Məhkəmə qərarları › İş №1(007)-261/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-261/2023

19.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-261/2023 19.09.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Səfərov Rəşad Ramazan oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı oğlunun, zərərçəkmiş şəxs-mülki iddiaçı – Zərərçəkmiş şəxsn nümayəndəsi Nümayəndə, müdafiəçilər - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 oğlunun və Müdafiəçi1, təqsirləndirilən şəxslər - mülki cavabdehlər – Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakı ilə, təqsirləndirilən şəxs-mülki cavabdeh – xx.xx.1994-cü ildə Abşeron rayonu, Qobu qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, natamam orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə, təqsirləndirilən şəxs - mülki cavabdeh – xx.xx.1999-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, aralarında olan razılığa əsasən birlikdə fəhlə işlədikləri, Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti 142 ünvanında yerləşən Zərərçəkmiş şəxsn inzibati binasının yuxarı mərtəbələrinin müvəqqəti fəaliyyət göstərməməsindən istifadə edərək, həmin mərtəbələrdən hissə-hissə olmaqla, 07 avqust 2021-ci il tarixdə saat 13 radələrində 1 ədəd dəyəri 420 manat olan “DELL” markalı, “Opti Plex 3050” model sistem blok, 1 ədəd dəyəri 130 manat olan “DELL” markalı, “SE221GH” model kompyuter monitoru, 1 ədəd dəyəri 15 manat olan maus və 1 ədəd dəyəri 20 manat olan keyboarddan ibarət, ümumilikdə dəyəri 585 manat təşkil edən 1 ədəd kompyuter dəsti, 10 avqust 2021-ci il tarixdə saat 15 radələrində hər birinin dəyəri 500 manat olan, ümumilikdə dəyəri 1000 manat təşkil edən 2 ədəd 82 mm dioqanallı plazma televizor və hər birinin dəyəri 420 manat olan 02 ədəd “DELL” markalı, “Opti Plex 3050” model sistem blok, hər birinin dəyəri 130 manat olan 02 ədəd “DELL” markalı, “SE221GH” model kompyuter monitoru, hər birinin dəyəri 15 manat olan 02 ədəd maus və hər birinin dəyəri 20 manat olan 02 ədəd keyboarddan ibarət, ümumilikdə dəyəri 1170 manat təşkil edən 2 ədəd kompyuter dəstini, 13 avqust 2021-ci il tarixdə hər birinin dəyəri 500 manat olan, ümumilikdə dəyəri 1000 manat təşkil edən 2 ədəd 82 mm dioqanallı plazma televizor və hər birinin dəyəri 420 manat olan 02 ədəd “DELL” markalı, “Opti Plex 3050” model sistem blok, hər birinin dəyəri 130 manat olan 02 ədəd “DELL” markalı, “SE221GH” model kompyuter monitoru, hər birinin dəyəri 15 manat olan 02 ədəd maus və hər birinin dəyəri 20 manat olan 02 ədəd keyboarddan ibarət, ümumilikdə dəyəri 1170 manat təşkil edən 2 ədəd kompyuter dəstini, 15 avqust 2021-ci il tarixdə hər birinin dəyəri 500 manat olan, ümumilikdə dəyəri 2000 manat təşkil edən 4 ədəd 82 mm dioqanallı plazma televizor, 16 avqust 2021-ci il tarixdə hər birinin dəyəri 500 manat olan, ümumilikdə dəyəri 1500 manat təşkil edən 3 ədəd 82 mm dioqanallı plazma televizor və hər birinin dəyəri 420 manat olan 02 ədəd “DELL” markalı, “Opti Plex 3050” model sistem blok, hər birinin dəyəri 130 manat olan 02 ədəd “DELL” markalı, “SE221GH” model kompyuter monitoru, hər birinin dəyəri 15 manat olan 02 ədəd maus və hər birinin dəyəri 20 manat olan 02 ədəd keyboarddan ibarət, ümumilikdə dəyəri 1170 manat təşkil edən 2 ədəd kompyuter dəstini vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talayaraq həmin əşyaları satıb əldə etdikləri gəliri öz aralarında bölməklə zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs X6 xeyli miqdarda, ümumilikdə 9595 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə əvvəllər fəhlə işlədiyi Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti 142 ünvanında yerləşən Zərərçəkmiş şəxsn inzibati binasının yuxarı mərtəbələrinin müvəqqəti fəaliyyət göstərməməsindən istifadə edərək, binaya yanğın çıxışından qanunsuz daxil olaraq yuxarı mərtəbələrdə yerləşən qeydiyyat şöbəsindən hissə-hissə olmaqla 2021-ci ilin dekabr ayının əvvəllərində hər birinin dəyəri 420 manat olan, ümumi dəyəri 840 manat olan 02 ədəd “DELL” markalı, “Opti Plex 3050” model sistem blok, 2021-ci ilin dekabr ayının əvvəllərində bir ədəd dəyəri 420 manat olan “DELL” markalı, “Opti Plex 3050” model sistem blok və bir ədəd dəyəri 130 manat olan “DELL” markalı, “SE221GH” model kompyuter monitoru, 18 dekabr 2021-ci il tarixdə saat 17 radələrində hər birinin dəyəri 420 manat olan, ümumi dəyəri 840 manat olan 02 ədəd “DELL” markalı, “Opti Plex 3050” model sistem blok, 22 dekabr 2021-ci il tarixdə dəyəri 420 manat olan 01 ədəd “DELL” markalı, “Opti Plex 3050” model sistem blok və bir ədəd dəyəri 130 manat olan “DELL” markalı, “SE221GH” model kompyuter monitoru vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talayaraq, zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs X6 ümumilikdə 2780 manat maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, aralarında olan razılığa əsasən birlikdə fəhlə işlədikləri, Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti 142 ünvanında yerləşən Zərərçəkmiş şəxsn inzibati binasının yuxarı mərtəbələrinin müvəqqəti fəaliyyət göstərməməsindən istifadə edərək, həmin mərtəbələrdən hissə-hissə olmaqla, 07 avqust 2021-ci il tarixdə saat 13 radələrində 1 ədəd dəyəri 420 manat olan “DELL” markalı, “Opti Plex 3050” model sistem blok, 1 ədəd dəyəri 130 manat olan “DELL” markalı, “SE221GH” model kompyuter monitoru, 1 ədəd dəyəri 15 manat olan maus və 1 ədəd dəyəri 20 manat olan keyboarddan ibarət, ümumilikdə dəyəri 585 manat təşkil edən 1 ədəd kompyuter dəsti, 10 avqust 2021-ci il tarixdə saat 15 radələrində hər birinin dəyəri 500 manat olan, ümumilikdə dəyəri 1000 manat təşkil edən 2 ədəd 82 mm dioqanallı plazma televizor və hər birinin dəyəri 420 manat olan 02 ədəd “DELL” markalı, “Opti Plex 3050” model sistem blok, hər birinin dəyəri 130 manat olan 02 ədəd “DELL” markalı, “SE221GH” model kompyuter monitoru, hər birinin dəyəri 15 manat olan 02 ədəd maus və hər birinin dəyəri 20 manat olan 02 ədəd keyboarddan ibarət, ümumilikdə dəyəri 1170 manat təşkil edən 2 ədəd kompyuter dəstini, 13 avqust 2021-ci il tarixdə hər birinin dəyəri 500 manat olan, ümumilikdə dəyəri 1000 manat təşkil edən 2 ədəd 82 mm dioqanallı plazma televizor və hər birinin dəyəri 420 manat olan 02 ədəd “DELL” markalı, “Opti Plex 3050” model sistem blok, hər birinin dəyəri 130 manat olan 02 ədəd “DELL” markalı, “SE221GH” model kompyuter monitoru, hər birinin dəyəri 15 manat olan 02 ədəd maus və hər birinin dəyəri 20 manat olan 02 ədəd keyboarddan ibarət, ümumilikdə dəyəri 1170 manat təşkil edən 2 ədəd kompyuter dəstini, 15 avqust 2021-ci il tarixdə hər birinin dəyəri 500 manat olan, ümumilikdə dəyəri 2000 manat təşkil edən 4 ədəd 82 mm dioqanallı plazma televizor, 16 avqust 2021-ci il tarixdə hər birinin dəyəri 500 manat olan, ümumilikdə dəyəri 1500 manat təşkil edən 3 ədəd 82 mm dioqanallı plazma televizor və hər birinin dəyəri 420 manat olan 02 ədəd “DELL” markalı, “Opti Plex 3050” model sistem blok, hər birinin dəyəri 130 manat olan 02 ədəd “DELL” markalı, “SE221GH” model kompyuter monitoru, hər birinin dəyəri 15 manat olan 02 ədəd maus və hər birinin dəyəri 20 manat olan 02 ədəd keyboarddan ibarət, ümumilikdə dəyəri 1170 manat təşkil edən 2 ədəd kompyuter dəstini vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talayaraq həmin əşyaları satıb əldə etdikləri gəliri öz aralarında bölməklə zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs X6 xeyli miqdarda, ümumilikdə 9595 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışında təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs1 özünü ona elan olunmuş Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2021-ci ilin avqust ayının 7-də fəhlə kimi işlədiyi Zərərçəkmiş şəxs olan zaman yuxarı mərtəbələrdə olan qeydiyyat masasının üzərindəki “DELL” markalı personal kompyuter dəstini gizli olaraq götürüb zibil torbasının içərisində binanın zirzəmisinə düşüb, oradan da binanın çölünə çıxmışdır. Həmin kompyuter dəstini iki ədəd göy rəngli sellofan torbaya qoyub binanın yaxınlığında olan qazanxananın arxasına qoymuşdur. Sonra qayıdıb işini davam etdirmişdir. Axşam iş yoldaşı Təqsirləndirilən şəxs2 ilə işdən çıxıb evə gedərkən Fərhada içərisində kompyuter monitoru olan iki ədəd sellofan torba olduğunu, torbaları binanın həyətindən bayıra çıxarmaqda ona kömək etməsini bildirmiş, Fərhad ondan torbanın içərisində nə olduğunu soruşduqda o, torbada kompyuter monitoru olduğunu, klinikadan oğurladığını, evə aparacağını bildirmişdir. Fərhad etiraz etməmiş və həmin sellofan torbanın birini Fərhad, digərini isə o, götürüb işçilərin girib-çıxdığı girişdən çıxıb binanı tərk etmişlər. Bayıra çıxandan sonra o, Fərhadda olan torbanı da alıb özü götürmüşdür. Həmin kompyuter dəstini səhəri gün aparıb metronun “Gənclik” stansiyasının yaxınlığında olan, internetdən mobil nömrəsini götürdüyü, hazırda yerini və telefon nömrəsini xatırlamadığı şəxsə 300 manata satmış və pulunu xərcləmişdir. Bundan təxminən 3 gün sonra işdə Fərhadla birlikdə palatalarda olan iki ədəd plazma televizor və iki ədəd kompyuter dəstini zibil torbalarının içərisində binanın zirzəmisinə düşürmüşlər. Fərhadın binanın həyətində saxladığı “Tofaş” markalı avtomobilə qoyub, işə qayıtmışlar. Axşam işdən çıxanda Fərhad ilə birlikdə həmin televizorları və kompyuter dəstlərini metronun “28 May” stansiyasının yaxınlığında, televizorun hər birini 100 manata, kompyuter dəstinin hər birini 150 manata satmışlar. Əldə etdikləri 500 manat pulu Təqsirləndirilən şəxs2 ilə yarı bölüb, evlərinə getmişlər. 13 avqust 2021-ci il tarixdə yenə işdə olan zaman Fərhad ilə bir yerdə köməkli yuxarı mərtəbələrdə olan palatalardakı 2 ədəd plazma televizor və 2 ədəd kompyuter dəstini eyni üsulla gizli olaraq binadan çıxarıb aparıb Fərhadın maşınına qoymuşlar və axşam işdən çıxanda da eyni qaydada həmin avadanlıqları aparıb, onun payına düşən bir dəst kompyuteri metronun “Gənclik” stansiyasının yaxınlığında olan, internetdən mobil nömrəsini götürdüyü şəxsə 300 manata, bir ədəd televizoru isə metronun “28 May” stansiyasının yaxınlığında tanımadığı şəxsə 70 manata satmışlar. Əldə olunmuş puldan 105 manat Fərhada vermiş, yerdə qalan 265 manat isə ona qalmışdır. Fərhad isə öz payına düşən 1 dəst kompyuteri və 1 ədəd plazma televizoru evlərinə aparacağını bildirmişdir. Bundan başqa bir gün sonra, yəni 15 avqust 2021-ci il tarixdə yenə işdə olan zaman Fərhad ilə bir yerdə köməkli yuxarı mərtəbələrdə olan palatalardakı 4 ədəd plazma televizoru eyni üsulla gizli olaraq binadan çıxarıb aparıb həmin dövrdə müvəqqəti olaraq bir günlük idarə etdiyi, tanışına məxsus maşına qoymuşlar və axşam işdən çıxanda da eyni qaydada həmin televizorları Nərimanov rayonu ərazisində “Ayna Sultanova” heykəlinin yaxınlığında internetdən mobil nömrəsini götürdüyü şəxsə hər birini 80 manat olmaqla 3 ədəd televizoru 240 manata tanımadığı şəxsə satmışlar. Əldə olunmuş pulu Fərhadla yarı bölmüşlər, hər birinə 120 manat pul qalmışdır. 1 ədəd televizoru isə işləmədiyi üçün qaytarıb klinikaya qoymuşdur. Bundan başqa səhəri gün, yəni 16 avqust 2021-ci il tarixdə yenə işdə olan zaman Fərhad ilə bir yerdə köməkli yuxarı mərtəbələrdə olan palatalardakı 3 ədəd plazma televizor və 2 ədəd kompyuter dəstini eyni üsulla gizli olaraq binadan çıxarıb, aparıb Fərhadın maşınına qoymuşlar və axşam işdən çıxanda da eyni qaydada həmin avadanlıqları aparıb, 2 dəst kompyuteri metronun “Gənclik” stansiyasının yaxınlığında olan, internetdən mobil nömrəsini götürdüyü şəxsə hər birini 300 manata, 3 ədəd televizoru isə metronun “28 May” stansiyasının yaxınlığında tanımadığı şəxsə hər birini 70 manata satmışlar. Əldə olunmuş ümumilikdə 810 manat pulu Təqsirləndirilən şəxs2 ilə birlikdə bölmüşlər. Baş vermiş hadisə ilə əlaqədar olaraq avqust ayında işdən azad edilmişdir. Təxminən noyabr ayının axırları paltarlarını götürmək məqsədi ilə Yeni Klinikaya gəlmiş, orada qalan əşyalarını götürüb getmişdir. Bir müddət keçəndən sonra maddi sıxıntıları olduğu üçün o, klinikadan oğurluq etmək qərarına gəlmiş və bu məqsədlə dekabr ayının əvvəllərində təxminən saat 18 radələrində klinikaya gəlmişdir. Klinikaya gələrək yanğın çıxışından içəri daxil olmuş, pilləkənlərlə yuxarı qalxdıqdan sonra qeydiyyat şöbəsinə yaxınlaşmış, orada bir neçə kompyuter olmuşdur. Həmin vaxt iki ədəd prosessor götürərək gəldiyi qaydada oradan çıxıb getmişdir. Təxminən 4 gün keçəndən sonra o, yenidən klinikaya gəlmiş, təkrarən yanğın üçün nəzərdə tutulmuş çıxışdan daxil olaraq qeydiyyat şöbəsinə qalxmış, oradan bir ədəd prosessor və bir ədəd monitor götürüb gəldiyi yolla çıxıb getmişdir. Qeyd olunanlardan başqa o, 18 dekabr 2021-ci il tarixdə saat təxminən 17 radələrində Yeni Klinikaya gələrək yanğın çıxışından daxil olub qeydiyyat şöbəsində olan iki ədəd prosessor oğurlamışdır. Axırıncı dəfə isə 22 dekabr 2021-ci il tarixdə təkrarən Zərərçəkmiş şəxsya gələrək qeydiyyat şöbəsindən bir ədəd prosessor və bir ədəd monitor oğurlamışdır. Axırıncı dəfə Zərərçəkmiş şəxsya oğurluq məqsədi ilə gələn zaman klinikada işləyən mühafizəçi tərəfindən saxlanılmış, mühafizəçi ondan klinikaya hansı məqsədlə gəldiyini soruşan zaman o, yalandan klinikada işlədiyini bildirmişdir. Bir qədər keçəndən sonra mühafizəçi oradan getdikdən sonra o, monitor və prosessoru götürərək oradan çıxıb getmişdir. 23 dekabr 2021-ci il tarixdə polis işçiləri gələrək onu polis bölməsinə dəvət etmişlər. Avqust ayında oğurladıqları avadanlıqları geri qaytararkən, klinikanın əməkdaşları qaytarılmış bəzi avadanlıqların onlara məxsus olmadığını bildirmişlər. Dekabr ayında oğurladığı 6 ədəd “DELL” markalı personal kompyuter prosessoru və 2 ədəd “DELL” markalı personal kompyuterin monitorunu zərərçəkmiş şəxsə qaytarmışdır. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs2 ilə birlikdə oğurladığı avadanlıqlardan 1420 manat dəyərində 2 ədəd televizoru və bir ədəd prosessoru qaytarmışdır. Əməlindən peşmandır. Zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəyəcəyinə söz verir. Məhkəmədən himayəsində azyaşlı uşağının olmasını nəzərə alaraq barəsində həbslə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. Məhkəmə baxışında təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs2 özünü ona elan olunmuş Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2021-ci ilin avqust ayının 07-də fəhlə kimi işlədiyi Zərərçəkmiş şəxs işdə olan zaman Sabir Mehdiyev ona içərisində kompyuter monitoru olan iki ədəd sellofan torba olduğunu, həmin torbaları binanın həyətindən bayıra çıxarmaqda kömək etməsini bildirmişdir. O, Sabirdən torbanın içərisində nə olduğunu soruşduqda Sabir torbada monitor olduğunu, klinikadan götürdüyünü, atası üçün apardığını bildirmişdir. O, etiraz etməmiş və həmin sellofan torbanın birini götürmüş, digər torbanı isə Sabir özü götürmüş, işçilərin girib-çıxdığı girişdən çıxıb binanı tərk etmişlər. Bayıra çıxandan sonra Sabir onun əlində olan torbanı da alıb özü götürmüş, o, evlərinə getmişdir. Bundan təxminən 3 gün sonra avqust ayının 10-da günorta radələrində Sabirlə birlikdə palatalarda olan iki ədəd plazma televizor və iki ədəd kompyuter dəstini zibil torbalarının içərisində binanın zirzəmisinə düşürüb, binanın həyətində saxladığı “Tofaş” markalı avtomobilə qoyub işə qayıtmışlar. Axşam işdən çıxanda Sabir ilə birlikdə həmin televizorları və kompyuter dəstini, metronun “28 May” stansiyasının yaxınlığında, yol kənarında Sabirin nömrəsini internetdən götürdüyü şəxsə vermişlər. Sabir ona həmin şəxsə televizorun hər birini 70 manata, kompyuter dəstinin hər birini 100 manata satdığını bildirmişdir. Sabir əldə etdiyi puldan ona 130 manat pul vermişdir. Sonra evlərinə getmişlər. 13 avqust 2021-ci il tarixdə yenə işdə olan zaman Sabir ilə bir yerdə köməkli yuxarı mərtəbələrdə olan palatalardakı 2 ədəd plazma televizor və 2 ədəd kompyuter dəstini eyni üsulla gizli olaraq binadan çıxarıb maşına qoymuşlar və axşam işdən çıxanda da eyni qaydada həmin avadanlıqları aparıb, Sabirin payına düşən bir dəst kompyuteri metronun “Gənclik” stansiyasının yaxınlığında olan, internetdən mobil nömrəsini götürdüyü şəxsə 300 manata, bir ədəd televizoru isə metronun “28 May” stansiyasının yaxınlığında tanımadığı şəxsə 70 manata satmışdır. Əldə olunmuş puldan ona 105 manat pul vermiş, yerdə qalan pulu isə özünə götürmüşdür. O isə, öz payına düşən 1 dəst kompyuteri və 1 ədəd plazma televizoru evlərinə aparmışdır. 15 avqust 2021-ci il tarixdə yenə işdə olan zaman Sabir ilə bir yerdə köməkli yuxarı mərtəbələrdə olan palatalardakı 4 ədəd plazma televizoru eyni üsulla gizli olaraq binadan çıxarıb aparıb həmin dövrdə müvəqqəti olaraq bir günlük Sabirin idarə etdiyi tanışına məxsus maşına qoymuşlar və axşam işdən çıxanda Sabir həmin avadanlıqları aparmışdır. Səhəri gün işə gələndə Sabir ona televizorların birinin ekranının sındığını, digər üçünü isə satdığını ona demişdir.1 ədəd televizoru isə işləmədiyi üçün qaytarıb klinikaya qoymuşdur. 16 avqust 2021-ci il tarixdə yenə işdə olan zaman Sabir ilə bir yerdə köməkli yuxarı mərtəbələrdə olan palatalardakı 3 ədəd plazma televizor və 2 ədəd kompyuter dəstini eyni üsulla gizli olaraq binadan çıxarıb aparıb onun maşınına qoymuşlar və axşam işdən çıxanda da eyni qaydada həmin avadanlıqları aparıb, 2 dəst kompyuteri metronun “Gənclik” stansiyasının yaxınlığında olan, Sabirin internetdən mobil nömrəsini götürdüyü şəxsə hər birini 300 manata, 3 ədəd televizoru isə metronun “28 May” stansiyasının yaxınlığında tanımadığı şəxsə hər birini 70 manata satmışlar. Həmin vaxt Sabirin ona nə qədər pul verdiyini unutmuşdur. Avqust ayında oğurladıqları avadanlıqları geri qaytararkən klinikanın əməkdaşları qaytarılmış bəzi avadanlıqların onlara məxsus olmadığını bildirmişlər. Əməlindən peşmandır. Zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəməyinə söz verir. Məhkəmədən barəsində həbslə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qeyd edilən əməli törətməkdə təqsirləri öz ifadələri ilə yanaşı aşağıdakılarla da təsdiq olunur. Məhkəmə baxışında zərərçəkmiş şəxs-mülki iddiaçı “Yeni Klinika" X5 nümayəndəsi Nümayəndə mülki iddianı müdafiə edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı hazırkı iş üzrə digər cavabdeh Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, aralarında olan razılığa əsasən birlikdə fəhlə işlədikləri, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 142 ünvanında yerləşən “Yeni Klinika" X5 inzibati binasının yuxarı mərtəbələrinin müvəqqəti fəaliyyət göstərməməsindən istifadə edərək, həmin mərtəbələrdən hissə-hissə olmaqla, 07 avqust 2021-ci il tarixdə saat 13 radələrində 1 ədəd, dəyəri 420 manat olan “DELL” markalı, “Opti Plex.3050" model sistem blok, 1 ədəd, dəyəri 130 manat olan “DELL” markalı, “SE221GH” model kompyuter monitoru, 1 ədəd, dəyəri 15 manat olan maus və 1 ədəd, dəyəri 20 manat olan keyboarddan ibarət, ümumilikdə dəyəri 585 manat təşkil edən 1 ədəd kompyuter dəsti, 10 avqust 2021-ci il tarixdə saat 15 radələrində hər birinin dəyəri 500 manat olan, ümumilikdə dəyəri 1000 manat təşkil edən 2 ədəd 82 mm dioqanallı plazma televizor və hər birinin dəyəri 420 manat olan 02 ədəd “DELL" markalı, “Opti Plax 3050" model sistem blok, hər birinin dəyəri 130 manat olan 02 ədəd “DELL” markalı, “SE221GH” model kompyuter monitoru, hər birinin dəyəri 15 manat olan 02 ədəd maus və hər birinin dəyəri 20 manat olan 02 ədəd keyboarddan ibarət, ümumilikdə dəyəri 1170 manat təşkil edən 2 ədəd kompyuter dəstini, 13 avqust 2021-ci il tarixdə hər birinin dəyəri 500 manat olan, ümumilikdə dəyəri 1000 manat təşkil edən 2 ədəd 82 mm diaqonallı plazma televizor və hər birinin dəyəri 420 manat olan 02 ədəd “DELL” markalı, "Opti Plex 3050” model sistem blok, hər birinin dəyəri 130 manat olan 02 ədəd “DELL" markalı, “SE221GH” model kompyuter monitoru, hər birinin dəyəri 15 manat olan 02 ədəd maus və hər birinin dəyəri 20 manat olan 02 ədəd keyboarddan ibarət ümumilikdə dəyəri 1170 manat təşkil edən 2 ədəd kompyuter dəstini, 15 avqust 2021-ci il tarixdə hər birinin dəyəri 500 manat olan, ümumilikdə dəyəri 2000 manat təşkil edən 4 ədəd 82 mm diaqonallı plazma televizor, 16 avqust 2021-ci il tarixdə hər birinin dəyəri 500 manat olan, ümumilikdə dəyəri 1500 manat təşkil edən 3 ədəd 82 mm diaqonallı plazma televizor və hər birinin dəyəri 420 manat olan 02 ədəd “DELL" markalı, “Opti Plax 3050” model sistem blok, hər birinin dəyəri 130 manat olan 02 ədəd “DELL” markalı, “SE221GH" model kompyuter monitoru, hər birinin dəyəri 15 manat olan 02 ədəd maus və hər birinin dəyəri 20 manat olan 02 ədəd keyboarddan ibarət, ümumilikdə dəyəri 1170 manat təşkil edən 2 ədəd kompyuter dəstini vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talayaraq həmin əşyaları satıb əldə etdikləri gəliri öz aralarında bölməklə zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs PHŞ-ə xeyli miqdarda, ümumilikdə 9595 manat madd ziyan vurmaqla oğurluq etmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə Zərərçəkmiş şəxsn inzibati binasının yuxarı mərtəbələrinin müvəqqəti fəaliyyət göstərməməsindən istifadə edərək, binaya yanğın çıxışından qanunsuz daxil olaraq yuxarı mərtəbələrdə yerləşən qeydiyyat şöbəsindən hissə-hissə olmaqla 2021-ci ilin dekabr ayının əvvəllərində hər birinin dəyəri 420 manat olan, ümumi dəyəri 840 manat olan 02 ədəd “DELL” markalı, “Opti Plex 3050” model sistem blok, 2021-ci ilin dekabr ayının əvvəllərində bir ədəd dəyəri 420 manat olan “DELL" markalı, “Opti Plex 3050” model sistem blok və bir ədəd dəyəri 130 manat olan “DELL" markalı, “SE221GH” model kompyuter monitoru, 18 dekabr 2021-ci il tarixdə saat 17 radələrində hər birinin dəyəri 420 manat olan, ümumi dəyəri 840 manat olan 02 ədəd “DELL" markalı, “Opti Plex 6050” model sistem blok, 22 dekabr 2021-ci il tarixdə dəyəri 420 manat olan 01 ədəd “DELL” markalı, “Opti Plex 3050" model sistem blok və bir ədəd dəyəri 130 manat olan “DELL” markalı, “SE221GH” model kompyuter monitoru vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talayaraq, zərərçəkmiş hüquqi şəxs “Yeni Klinika" PHŞ-ə ümumilikdə 2780 manat maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Cinayət işi üzrə aparılmış istintaqla müəyyən edilmişdir ki, təqsirləndirilən şəxslər tərəfindən “Yeni Klinika" X6 birgə 9595 manat məbləğində müştərək qaydada maddi zərər vurmaqla yanaşı, Təqsirləndirilən şəxs1 tərəfindən həmçinin Zərərçəkmiş şəxs X6 2780 manat məbləğində əlavə maddi ziyan vurulmuşdur. Təqsirləndirilən şəxs1 oğurladığı 2780 manat dəyərində 6 ədəd “DELL" markalı, “Opti Plex 3050” model sistem bloku və 2 ədəd “DELL” markalı, “SE221GH” model kompyuter monitoru “Yeni Klinika" X4ytarmış, bundan başqa qabaqcadan əlbir olub bir qrup şəxs halında oğurluq edərək klinikaya vurduğu 9595 manat məbləğində maddi ziyana görə 1420 manat dəyərində oğurladıqları (iki ədəd televizor və bir ədəd prosessor) avadanlıqları qaytarmışdır. Məhkəmədən mülki iddianın təmin edilməsini, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada 8595 manat məbləğində pulun tutularaq Zərərçəkmiş şəxs X6 ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Nizami rayonu, Rüstəm Rüstəmov küçəsində yerləşən kompyuter təmiri mağazasında işləyir. İnternetdə “Lalafo” saytında işlənmiş kompyuterlərin alışı və təmiri ilə məşğul olduğu barədə elan yerləşdirmişdir. 2021-ci ilin noyabr ayının axırlarında onun telefonuna zəng gəlmiş və zəng vuran şəxs işlənmiş kompyuter avadanlığı satdığını bildirmişdir. Sonra telefonda whatsapp proqramı vasitəsilə yazışmışlar, adının Sabir olduğunu öyrəndiyi şəxs ona bu işlə məşğul olduğunu, hazırda əlində iki ədəd prosessor olduğunu bildirmişdir. Həmin şəxslə “Ulduz” metrostansiyasının yaxınlığında görüşmüş, həmin vaxt Sabir ona 2 ədəd “Dell” 3050 Mini markalı sistem blok-prosessor vermişdir. O, iki ədəd prosessora görə 200 manat pul ödəmişdir. Sonra o, Sabirdən noyabr-dekabr aylarında ümumilikdə hər biri 100 manat olmaqla 6 ədəd prosessor və hər biri 70 manat olmaqla 2 ədəd kompyuter monitoru almış və ümumilikdə Sabirə 740 manat pul ödəmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev küçəsi, 60D-də yerləşən kompyuter təmiri mağazasında işləyir. Sosial şəbəkədə istifadə etdiyi qrupda bir nəfər, əvvəllər tanımadığı şəxs 2 ədəd DELL-3050 markalı sistem blokunu təcili olaraq, hər birini 300 manata satması barədə status yazmış, o, həmin şəxsin statusda qeyd etdiyi nömrəyə zəng vuraraq həmin sistem blokları almaq istədiyini bildirmişdir. Həmin gün axşam saatlarında hazırda adını xatırlamadığı şəxs mağazaya gəlib sistem blokları gətirmiş, həmin sistem bloklara baxış keçirmiş, işlək vəziyyətdə olduqlarına əmin olmuş və razılaşdıqları kimi 600 manat pulu həmin şəxsə verib iki ədəd DELL-3050 markalı sistem bloklarını almışdır. Dekabr ayının sonlarında polis əməkdaşları işlədiyi mağazaya gələrək aldığı sistem blokların oğurluq olduğunu bildirmişlər, o, həmin sistem bloklarını polis əməkdaşlarına təhvil vermişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanması və icraata qəbul olunması haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, fakt üzrə Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə cinayət işi başlanılaraq icraata qəbul olunmuşdur. - cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş ittiham elan edilmişdir. - vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilməsi barədə Nizami RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi Cəmşid Sadıqovun vəsatətinin müdafiə edilməsindən imtina edilmişdir. - qətimkan tədbirinin seçilməsi və tutulmuş şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi barədə xx.xx.2021-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və müvəqqəti saxlama yerindən azad edilmişdir. - zərərçəkmiş şəxs və onun nümayəndəsi qismində tanınma haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində və etibarnamə əsasında X3 zərərçəkmiş şəxsin nümayəndəsi qismində tanınmışdır. - tutma haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. - təqsirləndirilən şəxs qismində cəlb etmə və ittiham elan etmək haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş ittiham elan edilmişdir. - vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilməsi barədə Nizami RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi Cəmşid Sadıqovun vəsatətinin müdafiə edilməsindən imtina edilmişdir. - qətimkan tədbirinin seçilməsi və tutulmuş şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi barədə xx.xx.2022-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və müvəqqəti saxlama yerindən azad edilmişdir. - təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1,177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan yenidən ittiham elan edilmişdir. - təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələrində nəzərdə tutulan yenidən ittiham elan edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli, 9/181 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, ekspertizaya təqdim edilmiş malların istifadədə olmaması nəzərə alınmaqla 2022-ci ilin dekabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 2780,00 manat müəyyən olunur. O, cümlədən: - 6 ədəd qara rəngli, Polşa istehsallı, “DELL” markalı, “OptiPlex 3050” model sistem bloku – 2520,00 (420man.x 6əd.) manat; - 2 ədəd qara rəngli “DELL” markalı, “SE2216H“ model kompyuter monitoru 260,00 (2əd.x130,00man.) manat. - sübutların qiymətləndirilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsində yerləşən kompyuter təmiri mağazasından götürülmüş 6 ədəd “DELL” markalı, “Opti Plex 3050” model sistem bloku və 2 ədəd “DELL” markalı “SE221GH” model kompyuter monitorları maddi sübut kimi tanınmış və məhkəməyədək saxlanılması üçün xx.xx.2022-ci il tarixli qəbzlə zərərçəkmiş şəxsin nümayəndəsi X1 təhvil verilmişdir. - Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs1 evlidir, xx.xx.2021-ci il təvəllüdlü Mehtizadə Yusif adlı azyaşlı övladı vardır. - 105552 nömrəli vəsiqənin surətindən və Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs2 Vətən müharibəsi iştirakçısıdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamələrdən görünür ki, əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkumluqları barədə məlumat yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında Plenum qərara almışdır ki: 2.Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir... 7.Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir.... 10. Özgə əmlakının talanması əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edərkən, bilavasitə özgə əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək,cinayətin iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razılıq əldə edilməsi, həmçinin hər hansı icraçı və cinayətin digər iştirakçıları tərəfindən hansı konkret hərəkətlər edilməsi araşdırılmalıdır. Hökmdə törədilmiş cinayətin hər bir icraçısının və digər iştirakçısının (təşkilatçılarının, təhrikçilərinin, köməkçilərinin) barəsindəki sübutlara qiymət verilməlidir.... 11. CM-nin 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları, rolların bölgüsünə əsasən, cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa) onlar CM-nin 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün CM-nin 32-ci maddəsinə istinad edilməsinə ehtiyac yoxdur....18.Şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər, CM-nin 16.2-ci maddəsinə müvafiq olaraq, CM-nin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş «təkrar» törədilmiş cinayət kimi tövsif edilməlidir. Belə halda cinayətkar hərəkətlər cinayətlərin məcmusunu təşkil etmir. Təqsirkarın iradəsindən asılı olmayaraq cinayət başa çatmadıqda da məsələyə bu mövqedən yanaşılmalıdır.” Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə ittiham irəli sürülmüş və əməli həmin maddələr ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Beləliklə, məhkəmə iclasında Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında, binaya qanunsuz daxil olmaqla zərərçəkmiş şəxsin əmlakını gizli olaraq talayıb xeyli miqdarda ziyan vurmaqla təkrar oğurluq etməsi tədqiq edilmiş mötəbər və mümkün sübutların məcmusu, özünün, şahidlərin ifadələri, həmçinin cinayət işinin materiallarındakı digər sənədlərlə tamamilə sübuta yetirildi. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla Təqsirləndirilən şəxs1 tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir. Təqsirləndirilən şəxs1 cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığından Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri ilə ittiham irəli sürülmüş və əməli həmin maddələr ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Beləliklə, məhkəmə iclasında Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş şəxsin əmlakını gizli talayaraq zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla oğurluq etməsi tədqiq edilmiş mötəbər və mümkün sübutların məcmusu, özünün, şahidlərin ifadələri, həmçinin cinayət işinin materiallarındakı digər sənədlərlə tamamilə sübuta yetirildi. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla Təqsirləndirilən şəxs2 tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir. Təqsirləndirilən şəxs2 cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığından Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri əməl az ağır cinayət hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi əməli etiraf etməsini, əməlindən peşman olmasını, evli olmasını, himayəsində azyaşlı övladının olmasını, zərərçəkmiş şəxsə oğurladığı 6 ədəd “DELL” markalı, “Opti Plex 3050” model sistem bloku və 2 ədəd “DELL” markalı “SE221GH” model kompyuter monitorları qaytarmasını, zərərçəkmiş şəxsə qabaqcadan əlbir olan bir qrup şəxs halında vurduğu 9595 manat maddi ziyana görə 1420 manat dəyərində avadanlığı (2 ədəd televizor, 1 ədəd prosessor) qaytarmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 cəzasını Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs1 barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, qəsdin obyektini mülkiyyət münasibətləri təşkil etməsini və cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən Təqsirləndirilən şəxs1 xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 2 gün həbsdə saxlanılması həbsdə saxlamanın bir gününü azadlığın məhdudlaşdırılmasının iki gününə hesablayaraq nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərlərinin, həmçinin Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi əməli etiraf etməsini, əməlindən peşman olmasını, Vətən müharibəsi iştirakçısı olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs2 cəzasını Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs2 barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, qəsdin obyektini mülkiyyət münasibətləri təşkil etməsini və cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 2 gün həbsdə saxlanılması həbsdə saxlamanın bir gününü azadlığın məhdudlaşdırılmasının iki gününə hesablayaraq nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 2 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərlərinin, həmçinin Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası CPM-nin 346.1.20-346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətlərinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındıqları vaxtdan hesablanmalı; Azərbaycan Respublikası CPM-nin 132.1.4cü maddəsinə əsasən iş üzrə maddi sübut olan 6 ədəd “DELL” markalı, “Opti Plex 3050” model sistem bloku və 2 ədəd “DELL” markalı, “SE221GH” model kompyuter monitorları zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs X4ytarılmış hesab edilməli; Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan 50 (əlli) manat ekspertiza xərcinin 25 (iyirmi beş) manatı Təqsirləndirilən şəxs1, 25 (iyirmi beş) manatı isə Təqsirləndirilən şəxs2 tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikasının CPM-nin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Azərbaycan Respublikasının CPM-nin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: - ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Məhkəmə hesab edir ki, zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxsn mülki iddiası təmin edilməli, təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs1 dəymiş ziyana görə payına düşən hissədən 1420 manat ödəməsini nəzərə alaraq qalan 3377,50 (üç min üç yüz yetmiş yeddi manat əlli qəpik) manat, təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs2 4797,50 (dörd min yeddi yüz doxsan yeddi manat əlli qəpik) manat məbləğində pul tutularaq Zərərçəkmiş şəxs X6 ödənilməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkil Müdafiəçi2 məhkəmədə iştirak etdiyi müddət 22 iş saatı müddətinə, vəkil Müdafiəçi1 məhkəmədə iştirak etdiyi müddət 43 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 132 (bir yüz otuz iki) manat (22x6) məbləğində əmək haqqı Müdafiəçi2, 258 (iki yüz əlli səkkiz) manat (43x6) məbləğində əmək haqqı Müdafiəçi1 dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 2 gün həbsdə saxlanılması nəzərə alınmaqla həbsdə saxlamanın bir gününü azadlığın məhdudlaşdırılmasının iki gününə hesablayaraq üzərində 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərlərinin, həmçinin Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 2 gün həbsdə saxlanılması nəzərə alınmaqla həbsdə saxlamanın bir gününü azadlığın məhdudlaşdırılmasının iki gününə hesablayaraq üzərində 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 2 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərlərinin, həmçinin Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Probasiya İdarəsinə həvalə edilsin. Cinayət işi üzrə maddi sübut olan 6 ədəd “DELL” markalı, “Opti Plex 3050” model sistem bloku və 2 ədəd “DELL” markalı, “SE221GH” model kompyuter monitorları zərərçəkmiş şəxs- mülki iddiaçı Zərərçəkmiş şəxs X4ytarılmış hesab edilsin. Zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxsn mülki iddiası təmin edilsin, təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs1 3377,50 (üç min üç yüz yetmiş yeddi manat əlli qəpik) manat, təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs2 4797,50 ( dörd min yeddi yüz doxsan yeddi manat əlli qəpik) manat məbləğində pul tutularaq Zərərçəkmiş şəxs X6 ödənilsin. İş üzrə məhkəmə məsrəfi olan 50 (əlli) manat ekspertiza xərcinin 25 (iyirmi beş) manatı Təqsirləndirilən şəxs1, 25 (iyirmi beş) manatı isə Təqsirləndirilən şəxs2 tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına keçirilsin. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 22 (iyirmi iki) saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi2 Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 132 (bir yüz otuz iki) manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 43 (qırx üç) saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi1 Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 258 (iki yüz əlli səkkiz) manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar