Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-261/2022 30.08.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bаkı şəhəri Nizami rayon Мəhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlunun sədrliyi ilə, məsləhətçi (məhkəmə iclas katibi) X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 2002-ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə “Türkoğlan” adı ilə İran İslam Respublikası vətəndaşı kimi tanıdığı şəxsdən sonuncunun mobil telefon vasitəsi ilə göndərdiyi elektron kart hesabına 20 manat nağd pul köçürməklə ümumi təmiz çəkisi 0,464 qram narkotik vasitə heroini Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev 89 ünvanda yerləşən yaşayış binasının heyətində ağacın altından, “Türkoğlan'' adlı şəxs tərəfindən qoyulması təşkil olunmuş yerdən götürüb əldə edərək üzərində saxlayaraq daşımış, xx.xx.2022-ci il tarixdə saat 05:40 radələrində Bakı şəhəri, Nizami Rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb Nizami RPİ-nə gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sol arxa cibindən iki ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,254 qram və 0,210 qram, ümumi təmiz çəkisi 0,464 qram olan qəhəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər narkotik vasitə qəbul etdiyindən instaqram sosial şəbəkəsində tanış olduğu tanımadığı İran İslam Respublikası vətəndaşının kart hesabına 20 manat pul köçürmüş və onun mobil telefonuna narkotik vasitənin gizlədildiyi yerin ünvanı barədə şəkil və mesaj gəlmişdir. xx.xx.2022-ci il tarixdə saat 04 radələrində ona gələn mesaj və məkan üzrə Nizami rayonu “İnci" şadlıq sarayının yaxınlığındakı yaşayış binasının həyətinə gedib orada ağacın altına qoyulmuş 02 bükümdə narkotik vasitə heroini götürmüş və həmin yerdən uzaqlaşan zaman gecə xidmətində olan polis əməkdaşları onu saxlamış və gecə vaxtı nə işlə məşğul olduğunu soruşmuşlar. Müxtəlif bəhanələr gətirmiş, lakin polis əməkdaşları ona inanmamış və buna görə üzərində narkotik vasitə heroin olduğunu etiraf etmişdir. Polis əməkdaşları tərəfindən Nizami RPİ-nə gətirilmiş və polis idarəsində xidməti otaqların birində üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olunmuş hər hansı əşya olduğu təqdirdə könüllü təqdim etməsi təklif olunmuşdur. Bundan sonra, cins şalvarının sol arxa cibindən 02 ədəd bükümü çıxarıb tədim etmişdir. Təqdim etdiyi bükümlər polis əməkdaşları tərəfindən qablaşdırılaraq götürülmüşdür. Polis əməkdaşları tərəfindən saxlanılarkən və üzərində şəxsi axtarış keçirilərkən ona qarşı qanuna zidd hərəkətlərə yol verilməmişdir. Törətdiyi cinayət əməlindən səmimi peşmandır. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünün səmimi etirafından başqa iş üzrə dindirilmiş şahidlərin ifadələri ilə, habelə iş üzrə toplanmış digər sübutlarla da tam təsdiq olunmuşdur. Belə ki, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 elan olunaraq tədqiq olunmuş ifadəsindən görünür ki, xx.xx.2022-ci il tarixdə saat 05:40 radələrində 3 saylı patrul sektorunda Nizami RPİ-nin PPXB-nin polis nəfərləri ilə avtopatrulda xidmətdə olan zaman, Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi ilə Ş.Mirzəyev küçələrinin kəsişdiyi yerdə bir nəfərin onları görən kimi iti addlmlarla uzaqlaşmaq istədiyini müşahidə etmişlər. Həmin şəxsə yaxınlaşdıqdan sonra patrul avtomobilindən düşüb özlərini təqdim edib, həmin şəxsin şəxsiyyəti ilə maraqlanan zaman sonuncu şəxsiyyəti barədə məlumat verməkdən yayınmışdır. Həmin şəxsdən üzərində dövriyyəsi qanunla qadağan edilmiş maddə, yaxud narkotik vasitə olması barədə soruşulduqda sonuncu üzərində narkotik vasitənin olduğunu etiraf etmişdir. Həmin şəxsi Nizami RPİ-nə dəvət etmişlər və polis idarəsində həmin şəxsin 2002-ci ildə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Sonra onlar xidmətini davam etdirmək üçün inzibati əraziyə qayıtmışlar. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid6 və Şahid5 elan olunaraq tədqiq olunmuş ifadələri Şahid4 ifadəsi ilə eyni məzmunlu olmuşdur. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 elan olunaraq tədqiq olunmuş ifadəsindən görünür ki, xx.xx.2022-cı il tarixdə saat 06.30 radələrındə Nizami RPİ-də növbədə olan zaman Nizami RPİ-nin PPXB-nin polis nofərləri tərəfindən narkotik vasitələrin əldə edilməsi və istfadəsində şübhəli bilinən Əhmədov X2 RPİ-nə gətirilmişdir. Nizami RPİ-nin xidməti otaqlarının birində video çəkiliş aparılmaqla şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qanunla qadağan edilmiş narkotik vasitə, yaxud psixotrop maddə olduğu halda könüllü təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs göy rəngli cins şalvarının arxa sol cibindən 02 ədəd bükülüləri təqdim edib narkotik vasitə heroin olduğunu və öz istifadəsi üçün tanımadığı X5 vətəndaşının "İnstagram'' sosial şəbəkəsindəki səhifəsindən “WhatsApp" nömrəsini öyrəndikdən sonra xüsusi proqram vasitəsi ilə həmin şəxsin heroini göndərdiyi məkanı öyrənib xx.xx.2022-cı il tarixdə saat 04 radələrində Nizami rayonu, Ş.Mirzəyev və M.X.Şərıflı küçələrinin kəsişdiyi yerdə ağacın altından əldə etdiyini bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 və Şahid2 elan olunaraq tədqiq olunmuş ifadələri şahid İ.Müseyibovun ifadəsi ilə eyni məzmunlu olmuşdur. İşdə olan 10 aprel 2022-ci il tarixli «Şəxsi axtarış və götürmə haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın arxa sol cibindən 02 ədəd içərisində tünd qəhvəyi rəngli, spesifik iyə malik maddə olan bükülüləri təqdim edərək narkotik vasitə heroin olduğunu, öz istifadəsi üçün tanımadığı X3 vətəndaşının “İnstagram" sosial şəbəkəsindəki səhifəsindən “WhatsApp” nömrəsini öyrəndikdən sonra xususi proqram vasitəsi ilə həmin şəxsin heroini göndərdiyi məkanı öyrənib xx.xx.2022-ci il tarixdə saat 05 radələrində Nizami rayonu, Ş.Mirzəyev küçəsində yerləşən İnci" şadlıq sarayının yanından götürdüyünü bildirmişdir. İşdə olan 11 aprel 2022-ci il tarixli ‘‘CD diskə baxış keçirilməsi haqqında" protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın arxa sol cibindən 02 ədəd içərisində tünd qəhvəyi rəngli, spesifik iyə malik maddə olan bükülüləri təqdim edərək narkotik vasitə heroin olduğunu, öz istifadəsi üçün tanımadığı X3 vətəndaşının “İnstagram" sosial şəbəkəsindəki səhifəsindən “WhatsApp” nömrəsini öyrəndikdən sonra xususi proqram vasitəsi ilə həmin şəxsin heroini göndərdiyi məkanı öyrənib xx.xx.2022-ci il tarixdə saat 05 radələrində Nizami rayonu, Ş.Mirzəyev küçəsində yerləşən İnci" şadlıq sarayının yanından götürdüyünü bildirmişdir. İşdə olan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 6/2000 saylı rəyindən görünür ki, Təhqiqata təqdim edilmiş: "...Saxlanılan şəxs (imza) R.M Əhmədov...” sözləri olan zərfdəki iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,254 qr., 0,210 qr., ümumi təmiz çəkisi 0,464 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir. İşdə olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 1985 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dinpanserində qeydiyyata alınması məsləhət görünür. İşdə olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0,364 qram heroin maddi sübut kimi tanınaraq Nizami RPİ-nin maddi sübutların saxlama kamerasına təhvil verilmişdir. İşdə olan qərardan görünür ki Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsinə dair video görüntünün olduğu 01 ədəd “CD” disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs 10 aprel 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan 11 aprel 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmuyuna əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59 və 61-ci maddələrinə əsasən, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 45-ci bəndinin tövsiyyəsinə görə, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini və işin digər halları nəzərə alaraq, onun cəmiyyətdən tam təcrid olunmadan islah olunmasını mümkün sayır və hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə cəzanın məqsədləri təmin edilə bilər. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə - tutulduğu və həbsdə saxlanıldığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. İş materiallarında olan sənədlərə əsasən, Təqsirləndirilən şəxs 10 aprel 2022-ci il tarixdən 11 aprel 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı müddət onun cəza müddətinə hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı və cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə eyni zamanda qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 93-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməlidir. İş üzrə maddi sübutlar - Bakı şəhəri Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlanc kamerasında saxlanılan 0,364 qram narkotik vasitə heroin məhv edilməli, 01 ədəd «CD» disk cinayət işində saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri 81 (səksən bir) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsi ilə müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.5-ci maddələrinin tələblərinə əsasən, vəkilin ibtidai istintaqda iştirak etdiyi 35 saat, məhkəmədə iştirak etdiyi 15 saat, cəmi 50 iş saatı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 300 manat (50x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351- 353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı 1 (bir) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, Bakı şəhərini tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi Bakı Probasiya İdarəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri 81 (səksən bir) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübutlar - Bakı şəhəri Nizami rayon Polis İdarəsində saxlanılan 0,364 qram narkotik vasitə heroin məhv edilsin. İş üzrə maddi sübut - 01 ədəd “CD” disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs 50 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi VÖEN – ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 300 (üç yüz) manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №1(007)-261/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-261/2022
30.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver