Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-260/2022 31.08.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxx 1960-cı il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Göygöl rayonunun Göycəkənd kəndində qeydiyyatda olan, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, T.Bədəlov küçəsi ev 16-da yaşamış, 04 mart 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 06 mart 2022-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah və onun komplekt hissələrini, döyüş sursatını əldə edib saxlamaqla daşıyaraq gəzdirmiş, bundan başqa satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi ıstehlak miqdarından artıq miqdarda psixotrop maddəni əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, 01 mart 2022-ci il tarixdə saat 08 radələrində Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində yerləşən “Ulduz” şokalad fabrikinin yaxınlığındakı zibil qutularının yanından 01 ədəd yaşıl rəngli sellofan paketin içərisində olan, göy rəngli yorğana bükülmüş 01 ədəd zavod üsulu ilə keçmiş SSRİ dövründə 1979-cu ildə silah zavodunda istehsal olunmuş, AK-74 modelli, Kalaşnikov konstruksiyalı, 5,45 mm kalibrli, 987166 nömrəli yivli odlu silah, texniki cəhətdən saz və atəşə yararlı avtomat silah, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsi olan texniki cəhətdən saz və istifadəyə yararlı 01 ədəd daraq, zavod üsulu ilə 1981-ci ildə istehsal olunmuş 5,45x39 mm kalibrli olmaqla həmin kalibrli Kalaşnikov konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş, döyüş sursatı hesab edilən və atəş üçün yararlı olan 07 ədəd 5,45 mm kalibrli patronları götürüb qanunsuz olaraq əldə edərək üzərində saxlamaqla daşıyıb gəzdirmiş, onun qanunsuz olaraq odlu silah əldə edib gəzdirməsi barədə daxil olmuş məlumat əsasında Nizami RPİ-nin 23-cü PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 04 mart 2022-ci il tarixdə saat 14:05 radələrində ünvan 1 ünvanının yaxınlığında şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 118 ünvanında yerləşən Nizami RPİ-nin 23-cü PB-nə gətirilib, orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əlində olan bir ədəd yaşıl rəngli sellofan paketin içərisində olan, göy rəngli yorğana bükülmüş bir ədəd zavod üsulu ilə keçmiş SSRİ dövründə, 1979-cu ildə silah zavodunda istehsal olunmuş, AK-74 modelli, Kalaşnikov konstruksiyalı, 5,45 mm kalibrli, 987166 nömrəli yivli odlu silah, texniki cəhətdən saz və atəşə yararlı avtomat silah, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsi olan texniki cəhətdən saz və istifadəyə yararlı 01 ədəd daraq, zavod üsulu ilə 1981-ci ildə istehsal olunmuş 5,45x39 mm kalibrli olmaqla həmin kalibrli Kalaşnikov konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş, döyüş sursatı hesab edilən və atəş üçün yararlı olan 07 ədəd 5,45 mm kalibrli patronlar aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, 03 mart 2022-ci il tarixdə Yasamal rayonu ərazisində şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 0,777 qram olan psixotrop maddə metamfetamini 15 manat ödəməklə əldə edib üzərində saxlamaqla daşımış, onun qanunsuz olaraq odlu silah əldə edib gəzdirməsi barədə daxil olmuş məlumat əsasında Nizami RPİ-nin 23-cü PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 04 mart 2022-ci il tarixdə saat 14:05 radələrində ünvan 1 ünvanının yaxınlığında şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 118 ünvanında yerləşən Nizami RPİ-nin 23-cü PB-nə gətirilib, orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli klassik şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş ümumi xalis çəkisi 0,777 qram olan, ağ rəngli kristalşəkilli maddə, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1 və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 228.1 və 234.1-ci maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2014-cü ildə cəzaçəkmə müəssisəsindən cəzasının sonu ilə azadlığa buraxıldıqdan sonra Bakı şəhərində müxtəlif yerlərdə kuryer işləyib dolanışığını təmin etmiş, daha sonra isə dəmir yığıb məntəqələrə verməklə məşğul olmuşdur. Bədənində olan ağrılara görə narkotik vasitə, psixotrop maddə qəbul etmişdir. 03 mart 2022-ci il tarixdə günorta saatlarında Yasamal rayonu ərazisindən üzdən tanıdığı, anket məlumatlarını bilmədiyi şəxsə 15 manat pul verərək metamfetamin almış və öz istifadəsi üçün üzərində saxlamışdır. Ondan əvvəl isə, yəni 01 mart 2022-ci il tarixdə saat 08 radələrində Keşlə qəsəbəsində dəmir yığan zaman “Ulduz” şokolad fabrikinin yaxınlığındaki zibil yeşiklərinin yanında 01 ədəd yaşıl rəngli paket görmüş, paket diqqətini çəkmiş və o, həmin paketi əlinə götürdükdə içərisində bərk dəmir əşya olduğunu hiss etdiyi üçün içərisini açmış, içərisinə baxdıqda göy rəngli yorğanın içərisində 01 ədəd qara rəngli avtomat, daraq və 07 ədəd patron görmüş, onları özü ilə götürüb dəmir yığmağa davam etmişdir. Həmin silahı müştəri olarsa satacağını fikirləşmiş və bu məqsədlə özündə saxlamışdır. 04 mart 2022-ci il tarixdə saat 14 radələrində özünü şübhəli apardığı üçün Bakı şəhəri, Nizami rayonu, T.Bədəlov küçəsində polis əməkdaşları ona yaxınlaşıb qanunsuz olaraq odlu silah gəzdirilməkdə şübhəli bilindiyini demiş və onu 23-cü polis bölməsinə aparmışlar. Bölmədə üzərinə baxış keçirilən zaman əlindəki yaşıl rəngli sellofan torbada olan, göy rəngli yorğana bükülmüş qara rəngli avtomatı və narkotik vasitə olan metamfetamini təqdim edərək onları hansı qaydada əldə etdiyini danışmışdır. Həmin avtomat və narkotik vasitə onun və digər şəxslərin iştirakları ilə içərisi boş zərfə qoyularaq qablaşdırılmış, onlar həmin qablaşdırmanın üzərini və protokolu imzalamışlar. Təqsirləndirilən şəxs ifadəsinin sonunda əməlindən səmimi peşman olduğunu, yaşının çoxluğunu nəzərə alaraq, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 23-cü polis bölməsinin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, 04 mart 2022-ci il tarixdə 23-cü polis bölməsinə Bakı şəhəri, Nizami rayonu ərazisində “Əzizağa” adlı şəxsin odlu silah əldə edib saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Alınmış məlumat barədə raportla rəhbərliyə məruzə edildikdən sonra “Əzizağa” adlı şəxsin müəyyən edilib ifşa olunması istiqamətində Bakı şəhəri, Nizami rayonu ərazisində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar çıxarılmışdır. Qərara əsasən 23-cü polis bölməsinin əməkdaşlarından ibarət qrup yaradılmış və tədbirin keçirilməsinə başlanılmışdır. 04 mart 2022-ci il tarixdə “Əzizağa” adlı şəxsin olması ehtimal edilən Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, T.Bədəlov küçəsinə yollanmış, orada əməliyyat mövqeyi seçmişlər. Saat 14:05 radələrində T.Bədəlov küçəsində özünü şübhəli aparan, xarici görünüşcə “Əzizağa” adlı şəxsə oxşar bir nəfər şəxs müəyyən etmişlər. Sorğu zamanı həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Təqsirləndirilən şəxs əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış edilmiş və 23-cü polis bölməsinə dəvət olunmuşdur. 23-cü PB-nin inzibati binasının xidməti otağında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış keçirilməzdən əvvəl ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əlində olan yaşıl rəngli sellofan torbanı masanın üzərinə qoymuş, bundan sonra əynində olan qara rəngli klassik şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümü təqdim edərək içərisində “patı” kimi tanıdığı psixotrop maddə metamfetamin olduğunu, 03 mart 2022-ci il tarixdə Yasamal rayonu ərazisindən anket məlumatlarını bilmədiyi, lakin üzdən tanıdığı şəxsdən 15 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Büküm açıldıqda içərisində ağ rəngli, kristal formada spesifik iyə malik maddənin olduğu aşkar edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi yaşıl rəngli sellofan torbanın içərisində avtomat silah olduğunu, həmin avtomat silahı dəmir yığan zaman şokolad fabrikinin yaxınlığından tapdığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan torbaya baxış keçirilərkən içərisində göy rəngli yorğana bükülmüş 1979-cu il istehsallı, 987166 nömrəli “Kalaşnikov” tipli qara rəngli avtomat silah, 01 ədəd daraq və 07 ədəd güllə aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman qanunla dövriyyəsi qadağan olunmuş başqa əşya və ya predmet aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs götürülən 01 ədəd odlu silah və psixotrop maddəyə bənzər kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, zərfin üzəri Təqsirləndirilən şəxs özü və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin Postpatrul xidməti bölüyünün polis nəfəri Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs silah əldə edib saxlamaqda şübhəli olduğuna görə 04 mart 2022-ci il tarixdə saat 14 radələrində Nizami RPİ-nin 23-cü polis bölməsinin əməliyyatçıları tərəfindən polis bölməsinin inzibati binasına gətirilmiş, 23-cü PB-nin inzibati binasının xidməti otağında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Edilmiş təklifdən sonra Təqsirləndirilən şəxs əlində olan yaşıl rəngli sellofan torbanı masanın üzərinə qoymuş, bundan sonra əynində olan qara rəngli klassik şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümü təqdim edərək içərisində “patı” kimi tanıdığı psixotrop maddə metamfetamin olduğunu, 03 mart 2022-ci il tarixdə Yasamal rayonu ərazisindən anket məlumatlarını bilmədiyi, lakin üzdən tanıdığı şəxsdən 15 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Büküm açıldıqda içərisindən ağ rəngli, kristal formada spesifik iyə malik olan maddə aşkar edilmişdir. Suallara cavab verən Təqsirləndirilən şəxs təqdim etdiyi yaşıl rəngli sellofan torbanın içərisində avtomat silah olduğunu, həmin avtomat silahı dəmir yığan zaman şokolad fabrikinin yaxınlığından tapdığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan torbaya baxış keçirilərkən içərisində göy rəngli yorğana bükülmüş 1979-cu il istehsallı, 987166 nömrəli, Kalaşnikov tipli qara rəngli avtomat silah, 01 ədəd daraq və 07 ədəd güllə aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman qanunla dövriyyəsi qadağan olunmuş başqa əşya və ya predmet aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs götürülən 01 ədəd odlu silah və psixotrop maddəyə bənzər kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, zərfin üzəri Təqsirləndirilən şəxs özü və iştirakçılar tərəfindən imzalanmışdır. Qeyd olunan proseslər onun tərəfindən aparılan vidoçəkilişlə qeydə alınmışdır. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİnin 23-cü polis bölməsinin əməliyyat müvəkkili Şahid1 iştirakının təmin edilməsi mümkün olmadığından onun həmin dövrdə verdiyi ifadəsi məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş, müəyyən edilmişdir ki, o, Şahid2la eyni məzmunlu ifadə vermişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 05 mart 2022-ci il tarixli qərardan görünür ki, fakt üzrə Azərbaycan Respublikası CM-nin 228.1 və 234.2-ci maddələri ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 1) - 04 mart 2022-ci il və 24 mart 2022-ci il tarixli protokollardan görünür ki, Nizami RPİ-nin 23-cü PB-nin əməkdaşları tərəfindən odlu silah və onun komplekt hissələrini qanunsuz olaraq əldə edib gəzdirməkdə birbaşa şübhə yaratdığından 04 mart 2022-ci il tarixdə saat 14:05 dəqiqədə saxlanılaraq 23-cü PB-nin inzibati binasına gətirilmiş Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan qəbul edilmiş qərara əsasən 23-cü PBnin inzibati binasında xidməti iş otaqlarından birində videoçəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş həmin şəxsin şəxsi axtarışı aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əlində olan yaşıl rəngli paketi təqdim edib içərisini açmış, içərisində göy rəngli yorğanı açdıqda orada olan 1979-cu il istehsallı 987163 nömrəli “Kalaşnikov” tipli qara rəngli avtomatı təqdim etmiş və həmin avtomatı 01 mart 2022-ci il tarixdə saat 08 radələrində Keşlə qəsəbəsində dəmir yığan zaman zibilliklərin birində tapdığını, gizlətməyə yer tapa bilmədiyi üçün üzərində gəzdirdiyini bildirmişdir. Bundan başqa həmin paketin içərisindən 07 ədəd güllə və 01 ədəd daraq aşkar edilmişdir. Təqsirləndirilən şəxs qeyd olunan güllələrin və darağın həmin avtomata məxsus olduğunu, onları bu halda götürdüyünü bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli klassik şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofanda büküm təqdim etmişdir. Həmin bükümün içərisində ağ rəngli, kristal formada spesifik iyə malik olan maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin bükümdə olan kütlənin “şüşə” kimi tanıdığı psixotrop maddə metamfetamin olduğunu bildirmiş, suallara cavab olaraq həmin psixotrop maddəni 03 mart 2022-ci il tarixdə Yasamal rayonu ərazisindən anket məlumatlarını bilmədiyi, lakin üzdən tanıdığı şəxsdən 15 manata şəxsi istifadəsi üçün aldığını izah etmişdir. Təqsirləndirilən şəxs üzərindən qanunla dövriyyəsi qadağan olunmuş başqa əşya və ya predmet aşkar olunmamışdır. Götürülən odlu silah və narkotik maddəyə bənzər kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı qeydə alınmış görüntülərin olduğu bir ədəd CD diskə hal şahidlərinin iştirakları ilə baxış keçirilərkən 04 mart 2022-ci il tarixli protokolda qeyd olunanların öz təsdiqini tapdığı müəyyən olunmuşdur. (i.v. 30-31, 131) -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin məhkəmə-ballistik ekspertizanın 04 mart 2022-ci il tarixli 22/195R nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd 987166 nömrəli silah, 5,45 mm kalibrli olmaqla, zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1979-cu ildə silah zavodunda istehsal olunmuş, “AK-74” modelli, Kalaşnikov konstruksiyalı avtomatdır, yivliodlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə keçmiş SSRİ dövlətində silah zavodunda istehsal olunmuş, 30 ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsi-darağıdır, texniki cəhətdən sazdır və istifadəyə üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 07 ədəd patronlar zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1981-ci ildə istehsal olunmuş 5,45x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş ştat patronlardır, döyüş sursatı hesab edilir və atəş üçün yararlıdırlar. Qeyd: Təqdim edilmiş 07 ədəd 5,45x39 mm kalibrli patronlardan 03 ədədi eksperimental atəş zamanı istifadə olunmuşdur. (i.v. 40-47) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 04 mart 2021-ci il tarixli 6/1331 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №163” dairəvi möhür əksi, “...Təqsirləndirilən şəxs imza...” yazı və imzalar olan zərfdə 1 ədəd bükümdə təmiz çəkisi 0,777 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Qeyd: metamfetaminin təmiz çəkisi 0,777 qram olmuş, tədqiqata 0,05 qram sərf edilmiş, 0,727 qram qalığı qalmışdır. (i.v. 48-52) - 07 mart 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0,777 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və tədqiqata 0,05 qram sərf edildikdən sonra 0,727 qram metamfetaminin qalığı məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə onun təyinatı məsələsi həll edilənədək saxlanılması üçün Nizami RPİ-nin saxlama kamerasına təhvil verilmişdir. (i.v. 93-94) - 07 mart 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd Kalaşnikov konstruksiyalı, “AK-74” modelli, 987166 nömrəli avtomat silah, 01 ədəd daraq və 07 ədəd patron cinayət işi üzrə maddi sübut kimi tanınmış, 01 ədəd Kalaşnikov korstruksiyalı, “AK-74” modelli, 987166 nömrəli avtomat silah, 01 ədəd daraq və ekspertiza tədqiqatında 03 ədədi istifadə edildikdən sonra yerdə qalan 04 ədəd patron məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə onların təyinatı məsələsi həll edilənədək saxlanılması üçün Nizami RPİ-nin saxlama kamerasına təhvil verilmişlər. (i.v. 96-97) -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 25 mart 2022-ci il tarixli 012-4326-1222 nömrəli 5,45 mm kalibrli, “AK-74” markalı, 1979-cu il istehsallı, 987166 nömrəli silahın mərkəzləşdirilmiş axtarış uçotlarında olması barədə DİN BƏSİİ-də məlumat yoxdur. (i.v. 132) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsin Ambulator Məcburi-Narkoloji tibbi yoxlamasının 15 mart 2022-ci il tarixli 1329 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, müayinə zarıanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş 60 yaşından yuxarı olan kişilərə və 55 yaşından yuxarı olan qadınlara, narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.7-ci bəndinə uyğun olaraq, hal-hazırda Təqsirləndirilən şəxs yaş həddi ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloj dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 149-150) - 24 may 2022-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, ifadəsinin yerində yoxlanılması zamanı Təqsirləndirilən şəxs qismində istintaqa verdiyi ifadəsinə uyğyn olaraq Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində, “Ulduz” şokolad fabrikinin yaxınlığında, dəmiryol xəttinin kənarındakı yeri hadisə yeri kimi göstərərək 01 mart 2022-ci il tarixdə saat 08 radələrində dəmir yığan zaman zibil yeşiklərinin yanında 01 ədəd yaşıl rəngli paket gördüyünü, həmin paketi əlinə götürdükdə içərisində bərk dəmir əşya olduğunu hiss etdiyi üçün içərisini açdığını, içərisinə baxdıqda göy rəngli yorğanın içərisində 01 ədəd qara rəngli avtomat, daraq və 07 ədəd patron gördüyünü, həmin silahı müştəri olarsa satmaq məqsədilə özü ilə götürdüyünü və yaşadığı Nizami rayonu, Keşlə qəsəbəsi, T.Bədəlov küçəsi, ev 16 ünvanının yaxınlığında olan yeri göstərərək həmin yerdə saxladığını qeyd edərək istintaqa verdiyi ifadəsini bir daha əyani şəkildə təsdiq etmişdir. (i.v. 154-156) - 24 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1 və 234.1-ci maddələri ilə elan edilmiş ittiham dəyişdirilmədən saxlanılmış, əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində həmin maddə ilə cinayət təqibinin aparılması rədd edilmiş, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman aparılmış videoçəkilişin görüntüləri əks olunmuş 01 ədəd DVD disk maddi sübut kimi tanınmaqla cinayət işinə əlavə edilmiş, cinayət işinin materiallarından Təqsirləndirilən şəxs narkotik vasitəni satmış şəxsiyyəti istintaq orqanına məlum olmayan şəxsin şəxsiyyətini, avtomat silahın və narkotik vasitənin mənbəyini müəyyən etmək məqsədilə material ayrılmış və araşdırma aparılması üçün 23-cü polis bölməsinə göndərilmişdir. (i.v. 157-165) Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanun-suz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək qeyd edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş narkotik vasitənin və silahın əldə edilmə mənbəyinin müəyyən edilməsi faktının araşdırılması məqsədi ilə ibtidai istintaq zamanı material ayrılmışdır və nəticəsindən asılı olaraq hüquqi qiymət veriləcəkdir. Məhkəmə, dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, məhkəmə ekspertizalarının rəyləri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 228.1 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CM-nin 228-ci maddəsinin “Qeyd”inə əsasən bu maddədə göstərilən əşyaları könüllü surətdə təhvil verən şəxs, əgər onun əməllərində başqa cinayət əməlinin tərkibi yoxdursa, cinayət məsuliyyətindən azad edilir. Məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, irəli sürülmüş ittihamda əksini tapan odlu silahı, onun komplekt hissələrini və döyüş sursatını Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə etmiş, həmin əşyaları könüllü surətdə təhvil verməyib daşıyaraq saxlamış, yalnız bu barədə daxil olmuş məlumat əsasında 23-cü polis bölməsinin əməkdaşları tərəfindən 04 mart 2022-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində aşkar edilərək ondan götürülmüşdür. Belə olan halda, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228-ci maddəsinin “Qeyd”ində nəzərdə tutulduğu qaydada cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 228.1 və 234.1-ci maddələrinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsinə əsasən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə - həmin maddədə nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur, iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - həmin maddədə nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur, bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 04 mart 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (i.v. 22) - 06 mart 2022-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddəti 03 ay həddində müəyyən edilmiş, həbsetmənin əvvəli 04 mart 2022-ci il tarixdən hesablanmışdır. (i.v. 85-88) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 18 mart 2022-ci il tarixli tələbnamədən görünür ki, Məcnuni X1 şəhər Avtozavod rayon Xalq Məhkəməsinin 09 dekabr 1985-ci il tarixli hökmü ilə RSFSR CM-nin 190 və 224-cü maddələri ilə təqsirli bilinib, CM-nin 34-cü maddəsinə əsasən 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 16 dekabr 1987-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş; Azərbaycan Respublikası Ali Məhkəməsinin 23 dekabr 1992-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 220-ci maddəsinin İ hissəsi, 106-cı maddəsinin İ hissəsi, 15,94-cü maddəsinin 3,4,6,8-ci hissələri ilə təqsirli bilinib, CM-nin 39-cu maddəsinə əsasən 15 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Azərbaycan Respublikası Milli Məclisinin 15 iyul 1992-ci il tarixli Amnistiya Qərarına əsasən cəzasının çəkilməmiş hissəsi 1/3 qədər azaldılaraq 09 il 07 ay 10 gün saxlanılmış; Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 26 noyabr 2002-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş; Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 16 mart 2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 149.2.4-cü maddəsi ilə təqsirli bilinib, 09 il azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 15 noyabr 2014-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. (i.v. 120-121, 125-130) Məhkəmə Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinin tələbləri baxımından qeyd edir ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxs hesab edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1 və 234.1-ci maddələri ilə törətdiyi əməllər həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal qismində Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsində, cəzasını ağırlaşdıran hal qismində həmin Məcəllənin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, məhkəməyədək icraatı aparmış müstəntiq ittiham aktında Təqsirləndirilən şəxs təkrar cinayət törətməsini onun cəzasını ağırlaşdıran hal kimi müəyyən etmişdir. Lakin həmin hal cinayət qanunvericiliyinin tələbləri baxımından yanlış nəticə olduğundan (CM-nin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayəti iki dəfə və ya iki dəfədən çox törətmədiyindən) ittiham aktından xaric edilməli, nəzərə alınmamalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, təyin ediləcək həmin cəzaları CM-nin 66.2-ci maddəsinə əsasən qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs üzərində qəti müddətə azadlıqdan məhrum etmə cəzasının müəyyən edilməsi məqsədəmüvafiqdir. Məhkəmənin qənaətinə görə, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən hesab edir ki, qəsdən törədilmiş az ağır cinayətə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli olan Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 04 mart 2022-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, 06 mart 2022-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmişdir, ona görə məhkəmə Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı 04 mart 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olduğundan onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış baxış və götürmə aparılmasının video görüntülərinin əks olunduğu bir ədəd DVD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı, Təqsirləndirilən şəxs aşkar edilərək götürülməklə Nizami RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilən, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,727 qram olan psixotrop maddə metamfetamin məhv edilməli, həmin yerə təhvil verilən 01 ədəd Kalaşnikov konstruksiyalı, “AK-74” modelli, 987166 nömrəli avtomat silah, 01 ədəd daraq və ekspertiza tədqiqatına 03 ədədi istifadə edildikdən sonra qalan 04 ədəd patron cinayətin aləti olduqlarına görə CPM-nin 132.1.1-ci maddəsinə əsasən dövlət nəfinə müsadirə edilərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təһvil verilməlidir; CPM-nin 198.1ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə, Ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs 60 yaşdan yuxarı olduğuna görə ona narkomaniyadan məcburi müalicə tətbiq oluna bilməz, o, yalnız ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, dövlət hesabına dəvət olunmuş vəkilin məhkəməyədək icraat və məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət ümumilikdə 81 iş saatı müddətinə bərabər tutulduğundan, (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-nin 228.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 234.1-ci maddəsi ilə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş həmin cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı 04 mart 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut qismində tanınmış baxış və götürmə aparılmasının video görüntülərinin əks olunduğu bir ədəd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın, Təqsirləndirilən şəxs aşkar edilərək götürülməklə Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,727 qram psixotrop maddə metamfetamin məhv edilsin, 01 ədəd Kalaşnikov konstruksiyalı, “AK-74” modelli, 987166 nömrəli avtomat silah, 01 ədəd daraq və ekspertiza tədqiqatından sonra qalan 04 ədəd patron dövlət nəfinə müsadirə edilərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təһvil verilsin. Məhkəmə məsrəfi olan 88 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs dövlət hesabına təyin olunmaqla məhkəməyədək icraat və məhkəmə icraatı zamanı ümumilikdə 81 iş saatı müddətində göstərdiyi pulsuz hüquqi yardıma görə Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı vəkil bürosu vasitəsi ilə 486 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-260/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-260/2022
31.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver