Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-262/2023 24.06.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs, onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi, tərcüməçi X1 iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxxxx 1987-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Sumqayıt şəhəri, 11-ci mikrorayon, ev 28, mənzil 1-də qeydiyyatda olmaqla yaşamış, 25 dekabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 27 dekabr 2022-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.5 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərin cibindən və çantasından çıxarmaqla təkrarən özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmiş və satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib, saxlayaraq daşımışdır. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədilə 17 dekabr 2022-ci il tarixdə saat 13 radələrində ünvan 1 ünvanında yerləşən “8-ci km bazarı”nda olan sıxlıqdan istifadə edərək Zərərçəkmiş şəxs2 əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən Azercell operatorunun 6 manat dəyərində 050-422- 50-09 və 6 manat dəyərində ***-***-**- ** GSM nömrələri ilə işləyən 460 manat dəyərində “Real ME” markalı, “C21” modelli mobil telefon aparatını çıxarmaqla gizli olaraq talayıb, Zərərçəkmiş şəxs2 472 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 18 dekabr 2022-ci il tarixdə saat 13 radələrində ünvan 3 ünvanında yerləşən “8-ci km bazarı”nda olan sıxlıqdan istifadə edərək Zərərçəkmiş şəxs3 əynində olan kürkün sol yan cibindən Azercell operatorunun 5 manat dəyərində ***-***-**-** GSM nömrəsi ilə işləyən 500 manat dəyərində “Huavei” markalı, “Y9” modelli mobil telefon aparatını çıxarmaqla gizli olaraq talayıb, Zərərçəkmiş şəxs3 505 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 24 dekabr 2022-ci il tarixdə saat 11 radələrində ünvan 3 ünvanında yerləşən “8-ci km bazarı”nda olan sıxlıqdan istifadə edərək Zərərçəkmiş şəxs1 əl çantasından içərisində 634 manat nağd pul vəsaiti,15 manat dəyərində “Bir kart” kredit kartı, Zərərçəkmiş şəxs1 məxsus olan 5 manat dəyərində şəxsiyyət vəsiqəsi, “Bravo” marketə aid, bonus kartı olan 6 manat dəyərində qəhvəyi rəngli “Tefeiya” markalı pul qabını çıxarmaqla gizli olaraq talayıb, Zərərçəkmiş şəxs1 660 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, 25 dekabr 2022-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisindən istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq, satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 1,178 qram olan ağ rəngli kiristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edib daşıyaraq saxlamış, 25 dekabr 2022-ci il tarixdə saat 13 radələrində Nizami RPİ-nin 24-cü polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Yeni yaşayış masivində rayon ərazisində oğurluq cinayətləri törətməkdə şübhəli şəxs qismində saxlanılaraq, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 81B ünvanında yerləşən Nizami RPİ-nin 24-cü polis şöbəsinə gətirilmiş, şöbədə üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan göy rəngli şalvarın sağ arxa cibindən 01 ədəd sellofana bükülmüş, çəkisi 1,178 qram olan ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.5 və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, verilmiş ittihamla razı deyil, o, yalnız 24 dekabr 2022-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, “8-ci km bazarı”nda olan zaman sıxlıqdan istifadə edərək orta yaşlı qadının, yəni sonradan tanıdığı Zərərçəkmiş şəxs1 çantasından qəhvəyi rəngli pul kisəsini götürmüşdür. Pul kisəsinin içərisində olan 634 manat nağd pulu götürmüş, qadına məxsus şəxsiyyət vəsiqəsini, "xxxx"a aid “Bir bank” kredit kartını və “Bravo” mağazalarına aid olan bonus kartını pul qabı ilə birlikdə C.Naxçıvaniski küçəsində bazara yaxın olan ərazidə binaların birinin blokunda gizlətmişdir. Əldə etdiyi pulları şəxsi ehtiyacları üçün xərcləmiş, bir qisminə də narkotik vasitə almışdır. O, narkotik vasitələrdən istifadə etdiyini etiraf edir, lakin 25 dekabr 2022-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində narkotik vasitə olmamışdır. Bundan başqa, o, 17 dekabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs2, 18 dekabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs3 mobil telefonlarını “8-ci km bazarı”nda oğurlamamışdır. Zərərçəkmiş şəxs1 dəymiş maddi ziyanı ödəyəcəkdir, lakin hazırda maddi imkanı yoxdur. Qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə məhkəmə baxışında verdiyi ifadə arasında əhəmiyyətli ziddiyyət olduğundan, Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən onun 27 dekabr 2022-ci il tarixdə müdafiəçisinin iştirakı ilə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi elan edilmişdir. X3 oğlu həmin ifadəsində verilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, hazırda heç bir yerdə işləmir, təxminən 10 ildən artıqdır ki, narkotik vasitələrin aludəçisidir, əvvəllər Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.5 və 234.1-ci maddələri ilə azadlıqdan məhrum edilmişdir. O, narkotik vasitə almaq istədiyindən 17 dekabr 2022-ci il tarixdə təxminən saat 13:00 radələrində Bakı şəhəri, Nizami rayonu, “8-ci km bazarı”nda olan zaman orta yaşlarda bir qadının qara rəngli gödəkcəsinin sağ cibindən bazarda olan sıxlıqdan istifadə edərək bir ədəd “Real ME C21” markalı mobil telefonu götürmüşdür. Bundan başqa, ona yenə də narkotik vasitə almaq ehtiyac olduğundan 18 dekabr 2022-ci il tarixdə saat təxminən 13 radələrində Bakı şəhəri, Nizami rayonu, “8-ci km bazarı”na getmişdir. O, bazarda olan zaman sıxlıqdan istifadə edərək bir nəfər 35 yaşlarında qadının əynində olan kürkün sol cibindən bir ədəd “Huavei Y9” markalı mobil telefonu götürmüşdür. O, həmin mobil telefonu “Neftçilər” metrosu yaxınlığında olan lombarda 120 manata satmışdır. Həmin vaxt “Real ME C21” markalı mobil telefonu da 80 manata həmin lombarda satmışdır. Telefonun oğurluq olmasını ona bildirməmişdir. Əldə ediyi pulla özünə narkotik vasitə almışdır. Bundan başqa, ona yenə də narkotik vasitə almaq ehtiyac olduğundan 24 dekabr 2022-ci il tarixdə “8-ci km bazarı”nda olan zaman sıxlıqdan istifadə edərək orta yaşlı qadının çantasından qəhvəyi rəngli pul kisəsini götürmüşdür. Daha sonra isə pul kisəsinin içərisində olan 634 manat nağd pulu götürmüşdür. Pul qabının içərisində olan, qadına məxsus olan şəxsiyyət vəsiqəsi, "xxxx" ASC-yə aid olan “Bir bank” kredit kartı və “Bravo” mağazalarına aid olan bonus kartını pul qabı ilə birlikdə C.Naxçıvaniski küçəsində bazara yaxın olan ərazidə binaların birinin blokunda gizlətmişdir. Əldə etdiyi pulları isə şəxsi ehtiyacları üçün xərcləmiş və bir qisminə narkotik vasitə almışdır. 25 dekabr 2022-ci il tarixdə saat 13 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Yeni yaşayış massivi yaxınlığında olan zaman ona iki nəfər mülki geyimdə şəxs yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşı olduqlarını bildirmişlər. Onlar onun adını soruşduqdan sonra onu saxlayaraq polis şöbəsinə gətirmişlər. Polis şöbəsində otaqların birində olarkən ona hüquq vəzifələri izah olunmuş, həmçinin hüquqlarını müdafiə etmək üçün vəkil də dəvət olunmuşdur. Həmin otaqda hər kəsin iştirakı ilə ona təklif olunmuşdur ki, üzərində olan qeyri-qanuni əşyaları təqdim etsin. Həmin zaman və polis şöbəsinə gətiriləndə narkotik vasitə aludəçisi olduğunu, buna görə də Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən “8-ci km bazarı”ndan vətəndaşların ciblərindən müəyyən vaxtlarda pul kisəsi və mobil telefonlar oğurladığını etiraf etmişdir. O, əynindəki göy rəngli cins şalvarın sağ arxa cibindən ağ rəngli sellofana bükülmüş vəziyyətdə olan bir ədəd bükülünü çıxardıb təqdim etmişdir. Həmin bükülünün içərisində olan maddənin psixotrop maddə, yəni “patı” olduğunu qeyd etmişdir. Həmin psixotrop maddəni 40 manat qiymətinə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsindən tanımadığı şəxsdən almışdır. Ona verilən suallar ətrafında cavab olaraq göstərmişdir ki, o, 10 ildir ki, narkotik vasitə aludəçisi olduğu üçün, həmçinin azadlığa yeni çıxdığından, narkotik vasitə almaqdan ötrü Nizami rayonu ərazisində yerləşən “8-ci km bazarı”na gedib qabaqcadan əsasən qadınları müşahidə edərək sıxlıqdan istifadə edib ciblərindəki mobil telefonları və pul kisələrini oğurlamışdır. Əldə etdiyi mobil telefonları “Neftçilər” metrostansiyası yaxınlığında yerləşən lombarda satmışdır. O, mobil telefonları şəxsiyyət vəsiqəsi olmadan satmışdır. Həmin şəxslərə də bildirmişdir ki, mobil telefon özünə məxsusdur. O, həmin telefonları satmamışdan əvvəl Bakı şəhərində “28 May” metrosunun yaxınlığında olan, hal-hazırda yerini xatırlamadığı telefon mağazasında telefonun kodunu sındırdaraq format etdirmiş və telefonun üzərində olan sim kartları da çıxararaq atmışdır. Şahid3 ilə onun arasında tərtib edilmiş sənəddə o, özü üçün əlaqə nömrəsi olaraq ***-***-**-** mobil nömrəsini qoyması ilə bağlı göstərmişdir ki, həmin nömrəni özü işlətmiş, 2022-ci ilin noyabr ayının sonlarında imkansızlıq olduğundan telefonunu satmış, ***-***-**-** mobil nömrəsini özündə saxlamışdır. Oğurladığı mobil telefonları satan zaman həmin nömrəni öz nömrəsi olaraq göstərmişdir. O, “28 May” metrostansiyasının yaxınlığında olan telefon mağazasının yerini xatırlamır. Psixotrop maddəni aldığı şəxsin anket məlumatlarını bilmir, birinci dəfə idi ki, ondan psixotrop maddə alırdı. Ona əvvəllər narkotik vasitə satmış şəxslərin telefon nömrələrini və anket məlumatlarını bilmir. O, saxlanılarkən və ya polis orqanına gətirilərkən polis əməkdaşları tərəfindən ona hər hansı fiziki zor və ya təzyiq olunmamışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında elan olunmuş həmin ifadəsi ilə razılaşmamış, məhkəmədə verdiyi ifadəsinin əsas kimi qəbul olunmasını məhkəmədən xahiş etmiş, lakin həmin qaydada ifadə verməsinin səbəblərini izah edə bilməmiş, ona təzyiq göstərilməsi və ya məhz kim tərəfindən göstərilməsi barədə konkret fikir bildirməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 24 dekabr 2022-ci il tarixdə müəyyən qida məhsullarını almaq məqsədi ilə Bakı şəhəri, Nizami rayonu, “8-ci km bazarı”nda tək gəzişmişdir. Bazardan meyvə-tərəvəzlər almış, sonuncu tərəvəz aldığı yerdən uzaqlaşmamışdan öncə içərisində özünə məxsus 634 manat pul, şəxsiyyət vəsiqəsi, "xxxx"a aid olan “Bir bank” kredit kartı və “Bravo” mağazalarına aid bonus kartı olan pul qabını çantanın içərisinə qoymuşdur. Saat 11 radələrində oradan təxminən 30-40 metr uzaqlaşaraq digər meyvə-tərəvəzlərin satış yerinin qarşısına dayanmış, həmin yerdən alver etmək istəyən zaman pul qabının yerində olmadığını aşkar etmiş, ona görə pul qabının çantasından naməlum şəraitdə oğurlanmasını başa düşmüşdür. Bundan sonra hadisə ilə bağlı polisə müraciət etmişdir. “Bir bank” kredit kartını o, 15 manata əldə etmiş, kartın içərisində 5 manat pul olmuşdur. Kartını bloklamış, kartdan həmin 5 manat pul çıxarılmamışdır. Qaz kartı ona dövlət tərəfindən verilmiş, pulsuz olaraq əldə etmişdir, bonus kartını da o, pulsuz əldə etmişdir. Pul kisəsinin içərisində olan şəxsiyyət vəsiqəsini 5 manat pul ödəyərək əldə etmiş, pul qabının dəyəri isə 6 manat təşkil etmişdir. Baş vermiş hadisə nəticəsində ona 660 manat maddi ziyan dəymişdir. Bazarda insanlar sıxlıq olmuş, ətrafında olan şəxslərə fikir verməmiş, oğurluğu hissə etməmişdir. Oğurluğu törətmiş Təqsirləndirilən şəxs polislər tərəfindən saxlanılmışdır, lakin həmin şəxs indiyədək ona vurduğu maddi ziyanı ödəməmişdir. Həmin şəxsdən şikayətçidir və pulunun ödənilməsini tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 17 dekabr 2022-ci il tarixdə əsgərlikdə olan oğlunun yanına gedəcəyi üçün bazarlıq etmək qərarına gəlmiş, 50 saylı xətt avtobusuna minərək “8-ci km bazarı”na getmişdir. Bazarda bir qədər alış-veriş etdikdən sonra özünə məxsus “Real ME C21” markalı **********33238 və **********33220 imei kodlu mobil telefonunu cibinə qoyaraq bazarda gəzmişdir. Həmin vaxt saat 13 radələri olmuşdur. Təxminən yarım saat bazarda gəzdikdən sonra alış-verişini qurtarıb evə getmək üçün bazarda çıxmışdır. Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 102 ünvanında yerləşən dayanacaqda olan zaman ərinə zəng etmək üçün cibindən mobil telefonunu götürmək istədikdə yerində olmadığını görmüş, telefonun naməlum şəxs tərəfindən oğurlanmasını başa düşmüşdür. O, tez həyat yoldaşı Dünyaminə zəng edərək bu barədə bildirmiş, Dünyamin də DİN-nin 102 xidmətinə məlumat vermişdir. Daha sonra o, ərizə ilə polisə müraciət etmişdir. Həmin mobil telefonu o, hadisədən 6 ay əvvəl kredit yolu ilə almışdır. Mobil telefonun nağd qiyməti 360 manat olsa da o, kredit yolu ilə almış, telefonun dəyəri 460 manat təşkil etmiş, telefonun üzərində olan ***-***-**-** və ***-***-**-** nömrələrinin hər birinin dəyəri 6 manat olmaqla, ümumilikdə ona 472 manat ziyan dəymişdir. Bazarda insanlar sıxlıq olmuş, ətrafında olan şəxslərə fikir verməmiş, oğurluğu hissə etməmişdir. Oğurluğu törətmiş Təqsirləndirilən şəxs polislər tərəfindən saxlanılmışdır, lakin həmin şəxs indiyədək ona vurduğu maddi ziyanı ödəməmişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir və pulunun ödənilməsini tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 18 dekabr 2022-ci il tarixdə uşaqlarına geyim almaq üçün Nizami rayonu “8-ci km bazarı”na getmişdir. Bazarı təxminən bir neçə saat gəzdikdən sonra, saat təxminən 13 radələrində uşaqlarına zəng edib başqa nə istədiklərini soruşmuşdur. Uşaqları ilə danışdıqdan sonra özünə məxsus “Huawei” markalı mobil telefonunu üzərində olan kürkün sol cibinə qoymuşdur. Təxminən 100-150 metr getdikdən sonra bazarın Q.Qarayev prospekti, 59 ünvanında yerləşən hissəsində olarkən telefonunu götürüb yenidən uşaqlarına zəng etmək istədikdə özünə məxsus “Huawei” markalı, 8655- 2804-3627-656 və 8655-2804-3659-667 imei kodlu mobil telefonunun cibində olmadığını aşkar etmişdir. Bazarda satıcı işləyən tanımadığı xanımdan xahiş edib həmin qadının telefonu ilə özünə məxsus ***-***-**-** mobil nömrəsinə bir neçə dəfə zəng etsə də, nömrəsinə cavab verən olmamışdır. Telefonunu yerə düşürüb itirdiyini düşünüb gəldiyi istiqamətdə telefonunu tapmaq üçün geri qayıtmışdır. Lakin mobil telefonunu tapa bilmədiyi üçün orada olan tanımadığı satıcı kişidən xahiş edib özünə məxsus nömrəyə təkrar zəng etdikdə mobil nömrəsinə zəng çatmadığını görmüşdür. Başa düşmüşdür ki, mobil telefonunu üzərində olan kürkün sol cibinbdən naməlum şəxs oğurlamışdır. Dərhal həmin satıcının mobil telefonu ilə əri Səxavətə zəng edib məlumat vermişdir. Təxminən 20 dəqiqə sonra Səxavət onun yanına gəlmiş və özünə məxsus mobil telefonla DİN-nin 102 xidmətinə zəng edib ona məxsus “Huavei” markalı mobil telefonun cibindən oğurlanması barədə məlumat vermişdir. Bazarda olarkən insanların çox olması səbəbindən bazarda sıxlıq olmuş və o, uşaqları ilə danışıb mobil telefonunu cibinə qoyub yoluna davam etdikdə ona toxunanlar olmuşdur. Lakin həmin zaman sıxlıq olması səbəbindən telefonunun oğurlanmasını düşünmədiyi üçün əlini cibinə vurmamışdır. “Huavei Y9” markalı mobil telefonunu 2019-cu ilin dekabr ayında 1390 manata almışdır, lakin telefonun hadisə baş verən vaxta satış qiyməti 500 manat olmuşdur, mobil telefonunun üzərində olan nömrənin suətini 5 manata çıxartmışdır. Ümumilikdə ona 505 manat maddi ziyan dəymişdir. Oğurluğu törətmiş Təqsirləndirilən şəxs polislər tərəfindən saxlanılmışdır, lakin həmin şəxs indiyədək ona vurduğu maddi ziyanı ödəməmişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir və pulunun ödənilməsini tələb edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2, zərərçəkmiş şəxs (arvadı) Zərərçəkmiş şəxs3 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Nizami rayonu, “Neftçilər” metrostansiyasının yaxınlığında yerləşən lombardı işlədir. 20 dekabr 2022-ci il tarixdə günorta saatlarında bir nəfər tanımadığı şəxs, hazırda təqsirləndirilən şəxs olan Təqsirləndirilən şəxs lombarda gələrək iki ədəd mobil telefonu olduğunu, telefonların özünə məxsus olduğunu və ehtiyac səbəbindən satdığını bildirmişdir. O, ilkin olaraq almaq istəməmişdir. Sonradan Təqsirləndirilən şəxs təkidlə mobil telefonun özünə məxsus olduğunu bildirərək almağını və pula ehtiyacı olduğunu söyləmişdir. O, bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi “Real ME C21” markalı mobil telefona baxdıqdan sonra 80 manat, digər “Huawei Y9” markalı mobil telefona isə 120 manat pul verə biləcəyini söyləmişdir. Təqsirləndirilən şəxs onun təklif etdiyi qiymətlə razılaşdıqdan sonra o, həmin şəxsdən mobil telefonları almışdır. Alan zaman Təqsirləndirilən şəxs mobil telefonların özünə məxsus olmasını kağızda öz imzası ilə təsdiq etmişdir. Mobil telefonların oğurluq olması barədə heç bir məlumatı olmamışdır. O, sonradan tanımadığı şəxsə “Real Me C21” markalı mobil telefonu 100 manata, “Huawei Y92 markalı mobil telefonu isə 150 manata satmışdır. Mobil telefonlar ona satılan zaman heç biri kodda olmamış, üzərlərində heç birində sim kart olmamış, telefonların oğurluq olması barədə heç bir məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü polis şöbəsinin cinayət axtarışı üzrə baş əməliyyat müvəkkili Şahid4 ifadəsində göstərmişdir ki, Bakı şəhəri Nizami RPİ-nin 24-cü polis şöbəsinin təhqiqatçısı Mir-Ülfət Abbasovun icraatında olan, vətəndaş Zərərçəkmiş şəxs1 Yevgenyevanın müraciəti əsasında 24 dekabr 2022-ci il tarixdə sonuncunun əl çantasının içərisindən 6 manat dəyərində qəhvəyi rəngli “Tefeiya” markalı pul qabını, pul qabının içərisində olan 634 manat nağd pul vəsaitini, 15 manat dəyərində “Bir kart” kredit kartı, şəxsiyyət vəsiqəsi, “Bravo” marketə məxsus olan bonus kartını gizli olaraq talamaqla şübhəli bilinən Təqsirləndirilən şəxs 25 dekabr 2022-ci il tarixdə saat 13:00-da Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Yeni yaşayış massivində 24-cü PŞ-nin əməliyyat müvəkkili Şahid5 Hafiz oğlu və onun tərəfindən saxlanılmışdır. Özlərini həmin şəxsə təqdim edərək oğurluq etməkdə şübhəli bilindiyini izah etmiş və onu 24-cü polis şöbəsinə dəvət etmişlər. Həmin şəxs etiraz etmədən onlarla getməyə razılaşmışdır. Polis şöbəsinə gətirilərkən Təqsirləndirilən şəxs şifahi olaraq narkotik vasitə və psixotrop maddələrin istifadəçisi olduğu bildirmişdir. Bu barədə 24-cü polis şöbəsinin rəhbəliyinə məruzə olunduqdan sonra polis şöbəsində xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət olunmuş və şübhəli şəxs qismində tutulmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək vəkilin iştirakı olmadan üzərinə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Sonra video çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə haqqında qərarla tanış edilmiş, paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməyi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs həmin vaxt əynində olan göy rəngli cins şalvarın arxa sağ cibindən ağ sellofana bükülmüş vəziyyətdə bükümü masanın üzərinə qoymaqla təqdim etmişdir. Həmin bükümün içərisinə baxış keçirilərkən içərisində ağ rəngli kristal şəklində spesifik iyə malik kütlə olması aşkar edilmişdir. Sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs 10 ildən artıqdır ki, narkotik vasitələrdən istifadə etdiyini, təqdim etdiyi bükümün içərisində “patı” kimi tanıdığı psixotrop maddə metamfetamin olmasını, həmin psixotrop maddəni 25 dekabr 2022-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində tanımaığı şəxsdən öz şəxsi istifadəsi üçün 40 manat pulun müqabilində aldığını, özü istifadə edəcəyi üçün üzərində saxladığını bildirmişdir. Bundan başqa şübhəli şəxs Təqsirləndirilən şəxs Bakı şəhəri, Nizami rayonunda yerləşən “8-ci km bazarı”ndan 2022ci ilin dekabr ayı ərzində vətəndaşların ciblərindən oğurluq etdikdən sonra əldə etdiyi mobil telefonları Bakı şəhəri, Nizami rayonunda, metronun “Neftçilər” stansiyasının yaxınlığında yerləşən lombarda satdığını və həmin pulla narkotik vasitə aldığını bildirmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış, lakin heç bir qeyri-qanuni əşya və ya predmet aşkar edilməmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində psixotrop maddəyə bənzər kütlə sübut əhəmiyyətinə malik olduğundan götürülərək 01 ədəd içərisi boş olan kağız zərfin içərisinə qoyularaq qablaşdırılmış, həmin zərfin üzəri bütün iştirakçılar tərəfindən imzalanaraq möhürlənmişdir. Şəxsi axtarış və götürmə aparılması haqqında protokol tərtib olunaraq imzalarla təsdiqlənmişdir. Şəxsi axtarış və götürmə zamanı polis şöbəsinin təhqiqatçısı Şahid6 tərəfindən “İphone” markalı mobil telefon vasitəsilə çəkiliş aparılmışdır. Saxlanıdlığı vaxt və əməliyyat tədbirinin sonrakı gedişi zamanı tərəflərindən Təqsirləndirilən şəxs qarşı qanunsuz hərəkətə yol verilməmiş, o da özünü səmimi apararaq yuxarıda qeyd etdiyi qaydada əməllərini etiraf etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü polis şöbəsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili Şahid5 və həmin polis şöbəsinin təhqiqatçısı Şahid6, Şahid4 ifadəsi ilə oxşar məzmunlu ifadələr vermişlər. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəmə iclasında iştirakının təmin edilməsi mümkün olmadığından onun həmin dövrdə verdiyi ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş, onun zərərçəkmiş şəxs (arvadı) Zərərçəkmiş şəxs2 ilə eyni məzmunlu ifadə verdiyi müəyyən edilmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 26 dekabr 2022-ci il tarixli qərardan görünür ki, material üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.5 və 234.1-ci maddələri ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 1-2) - 24 dekabr 2022-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, təhqiqatçı tərəfindən Zərərçəkmiş şəxs1, ekspert-kriminalistin və hal şahidlərinin iştirakları ilə hadisə yerinə baxış keçirilmişdir. (i.v. 12-13) - 25 dekabr 2022-ci il və 27 dekabr 2022-ci il tarixli protokollardan görünür ki, Bakı şəhəri Nizami RPİ-nin 24-cü polis şöbəsinin təhqiqatçısı Mir-Ülfət Abbasov tərəfindən həmin polis şöbəsinin inzibati binasında video çəkiliş aparılmaqla şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə haqqında qərarla tanış edilərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməyi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın arxa sağ cibindən ağ sellofana bükülmüş vəziyyətdə bükümü masanın üzərinə qoymaqla təqdim etmişdir. Həmin bükümün içərisinə baxış keçirilərkən içərisində ağ rəngli kristal şəklində spesifik iyə malik kütlə olması aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs 10 ildən artıqdır ki, narkotik vasitələrdən istifadə etdiyini, təqdim etdiyi bükümün içərisində “patı” kimi tanıdığı psixotrop maddə metamfetamin olduğunu, həmin psixotrop maddəni 25 dekabr 2022-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün 40 manat pulun müqabilində aldığını, özü istifadə edəcəyi üçün üzərində saxladığını bildirmişdir. Bundan başqa, şübhəli şəxs Təqsirləndirilən şəxs Bakı şəhəri, Nizami rayonunda yerləşən “8-ci km bazarı”ndan 2022-ci ilin dekabr ayı ərzində vətəndaşların ciblərindən oğurluq etdikdən sonra əldə etdiyi mobil telefonları Bakı şəhəri, Nizami rayonu, metronun “Neftçilər” stansiyasının yaxınlığında yerləşən lombarda satdığını və həmin pulla narkotik vasitə aldığını bildirmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış, lakin heç bir qeyri-qanuni əşya və ya predmet aşkar edilməmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində psixotrop maddəyə bənzər kütlə 01 ədəd içərisi boş olan kağız zərfin içərisinə qoyularaq qablaşdırılmış, zərfin üzəri bütün iştirakçılar tərəfindən imzalanaraq möhürlənmişdir. Şəxsi axtarış və götürmə zamanı qeydə alınmış videoçəkilişin köçürüldüyü diskə 27 dekabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs və müdafiəçisinin iştirakları ilə keçirilən baxış zamanı yuxarıda qeyd olunanların öz təsdiqini tapdığı müəyyən edilmişdir. (37-38, 155) - 25 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, təhqiqatşı tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs, onun müdafiəçisinin və hal şahidlərinin iştirakları ilə hadisə yerinə baxış keçirilmiş, həmin vaxt şübhəli şəxs 24 dekabr 2022-ci il tarixdə Qubaşkia Tatyana Yevgenyevnaya məxsus pul kisəsini oğurlayaraq Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 13 saylı binanın 2-ci mərtəbəsində yerləşən su sayğacının qutusunun içərisində gizlətdiyini bildirmiş və həmin ünvanı əyani şəkildə göstərmişdir. (i.v. 49-52) - 25 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 məxsus AZE ******** nömrəli şəxsiyyət vəsiqəsini, bir ədəd “Azəriqaz” smart ödəniş kartını, bir ədəd “Bravo” marketə aid bonus kartını, bir ədəd "xxxx" ASC-yə aid 4169-7388-7558-2223 “Bir kart” bank kartını və bir ədəd pul kisəsini təhqiqata təqdim etmişdir. (i.v. 54) - 25 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 müraciətləri əsasında toplanmış material Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsi ilə istintaqı aparılan cinayət işinə birləşdirilmişdir. (i.v. 55) - 17 dekabr 2022-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, təhqiqatçı tərəfindən Zərərçəkmiş şəxs2 və hal şahidlərinin iştirakları ilə hadisə yerinə baxış keçirilmişdir. (i.v. 62-63) - 18 dekabr 2022-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, təhqiqatçı tərəfindən Zərərçəkmiş şəxs3 və hal şahidlərinin iştirakları ilə hadisə yerinə baxış keçirilmişdir. (i.v. 71-72) - 26 dekabr 2022-ci il tarixli protokoldan və əlyazma yazısının kserosrətindən görünür ki, həmin əlyazma və 01 ədəd disk Şahid3 götürülmüşdür. (i.v. 77-78) -Təqsirləndirilən şəxs yazaraq imzaladığı qəbzdən görünür ki, o, özününkü kimi təqdim etdiyi “Real ME C21” markalı mobil telefonu 80 manata, “Huawei Y9” markalı mobil telefonu 120 manata 20 dekabr 2022-ci il tarixdə satmış, mobil telefonların oğurluq olmadığını, hər hansı hadisə baş versə məsuliyyəti öz üzərinə götürdüyünü qeyd etmişdir. (i.v. 78) - 25 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, vətəndaş Şahid3 iştirakı ilə sonuncunun təhqiqata təqdim etdiyi 01 ədəd DVD diskdə olan görüntüyə baxış keçirilərkən Bakı şəhəri, Nizami rayonu, metronun “Neftçilər” stansiyasının yaxınlığında yerləşən lombarda başında qara rəngli kepka-papaq, əynində qara rəngli gödəkçə və göy rəngli şalvar olan, şübhəli bilinən Təqsirləndirilən şəxs pilləkənlərlə qalxması, 20 dekabr 2022-ci il tarixdə Şahid3 işlədiyi lombarda daxil olaraq sonuncuya 2 ədəd mobil telefon satmasını bildirməsi müəyyən olunmuşdur. (i.v. 80) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 26 dekabr 2022-ci il tarixli 6/7157 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...(imza) Təqsirləndirilən şəxs...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 1,178 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Qeyd: metamfetaminin təmiz çəkisi 1,178 qram olmuş, tədqiqata 0,050 qram sərf edilmiş, 1,128 qram qalıq qalmışdır. (i.v. 81-85) - 26 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 ona tanınmaya təqdim olunmuş 1, 2, 3 və 4 rəqəmləri ilə işarələnmiş pul kisələri arasında 2-ci sırada olan pul kisəsini tanıyaraq özünə məxsus olduğunu, pul kisəsini modelindən və rəngindən tanıdığını bildirmişdir. Pul kisəsinin içərisinə baxış keçirildikdə Zərərçəkmiş şəxs1 məxsus AZE ******** nömrəli şəxsiyyət vəsiqəsi, bir ədəd “Azəriqaz” smart ödəniş kartı, bir ədəd “Bravo” marketə aid bonus kartı, bir ədəd "xxxx" ASC-yə aid 4169-7388- 7558-2223 “Bir kart” bank kartı aşkar olunmuşdur, zərərçəkmiş şəxs həmin əşyaların ona məxsus olmasını bildirmişdir. (i.v. 104-107) - 27 dekabr 2022-ci il tarixli protokolan görünür ki, Şahid3 istintaqa təqdim etdiyi və hadisə yerinə baxış keçirilən zaman götürülmüş təhlükəsizlik kamerası görüntüləri olan 02 ədəd DVD diskə baxış keçirilmişdir. Şahid3 təqdim etdiyi 1-ci diskdə 02 ədəd fayl vardır. Fayla baxış keçirilən zaman görünür ki, başında papaq olan bir nəfər şəxs pilləkənlərlə qalxır, digər görüntüdə isə onun piləkənlərlə düşdüyü görünür. Baxışda müdafiəçisi ilə iştirak edən Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin video görüntüdə olan şəxs onun özüdür, bu görüntülər onun əvvəlcədən müxtəlif şəxslərin ciblərinə girərək əldə etdiyi “Real ME C21” markalı mobil telefonu və “Huavei Y9” markalı mobil telefonları lombarda verən zaman olan görüntüsüdür, birinci görüntüdə o, telefonu lombarda aparır, digər görüntüdə isə lombarddan çıxır. 2-ci diskdə təhlükəsizlik kameralarından götürülmüş cəmi 07 ədəd fayl vardır. Görüntülərdən birincisinə baxış keçirildikdə başında papaq olan bir şəxsin Zərərçəkmiş şəxs1 arxası ilə getdiyi, həmin vaxt onun əlində çanta olduğu və bir nəfər şəxsin həmin vaxt çantadan pul qabını götürməsi öz əksini tapmışdır. Digər fayllarda isə həmin şəxsin “8-ci km bazarı”nda yeriyərək getdiyi və pul sayması əksini tapmışdır. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin görüntülərdə onun Zərərçəkmiş şəxs1 çantasından pul qabını götürdüyü, daha sonra isə bazar ərazisindən çıxdığı, daha sonra isə orada olan apteklərin birindən əldə etdiyi pul ilə özü üçün dərman preparatları alması oz əksini tapmışdır. (i.v. 156) - 27 dekabr 2022-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Şahid3 “Real ME C21” markalı mobil telefonu 80 manata, “Huawei Y9” markalı mobil telefonu 120 manata 20 dekabr 2022-ci il tarixdə ona satmış Təqsirləndirilən şəxs ona təqdim edilmiş şəxslərin sırasından tanımışdır. (i.v. 174-177) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin Ambulator Məcburi-Narkoloji tibbi yoxlamasının 21 yanvar 2023-cü il tarixli 291 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 219-220) - 19 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.5 və 234.1-ci maddələri elan edilmiş ittiham qüvvəsində saxlanılmış, cinayət işi üzrə içərisində videogörüntülər olan 03 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə olunmuş, AZE ******** nömrəli şəxsiyyət vəsiqəsi, bir ədəd “Azəriqaz” smart ödəniş kartı, bir ədəd “Bravo” marketə aid bonus kartı, bir ədəd "xxxx" ASC-yə aid 4169-7388-7558-2223 “Bir kart” bank kartı və 01 ədəd pul kisəsi maddi sübut kimi tanınmış, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş təmiz çəkisi 1,178 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonrakı qalıq 1,128 qram psixotrop maddə metamfetamin saxlanmasından ötrü Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 180, 181, 234.2 və 234.4.1-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, Şahid3 barəsində Azərbaycan Respublikası CM-nin 194-cü madəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs aşkar edilmiş psixotrop maddənin mənbəyini müəyyən etmək məqsədi ilə cinayət işindən material ayrılmış, aidiyyəti üzrə araşdırma aparılması üçün Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nə göndərilmişdir. (i.v. 221-235) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanun-suz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il Qərarına əsasən qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək qeyd edir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş psixotrop maddənin mənbəyinin müəyyən edilməsi faktının araşdırılması məqsədi ilə material ayrılmışdır və nəticəsindən asılı olaraq hüquqi qiymət veriləcəkdir. Məhkəmə, dövlət ittihamçısını, zərərçəkmiş şəxsləri, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.5 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirliliyi özünün qismən etiraf ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, məhkəmə ekspertizasının rəyləri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.5 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə özünü təqsirli bilməməsini və ya qismən təqsirli bilməsini onun hüququ kimi qəbul edir və bununla bağlı dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Təqsirləndirilən şəxsin və müdafiəçisinin irəli sürdüyü dəlillər məhkəmə tədqiqi zamanı hərtərəfli, tam və obyektiv araşdırılmışdır, müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı ifadələrində özünü təqsirli bilərək işin faktiki halları ilə uyğunluq təşkil edən ifadələr vermişdir. Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə. Məhkəmə qeyd edir ki, cinayət-prosessual qanunvericiliyinə görə, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyi təsdiq edildiyi halda bəraət hökmü çıxarılmalıdır. Lakin məhkəmə tədqiqi zamanı Təqsirləndirilən şəxs ittiham olunduğu maddələrlə bəraət verilməsi üçün Azərbaycan Respublikası CPM-nin 42-ci maddəsində nəzərdə tutulmuş əsaslar məhkəmə iclasında müəyyən edilməmişdir, əksinə, müəyyən edilmişdir ki, sözügedən cinayət hadisələri baş vermişdir; əməllərdə cinayət tərkibi vardır; cinayətlərin törədilməsinə məhz Təqsirləndirilən şəxs aidiyyəti olmuşdur və onun bu cinayət hadisələrində təqsirliliyi sübuta yetirilmişdir, hansı ki, məhkəmə bununla bağlı dəlillərini yuxarıda kifayət qədər əsaslandırmışdır. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 177.2.2, 177.2.5 və 234.1-ci maddələrinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.5-ci maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - təkrar; zərərçəkmiş şəxsin üzərindən, cibindən, çantasından və ya digər əl yükündən çıxarılmaqla törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 25 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.5 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə şübhəli kimi həmin tarixdə tutulmuşdur. (i.v. 33) - 27 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddəti 03 ay həddində müəyyən edilmiş, həbsetmənin əvvəli 25 dekabr 2021-ci il tarixdən hesablanmışdır. (i.v. 166-170) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 24 yanvar 2023-cü il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 14 dekabr 2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 23 aprel 2012-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş; Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 03 sentyabr 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29,177.2.2 və 234.1-ci maddələri ilə təqsirli bilinib, CM-nin 66.3-cü maddəsinə əsasən 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş; Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 23 fevral 2017-ci il tarixli qərarı ilə cinayət qanunvericiliyində edilmiş dəyişikliyə əsasən CM-nin 29,177.2.2-ci ilə olan əməli CM-nin 29,177.1-ci maddəsinə tövsif edilərək qəti cəzanın müddəti 03 il 03 ay həddində müəyyən edilmiş, cəzasını tam çəkib qurtardığı üçün azad edilmiş; Sumqayıt Şəhər Məhkəməsinin 28 avqust 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.5-ci maddələri ilə təqsirli bilinib, 01 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş; Sumqayıt Şəhər Məhkəməsinin 23 sentyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.5-ci maddələri ilə təqsirli bilinib, CMnin 68.1.1-1 və 67.1-ci maddələrinə əsasən qəti olaraq 02 il 02 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 02 dekabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Amnistiya Qərarının 2.4-cü bəndinə əsasən cəzadan azad edilmişdir. (i.v. 193-195, 206-216) “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli qərarının 1-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.5 və 234.1-ci maddələri ilə törətdiyi əməllər həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayətlər hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal qismində Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar da müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən bu Qərarın 2.2-ci və 2.3-cü bəndlərində göstərilən şəxslərdən başqa, az ağır və ya ilk dəfə ağır cinayət törətdiklərinə görə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 6 aydan artıq olmayan şəxslərin cəzadan azad edilmələri, həmin Qanunun 7-ci hissəsinə əsasən bu Qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluğun götürülməsi nəzərdə tutulmuşdur. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs az ağır cinayət əməlinə görə azadlıqdan məhrum etmə növündə çəkdiyi cəzadan 02 dekabr 2021-ci il tarixdə yuxarıda istinad olunan Amnistiya Qərarının 2.4-cü bəndinə əsasən azad edildiyindən o, məhkumluğu olmayan şəxs hesab olunur, əməlində cinayətlərin residivi yaranmır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayətlər törətməsini, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzaları təyin edilməli, CM-nin 66.2-ci maddəsinə əsasən qeyd edilən cəzalar qismən toplanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 175.5-ci maddələrinin tələblərinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 25 dekabr 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə mindiyi günədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələbinə uyğun olaraq, hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur, zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyan ödənilməsə də, onlar tərəfindən məhkəməyədək icraat və məhkəmə icraatı zamanı qanunla müəyyən edilmiş müddətdə və qaydada mülki iddia verilməmişdir, Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır, belə olan halda, məhkəmə hesab edir ki, göstərilənlərə əsasən ziyanın ödənilməsini tələb edən zərərçəkmiş şəxslər mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilərlər, onlara bu hüquqları izah edilməlidir; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınaraq Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasında saxlanılan, ekspertiza tədqiqatına sərf edildikdən sonra psixotrop maddə metamfetaminin qalıq hissəsi məhv olunmalı, 03 ədəd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı, aşkar olunmuş müvafiq əşyaların zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmalı; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə, Ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.5 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından, vəkilin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 35 iş saatı müddətinə bərabər tutulduğundan, (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) hüquqi xidmətə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla müvafiq hesablaşma hesabı üzərindən dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.5 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-nin 177.2.2 və 177.2.5-ci maddələri ilə 02 (iki) il 05 (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 234.1-ci maddəsi ilə 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş həmin cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı 25 dekabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Maddi sübut qismində tanınaraq Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilən, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,128 qram olan psixotrop maddə metamfetamin məhv edilsin, 03 ədəd DVD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın, AZE ******** nömrəli 01 ədəd şəxsiyyət vəsiqəsinin, 01 ədəd “Azəriqaz” smart ödəniş kartının, “Bravo” marketə aid 01 ədəd bonus kartının, "xxxx" ASC-yə aid 01 ədəd 4169-7388-7558-2223 nömrəli “Bir kart” bank kartının və 01 ədəd pul kisəsinin məhkəməyədək icraat zamanı Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınsın. Məhkəmə məsrəfi olan 81 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı 35 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə dəvət olunmuş Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi 210 manat əmək haqqı müvafiq hesablaşma hesabı üzərindən Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə dəymiş ziyanı tələb edən zərərçəkmiş şəxslərə mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilmək hüquqları izah edilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-262/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-262/2023
24.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver