Məhkəmə qərarları › İş №1(007)-26/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-26/2023

06.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-26/2023 06.07.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məsləhətçi Əsədullayev İrfan İlyas oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs, xx xxxx 1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, heç yerdə işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2rəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs, o, elektron məlumat daşıyıcılarından istifadə etməklə özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını elektron məlumat daşıyıcısından istifadə etməklə gizli olaraq talama məqsədilə 08 iyun 2022-ci il tarixdə ünvan 3 ünvanında yerləşən "xxxx" ASC-nə məxsus bankomatın qarşısında əvvəllər tanımadığı Zərərçəkmiş şəxs bankomatdan pul çıxarmağa köməklik etməsi üçün özünəməxsus "xxxx" ASC-yə aid əmək haqqı kartını ona verməsindən istifadə edib kartın üzərindəki hesab nömrəsini özündə əks etdirən 5103 0714 4753 2934 rəqəmlərini yaddaşında saxlayaraq həmin hesab nömrəsini özünə məxsus “İphone 5SE” modelli mobil telefonunda olan “Birbank” proqramı vasitəsilə qeydiyyatdan keçirdikdən sonra 10 iyun 2022-ci il tarixdə Zərərçəkmiş şəxs məxsus bank hesabına müdaxilə edərək elektron məlumat daşıyıcısından istifadə etməklə internet üzərindən həmin kartdan istifadəsində olan mobil telefon nömrələrinə 3 manat 87 qəpik, 5 manat, 1 manat 80 qəpik, 3 manat, 1 manat 67 qəpik məbləğlərində danışıq konturları yükləmiş, daha sonra cinayətkar niyyətini davam etdirərək həmin tarixdə qeyd edilən hesab nömrəsini onun cinayətkar niyyətindən xəbərsiz olan tanışı Şahid məxsus “İphone 12 pro” modelli mobil telefonunda olan “Birbank” proqramı vasitəsilə qeydiyyatdan keçirərək ünvan 4 ünvanda yerləşən “Rahat” marketdə həmin telefondan istifadə etməklə “Apple Pay" ödəniş sistemi vasitəsilə həmin kartdan 41 manat 40 qəpik məbləğində ödəniş etməklə 10 ədəd “Kent 4” markalı siqaret və birdəfəlik istifadə üçün nəzərdə tutulmuş içərisində kofe olan 02 ədəd paket almış, bundan başqa, 10 iyun 2022-ci il tarixdə tanışı Şahid məxsus “İphone 12 pro” modelli mobil telefondan istifadə etməklə ünvan 5 ünvanında yerləşən “İrşad Electronics” mağazasında “Apple Pay” ödəniş sistemi vasitəsilə həmin kartdan 329 manat 99 qəpik ödəniş etməklə “Samsunq A03” modelli mobil telefonu alaraq, ümumilikdə Zərərçəkmiş şəxs məxsus "xxxx" ASC-yə aid əmək haqqı kartından 386 manat 73 qəpik pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talayıb oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, 8 iyun 2022-ci il tarixdə səhər saatlarında ünvan 3 ünvanında yerləşən "xxxx" ASC-nin Əhmədli filialında bankomata yaxınlaşaraq özünə məxsus "xxxx" aid kartdan pjl çıxarmaq istəmişdir. Həmin vaxt orada olan, sonradan Zərərçəkmiş şəxs olduğunu öyrəndiyi qadın ona yaxınlaşaraq özünə məxsus bank kartından pul çıxarmağa kömək etməyini bildirmişdir. O etiraz etməmiş və Mehribana kömək edəcəyini bildirmişdir. Mehriban "xxxx"a aid kartını ona vermiş və o həmin bank kartını bankomata daxil etmişdir. Kartda pul olmadığını görüb bu barədə Mehribana məlumat vermişdir. Həmin vaxt o, kartın üzərində olan 16 rəqəmi, yəni 5103 0714 4753 2934 rəqəmlərini yadda saxlamışdır. Daha sonra yaşadığı evə getmiş və kart məlumatlarını ‘İphone 5SE" modelli mobil telefonunda olan “Birbank” proqramına daxil edib qeydiyyatdan keçmişdir. Elaqə nömrəsi olaraq istifadəsində olan ***-***-**-** mobil nömrəsini proqrama daxil etmişdir. Bundan sonra proqram vasitəsilə kartın balansını idarə etmək səlahiyyəti yaranmışdır. Lakin həmin vaxt kartın balansında pul olmamışdır. 10 iyun 2022-ci il tarixdə həmin kartın balansına pul yükləndiyini görmüşdür. Kartın balansına yüklənmiş 386 manat 73 qəpik məbləğində pulu bank kartı onda olmadığı üçün yalnız nəğdsiz qaydada xərcləyə bilmişdir. Onun mobil telefonu köhnə model olduğu üçün “Apple Pay" ödəniş sistemini dəstəkləməmişdir. Buna görə tanışı, Bakı şəhəri, Q.Qarayev prospektində yerləşən “Neftçilər” metrostansiyasının yaxınlığına getmişdir. Orada olarkən 3 manat 87 qəpik, 5 manat, 1 manat 80 qəpik, 3 manat, 1 manat 67 qəpik məbləğlərində kontur yükləməklə özünə məxsus mobil nömrələrinin balanslarını artırmışdır. Bundan sonra “Neftçilər” metrostansiyasının yaxınlığında telefon dükanı işlədən tanışı Şahid yanına gedib ondan istifadəsində olan “İphone 12 pro” modelli mobil telefonuna birbank yükləməsini, sözügedən bank kartının məlumatlarını ora daxil etməsini və həmin pulu nəğdsiz qaydada o istədiyi formada xərcləmələrini bildirmişdir. Ruslan kartın kimə məxsus olduğunu ondan soruşduqda o kartın nənəsinə məxsus olduğunu demişdir. Bundan sonra o özü Ruslanın mobil telefonunu götürərək həmin telefona “Birbank” proqramı yükləmiş, daha sonra Mehribana məxsus kart məlumatlarını ora daxil etmişdir. Həmin kartı “Apple Pay” ödəniş sisteminə daxil etmiş və kart aktiv olmuşdur. Bundan sonra onun istəyi ilə onlar ilk öncə ünvan 4 ünvanda yerləşən “Rahat" marketə gedərək oradan 41 manat 40 qəpik dəyərində ödəniş etməklə 1 blok, yəni 10 ədəd “Kent 4” markalı siqaret və və birdəfəlik istifadə üçün nəzərdə tutulmuş içərisində kofe olan 02 ədəd paket almışlar. Ödənişi nəğdsiz şəkildə Ruslana aid mobil telefondan Mehribana məxsus kart ilə etmişdir. Marketdən çıxdıqdan sonra Ruslan və o, ünvan 5 ünvanında yerləşən “İrşad Electronics” dükanına getmişlər. O, oradan 329 manat 99 qəpik dəyərində olan 01 ədəd “Samsunq A03” modelli mobil telefonu almışdır. Ödənişi nəğdsiz şəkildə Ruslana aid mobil telefondan Mehriban məxsus kart ilə etmişdir. Həmin vaxt üzərində nəğd pul olmadığı üçün aldığı mobil telefonu sata biləcəyini Ruslana demişdir. Ruslan həmin mobil telefonu 200 manata ala biləcəyini demişdir. O da Ruslanla razılaşmış və 200 manata “Samsunq A03” modelli mobil telefonu Ruslana satmışdır. Həmin vaxtdan sonra kartla bağlı hər hansı əməliyyat etməmişdir. Sonda Təqsirləndirilən şəxs, törətdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə vurulmuş zərəri ödədiyini bildirdi və barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi və onun müdafiəçisini dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Zərərçəkmiş şəxs məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına (o cümlədən istifadəsində mobil nömrəsinə sms-bildiriş çatdırılmasına) baxmayaraq, məhkəmə iclaslarına gəlməmiş, gəlməməyinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, təxminən 1 ildir ki, Azərbaycan Respublikası Avtomobil yolları dövlət agentliyi 7 nömrəli xüsusi təyinatlı yol istismarı MMC-də fəhlə işləyir. Maaşı "xxxx"a məxsus göy rəngli, üzərində 5103 0714 4753 2934 rəqəmlərindən ibarət nömrəsi olan plastik bank kartına yüklənir və o da həmin plastik kartdan istifadə etməklə maaş kimi ona verilən pul məbləğini nəğdləşdirir. İş yeri Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən “Əhmədli” metrostansiyasının yaxınlığında yerləşdiyi üçün çox vaxt maaşını Xətai rayonu, Sarayevo küçəsi 7Q ünvanında yerləşən "xxxx" ASC-nin Əhmədli filialında yerləşən bakomatdan çıxardır. Onun bank kartında yaxşı başı çıxmadığı üçün həmişə ona kartdan pul çıxarmaqda kimsə kömək edir. İş yerindən may ayının maaşının gec veriləcəyi əvvəlcədən işçilərə bildirilmişdir. 08 iyun 2022-ci il tarixdə o "xxxx" ASC-nin Əhmədli filialına yaxınlaşaraq maaş kartını bir nəfər cğlana vermiş və kartının balansını yoxlamasını həmin şəxsdən xahiş etmişdir. Həmin şəxs balansa baxdıqda balansda pul olmadığını ona demişdir. Bir neçə gün sonra işdə olarkən işçilər maaşların vurulduğunu demişlər. Bundan sonra təxminən 14 iyun 2022-ci il tarixdə o "xxxx" ASC-nin Əhmədli filialına yaxınlaşaraq kart balansımın yoxlanılmasını bank işçisindən xahiş etmişdir. Həmin şəxs ona balansda pul olmadığını bildirdikdə o maaşının karta vurulduğunu demişdir. Həmin şəxs məlumatları yoxladıqda 10 iyun 2022-ci il tarixdə onun kartı vasitəsilə “İrşad” mağazasından alış-veriş edildiyini, digər pulun isə başqa yerə xərcləndiyini demişdir. Maaşı stabil olaraq verilmir, yəni bəzən 385 manatdan 390 manata kimi dəyişir. Bank məlumatlarına əsasən ona məlum olmuşdur ki, ona iyun ayı ərzində maaş kimi 386 manat 73 qəpik məbləğində pul vurulmuşdur. Onun bank kartı haqqında az məlumatı olduğu üçün tanışlarından bir neçə gün bu barədə məlumat toplamışdır. Sonradan bu barədə şikayət etmək qərarına gəlmiş və ərizə ilə Nizami RPİ-nin 24-cü PŞ-nə müraciət etmişdir. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı Bakı şəhəri Nizami RPİ-nin İstintaq Şöbəsinə ünvanladığı 28 iyun 2022-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona dəymiş ziyan olan 386.73 manat pulu ödəmişdir, Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur, göstərdiklərinin nəzərə alınmasını xahiş etmişdir. Şahid ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev 74 ünvanında, yəni “Neftçilər” metrosu yaxınlığında yerləşən “Bakcell” adlı dükanda satıcı işləyir. Dükanda yalnız mobil telefonların alqı-satqısı həyata keçirilir. Təqsirləndirilən şəxs təxminən 8 aydır ki, tanıyır. Belə ki, Asif bir neçə dəfə “Umico” proqramı vasitəsilə mobil telefon sifariş verərək almış, daha sonra həmin mobil telefonu ona nəğd şəkildə satmışdır. Asif “Umico” vasitəsilə sifariş verərkən ödənişini kredit şəklində, yəni bir neçə aya həyata keçirir, lakin o həmin ödənişi Asifə birbaşa etmişdir. Bu yolla Asif birdəfəyə istədiyi məbləğdə pul qazanaraq öz işlərini həll edir və krediti də aylıq olaraq ödəyir. 10 iyun 2022-ci il tarixdə axşam saatlarında Asif yanına gəlmiş və nənəsinə məxsus bank kartının onda olmadığını, buna görə həmin kart vasitəsilə yalnız nəğdsiz qaydada ödəniş edə biləcəyini, lakin özünə məxsus mobil telefonda nəğdsiz ödəniş etməyin mümkün olmadığını bildirərək ondan “Apple” firmasına məxsus mobil telefonlardan hər hansı birini ona verməyini xahiş etmişdir. O Asifdən bunun səbəbini soruşduqda sonuncu “Apple pay” ödəniş sistemi vasitəsilə nəğdsiz ödəniş etmək istədiyini, lakin öz mobil telefonunun həmin ödəniş sistemini dəstəkləmədiyini demişdir. O Asifi tanıdığı üçün razılaşmış və dükanda olan “İphone x” modelli mobil telefonu Asifə vermişdir. Lakin Asif həmin mobil telefonunun “Apple pay” ödəniş sistemi dəstəkləmədiyini dedikdə sonuncu ona dükanda, vitrində olan “İphone 12 pro” modelli mobil telefonu vermişdir. Asif həmin mobil telefonun “Apple pay” ödəniş sistemini dəstəklədiyini bildirdikdən sonra Asif ona nəğd pula ehtiyacı olduğunu bildirmişdir. Həmin vaxt Asif gedib hər hansı bir yerdən mobil telefon alaraq həmin mobil telefonu ona satmağı və bu üsulla nəğd pul əldə etməyi düşündüyünü demişdir. O etiraz etməmiş və hansı qiymətdə mobil telefon ala biləcəyini soruşmuşdur. Asif 390 manata yaxın məbləğdə pulunun olduğunu dedikdən sonra o Asifə həmin məbləğə uyğun “Samsunq A03” modelli mobil telefon ala biləcəyini demişdir. Aralarında olan razılığa əsasən həmin mobil telefonu mağazadan aldıqdan sonra Asif ona 200 manata satacaqmış. Təxminən axşam saatlarında onlar ünvan 5 ünvanında yerləşən “İrşad Electronics” dükanına getmişlər. Orada ‘İphone 12 pro” modelli mobil telefondan “Apple pay’ ödəniş sistemi vasitəsilə ödəniş edərək 329 manat 99 qəpik dəyərində “Samsunq A03” modelli mobil telefon almışlar. Orada sənədləşmə işləri onun adına həyata keçirilmişdir. Bundan sonra Asifin istəyi ilə onlar yaxınlıqda, yəni ünvan 4 ünvanda yerləşən “Rahat” marketə daxil olmuşlar və orada Asif “İphone 12 pro” modelli mobil telefondan “Apple pay” ödəniş sistemi vasitəsilə ödəniş edərək 41 manat 40 qəpik dəyərində 10 ədəd “Kent 4” markalı siqaret və 2 ədəd kofe paketləri almışdır. Bundan sonra onlar işlədiyi dükana gəlmişlər və orada o Asifə 200 manat pul vermişdir. Həmin vaxt Asif ona aid “İphone 12 pro” modelli mobil telefondan “Apple Pay” ödəniş sistemi üçün lazım olan proqramları silərək ona məxsus olan “İphone 12 pro” modelli mobil telefonu və satdığı “Samsunq A03” modelli mobil telefonu ona təhvil vermişdir. Bundan təxminən 3-4 gün sonra o həmin mobil telefonu dükanına müştəri qismində gələn orta yaşlı bir qadına 240 manata satmışdır. Həmçinin o qeyd etmişdir ki, “İrşad Electronics” dükanı rəsmi satış yeri olduğu üçün O'ada mobil telefonlar baha qiymətə satılır. Yeni “Samsunq A03” modelli mobil telefon ceyri-rəsmi satış yerlərində təxminən 250 manat qiymətindədir. O da buna görə həmin mobil telefonu Asifdən 200 manata almışdır. Bundan başqa, qeyd etdiyi mobil telefonu daha baha qiymətə almaq ona sərf etməmişdir. İş materiallarında olan könüllü təqdim etmə, baxış və götürmə barədə protokoldan görünür ki, 25 iyun 2022-ci il tarixdə Zərərçəkmiş şəxs könüllü şəkildə araşdırmaya təqdim etdiyi, onun Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi 7 nömrəli Xüsusi Təyinatlı Yol İstismar MMC-də fəhlə işləməsi ilə bağlı xidməti vəsiqəsi, maaş kartı və "xxxx" ASC-yə məxsus maaş kartının xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi çıxarışını götürüb ona baxış keçirilmişdir. Təqdim olunan xidməti vəsiqəyə baxış zamanı müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs XTYl/7-1337 nömrəli xidməti vəsiqə əsasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi 7 nömrəli Xüsusi Təyinatlı Yol İstismar MMC-də fəhlə işləyir və həmin vəsiqə ona xx.xx.2022-ci il tarixdə verilmişdir. Təqdim olunan maaş kartına baxış zamanı müəyyən edilmişdir ki, həmin maaş kartının plastik materialdan, göy rəngli və "xxxx" ASC-yə məxsus olmaqla üzərində Zərərçəkmiş şəxs, 5103 0714 4753 2934, 306, **********35 yazıları vardır. Təqdim olunan həmin çıxarış baxış zamanı müəyyən edilmişdir ki, oğurluq hadisənin baş verdiyi tarixdən, yəni 08 iyun 2022-ci il tarixdən sonra 10 iyun 2022-ci il tarixdə həmin maaş kartına 386 manat 73 qəpik məbləğində pul mədaxil edilmiş, bundan sonra həmin tarixdə ardıcıllıqla 3 manat 87 qəpik, 5 manat, 1 manat səksən qəpik, 3 manat, 1 manat 67 qəpik, 41 manat 40 qəpik və 329 manat 99 qəpik məbləğində pul kartdan məxaric olunmuşdur. 41 manat 40 qəpik məbləğində pulun məxaric olunduğu yer Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 7 ünvanında yerləşən “Rahat” market və 329 manat 99 qəpik məbləğində pulun məxaric olunduğu yer isə ünvan 9 ünvanında yerləşən “İrşad Electronics” mağazasıdır. İş materiallarında olan maddi sübut kimi tanınma barədə xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs məxsus maaş kartı maddi sübut kimi tanınanaraq ona təhvil verilmiş, həmçinin Zərərçəkmiş şəxs məxsus "xxxx" ASC tərəfindən verilmiş maaş kartının müvafiq dövrünə aid çıxarış maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İşdə olan pulun təhvil verilməsi haqqında 28 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 386 manat 73 qəpik məbləğində pulu Zərərçəkmiş şəxs təhvil vermişdir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 01 nömrəli qərarının 1, 19 və 20-ci bəndlərinə əsasən, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını və zərərçəkmiş şəxsə vurulmuş zərəri ödəməsini məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 12 iyul 2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində Nərimanov RPİ-də Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi olmuş, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən həmin cinayət işinin icraatına xitam verilmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilməklə cəmiyyətdən təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Habelə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə uyğun olaraq, iş üzrə maddi sübut kimi tanınmış və cinayət işində saxlanılan Zərərçəkmiş şəxs məxsus "xxxx" ASC tərəfindən verilmiş maaş kartının müvafiq dövrünə aid çıxarış cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs məxsus maaş kartının ibtidai istintaq zamanı zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmalıdır. Həmçinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin ibtidai istintaqda və məhkəmədə iştirak etdiyi müddət 28 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 168 manat məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, Bakı şəhərini tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işində saxlanılan Zərərçəkmiş şəxs məxsus "xxxx" ASC tərəfindən verilmiş maaş kartının müvafiq dövrünə aid çıxarış cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs məxsus maaş kartının ibtidai istintaq zamanı zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 28 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi VÖEN – ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 168 manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar