Məhkəmə qərarları › İş №1(007)-259/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-259/2024

12.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-259/2024 12.06.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Əsədli Gülsu Araz qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X7, müdafiəçi – Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, təqsirləndirilən şəxs – xx.xx.1990-cı ildə Füzuli rayonu, Xələfşə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyətilə məşğul olan, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-1-ci maddələri ilə təqsirli bilinib, CM-nin 69.3-cü maddəsinə əsasən 1 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, üzərində 1 il 5 ay 19 gün çəkilməmiş azadlığın məhdudlaşdırılması cəzası qalmış, Füzuli rayonu, Cuvarlı ərazi dairəsi, Xələfşə kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,279 qram psixotrop maddə metamfetamini əldə etmiş, özündə saxlamaqla daşımış, onun psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 21 noyabr 2023-cü il tarixdə saat 23:15 radələrində ünvan 2 ünvanın qarşısında şübhəli şəxs qismində saxlanılaraq ünvan 3 ünvanında yerləşən Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinə gətirilmiş, həmin şöbədə üzərində şəxsi axtarış aparılan zaman əynində olan tünd göy rəngli gödəkcənin sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 0,279 qram ağ rəngli kristallik hissəciklərdən ibarət maddə, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,660 qram narkotik vasitə heroini əldə etmiş, özündə saxlamaqla daşımış, 07 fevral 2024-cü il tarixdə saat 17 radələrində Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən ünvan 5 ünvanında yerləşən “Spar” marketdən oğurluq etməkdə şübhəli şəxs qismində saxlanılaraq ünvan 3 ünvanında yerləşən Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinə gətirilmiş, həmin şöbədə üzərində şəxsi axtarış aparılan zaman əynində olan tünd göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,660 qram qəhvəyi rəngli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə baxışında özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş ittihamla təqsirli bilərək əməlindən peşman olduğunu, istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş, sonrakı iclaslarda isə bildirmişdir ki, 07 fevral 2024-cü il tarixdə saat 17 radələrində Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən ünvan 5 ünvanında yerləşən “Spar” marketdən oğurluq etməkdə şübhəli şəxs qismində saxlanılaraq ünvan 3 ünvanında yerləşən Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinə gətirilmiş, həmin şöbədə üzərində şəxsi axtarış aparılan zaman əynində olan cins şalvarın sol yan cibindən 01 ədəd bükümdə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. 21 noyabr 2023-cü il tarixdə Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılarkən onun üzərində psixotrop maddə olmamış, polis əməkdaşları onun cibinə metamfetamin qoymuşlar və təzyiq olunduğu üçün həmin psixotrop maddənin ona aid olduğunu etiraf etmişdir. Məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan Təqsirləndirilən şəxs ifadəsi elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 2022ci ilin axırlarından o, arada psixotrop maddə metamfetamini falqada yandırıb çəkmə yolu ilə qəbul edir. O, 21 noyabr 2023-cü il tarixdə axşam saatlarında Bakı şəhəri, Nizami rayonu, metronun “Qara Qarayev” stansiyasının yaxınlığında tanımadığı şəxsdən 10 manata bir büküm psixotrop maddə metamfetamin almış və əynində olan tünd göy rəngli gödəkcənin sağ yan cibinə qoymuş, bu barədə heç kimə bir söz deməmişdir. Həmin günü saat 23:15 radələrində o, ünvan 2 ünvanın qarşısı ilə piyada gedən zaman iki nəfər ona yaxınlaşıb Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin polis əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları ondan adını və soyadını soruşmuşlar. O, da polis əməkdaşlarına anket məlumatlarını demişdir. Polis əməkdaşları onu üzərində şəxsi axtarış keçirilməsi üçün Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinə dəvət etmişlər. O, da etiraz etməyib polis əməkdaşları ilə birlikdə Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinə getmişdir. Polis Şöbəsində xidməti otaqların birində ona təhqiqatçı tərəfindən Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah olunmuş və ona Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkillərinin siyahısı təqdim edilmiş və polis əməkdaşları tərəfindən bildirilmişdir ki, təqdim edilmiş vəkillərin siyahısıdır, hansı vəkili istəyirsənsə dövlət hesabına təyinatla dəvət edək gəlib sənin hüquqlarını müdafiə etsin. O, polis əməkdaşlarına demişdir ki, onun hüquqlarının müdafiə edilməsi üçün dövlət hesabına vəkil dəvət edilsin. Bundan sonra 6 saylı Vəkil Bürosunun vəkili 25-ci Polis Şöbəsinə gəlmiş və ona vəkil tərəfindən hüquq və vəzifələri izah edilmişdir. Polis əməkdaşları tərəfindən ona izah olunmuşdur ki, videoçəkilişlə üzərində şəxsi axtarış aparılacaq. Vəkilin və iştirakçıların iştitakı ilə videoçəkilişlə üzərində şəxsi axtarış keçirilməsi başlanmış, videoçəkiliş zamanı iştirakçılar özlərini təqdim etdikdən sonra o, da özünü təqdim etmişdir. Videoçəkiliş zamanı ona hüquq və vəzifələri yenidən izah olunmuşdur. Polis əməkdaşları üzərində şəxsi axtarış aparmamışdan əvvəl üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmetin olub-olmamasını, olduğu təqdirdə təqdim etməyini təklif etmişlər. O, əynində olan tünd göy rəngli gödəkcənin sağ yan cibindən bir ədəd bükümü çıxarıb xidməti otaqda olan masanın üzərinə qoyub bildirmişdir ki, bir ədəd bükümdə olan maddə psixotrop maddə metamfetamindir, 21 noyabr 2023-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, metronun “Qara Qarayev” stansiyasının yaxınlığında tanımadığı şəxsdən özü istifadə etmək üçün 10 manata almışdır. Bir ədəd büküm polis əməkdaşları tərəfində açılmış və həmin bükümün içindən ağ rəngli maddə aşkarlanmışdır. Bundan sonra bir ədəd büküm polis əməkdaşları tərəfindən onun yanında zərfə qoyularaq qablaşdırılmış, protokol tərtib olunmuş və zərf möhürlə möhürlənmiş, zərfin üzəri və tərtib olunmuş protokol o, və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan başqa, 07 yanvar 2024-cü il tarixdə saat 16:30 radələrində ünvan 6 ünvanda yerləşən “Spar” marketə müştəri qismində daxil olmuş və həmin marketdən 32 manat dəyərində viski spirtli içkini götürmüş və əynində olan gödəkcənin iç sol cibinə qoyub marketdən çıxmışdır. 07 fevral 2024-cü il tarixdə səhər saatlarında sosial şəbəkədə tanımadığı şəxsdən 20 manat narkotik vasitə heroin almış və şəxsi istifadəsi üçün əynində olan tünd göy rəngli şalvarın sol yan cibinə qoymuş, bu barədə heç kimə bir söz deməmişdir. 07 fevral 2024-cü il tarixdə saat 16:30 radələrində o, siqaret almaq üçün ünvan 5 saylı “Spar” marketə girmiş və marketdə işləyən şəxs onu tutub saxlamış və demişdir ki, sən 07 yanvar 2024-cü il tarixdə bu marketdən bir ədəd viski içkisi oğurlamısan. Bundan sonra marketə 25-ci Polis Şöbəsinin polis əməkdaşları gəlmiş və onu 25-ci Polis Şöbəsinə gətirmişlər. Polis Şöbəsində xidməti otaqların birində ona təhqiqatçı tərəfindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah olunmuş və ona Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkillərinin siyahısı təqdim edilmiş və polis əməkdaşları tərəfindən bildirilmişdir ki, təqdim edilmiş vəkillərin siyahısıdır, hansı vəkili istəyirsənsə dövlət hesabına təyinatla dəvət edək gəlib sənin hüquqlarını müdafiə etsin. O, polis əməkdaşlarına demişdir ki, onun hüquqlarının müdafiə edilməsi üçün dövlət hesabına vəkil dəvət edilsin. Bundan sonra 6 saylı Vəkil Bürosunun vəkili 25-ci Polis şöbəsinə gəlmiş və ona vəkil tərəfindən hüquq və vəzifələri izah edilmişdir. Polis əməkdaşları tərəfindən ona izah olunmuşdur ki, videoçəkilişlə üzərində şəxsi axtarış aparılacaq. Vəkilin və iştirakçıların iştitakı ilə videoçəkilişlə üzərində şəxsi axtarış keçirilməsi başlanmış, videoçəkiliş zamanı iştirakçılar özlərini təqdim etdikdən sonra o, da özünü təqdim etmişdir. Videoçəkiliş zamanı ona hüquq və vəzifələri izah olunmuşdur. Polis əməkdaşları üzərində şəxsi axtarış aparmamışdan əvvəl üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmetin olub-olmamasını, olduğu təqdirdə təqdim etməyini təklif etmişlər. O, əynində olan tünd göy rəngli şalvarın sol yan cibindən bir ədəd bükümü çıxarıb xidməti otaqda olan masanın üzərinə qoyub bildirmişdir ki, bir ədəd bükümdə olan maddə narkotik vasitə heroindir, 07 fevral 2024-cü ildə sosial şəbəkədə tanımadığı şəxsdən 20 manata almışdır. Bir ədəd büküm polis əməkdaşları tərəfində açılmış və həmin bükümün içində qəhvəyi rəngli maddə aşkarlanmışdır. Bundan sonra bir ədəd büküm polis əməkdaşları tərəfindən onun yanında zərfə qoyularaq qablaşdırılmış, protokol tərtib olunmuş və zərf möhürlə möhürlənmiş, zərfin üzəri və tərtib olunmuş protokol o, və iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri aşağıdakılarla təsdiq olunur. Məhkəmə baxışında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞnin polis sahə inspektoru, polis mayoru Şahid3 ifadəsində bildirmişdir ki, 07 fevral 2023-cü il tarixdə saat 16:41-də Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsində əməliyyat qrupunda olan zaman Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 Xidməti-zəng mərkəzindən məlumat daxil olmuşdur ki, Nizami rayonu, Əlif Hacıyev küçəsində yerləşən “Spar” marketdə əvvəllər oğurluq etmiş şəxsi tutub saxlayıblar. Bundan sonra əməliyyat qrupunda olan digər əməkdaşlarla birlikdə “Spar” marketə gəlmişlər və görmüşlər ki, həmin marketin işçisi tərəfindən 32-34 yaşlarında bir nəfər şəxs saxlanılmışdır. Marketin işçisi bildirmişdir ki, bir müddət qabaq marketdən 30-40 manat dəyərində spirtli içki oğurlamış və bu barədə marketin rəhbəri 25-ci Polis Şöbəsinə müraciət etmişdir. Müəyyən edildi ki, saxlanılan şəxs Təqsirləndirilən şəxsdur və onu 25-ci Polis Şöbəsinə gətirmişlər. Xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmamışdan qabaq üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmetin olub-olmamasını, olduğu təqdirdə təqdim edilməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd bükümü çıxarıb masanın üzərinə qoymuş və həmin bükümdəkinin narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Bundan sonra büküm açılmış və içindən qəhvəy rəngli maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs bildirmişdir ki, bükümdə olan maddə narkotik vasitədir, özünə məxsusdur, “online” qaydada 20 manata tanımadığı şəxsdən istifadə etmək üçün almışdır. Məhkəmə baxışında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞnin CA üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ifadəsində bildirmişdir ki, 21 noyabr 2023-cü il tarixdə Nizami rayonu ərazisində “Firsət” adlı şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə əməliyyat qrupu yaradılmışdır. Həmin tarixdə saat 23:15-də keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Nizami rayonu, Azər Manafov küçəsi, 15/14 nömrəli ünvanın qarşısında “Firsəf’ adlı şəxsin əlamətlərinə uyğun olan şəxsi görüb, ona yaxınlaşıb özlərini təqdim etdikdən sonra, həmin şəxs də özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması üçün onu 25-ci Polis Şöbəsinə dəvət etmişlər, Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə şöbəyə gəlmişdir. Xidməti otaqların birində vəkilin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış aparılması bildirilmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmamışdan qabaq üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmetin olub-olmamasını, olduğu təqdirdə təqdim edilməsi təklif edilmiş, o, könüllü olaraq əynində olan tünd göy rəngli gödəkcənin sağ yan cibindən bir ədəd bükümü çıxarıb masanın üzərinə qoyub, həmin bükümdə psixotrop maddə metamfetamin olduğunu, tanımadığı şəxsdən istifadə etmək üçün 10 manata aldığını bildirmişdir. Bundan sonra 07 fevral 2023-cü il tarixdə saat 16:41-də Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsində əməliyyat qrupunda olan zaman Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 Xidməti-zəng mərkəzindən məlumat daxil olmuşdur ki, Nizami rayonu, Əlif Hacıyev küçəsində yerləşən “Spar” marketdə əvvəllər oğurluq etmiş şəxsi tutub saxlayıblar. Bundan sonra əməliyyat qrupunda olan digər əməkdaşlarla birlikdə “Spar” marketə gəlmişlər və görmüşlər ki, həmin marketin işçisi tərəfindən 32-34 yaşlarında bir nəfər şəxs saxlanılmışdır. Marketin işçisi bildirmişdir ki, bir müddət qabaq marketdən 30-40 manat dəyərində spirtli içki oğurlamış və bu barədə marketin rəhbəri 25-ci Polis Şöbəsinə müraciət etmişdir. Həmin vaxt müəyyən edildi ki, saxlanılan şəxs Təqsirləndirilən şəxsdur və onu 25-ci Polis şöbəsinə gətirmişlər. Xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmamışdan qabaq üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmetin olub-olmamasını, olduğu təqdirdə təqdim edilməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd bükümü çıxarıb masanın üzərinə qoyub, həmin bükümdəkinin narkotik vasitə olan heroin olduğunu, “online” qaydada 20 manata tanımadığı şəxsdən istifadə etmək üçün aldığını bildirmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞnin CA üzrə baş əməliyyat müvəkkili, polis leytenantı Şahid2 Şahid1 ilə oxşar məzmunda ifadə vermişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. - şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. - şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə Nizami RPİ-nin 25-ci PŞ-nin xidməti otaqlarının birində şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs üzərinə videoçəkilişdən istifadə edilməklə polis əməkdaşlarının və vəkilin iştirakı ilə şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli cins şalvarının sol tərəfində yerləşən, yan cibindən bir ədəd şəffaf sellofan kəsiyinə bükülmüş bükümü çıxarıb təqdim edərək həmin bükümün içərisində “kakos” olduğunu, təqdim etdiyi narkotik vasitəni 20 manata sosial şəbəkə vasitəsi ilə tanımadığı şəxsdən “online” qaydada aldığını bildirmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16- 16/2-6/803 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №165”dairəvi möhür əksi olan, “Şübhəli şəxs Təqsirləndirilən şəxs” sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 0,660 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. - təqsirləndirilən şəxsə ittiham elan edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. - cinayət işinin icraata qəbul edilməsi və vahid icraata birləşdirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardar görünür ki, ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş və ********* nömrə altında cinayət işi üzrə ibtidai istintaq davam etdirilmişdir. - cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. - şübhəli şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 23:15-də Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. - şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə Nizami RPİ-nin 25-ci PŞ-nin xidməti otaqlarının birində şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs üzərinə videoçəkilişdən istifadə edilməklə polis əməkdaşlarının və vəkilin iştirakı ilə şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli gödəkçəsinin sağ yan cibindən 01 ədəd ağ rəngli sellofan bükümdə, içərisində ağ rəngli maddə olan bükümü təqdim edərək, həmin bükümdə olan maddənin “patı” kimi tanıdığı psixotrop maddə olduğunu, şəxsi istifadəsi üçün Nizami rayonu, Qara Qarayev metrosu yaxınlığında tanımadığı şəxsdən 10 manat ödəniş edərək aldığını və üzərində saxladığını bildirmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş materialların məhkəmə ekspertizasının xx.xx.2023-cü il tarixli, 3-16- 16/2-6/6113 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs (imza)...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,279 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. - vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, X2 barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə Nizami RPİnin İŞ-nin müstəntiqi Səbuhi İsmayılovun vəsatəti təmin edilməmiş və X6 həbsdən azad edilmişdir. - qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, X2 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X12 X10-Narkoloji tibbi yoxlamanın xx.xx.2024-cü il tarixli, 450 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, müayinə zamanı X3 opioidlərin, kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, X6 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 4(007)-47/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, X2 barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. - cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, X2 üzərinə şəxsi axtarış və götürmə aparılarkən çəkilmiş videogörüntünün olduğu 02 ədəd “DVD ” disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. X2 üzərindən aşkar olunmuş bir ədəd bükümdə təmiz çəkisi 0,279 qram psixotrop maddə metamfetamin və bir ədəd bükümdə təmiz çəkisi 0,660 qram narkotik vasitə heroin maddi sübut kimi tanınmış, tədqiqatdan sinra qalıq qalmış hissəsi saxlanması üçün Nizami RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. - nikah haqqında və doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, X6 ailəlidir və himayəsində xx.xx.2017-ci il təvəllüdlü bir övladı vardır. - hər iki şəxsi axtarış zamanı çəkilmiş videogörüntünün olduğu 2 ədəd diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən olundu ki, X6 xx.xx.2023-cü il tarixdə və xx.xx.2024-cü il tarixdə şəxsi axtarış zamanı üzərindən aşkar olunmuş psixotrop maddə-metamfetamini və narkotik vasitəheroini şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına görə siyahıların təsdiq edilməsi haqqında “Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən dərman preparatı kimi beynəlxalq adı “Metamfetamin” olan maddə psixotrop maddədir, onun 0,15 qramdan artıq hissəsi xeyli miqdar hesab olunur. Həmçinin beynəlxalq adı “Heroin” olan maddə narkotik vasitədir, onun 0,15 qramdan artıq hissəsi xeyli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X2 törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin X2 cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla X6 tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir. X2 21 noyabr 2023-cü il tarixdə Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılarkən üzərində psixotrop maddə-metamfetamin olmamasına dair ifadəsi özünü müdafiə etmək və cəzasını yüngülləşdirmək məqsədilə verilmiş ifadə kimi qiymətləndirilir. X2 ifadəsində göstərdiyi xüsusatlar məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təkzib olundu. X2 cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığından Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, təqsirləndirilən şəxs X4 cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən X2 törətdiyi əməllər az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluğu ödənilmiş hesab edilir. Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-167/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, X6 Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə təqsirli bilinib CMnin 69.3-cü maddəsinə əsasən 1 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Bakı Şəhər Probasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 173195-21-1/3-10264-10 nömrəli məktubdan görünür ki, Nəsimi Rayon Məhkəməsinin 1(006)-167/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə təqsirli bilinib 1 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş X6 barəsində olan məhkəmə hökmü xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmış, xx.xx.2024-cü il tarixə (barəsində həbs qətimkan tədbiri seçildiyi günədək) ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 6 ay 7 gün hissəsini çəkmiş və çəkilməmiş cəza müddəti 1 il 5 ay 19 gün təşkil edir. Göründüyü kimi 1 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş X2 barəsində həbs qətimkan tədlbiri seçildiyi xx.xx.2024-cü il tarixə 1 il 5 ay 19 gün çəkilməmiş cəzası qalmışdır. Əvvəllər azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş X2 məhkumluğu ödənilməmiş və götürülməmiş qəsdən cinayət törətməsi cinayətin residivini yaratmır. Məhkəmə təqsirləndirilən şəxs X2 törətdiyi əməli qismən etiraf etməsini, ailəli olub himayəsində bir övladının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə baxışı zamanı X2 cəzasını Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə X2 barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayətlər törətməsini nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün barəsində törətdiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətə görə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının CM-nin 67 və 68.1.1-1-ci maddələrinə əsasən X2 barəsində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)- 167/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə təyin olunmuş və çəkilməmiş qalan 1 il 5 ay 19 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının iki gününü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutaraq hesablamaqla 8 ay 24 gün müddətinə azadlıqdan məhrum etmə cəzasını yeni hökmlə təyin olunmuş cəzaya qismən birləşdirərək ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən X2 xx.xx.2023-cü il tarixdən xx.xx.2023cü il tarixədək 2 gün həbsdə saxlanılması həbsdə saxlamanın bir gününü azadlıqdan məhrum etmənin bir gününə hesablayaraq nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş az ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilir. Ona görə də, X6 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1.19-346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, X2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı; X2 həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablanaraq cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı həbs etmənin əvvəlindən, yəni xx.xx.2024-ci il tarixdən hesablanmalı; Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən iş üzrə maddi sübut olan və Bakı şəhəri Nizami RPİ-də saxlanılan 0,229 qram psixotrop maddə metamfetamin və 0,610 qram narkotik vasitə-heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv olunmalı; Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət işi üzrə maddi sübut olan 2 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılmalı; Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan 146 (bir yüz qırx altı) manat ekspertiza xərci X1 tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən X6 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmalı və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iştirak etdiyi müddət 35 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 210 (iki yüz on) manat (35x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə müdafiəçi X5 dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 iyun 2023-cü il tarixli hökmü ilə təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 1 (bir) il 5 (beş) ay 19 (on doqquz) gün hissəsini azadlığın məhdudlaşdırılması cəzasının iki gününü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutaraq hesablamaqla 8 (səkkiz) ay 24 (iyirmi dörd) gün müddətinə azadlıqdan məhrum etmə cəzasını hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirərək Təqsirləndirilən şəxs qəti cəza 1 (bir) il 4 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 2 gün həbsdə saxlanılması nəzərə alınmaqla həbsdə saxlamanın bir gününü azadlıqdan məhrum etmənin bir gününə hesablayaraq üzərində 1 (bir) il 3 (üç) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 07 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut olan və Bakı şəhəri Nizami RPİ-də saxlanılan 0,229 qram psixotrop maddə - metamfetamin və 0,610 qram narkotik vasitə-heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə maddi sübut olan 2 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan 146 (bir yüz qırx altı) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına keçirilsin. Təqsirləndirilən şəxs 35 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi 210 (iki yüz on) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar