Məhkəmə qərarları › İş №1(007)-264/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-264/2024

11.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-264/2024 11.06.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun qanuni nümayəndəsi (atası) Qanuni nümayəndə, müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxx 2006-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, Yataqxana, ev 79, otaq 64A-da qeydiyyatda olan, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi ev 61, mənzil 2-də yaşayan, 20 fevral 2024-cü il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətləri ilə xuliqanlıq etmişdir. Belə ki, o, 19 iyul 2023-cü il tarixdə saat 11 radələrində ictimai yer olan, ünvan 1 ünvanında yerləşən “8-ci kilometr” bazarında “Bolt” taksi şirkəti vasitəsi ilə sifariş etdiyi “Toyota Prius” markalı, **-VE-*** dövlət qeydiyyat nişanlı avtomobilinin sürücüsü X1 ilə kobud danışması səbəbindən sonuncunun onu sifariş verdiyi ünvana aparmaqdan imtina etməsini bəhanə edib heç bir əsaslı səbəb olmadan özünün şəxsiyyətini Zərərçəkmiş şəxs şəxsiyyətinin fövqündə qoyaraq ictimai və şəxsi mənafeyə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərərək ətrafda olan şəxslərin narahatçılığına səbəb olmaqla Zərərçəkmiş şəxsla mübahisə edib qəsdən yumruqla sonuncunun sifət nahiyəsindən vurub Zərərçəkmiş şəxs ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid sol gözün ağlı qişasının qansızması, sol gözaltı nahiyənin sıyrığından ibarət xəsarətlər yetirərək qərəzli hərəkətləri ilə xuliqanlıq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, 19 iyul 2023-cü il tarixdə saat 11:00 radələrində həkimə getmək üçün mobil telefonu vasitəsi ilə “Bolt” taksi şirkətinin mobil tətbiqindən taksi sifariş etmiş, bir qədər keçmiş yaşadığı binanın qarşısına “Toyota Prius” markalı, **-VE-*** dövlət qeydiyyat nişanlı avtomobil gəlmiş, avtomobilin sürücüsü sifariş verdiyi taksi olmasını deyib, yükü olub-olmamasını soruşduqda ona yükünün olmamasını bildirmiş, sürücü yolun tıxac olmasını deyib, sifariş etməmişdən əvvəl yükü olmamasını bildirməli olmasını ona irad bildirib, tək onun üçün tıxac ilə həmin ünvana gəlməsini bildirsə də, onun sözlərinə fikir verməyərək avtomobilə əyləşib getməyi xahiş etmişdir. Sürücü təxminən 2-3 metr hərəkət etdikdən sonra yenə əsəbi halda onun sifarişinə tıxacla gəldiyini dedikdə, ona cavab olaraq tıxacın olmasının onun problemi olmamasını bildirmiş, taksi sürücüsü avtomobili saxlayıb sifarişə imtina edərək onu aparmayacağını dedikdə onu aparamağa borclu olduğunu bildirib avtomaşından düşmüş, taksi sürücüsü ona dediyi sözdən əsəbləşərək avtomobildən düşüb yanına gələrək onunla sözlü mübahisə etmişdir. Yaxınlıqda yerləşən “8-ci kilometr” bazarında atası Qanuni nümayəndə meyvə-tərəvəz satışı ilə məşğul olduğu üçün taksi sürücüsünə orada onu gözləməsini, atasını çağırıb ondan nə səbəbdən onu aparmamasını soruşacağını bildirmiş, oradan uzaqlaşıb atasının yanına gedən vaxt taksi sürücüsü arxası ilə gəlib ona dediyi “borcundu məni aparmaq” sözü xoşuna gəlmədiyi üçün onunla sözlü mübahisə etməyə davam etmiş və arxası ilə bazarın içərisinə daxil olmuş, bazarın içərisində girişli-çıxışlı olan meyvə-tərəvəz mağazasının içərisindən atasının mağazasına gedən zaman taksi sürücüsü arxası ilə gəlib əlini ona qaldıranda onu vuracağından ehtiyat edib əli ilə bir dəfə sol göz nahiyəsinə vurmuş, sonra ətrafda olan tanımadığı kənar şəxslər və hadisə baş verən mağazanı işlədən şəxs onları ayırmışlar. Həmn vaxt atası səs-küyü eşidib onların yanına gəlmiş, həmin şəxs atasına onun onu vurmasını dedikdə atası ona “uşaqdı, mən onun adından üzr istəyirəm” deyə bildirmiş və həmin şəxs oradan çıxıb getmişdir. Təxminən 15-20 dəqiqə sonra atasının mobil telefonu ilə həkimə getmək məqsədi ilə “Bolt” taksi şirkətinin mobil tətbiqi vasitəsi ilə yenidən yaşadığı binanın yanından getmək üçün sifariş vermişdir. Taksi gələnə kimi üzərində mobil telefonu olmadığı üçün qardaşı İsadan istifadə etdiyi mobil telefonunu qısa müddətə ondan almaq məqsədi ilə yaşadığı binanın yanına getmiş, qardaşı ilə binanın yaxınlığında görüşüb mobil telefonu ondan alıb orada sifariş verdiyi taksini gözləyən zaman arxa tərəfdən onu kiminsə çağırmasını eşitmiş, arxaya dönüb baxdıqda onunla mübahisə edən sonradan adını bildiyi Qəfər adlı taksi sürücüsünün olduğunu görmüşdür. Qəfər onun yanına yaxınlaşıb heç bir söz demədən əli ilə iki dəfə burun nahiyəsinə, sonra digər əli ilə bir dəfə sağ çiyin nahiyəsinə və hər iki əli ilə bədəninin müxtəlif nahiyələrinə vuraraq onu yerə yıxmış, həmin vaxt qardaşı onları ayırmaq istədikdə Qəfər qardaşını əli ilə kənara itələmiş, qardaşı yerə yıxılmışdır. Ətrafda olan tanımadığı şəxslər onları ayırmış, təxminən 3-4 dəqiqə sonra atası həmin yerə gəlib burnundan qan gəldiyini görüb soruşduqda, bir qədər əvvəl bazarda tərəvəz mağazasının içərisində onunla mübahisə edən taksi sürücüsü tərəfindən döyülməsini bildirmişdir. Burnundan qan gəldiyi üçün atası onu və qardaşı İsanı evə göndərmiş, sonra atası ilə həmin şəxsin arasında baş verən mübahisədən heç bir məlumatı olmamışdır. Təqsirləndirilən şəxs ifadəsinə əlavə olaraq göstəmişdir ki, Qəfərlə aralarında olan mübahisə 19 iyul 2023-cü il tarixdə saat 11:00 radələrində Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 61 ünvanında yerləşən “8-ci kilometr” bazarında giriş-çıxışlı olan tərəvəz mağazasının içərisində baş vermiş, təxminən 3-4 dəqiqə müddətə davam etmiş, orada başa çatmışdır. Hadisə zamanı ətrafda tanımadığı kənar şəxslər olmuş, hadisənin baş verməsinə səbəb Qəfərin tıxacı bəhanə gətirərək onu idarə etdiyi avtomaşınla aparmadığı üçün ona “borcundu məni aparmaq” sözlərini dediyi üçün sözü onun xoşuna gəlməməsi səbəbindən aralarında baş vermiş mübahisə zamanı sol göz nahiyəsinə vuraraq xəsarət yetirməyi olmuşdur. Özünün Zərərçəkmiş şəxs tərəfindən döyülərək bədən xəsarətləri aldığı hadisə isə 19 iyul 2023-cü tarixdə saat 11:30 radələrində Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 61 ünvanında avtomaşınlar üçün nəzərdə tutulmuş ümumi işlək yolun hərəkət hissəsində baş vermiş, təxminən 3-4 dəqiqə davam etmiş və orada başa çatmışdır. Hadisə zamanı ətrafda tanımadığı kənar şəxslər olmuş, hadisənin baş verməsinə səbəb taksi sürücüsü Qəfərin ona xəsarət yetirməmişdən 20-25 dəqiqə əvvəl aralarında baş verən mübahisə zamanı “8-ci kilometr” bazarında meyvətərəvəz mağazasının içərisində sol göz nahiyəsinə vurduğu üçün ondan heyif almaq məqsədi ilə onu döyməsi olmuşdur. Həmin vaxt Qəfər əli ilə iki dəfə burun nahiyəsinə və sol çiyin nahiyəsinə bir dəfə, hər iki əlləri ilə bədəninin müxtəlif nahiyələrinə vuraraq ona xəsarətlər yetirmişdir. O, Qəfərlə aralarında yaranmış mübahisə vaxtı onu vuracağından ehtiyat edib “8-ci kilometr” bazarında yerləşən girişli-çıxışlı olan meyvə-tərəvəz mağazasında sol göz nahiyəsinə əli ilə vursa da onun gözündən xəsarət alıb-almaması barədə dəqiq məlumatı olmamış, lakin aralarında baş verən ilk mübahisədən təxminən 20- 25 dəqiqə sonra Qəfər onu döyərək bədən xəsarətləri yetirən vaxt o, Qəfərə hər hansı bədən xəsarətləri yetirməmiş, mübahisə vaxtı ətrafda tanımadığı şəxslər olmuş və onların mübahisəsinə dayanıb baxmış, birinci dəfə mübahisə vaxtı Qəfər onu nalayiq sözlərlə təhqir etmiş, lakin o, Qəfərə qarşı heç bir nalayiq söz işlətməmişdir. O, Qəfərin atası ilə mübahisəsinin şahidi olmamışdır. Özü Qəfərlə tək mübahisə etmiş və mübahisəyə kənar şəxslərdən heç kim müdaxilə etməmiş, həmin mübahisəni orada işləyən Sirac və Teymur təsdiq edə bilərlər, lakin ətrafda olan digər şəxsləri tanımadığı üçün adlarını deyə bilmir. Onun yanında özünü “qazi” kimi adlandıran şəxs olmamış və Qəfəri vurmamışdır. Özü hadisəni xuliqanlıq niyyətilə törətməmiş, hadisə anidən baş vermişdir. Məhkəmədə son sözlə çıxışında isə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslə barışmağa hazır olduğunu nəzərə alaraq, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin qanuni nümayəndəsi (atası) Qanuni nümayəndə göstərmişdir ki, təxminən 20 ilə yaxındır ki, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 61 ünvanında yerləşən “8-ci kilometr” bazarında tərəvəz satışı ilə məşğul olur. Samir onun oğludur. 19 iyul 2023-cü il tarixdə saat 11:00 radələrində həmişə olduğu kimi bazarda işlədiyi meyvə-tərəvəz mağazasında olan zaman yaxınlıqda yerləşən tərəvəz mağazasından səs-küy gəldiyini eşitmiş və nə baş verdiyini aydınlaşdırmaq üçün həmin mağazaya gedəndə orada oğlu ilə sonradan adını bildiyi Qəfər adlı şəxsin mübahisə etdiyini görmüşdür. Qəfərə yaxınlaşıb Samirin atası olduğunu, aralarında nə məsələ olması barədə məlumat aldıqda, Qəfər oğlu Samirin onun sifət nahiyəsindən vurmasını bildirmişdir. Buna görə o, oğlunun adına Qəfərdən üzr istəmiş və mübahisənin böyüməməsi üçün onunla bir qədər söhbət etmişdir. Bir az söhbət etdikdən sonra Qəfər oradan çıxıb getmişdir. Sonra Samirdən nə səbəbə həmin şəxslə mübahisə etdiyini soruşduqda, Samir həkimə getmək üçün taksi sifariş etməsini, taksi sürücüsü Qəfərin onunla yolda tıxaca görə mübahisə etdiyini bildirdiyi üçün aralarında bu səbəbdən mübahisə olduğunu bildirmişdir. Həmin vaxt Samir həkimə gedəcəyinə və üzərində mobil telefon olmadığına görə kiçik oğlu İsaya zəng edib Samirin evə gələcəyini və istifadə etdiyi mobil telefonu ona verməsini bildirərək Samiri bazardan yola salmışdır. Təxminən 20-25 dəqiqə sonra bazarda işləyən şəxslərdən bir nəfər işlədiyi mağazaya yaxınlaşıb Samirin bazarın yanında avtomaşınlar üçün nəzərdə tutulmuş yolda bir nəfər şəxs tərəfindən döyüldüyünü bildirmiş, o, dərhal bazardan çıxıb həmin yerə getdikdə Samirin burnundan qan gəldiyini görmüş və onu kimin döyüldüyünü soruşduqda Samir bir qədər əvvəl mübahisə etdiyi Qəfər tərəfindən döyülməsini bildirmişdir. Samirin burnundan qan gəldiyi üçün onu İsa ilə evə göndərmiş, sonra Qəfəri ətrafda axtaran zaman onun yaxınlıqda yerləşən binanın yanında saxladığı “Toyota Prius” markalı avtomaşının yanında dayanmasını görmüşdür. Qəfərə yaxınlaşıb avtomaşının yanında söhbət edərək oğlu ilə arasında baş verən söhbətə görə ondan üzr istədiyini yadına salıb nə səbəbə geri qayıdıb oğlunu döyməsi barədə ona öz iradını bildirmiş, bu zəmində aralarında sözlü mübahisə yaranmış, mübahisə zamanı Qəfər ona “əcəb etmişəm oğlunu döymüşəm” deyə bildirəndə ona ətrafda olan kənar şəxsləri narahat etməmək üçün idarə etdiyi avtomaşında əyləşib söhbət etməyi təklif etmişdir. Qəfər sürücü kimi öz yerində, o da onun sağ tərəfində əyləşib oğlu ilə arasında baş verən mübahisə barədə söhbət etdikdə Qəfər anidən ona əl-qol hərəkətləri atmağa başlamışdır. O da Qəfərin əl-qolundan qorunmaq üçün bir əli ilə əlini tutmuş, digər əli ilə çənə nahiyəsindən tutmuş və “nəhlət sənə kor şeytan” deyə bildirərək avtomobildən düşüb çıxıb getmişdir. Həmin vaxt o, Qəfəri vurmamış, həmçinin Qəfər də onu vurmamışdır. Qəfər ilə aralarında sözlü mübahisə ünvan 2 ünvanın yaxınlığında avtomaşında olmuş və həmin vaxt aralarında heç bir dava-dalaş olmamışdır. Həmçinin həmin vaxt ətrafda kənar şəxslər olmamışdır. Samirlə Qəfərin arasında baş vermiş hər iki mübahisədə iştirak etməmiş, həmçinin müdaxilə etməmiş, onların arasında baş verən hər iki mübahisənin sonunda dava-dalaş etdiklərini bilmişdir. Hadisə zamanı o, Samirin adından Qəfərdən üzr istəmişdir, hazırda da Samir çox cəhd etsə də, Qəfər onunla barışmamışdır. Qeyd etdiklərinin və oğlunun hadisəni yetkinlik yaşına çatmadığı dövrdə törətməsini nəzərə almağı məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, özünə məxsus “Toyota Prius” markalı, **-VE-*** dövlət qeydiyyat nişanlı avtomobillə “Bolt” şirkətindən qeydiyyatdan keçib taksi fəaliyyəti ilə məşğul olur. 19 iyul 2023-cü il tarixdə saat 11:00 radələrində Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində yerləşən “8-ci kilometr” bazarına sifariş qəbul etmişdir. Həmin ünvana çatmış, sərnişin qismində ön oturacaqda əyləşən şəxsdən əl yükünün olubolmamasını soruşduqda o, yəni sonradan tanıdğı Samir yükünün olmamasını bildirmişdir. Buna görə ona əl yükü olmadığı təqdirdə tıxac və sıxlığa görə bir qədər bazarın kənarına çıxmasını bildirmiş, Samir isə cavabında “borcundu məni aparmaq” deyə bildirmişdir. Buna görə o, Samirə avtomobildən düşməsini və onu heç bir yerə aparmayacağını bildirmişdir. Samir avtomobildən düşən vaxt onu nalayiq sözlərlə təhqir etmiş və onun arxasınca gəlməsini bildirmişdir. O, Samirin yaxınlıqda yerləşən “8-ci kilometr” bazarında giriş-çıxışı olan meyvə-tərəvəz mağazasının içərisinə daxil olmasını görüb ona hara getməsini və kimi üstünə çağırmasını soruşmuş, Samir onu orada gözləməsini və geri qayıdacağını bildirmiş, heç bir dəqiqə keçməmiş Samir üç nəfər şəxslə tərəvəz mağazasının yanına gəlmişdir. Samirin yanında olan şəxslər ondan hadisə barədə soruşduqda onlara baş vermiş hadisəni bildirmiş, bu zaman anidən Samir yumruqla onun sifət nahiyəsindən bir dəfə vurmuş və o, üzünü tutmuşdur. Həmin vaxt Samirin yanında olan şəxslərdən biri təpiklə onun ayaq nahiyəsinə vurmuşdur, lakin heç bir bədən xəsarəti almamışdır. Həmin vaxt ətratda olan tanımadığı şəxslər onları ayırmışlar, o, təpiklə onu vuran şəxsin kim olmasını soruşduqda Samirin özü ilə gətirdiyi şəxslərdən biri özünü “qazi” kimi adlandıraraq, onu vurmasını bildirmişdir. Təxminən 2-3 dəqiqə sonra bir nəfər şəxs onlara yaxınlaşıb Samirin atası olmasını bildirərək, oğlunun yerinə ondan üzr istəmişdir. O isə onun deyil, oğlunun ondan üzr istəməsini bildirmişdir. Lakin Samir ondan üzr istəməmişdir. Avtomobili yolun hərəkət hissəsində qaldığı üçün onu yolun kənarına çəkib geri qayıdacağını bildirmiş, avtomobili yolun kənarında park edib geri bazara qayıdan vaxt yolun kənarı ilə Samirin tanımadığı bir nəfər ilə piyada getməsini görüb yaxınlaşaraq, hara getməsini və onu nə səbəbə vurmasını soruşduqda Samir ona “əcəb edib vurmuşam” deyə bildirərək, onu vurmaq istədikdə əyilərək əli ilə bir dəfə Samirin sifət nahiyəsinə vurmuşdur. Samirin yanında olan şəxs onları ayırmışdır. Samirin atası Raic və tanımadığı şəxslər onlara yaxınlaşmış, sonra o, oradan uzaqlaşaraq, avtomobilinin yanına getmiş, avtomobilin yanında olan vaxt Samirin atası Raic yaxınlaşıb oğlunu vurduğu üçün ona əlqol hərəkətləri atsa da, geri çəkildiyi üçün ona hər hansı bir xəsarət yetirə bilməmişdir. Samirlə aralarında ilk dəfə baş vermiş mübahisə vaxtı yanında gələn şəxslərdən biri də orada olmuş, həmin vaxt yaxınlıqda xidmət aparan polis sahə inspektoru hadisə yerinə gəlib onu öz xidməti otağına aparmış, xidmət otağından çıxdıqdan sonra o, yaxınlıqda saxladığı avtomaşınına əyiləşib oradan getmək istədikdə, Samirin atası Raic qapını açıb yanında əyləşərək, onu nalayiq sözlərlə təhqir edərək, əli ilə boğaz nahiyəsindən tutub sıxaraq ona xəsarət yetirmiş, polis sahə inspektoru hadisə yerində olduğu üçün hadisə yerinə polis nəfərlərini çağırıb onları Nizami RPİ-nin 24-cü polis şöbəsinə aparmışdır. Zərərçəkmiş şəxs ifadəsinə əlavə olaraq göstərmişdir ki, Samirlə aralarında baş verən ilk mübahisə 19 iyul 2023-cü il tarixdə saat 11 radələrində ünvan 2 ünvanda yerləşən “8-ci kilometr” bazarının yaxınlığında müştəri kimi avtomobilinə əyləşmiş Samirin onunla kobud danışması səbəbindən onu çatdıracağı ünvana aparmamasına görə bazarda giriş-çıxışı olan tərəvəz mağazasında baş vermiş, mübahisə təxminən 3-5 dəqiqə davam etmiş, mübahisə zamanı Samir əli ilə sol göz nahiyəsinə vurmuş və yanında olan şəxslərdən biri özünü “qazi” kimi adlandıran şəxs təpiklə ayağına vurmuşdur. Mübahisə bazarın yaxınlığında başlamış və bazarda tərəvəz mağazasında başa çatmış, hadisə zamanı ətrafda tanımadığı kənar şəxslər olmuşlar. Samir yumruqla sol göz nahiyəsinə bir dəfə vurduğu üçün gözündən xəsarət almışdır. Samir ondan üzr istəmədiyinə görə avtomaşınını yolun kənarında park edib Samirin yanına qayıdan zaman saat 11:30 radələrində Samirin yolun kənarı ilə getdiyini görüb ona ondan üzr istəməsi üçün yaxınlaşmış, lakin Samir ondan üzr istəməyəcəyini bildirib mübahisə etməyə başlayıb onu vurmaq istədikdə əli ilə sifət nahiyəsinə vurmuşdur. Samirin daha əvvəl yumruqla sifət nahiyəsinə vurmasına görə sol gözaltı nahiyəsindən, sol gözünün ağlı qişasının qansızması, Raicin əli ilə boğaz nahiyəsindən tutmasına görə boynunun sıyrıqları xəsarətləri almışdır. Hadisə zamanı 4-5 nəfər tanımadığı şəxslər tərəfindən də döyülmüşdür. Təqsirləndirilən şəxs ilə barışmamışdır, şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 19 iyul 2023-cü il tarixdə saat 10:30 radələrində Samir yaşadıqları ünvandan həkimə getmək adı ilə çıxıb getmiş, təxminən 30 dəqiqə sonra atası ona zəng edərək, Samirin üzərində mobil telefon olmadığını, Samirin binanın həyətinə gələcəyini və istifadə etdiyi mobil telefonu Samirə verməsini bildirməsinə görə binanın həyətinə düşüb Samirlə görüşmüş, mobil telefonunu ona vermiş, sonra Samirlə yolun kənarında dayanıb onu yola salmaq üçün taksi gözləmişdir. Həmin vaxt bir nəfər şəxs arxadan Samiri çağırmış və onlar arxaya dönəndə sonradan tanıdığı Qəfər adlı şəxs anidən Samirin burun nahiyəsinə iki dəfə vurmuş, sonra əlləri ilə bir neçə dəfə bədəninin müxtəlif nahiyələrinə vurmuşdur. O, Samirlə Qəfərin arasına girib ayıran vaxt Qəfər əli ilə onu kənara itələdiyinə görə yerə yıxılmışdır. Yerdən ayağa qalxana kimi Qəfər Samirlə dava-dalaşını davam etdirərək əlləri ilə Samiri vurmuşdur. Həmin vaxt ətrafda olan tanımadığı kənar şəxslər onları ayıraraq sakitləşdirmişlər. Təxminən 3-5 dəqiqə sonra atası hadisə yerinə gəlmiş və Samirin burnundan qan gəlməsini görmüşdür. Samir atasına bazarda meyvə-tərəvəz mağazasının içərisində mübahisə etdiyini və Qəfər tərəfindən döyüldüyünü bildirmişdir. Samirin burnundan qan gəldiyi üçün birlikdə yaşadıqları ünvana getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 61 ünvanında yerləşən “8-ci kilometr” bazarında əmisi Qanuni nümayəndə ilə birlikdə topdan meyvə-tərəvəz mağazasını işlədir. 19 iyul 2023-cü il tarixdə saat 11:00 radələrində əmisi Raiclə birlikdə bazarda olmuşdur. X4 həkimə getmək üçün “Bolt” şirkətindən taksi sifariş vermişdir. Bir qədər keçmiş Samir onu mağazanın arxa tərəfinə çağırmış, o, həmin yerə gedəndə Samir ona taksi sürücüsünün onu yolun tıxac olmasına görə üstünə qışqırıb avtomobildən düşürtməsini bildirmişdir. Həmin vaxt arxadan sonradan tanıdığı Qəfər adlı taksi sürücüsü yaxınlaşaraq “bunun böyüyü kimdir?” deyə soruşmuşdur. O, Samirin əmisi oğlu olmasını və problemin nə olmasını soruşsa da, Qəfər onun sözlərinə əhəmiyyət verməyərək, Samirin üzərinə gedib onunla mübahisə etməyə başlamışdır. Qəfər əli ilə Samiri vurmaq istədikdə Samir özünü qorumaq üçün əlini irəli verəndə barmağı Qəfərin gözünə dəymişdir. Həmin vaxt səs-küyə əmisi Raic gəlmiş və taksi sürücüsü Qəfərə Samirin atası olmasını bildirərək, oğlunun hərəkətlərinə görə ondan üzr istəmişdir. Qəfər əmisi Raiclə söhbət etdikdən sonra oradan uzaqlaşıb çıxıb getmişdir. Təxminən 10 dəqiqə sonra Samir həkimə getmək üçün yenidən taksi sifariş verərək bazardan çıxmış, bundan təxminən 10 dəqiqə sonra bazarda işləyən şəxslər Samirin bazarın yaxınlığında döyülməsini bildirdiklərinə görə həmin yerə gedəndə taksi sürücüsü Qəfərin qaçmasını görmüşdür. Samir yerdə əli ilə sifət nahiyyəsini tutmuş, burnundan qan axmış, qardaşı İsa da yanında olmuşdur. Əmisi Raiclə birlikdə Qəfərin arxası ilə getmiş və Nizami rayonu, C.Naxçıvanski küçəsi, 61 ünvanında Qəfərin dayanmasını görmüşlər. X7 yaxınlaşıb oğlu ilə aralarında olan mübahisəyə görə oğlunun adından üzr istəmişdir. Həmin vaxt mağazaya müştəri gəlməsini bildirmələrinə görə mağazaya getmiş və sonra baş verənlər barədə məlumatı olmamışdır. O, yalnız Qəfərin Samiri vurmaq istədikdə özünü qorumaq üçün əlini uzatmasına görə Qəfərin göz nahiyəsinə dəyməsini görmüşdür. Hadisə zamanı onun özü və başqa şəxslər Qəfəri vurmamış, ona bədən xəsarəti yetirməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, təxminən 30 ilə yaxındır ki, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 61 ünvanında yerləşən “8-ci kilometr” bazarında meyvə-tərəvəz satışı ilə məşğul olur. 19 iyul 2023-cü il tarixdə saat 11:00 radələrində bazarda olan vaxt yanında olan tərəvəz magazasında səs-küy gəlməsini eşidib, həmin yerə gedəndə bazarda alverlə məşğul olan Raicin oğlu Samirin bir nəfər tanımadığı, şəxsiyyəti ona sonradan Zərərçəkmiş şəxs ilə mübahisə etməsini, mübahisə vaxtı Samirin əli ilə Qəfərin sifət nahiyəsinə vurmasını görmüşdür. Orada olan tanımadığı şəxslər onları ayıraraq sakitləşdirmişlər. Təxminən 2-3 dəqiqə sonra Raic hadisə yerinə gəlmiş, oğlu Samirlə mübahisə edən Qəfərdən oğlunun adından üzr istəmiş, onlar orada təxminən 5-10 dəqiqə söhbət etdikdən sonra ayrılıb getmişlər. Təxminən 15-20 dəqiqə sonra bazarda işləyən şəxslərdən bazarın yanında yolda mübahisənin olması, Samirlə Qəfərin təkrar mübahisə etməsini bildirmələrinə görə həmin yerə gedəndə Samirin burun nahiyəsindən qan axmasını görmüşdür. Samir bir qədər əvvəl mübahisə etdiyi taksi sürücüsü Qəfər tərəfindən döyülməsini bildirmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 09 yanvar 2024-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 1) -Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2006-cı il tarixdə doğulmuşdur. (i.v. 5) - 19 iyul 2023-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, 24-cü PŞ-nin təhqiqatçısı tərəfindən Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs və hal şahidlərinin iştirakları ilə hadisə yerinə baxış keçirilmişdir. (i.v. 17-21) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X2” publik hüquqi şəxsin canlı şəxsin məhkəmə-tibbi ekspertizasına dair 21 iyul 2023-cü il tarixli 678 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs sol gözaltı nahiyyəsinin, boynun sıyrıqları, sol gözün ağlı qişasının qansızması olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2023-cü il tarixdə alınmaları mümkündür və dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Xəsarətlərin lokalizasiyasına və xüsusiyyətlərinə əsasən demək olar ki, həmin xəsarətlərin şəxsin özü tərəfindən özünə yetirilməsi, eləcə də yıxılma nəticəsində alınmaları inkar olunur. (i.v. 42-43) - 10 fevral 2024-cü il tarixli protokoldan görünür ki, müstəntiq tərəfindən Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakları ilə 19 iyul 2023-cü il tarixdə saat 11:00 radələrində Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 61 ünvanında yerləşən “8-ci kilometr” bazarında baş vermiş hadisə ilə əlaqədar həmin ərazidə quraşdırılmış videomüşahidə kamerasında qeydə alınmış görüntünün DVD-yə köçürülmüş diskinə baxış keçirilmişdir. Baxış keçirilərkən görüntünü əks etdirən ekranda 19 iyul 2023-cü il tarixdə saat 11:03 dəqiqədə Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 61 ünvanında yerləşən “8-ci kilometr” bazarında bir nəfər (1-ci şəxs) əynində ağ uzunqol köynək, qara şalvar, ağ ayaqqabı olan digər bir nəfər (2-ci şəxs) əynində ağ qısaqol yay köynəyi, ağ şalvar olan şəxsə yaxınlaşaraq, qəflətən əli ilə vurması və bir-biri ilə mübahisə etmələri, kənarda insanların mübahisəyə toplaşması, həmçinin mübahisə edən şəxsləri sakitləşdirmələri müşahidə olunmuşdur. Baxışda iştirak edən Zərərçəkmiş şəxs 1-ci şəxsin, yəni əynində ağ uzunqol köynək, qara şalvar, ağ ayaqqabı olan və 2-ci şəxsə, yəni əynində ağ qısaqol yay köynəyi, ağ şalvar olan şəxsə yaxınlaşaraq, qəflətən əli ilə vuran şəxsin özü olmasını bildirmişdir. Təqsirləndirilən şəxs 2ci şəxsin, yəni əynində ağ qısaqol yay köynəyi, ağ şalvar olanın 1-ci şəxs, yəni əynində ağ uzunqol köynək, qara şalvar, ağ ayaqqabı olan şəxs tərəfindən qəflətən vurulan şəxsin özü olmasını bildirmişdir. (i.v. 84) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X2” publik hüquqi şəxsin canlı şəxsin əlavə məhkəmə-tibbi ekspertizasına dair 17 fevral 2024cü il tarixli 03/678 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs sol gözaltı nahiyyənin, boynun sıyrıqları, sol gözün ağlı qişasının qansızması olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2023-cü il tarixdə alınmaları mümkündür. Dərəcəsinə görə sol gözün ağlı qişasının qansızması sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir, sağ gözaltı nahiyyənin və boynun sıyrıqları həm ayrı-ayrılıqda, həm də ki, ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. (i.v. 97-100) - 20 fevral 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 128-ci maddəsindən həmin Məcəllənin 221.1-ci maddəsinə tövsif edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuş, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsinin tərkib əlamətləri olmadığından həmin xüsusat üzrə cinayət təqbinin başlanması rədd edilmiş, Zərərçəkmiş şəxs hadisə vaxtı Qanuni nümayəndə tərəfindən xəsarət yetirilməsini, lakin şikayətinin olmamasını bildirməsi ilə əlaqədar Qanuni nümayəndə əməlində cinayət tərkibi olmadığından həmin xüsusat üzrə cinayət təqibinin başlanması rədd edilmiş, Şahid2 hadisə vaxtı Zərərçəkmiş şəxs tərəfindən itələnməsi, lakin heç bir bədən xəsarəti almamasını bildirməsi ilə əlaqədar Zərərçəkmiş şəxs əməlində cinayət tərkibi olmadığından həmin xüsusat üzrə cinayət təqibinin başlanması rədd edilmiş, Zərərçəkmiş şəxs hadisə vaxtı Şahid1 tərəfindən təpiklə ayaq nahiyəsindən vurulması, lakin heç bir bir bədən xəsarəti almamasını bildirməsi ilə əlaqədar Şahid1 əməlində cinayət tərkibi olmadığından həmin xüsusat üzrə cinayət təqibinin başlanması rədd edilmiş, ünvan 1 ünvanında yerləşən “8-ci kilometr” bazarında quraşdırılmış videomüşahidə kamerasının yaddaşından götürülmüş görüntülərin olduğu 01 ədəd DVD disk sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş, Zərərçəkmiş şəxs yumruqla Təqsirləndirilən şəxs vuraraq xəsarət yetirməsi xüsusatı ilə bağlı ********* nömrəli cinayət işindən Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə ayrıca icraata cinayət işi ayrılmış və onun əməlinə ayrılmış cinayət işində hüquqi qiymət verilməsi nəzərə alınmışdır. (i.v. 102-111) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 23 mart 2004-cü il tarixli 1 nömrəli Qərarının 2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Həmin Qərarın 5-ci bəndinə əsasən məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən adamöldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Odur ki, xuliqanlıq niyyətilə qəsdən adamöldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq Cinayət Məcəlləsinin 120.2.2 yaxud 126.2.4 və ya 127.2.3-cü maddələri ilə tövsüf edilməlidir. Bu zaman qeyd edilən cinayətlərdən hər hansı birinin törədilməsi ilə yanaşı təqsirləndirilən şəxsin həm də ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıqdanaçığa hörmətsizlik etməyə səbəb olan qəsdən sair hərəkətlər də etməsi müəyyən edilərsə onda həmin şəxsin əməli cinayətlərin məcmuyu qaydasında həm də Cinayət Məcəlləsinin 221-ci maddəsilə tövsüf olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin B.Yusifovanın şikayəti üzrə 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilir ki, xuliqanlıq cinayət əməli məzmunundan və təqsirkarın niyyətindən, habelə onun hərəkətlərinin törədilmə şəraitindən, motiv və məqsədindən asılı olaraq başqa cinayətlərdən fərqləndirilməlidir. Xuliqanlıq - öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. CM-nin 221-ci maddəsi xuliqanlıq cinayət əməlini - ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirir. Maddənin dispozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Belə ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər - təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər - təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Məhkəmə qeyd edir ki, xuliqanlıq cinayəti birbaşa qəsdlə törədilən cinayətdir. Cinayətin subyekti öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Məhkəmə, dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi, onun qanuni nümayəndəsini, müdafiəçisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edib, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirliliyi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 221.1-ci maddələri ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə verilmiş ittiham üzrə özünü təqsirli bilməməsini onun hüququ kimi qəbul edir və bununla bağlı dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Təqsirləndirilən şəxsin və müdafiəçisinin irəli sürdüyü dəlillər məhkəmə tədqiqi zamanı hərtərəfli, tam və obyektiv araşdırılmışdır. Həmçinin nəzərə alınmalıdır ki, Təqsirləndirilən şəxs işin faktiki hallarına uyğun ifadə versə də, sadəcə olaraq onun qənaətinə görə, bu hərəkətlərini xuliqanlıq hesab etmir, hansı ki, məhkəmə xuliqanlıq hadisəsini xarakterizə edən halların izahını yuxarıda qeyd etmişdir. Bununla yanaşı, nəzərə alınmalıdır ki, sonda məhkəmə çıxışında təqsirləndirilən şəxs əməlini etiraf edərək peşman olduğunu bəyan etmiş və ona yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Ona görə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 221.1-ci maddələrinin sanksiyaları həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər - min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 22 iyul 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu haqqında məlumat yoxdur. (i.v. 37) - 20 fevral 2024-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami RPİ-nin istintaq şöbəsinin müstəntiqi tərəfindən Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 138-139) “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə əsasən məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Yetkinlik yaşına çatmamış şəxslərə cəza təyin edərkən məhkəmə hər bir konkret halda yeniyetmələrin həyat və məişət şəraitini, yaşlı şəxslərin onun davranışına mənfi təsiri barədə məlumatları, psixi inkişaf səviyyəsini, şəxsiyyətinin digər xüsusiyyətlərini nəzərə almalıdır. Nəzərə almaq lazımdır ki, Cinayət Məcəlləsinin 52-1-ci maddəsi yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxslərə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini istisna etmir, Cinayət Məcəlləsinin 85.4-1-ci maddəsi isə onlara bu cəzanın iki aydan iki ilədək müddətə təyin edilməsini nəzərdə tutur. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 221.1-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayətlər hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cinayəti yetkinlik yaşına çatmadığı dövrdə törətdiyini, hazırda da yetkinlik yaşına çatmadığını Azərbaycan Respublikası CM-nin 59.1.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən 25 iyun 2003-cü il tarixli Qərarında həmçinin göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” 30 iyun 2008-ci il tarixli Qərarının 11-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən Azərbaycan Respublikası CM-in 58-ci maddəsində qeyd olunan (törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar) hallardan başqa, həmçinin Azərbaycan Respublikası CM-in 86-cı maddəsində nəzərdə tutulan şərtlər (yetkinlik yaşına çatmamış şəxsin həyat və tərbiyə şəraiti, əqli və psixi inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri, yetkinlik yaşına çatmış şəxslərin ona təsiri və s.) də nəzərə alınmalıdır. İlk növbədə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən, məhkəmələr nəzərə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Məhkəmə yalnız yetkinlik yaşına çatmayan şəxsin törətdiyi cinayətin ağırlığı baxımından onun cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümkün olmadığı hallarda, qəbul olunmuş qərarı hökmdə mütləq əsaslandırmaqla ona azadlıqdan məhrum etmə növündə cəza təyin olunması haqqında qərar qəbul etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən böyük ictimai təhlükə törətməyən cinayət əməli törətməsini, cəzasını yüngülləşdirən halın olmasını, cəzasını ağırlaşdıran halın isə olmamasını, habelə cinayətin törədilməsindən sonra hal-hazıradək ötən müddətdəki və məhkəmə iclasındakı davranışını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, o cümlədən yenidən tərbiyə olunması məqsədinə xidmət edəcəyi ehtimalına görə və cəmiyyətdən təcrid edilmədən islah olunmasının mümkün olması qənaətinə gələrək, hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmamaqla barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddələrinin sanksiyalarında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, bu zaman həmin cəzanın müddəti Cinayət Məcəlləsinin 85.4-1-ci maddəsi ilə müəyyən edilmiş müddət daxilində müəyyən edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırkı işlə bağlı tutulmamış, həbsdə saxlanılmamışdır. Ona görə məhkəmə hesab edir ki, cəza müddətinin hesablanması və cəzanın hesaba alınması zamanı Azərbaycan Respublikası CM-nin 69cu maddəsinin müddəalarının tətbiqi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-3.1 və 51-2.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlığın məhdudlaşdırılması növündə cəzasını yaşayış yeri üzrə çəkməli və cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə müvafiq məhkəmə qərarı olmadan hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin edilməli olan cəza nəzərə alınmaqla, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, zərərçəkmiş şəxs tərəfindən məhkəməyədək icraat və məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə qarşı mülki iddia verməmişdir; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza iş üzrə keçirilməmişdir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından qərar əsasında dövlət hesabına dəvət olunmuş vəkilin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardımla bağlı iştirak etdiyi müddətə görə Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, həmin Məcəllənin 85.4-1-ci maddəsinə əsasən, 05 (beş) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə müvafiq məhkəmə qərarı olmadan hər gün saat 22:00dan növbəti gün saat 07:00-dək yaşayış yerini, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İçərisində baş vermiş hadisənin videogörüntüləri olan 01 ədəd DVD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı dövründə 30 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən 180 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar