri, 01 ədədinin qiyməti 2 manat 92 qəpik, ümumi dəyəri 73 manat təşkil edən 25 qutu “X7” markalı siqaretləri, 01 ədədinin qiyməti 2 manat 95 qəpik, ümumi dəyəri 103 manat 25 qəpik təşkil edən 35 qutu “Palİ Mall” markalı siqaretləri, 01 ədədinin qiyməti 2 manat 45 qəpik, ümumi dəyəri 85 manat 75 qəpik təşkil edən 35 qutu “Arqo” markalı siqaretləri, 01 ədədinin qiyməti 2 manat 65 qəpik, ümumi dəyəri 145 manat 75 qəpik təşkil edən 55 qutu “Klassik” markalı siqaretləri, 01 ədədinin qiyməti 2 manat 45 qəpik, ümumi dəyəri 73 manat 50 qəpik təşkil edən 30 qutu “Viceroy” markalı siqaretləri, 01 ədədinin qiyməti 2 manat 42 qəpik, ümumi dəyəri 121 manat təşkil edən 50 qutu “Keno” markalı siqaretləri, 01 ədədinin qiyməti 3 manat 93 qəpik, ümumi dəyəri 70 manat 74 qəpik təşkil edən 18 qutu “Neo” markalı siqaretləri, 01 ədədinin qiyməti 4 manat, ümumi dəyəri 100 manat olan 25 qutu “Vegas” markalı siqaretləri, 01 ədədinin qiyməti 3 manat 70 qəpik, ümumi dəyəri 92 manat 50 qəpik təşkil edən 25 qutu “Dunhel” markalı siqaretləri, 01 ədədinin qiyməti 2 manat 80 qəpik, ümumi dəyəri 56 manat təşkil edən 20 qutu “West” markalı siqaretləri, 01 ədədinin qiyməti 3 manat, ümumi dəyəri 105 manat təşkil edən 35 qutu “Davidoff” markalı siqaretləri, 01 ədədinin qiyməti 3 manat 20 qəpik, ümumi dəyəri 112 manat təşkil edən 35 qutu “Rotmans” markalı siqaretləri, 01 ədədinin qiyməti 2 manat 50 qəpik, ümumi dəyəri 75 manat təşkil edən 30 qutu “Prima” markalı siqaretləri, 01 ədədinin qiyməti 2 manat, ümumi dəyəri 50 manat təşkil edən 25 qutu “Bakı” markalı siqaretləri, 01 ədədinin qiyməti 2 manat 20 qəpik, ümumi dəyəri 77 manat təşkil edən 35 qutu “Vant” markalı siqaretləri, 01 ədədinin qiyməti 1 manat 50 qəpik, ümumi dəyəri 52 manat 50 qəpik təşkil edən 35 ədəd alışqanları, 01 ədədinin qiyməti 5 manat, ümumi dəyəri 10 manat təşkil edən 02 ədəd “Azercell” danışıq konturları, 01 ədədinin qiyməti 5 manat, ümumi dəyəri 25 manat təşkil edən 5 ədəd “Bakcell” danışıq konturları, 01 ədədinin qiyməti 2 manat, ümumi dəyəri 4 manat təşkil edən 2 ədəd “Bakcell” danışıq konturları, 01 ədədinin qiyməti 1 manat, ümumi dəyəri 3 manat təşkil edən 3 ədəd “Bakcell” danışıq konturları, 01 ədədinin qiyməti 2 manat olan 1 ədəd “Bakcell” danışıq konturu, 01 ədədinin qiyməti 2 manat olan 1 ədəd “Nar” danışıq konturu və 01 ədəd qiyməti 90 manat təşkil edən, köşkdə quraşdırılmış Çin istehsalı olan “HİCAM” markalı “AHD7304T-XMC” model 4 kanallı müşahidə kamerası (DV-R) oğurlanmış, 200 manat dəyərində isə köşkün şüşəsi sındırılmışdır. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 2391 manat 50 qəpik dəyərində maddi ziyan dəymişdir. Oğurluqdan sonra aşkar edilmiş əşyalar 24-cü PŞ-də ona göstərilmişdir. Həmin aşkar edilmiş əşyaların hamısı ona məxsusdur, köşkdən oğurlanmış əşyalardır. Qeyd etdiyi əşyaların qiyməti alış qiymətləridir. Hazırki ifadəsində köşkdən oğurlanmış ona məxsus əşyaların adlarını və qiymətlərini düzgün qeyd etmişdir. İlkin izahatında oğurlanmış 01 ədəd 2 manatlıq “Nar” konturunu qeyd etmədiyindən məbləği düzgün göstərməmişdir. Oğurlanmış əmlakın ümumi dəyəri 2391 manat 50 qəpik təşkil edir, qapının şüşəsinin zərəri isə 200 manatdır. Şüşənin sındırılması nəticəsində ona 200 manat, DV-R aparatının oğurlanması nəticəsində ona 90 manat ziyan dəymişdir. İlkin izahatında oğurlanmış əşyalarla birlikdə sındırılmış şüşənin dəyərini əlavə etməklə dəymiş ziyanı göstərmişdir. Onun oğurlanmış ümumi əmlakının dəyəri 2391 manat 50 qəpik təşkil edir. Hal-hazırda müəyyən etdiyi siqaret markaları bunlardır, ola bilər ki, bəzilərini unutmuşdur. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 21 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 1-2) - 17 noyabr 2024-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, hadisə yerinə, yəni Bakı şəhəri Nizami rayonu, B.Nuriyev küçəsi ilə Qara Qarayev prospektinin kəsişməsində yerləşən köşkə Zərərçəkmiş şəxs, ekspert-kriminalistin və hal şahidlərinin iştirakları ilə baxış keçirilmişdir. (i.v. 5-7) - 21 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Bakavtomat yolunda yerləşən fərdi yaşayış evində gizlətdiyi 24 ədəd alışqan, 16 ədəd “Argo”, 15 ədəd “Cardinal”, 10 ədəd “Vest”, 10 ədəd “Veqas”, 11 ədəd “Prima”, 07 ədəd “Neo”, 02 ədəd “X7”, 02 ədəd “Dunhel”, “Sobranie”, 02 ədəd “Vant”, 01 ədəd “Davidoff”, 01 ədəd “Kent” markalı siqaretlər, 05 ədəd 5 manatlıq, 02 ədəd 2 manatlıq, 03 ədəd 1 manatlıq “Bakcell”, 01 ədəd 2 manatlıq “Nar” və 02 ədəd 5 manatlıq “Azercell” konturları və 01 ədəd “HiCam” markalı DV-R-i könüllü təqdim edərək qeyd olunan əşyaları xx.xx.2024-cü il tarixdə saat 01 radələrində Nizami rayonu ərazisində, “Laçın” ticarət mərkəzinin yaxınlığında yerləşən köşkün giriş qapısını sındıraraq daxil olmaqla oğurladığı əşyalar olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi əşyalar sübut əhəmiyyətinə malik olduğundan maddi sübut kimi götürülmüşdür. (i.v. 14-15) - 23 noyabr 2024-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılan zaman o, hadisə yerini göstərməklə, oğurluq əməlini hansı qaydada və üsulla törətdiyini əyani olaraq təsvir etmişdir. (i.v. 81-84) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 17 fevral 2025-ci il tarixli 9/235 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən malların təzə və istifadədə olması nəzərə alınmaqla 2024-cü ilin noyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 309,36 manat müəyyən edilir. (i.v. 112-114) - 17 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan yenidən ittiham elan edilmiş, 21 noyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsi, Bakavtomat yolunda yerləşən fərdi yaşayış evindən aşkar olunmuş və protokol tərtib edilərək götürülmüş 24 ədəd alışqan, 16 ədəd “Argo”, 15 ədəd “Cardinal”, 10 ədəd “Vest”, 10 ədəd “Veqas”, 01 ədəd “Prima”, 07 ədəd “Neo”, 02 ədəd “X7”, 02 ədəd “Dunhel”, 02 ədəd “Sobranie”, 02 ədəd “Vant”, 01 ədəd “Davidoff”, 01 ədəd “Kent” markalı siqaretlər, 05 ədəd 5 manatlıq, 02 ədəd 2 manatlıq, 03 ədəd 1 manatlıq “Bakcell”, 01 ədəd 2 manatlıq “Nar”, 02 ədəd 5 manatlıq “Azercell” danışıq konturları və 01 ədəd “Hicam” markalı DVR iş üzrə maddi sübut kimi tanınmış və sahibinə təhvil verilmişdir. (i.v. 118-124) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il Qərarına əsasən qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 177.2.3-cü maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 21 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (i.v. 48-49) - 23 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddəti 03 ay həddində müəyyən edilmiş, həbsetmənin əvvəli 21 noyabr 2024-cü il tarixdən hesablanmışdır. (i.v. 85-87) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 29 noyabr 2024-cü il tarixli tələbnamədən və hökmlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Hərbi Məhkəməsinin 24 sentyabr 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 332.2.1 və 331.3-cü maddələri ilə təqsirli bilinib, CM-nin 66.3-cü maddəsinə əsasən qəti olaraq 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 18 mart 2017-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş; Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 15 may 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinib, CMnin 69.3-cü maddəsinə əsasən qəti olaraq 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 10 noyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Amnistiya Qərarının 2.4-cü bəndinə əsasən cəzadan azad edilmiş; Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 07 avqust 2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş 02 ay 15 gün hissədindən vaxtından əvvəl şərti azad edilmiş, 20 oktyabr 2023-cü il tarixdə cəza müddəti başa çatmış; Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 18 dekabr 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib, 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 02 il 05 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. (i.v. 88-89, 105-110) -Göstərişin surətindən görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 18 dekabr 2024-cü il tarixli hökmü qanuni qüvvəyə minmiş və 08 yanvar 2025-ci il tarixdə hökmün icra olunması üçün göstəriş verilmişdir. Azərbaycan Respublikası CM-nin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzadan 07 avqust 2023-cü il tarixdə vaxtından əvvəl şərti azad edildikdən sonra, məhkumluğu ödənilmədən 17 noyabr 2024-cü il tarixdə hazırkı iş üzrə cinayət əməlini törətdiyindən onun əməlində Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsində nəzərdə tutulan qaydada cinayətlərin residivi vardır. Cari iş üzrə cinayət əməlini isə, o, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 18 dekabr 2024-cü il tarixli hökmünün çıxarılmasınadək törətmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal qismində Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə cinayətlərin residivini Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alır, cəzanı ağırlaşdıran digər hallar isə müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, işin faktiki hallarını, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkdiyini nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir. Məhkəmənin qənaətinə görə, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir, ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” 22 fevral 2012-ci il tarixli Qərarına əsasən cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyini zamanı ona cinayətlərin residivinə görə cəza təyin edilməklə yanaşı həmçinin Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin müddəalarına əməl edilməli, bununla da, həmin maddəyə əsasən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 18 dekabr 2024-cü il tarixli hökmü ilə təyin edilmiş 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası yeni hökmlə təyin ediləcək həddə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 175.5-ci maddələrinin tələblərinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 21 noyabr 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, verilmiş mülki iddiaya ayrıca hüquqi qiymət veriləcəkdir, cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış 24 ədəd alışqan, 16 ədəd “Argo”, 15 ədəd “Cardinal”, 10 ədəd “Vest”, 10 ədəd “Veqas”, 01 ədəd “Prima”, 07 ədəd “Neo”, 02 ədəd “X7”, 02 ədəd “Dunhel”, 02 ədəd “Sobraniye”, 02 ədəd “Vant”, 01 ədəd “Davidoff”, 01 ədəd “Kent” markalı siqaretlər, 05 ədəd 5 manatlıq, 02 ədəd 2 manatlıq, 03 ədəd 1 manatlıq “Bakcell”, 01 ədəd 2 manatlıq “Nar”, 02 ədəd 5 manatlıq “Azercell” danışıq konturları və 01 ədəd “Hicam” markalı DVR-in Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalıdır; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Bundan başqa, qeyd edildiyi kimi, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı mülki iddia qaldıraraq verilmiş ittiham daxilində, yəni 2391,50 manat məbləğində maddi ziyanın onun xeyrinə tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 181.1.1-ci maddəsinə əsasən ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda, əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə qeyd edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi zamanı, yəni Təqsirləndirilən şəxs oğurluq yolu ilə özgənin əmlakını, Zərərçəkmiş şəxsnə məxsus əmlakı talamaqla zərərçəkmiş şəxsə 2391,50 manat məbləğində maddi ziyan vurmuşdur, bu, işin faktiki müəyyən olunmuş halıdır. Lakin nəzərə alınmalıdır ki, ilkin təhqiqat zamanı, 21 noyabr 2024-cü il tarixli protokola əsasən Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evində gizlətdiyi 24 ədəd alışqan, 16 ədəd “Argo”, 15 ədəd “Cardinal”, 10 ədəd “Vest”, 10 ədəd “Veqas”, 11 ədəd “Prima”, 07 ədəd “Neo”, 02 ədəd “X7”, 02 ədəd “Dunhel”, “Sobranie”, 02 ədəd “Vant”, 01 ədəd “Davidoff”, 01 ədəd “Kent” markalı siqaretlər, 05 ədəd 5 manatlıq, 02 ədəd 2 manatlıq, 03 ədəd 1 manatlıq “Bakcell”, 01 ədəd 2 manatlıq “Nar” və 02 ədəd 5 manatlıq “Azercell” konturları və 01 ədəd “Hicam” markalı DV-R onun tərəfindən könüllü olaraq təqdim edilmişdir. Hansı ki, müəyyən edilmiş qiymətlərə uyğun olaraq, həmin malların ümumilikdə dəyəri 395,6 manat təşkil edir. Qeyd olunan mallar isə, ibtidai istintaq zamanı naturada zərərçəkmiş şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs qaytarılmışdır. Belə olan halda, məhkəmə hesab edir ki, həmin malların dəyəri olan 395,6 manat məbləğində pul təqsirləndirilən şəxs, mülki cavabdehdən tutula bilməz, qeyd olunan məbləğ mülki iddia üzrə 2391,50 manat məbləğindən çıxılmalı, qalan məbləğ isə sübuta yetirilmiş məbləğ olaraq maddi ziyan qismində mülki cavabdeh Təqsirləndirilən şəxs mülki iddiaçı Zərərçəkmiş şəxsnin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən məhkəməyə iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. Məhkəmə hesab edir ki, mülki iddiaçı Zərərçəkmiş şəxs mülki iddianın verilməsi zamanı dövlət büdcəsinə ödədiyi dövlət rüsumunun əvəzi mülki cavabdehdən mülki iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından qərar əsasında dövlət hesabına dəvət olunmuş vəkilin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi xidmətlərə görə (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına və xx.xx.2025-ci il tarixli 141 saylı qərarla edilmiş dəyişikliyə əsasən hesablanaraq – 30 saat 6 manatdan, 6 saat 11 manatdan olmaqla) əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 18 dekabr 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 177.2.3-cü maddəsi ilə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həmin iş üzrə tutulduğu 01 (bir) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsində müəyyən edilmiş qaydada hesablanmaqla, təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılıb, üzərində qəti olaraq 03 (üç) il (02) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 21 noyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Mülki iddia qismən təmin edilsin. Maddi ziyana görə 1995,9 manat, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 44 manat, cəmi 2039,9 manat məbləğində pul mülki cavabdeh Təqsirləndirilən şəxs tutulub mülki iddiaçı Zərərçəkmiş şəxs ödənilsin. Məhkəmə məsrəfi olan 50 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Maddi sübut qismində tanınmış 24 ədəd alışqanın, 16 ədəd “Argo”, 15 ədəd “Cardinal”, 10 ədəd “Vest”, 10 ədəd “Veqas”, 01 ədəd “Prima”, 07 ədəd “Neo”, 02 ədəd “X7”, 02 ədəd “Dunhel”, 02 ədəd “Sobranie”, 02 ədəd “Vant”, 01 ədəd “Davidoff”, 01 ədəd “Kent” markalı siqaretlərin, 05 ədəd 5 manatlıq, 02 ədəd 2 manatlıq, 03 ədəd 1 manatlıq “Bakcell”, 01 ədəd 2 manatlıq “Nar”, 02 ədəd 5 manatlıq “Azercell” danışıq konturlarının və 01 ədəd “Hicam” markalı DVR müşahidə kamerası aparatının məhkəməyədək icraat zamanı Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərdiyi pulsuz hüquqi yardıma görə Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı vəkil bürosu vasitəsi ilə 246 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-253/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-253/2025
13.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver