Məhkəmə qərarları › İş №1(007)-254/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-254/2024

23.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-254/2024 23.10.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclas katibi Əsədli Gülsu Araz qızının katibliyi, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2 oğlunun, müdafiəçi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, təqsirləndirilən şəxs xx xxxxx 1977-ci ildə Tərtər rayonu, Mamırlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, bərbər işləyən, əvvəllər məhkum olunmamış,Tərtər rayonu, Mamırlı kəndində qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Ş.Əliyev küçəsi, nömrəsiz fərdi evdə yaşayan, xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq bir ədəd bükümdə təmiz çəkisi 0,210 qram kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamin əldə edib üzərində saxlamaqla daşımış, onun narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Nizami rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində xx.xx.2023-cü il tarixdə saat 01:05 radələrində ünvan 1 ünvanın qarşısında şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev 127 ünvanında yerləşən Nizami rayon Polis İdarəsinin inzibati binasına gətirilib üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd qızılı kağız bükümündə təmiz çəkisi 0,210 qram kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə baxışında özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş ittihamla təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 23 ildir ki, ünvan 4 ünvanında yerləşən bərbərxanada bərbər olaraq işləyir. xx.xx.2023-cü il tarixində Nizami rayon Polis İdarəsinin NMB-nin polis əməkdaşları tərəfindən saxlanıldığı zaman onun üzərində narkotik vasitə olmamışdır. O, narkotik vasitə istifadəçisi olmuş, marixuana istifadə etmişdir, lakin heç vaxt narkotik vasitə satmamışdır. Polis əməkdaşları tərəfindən saxlanıldığı ərəfədə telefonu oğurlandığı üçün 15 gün Nizami RPİ-yə gedib-gəlmiş və onun köməyi ilə telefonu tapılmışdır. Nizami rayon Polis İdarəsində üzərinə baxış keçirilən zaman vəkil dəvət olunmuş və çəkiliş aparılmışdır. Çəkilişdən öncə onun cibinə narkotik vasitə polis əməkdaşları tərəfindən qoyulmuş, çəkilişdə isə təqdim etməli olduğu deyilmişdir. Narkoloji ekspertizada onun qanında narkotik vasitə aşkar edilməmişdir. Narkotik vasitəni heç bir ödəniş etmədən satan şəxslərlə əlaqə saxlayaraq götürmüşdür. O, səs yazıları və mesajlar barədə heç nə bilmir, yazılanların bəziləri doğru, bəziləri isə yanlışdır. Narkotik istifadə edən şəxslər bir-biri ilə əlaqəlidirlər deyə ondan narkotik vasitə istəmişlər, o isə verməmişdir. Polis əməkdaşları tərəfindən ona təzyiq göstərildiyindən istintaqda fərqli ifadə vermişdir. Məhkəmədən iki övladının olmasının, ailənin yeganə qazanc gətirəni olmasının nəzərə alınmasını xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan Təqsirləndirilən şəxs ifadəsi elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, bir neçə ildir ki, narkotik vasitələrdən və psixotrop maddələrdən çəkmə yolu ilə istifadə edir. Narkotik vasitə və psixotrop maddələri Bakı şəhərində müxtəlif yerlərdən və müxtəlif vaxtlarda tanımadığı şəxslərdən pulla almışdır. Sonuncu dəfə 05 dekabr 2023-cü il tarixdə axşam saatlarında Nizami rayonu ərazisində Abbas adı ilə tanıdığı, lakin ünvanını, dəqiq adını və soyadını bilmədiyi şəxsdən 30 manat müqabilində 01 bükümdə “şüşə” və ya “patı” adı ilə tanınan psixotrop maddə, yəni metamfetamin alaraq istifadə etmək üçün üzərində saxlamışdır. 06 dekabr 2023-cü il tarixdə, saat 01 radələrində işlədiyi ünvan 4 ünvanında yerləşən bərbərxanadan çıxıb, Rüstəm Rüstəmov küçəsində piyada gedərkən iki nəfər mülki geyimdə şəxs ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərməklə, özlərini ona təqdim edib polis əməkdaşları olduqlarını bildirdikdən sonra ondan da özünü təqdim etməsini istəmişlər. O da onlara özünü təqdim etdikdən sonra ona narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz əldə edilməsində, saxlanılmasında və istifadəsində şübhəli olduğunu bildirmişlər. Sonra isə üzərində şəxsi axtarış aparılmasının zəruri olduğunu bildirməklə şəxsi axtarış aparılmasından ötrü onlarla birlikdə Nizami RPİ-nə getməli olduğunu demişlər. O da etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə Nizami RPİ-nə getmişdir. Polis İdarəsinin inzibati binasında təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmaqla, ona hüquq və vəzifələri izah edilmişdir. O, ərizə ilə müraciət edərək, özünün maddi imkanı olmadığından dövlət hesabına müdafiəçi ilə təmin olunmağını xahiş etmişdir. Ona görə də dövlət hesabına müdafiəçi ilə təmin edilmişdir. Müdafiəçisi ilə təklikdə görüşüb danışdıqdan sonra təhqiqatçı tərəfindən müdafiəçisinin və onu Polis İdarəsinə gətirən polis əməkdaşlarının iştirakları ilə videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində qanunsuz olaraq əldə edilmiş narkotik vasitələr, psixotrop maddələr, eləcə də cinayət xarakterli digər əşya və predmetlər vardırsa təqdim etməsi təklif olunmuşdur. Bundan sonra o, əynindəki boz rəngli şalvarının sağ yan cibindən qızılı kağız kəsiyinə bükülmüş bir ədəd bükümü çıxarıb təqdim edərək, həmin bükümün içərisində “şüşə”, “patı” adı ilə tanıdığı psixotrop maddə olduğunu demişdir. Bundan sonra təqdim etdiyi bükümə baxış keçirilmiş və bükümün içərisində ağ rəngli, kristalşəkilli kütlə aşkar edilmişdir. Bundan başqa özünə məxsus ***-***-**-** simkartlı “Samsung A15” markalı mobil telefonu və iş yerinin bir topa açarını çıxarıb təqdim etmişdir. Bundan sonra üzərində şəxsi axtarış davam etdirilsə də, üzərindən başqa predmet aşkar edilməmişdir. Təqdim etdiyi içərisində ağ rəngli maddə olan 01 ədəd sellofan büküm təhqiqatçı tərəfindən bir ədəd zərfdə qablaşdırılmışdır. Zərfin üzəri onun, müdafiəçisi və polis əməkdaşı tərəfindən imzalandıqdan sonra möhürlənmişdir. Sonra bu barədə protokol tərtib olunmuş, tərtib edilmiş protokol ucadan oxunmuş, protokolun doğruluğu onun müdafiəçisi və polis əməkdaşları tərəfindən imzalarla təsdiq edilmişdir. Üzərindən aşkar edilmiş həmin psixotrop maddə-metamfetamini özünün istifadəsi üçün əldə etmiş, hər hansı bir şəxsə satmamış, əvəzli- əvəzsiz verməmişdir. Bununla belə əvvəllər şəxslərə narkotik vasitə və psixotrop maddə satmışdır. Şəxsi axtarış zamanı təqdim etdiyi bir ədəd “Samsung A15” markalı mobil telefon ona məxsusdur və içərisində ***-***-**-** sim kartı vardır. Həmin mobil telefon işlək vəziyyətdə olmuş və onun tərəfindən istifadə edilmişdir. İçərisində olan məlumatlar və yazışmlar onun tərəfindən və ya onunla aparılmışdır. Polis əməkdaşları tərəfindən saxlanılarkən və Polis İdarəsində olarkən, eləcə də üzərinə şəxsi axtarış keçirilərkən ona qarşı hər hansı bir zor, təzyiq olmamışdır. Qanunsuz olaraq psixotrop maddələr, narkotik vasitələr əldə etmənin və satmanın cinayət olduğunu bilir, əməlindən peşmandır. İş üzrə təqsirləndirilən şəxs qismində əlavə olaraq dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, Şahid3 ilə aralarında üzləşdirmə aparılarkən ona həqiqətən də narkotik vasitə verdiyi barədə ifadəsini təsdiq edir. Belə ki, özünün narkotik almağa maddi imkanı olmadığından son vaxtlarda əldə etdiyi narkotik vasitələrdən satıb özünün istifadə etdiyi narkotik vasitənin pulunu qazanmışdır. Şahid3 ümumilikdə iki dəfə narkotik vasitə olan nəşə vermişdir. Birinci dəfə tam olaraq tarixi xatırlamasa da, nəşəni ona təxminən 10 manata satmışdır. İkinci dəfə yəni, 02 dekabr 2023-cü il tarixdə isə pulsuz olaraq ona bir baş nəşə vermişdir. Bunun əvəzində isə Şahid3 onu öz avtomobili ilə yaşadığı evə aparmışdır. Şahid4 işlədiyi bərbərxananın yaxınlığında yerləşən “Rozmari” adlanan gül dükanının işçisi kimi tanıyır. Şahid4 birinci dəfə təxminən 2023-cü ilin oktyabr ayında onunla əlaqə saxlayaraq, ondan özünün istifadəsi üçün nəşə almaq istədiyini bildirmişdir. Həmin vaxt əlində nəşə olmadığından ona nəşə tapdıqdan sonra onunla əlaqə saxlayacağını demişdir. Bundan bir müddət sonra Bəhruza zəng edərək, bir bükümdə nəşəni iş yerinin yaxınlığında olan parkda gizlətdiyini və adına olan yadında qalmayan kart hesabına 10 manat pul köçürməsini istəmişdir. Bəhruz da onun kartına 10 manat pul köçürdükdən sonra qəbzini ona göndərmişdir. Bundan sonra Bəhruza nəşəni parkda gizlətdiyi yerin şəklini göndərmişdir. Bundan başqa sonrakı müddətlərdə Bəhruza hər bükümünü 10 manata olmaqla bir neçə dəfə marixuana satmışdır. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə axşam saatlarında Bəhruz onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinin “whatsapp” proqramına yazaraq, ondan marixuana istəmişdir. Həmin vaxt əlində narkotik yox imiş və özü də “lomka”da olduğundan istifadəsi üçün narkotik axtarırmış, ona görə də Bəhruza hazırda əlində nəşə olmadığı bildirmişdir. Həmin gündən sonra Bəhruz onunla əlaqə saxlamamışdır. Şahid3 və Şahid4 başqa adlarını xatırlamadığı şəxslərə də narkotik vermişdir. Lakin məqsədi narkotik satıb, pul qazanmaq olmamışdır. Sadəcə olaraq tanışlarına narkotikləri pulla satmaqda məqsədi özünün şəxsi istifadəsi üçün narkotiki pulsuz əldə etmək olmuşdur. ***-***-**-** saylı mobil nömrəni uzun müddətdir ki, istifadə edir. "xxxx" MMC-dən daxil olmuş 01 ədəd “CD” diskə baxış keçirilən zaman aşkar edilmiş ***-***-**-**, ***-***-**-**, ***-***-**-** və ***- ***-**-** saylı mobil nömrələrə yazılan “sms” mətnləri o özü yazmışdır. Ancaq həmin mobil nömrələrin istifadəçilərinin kim olduqlarını xatırlamır. Həmin şəxslər də narkotik vasitə istifadəçiləridirlər. Həmin şəxslərdə narkotik olmayanda ondan, onda narkotik olmayanda isə həmin şəxslərdən şəxsi istifadəsi üçün narkotik alıb-satmışdır. Bəzən də onlarla pul toplayıb İran İslam Respublikası vətəndaşı kimi tanıdığı Əli adlı şəxsdən narkotik sifariş verib, almışdır. xx.xx.2023-cü il tarixdə üzərindən aşkar edilərək götürülmüş “Samsung A15” markalı mobil telefona baxış zamanı “Whatsapp” proqramında “Əli Cenqo” adı ilə qeyd olunan +98-***-***-**-** saylı mobil nömrə istifadəçisini İran İslam Respublikası vətəndaşı Əli adlı şəxs kimi tanıyır. O, Əlidən öz istifadəsi üçün narkotik almış, Əlinin ona dediyi, yadında qalmayan “M10” hesabına ödəmə terminalı vasitəsilə pul köçürdüb, onun göndərdiyi ünvandan narkotiki götürməklə əldə etmişdir. Əli ilk dəfə özü ona yazaraq İran İslam Respublikası vətəndaşı olduğunu deyib narkotik vasitə və psixotrop maddə satdığını bildirmişdir. Tanışlarına da narkotik lazım olduqda birlikdə Əlidən narkotik almışdır. Lakin Əlinin onun narkotik satdığından məlumatı olmamışdır. xx.xx.2023-cü il tarixdə tutulan zaman üzərindən aşkar edilmiş “patı”nı Abbas adlı şəxsdən, bir neçə dəfə İran İslam Respublikası vətəndaşı Əli adlı şəxsdən, bəzən də tanımadığı şəxslərdən narkotik əldə etmişdir Bildiyi qədəri ilə Abbas Əlinin Bakı şəhərində yaşayan kuryeridir. Üzərindən aşkar edilmiş psixotrop maddə-metamfetamini 05 dekabr 2023-cü ildə axşam saatlarında “Netfçilər” metrostansiyası yaxınlığında Abbasla görüşüb 30 manat müqabilində şəxsi istifadəsi üçün əldə etmişdir. Abbas ilə yadında qalmayan mobil nömrəsi ilə əlaqə saxlamışdır. Abbas 40-55 yaşlarında, orta boylu, qaraşın, arıq bədən quruluşlu şəxsdir. Abbasın adından başqa heç bir anket məlumatlarını bilmir. +994-70-831-45-10 saylı mobil nömrəni “Rozmari” adlanan gül dükanının işçisi Bəhruz işlədir. Bəhruz ondan bir neçə dəfə narkotik olan nəşə kimi tanıdığı marixuana almışdır. Bir daha bildirir ki, o, narkotik satsa da üzərindən aşkar edilmiş metamfetamini şəxsi istifadəsi üçün əldə etmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri aşağıdakılarla təsdiq olunur. Məhkəmə baxışında şahid qismində dindirilmiş Bakı şəhəri, Nizami RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 ifadəsində göstərmişdir ki, Nizami RPİ-nə “Şamil” adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatla bağlı Nizami RPİ-nin rəisinə raportla müraciət edildikdən sonra “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” qərar qəbul edilmiş, həmin qərara əsasən Şamil adlı şəxsin tutulması istiqamətində əməliyyat qrupu təşkil olunmuşdur. Qəbul edilmiş qərara əsasən əməliyyat qrupunun üzvləri 06 dekabr 2023-cü il tarixdə, saat 01:05-də Nizami rayonu, Rüstəm Rüstəmov küçəsi 14 ünvanının qarşısında “Şamil” adlı şəxsə oxşayan bir nəfər kişini müşahidə edib, ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərməklə özlərini ona təqdim edib, Nizami RPİ-nin NMB-nin əməkdaşları olduqlarını bildirmişlər. Həmin şəxsdən özünü təqdim etməsini istədikdə, o, özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs daxil olmuş məlumata əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olması, üzərində şəxsi axtarış keçirilməsinin zəruri olduğu bildirilmiş və ona onlarla birlikdə Nizami RPİ-nə getməli olduğu deyilmişdir. Təqsirləndirilən şəxs etiraz etməyib onlarla birlikdə Polis İdarəsinə getməyə razılaşmışdır. Nizami RPİ-də xidməti otaqların birində şəxsi axtarışa başlamazdan əvvəl Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq əldə edilmiş hər hansı bir əşya, vasitə, maddə və ya narkotik varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd kağız bükümü, sol yan cibindən bir topa açarları, bir ədəd alışqanı, əynindəki qolsuz gödəkcənin sağ yan cibindən bir ədəd mobil telefonu çıxarıb masanın üzərinə qoymuşdur. Həmin kağız büküm təhqiqatçı tərəfindən açıldıqda içərisində ağ rəngli kristalşəkilli maddə olduğu müəyyən edilmişdir. Şəxsi axtarış davam etdirildikdə Təqsirləndirilən şəxs üzərindən başqa hər hansı bir maddə, predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi kağız bükümdə olan maddənin “patı” adı ilə tanınan psixotrop maddə olduğunu, 30 manata Abbas adlı ünvanını bilmədiyi şəxsdən özünün istifadəsi üçün aldığını, eləcə də təqdim etdiyi mobil telefonun özünə məxsus olmaqla, işlək olduğunu, üzərində ***-***-**-** nömrəli simkart olduğunu bildirmişdir. Cinayət işi üzrə şahid Bakı şəhəri, Nizami RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 ərizə ilə məhkəməyə müraciət edərək istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, heç bir əlavəsinin olmadığını bildirmiş, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 istintaqda polis mayoru Şahid1 ilə oxşar məzmunda ifadə vermişdir. İş üzrə Şahid3 məhkəməyə teleqram vuraraq səhhəti ilə əlaqədar məhkəmədə iştirak edə bilməyəcəyini, istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. İş üzrə Şahid3 istintaqda verdiyi ifadəsində göstərmişdir ki, “Mercedes E-220” markalı, **-SY-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olur. Yaşadığı binanın qarşısında avtomobilini saxlayıb, müştəri gözləyir. Təqsirləndirilən şəxs təxminən 3-4 ildir ki, yaşadığı binanın yaxınlığında yerləşən Nizami rayonu, R.Rüstəmov küçəsi 14 saylı binanın birinci mərtəbəsində yerləşən bərbərxanada işləyən bərbər kimi tanıyır. Saçını da Şamilin yanında kəsdirir. Şamillə dost münasibəti olmuşdur, onunla heç bir düşmənçiliyi və ya ədavəti yoxdur. Bildiyinə görə Şamil əvvəllər nəşə çəksə də narkotik satışı ilə məşğul olmamışdır. Lakin təxminən 1 ilə yaxındır ki, Şamilin hər dəfə narkotik sərxoşluğunda olduğunu görüb onun heroin və patıdan istifadə etdiyini başa düşmüşdür. Şamildən soruşduqda, Şamil artıq narkotik vasitəni iynə yolu ilə qəbul etdiyini demişdir. Şamili bir neçə dəfə qohumlarının köməkliyi ilə narkotikdən çəkindirmək üçün cəhdlər etsələr də, Şamilə narkotik vasitəni istifadə etməkdən imtina etdirə bilməmişlər. Şamil işlədiyi ətrafda onun narkotik vasitə satdığından məlumatı olduğu üçün tam olaraq dəqiq xatırlamadığı vaxtda Şamildən 10 manat müqabilində öz istifadəsi üçün narkotik vasitə olan nəşə alıb çəkmişdir. Sonuncu dəfə isə 2 dekabr 2023-cü il tarixdə günorta saatlarında Şamilin istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinin “whatsapp” proqramına yazaraq, ondan narkotik vasitə olan nəşə istəmişdir. Həmin günü axşam saatlarında Şamil iş yerinə qayıdaraq ona istədiyi bir baş nəşə vermişdir. Normalda bir baş nəşəni Şamil 10 manata satırmış, lakin o, taksi fəaliyyəti ilə məşğul olduğundan, öz avtomobili ilə Şamili istədiyi ünvanlara apardığı üçün nəşəni ona pulsuz vermişdir. Həmin gün də Şamildən gediş pulu almayaraq onu öz taksisi ilə yaşadığı evə aparmışdır. O, ümumiyyətlə narkotik vasitə qəbul etmir. Bununla belə iki dəfə Şamildən narkotik vasitə olan nəşə alıb çəkmişdir. Şamilin narkotik vasitəni haradan əldə etməsindən və narkotik vasitəni kimlərə satmasından məlumatı yoxdur. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs işlədiyi mağazanın yaxınlığında, Nizami rayonu, R.Rüstəmov küçəsi 14 saylı binanın birinci mərtəbəsində yerləşən bərbərxanada işləyən bərbər kimi tanıyır. Bir neçə dəfə Şamilin yanına gedib ona saçını kəsdirmişdir. Şamilin narkotik vasitə olan nəşə kimi tanıdığı marixuana çəkdiyini və tanıdığı tanışlarına marixuana təşkil etdiyini eşitmişdir. 2023-cü ilin oktyabr ayında Şamillə əlaqə saxlayaraq, ondan özünün istifadəsi üçün nəşə almaq istədiyini bildirmişdir. Şamil də ona nəşə tapdıqdan sonra onunla əlaqə saxlayacağını demişdir. Bundan sonra Şamil ona zəng edərək, onun üçün bir büküm nəşəni iş yerinin yaxınlığında olan parkda gizlətdiyini bildirərək, adına olan yadında qalmayan kart hesabına 10 manat pul köçürməsini istəmişdir. O da “E-manat” ödəmə terminalı ilə Şamilin ona göndərdiyi kart hesabına 10 manat pul köçürdükdən sonra, qəbzi Şamilə göndərmişdir. Şamil də nəşəni parkda gizlətdiyi yerin şəklini ona göndərmişdir. Sonra narkotik vasitəni Şamilin özündən əlbəəl almışdır. Bir bükümə görə hər dəfə Şamilə 10 manat vermişdir. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə axşam saatlarında Şamilin istifadəsində olan mobil nömrəsinin “whatsapp” proqramına yazaraq, şəxsi istifadəsi üçün ona nəşə təşkil etməsini istəmişdir. Şamil də hal-hazırda əlində nəşənin olmadığı və özünün də axtardığını bildirmişdir. Həmin gündən sonra Şamillə əlaqə saxlamamışdır. Şamilin narkotik vasitəni haradan əldə etməsindən və narkotik vasitəni ondan başqa daha kimlərə satmasından məlumatı yoxdur. Rayonda olduğu və məhkəmə iclaslarına gəlmək istəmədiyi üçün məhkəməyə ünvanladığı ərizədə Şamildən narkotik vasitə almadığını bildirmişdir. Həmin vaxt ***-***-**-** nömrəli mobil telefon istifadə etmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. - şübhəli şəxsin tutulması barədə xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli olduğuna görə xx.xx.2023-cü il tarixdə tutulmuşdur. - şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməyi təklif etmişlər. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sağ yan cibindən 1 ədəd qızılı kağız bükümdə ağ rəngli kristallik formada narkotik vasitəyə və ya psixotrop maddəyə bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuşdur. Bundan sonra şalvarın sol yan cibindən 1 ədəd üzərində ***-***-**-** sim kart nömrəli “Samsung A 15” markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin narkotik vasitəni və ya psixotrop maddəni bu gün Nizami rayonu ərazisindən 30 manata əldə etdiyini, heç kimə narkotik vasitə satmadığını və bağışlamadığını bildirmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə fiziki kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 3-16- 16/2-6/6278 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində Azərbaycan Respublikası DİN Zərflər üçün № 162” dairəvi möhür əksləri olan və “.Vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddə” soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,210 qram ağ rəngli, kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. - cinayət əməlinin tövsif edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif edilmişdir. - təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(007)-498/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay həddində həbs qətimkan tədbiri seçilmişdir. - əşyanın maddi sübut hesab edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 0,210 qram kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin iş üzrə maddi sübut kimi tanınmış, tədqiqata sərf edildikdən sonra qalan 0,160 qram psixotrop maddə-metamfetamin saxlanılması üçün Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. Şəxsi axtarış və götürmə zamanı çəkilmiş videogörüntünün olduğu bir ədəd “DVD-R” disk maddi sübut qismində tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu ilə bağlı əməliyyat-sorğu kartotekasında heç bir məlumat aşkar olunmamışdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X3 X1-Narkoloji tibbi yoxlamanın xx.xx.2023-cü il tarixli, 8497 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. - Təqsirləndirilən şəxs üzərində xx.xx.2023-cü il tarixdə şəxsi axtarış keçirilərkən təqdim etdiyi bir ədəd bənövşəyi rəngli “Samsung A15” markalı mobil telefona baxış keçirilməsi barədə xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, həmin mobil telefonun ***-***-**-** saylı mobil nömrə ilə işlədiyi aşkar edilmiş, mobil telefonda “Whatsapp” bölməsində xx.xx.2023-cü il tarixdə saat 17 radələrindən saat 23 radələrinədək olan müddət ərzində adı “Əli Cenqo” kimi qeyd olunan +98-***-***-**-** saylı mobil nömrə istifadəçisi ilə aşağıdakı məzmunda səsli mesajların qeyd olunduğu müəyyən olunmuşdur: Göndərilən kişi səsi - Əli mən sənə borcumu atıram, bir də 75 manat, yox, 65 manat atıram, iki dənə “torpaq”, bir dənə “daş”, qalır mənim sənə 35 manat borcum. İndi “gülün” pulunu da atıram, 50 manat bir, 65 manatda bir. Göndərilən kişi səsi - Əli, vurdum pul iki dəfəyə alındırdım, 75 bir vurdum, 40 da bir, atıram ikisinində çekini sənə, aparatın biri donmuşdu. Gələn kişi səsi - Qadavı mən alım, zakastiyi vermişəm, qardaşım, onu sənə deyim “gül ” ayrı yerdə olacaq, nə deyirsən, “gül”ü ayrı yerdə bağlatdırım, ya sabah bağlatdırım “gülü”, bildin o, adam mənə dedi ki, Əli adamın atası ölüb, gedib rayona, qalsın sabaha sənin bu “torpağınla” “daşın ayrı yerdən götdürüm yəni deyirsən o “gül”ü bağlatdırım, “gülü”də get götür, elə “daşnan” “torpağıda” və ayrı-ayrı olacaq, onu de mən bilim. Göndərilən kişi səsi –Ayrı, yəni hara düşəcək ki, Əli. Gələn kişi səsi - “Gül” Ramana olacaq, zadı bilmirəm hara düşəcək “daş” “torpağı”. Göndərilən kişi səsi - Hə bildim, onda qalsın nə olar ki, sabaha Əli, qoy qalsın sabaha, sabah ola bilər böyrünə, bağına nəsə baglatdırarıq, başqa nəsə. Bu birisiləri qoy şey eləsin, eliyiblər bu biriləri, Abbasın xəbəri var? Nəsə səndə xəbər var, yoxsa, yox? Gələn kişi səsi - Abbasa deməmişəm, indi Abbasa özümdə deyirəm, qardaşım başına dönüm. Gələn kişi səsi – “Gül”ü bağlatdırmıyım mən, yəni nəyi kimi bir şey, de görüm sən qadan alım”. Göndərilən kişi səsi - hə də deyirəm “gül” qalsın sabaha, Əli, “daşla” “torpağı” bu gün götürək. Mən gedə bilmərəm ikisinin dalınan eyni zamanda. Nətəri gedim, ya onun dalınan və bunun dalınan. Ona görə də sabaha qalsın “gül”. Sabah da gülü atarlar, indi bəlkə uşaqlara deyərəm, başqa bir şey lazım olar. Böyrünə bir şey bağlatdırarıq, başa düşdün məni. Əlavə olaraq yuxarıda qeyd olunan telefon nömrəsi ilə eyni məzmunlu səsli mesaj mətnləri aşkar edilmişdir. Qeyd olunan səsli mesajlar 01 ədəd “DVD-R” diskə köçürülərək cinayət işinə əlavə edilmişdir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs “Göndərilən kişi səsi” kimi qeyd olunan səsin özünə, “Gələn kişi səsi” kimi qeyd olunan səsin isə İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı Əli adlı şəxsə məxsus olduğunu, Əli ilə arasında olan mesajlaşma mətnlərində qeyd olunan “daş” dedikdə metamfetamini, “torpaq” dedikdə heroini, “gül” dedikdə isə marixuananı nəzərdə tutulduğunu bildirmişdir. Bundan başqa “Whatsapp” bölməsində -99***-***-**-** saylı mobil nömrə ilə mesajlaşma bölməsində xx.xx.2023-cü il tarixdə saat 21:30-dan 21:33-dək olan müddət ərzində aşağıdakı məzmunda mesajların qeyd olunduğu müəyyən olunur: Gələn mesaj- Salam, Samil, Necesen, Axşamın xeyir abi. Buraxılmış zəng. Göndərilən mesaj- Salam Boşdux. Gələn mesaj- Salamatcilig, Teskil eleye bilersen. Göndərilən mesaj- Yox valla özümdə axdaram. Gələn mesaj- Yaxsi. Baxışda iştirak edən Təqsirləndirilən şəxs - “Göndərilən mesaj” kimi qeyd olunan mesajları özü, - “Gələn mesaj” kimi qeyd olunan mesajları isə “Neftçilər metrostansiyası yaxınlığında “Rozmari” adlı gül dükanında işləyən Bəhruz adı ilə tanıdığı şəxsin yazdığını, Bəhruz ilə arasında olan mesajlaşma mətnlərində Bəhruzun ondan “nəşə”, yəni narkotik vasitə olan marixuana istədiyini bildirmişdir. Qeyd olunan mesajların şəkilləri çəkilərək fotocədvəl variantında cinayət işinə əlavə edilmişdir. - cinayət işi üzrə "xxxx" MMC-dən xx.xx.2024-cü il tarixli, Azercell 693 nömrəli məktubla istintaqa daxil olmuş 01 ədəd “CD” diskə Təqsirləndirilən şəxs və onun müdafiəçisinin iştirakı ilə Nizami RPİ-nin MSY-də istintaq otağında kompyuterdə baxış keçirilməsi barədə 19 fevral 2024-cü il tarixli protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində Təqsirləndirilən şəxs istifadəsində olmuş 050-307- 05-05 saylı mobil nömrəyə: “- xx.xx.2023-cü il tarixdə saat 18:13:25-də ***-***-**-** saylı mobil nömrədən “Wamil dayıya denən 05 daş maksim ordadı gəlir bize xesteyem men” məzmununda; - xx.xx.2023-cü il tarixdə saat 18:13:26-da ***-***-**-** saylı mobil nömrədən “yola verde onu 25 m var maksimdə” məzmununda; - xx.xx.2023-cü il tarixdə saat 18:16:12-də ***-***-**-** saylı mobil nömrədən 099- ***-**-** saylı mobil nömrəyə “yaxşı adam var qutarım deyirəm” məzmununda; - xx.xx.2023-cü il tarixdə saat 20:42:35-də ***-***-**-** saylı mobil nömrədən 050- ***-**-** saylı mobil nömrəyə “Wamil 2 denə lazımdı 5 5” məzmununda; - xx.xx.2023-cü il tarixdə saat 20:43:56-da ***-***-**-** saylı mobil nömrədən 099- ***-**-** saylı mobil nömrəyə “gözlə deyirem” məzmununda; - xx.xx.2023-cü il tarixdə saat 20:55:27-də ***-***-**-** saylı mobil nömrədən 099- ***-**-** saylı mobil nömrəyə “qaqa hazırdı gəl” məzmununda; - xx.xx.2023-cü il tarixdə saat 20:57:05-də ***-***-**-** saylı mobil nömrədən 050- ***- **-** saylı mobil nömrəyə “yaxşı” məzmununda; - 10.09.2023-cü il tarixdə saat 20:29:30-da ***-***-**-** saylı mobil nömrədən 050- ***-**-** saylı mobil nömrəyə “Wami salam cenqoya diye bilersen 1 dene 05” məzmununda; - 17.09.2023-cü il tarixdə saat 20:53:31-də ***-***-**-** saylı mobil nömrədən 077- ***-**-** saylı mobil nömrəyə “gələndə 05 gətir də torpaqdan lazımdır” məzmununda; - 18.09.2023-cü il tarixdə saat 22:09:58-də C 77-754-75-78 saylı mobil nömrədən 050- ***-**-** saylı mobil nömrəyə “Wami adam gelir mənim yanıma temanı gətirir” məzmununda; - 21.09.2023-cü il tarixdə saat 17:05:51-də ***-***-**-** saylı mobil nömrədən 050- ***-**-** saylı mobil nömrəyə “imkan varsa yıq 2 dene 05 vacibdi” məzmununda; - 23.09.2023-cü il tarixdə saat 22:19:14-də ***-***-**-** saylı mobil nömrədən 050- ***-**-** saylı mobil nömrəyə “Wami kubik düzelib” məzmununda; - 23.09.2023-cü il tarixdə saat 23:10:01-də ***-***-**-** saylı mobil nömrədən 050- ***-**-** saylı mobil nömrəyə “Maxan bu tereflere gecme it qurt toklub yene buralara” məzmununda; - 24.09.2023-cü il tarixdə saat 00:42:57-də ***-***-**-** saylı mobil nömrədən 077- ***-**-** saylı mobil nömrəyə “pul dayıdadı axı daşa görə götürmədim” məzmununda; - 26.09.2023-cü il tarixdə saat 16:49:57-də ***-***-**-** saylı mobil nömrədən 077- ***-**-** saylı mobil nömrəyə “O adama 4 dene lazımdi demiwəm qalib bawa düwmürsen elçinnen alda xaiw eliyirem deyme” məzmununda; - 26.09.2023-cü il tarixdə saat 17:17:59-da ***-***-**-** saylı mobil nömrədən 077- ***-**-** saylı mobil nömrəyə “Daşda var məndə xeyləm” məzmununda; - 26.09.2023-cü il tarixdə saat 19:16:42-də ***-***-**-** saylı mobil nömrədən 050- ***-**-** saylı mobil nömrəyə “Wami cenqoya 2 dene denen düzeler” məzmununda; - 26.09.2023-cü il tarixidə saat 19:46:01-də ***-***-**-** saylı mobil nömrədən 077- ***-**-** saylı mobil nömrəyə “12 dənə baqla” məzmununda; - 02.10.2023-cü il tarixdə saat 19:22:22-ds ***-***-**-** saylı mobil nömrədən 050- ***-**-** saylı mobil nömrəyə “Heri qaqaw 2 butov 1 dene yari” məzmununda; - 07.10.2023-cü il tarixdə saat 23:29:38-də ***-***-**-** saylı mobil nömrədən 050- ***-**-** saylı mobil nömrəyə “Wami dayi bidene 05 getire biler men evdeyem” məzmununda; - 08.10.2023-cü il tarixdə saat 13:1 l:09-da ***-***-**-** saylı mobil nömrədən 077- ***-**-** saylı mobil nömrəyə “çıxıram gələm onu götürüm öləm lomkadan” məzmununda; - 10.10.2023-cü il tarixdə saat 19:37:13-də ***-***-**-** saylı mobil nömrədən 050- ***-**-** saylı mobil nömrəyə “Wami 1 dene butov 2 qram 2 dene 05 ama tez lazimdi imkan varsa” məzmununda; - 11.10.2023-cü il tarixlixdə saat 21:30:55-də ***-***-**-** saylı mobil nömrədən ***- ***-**-** saylı mobil nömrəyə “qln 25 torpaqın puludu at verim çıxıb getsin əl çəkmir” məzmununda; - 13.10.2023-cü il tarixdə saat 18:39:58-də ***-***-**-** saylı mobil nömrədən 050- ***-**-** saylı mobil nömrəyə “Wami bidene butov 2 qram bidene 05 lazimdi cavab de” məzmununda; - 29.11.2023-cü il tarixdə saat 22:22:15-də ***-***-**-** saylı mobil nömrədən 050- ***-**-** saylı mobil nömrəyə “Qaqaş söz diyirem iki baw wey vare mende nece edey” məzmununda; - 30.11.2023-cü il tarixdə saat 18:32:20-də ***-***-**-** saylı mobil nömrədən 070- ***-**-** saylı mobil nömrəyə “M 40 verə bilərsən pulun yerinə danışım bəlkə verdi” məzmununda; - 30.11.2023-cü il tarixdə saat 18:50:55-də ***-***-**-** saylı mobil nömrədən 077- ***-**-** saylı mobil nömrəyə “2 dənə qəşəh gul düzəlt diyəcəm sənə” məzmununda; - xx.xx.2023-cü il tarixlixdə saat 18:49:35-də ***-***-**-** saylı mobil nömrədən ***- ***-**-** saylı mobil nömrəyə “Qaqa torpaq qalsın daşı duzəlt xəbər elə gəlim” məzmununda sms yazışmalarının olması aşkar edilmişdir.” Baxışda iştirak edən Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil nömrənin ona məxsus olduğunu, ***-***-**-**, ***-***-**-**, ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrin istifadəçilərinin kimlər olduğunu xatırlamadığını, həmin nömrələrin istifadəçilərinin ondan narkotik almaq üçün mesaj yazdığını, bəzi mesajların isə onlardan narkotik vasitə istəməsi, “torpaq” sözünün heroin mənasını, “daş” sözünün isə metamfetamin mənası verdiyini bildirmişdir. - sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrədən çıxmış və ya daxil olmuş “sms”-lərin məzmununu özündə əks etdirən bir ədəd “CD” disk iş üzrə mühüm əhəmiyyət kəsb etdiyi üçün maddi sübut qismində tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Təqsirləndirilən şəxs üzərində xx.xx.2023-cü il tarixdə şəxsi axtarış keçirilərkən təqdim etdiyi bir ədəd bənövşəyi rəngli ***-***-**-** saylı mobil nömrə ilə işlədilən “Samsung A15” markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut qismində tanınmış və saxlanılması üçün Nizami RPİ-nin maddi sübutların saxlanc yerinə verilmişdir. Mobil telefona baxış zamanı aşkar edilən səsli mesajların və yazışmaların əks olunduğu “DVD-R” disk və fotocədvəl iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilmiş və cinayət işinin materiallarına əlavə edilmişdir. - Elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs evlidir, himayəsində xx.xx.2010-cu il təvəllüdlü və xx.xx.2006-cı il təvəllüdlü iki övladı vardır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli 8 saylı qərarının 8-ci bəndində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Məhkəmələrə izah edilsin ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya 10 Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, təqsirləndirilən şəxsin istifadəsində olan mobil nömrəyə daxil olan və çıxan “SMS” yazışmalarının və danışıqların məzmunu, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Həmin sübutlar mötəbər və mümkün olmaqla Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir. Təqsirləndirilən şəxs üzərində psixotrop maddəmetamfetamin olmamasına, heç kimə narkotik vasitə satmamasına dair ifadəsi məsuliyyətdən yayınmaq məqsədilə verilmiş ifadə kimi qiymətləndirilir və ifadəsində göstərdiyi xüsusatlar tədqiq edilmiş sübutlarla təkzib olunmuşdur. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığı üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl az ağır cinayət hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs evli olmasını, himayəsində iki övladının olmasını, ailənin yeganə qazanc gətirəni olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə baxışında Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, qəsdin əsas obyektini əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər, əlavə obyektini isə ictimai təhlükəsizlik, dövlət idarə və müəssisələrin normal fəaliyyətini təmin edən ictimai münasibətlər, konkret insanın-fərdin sağlamlığı təşkil etməsini nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmaqla barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən az ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilir. Ona görə də, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1.19 - 346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli; onun həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablanaraq cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı həbs etmənin əvvəlindən, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalı; Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən iş üzrə maddi sübut olan və Bakı şəhəri Nizami RPİ-də saxlanılan 0,160 qram kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv olunmalı; Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən iş üzrə maddi sübut olan 2 ədəd “DVD-R” disk, 1 ədəd “CD” disk və fotocədvəl cinayət işinin materiallarında saxlanılmalı; Azərbaycan Respublikası CPM-nin 132.1.1-cı maddəsinə əsasən iş üzrə maddi sübut olan təqsirləndirilən şəxsin istifadəsində olmuş ***-***-**-** saylı nömrə ilə işlədilən “Samsung A15” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs və ya müraciət edəcəyi halda səlahiyyətli nümayəndəsinə qaytarılmalı; Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan 65 (altmış beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilməlidir. Məhkəmə hesab edir ki, ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2023-cü il tarixli, 8497 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iştirak etdiyi müddət 64 iş saatı müddətinə bərabər olduğundan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 384 (üç yüz səksən dörd) manat (64x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 3 (üç) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut olan və Bakı şəhəri Nizami RPİ-də saxlanılan 0,160 qram psixotrop maddə-metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə maddi sübut olan 2 ədəd “DVD-R” disk, 1 ədəd “CD” disk və fotocədvəl cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə maddi sübut olan ***-***-**-** saylı nömrə ilə işlədilən “Samsung A15” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs və ya müraciət edəcəyi halda səlahiyyətli nümayəndəsinə qaytarılsın. İş üzrə məhkəmə məsrəfi olan 65 (altmış beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına keçirilsin. Təqsirləndirilən şəxs 64 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi 384 (üç yüz səksən dörd) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar