Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(007)-255/2020 30.11.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclas katibi Azadəli Orhan Nasir oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Atakişiyev Süleyman Atif oğlunun, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, müdafiəçi - Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, təqsirləndirilən şəxs xx.xx.1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, “xxxx” ASC-nin Xəzinədarlıq İdarəsinin rəisi vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 19:30-da “xxxx” ASC-yə məxsus etibarnamə əsasında idarə etdiyi “Jeep Cherokee” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı, saz vəziyyətdə olan avtomobillə Bakı şəhəri, Nizami rayonu, Babək prospektində üzü Günəşli istiqamətində yol ötürücünün üzərində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, avtomobili yol şəraitinə uyğun olan hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi sürətlə idarə etməli, hərəkət hissəsində dayanmış vəziyyətdə olan avtomobildən və piyadadan vaxtında hərəkətin təhlükəsizliyini təmin edən yan ara məsafəsi saxlayaraq onun yanından keçib getməli olduğu halda bu tələblərə riayət etməyərək avtomobili 60 km/saat sürətlə hərəkət etdirərkən avtomobilin qabaq sol hissəsi ilə hərəkət hissəsində dayanmış vəziyyətdə olan Zərərçəkmiş şəxs məxsus “Mercedes Benz” markalı, **-VK-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ tərəfini və həmin avtomobilin arxa tərəfində dayanmış sürücü Zərərçəkmiş şəxs vuraraq ehtiyatsızlıqdan sonuncunun sağ əldarağı bağlarının gərilməsi ilə müşayiət olunan sağ mil sümüyünün başının, kapsul və bağ aparatının gərilməsi ilə müşayiət olunan sağ incik sümüyünün aşağı 1/3-nin qapalı və sağ İ ayaqdarağı sümüyünün sınıqları, burun belinin sıyrığı, burun çəpərinin sola doğru əyilməsi və sağ tərəfli tənəffüs çətinləşməsi ilə müşayiət olunan burun sümüyünün yerdəyişmiş sınığı kimi, ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarətləri almasına, eləcə də “Mercedes Benz” markalı, **-VK-*** dövlət qeydiyyat nişanlı avtomobilin əzilməsi nəticəsində sürücü Zərərçəkmiş şəxs 3000 manat maddi ziyan dəyməsinə səbəb olmuşdur. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, xx.xx.2020-ci il tarixdə saat təxminən 19:30 radələrində “xxxx” ASC-yə məxsus, etibarnamə ilə idarə etdiyi “Jeep Cherokee” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, Babək prospektində yol ötürücüsünün üstü ilə Yeni Günəşli istiqamətində 60 km/saat sürətlə yaxın vuran fara işıqları ilə hərəkətdə olan zaman anidən qarşısında 10-15 metr aralı məsafədə hərəkət edən avtomobil sağ tərəfə doğru manevr edərək yolun sağ tərəfinə çəkilmiş və həmin vaxt qarşısında eyni zolaqda nəqliyyat vasitəsinin dayandığını görmüşdür. O, həmin avtomobillə toqquşmamaq üçün əyləcə basaraq sükanı sağa çəkmiş, lakin buna baxmayaraq idarə etdiyi avtomobilin qabaq sol hissəsi ilə dayanmış vəziyyətdə olan “Mercedes Benz” markalı avtomobilin arxa sağ hissəsi toqquşmuş və idarə etdiyi avtomobilin sol yan güzgüsü həmin avtomobilin sürücüsünə dəymişdir. Nəticədə “Mercedes Benz” markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs xəsarət almışdır. O, avtomobildən düşərək həmin sürücüyə yaxınlaşmışdır. Həmin vaxt orada olan şəxslər sürücünü avtomobilə mindirərək xəstəxanaya aparmışlar. O, hal-hazırda Zərərçəkmiş şəxs ilə barışmış və ona dəymiş ziyanı tam ödəmişdir. Məhkəmədən barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri öz ifadəsi ilə yanaşı aşağıdakılarla da təsdiq olunur. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, xx.xx.2020-ci il tarixdə saat 19:30 radələrində idarə etdiyi “Mercedes Benz E190” markalı, **-VK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, körpünün üstü ilə Günəşli qəsəbəsi istiqamətində hərəkətdə olan vaxt anidən idarə etdiyi avtomobilin mühərriki yolun hərəkət hissəsində sönərək dayanmışdır. O, avtomobildən düşərək avtomobilin motor hissəsinə baxmışdır. Sonra o, avtomobilin arxasına keçərək yük yerindən təhlükəsizlik nişanını yola qoymaq istəyərkən həmin körpüdə üzü Günəşli istiqamətində hərəkətdə olan “Jeep Cherokee” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobilin onun üstünə gəldiyini görmüş və o, kənara çəkilən zaman həmin avtomobil qabaq sol tərəfi ilə onun avtomobilini arxa sağ hissəsindən vurmuş və həmin avtomobil ona dəydiyi üçün o, yerə yıxılaraq xəsarət almışdır. Onu taksi ilə yaxınlıqdakı “X3” xəstəxanasına yola salmışlar. Həmin xəstəxanada ona ilkin tibbi yardım göstərmişlər, sonra onu Travmatologiya xəstəxanasına aparmışlar və orada 1 gün qaldıqdan sonra onu evə buraxmışlar. Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona dəymiş ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Məhkəmədən cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işi başlanması və icraata qəbul edilməsi barədə xx.xx.2020-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinəyə” dair 2/2005 saylı, xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, xx.xx.2020-ci il tarixdə saat 21:35 radələrində müayinə olunan Təqsirləndirilən şəxs ayıq olduğu müəyyən olunmuşdur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 canlı şəxsin ekspertizasına dair xx.xx.2020-ci il tarixli, 260 saylı rəyin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs sağ əldarağı bağlarının gərilməsi ilə müşayiət olunan sağ mil sümüyünün başının, kapsul və bağ aparatının gərilməsi ilə müşayiət olunan sağ incik sümüyünün aşağı 1/3-nin qapalı və sağ İ ayaqdarağı sümüyünün sınıqları, burun belinin sıyrığı, burun çəpərinin sola doğru əyilməsi və sağ tərəfli tənəffüs çətinləşməsi ilə müşayiət olunan burun sümüyünün yerdəyişmiş sınığı olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı sürücüsü olduğu dayanmış vəziyyətdə olan avtomobillə hərəkətdə olan digər avtomobilin toqquşması nəticəsində yarana bilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2020-ci il tarixli, 8/252 saylı rəyinin nəticə hissəsindən görünür ki, təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Jeep Cherokee” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Mercedes Benz” markalı, **-VK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 55-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Hadisə zamanı “Mercedes Benz” markalı avtomobil dayanmış vəziyyətdə olduğundan sürücü Zərərçəkmiş şəxs hərəkətlərində Qanunun 55.1-ci maddəsinin tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqənin müəyyən olunması üçün xüsusi texniki bilik tələb olunmadığından ekspertin səlahiyyətinə aid deyildir. Hüquqi məna kəsb etdiyindən həmin hal istintaq (təhqiqat) orqanları və məhkəmə tərəfindən qiymətləndirilə bilər. - zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. - qətimkan tədbirinin seçilməsi barədə xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. - Azərbaycan Respublikası DİN-nin BDYPİ tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 016-74621-1220 nömrəli məktubdan görünür ki, DİN-nin BDYPİ-nin Qeydiyyat-İmtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx.xx.1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2014-cü il tarixdə AC 327053 nömrəli, “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir və o, sürücülük hüququndan məhrum edilənlər siyahısında yoxdur. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Məhkəmə cinayət işinin materiallarını tədqiq edərək, proses iştirakçılarını dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və cinayət işi üzrə icraata aşağıdakı əsaslara görə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmış, ona vurulmuş zərəri tamamilə ödəmişdir. Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə görə bu Məcəllənin 39.1.4, 39.1.6—39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. Həmin Məcəllənin 39.1 və 39.1.11-ci maddələrinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətmiş şəxsin zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilməsi ilə yanaşı, onun əməlinin inzibati məsuliyyətə səbəb olub-olmaması məsələsi araşdırılmalıdır. İşə baxılan zaman Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hər hansı bir inzibati xəta tərkibinin əlaməti müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Azərbaycan Respublikası CPM-nin 346.1.19-346.1.21-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri xitam olunmalı; Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan 100 (bir yüz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilməlidir. İş üzrə mülki iddia, maddi sübut yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 43.3, 321, 344-347, 356, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri xitam olunsun. İş üzrə məhkəmə məsrəfi olan 100 (bir yüz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına keçirilsin. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №1(007)-255/2020
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(007)-255/2020
30.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver