Məhkəmə qərarları › İş №1(007)-260/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-260/2025

13.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-260/2025 13.02.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əsgərzadə Şadiyə Zaur qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 20 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, təqsirləndirilən şəxs - 03 avqust 1982-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri ünvan 1 ünvanda yaşayan, 19 fevral 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 21 fevral 2024-cü il tarixdə tutmadan azad olunaraq barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddələri əldə edib, saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq satış məqsədilə ümumi təmiz çəkisi 0,420 qram psixotrop maddə metamfetamiri əldə edərək saxlamaqla daşımış, 19 fevral 2024-cü il tarixdə Bakı şəhəri Nizami rayonu M.X.Şərilii küçəsində həmin psixotrop maddənin 0,206 qram hissəsini tanışı Şahid4 5 manat pul müqabilində satmış, Bakı şəhəri Nizami rayon polis idarəsinin narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 19 fevral 2024-cü il tarixdə, saat 11 radələrində Şahid4la birlikdə ünvan 2 ünvanının qarşısında şübhəli şəxs qismində saxlanılaraq ünvan 3nında yerləşən Nizami rayon polis idarəsinə aparılmış, idarədə Şahid4 üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən onun satdığı, bir ədəd bükümdə, 0,206 qram çəkidə ağ rəngli kristallik maddə, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, onun üzərinə keçirilmiş şəxsi axtarış zamanı isə əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 6 ədəd bükümdə, kimyəvi komponent tərkibinə görə Şahid4 üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminlə eynilik təşkil edən, ayrı-ayrılıqda təmiz çəkiləri 0,036 qram, 0,038 qram, 0,030 qram, 0,033 qram, 0,040 qram, 0,037 qram olmaqla ümumi təmiz çəkisi 0,214 qram ağ rəngli kristallik maddə, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 19 fevral 2024-cü il tarixdə dostu Şahid4la mağazada olan zaman polis əməkdaşları onlara yaxınlaşmışlar. Həmin vaxt onun üzərində narkotik vasitə olmuşdur. Həmin narkotik vasitəni “Semaşko”dan almışdır. Eminin üzərində isə heç nə olmamışdır. O, Eminə narkotik vasitə satmamışdır. Polis əməkdaşları onları saxlayanda ondan harada yaşadığını soruşmuşlar. O da bildirmişdir ki, burada yaşayır. Daha sonra polis əməkdaşı telefonla əlaqə saxlamış və demişdir ki, “deyəsən səhv adamdır, bu adamlar burada qalırlar”. Telefondakı adam isə “götür gəl” demişdir. Daha sonra idarəyə getmişlər və onun üzərinə idarədə baxış keçirmişlər. Onun üzərində narkotik vasitə olmuşdur. Həmin narkotik vasitəni üzdən tanımadığı adamdan almışdır. Emin isə almamışdır. Onun üzərində 6 büküm narkotik vasitə olmuşdur. Eminə narkotik vasitə satmamışdır. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə məhkəmə iclasında verdiyi ifadəsi arasında əhəmiyyətli ziddiyyət olduğundan, Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən onun 21 fevral 2024-cü il tarixdə müdafiəçisinin iştirakı ilə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik vasitə patıdan, yəni metamfetamindən istifadə edir. “Vatsap” sosial şəbəkəsi vasitəsi ilə tanıdığı Tahir adlı İran vətəndaşı ilə danışmış və xx.xx.2024-cü il tarixdə həmin şəxsin hesab nömrəsinə 300 manat göndərdikdən sonra ondan 10 qram patı yəni, metamfetamin almışdır. Tahir həmin 10 qram metamfetamini Nərimanov rayonu ərazisində yer demiş, o da oradan götürmüşdür. Həmin 10 qram metamfetaminin bir hissəsini özü istifadə etmiş, qalan hissəsini isə bükümlər şəkilində hazırlamışdır. xx.xx.2024-cü il tarixdə saat 11 radələrində Emin adlı tanışı ilə ünvan 5 ünvanının qarşısında söhbət edən zaman Emin narkotik maddə patı istəmiş, o da sonuncuya metamfetamin olduğunu bidirmişdir. Emindən 5 manat pul alaraq ona bir büküm patı vermişdir. Bundan sonra oradan uzaqlaşmaq istəyən zaman mülki geyimdə olan 3 nəfər polis əməkdaşı yaxınlaşıb onlarla birlikdə Nizami RPİyə getmələrini təklif etdikdə, şübhə yaranmaması üçün Eminlə polislərin təklifini qəbul edərək Nizami RPİ-yə getmişlər. İdarədə şübhəli şəxs qismində tutulduqdan sonra ona hüquqları izah edilmiş və müdafiəçi ilə təmin edilmişdir. Daha sonra üstünə şəxsi axtarış keçirilən zaman ilk əvvəl üstündə qadağan edilmiş əşyaları özünün təqdim etməsi təklif edilmişdir. Həmin səbəbdən əynində olan göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd sellofan bükümü və həmin şalvarın sağ yan cibindən özünə məxsus bir ədəd “Samsung” markalı mobil telefonu, həmin şalvarın arxa sağ cibindən qara rəngli bir ədəd pul qabını çıxarıb təqdim etmişdir. Sorğu zamanı həmin sellofan bükümün içərəsində psixotrop maddə metamfetamin olduğunu, “Vatsap” sosial şəbəkə vasitəsi ilə tanıdığı “Tahir” adlı İran vətəndaşından aldığını bildirmişdir. Həmin bir ədəd sellofan büküm içərisində 6 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş büküm olması müəyyən edilmiş və həmin bükümlər açılıb baxılan zaman içərəsində kritsallik şəkilli maddələr olması müşahidə edilmişdir. Həmçinin bir ədəd pul qabının içərəsindən bir ədəd 10 manatlıq, iki ədəd 5 manatlıq pul əskinazı aşkar edilmişdir. Daha sonra üstünə polis əməkdaşları tərəfindən şəxsi axtarış keçirilmiş, lakin üstündən qanunla qadağan edilmiş digər əşya və ya predmet aşkar edilməmişdir. Həmçinin sorğu zamanı tutulmamışdan qabaq bir büküm metamfetamini 5 manata Emin adlı şəxsə satdığını bildirmişdir. Qeyd etmişdir ki, polis əməkdaşları tərəfindən saxlanılan zaman heç bir zorakılıq tətbiq edilməmişdir, üzərinə Nizami RPİ-nin təhqiqatçısı tərəfindən müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Tahir adlı şəxs vatsap vasitəsilə özü ona zəng etmişdir, Tahir adlı şəxsi görməmişdir, sonuncu ona özünün İran İslam Respublikasında yaşadığını bildirmişdir. Təqdim etdiyi altı ədəd bükümdə psixotrop maddə metamfetamin özünə məxsusdur, üzərindən aşkar olunaraq götürülmüş metamfetamindən başqa narkotik vasitə və ya psixotrop maddə saxlamır. Təqsirləndirilən şəxs məhkəmə iclasında elan olunmuş həmin ifadəsi ilə razılaşmamış, məhkəmədə verdiyi ifadəsinin əsas kimi qəbul olunmasını xahiş etmişdir. Əlavə sualları cavablandırarkən qeyd etmişdir ki, onun üzərində psixotrop maddə metamfetamin olmuş, lakin o, Eminə metamfetamin satmamışdır. Təqsirləndirilən şəxs son sözlə çıxışında barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Romal onun dostudur. Romala qarşı heç bir ədavət və düşmənçiliyi yoxdur. O, Romalla birgə 19 fevral 2024-cü il tarixdə saat 09:00-da “Semaşko” xəstəxanasına getmişlər, saat 10-a qalmış oradan qayıdıb evin yaxınlığındakı dükana daxil olmuşlar. Dükandan çıxan zaman polis əməkdaşları onları saxlamışlar. Polis əməkdaşları onu məcbur etmişdir ki, Romalın ona narkotik vasitə satdığını desin. Bununla bağlı o, prokurorluğa da şikayət vermişdir. Şikayətin nəticəsinin nə olduğunu bilmir. İstintaq zamanı ona zor tətbiq olunmuşdur. İstintaq zamanı Romaldan narkotik alması barədə bildirməmişdir. İfadəsini oxumadan imzalamışdır. Onu polis əməkdaşları döymüş və təzyiq göstərmişlər. Üzləşmə zamanı da məlumatı olmamışdır. Müstəntiq özünü təqdim etməmişdir. Ancaq kameraya salıb onu döymüşlər. Şahid4 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə məhkəmə baxışında verdiyi cari ifadəsi arasında əhəmiyyətli ziddiyyət olduğundan, onun həmin dövrdə verdiyi ifadəsi və Təqsirləndirilən şəxs ilə aralarında keçirilmiş üzləşdirmə protokolu elan edilmişdir. O, sözügedən ifadələrində göstərmişdir ki, ittihamın faktiki mahiyyətinə uyğun ifadələr vermiş, eləcə də Təqsirləndirilən şəxs üzünə qarşı göstərmişdir ki, o, narkotik vasitələrdən və əsasən patıdan, yəni metamfetamindən istifadə edir. Əvvəllər Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmuşdur. Hazırda isə barəsində azadlığın məhdudlaşdırılması cəzası təyin edildiyindən həmin cəzanı çəkir. Romal adlı şəxsi az bir müddətdir ki, tanıyır. xx.xx.2024-cü il tarixdə Nizami rayonu M.X.Şərilfi küçəsində Romal ilə görüşüb söhbət edərkən sonuncu ona patı, yəni metamfetamin olduğunu və bir bükümünü 5 manata satdığını dediyi üçün o da Romala 5 manat pul verib bir büküm metamfetamin alaraq istifadə etmək üçün üstündə saxlamışdır. Daha sonra Romalla birlikdə həmin küçə ilə gedən zaman mülki geyimdə olan bir neçə nəfər polis əməkdaşı yaxılaşıb onlarla birlikdə Nizami RPİ-yə getmələrini təklif etdikdən sonra şübhə yaranmaması üçün təklifi qəbul edərək onlarla birlikdə Nizami RPİ-yə getmişdir. İdarədə şübhəli şəxs qismində tutulduqdan sonra hüquqları izah edilmiş və müdafiəçi ilə təmin edilmişdir. Daha sonra üstünə şəxsi axtarış keçirilən zaman ilk əvvəl üstündə qadağan edilmiş əşyaları özünün təqdim etməsi təklif edildiyindən qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd siqaretin gümüş rəngli kağızına bükülmüş bükümü və həmin şalvarın sol yan cibindən özünə məxsus bir ədəd “Poco” markalı mobil telefonu və əynində olan ağ rəngli gödəkçənin sağ yan cibindən bir ədəd elektron nəzarət vasitəsini çıxarıb təqdim etmişdir. Sorğu zamanı həmin bir bükümdə patı, yəni psixotrop maddə metamfetamini şəxsi istifadəsi üçün Romal adlı şəxsdən 5 manata aldığını bildirmişdir. Daha sonra həmin büküm açılıb baxılmış, üstünə axtarış keçirilmiş və digər hər hansı qanunla qadağan edilmiş əşya aşkar edilməmişdir. Aşkar edilən bir ədəd bükümdə olan maddə zərfə qoyularaq qablaşdırılmış və protokol tərtib edilmişdir. İştirakçılarla birlikdə həmin protokolu imzalamışlar. Polis əməkdaşları tərəfindən saxlanılan zaman hər hansı zor tərbiq edilməmişdir, həmin bir ədəd bükümdə olan maddəni Romal adlı şəxsdən 5 manata şəxsi istifadəsi üçün almışdır. Narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmur, üzərinə Nizami RPİ-də təhqiqatçı tərəfindən və polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış keçirilmişdir, təqdim etdiyi bir ədəd bükümdə psixotrop maddə metamfetamin özünə məxsusdur, üzərindən aşkar olunaraq götürülmüş metamfetamindən başqa narkotik vasitə və psixotrop maddə saxlamır. Şahid4 məhkəmə iclasında elan olunmuş həmin ifadələri ilə razılaşmamış, məhkəmədə verdiyi ifadəsini təsdiq etmişdir. Əlavə sualı cavablandırarkən qeyd etmişdir ki, o, həmin ifadələri oxumadan imzalamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Nizami RPİ-nin NMB-nin əməliyyat müvəkkili vəzifəsində işləmişdir. Daxil olmuş əməliyyat məlumatı əsasında narkotik vasitələri qanunsuz əldə etmə, saxlama və daşımada şübhəli bilinən Təqsirləndirilən şəxs müəyyən edilməsi üçün təşkil olunmuş əməliyyat qrupu ilə birlikdə ünvan 6 ünvanının qarşısına gedilmiş, Təqsirləndirilən şəxs və həmin vaxt onunla birlikdə zahirən narkotik vasitələrin istifadəsi ilə məşğul olan Şahid4 saxlanılaraq, idarəyə gətirilib raportla məruzə olunmuşdur. Təqsirləndirilən şəxs və Şahid4 şübhəli şəxs olduqları üçün onların üzərinə şəxsi axtarış və götürmə başlamazdan əvvəl “Samsung” markalı videokameradan istifadə olunmaqla video çəkilişin həyata keçirilməsi barədə xəbərdar edilmiş, iştirakçılar tərəfindən video çəkilişin həyata keçirilməsi ilə bağlı şikayət və ya etiraz daxil olmamışdır. Şübhəli şəxs Təqsirləndirilən şəxs və Şahid4 hüquq və vəzifələri izah edildikdən sonra üzərlərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet olub-olmadığı soruşulmuş və hər hansı bir əşya və ya predmet olduğu təqdirdə təqdim etməsi onlara bildirilmişdir. Həmin vaxt Şahid4 əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd siqaretin gümüş rəngli kağızına bükülmüş bükümü və həmin şalvarın sol yan cibindən özünə məxsus bir ədəd “Poco” markalı mobil telefonu və əynində olan ağ rəngli gödəkçənin sağ yan cibindən bir ədəd məhkumlar üçün nəzərdə tutulmuş üzərində “Attent” sözləri yazılmış elektron nəzarət vasitəsini təqdim etmişdir. Sorğu zamanı Şahid4 həmin bir ədəd bükümdə patı, yəni psixotrop maddə metamfetamin olduğunu və tutulmamışdan qabaq Romal adlı şəxsdən 5 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Həmin bir ədəd büküm açılıb baxılan zaman içərəsində kristalşəkilli maddə olması müşahidə edilmiş, daha sonra üstünə şəxsi axtarış keçirilmiş, lakin qanunla qadağan edilmiş digər əşya və ya predmet aşkar edilməmişdir. Sorğu zamanı Şahid4 saxlanılan zaman ona qarşı heç bir zor tətbiq edilmədiyini qeyd etmişdir. Şahid4 aşkar edilmiş bir ədəd bükümdə olan maddə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nə göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılmış, həmin zərfin üzəri imzalanmış və DİN-in 162 saylı möhürü ilə möhürlənmişdir. Həmçinin bir ədəd “Poco” markalı mobil telefon və bir ədəd elektron nəzarət vasitəsi materiala əlavə edilmişdir. Təqsirləndirilən şəxs isə əynində olan göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd sellofan bükümü və həmin şalvarın sağ yan cibindən özünə məxsus bir ədəd “Samsung” markalı mobil telefonu, həmin şalvarın axra sağ cibindən bir ədəd pul qabını çıxarıb təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin sellofan bükümün içərəsində patı, yəni psixotrop maddə metamfetamin olduğunu və “Vatsap” sosial şəbəkəsi vasitəsi ilə tanıdığı “Tahir” adlı İran vətəndaşından aldığını bildirmişdir. Bir ədəd sellofan bükümün içərəsində 6 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümdə olması müəyyən edilmiş və həmin bükümlər açılıb baxılan zaman içərəsində kritsallik şəkilli maddələr olması müşahidə edilmişdir. Həmçinin bir ədəd pul qabının içərəsindən bir ədəd 10 manatlıq, iki ədəd 5 manatlıq pul əskinazı aşkar edilmişdir. Daha sonra üstünə şəxsi axtarış keçirilmiş, lakin üstündən qanunla qadağan edilmiş digər əşya və ya predmet aşkar edilməmişdir. Həmçinin sorğu zamanı Təqsirləndirilən şəxs tutulmamışdan qabaq bir büküm metamfetamini 5 manata Emin adlı şəxsə satdığını bildirmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş 6 ədəd bükümdə olan maddə sellofan bükümə qoyulmuş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nə göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılmış, həmin zərfin üzəri iştirakçılar tərəfindən imzalanmış və DİN-in 162 saylı möhürü ilə möhürlənmişdir. Həmçinin bir ədəd “Samsung” markalı mobil telefon və bir ədəd pul qabı və içərisindəki bir ədəd 10 manatlıq və iki ədəd 5 manatlıq pul əskinazı götürülərək materiala əlavə edilmişdir. Şahid1 sualları cavablandırarkən göstərmişdir ki, qeyd olunan tədbirlərin həyata keçirilməsi zamanı Təqsirləndirilən şəxs özünü səmimi aparmış, tərəflərindən ona qarşı qanunsuz hərəkətə yol verilməmiş, hər hansı təzyiq göstərilməmişdir. Təqsirləndirilən şəxs psixotrop maddəni könüllü təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Nizami RPİ-nin NMB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Daxil olmuş əməliyyat məlumatı əsasında narkotik vasitələri qanunsuz əldə etmə, saxlama və daşımada şübhəli bilinən Təqsirləndirilən şəxs müəyyən edilməsi üçün təşkil olunmuş əməliyyat qrupu ilə birlikdə ünvan 6 ünvanının qarşısına gedilmiş, Təqsirləndirilən şəxs və həmin vaxt onunla birlikdə zahirən narkotik vasitələrin istifadəsi ilə məşğul olan Şahid4 saxlanılaraq, idarəyə gətirilib raportla məruzə olunmuşdur. Təqsirləndirilən şəxs şübhəli şəxs olduğu üçün onun üzərinə şəxsi axtarış və götürmə başlamazdan əvvəl “Samsung” markalı videokameradan istifadə olunmaqla video çəkilişin həyata keçirilməsi barədə xəbərdar edilmiş, iştirakçılar tərəfindən video çəkilişin həyata keçirilməsi ilə bağlı şikayət və ya etiraz daxil olmamışdır. Şübhəli şəxs Təqsirləndirilən şəxs oğluna hüquq və vəzifələri izah edildikdən sonra üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet olub-olmadığı soruşulmuş və hər hansı bir əşya və ya predmet olduğu təqdirdə təqdim etməsi ona bildirilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd sellofan bükümü və həmin şalvarın sağ yan cibindən özünə məxsus bir ədəd “Samsung” markalı mobil telefonu, həmin şalvarın arxa sağ cibindən bir ədəd pul qabını çıxarıb təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin sellofan bükümün içərəsində patı, yəni psixotorp maddə metamfetamin vardır. Həmin metamfetamini “Vatsap” sosial şəbəkəsi vasitəsi ilə tanıdığı “Tahir” adlı İran vətəndaşından almışdır. Həmin bir ədəd sellofan bükümün içərisində 6 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümdə olması müəyyən edilmiş və həmin bükümlər açılıb baxılan zaman içərəsində kritsallik şəkilli maddələr olması müşahidə edilmişdir. Həmçinin bir ədəd pul qabının içərəsindən bir ədəd 10 manatlıq, iki ədəd 5 manatlıq pul əskinazı aşkar edilmişdir. Daha sonra onun üstünə şəxsi axtarış keçirilmiş, lakin üstündən qanunla qadağan edilmiş digər əşya və ya predmet aşkar edilməmişdir. Həmçinin sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, tutulmamışdan qabaq bir büküm metamfetamini 5 manata Emin adlı şəxsə satmışdır. Təqsirləndirilən şəxs aşkar edilmiş 6 ədəd bükümdə olan maddə sellofan bükümə qoyulmuş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nə göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılmış, həmin zərfin üzəri iştirakçılar tərəfindən imzalanmış və DİN-in 162 saylı möhürü ilə möhürlənmişdir. Həmçinin bir ədəd “Samsung” markalı mobil telefon və bir ədəd pul qabı və içərisindəki bir ədəd 10 manatlıq və iki ədəd 5 manatlıq pul əskinazı götürülərək materiala əlavə edilmişdir. Təqsirləndirilən şəxs və Şahid4 əvvəl tanımamışdır, onun narkotik vasitələri kimdən alması və cinayət əlaqələri barədə onun dəqiq məlumatı yoxdur. Qeyd olunan tədbirlərin həyata keçirilməsi zamanı Təqsirləndirilən şəxs özünü səmimi aparmış, tərəflərindən ona qarşı qanunsuz hərəkətə yol verilməmiş, hər hansı təzyiq göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Nizami RPİ-nin KTQ-nin inspektoru vəzifəsində işləyir. Daxil olmuş əməliyyat məlumatı əsasında narkotik vasitələri qanunsuz əldə etmə, saxlama və daşımada şübhəli bilinən Təqsirləndirilən şəxs və Şahid4 saxlanılaraq idarəyə gətirildikdən sonra çəkiliş aparılması üçün dəvət olunmuşdur. Təqsirləndirilən şəxs və Şahid4 şübhəli şəxs olduqları üçün onların üzərinə şəxsi axtarış və götürmə başlamazdan əvvəl “Samsung” markalı videokameradan istifadə olunmaqla video çəkilişin həyata keçirilməsi barədə xəbərdar edilmişlər, iştirakçılar tərəfindən video çəkilişin həyata keçirilməsi ilə bağlı şikayət və ya etiraz daxil olmamışdır. Şübhəli şəxs Təqsirləndirilən şəxs və Şahid4 hüquq və vəzifələri izah edildikdən sonra üzərlərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet olub-olmadığı soruşulmuş və hər hansı bir əşya və ya predmet olduğu təqdirdə təqdim etməsi onlara bildirilmişdir. Həmin vaxt Şahid4 əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümü və həmin şalvarın sol yan cibindən özünə məxsus bır ədəd “Poco” markalı mobil telefonu və əynində olan ağ rəngli gödəkçənin sağ yan cibindən bir ədəd məhkumlar üçün nəzərdə tutulmuş üzərində “Attent” sözləri yazılmış elektron nəzarət vasitəsini təqdim etmişdir. Sorğu zamanı Şahid4 bildirmişdir ki, həmin bir ədəd bükümdə patı, yəni psixotorp maddə metamfetamin vardır. Həmin metamfetamini tutulmamışdan qabaq Romal adlı şəxsdən 5 manata şəxsi istifadəsi üçün almışdır. Həmin bir ədəd büküm açılıb baxılan zaman içərəsində kritsallik şəkilli maddə olması müşahidə edilmişdir. Daha sonra onun üstünə şəxsi axtarış keçirilmiş, lakin üstündən qanunla qadağan edilmiş digər əşya və ya predmet aşkar edilməmişdir. Sorğu zamanı Şahid4 saxlanılarkən ona qarşı heç bir zor tətbiq edilmədiyini bildirmişdir. Şahid4 aşkar edilmiş bir ədəd bükümdə olan maddə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nə göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri tərəflərindən imzalanmış və DİN-nin 162 savlı möhürü ilə möhürlənmiş, həmçinin bir ədəd “Poco” markalı mobil telefon və bir ədəd elektron nəzarət vasitəsi materiala əlavə edilmişdir. Təqsirləndirilən şəxs isə əynində olan göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd sellofan bükümü və həmin şalvarın sağ yan cibindən özünə məxsus bir ədəd “Samsung” markalı mobil telefonu, həmin şalvarın arxa sağ cibindən bir ədəd pul qabını çıxarıb təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin sellefon bükümün içərəsində patı, yəni psixotrop maddə metamfetamin vardır. Həmin metamfetamini “Vatsap” sosial şəbəkəsi vasitəsi ilə tanıdığı “Tahir” adlı İran vətəndaşından almışdır. Həmin bir ədəd sellofan büküm içərəsində 6 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümdə olması müəyyən edilmiş və həmin bükümlər açılıb baxılan zaman içərisində kritsallik şəkilli maddələr olması müşahidə edilmişdir. Həmçinin bir ədəd pul qabının içərəsindən bir ədəd 10 manatlıq, iki ədəd 5 manatlıq pul əskinası aşkar edilmişdir. Daha sonra onun üstünə şəxsi axtarış keçirilmiş, lakin üstündən qanunla qadağan edilmiş digər əşya və ya predmet aşkar edilməmişdir. Həmçinin sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, tutulmamışdan qabaq bir büküm metamfetamini 5 manata Emin adlı şəxsə satmışdır. Təqsirləndirilən şəxs aşkar edilmiş 6 ədəd bükümdə olan maddə sellofan bükümə qoyulmuş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nə göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılmış, həmin zərfin üzəri iştirakçılar tərəfindən imzalanmış və DİN-nin 162 saylı möhürü ilə möhürlənmişdir. Həmçinin bir ədəd “Samsung” markalı mobil telefon, bir ədəd pul qabı və içərisindəki bir ədəd 10 manatlıq və iki ədəd 5 manatlıq pul əskinazı götürülərək materiala əlavə edilmişdir. Təqsirləndirilən şəxs və Şahid4 Ədaləi oğlunu əvvəl tanımamış, onun narkotik vasitələri kimdən alması və onun cinayət əlaqələri barədə məlumatı yoxdur. Qeyd olunan tədbirlərin həyata keçirilməsi zamanı Təqsirləndirilən şəxs özünü səmimi aparmış, tərəflərindən ona qarşı qanunsuz hərəkətə yol verilməmiş, hər hansı təzyiq göstərilməmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 20 fevral 2024-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələri ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 4) -10 may 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmışdır. (i.v. 1) - 19 fevral 2024-cü il və 01 mart 2024-cü il tarixli protokollardan görünür ki, Bakı şəhəri Nizami RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs ünvan 2 ünvanının qarşısında şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri Nizami RPİ-nin inzibati binasına gətirilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Şübhəli şəxs şəxsi axtarış və götürmə haqqında qərarla tanış edilərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları könüllü sürətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd sellofan bükümü və həmin şalvarın sağ yan cibindən özünə məxsus bir ədəd “Samsung” markalı mobil telefonu, həmin şalvarın arxa sağ cibindən bir ədəd pul qabını çıxarıb təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin sellefon bükümün içərəsində patı, yəni psixotrop maddə metamfetamin vardır. Həmin metamfetamini “WhatsApp” sosial şəbəkəsi vasitəsi ilə tanıdığı “Tahir” adlı İran vətəndaşından almışdır. Həmin bir ədəd sellofan bükümün içərisində 6 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş büküm olması müəyyən edilmiş və həmin bükümlər açılıb baxılan zaman içərəsində kritsallik şəkilli maddələr olması müşahidə edilmişdir. Həmçinin bir ədəd pul qabının içərəsindən bir ədəd 10 manatlıq, iki ədəd 5 manatlıq pul əskinazı aşkar edilmişdir. Daha sonra onun üstünə polis əməkdaşları tərəfindən şəxsi axtarış keçirilmiş, lakin üstündən qanunla qadağan edilmiş digər əşya və ya predmet aşkar edilməmişdir. Həmçinin sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, tutulmamışdan qabaq bir büküm metamfetamini 5 manata Emin adlı şəxsə satmışdır. Təqsirləndirilən şəxs aşkar edilmiş 6 ədəd bükümdə olan maddə sübut əhəmiyyəti kəsb etdiyindən götürülmüş, sellofan bükümə qoyulmuş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nə göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılmış, həmin zərfin üzəri iştirakçılar və şübhəli şəxs tərəfindən imzalanmış və DİN-nin 162 saylı möhürü ilə möhürlənmişdir. Həmçinin bir ədəd “Samsung” markalı mobil telefon, bir ədəd pul qabı və içərisindəki bir ədəd 10 manatlıq və iki ədəd 5 manatlıq pul əskinazı götürülərək materiala əlavə edilmişdir. Şəxsi axtarış zamanı istifadə olunmuş “Samsung” markalı videokamerada həkk olunmuş video çəkiliş diskə köçürülmüş və “Toshiba” markalı kompyuterdə baxıldıqdan sonra tərtib olunmuş protokola əlavə edilmişdir. Şəxsi axtarışın aparılması Nizami RPİ-nin inzibati binasında, otaqların birində süni işıqlandırma şəraitində keçirilmişdir. Protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamışdır. Protokol düzgün tərtib edilmişdir, imzalarla təsdiq edilmiş, protoloka 01 ədəd DVD əlavə olunmuşdur. Şəxsi axtarış zamanı qeydə alınmış videogörüntüyə 01 mart 2024-cü il tarixdə müstəntiq tərəfindən baxış zamanı qeyd olunanların öz təsdiqini tapdığı müəyyən edilmişdir. (i.v. 62- 63, 153) - 20 fevral 2024-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami RPİ-nin NMBnin əməliyyat müvəkkili Şahid2 rəhbərliyi ilə “Romal” adlı şəxslə bağlı əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair 19 fevral 2024-cü il tarixli qərar Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qanuni hesab edilmişdir. (i.v. 69-70) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə fiziki-kimyəvi ekspertizasının 20 fevral 2024-cü il tarixli, 3-16- 16/2-6/995 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №162” dairəvi möhür əksi olan iki ədəd zərfdə olan; - üzərində “Şahid4 aşkar edilmiş...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,206 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. üzərində “Təqsirləndirilən şəxs aşkar edilmiş...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,036 qram, 0,038 qram, 0,030 qram, 0,033 qram, 0,040 qram, 0,037 qram ümumi təmiz çəkisi 0,214 qram ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Təqdim edilmiş 7 ədəd bükümdə olan metamfetaminlər xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynilik təşkil edir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Qeyd: metamfetaminin təmiz çəkisi 0,206 qram olmuş, tədqiqata 0,01 qram sərf edilmiş, 0,196 qram qalıq qalmışdır, metamfetaminin təmiz çəkisi 0,214 qram olmuş, tədqiqata 0,06 qram sərf edilmiş, 0,154 qram qalıq qalmışdır. (i.v. 73-76) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin Ambulator Məcburi-Narkoloji tibbi yoxlamasının 18 aprel 2024-cü il tarixli, 2479 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin, kannabioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 188-189) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsin Ambulator Məhkəmə-Psixiatrik və Psixoloji Ekspertizasının 14 iyun 2024-cü il tarixli, 1756 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, yoxlanıılan şəxs Təqsirləndirilən şəxs qeyd olunan cinayət törədilən anda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən olunur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törədilən anda öz hərəkətlərini ölçüb biçmək və ona qarşı törədilənləri düzgün qavrayıb təsvir edə bilmək imkanında olmuşdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırda ifadə vermək qabiliyyəti və onun baş verənləri düzgün qavrayıb təsvir edə bilməsi imkanına malikdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs göstərilən cinayəti törədən anda hər hansı psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs göstərilən cinayəti törədən anda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci madəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs qeyd olunan cinayət törədilən anda əqli inkişafında ruhi xəstəliklə bağlı olmayan gerilik əlamətləri olmamışdır. Təqsirləndirilən şəxs əqli inkişafında hal-hazırda gerilik əlamətləri aşkar edilmir. Fərdi-psixi xüsusiyyətlərində xasiyyətin psixopatik cizgilərinə xas olan qıcığa qarşı həssaslıq, tez özündən çıxmaq, hövsələsizlik, kobudluq və s. kimi xarakter əlamətlərinin olması müəyyən edilir. Onda özündən uydurmağa və başqalarının təsiri altında hərəkət etməyə meyillilik əlamətləri müşahidə edilmədi. Təqsirləndirilən şəxs cinayət törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxs cinayət törədildiyi zaman onun şüuruna və fəaliyyətinə təsir göstərə biləcək emosional vəziyyətdə olmamışdır. (i.v. 209-211) - 14 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan edilmiş ittiham qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs aşkar edilmiş 6 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,036 qram, 0,038 qram, 0,030 qram, 0,033 qram, 0,040 qram və 0,037 qram, ümumi təmiz çəkisi 0,214 qram olan kristallik maddə metamfetamin maddi sübut kimi tanınmış, tədqiqatdan sonrakı qalıq çəkisi 0,196 qram metamfetamin və üzərində axtarış aparılmasını özündə əks etdirən 1 ədəd CD disk sübut növü kimi qəbul edilərək ayrılmış cinayət işinin materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmə aparıldıqdan sonra sübut əhəmiyyəti kəsb etmədiyindən aşkar olunmuş 1 ədəd mobil telefonun özünə qəbz əsasında qaytarılması nəzərə alınmış, təqsirləndirilən şəxs Şahid4 və Təqsirləndirilən şəxs Nizami rayon polis idarəsinin əməkdaşları tərəfindən sonunculara qarşı qanunsuz hərəkət və davranışlara yol verilməsi müəyyən edilmədiyi üçün toplanmış material üzrə cinayət hadisəsinin olmaması əsası ilə cinayət işinin başlanılması rədd edilməsi haqqında Azərbaycan Respublikası Baş prokurorluğunun Xidməti araşdırmalar idarəsinin 18 mart 2024-cü il tarixli qərarları nəzərə alınmış, Təqsirləndirilən şəxs “Tahir” adlı İran İslam Respublikası vətəndaşı və tanışı Şahid4la qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən psixotrop maddələrin və narkotik vasitələrin satışından qazanc əldə etmələri müəyyən edilmədiyindən həmin xüsusatla bağlı cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs külli miqdarda psixotrop maddə əldə etməsi istintaqla müəyyən olunmadığından həmin xüsusat üzrə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs psixotrop maddələri əldə etdiyi mənbənin müəyyən edlməsi ilə bağlı istintaq hərəkətlərinin ayrılmış cinayət işində davam etdirilməsi qərara alınmışdır. (i.v. 213- 221) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. Habelə, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli Qərarının 4-cü və 5-ci bəndlərinə əsasən məhkəmələrə izah edilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə müəyyən olunmuşdur. Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Qərarın 9-cu bəndinə əsasən CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək, qeyd edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş psixotrop maddənin müəyyən edilməsi faktının araşdırılması məqsədi ilə ibtidai istintaq zamanı material ayrılmışdır və nəticəsindən asılı olaraq hüquqi qiymət veriləcəkdir. Məhkəmə, dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirliliyi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, məhkəmə ekspertizalarının rəyləri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs və müdafiəçisinin irəli sürdüyü dəlillər məhkəmə tədqiqi zamanı hərtərəfli, tam və obyektiv araşdırılmışdır, müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs verilmiş ittiham qanuni və əsaslıdır, toplanaraq tədqiq edilmiş sübutların məcmusu, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddə metamfetamini əldə edib saxlaması və daşıması, eyni zamanda həmin maddənin 0,206 qram hissəsini 5 manat müqabilində tanışı Şahid4 satması barədə qənaətə gəlməyə kifayət qədər əsas verir, təqsirləndirilən şəxsə məhz bununla bağlı ittiham verilmişdir. Hansı ki, həmin ittiham təkzibedilməz sübutlarla öz təsdiqini tapmışdır, müdafiə tərəfinin irəli sürdüyü dəlillər isə əsasızdır. Şahid4 məhkəmədə verdiyi ifadəyə gəldikdə, məlumdur ki, o, Təqsirləndirilən şəxs tanışıdır və o, Şahid4 psixotrop maddə satdıqdan sonra tutulmuşdur, Şahid4 ibtidai istintaqda dindirilərkən və aralarında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs üzünə qarşı ittihamın faktiki mahiyyətinə uyğun ifadələr vermişdir. Şahid4la Təqsirləndirilən şəxs münasibətləri hazırda da davam edir, Şahid4 məhkəməyə məhz müdafiə tərəfinin vəsatəti əsasında dəvət edilmiş, gəlmişdir. Emin Ağcanovun hazırda məhkəmədə verdiyi ifadəsi iş üzrə toplanaraq tədqiq olunan sübutlarla tam təkzib olunmuşdur. Qeyd olunanlara əsasən məhkəmə Şahid4 ifadəsinə tənqidi yanaşaraq, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən yayındırmağa cəhd etməsi kimi qiymətləndirir. Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə. Məhkəmə Təqsirləndirilən şəxs və müdafiəçisinin, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə bəraət verilməsi barədə məhkəmədə etdikləri çıxışlarına münasibətdə qeyd edir ki, cinayətprosessual qanunvericiliyinə görə, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyi təsdiq edildiyi halda bəraət hökmü çıxarılmalıdır. Lakin məhkəmə tədqiqi zamanı Təqsirləndirilən şəxs ittiham olunduğu həmin maddə ilə bəraət verilməsi üçün Azərbaycan Respublikası CPM-nin 42-ci maddəsində nəzərdə tutulmuş əsaslar məhkəmə iclasında müəyyən edilməmişdir, əksinə, müəyyən edilmişdir ki, sözügedən cinayət hadisəsi baş vermişdir; əməldə cinayət tərkibi vardır; cinayətin törədilməsinə məhz Təqsirləndirilən şəxs aidiyyəti olmuşdur və onun bu cinayət hadisəsində təqsirliliyi sübuta yetirilmişdir, hansı ki, məhkəmə bununla bağlı dəlillərini yuxarıda kifayət qədər əsaslandırmışdır. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad olunan 24 dekabr 2021-ci il tarixli Qərarının 25-bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət veribverməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Məhkəmə, məhkəmə tədqiqi ilə toplanmış sübutları yoxlayıb qiymətləndirərkən belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində polis əməkdaşları tərəfindən ona təzyiq göstərilməsi barədə məlumat verməsə də, işdə olan Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti Araşdırılmalar İdarəsinin 18 mart 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs müraciəti əsasında Xidməti Araşdırmalar İdarəsində toplanmış 334-C-24 nömrəli material üzrə cinayət işinin başlanılması rədd olunmuş və bu barədə maraqlı tərəflərə məlumat verilmiş, qərarın surəti Təqsirləndirilən şəxs göndərilməklə qərardan narazı qaldığı halda ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, yuxarı prokurora və yaxud məhkəmə nəzarəti funksiyasını həyata keçirən məhkəməyə şikayət etmək hüququ izah olunmuşdur. Lakin həmin qərar mübahisələndirilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 234.2-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 19 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (i.v. 52) - 21 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair məhkəməyə təqdimat verilməsi barədə müstəntiqin vəsatətinin müdafiə olunmasından ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən imtina edilmiş, onun barəsində həbslə bağlı olmayan digər qətimkan tərdbiri seçilməsi qərara alınmışdır. (i.v. 131-132) -Bakı şəhəri Nizami RPİ-nin istintaq şöbəsinin müstəntiqinin 21 fevral 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 135) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 03 sentyabr 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal qismində Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsində, cəzasını ağırlaşdıran hal qismində həmin Məcəllənin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu, həbsdə saxlanıldığı və ev dustaqlığında saxlanıldığı müddətlər onun həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı işlə bağlı 19 fevral 2024-cü il tarixdən 21 fevral 2024-cü tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət, azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmaqla, üzərində qəti müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı isə hökmün çıxarıldığı hazırkı tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı cəza təyin edilməli olduğundan, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilib hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmaqla, həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalında dərhal həbs edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınaraq Nizami RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilən, ekspertiza tədqiqatından sonra qalıq qalmış psixotrop maddə mütamfetamin məhv edilməli, içərisində videogörüntü olan disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan 65 manat ekspertiza xərci müvafiq hissədə, yəni ekspertiza tədqiqatının ümumilikdə 2 nəfər təqsirləndirilən şəxsdən aşkar olunmuş maddələr üzrə aparılması nəzərə alınmaqla, təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə, Ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi qaydada müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün qərar əsasında dövlət hesabına dəvət olunmuş vəkil Müdafiəçi1 məhkəmə icraatının müvafiq mərhələsində təqsirləndirilən şəxsə göstərdiyi hüquqi xidmətlərə görə (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına və xx.xx.2025-ci il tarixli 141 saylı qərarla edilmiş dəyişikliyə əsasən hesablanaraq) əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir, məhkəmə icraatının sonrakı mərhələsində isə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinin həyata keçirilməsi üçün müqavilə əsasında vəkili iştirak etmişdir, ona görə həmin vəkilə münasibətdə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına əmək haqqı ödənilməsi məsələsinin müzakirəsinə əsaslar yoxdur. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 19 fevral 2024-cü il tarixdən 21 fevral 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılıb, üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 13 fevral 2026-cı il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilib hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmaqla, həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs müvafiq rejim üzrə cəzaçəkmə müəssisəsinə göndərilməsinədək həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanası müəyyən edilsin və onun həbsin icrası yerinə çatdırılması Penitensiar Xidmətin Konvoy taboruna həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi qaydada müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Maddi sübut qismində tanınmış, Təqsirləndirilən şəxs aşkar edilərək götürülməklə Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, ekspertiza tədqiqatından sonra ümumi çəkisi 0,154 qram qalmış psixotrop maddə mütamfetamin məhv edilsin, içərisində videogörüntü olan 01 ədəd CD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Məhkəmə məsrəfi olan 32,50 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ**********0000003944, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatının müvafiq dövründə göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 müvafiq hesablaşma hesabı üzərindən (12 saat 6 manatdan, 15 saat 11 manatdan olmaqla) 237 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar