Məhkəmə qərarları › İş №1(007)-254/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-254/2021

26.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-254/2021 26.10.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclas kaitibi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Mirzəyev Ceyhun Namiq oğlunun, müdafiəçi – Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs oğlunun iştirakı ilə, təqsirləndirilən şəxs – xx.xx.1998-ci ildə Sabirabad rayonunun Qalaqayın kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Füzuli rayonu, Dövlətyarlı kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yerləşən yataqxanada yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikasının CM-nin 307.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs onunla eyni məhəllədə yaşayan tanışı, Şamil Fətiyevin, 14 avqust 2018-ci il tarixdə saat 24 radələrində ünvan 2 ünvanında, ictimai yer olan küçədə əvvəllər tanıdığı X8 ilə birlikdə olarkən, həmin vaxt qeyd edilən küçədən keçən Bakı şəhər sakini X1 hərəkətlərini, baxış və yeriş tərzini irad tutub sonradan bunu bəhanə edərək, heç bir əsaslı səbəb olmadan özlərini nüfuz sahibi kimi göstərib üstünlüklərini ətrafdakılara nümayiş etdirməklə, bununla da ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərilməsi ilə müşayiət olunan qərəzli hərəkətlər etməklə, Nurlan Bağırovun əvvəllər ona verdiyi məişət təyinatlı, qatlanmayan səyahət bıçağından silah qismində istifadə edərək X1 qarşı zor tətbiq edib həmin bıçaqla sağ bazunun cızığı xəsarəti, həmçinin yumruqla Firudin Qəribovun sifət nahiyəsinə güclü zərbə endirərək orbitanın sağ aşağı divarının sınığı, baş beyin silkələnməsi, sağ gözətrafı nahiyənin əzilmiş yarası, sağ gözün ağlı qişasının qansızması kimi ümumilikdə dərəcələrinə görə sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan qəsdən sağlamlığına az ağır zərər vuran xəsarətlər yetirməklə, zərbənin təsirindən Firudin Qəribov yerə yıxıldıqdan sonra Nurlan Bağırov ilə birlikdə qrup halında Firudin Qəribova qarşı zor tətbiqini davam etdirərək bədəninin müxtəlif nahiyələrinə əl və ayaqları ilə zərbələr endirib döyməklə fiziki ağrı yetirib xuliqanlıq etdikdən sonra, öz cinayətkar əməllərini davam etdirərək, təkrarən, həmin vaxt Firudin Qəribovun səbəbsiz olaraq döyülüb xəsarət alması, yardım edilməsi üçün xəstəxanaya aparılması və özünə qarşı edilmiş hərəkətlərin səbəbinin müəyyən olunması üçün çağırışı ilə hadisə yerinə, yəni ünvan 3 ünvanına gəlmiş qardaşı X2 baş vermiş hadisə ilə əlaqədar onlara irad tutmasını və onun üst dodaq nahiyəsinə əli ilə vurmasını bəhanə edərək, yenə də özlərini nüfuz sahibi kimi göstərib üstünlüklərini ətrafdakılara nümayiş etdirməklə, tanışları, X8 və X3 ibarət bir qrup şəxslə birlikdə Rauf Qəribovun üzərinə hücum edərək əlbəyaxa olub, onun bədəninin müxtəlif nahiyələrinə yumruq və təpiklə zərbələr endirərək, ona alnın sağ yarısının, sağ almacıq nahiyəsinin, sağ pəncəsinin arxa səthinin sıyrıqları, burun belinin qançırları kimi ümumilikdə sağlamlığa zərər vurmayan, dərəcəsi təyin edilməyən və hər iki gözaltı nahiyənin qançırları, sol gözaltı nahiyənin kiçik ölçülü əzilmiş yarası kimi ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirərək bir qrup şəxslə xuliqanlıq edib, bundan sonra, ümumi niyyətdən kənara çıxaraq cinayətin digər iştirakçılarının qəsdi ilə əhatə olunmadan Rauf Qəribovu xuliqanlıq niyyətilə qəsdən öldürmək məqsədilə, üzərində gəzdirdiyi qeyd olunan məişət bıçağı ilə sonuncunun həyat üçün vacib olan döş qəfəsinin ön səthinə bir zərbə vurmaqla daxilinə nüfuz edərək döş sümüyünü dəlib keçən, yuxarı-ön divararalığı orqanları zədələnməsi və kəskin massiv qanitirmə ilə müşayiət olunan, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərini daşıyan, baş vermiş ölümlə bilavasitə səbəbli əlaqəsi olan deşilmiş-kəsilmiş yara xəsarəti yetirərək onu qəsdən öldürməklə xüsusilə ağır cinayət törətməsini bilərək, 15 avqust 2018-ci il tarixdə gecə saat 01 radələrində anası Şahid hadisənin baş verdiyi əraziyə gedib cinayətin aləti olan üzəri qan ləkələrinə bulaşmış, zavod üsulu ilə hazırlanmış, məişət təyinatlı, qatlanmayan səyahət bıçağını yerdən götürərək yaşadığı ünvan 4 ünvanında yerləşən 80 nömrəli yataqxananın 1-ci mərtəbəsində olan mənzilə gətirib, giriş qapısının yanındakı əşya yığmaq üçün nəzərdə tutulmuş dəmir konstruksiyanın üzərinə qoymasından sonra cinayətin aləti olan qeyd edilən bıçağı gizlətmək məqsədilə həmin yerdən götürüb ünvan 5 ünvanında yerləşən binanın zirzəmisinə atmaqla, qabaqcadan vəd etmədən xüsusilə ağır cinayəti gizlətmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs oğlu özünü ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 307.3-cü maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, böyrəyində ağrılar olduğu üçün 14 avqust 2018-ci il tarixdə günün əksər vaxtlarında evdə olmuş, bəzən isə hava almaq üçün həyətə düşmüşdür. Saat 23:50 radələrində küçədən səs-küy gəldiyini, kimlərinsə qışqırdığını eşitdikdə həyətə düşmüş, yaşadığı binanın yaxınlığında parkda 7-8 nəfər adamın toplaşdığını, onların yaralı vəziyyətdə və üst-başı qan içində olan Rauf Qəribovu avtomobilə oturdaraq harasa apardıqlarını görmüşdür. Orada olan insanlardan hadisə barədə soruşduqda, Rauf Qəribovun bıçaqlandığını, hadisə zamanı qardaşı Sənan Məmişlinin də orada olduğunu demişlər. Rauf Qəribovu qonşusu kimi tanımış, o, taksi sürücüsü kimi fəaliyyət göstərmiş, ondan yaşca böyük olduğu üçün sadəcə tanışlıq münasibətləri olmuşdur. Şamil Fətiyevlə eyni məhəllədə yaşamaqla həmyaşıd olmuş, təxminən 3-4 ildir ki, bir-birilərini tanımış, qardaşı Sənanın da Şamil Fətiyev ilə aralarında daima dostluq münasibətləri olmuşdur. 15 avqust 2021-ci il tarixdə gecə saat 01 radələrində Sənanı axtardıqdan sonra evə gəlmiş, anası Elya ona hadisə yerindən tapdığı bıçağı evə gətirib giriş qapısının yanında olan əşya yığılması üçün nəzərdə tutulmuş dəmir konstruksiyanın üzərinə qoyduğunu bildirmişdir. O da tez bıçağı ağ rəngli sellofan torbaya qoyaraq yaxınlıqda olan Naxçıvanski küçəsi, ev 94 B ünvanında yerləşən doqquz mərtəbəli binanın zirzəmisinə aparıb atmışdır. Daha sonra Nurlan Bağırova “WhatsApp” vasitəsilə bıçağın yerini deyərək bıçağı götürüb yuyub atmasını xahiş etmişdir. Həm hadisə yerində olarkən eşitdiklərindən, həm Nurlan Bağırovla aralarında olan yazışma zamanı ona deməsindən, habelə hadisə yerində olmuş qardaşı Sənanın ona deməsindən Rauf Qəribovun onunla eyni məhəllədə yaşayan X14 tərəfindən bıçaqlandığını bilmişdir. O, bıçağı atanda üzərində çoxlu qan olmuş, etdiyi hərəkətin cinayət olmasından xəbəri olmamışdır. Əgər bıçağı hüquq-mühafizə orqanlarına təqdim etsəydi, bıçaqda olan əl izləri ilə cinayətin Şamil Fətiyev tərəfindən törədilməsinin aşkara çıxacağından ehtiyat etmiş, Şamil Fətiyev ilə onun arasında daima normal münasibət olmuş, qardaşı Sənan da Şamil Fətiyev ilə yaxın dost olduğuna görə onun cinayət törətməsinin onun əli ilə aşkara çıxmasını qəbul edə bilməmişdir. Əməlindən peşmandır. Məhkəmədən ona həbslə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs oğlunun qeyd edilən əməli törətməkdə təqsiri öz ifadəsi ilə yanaşı aşağıdakılarla da təsdiq olunur. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, 2018-ci ilin avqust ayının 14-dən 15-nə keçən gecə, o, əri Tərxan, oğlu Kənan və qızı Nübar ilə evdə olarkən yatmış və həyətdən qışqırıq səsləri gəldiyini eşidib yuxudan oyanmışdır. Həmin vaxt əvvəl oğlu Kənan, sonra isə əri Tərxan evdən çıxmış, oğlu Sənanın evdə olmadığını bildiyindən o da onların axrasınca evdən çıxmış, həyətə düşüb binaların arasında olan parka getmişdir. Orada qan izləri və yerdə bıçaq görmüş, ağlı başında olmamış, ağlayaraq yerdə olan bıçağı tutacağının uc hissəsindən götürüb yaşadığı evin giriş qapısının yanında olan dəmirin üzərinə qoymuşdur. Bir müddət sonra oğlu Kənan evə qayıtmış, Sənanı tapa bilmədiyini demişdir. Kənana hadisə yerindən bıçaq tapıb evə gətirdiyini, qapının çöl tərəfdən yanında olan dəmirin üzərinə qoyduğunu bildirmişdir. Bundan sonra Kənan bıçağı götürüb sellofan torbaya qoyub harasa aparmış, daha sonra bıçağın aqibətindən xəbəri olmamışdır. Yuxudan oyanıb aşağı düşdüyü zaman ağlı başında olmamış, oğlu Sənana nə isə olduğunu, hətta bir müddət onun bıçaqlandığını zənn etmiş, həm də oğlunun kimisə bıçaqladığını düşünmüş, özü də bilmədən bıçağı yerdən götürüb evlərinin giriş qapısının yanındakı dəmirin üzərinə qoymuşdur. Həmin bıçağın tutacağı zolaqlı olmuş, qatlanmayan bıçaq olmuş, tiyəsi qan olmuş, bıçağı yumamış və ya silməmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında 22 yanvar 2019-cu il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işindən X4, X9, X10, X7 və X5 X14 tərəfindən xüsusilə ağır cinayət törədilməsini bilərək xəbər verməmələri, Şahid və Təqsirləndirilən şəxs oğlunun törədilmiş xüsusilə ağır cinayəti gizlətmələri faktı üzrə Azərbaycan Respublikası CM-nin 307.1 və 307.3-cü maddələri ilə cinayət işi ayrılıb ayrı icraatda istintaq edilmişdir. - Bakı Ağır Cinayətlər Məhkəməsinin 02.10.2020-ci il tarixli hökmündən görünür ki, X14 Azərbaycan Respublikası CM-nin 120.2.2, 127.2.3 və 221.3-cü maddələri ilə təqsirli bilinib CM-nin 66.3-cü maddəsinə əsasən 15 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, X8 Azərbaycan Respublikası CM-nin 126.1 və 221.2.1-ci maddələri ilə təqsirli bilinib CM-nin 66.3-cü maddəsinə əsasən 2 il 1 ay 15 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına, X11 Azərbaycan Respublikası CM-nin 221.2.1 və 228.4-cü maddələri ilə təqsirli bilinib CM-nin 66.3-cü maddəsinə əsasən 2 il 1 ay 15 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin 05.02.2021-ci il tarixli qərarından görünür ki, X6 əməli Azərbaycan Respublikası CM-nin 120.2.2-ci maddəsindən CM-nin 120.1-ci maddəsinə tövsif edilmiş və o, CM-nin 120.1-ci maddəsi ilə təqsirli bilinib 9 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, bu qərarla təyin edilmiş cəza Bakı Ağır Cinayətlər Məhkəməsinin 02.10.2020-ci il tarixli hökmü ilə CM-nin 127.2.3-cü maddəsi ilə təyin edilmiş 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-nin 221.3-cü maddəsi ilə təyin edilmiş 3 il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə CMnin 66.3-cü maddəsinə əsasən qismən toplamaq yolu ilə o, qəti olaraq 9 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 23.06.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 307.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. - qətimkan tədbirinin seçilməsi haqqında 23.06.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. - Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi tərəfindən verilmiş 25.06.2021-ci il tarixli, 79 nömrəli xasiyyətnamədən görünür ki, Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində məskunlaşmış Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 14.07.2021-ci il tarixli tələbnamədən görünür ki, əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 307.3-cü maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Beləliklə, məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 307.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməsi toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirildi. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 307.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığı üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl az ağır cinayət hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsini, törətdiyi əməli etiraf etməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, qəsdin obyektinin ədalət mühakiməsi orqanlarının cinayətkarlığın profilaktikası və cinayətlərin açılması üzrə normal fəaliyyəti təşkil etməsini nəzərə alaraq hesab edir ki, onun barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir. Məhkəmə həmçinin təqsirləndirilən şəxsə münasibətdə cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınan yuxarıda sadalanmış halların məcmusunu rəhbər tutaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq, habelə cəzanın ədalətli olmasını və şəxsin islah olunmasına təsirini təmin etmək üçün Təqsirləndirilən şəxs cəza çəkmədən islah olunmasını mümkün sayır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının CM-nin 70-ci maddəsi tətbiq olunaraq təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəza şərti olaraq tətbiq edilməlidir. Bundan başqa Təqsirləndirilən şəxs sınaq müddəti müəyyən edilməli və üzərinə onun davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası CPM-nin 346.1.20-ci maddəsində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 307.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 307.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti olaraq tətbiq edilməklə barəsində 1 (bir) il 6 (altı) ay sınaq müddəti müəyyən edilsin. Sınaq müddəti hökmün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri üzrə Probasiya idarəsinə məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun və üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Probasiya İdarəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar