Məhkəmə qərarları › İş №1(007)-258/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-258/2024

09.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-258/2024 09.04.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X3 Əziz oğlunun sədrliyi, Seyfullayeva Şəbnəm Əfqan qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi - Qanuni nümayəndə1, müdafiəçi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, təqsirləndirilən şəxsxx xxxxxxxx 2002-ci ildə Hacıqabul rayonunun Qarasu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2anında yaşayan, 08 dekabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 09 dekabr 2023-cü il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, qapalı məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 2023-cü ilin avqust ayının sonlarında cinsi ehtirasını təmin etmək məqsədilə həmin gün tanış olduğu, on iki yaşına çatmış, lakin on dörd yaşına çatmayan, xx xxxxxx 2010-cu il təvəllüdlü Zərərçəkmiş şəxs ilə dostu Şahid1 kirayədə yaşadığı ünvan 3 ünvanında yerləşən mənzilin yataq otağında qarşılıqlı razılıq əsasında öz cinsiyyət orqanını Zərərçəkmiş şəxs cinsiyyət orqanına daxil etməklə sonuncu ilə təbii yolla cinsi əlaqədə olub ehtirasını təmin etmiş, daha sonra qanunsuz hərəkətlərini davam etdirərək Zərərçəkmiş şəxs razılığı ilə öz cinsiyyət orqanını Zərərçəkmiş şəxs arxa keçəcəyinə daxil etməklə sonuncu ilə qeyri-təbii yolla cinsi əlaqədə olub seksual xarakterli hərəkət etmişdir. Həmin əməlinə görə Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.2-ci maddəsi ilə ittiham elan olunmuşdur. İşin halları və dəlilləri: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.2-ci maddəsində nəzərdə tutulmuş ittihamla özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, istintaqda verdiyi ifadəsini təsdiq edir. 2023-cü ilin iyul-avqust aylarında tanışı Naillə birlikdə çimərliyə getməyə qərara gəlmişlər. Onlar taksidə olan zaman Zeynəb zəng etmiş, Nail onunla birlikdə olduğunu, çimərliyə getdiklərini bildirmiş, Zeynəbə də onlarla birlikdə gəlməyi təklif etmişdir. Zeynəb tək olmadığını, yanında rəfiqəsinin olduğunu bildirərək rəfiqəsinin də gəlməyini xahiş etmişdir. Onlar taksi ilə Yasamal rayonunun ərazisinə gedib Zeynəb və Ofelyanı götürüb çimərliyə getmişlər. Onlar dənizdə çimib istirahət etmişlər. Daha sonra Nailin kirayədə yaşadığı evə getmişlər. Əvvəlcə onlar dördü də qonaq otağında oturmuş, sonra Ofelya yataq otağına keçmiş, o da yataq otağına keçmişdir. O, yataq otağında Ofelyanın razılığı ilə onunla cinsi əlaqədə olmuşdur. Ofelya ona 15 yaşının olduğunu demişdir. O, Ofelyanın 14 yaşına çatmadığını bilməmişdir. Əməlindən peşmandır. Zərərçəkmiş şəxsin ona qarşı şikayəti yoxdur. Astma xəstəsidir, bir daha belə əməllər törətməyəcəkdir. Məhkəmədən barəsində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsirliliyi öz ifadəsi ilə yanaşı aşağıdakı sübutlarla da təsdiq olunur. Məhkəmə iclasında qanuni nümayəndəsi Qanuni nümayəndə1 iştirakı ilə dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, təxminən 2023-cü ilin yay aylarında Zeynəblə danışan zaman ona dənizə gedəcəyini demiş, həmin vaxt onlar birlikdə getməyə razılaşmışlar. Bundan sonra Zeynəbin Nail və Ceyhun adlı dostu birlikdə taksi ilə gəlib onları götürmüş və dördü birlikdə çimərliyə getmişlər. Onlar dənizdə çimib istirahət etmişlər. Sonra onlar Nailin yaşadığı evə getməyə qərara gəlmişlər. Əvvəlcə onlar qonaq otağında oturub söhbət etmiş, sonra o və Ceyhun yataq otağına keçmişlər. Ceyhun ondan yaşını soruşmuş, lakin hazırda o, həmin vaxt Ceyhuna yaşını neçə dediyini xatırlamır. Öz razılığı əsasında Ceyhunla cinsi əlaqədə olmuşdur. Sonra Nail taksi çağırmış, Zeynəblə birlikdə çıxıb getmişlər. Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxsə cəza təyin edilərkən nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2023-cü ilin avqust ayında tanışı Zeynəbə çimərliyə getməyi təklif etmiş, Zeynəb də onun təklifini qəbul etmiş və rəfiqəsinin də onlarla getməsini xahiş etmişdir. O da razılıq verərək Ceyhun adlı tanışının da gələcəyini demişdir. Ceyhunla birlikdə taksi ilə Bakı şəhəri 8-ci mikrorayonda yerləşən “Şahənşah” şadlıq sarayının qarşısından Zeynəb və Ofelyanı götürüb çimərliyə getmişlər. Həmin gün hava küləkli və soyuq olmuş, onlar dördü də dənizdə çimmiş, lakin oradan 1-2 saata çıxmışlar. Daha sonra onlar onun kirayədə yaşadığı evə getməyə qərara gəlmişlər. Əvvəlcə onlar dördü də qonaq otağında bir qədər oturub söhbət etmişlər. X2 yataq otağına keçmişlər, o isə Zeynəblə qonaq otağında söhbət etmişdir. Bir neçə dəqiqədən sonra onunla Zeynəb zarafat etmək məqsədi ilə Ceyhunla Ofelyanın olduqları yataq otağına keçmiş və onların yorğanın altında cinsi əlaqədə olduqlarını görmüşlər. Həmin vaxt onlar gülüşmüşlər, Ceyhun otaqdan çıxmaqlarını xahiş etmiş və onlar otaqdan çıxmışlar. Bundan bir neçə dəqiqə X2 otaqdan çıxmışlar. O, Ofelya və Zeynəbi taksi ilə yola salmışdır. Məhkəmə iclasında qanuni nümayəndəsi Qanuni nümayəndə2 iştirakı ilə dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Naillə “Tik-tok” sosial şəbəkəsində tanış olmuşdur. Təxminən 2023-cü ilin yay aylarında Nail ona çimərliyə gedib çimməyi təklif etmiş, o da Naillə razılaşmışdır. Bundan sonra o, parkda rəfiqəsi Ofelya ilə rastlaşmış və dənizə çimməyə gedəcəyini demiş, o da onlarla gəlmək istədiyini bildirmişdir. O, Nailə zəng edib rəfiqəsinin də onlarla gəlmək istədiyini demiş, Nail də dostu ilə birlikdə gələcəyini bildirmişdir. Bundan sonra Nail Ceyhun adlı dostu ilə birlikdə taksi ilə “Şahənşah” şadlıq sarayının qarşısına gəlmiş və onlar dördü birlikdə çimərliyə getmişlər. Həmin gün hava küləkli və soyuq olmuş, onlar dördü də dənizdə çimmiş, lakin oradan 1-2 saata çıxmışlar. Daha sonra Nailin yaşadığı evə getməyə qərara gəlmişlər. Əvvəl onlar dördü də qonaq otağında bir qədər oturub söhbət etmişlər. Bir neçə dəqiqə sonra Ofelya yataq otağına getmiş, Ceyhun da dalınca getmişdir. Həmin vaxt o, Naillə qonaq otağında söhbət etmişdir. Bir neçə dəqiqədən sonra onunla Nail zarafat etmək məqsədi ilə Ceyhunla Ofelyanın olduqları yataq otağına getmiş və sonuncuların yorğanın altında cinsi əlaqədə olduqlarını görmüşlər. Həmin vaxt onlar gülüşmüşlər, Ceyhun otaqdan çıxmaqlarını xahiş etmiş və onlar otaqdan çıxmışlar. Bundan bir neçə dəqiqə X2 otaqdan çıxmışlar. Nail taksi çağırıb Ofelya ilə onu yola salmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 tərəfindən verilmiş canlı şəxsin ekspertizasına dair 08 dekabr 2023-cü il tarixli 555 nömrəli rəydən görünür ki, Zərərçəkmiş şəxs bədən səthi üzərində hər hansı xəsarət və ya xəsarət izi aşkar edilməmişdir. Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmuşdur, pozulma müddəti müayinədən 2 həftədən artıqdır. Zərərçəkmiş şəxs arxa keçəcəkdə qeyri-təbii yolla cinsi əlaqədə olmanı göstərən əlamətlər aşkar edilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 tərəfindən verilmiş canlı şəxsin ekspertizasına dair 15 dekabr 2023-cü il tarixli 564 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs cinsi qabiliyyətini təsdiq edən əlamətlər müsbətdir. Təqsirləndirilən şəxs xarici cinsiyyət üzvündə onun cinsi əlaqəyə girə bilməsinə mane ola biləcək hər hansı bir anomaliya və patologiya aşkar edilməmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi tərəfindən verilmiş 08 dekabr 2023-cü il tarixli 3415 nömrəli rəydən görünür ki, Zərərçəkmiş şəxs ona qarşı edilən əməllər dövründə kəmağıllıq və psixi xəstəlik qeyd olunmamışdır. Zərərçəkmiş şəxs hal-hazırda da kəmağıllıq və psixi xəstəlik aşkar olunmur. Zərərçəkmiş şəxs iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək və onlar barədə istintaqa düzgün ifadə vermək qabiliyyətinə malikdir. Zərərçəkmiş şəxs ünsiyyətçillik, inadkarlıq, sərbəst yaşamağa meyillilik və s. kimi xarakterik xüsusiyyətlərə malikdir. Onun əqli inkşafında psixi xəstəliklə əlaqədar olmayan gerilik əlamətləri müşahidə olunmur. Onda qeyd edilən hadisə zamanı ekstremal psixi vəziyyət yaranmamışdır. O ona qarşı edilən əxlaqsız hərəkətlərin mənasını dərk etmək qabiliyyətinə malik olmuşdur. Həmçinin o hal-hazırda əxlaqsız hərəkətlərin məzmununu dərk etmək qabiliyyətinə malikdir. O, cinsi əlaqədə olarkən ona qarşı edilən hərəkətlərin mənasını dərk etmək qabiliyyətinə malik olmuşdur. - Şirvan Şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 02 fevral 2024-cü il tarixli 034 nömrəli xasiyyətnamədən görünür ki , Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmə qeyd edir ki, ibtidai istintaq və məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ifadəsində Zərərçəkmiş şəxs 15 yaşı olduğunu bildiyini, 14 yaşına çatmadığını bilmədiyini bildirmişdir. Zərərçəkmiş şəxs isə ibtidai istintaq zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs 12 yaşı olduğunu dediyini, məhkəmə istintaqı zamanı isə verdiyi ifadəsində yaşının neçə olduğunu dediyini xatırlamadığını bildirmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2015-ci il tarixədək olan redaksiyasında verilmiş 152-ci maddəsinə əsasən yetkinlik yaşına çatmış şəxs tərəfindən aşkar surətdə on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli başqa hərəkətlər etmə cinayət məsuliyyətinə səbəb olur. Hazırda qüvvədə olan Cinayət Məcəlləsinin 152.2-ci maddəsinə əsasən on iki yaşına çatmış, lakin on dörd yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə cinayət məsuliyyətinə səbəb olur. Təqsirləndirilən şəxs hazırki cinayət əməlini 2023-cü ilin avqust ayının sonlarında törətdiyindən onun barəsində hazırda qüvvədə olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.2-ci maddəsinin müddəaları tətbiq edilməlidir. Beləliklə, hazırkı cinayət əməli törədilərkən qüvvədə olan CM-nin 152-ci maddəsinin dispozitiv əlamətləri sırasında “aşkar surətdə” ifadəsi yoxdur. Ona görə də zərərçəkmişin on iki yaşına çatmış, lakin on dörd yaşına çatmayan şəxs olması aşkar surətdə olmasından asılı olmayaraq cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə CM-nin 152.2-ci maddəsinin tərkibini yaradır. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.2-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 152.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığından Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl az ağır cinayət hesab olunur. Həmin Məcəllənin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş 15 dekabr 2023-cü il tarixli tələbnamədən və Şirvan Şəhər Məhkəməsinin 16 may 2018-ci il tarixli 1(032)-82/2018 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, 21 iyun 2019-cu ildə cəza müddəti başa çatdığından şöbənin qeydiyyatından çıxarılmışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir, bu da Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinə əsasən məhkumluqla bağlı bütün hüquqi nəticələri ləğv edir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla hesab edir ki, onun islah olunması üçün barəsində müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməməklə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən az ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilir. Ona görə də Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1.20 və 346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, onun həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablanaraq cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı həbs etmənin əvvəlindən, yəni 08 dekabr 2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut, mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iştirak etdiyi müddət 23 iş saatı müddətinə bərabər olduğundan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla 138 manat (23x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Nəticə: Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməməklə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 08 dekabr 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs 23 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi 138 manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, hakim İlham Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar