Məhkəmə qərarları › İş №1(007)-255/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(007)-255/2023

17.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(007)-255/2023 17.03.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin ibtidai istintaqı Azərbaycan Respublikası DİN-nin Nəqliyyatda Baş Polis İdarəsinin Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Sabunçu st. X1 İstintaq və Təhqiqat Qrupunda aparılmış, ittiham aktı Bakı şəhər prokurorunun müavini tərəfindən təsdiq olunaraq aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. İstintaq orqanı tərəfindən verilmiş ittihama görə, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda 0,227 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini qanunsuz əldə edib üzərində saxlamaqla, 03 yanvar 2023-cü il tarixdə Keşlə-Böyük-Şor dəmir yolu stansiyası ərazisinə daşımış, həmin gün saat 12:17-də Keşlə- Böyük-Şor dəmir yolu mənzilinin 6-cı kilometr 6-cı piketində Sabunçu st.XPŞ-nin əməkdaşları tərəfindən əvvəlcədən hazırlanmış əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılaraq saat 12:50-də ünvan 1 ünvanında yerləşən Sabunçu st.XPŞ-nin növbətçi hissəsinə dəvət olunmuş və orada həmin gün saat 13:35-də üzərində şəxsi axtarış və götürmə aparılan zaman əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş içərisində şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 0,227 qram açıq qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Azərbaycan Respublikası CPM-nin 299.3.1-ci maddəsinə əsasən cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması barədə məsələlərə baxılır. Həmin Məcəllənin 299.4.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası zamanı, həmçinin verilmiş vəsatət və etirazların təmin edilməsi və ya onların təmin edilməsinin rədd edilməsi barədə məsələlər həll edilir. Məhkəmənin hazırlıq iclasında Dövlət ittihamçısı şifahi vəsatət verərək, Təqsirləndirilən şəxs Sabunçu st.XPŞ-nin polis əməkdaşları tərəfindən 03 yanvar 2023-cü il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Keşlə-Böyük-Şor dəmir yolu mənzilinin 6-cı kilometr 6-cı piketində saxlanılaraq ünvan 1 ünvanında yerləşən Sabunçu st.XPŞ-nə dəvət olunub şöbənin növbətçi hissəsində üzərində şəxsi axtarış aparlarkən, narkotik vasitə heroinin aşkar edilərək götürüldüyünü, bununla da cinayətin törədilmə yerinin Bakı şəhərinin Sabunçu rayonu hesab olunduğunu göstərmiş, ona görə cinayət işinin hazırlıq iclası mərhələsində baxılması üçün aidiyyəti üzrə həmin rayonun məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi dövlət ittihamçısının vəsatətinin təmin olunmasına etiraz etmədilər. Məhkəmə cinayət prosesi iştirakçılarını dinləyib, iş materiallarını nəzərdən keçirərək, hesab edir ki, cinayət işinin aidiyyəti Bakı şəhəri Nizami Rayon Məhkəməsinə aid deyil, ona görə dövlət ittihamçısının vəsatəti təmin olunaraq, iş aidiyyəti məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksıyasına aid olan birinci instansiya məhkəməsində baxılır; 75.1-ci maddəsinə əsasən cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir; 300.1.4-cü maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar qəbul edilir; Məhkəmə işin müəyyən edilən faktiki hallarını nəzərə alaraq və qanunvericiliyin istinad olunan normalarının tələblərinə əsasən hesab edir ki, dövlət ittihamçısının vəsatəti əsaslı olduğundan təmin edilməli, Təqsirləndirilən şəxs hazırkı iş üzrə cinayəti törətdiyi yer Bakı şəhərinin Sabunçu rayonunun ərazisi hesab olunmaqla, həmin yerin yurisdiksiyasına uyğun olaraq Sabunçu Rayon Məhkəməsində baxılması üçün aidiyyəti üzrə həmin məhkəməyə göndərilməlidir. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 300.5-ci maddəsinə əsasən bu Məcəllənin 300.1.3, 300.1.6 və 300.1.7-ci maddələrində nəzərdə tutulmuş qərarlardan bu Məcəllənin 381, 383 və 384-cü maddələrinin müddəalarına uyğun olaraq apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Məhkəmə hesab edir ki, cinayət işinin aidiyyəti məhkəməyə göndərilməsi barədə qərar CPM-nin 300.1.4-cü maddəsinin müddəalarına uyğun tənzimləndiyindən və CPMnin 300.5-ci maddəsinin təsiri altına düşmədiyindən hazırkı qərardan şikayət və ya protest verilə bilməz. Məhkəmə əlavə olaraq qeyd edir ki, dövlət hesabına təyin olunmuş vəkil Müdafiəçi məhkəmənin hazırlıq iclasında iştirak edərək təqsirləndirilən şəxsə hüquqi yardım göstərsə də, hüquqi xidmətlərə görə iştirak etdiyi müddətə və bunun məbləğinə dair arayış təqdim etməmişdir, ona görə müdafiəçiyə əmək haqqının tutulması məsələsi həll edilmir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 74, 75, 299 və 300-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi baxılması üçün aidiyyəti üzrə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilməsin. Qərardan şikayət və ya protest verilə bilməz. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar