Məhkəmə qərarları › İş №1(007)-262/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-262/2024

07.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-262/2024 07.06.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxx 1989-cu il tarixdə Rusiya Federasiyası, Sverdlovsk şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, üç uşağı olan, işləməyən, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Xəstəxanayanı küçəsi ev 1Q-də qeydiyyatda olmaqla yaşamış, Şəki Rayon Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29,177.2.1, 29,177.2.2, 29,177.2.3, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, CM-nin 66.2-ci maddəsinə əsasən qəti olaraq 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 30 avqust 2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş 05 ay 29 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, 19 yanvar 2024-cü il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, törətdiyi digər cinayət əməlinə görə 29 yanvar 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, müstəntiqin vəsatəti və onunla bağlı prokurorun təqdimatı əsasında Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə, təqsirləndirilən şəxs xx xxx 1989-cu il tarixdə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, üç uşağı olan, fərdi qaydada işləyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Xəstəxanayanı küçəsi ev 1Q-də qeydiyyatda olmaqla yaşayan, 09 dekabr 2023-cü il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talayıb, oğurluq etmişdir. Belə ki, o, arvadı Təqsirləndirilən şəxs1 ilə birlikdə 04 sentyabr 2023-cü il tarixdə saat 16:42 radələrində Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti 172 ünvanında yerləşən “Bravo” hipermarketdə quraşdırılmış "xxxx" ASC-yə məxsus bankomatdan pul çıxarmaq istəyən Zərərçəkmiş şəxs arxasında dayanaraq sonuncunun özünə məxsus olan "xxxx" ASC-yə aid 4127-2081-3260-2110 nömrəli debet kartını bankomata daxil edib 600 manat pulun çıxarılması ilə bağlı komandanı verdikdən sonra kartı bankomatdan çıxarıb 600 manat məbləğində nağd pulu unudub kənara çəkilməsini görüb özgə əmlakını gizli olaraq talama məqsədilə arvadı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib birlikdə dərhal bankomata yaxınlaşaraq aralarında olan cinayətkar razılığa əsasən o, bankomatdan çıxmış Zərərçəkmiş şəxs məxsus 600 manat nağd pul vəsaitini götürüb qrup üzvü Təqsirləndirilən şəxs1 əlində saxladığı pul kisəsinə qoyaraq birlikdə hadisə yerindən uzaqlaşmaqla gizli olaraq talayıb Zərərçəkmiş şəxs 600 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bu hərəkəti ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talayıb, oğurluq etmişdir. Belə ki, o, əri Təqsirləndirilən şəxs2 ilə birlikdə 04 sentyabr 2023-cü il tarixdə saat 16:42 radələrində Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti 172 ünvanında yerləşən “Bravo” hipermarketdə quraşdırılmış "xxxx" ASC-yə məxsus bankomatdan pul çıxarmaq istəyən Zərərçəkmiş şəxs arxasında dayanaraq sonuncunun özünə məxsus olan "xxxx" ASC-yə aid 4127-2081-3260-2110 nömrəli debet kartını bankomata daxil edib 600 manat pulun çıxarılması ilə bağlı komandanı verdikdən sonra kartı bankomatdan çıxarıb 600 manat məbləğində nağd pulu unudub kənara çəkilməsini görüb özgə əmlakını gizli olaraq talama məqsədilə əri Təqsirləndirilən şəxs2la qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib birlikdə dərhal bankomata yaxınlaşaraq aralarında olan cinayətkar razılığa əsasən qrup üzvü Təqsirləndirilən şəxs2 bankomatdan çıxmış Zərərçəkmiş şəxs məxsus 600 manat nağd pul vəsaitini götürüb onun əlində saxladığı pul kisəsinə qoyaraq birlikdə hadisə yerindən uzaqlaşmaqla gizli olaraq talayıb Zərərçəkmiş şəxs 600 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bu hərəkəti ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 04 sentyabr 2023-cü il tarixdə həyat yoldaşı Təqsirləndirilən şəxs1 ilə birlikdə Bakı şəhəri, Nizami rayonu ərazisində “Koroğlu” metrostansiyası yaxınlığında yerləşən “Bravo” marketdə olan zaman həyat yoldaşının əmək haqqısını çıxarmaq üçün bankomata yaxınlaşmışlar. Bankomata yaxınlaşan zaman əvvəllər tanımadığı, sonradan adının Zərərçəkmiş şəxs olduğunu bildiyi sarı saçlı, əynində göy rəngli pencək, ağ rəngli şalvar olan bir qadının bankomatdan pul çəkdiyini görüb ondan sonrakı növbəni gözləmişlər. Həmin qadın bankomatın qarşısından uzaqlaşdıqdan sonra Maralla birlikdə bankomata yaxınlaşmışlar. Bankomata yaxınlaşan zaman bankomatın pul qutusunda 100 manatlıq əskinaslar şəklində pulların qaldığını görmüşdür. Başa düşmüşdür ki, onlardan əvvəl bankomatın qarşısında olan Zərərçəkmiş şəxs kartından pulu nağdlaşdırsa da, unutqanlıq edərək pulu götürmədən çıxıb getmişdir. Bu barədə o, Marala bildirmişdir. Ətrafdan onları kiminsə görüb-görmədiyini müşahidə etdikdən sonra bankomatın qutusunda olan pulu götürüb Maralın əl çantasına qoymuşdur. Məqsədləri həmin pulu gizli şəkildə götürüb oradan uzaqlaşmaq olmuşdur. Sonradan Zərərçəkmiş şəxs ilə marketdə rastlaşsalar da, ona pulu qaytarmamış, bu barədə heç nə deməmişlər. Sonra marketdən çıxıb getmişlər. Marketdən çıxıb getdikdən sonra pulu sayıb 6 ədəd 100 manatlıq əskinaslar şəklində ümumiliikdə 600 manat olduğunu müəyyən etmişlər. Həmin pulu şəxsi ehtiyacları üçün xərcləmiş, bu barədə heç kimə məlumat verməmişlər. Təqsirləndirilən şəxs2 ifadəsində daha sonra pulu onun özünün götürdüyünü, həyat yoldaşı Maralın təqsirinin olmadığını, polis bölməsinə çağırılan zaman əməllərini etiraf etdiklərini, Zərərçəkmiş şəxs dəymiş maddi ziyanı tamamilə ödədiklərini, əməlindən səmimi peşman olduğunu, himayəsində üç azyaşlı uşağı olduğunu nəzərə almağı məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 04 sentyabr 2023-cü il tarixdə təxminən saat 16:40 radələrində o, həyat yoldaşı Təqsirləndirilən şəxs2 ilə birlikdə Bakı şəhəri, Nizami rayonu ərazisində “Koroğlu” metrostansiyası yaxınlığında yerləşən “Bravo” hipermarketdə olan zaman kart vasitəsi ilə maaşını çıxarmaq üçün bankomata yaxınlaşmışlar. Bankomata yaxınlaşan zaman əvvəllər tanımadığı, sonradan adının Zərərçəkmiş şəxs olduğunu bildiyi bir nəfər xanımın bankomatdan pul çəkdiyini görüb növbə gözləmişlər. Zərərçəkmiş şəxs kartını bankomata daxil edib şifrəsini yığsa da, unutqanlıq edib bankomatdan pulunu götürmədən kartını götürüb getmişdir. Pullar isə pul qutusunda qalmışdır. Elxan bunu görüb pulun bankomatda qaldığını ona bildirmişdir. O, əvvəlcə Elxana demişdir ki, pulu götürüb sahibinə çatdırsınlar. Lakin Elxan razı olmamışdır. O da Elxanla razılaşmış və qərara almışdır ki, pulu götürüb oradan uzaqlaşsınlar. Hər ikisi bankomata yaxınlaşmış, ətrafdan onları kiminsə görüb-görmədiyini müşahidə etdikdən sonra Elxan bankomatın qutusunda olan pulu götürüb onun əl çantasına qoymuşdur. Məqsədləri həmin pulu gizli şəkildə götürüb oradan uzaqlaşmaq olmuşdur. “Bravo” marketdə olan zaman iki dəfə pulun sahibi Zərərçəkmiş şəxs görmüşlər. Lakin həmin qadına pulu götürdüklərini bildirməmiş və marketdən çıxıb getmişlər. Evdə həmin pulu sayıb 6 ədəd 100 manatlıq əskinaslar şəklində ümumilikdə 600 manat olduğunu müəyyən etmişlər. Həmin pulu şəxsi ehtiyacları üçün, yəni uşaqlarına paltar almağa xərcləmişlər. Təqsirləndirilən şəxs1 ifadəsində daha sonra hadisə yerində özü tək olsa pulu götürməyəcəyini, pulu götürmək təşəbbüsünün Elxandan gəldiyini, polis bölməsinə çağırılan zaman əməllərini etiraf etdiklərini, Zərərçəkmiş şəxs dəymiş maddi ziyanı tamamilə ödədiklərini, əməlindən səmimi peşman olduğunu, himayəsində üç azyaşlı uşağı olduğunu nəzərə almağı məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 04 sentyabr 2023-cü il tarixdə saat 16:42 radələrində Bakı şəhəri, Nizami rayonu ərazisində “Koroğlu” metrostansiyası yaxınlığında yerləşən “Bravo” hipermarketdə olan zaman pul nağdlaşdırmaq üçün “ABB”-yə məxsus bankomata yaxınlaşıb “ABB”-yə aid 4127-2081- 3260-2110 nömrəli debet kartını bankomata daxil edərək şifrəni yığmış və 600 manat pul nağdlaşdırmaq üçün bankomata sifariş vermişdir. Lakin kartı bankomatdan götürərkən unutqanlıq edərək 600 manat pulu götürmədən oradan uzaqlaşmışdır. Kartı götürüb bankomatdan uzaqlaşan zaman yadına düşmüşdür ki, nağdlaşdırdığı 600 manat pulu pul qutusundan götürməmişdir. Həmin bankomatın yanına geri qayıtmışdır. Lakin pul qutusunda pulun olmadığını görmüşdür. Həmçinin telefonunda olan mobil tətbiq vasitəsi ilə yoxlayıb həqiqətən də pulun bankomatdan çıxdığını müəyyən etmişdir. Başa düşmüşdür ki, bankomatdan uzaqlaşan zaman kimsə pul qutunsundan onun pulunu götürmüşdür. Ona məxsus “ABB”-ə aid həmin plastik kartın bir tərəfi 4127-2044-4214-3499 nömrəli kredit kartı, digər tərəfi isə 4127-2081-3260-2110 nömrəli debet kartıdır. Həmin 600 manat pulu 4127-2081-3260-2110 nömrəli debet kartından çıxarmışdır. Hadisə nəticəsində ona 600 manat maddi ziyan dəymişdir. Hadisə ilə bağlı bankomatdan pulu çəkən zaman ondan arxada dayanmış bir nəfər kişi və bir nəfər qadından şübhələnmiş, düşünmüşdür ki, unutqanlıq edib pulu götürmədən bankomatdan uzaqlaşmış və bu zaman həmin şəxslər də ondan sonra pulu götürmüşlər. Şikayəti əsasında aparılan araşdırma ilə bu, öz təsdiqini tapmış, oğulruğun Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 adlı ər-arvad tərəfindən edildiyi müəyyən olunmuşdur. Zərərçəkmiş şəxs ifadəsinə əlavə olaraq göstərmişdir ki, 600 manat pulu nağdlaşdırmaq üçün bankomata sifariş verən zaman ona zəng gəlmiş, başı telefonla danışmağa qarışmış, bir az irəlidə pulu götürmədiyi yadına düşüb geri qayıdanda həmin ər-arvadla qarşılaşmış, lakin onlar ona heç nə deməmiş, bankomatda unutduğu pulu ona verməmişlər. Özü də həmin şəxslərdən nəsə soruşmamışdır. Ona vurulmuş maddi ziyan ödənildiyinə görə hazırda təqsirləndirilən şəxslərlə barışmışdır, onlara qarşı şikayət və tələbi yoxdur. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 08 dekabr 2023-cü il tarixli qərardan görünür ki, fakt görə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 1) -Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin təhqiqatçısı tərəfindən tərtib olunmuş 07 sentyabr 2023-cü il tarixli protokoldan və qəbzlərin surətindən görünür ki, Zərərçəkmiş şəxs müraciətində göstərdiyi xüsusatları sübut etmək məqsədi ilə telefonunda olan mobil tətbiqdən çıxarış etdiyi “ABB”-yə məxsus debet kartın balansından 600 manat pulun çıxarılmasına dair qəbzin surətini 2 vərəqədə təqdim etmişdir. Qəbzlərin surətinə baxış zamanı müəyyən olunmuşdur ki, 04 sentyabr 2023-cü il tarixdə saat 16:42-də 4127*2110 nömrəli kartın balasından 600 manat pul “Koroğlu” metrostansiyası yaxınlığında yerləşən “Bravo” hipermarketdə olan ATM-dən çıxarılmışdır. (i.v. 10-12) -"xxxx" ASC-nin 06 oktyabr 2023-cü il tarixli 6-2-41/2-27200/2023 nömrəli məktubundan görünür ki, 04 sentyabr 2023-cü il tarixdə “Koroğlu” metrostansiyası yaxınlığında yerləşən “Bravo” hipermarketin içərisində quraşdırılmış 2202 saylı bankomat vasitəsi ilə Zərərçəkmiş şəxs məxsus 41272081****2110 saylı plastik kartla 600 manat məbləğində nağdlaşdırma əməliyyatı aparılmışdır. (i.v. 22) -Bakı şəhəri Nizami RPİ-nin İŞ-nin müstəntiqi tərəfindən 08 dekabr 2023-cü il tarixdə tərtib olunmuş protokoldan görünür ki, hadisənin görüntülərini əks etdirən 01 ədəd CD diskə Təqsirləndirilən şəxs1 iştirakı ilə baxış keçirilmişdir. CD diskdə olan 01 ədəd fayldakı 02 dəqiqə 24 saniyəlik videogörüntünün 5-ci saniyəsində əynində göy pencək, ağ şalvar olan sarı saçlı qadının, yəni Zərərçəkmiş şəxs ABB-ə məxsus bankomata yaxınlaşdığı, kartı daxil edib kodu qeyd etdiyi, görüntünün 26-cı saniyəsində həmin qadından təxminən 1 metr arxada əynində göy rəngli şalvar, ağ rəngli köynək olan seyrəksaçlı kişinin və əynində göy rəngli şalvar, ağ rəngli köynək olan qadının dayanıb söhbət etdikləri, görüntünün 33-cü saniyəsində Zərərçəkmiş şəxs bankomatda nağdlaşdırmaq istədiyi məbləği qeyd edərək təsdiq düyməsini basdığı, həmin müddətdə Zərərçəkmiş şəxs əlindəki mobil telefona baxdığı, görüntünün 47-ci saniyyəsində bankomatdan kartı götürdüyü və bankomatın pul qutusundan nəğdləşdirdiyi pul çıxmadan oranı tərk etdiyi, görüntünün 52-ci saniyyəsində arxada dayanan kişi və qadının bankomata yaxınlaşdığı, həmin vaxtı qutunun qapağının açıldığı, içərisində pul olduğu, həmin kişinin görüntünün 55-ci saniyəsində pulu götürüb əlində saxladığı, hər ikisinin arxaya çevrilərək Zərərçəkmiş şəxs arxasınca baxdıqları, görüntünün birinci dəqiqəsində qadının kişiyə yaxınlaşaraq çantasını açdığı, çantada olan pul kisəsini çıxarıb həmin kişiyə verdiyi, bu müddətdə həmin qadının ətrafa və başının üzərində olan videomüşahidə kamerasına baxdığı, kişinin əlindəki pulu gizlincə pul kisəsinə qoyduğu, pul kisəsindən bank kartı çıxararaq bankomata daxil etdiyi, görüntünün 01:20-ci dəqiqəsində qadının kişinin əlində saxladığı pul kisəsinin içindən pulu götürdüyü, bankomata daxil etdikləri kartla heç bir əməliyyat aparmadan hər ikisinin oradan uzaqlaşdığı, görüntünün 01:36-cı dəqiqəsində eskalatorla yuxarı qalxan zaman əks tərəfdən eskalatorla aşağı düşən Zərərçəkmiş şəxs ilə rastlaşdıqları, onun yanından keçdikdən sonra kişi və qadının Zərərçəkmiş şəxs arxasınca baxdıqları, eskalatordan yuxarı qalxdıqdan sonra yuxarıdan aşağıya tərəf baxdıqları və təkrarən eskalatorla dərhal aşağı düşdükləri, ətrafa baxmaqla görüntünün 02:21-ci dəqiqəsində marketi tərk etdikləri müəyyən edilmişdir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs arxasında dayanan kişinin əri Təqsirləndirilən şəxs2, qadının isə özü olduğunu bildirmişdir. (i.v. 45) - 09 dekabr 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsindən həmin Məcəllənin 177.2.1-ci maddəsinə tövsif edilmişdir. (i.v. 57) -Bakı şəhəri Nizami RPİ-nin İŞ-nin müstəntiqi tərəfindən 19 yanvar 2024-cü il tarixdə tərtib olunmuş protokoldan görünür ki, hadisənin görüntülərini əks etdirən 01 ədəd CD diskə Təqsirləndirilən şəxs2 iştirakı ilə baxış keçirilmişdir. CD diskdə olan 01 ədəd fayldakı 02 dəqiqə 24 saniyəlik videogörüntünün 5-ci saniyəsində əynində göy pencək, ağ şalvar olan sarı saçlı qadının, yəni Zərərçəkmiş şəxs ABB-ə məxsus bankomata yaxınlaşdığı, kartı daxil edib kodu qeyd etdiyi, görüntünün 26-cı saniyəsində həmin qadından təxminən 1 metr arxada əynində göy rəngli şalvar, ağ rəngli köynək olan seyrəksaçlı kişinin və əynində göy rəngli şalvar, ağ rəngli köynək olan qadının dayanıb söhbət etdikləri, görüntünün 33-cü saniyəsində Zərərçəkmiş şəxs bankomatda nağdlaşdırmaq istədiyi məbləği qeyd edərək təsdiq düyməsini basdığı, həmin müddətdə Zərərçəkmiş şəxs əlindəki mobil telefona baxdığı, görüntünün 47-ci saniyyəsində bankomatdan kartı götürdüyü və bankomatın pul qutusundan nəğdləşdirdiyi pul çıxmadan oranı tərk etdiyi, görüntünün 52-ci saniyyəsində arxada dayanan kişi və qadının bankomata yaxınlaşdığı, həmin vaxtı qutunun qapağının açıldığı, içərisində pul olduğu, həmin kişinin görüntünün 55-ci saniyəsində pulu götürüb əlində saxladığı, hər ikisinin arxaya çevrilərək Zərərçəkmiş şəxs arxasınca baxdıqları, görüntünün birinci dəqiqəsində qadının kişiyə yaxınlaşaraq çantasını açdığı, çantada olan pul kisəsini çıxarıb həmin kişiyə verdiyi, bu müddətdə həmin qadının ətrafa və başının üzərində olan videomüşahidə kamerasına baxdığı, kişinin əlindəki pulu gizlincə pul kisəsinə qoyduğu, pul kisəsindən bank kartı çıxararaq bankomata daxil etdiyi, görüntünün 01:20-ci dəqiqəsində qadının kişinin əlində saxladığı pul kisəsinin içindən pulu götürdüyü, bankomata daxil etdikləri kartla heç bir əməliyyat aparmadan hər ikisinin oradan uzaqlaşdığı, görüntünün 01:36-cı dəqiqəsində eskalatorla yuxarı qalxan zaman əks tərəfdən eskalatorla aşağı düşən Zərərçəkmiş şəxs ilə rastlaşdıqları, onun yanından keçdikdən sonra kişi və qadının Zərərçəkmiş şəxs arxasınca baxdıqları, eskalatordan yuxarı qalxdıqdan sonra yuxarıdan aşağıya tərəf baxdıqları və təkrarən eskalatorla dərhal aşağı düşdükləri, ətrafa baxmaqla görüntünün 02:21-ci dəqiqəsində marketi tərk etdikləri müəyyən edilmişdir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs arxasında dayanan qadının arvadı Təqsirləndirilən şəxs1, kişinin isə özü olduğunu bildirmişdir. (i.v. 132) - 24 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə elan edilmiş ittiham qüvvəsində saxlanılmış, onların əməlində Azərbaycan Respublikası CM-nin 180-ci maddəsinin tərkib əlamətləri olmadığından barələrində həmin maddə ilə cinayət təqibi rədd edilmiş, 02 ədəd A4 formatında kağız üzərində olan mobil tətbiqdən çıxarılmış qəbzlərin surəti, hadisənin görüntülərini özündə əks etdirən 01 ədəd CD disk cinayət işinin materiallarına əlavə edilmişdir. (i.v. 155-159) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il Qərarına əsasən qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsləri və onların müdafiəçilərini dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirlilikləri özlərinin etirafedici ifadələri ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməlləri Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barələrində ittiham hökmü çıxarılmalı və onlara Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 177.2.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsinə əsasən, oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: -Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, X1 20 yanvar 2013-cü il tarixdə, X2 27 yanvar 2014-cü il tarixdə, X3 25 aprel 2015-ci il tarixdə doğulmuşlar, ataları Təqsirləndirilən şəxs2, anaları Təqsirləndirilən şəxs1dır. (i.v. 76-78) - 09 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami RPİ-nin istintaq şöbəsinin müstəntiqi tərəfindən Təqsirləndirilən şəxs1 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 79-80) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 18 dekabr 2023-cü il tarixli tələbnamədən, hökmün və qərarın surətlərindən görünür ki, Təqsirləndirilən şəxs2 Şəki Rayon Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29,177.2.1, 29,177.2.2, 29,177.2.3, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, CM-nin 66.2-ci maddəsinə əsasən qəti olaraq 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 30 avqust 2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş 05 ay 29 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. (i.v. 85-131, 125-126) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 16 dekabr 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu haqqında məlumat yoxdur. (i.v. 124) - 19 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami RPİ-nin istintaq şöbəsinin müstəntiqi tərəfindən Təqsirləndirilən şəxs2 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 150-151) -Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli 4(008)- 63/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs kimi 29 yanvar 2024-cü il tarixdə tutulmuş, 31 yanvar 2024-cü il tarixdə həmin maddədə nəzərdə tutulan ittiham elan edilməklə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, müstəntiqin vəsatəti və onunla bağlı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında, həbsetmənin əvvəli 29 yanvar 2024-cü il tarixdən hesablanmaqla, barəsində 03 ay həddində həbs qətimkan tədbiri seçilmişdir. -Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 26 aprel 2024-cü il tarixli 1(007)- 262/2024 nömrəli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində ibtidai istintaqı aparılan digər cinayət işi üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli 4(008)-63/2024 nömrəli qərarı ilə həbs qətimkan tədbiri seçilməklə Bakı istintaq təcridxanasında saxlanılması nəzərə alınmış, hazırkı iş üzrə onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilmişdir. -“Elektron Məhkəmə İnformasiya Sistemi”ndə qeydə alınmış məlumatdan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi 06 may 2024-cü il tarixdən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin icraatındadır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 Şəki Rayon Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş dövrü ərzində qəsdən az ağır cinayət törətdiyindən, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 30 avqust 2023-cü il tarixli qərarı ilə onun barəsində təyin edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən ləğv edilməsi, 27 yanvar 2022-ci il tarixli hökm üzrə çəkilməmiş 05 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasının Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilməli olan cəzaya müvafiq qaydada birləşdirilməsi üçün əsaslar yaranmışdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən, cəzanın çəkilməmiş hissəsi ərzində məhkum qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə törətdikləri əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs2 himayəsində azyaşlı uşaqlarının olmasını, iş üzrə zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın ödənilməsini və onunla barışıq əldə edilməsini Azərbaycan Respublikası CM-nin müvafiq olaraq 59.1.4, 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə Təqsirləndirilən şəxs2 münasibətdə cinayətlərin residivinin müəyyən edildiyini nəzərə alaraq, həmin halı Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır, cəzanı ağırlaşdıran digər hallar isə müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 himayəsində azyaşlı uşaqlarının olmasını, iş üzrə zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın ödənilməsini və onunla barışıq əldə edilməsini Azərbaycan Respublikası CM-nin müvafiq olaraq 59.1.4, 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən 25 iyun 2003-cü il tarixli Qərarında həmçinin göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs2 barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, işin faktiki hallarını nəzərə alaraq və onun cəmiyyətdən təcrid edilmədən islah olunmasının qeyri-mümkün olması qənaətinə gələrək, hesab edir ki, cinayətlərin residivi baxınından təqsirləndirilən şəxsə daha yüngül cəza təyin edilməsi üçün əsaslar müəyyən edilməmişdir, törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir. Məhkəmənin qənaətinə görə, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir, ona görə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Bununla yanaşı, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 30 avqust 2023-cü il tarixli qərarı ilə təyin edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən ləğv edilməli, Şəki Rayon Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli hökmü üzrə çəkilməmiş 05 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasını Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirmək yolu ilə ona qəti müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu, həbsdə saxlanıldığı və ev dustaqlığında saxlanıldığı müddətlər onun həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə qeyd edir ki, iş materiallarına əsasən, Təqsirləndirilən şəxs2 barəsində hazırkı iş üzrə tutma tətbiq edilməmişdir, onun həbsdə saxlnaılması Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin icraatında olan cinayət işi ilə bağlı olduğundan həmin həbsdə saxlanılma müddəti cari iş üzrə cəza müddətinə hesablana bilməz, cəzaçəkmə müddətinin başlanğıcı hökmün çıxarıldığı 07 iyun 2024-cü il tarixindən hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən, məhkəmə qeyd edir ki, iş üzrə hökmün icrasını təmin etmək məqsədi ilə Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilməli, bu zaman onun Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin icraatında olan cinayət işi üzrə Bakı istintaq təcridxanasında saxlanılması nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət əməli törətməsini, cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halın isə olmamasını, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq və cəmiyyətdən təcrid edilmədən islah olunmasının mümkün olması qənaətinə gələrək, hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmamaqla barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 158.2.1-ci və Azərbaycan Respublikası CM-nin 69.3-cü maddələrinin tələbləri baxımından qeyd edir ki, cinayət işinin materiallarına əsasən, Təqsirləndirilən şəxs1 hazırkı işlə bağlı şübhəli şəxs qismində tutulmamış və həbsdə saxlanılmamışdır, ona görə cəza müddətinin hesablanması zamanı qeyd olunan normaların tələblərinə əməl edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-3.1 və 51-2.1-ci maddələrinə əsasən, Təqsirləndirilən şəxs1 ona təyin olunacaq azadlığın məhdudlaşdırılması növündə cəzanı yaşayış yeri üzrə çəkməli və cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 üzərinə müvafiq məhkəmə qərarı olmadan hər gün saat 00:00-dan növbəti gün saat 06:00-dək yaşayış yerini, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulmalı, üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur, zərərçəkmiş şəxsə dəymiş maddi ziyan ödənilmiş, onun tərəfindən məhkəməyədək icraat və məhkəmə icraatı zamanı qanunla müəyyən edilmiş müddətdə və qaydada mülki iddia verilməmişdir; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; 02 ədəd A4 formatında kağız üzərində olan mobil tətbiqdən çıxarılmış qəbzlərin surəti, hadisənin görüntülərini özündə əks etdirən 01 ədəd CD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza iş üzrə keçirilməmişdir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən, bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin müdafiəçilərin xidmətlərini ödəməyə kifayət qədər vəsaitləri olmadığından, qərar əsasında dövlət hesabına dəvət olunmuş vəkillərin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxslərə göstərdikləri hüquqi yardıma görə, Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən, hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 30 avqust 2023-cü il tarixli qərarı ilə təyin edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən ləğv edilsin, Şəki Rayon Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli hökmü üzrə çəkilməmiş 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasını Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 02 (iki) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 07 iyun 2024-cü il tarixdən hesablansın. Hökmün icrasını təmin etmək məqsədi ilə Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilsin, onun Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin icraatında olan cinayət işi üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı istintaq təcridxanasında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 üzərinə müvafiq məhkəmə qərarı olmadan hər gün saat 00:00-dan növbəti gün saat 06:00-dək yaşayış yerini, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. 02 ədəd A4 formatında kağız üzərində olan mobil tətbiqdən çıxarılmış qəbzlərin surəti, hadisənin görüntülərini özündə əks etdirən 01 ədəd CD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsınlar. Təqsirləndirilən şəxs2 məhkəmə icraatı dövründə 30 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 müvafiq hesablaşma hesabı üzərindən 180 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Təqsirləndirilən şəxs1 məhkəmə icraatı dövründə 30 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 müvafiq hesablaşma hesabı üzərindən 180 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar