Məhkəmə qərarları › İş №1(007)-254/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-254/2023

13.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-254/2023 13.04.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Səfərov Rəşad Ramazan oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 qanuni nümayəndəsi – Qanuni nümayəndə1, Təqsirləndirilən şəxs2 qanuni nümayəndəsi - Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının aparatı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın Uşaqlarla iş üzrə məsləhətçi psixoloqu Qanuni nümayəndə2, müdafiəçilər - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 oğlunun və Müdafiəçi2, təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakı ilə, təqsirləndirilən şəxs – xx.xx.2006-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Füzuli rayonu, Horadiz kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə, təqsirləndirilən şəxs – xx.xx.2006-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olan və ünvan 3yan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 180.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 özgə əmlakını açıq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib tanışları XXX Zərərçəkmiş şəxs X2 məxsus mobil telefonu ələ keçirmək məqsədilə 15 noyabr 2022-ci il tarixdə saat 15 radələrində sonuncu ilə ünvan 4 ünvanın qarşısında görüşüb aralarında olan cinayətkar razılığa əsasən o, XXX Zərərçəkmiş şəxs X4 ilə söhbət edib sonuncunun fikrini yayındıran zaman Təqsirləndirilən şəxs2 XXX Zərərçəkmiş şəxs X1 əlindəki üzərində 3 manat dəyərində 051 *** ** ** saylı mobil nömrə və 7 manat dəyərində üzlük olan 1500 manat dəyərində **********21926 İMEİ kodlu “Samsung S20” markalı mobil telefonu dartıb alıb açıq talamaqla hadisə yerindən qaçmış, bundan sonra qrup üzvü Təqsirləndirilən şəxs2 ilə həmin telefonu satıb əldə etdikləri gəliri öz aralarında bölməklə ümumilikdə zərərçəkmiş şəxs XXX Zərərçəkmiş şəxs X2 1510 manat maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Təqsirləndirilən şəxs2 özgə əmlakını açıq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib tanışları XXX Zərərçəkmiş şəxs X2 məxsus mobil telefonu ələ keçirmək məqsədilə 15 noyabr 2022-ci il tarixdə saat 15 radələrində sonuncu ilə ünvan 4 ünvanın qarşısında görüşüb aralarında olan cinayətkar razılığa əsasən qrup üzvü Təqsirləndirilən şəxs1 XXX Zərərçəkmiş şəxs X4 ilə söhbət edib sonuncunun fikrini yayındıran zaman o, XXX Zərərçəkmiş şəxs X1 əlindəki üzərində 3 manat dəyərində 051 *** ** ** saylı mobil nömrə və 7 manat dəyərində üzlük olan 1500 manat dəyərində **********21926 İMEİ kodlu “Samsung S20” markalı mobil telefonu dartıb alıb açıq talamaqla hadisə yerindən qaçmış, bundan sonra qrup üzvü Təqsirləndirilən şəxs1 ilə həmin telefonu satıb əldə etdikləri gəliri öz aralarında bölməklə ümumilikdə zərərçəkmiş şəxs XXX Zərərçəkmiş şəxs X2 1510 manat maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs1 özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsində nəzərdə tutulmuş ittihamla təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 ilə dostluq edir. Təxminən 2 ay əvvəl “İnstagram” sosial şəbəkəsində tanış olduğu, “Nur” deyə adını bildiyi, Zərərçəkmiş şəxs Əl Dali ilə aralarında dostluq münasibəti yaranmışdır. Tutulmasından təxminən 20 gün əvvəl Nurla mübahisəsi olmuş və o, əsəbləşib özünə məxsus “iPhone 6 plus” markalı mobil telefonunu yerə çırpıb sındırmışdır. Bundan sonra Nurla anasının mobil telefonu vasitəsilə “whatsapp”la danışmışdır. O, telefonunu Zərərçəkmiş şəxs görə sındırdığına görə özünə telefon almaq məqsədi ilə ondan borca pul istəmişdir. Zərərçəkmiş şəxs ona borc pul verməmiş, o, buna görə ondan incimişdir. 15 noyabr 2022-ci il tarixdə günorta saat 12 radələrində Zərərçəkmiş şəxs onunla görüşmək istəmişdir. O, həmin görüşdə Hüseynin köməyi ilə onun mobil telefonunu gizlin yolla götürüb satmaq məqsədi ilə Hüseynin evinə gəlib Zərərçəkmiş şəxsla görüşəcəyini, “Neftçilər” metrosunun yaxınlığında olacaqlarını və onun da həmin görüşə gəlib, Zərərçəkmiş şəxs başını qatdığı anda onun əlindəki mobil telefonu götürüb qaçmasını demişdir. Hüseyn onunla razılaşmış və Zərərçəkmiş şəxs telefonunu götürüb qaçmaq üçün onunla birlikdə gəlmişdir. O, Hüseynlə birlikdə “Neftçilər” metrosunun yaxınlığında dayanıb söhbət edərkən təxminən saat 14:30 radələrində Zərərçəkmiş şəxs onların yanına gəlmiş və onlar birlikdə məhəllələrin arasına getmişlər. O, Zərərçəkmiş şəxsla yan-yana gedərkən Hüseyn arxadan onlara yaxınlaşaraq Zərərçəkmiş şəxs əlindəki mobil telefonu götürüb məhəllələrin arasına qaçıb getmişdir. O, Zərərçəkmiş şəxsı inandırmaq üçün onunla birlikdə ətrafa baxıb Hüseyni axtarsalar da onu tapmamışlar və Zərərçəkmiş şəxs ona acıqlanıb küsüb getmişdir. O da bir qədər əvvəldən razılaşdıqları kimi həmin ərazidə gəzərkən Hüseynlə rastlaşmış və Zərərçəkmiş şəxs götürdüyü “Samsung S20” markalı mobil telefonu satmaq istəmişlər, lakin satıcı onların yaşlarını biləndən sonra almamışdır. Buna görə də onlar Hüseynin evinə gedib onun anasına telefonun guya ona hədiyyə verildiyini, telefonu satmaq istədiyini, lakin yaşına görə sata bilmədiyini deyərək həmin telefonu satmağa kömək etməsini xahiş etmişlər. Hüseynin anası İlahə xanım da onlara inanmış və telefonu öz şəxsiyyət vəsiqəsi ilə “Neftçilər” metrosunun yaxınlığındakı mağazaya satmışdır. İlahə xanım pulu ona vermiş və onlar həmin pulu xərcləmişlər. Əməlindən peşmandır. Zərərçəkmiş şəxsə dəymiş ziyan ödənilmişdir. Məhkəmədən yaşını nəzərə alaraq barəsində həbslə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs2 özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsində nəzərdə tutulmuş ittihamla təqsirli bilərək ifadəsində göstərmişdir ki, Muradla və onun tanışı Zərərçəkmiş şəxsla dostluq etmişdir. Murad onun evinə gəlib Zərərçəkmiş şəxsla görüşəcəyini, “Neftçilər” metrosunun yaxınlığında olacaqlarını, həmin vaxt Zərərçəkmiş şəxs fikrini yayındıracağını və onun da gizlin gələrək Zərərçəkmiş şəxs telefonunu götürüb qaçmağını istəmişdir. O, Muradla birlikdə “Neftçilər” metrosunun yaxınlığında dayanıb söhbət edərkən təxminən saat 14:30 radələrində Zərərçəkmiş şəxs onların yanına gəlmiş və birlikdə “Neftçilər” metrosunun yaxınlığındakı məhəllələrin arasına getmişlər. Muradla Zərərçəkmiş şəxs yan-yana gedərkən o, arxadan onlara yaxınlaşıb Zərərçəkmiş şəxs əlindəki mobil telefonu götürüb məhəllələrin arasına qaçıb getmişdir. Təxminən 15 dəqiqə sonra o, həminki yerə qayıtmış, orada Muradla Zərərçəkmiş şəxsı görməmişdir. Bir qədər gəzdikdən sonra Muradla rastlaşmış və Zərərçəkmiş şəxs harada olduğyunu soruşan zaman onun küsüb getdiyini demişdir. Zərərçəkmiş şəxs götürdüyü “Samsung S20” markalı mobil telefonu satmaq məqsədilə “Neftçilər” metrosunun yaxınlığındakı mobil telefon mağazasına getmişlər. Onların yaşları az olduğundan satıcı telefonu almamışdır. O, Muradla evlərinə gedib anasına oğurladıqları telefonun guya Murada hədiyyə verildiyini, Muradın da həmin telefonu bəyənmədiyi üçün onu satmaq istədiyini, lakin yaşı az olduğu üçün sata bilmədiyini bildirərək anasından telefonu satmağa kömək etməsini xahiş etmişlər. Anası həmin telefonu “Neftçilər” metrosunun yaxınlığındakı mağazaya öz şəxsiyyət vəsiqəsi ilə satmış və pulu Murada vermişdir. Həmin pulu Muradla xərcləmişlər. Əməlindən peşmandır. Zərərçəkmiş şəxsə dəymiş ziyan ödənilmişdir. Məhkəmədən yaşını nəzərə alaraq barəsində həbslə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qeyd edilən əməli törətməkdə təqsirləri öz ifadələri ilə yanaşı aşağıdakılarla da təsdiq olunur. Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi X7 məhkəməyə teleqram vuraraq zərərçəkmiş şəxsin istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, heç bir əlavəsinin olmadığını, dəymiş ziyanın ödənildiyini, heç bir şikayət və tələblərinin olmadığını bildirmiş və məhkəmə iclaslarının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs X4 istintaqda verdiyi ifadəsində göstərmişdir ki, “İnstagram” sosial şəbəkəsindən tanıdığı, orada adını xatırlamadığı səhifənin admini olan, öz adını da bilmədiyi bir nəfər qızla rəfiqə münasibətində olmuşdur. Onunla bir-birlərinə telefon nömrələrini vermiş və arada Bakı şəhərinin müxtəlif yerlərində, “Bulvar”da və s. görüşmüşlər. Həmin qız bir-iki dəfə adını bilmədiyi sevgilisi ilə də onunla görüşə gəlmişdir. 1-2 dəfə də həmin qızın sevgilisinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 adlı dostları da onlarla birlikdə gəzməyə gəlmiş və onun da Murad və Hüseynlə buna görə tanışlığı olmuşdur. Onun İMEİ kodu **********21926 olan “Samsung S20” markalı mobil telefonunda 051 *** ** ** saylı mobil nömrəsi olmuş və onu istifadə etmişdir. Muradla o, mobil telefonda danışmış və Hüseynlə də arada bir tanış kimi “whatsapp”la danışmışdır. Murad və Hüseynlə təxminən bir ay dost kimi danışmışdır. Əvvəllər söhbət əsnasında Muradla arasında söz mübahisəsi düşmüş və o, əsəbləşib öz telefonunu yerə çırpıb sındırmışdır. Bundan sonra ondan borca pul istəyib özünə telefon almaq istədiyini demiş o, isə ona pulunun olmamasını demişdir. Buna görə onların arasında inciklik olmuşdur. Həmçinin əvvəllər söhbət zamanı Murad və Hüseyn zarafatla ona “sənin əlindən telefonu götürüb qaçmaq çox asan olar” demişlər. O da bunu ciddiyə almamışdır. Bundan başqa Murad ona bildirmişdir ki, mobil telefonu lombarda qoyub, pul götürmək olar və bir ay ərzində pulu qaytarmadan telefonu da geri almaq olar. Buna görə də onun telefonunu götürüb lombarda qoymaq təklifini ona etmişdir. O, buna da razı olmamışdır. Muradın və Hüseynin mobil telefon nömrələrini əzbər bilməsə də mobil telefonunda onların adları olmuş və onların başqa anket məlumatlarını və ya yaşadıqları yeri bilmir. Murada borc pul vermədiyi üçün ondan küsmüşdür və o, 15 noyabr 2022-ci il tarixdə günorta saatlarında Muradın bacısının və ya anasının nömrəsinin “whatsapp”ına yazıb Muradı görüşə çağırmış və onunla barışmaq istədiyini demişdir. O da razı olmuş və həmin gün saat təxminən 15 radələrində “Neftçilər” metrosunun yaxınlığında görüşmüşlər. Murad gələrkən dostu Hüseyn də onun yanında olmuşdur. Onlar “Neftçilər” metrosu yaxınlığında görüşmüş və bir qədər söhbət etdikdən sonra anası evə çağırdığı üçün o, getmək istədiyini deyib, Muradın onu yola salmasını xahiş etmişdir. Murad da nə üçün onu görüşə çağırdığını və tez getməyini deyib narazılıq etmişdir. O, Muradla yanbayan gedərkən Hüseyn arxadan gəlib gizlicə əlində tutduğu telefonu götürüb qaçaraq binaların arasına getmişdir. O, bunun zarafat olmasını fikirləşib Murada gedib Hüseyndən telefonunu alıb gətirməsini demişdir. Murad isə özünün getməyini deyib, onun bu məsələyə aidiyyəti olmamasını bildirmişdir. O da buna görə Hüseynin getdiyi istiqamətə getmiş, lakin onu tapmayıb geri qayıdarkən Muradın da getməsini müəyyən etmişdir. Bundan sonra bir qədər də gözləmiş və Hüseynlə Muradın əlbir olaraq telefonunu alıb qaçmalarını düşünmüş və şikayət etmək üçün polisə getmişdir. Mobil telefonunun üzərində tünd qırmızı rəngli 7 manata aldığı üzlük, 3 manat dəyərində sim kart olmuşdur. Mobil telefonunu isə bir il əvvəl 2000 manata almışdır. Bugünkü qiyməti isə təxminən 1500 manatdır. Həmçinin mobil telefonunun ekran şifrəsini də Muradla Hüseynə demişdir. Telefonunun soyğunçuluq yolu ilə talanmasına görə ona 1510 manat maddi ziyan dəymişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, oğlu məhəllədə yaşayan Təqsirləndirilən şəxs1 ilə dostluq edir. Oğlu Muradla evə gəlib, Murada “Samsung S20” markalı mobil telefon hədiyyə edildiyini, lakin Muradın həmin telefonu bəyənmədiyini, onu satmaq istədiyini, azyaşlı olmasına görə ondan telefonu almadıqlarını, həmçinin Muradın anasının azyaşlı körpəsinə baxdığı üçün çölə çıxa bilmədiyini deyərək onun həmin telefonu satmağa kömək etməyini xahiş etmişdir. “Neftçilər” metrosunun yaxınlığındakı telefon mağazasına getmişlər və telefonu öz şəxsiyyət vəsiqəsi ilə satmışdır. Aldığı pulu Murada vermiş və sonra onlardan ayrılmışdır. Bir neçə gündən sonra isə oğlunun həmin telefonu Muradla birlikdə soyğunçuluq edərək bir nəfər qızdan götürüb qaçdıqlarını öyrənmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nizami rayonu, “Neftçilər” metrostansiyasının yaxınlığında telefon mağazası işlədir. Murad və Hüseyn mağazaya gələrək ona “Samsung S20” markalı mobil telefon verib onu satmaq istədiklərini demişlər. O, həmin şəxslərin yaşları az olduğundan telefonu almamışdır. 16 noyabr 2022-ci il tarixdə saat təxminən 15 radələrində Murad və Hüseyn anaları kimi təqdim etdikləri Şahid1 ilə birlikdə mağazaya gəlmişlər. Həmin qadın uşaqların anası olduğunu, telefonun ona məxsus olduğunu demiş, o da “Samsung S20” markalı mobil telefonu almışdır. Şahid1 şəxsiyyət vəsiqəsinin surətinin üzərinə öz əl yazısı ilə telefonun ona məxsus olduğunu, oğurluq olmadığını yazmış və onlar mağazadan çıxıb getmişlər. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanılması və icraata qəbul olunması haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs X1 müraciəti əsasında toplanmış materiala əsasən fakta görə Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. - zərərçəkmiş şəxs qismində tanıma haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs X4 zərərçəkmiş şəxs kimi tanınmışdır. - qanuni nümayəndə qismində tanıma haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs X1 anası X7 qanuni nümayəndə kimi tanınmışdır. - qanuni nümayəndə qismində tanıma haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının aparatı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın üzvü Qanuni nümayəndə2 yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 qanuni nümayəndəsi kimi tanınmışdır. - qanuni nümayəndə qismində tanıma haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 anası Qanuni nümayəndə1 qanuni nümayəndə kimi tanınmışdır. - cinayət törətməkdə şübhəli olan şəxsin tutulması barədə xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli olduğuna görə tutulmuşdur. - cinayət törətməkdə şübhəli olan şəxsin tutulması barədə xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli olduğuna görə tutulmuşdur. - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsi ilə ittiham elan edilmişdir. - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsi ilə ittiham elan edilmişdir. - vəsatətin müdafiə edilməsindən imtina edilməsi və qətimkan tədbirinin seçilməsi barədə xx.xx.2022-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində həbs qətimkan tədbiri seçilməsi barədə Nizami RPİ-nin İŞ-nin baş müstəntiqi Ə.Qurbansoyun vəsatətinin müdafiə edilməsindən imtina edilmiş və barələrində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli, 9/8471 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, təqdim edilmiş 1 ədəd “Samsung” markalı, “SM-G980F/DS(S20)” modelli mobil telefonun komplektləşdirilməsinə daxil edilən aksessuarların olmaması və istifadədə olması nəzərə alınmaqla orta bazar qiyməti təxminən 650,0 manat müəyyən olunmuşdur. - sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, 1 ədəd “Samsung” markalı, “SM-G980F/DS(S20)” modelli mobil telefon maddi sübut kimi tanınmış və zərərçəkmiş şəxsə verilməsi nəzərə alınmışdır. Zərərçəkmiş şəxsə məxsus “Samsung” markalı, “SM-G980F/DS(S20)” modelli mobil telefon satılarkən aparılmış sənədlərin kserosurətləri maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamələrdən görünür ki, əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkumluğu barədə məlumat yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında Plenum qərara almışdır ki: ”…3. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-cı maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülüb-görülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqa zidd xarakter daşıdığını başa düşürlər... 4. Özgə əmlakı qanunsuz götürülərkən, orada olmuş kənar şəxs həmin hərəkətlərin hüquqazidd olmasını dərk etmirsə, yaxud da həmin kənar şəxs təqsirli şəxsin qohumudursa və təqsirli şəxs bununla əlaqədar əmlak götürülərkən, əks təsirə məruz qalmayacağına arxayındırsa, o zaman əməl özgə əmlakının oğurluğu kimi tövsif edilməlidir.Əgər sadalanan kənar şəxslər özgə əmlakının talanmasının qarşısının alınması üçün tədbir görmüşlərsə (məsələn, hüquqazidd hərəkətlərin dayandırılmasını tələb etmişlərsə), bu zaman təqsirli şəxs AR CM-nin 180-cı maddəsi ilə məsuliyyət daşımalıdır...

7. Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir... 10. Özgə əmlakının talanması əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edərkən, bilavasitə özgə əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razılıq əldə edilməsi, həmçinin hər hansı icraçı və cinayətin digər iştirakçıları tərəfindən hansı konkret hərəkətlər edilməsi araşdırılmalıdır. Hökmdə törədilmiş cinayətin hər bir icraçısının və digər iştirakçısının (təşkilatçılarının, təhrikçilərinin, köməkçilərinin) barəsindəki sübutlara qiymət verilməlidir.... 11. CM-nin 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları, rolların bölgüsünə əsasən, cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa) onlar CM-nin 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün CM-nin 32-ci maddəsinə istinad edilməsinə ehtiyac yoxdur.” Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla Təqsirləndirilən şəxs1 tərəfindən Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir. Təqsirləndirilən şəxs1 cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığı üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla Təqsirləndirilən şəxs2 tərəfindən Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir. Təqsirləndirilən şəxs2 cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığı üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 86.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 86.2-ci maddəsinə əsasən cəza təyin edilərkən yetkinlik yaşına çatmama yüngülləşdirici hal kimi, cəzanı yüngülləşdirən və ağırlaşdıran digər hallarla birlikdə nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 nömrəli Qərarının 2-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 59-cu maddəsinə görə cinayətin yetkinlik yaşına çatmayanlar tərəfindən törədilməsi cəzanı yüngülləşdirən hal hesab edildiyindən yetkinlik yaşına çatmayanlara cəza təyin edilərkən məhkəmə ilk növbədə təqsirkara azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növü təyin edilməsinin mümkünlüyü məsələsini müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri əməl az ağır cinayət hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs1 ilk dəfə cinayət əməli törətməsini, törətdiyi cinayət əməlini etiraf etməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini, zərərçəkmiş şəxsin şikayətinin və tələbinin olmamasını, yetkinlik yaşına çatmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 cəzasını Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə Təqsirləndirilən şəxs1 barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, qəsdin obyektini mülkiyyət münasibətləri təşkil etməsini nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmaqla barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək iki gün həbsdə saxlanılması nəzərə alınmaqla həbsdə saxlamanın bir gününü azadlıqdan məhrum etmənin bir gününə hesablayaraq nəzərə alınmalıdır. Məhkəmə həmçinin təqsirləndirilən şəxsə münasibətdə cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınan yuxarıda sadalanmış halların məcmusunu rəhbər tutaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq, habelə cəzanın ədalətli olmasını və şəxsin islah olunmasına təsirini təmin etmək üçün Təqsirləndirilən şəxs1 cəza çəkmədən islah olunmasını mümkün sayır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının CM-nin 70-ci maddəsi tətbiq olunaraq təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəza şərti olaraq tətbiq edilməlidir. Bundan başqa Təqsirləndirilən şəxs1 sınaq müddəti müəyyən edilməli və üzərinə onun davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 ilk dəfə cinayət əməli törətməsini, törətdiyi cinayət əməlini etiraf etməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini, zərərçəkmiş şəxsin şikayətinin və tələbinin olmamasını, yetkinlik yaşına çatmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 cəzasını Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə Təqsirləndirilən şəxs2 barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, qəsdin obyektini mülkiyyət münasibətləri təşkil etməsini nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmaqla barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək iki gün həbsdə saxlanılması nəzərə alınmaqla həbsdə saxlamanın bir gününü azadlıqdan məhrum etmənin bir gününə hesablayaraq nəzərə alınmalıdır. Məhkəmə həmçinin təqsirləndirilən şəxsə münasibətdə cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınan yuxarıda sadalanmış halların məcmusunu rəhbər tutaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq, habelə cəzanın ədalətli olmasını və şəxsin islah olunmasına təsirini təmin etmək üçün Təqsirləndirilən şəxs2 cəza çəkmədən islah olunmasını mümkün sayır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının CM-nin 70-ci maddəsi tətbiq olunaraq təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəza şərti olaraq tətbiq edilməlidir. Bundan başqa Təqsirləndirilən şəxs2 sınaq müddəti müəyyən edilməli və üzərinə onun davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası CPM-nin 346.1.19-346.1.20-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli; Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan 50 (əlli) manat ekspertiza xərcinin 25 (iyirmi beş) manatı Təqsirləndirilən şəxs1, 25 (iyirmi beş) manatı Təqsirləndirilən şəxs2 tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilməli; Azərbaycan Respublikası CPM-nin 132.1.5-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan 1 ədəd “Samsung” markalı, “SM-G980F/DS(S20)” modelli mobil telefon Zərərçəkmiş şəxs X2 qaytarılmış hesab edilməli; Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət işi üzrə maddi sübut olan zərərçəkmiş şəxsə məxsus “Samsung” markalı, “SM-G980F/DS(S20)” modelli mobil telefon satılarkən aparılmış sənədlərin kserosurətləri cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 180.2.1ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkillərin məhkəmədə iştirak etdikləri müddət 26 iş saatı müddətinə bərabər olduğundan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla hər birinə 156 (bir yüz əlli altı) manat (26x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə müdafiəçilər Müdafiəçi1 və Müdafiəçi2 dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə

H Ö K M E T D İ:

Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 2 gün həbsdə saxlanılması nəzərə alınmaqla həbsdə saxlamanın bir gününü azadlıqdan məhrum etmənin bir gününə hesablayaraq üzərində 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti olaraq tətbiq edilməklə barəsində 1 (bir) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddəti hökmün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yeri üzrə Probasiya idarəsinə məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun və üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Probasiya idarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 2 gün həbsdə saxlanılması nəzərə alınmaqla həbsdə saxlamanın bir gününü azadlıqdan məhrum etmənin bir gününə hesablayaraq üzərində 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti olaraq tətbiq edilməklə barəsində 1 (bir) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddəti hökmün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yeri üzrə Probasiya idarəsinə məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun və üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Probasiya idarəsinə həvalə edilsin. Cinayət işi üzrə maddi sübut olan bir ədəd “Samsung” markalı, “SM-G980F/DS(S20)” modelli mobil telefon Zərərçəkmiş şəxs X2 qaytarılmış hesab edilsin, zərərçəkmiş şəxsə məxsus “Samsung” markalı, “SM-G980F/DS(S20)” modelli mobil telefon satılarkən aparılmış sənədlərin kserosurətləri cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi 50 (əlli) manat ekspertiza xərcinin 25 (iyirmi beş) manatı Təqsirləndirilən şəxs1, 25 (iyirmi beş) manatı Təqsirləndirilən şəxs2 tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına keçirilsin. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birinə 26 (iyirmi altı) saat göstərdikləri pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçilər Müdafiəçi1 və Müdafiəçi2 Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə hər birinə 156 (bir yüz əlli altı) manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar