Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-265/2023 19.06.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Səfərov Rəşad Ramazan oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 oğlunun və Müdafiəçi2, təqsirləndirilən şəxslər- Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğlunun iştirakı ilə, təqsirləndirilən şəxs – xx.xx.1988-ci ildə Ermənistan Respublikasının Quqark rayonunun Gözəldərə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib CM-nin 69.3-cü maddəsinə əsasən 1 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 5-ci bəndi tətbiq edilərək cəzası 1 il azaldılmış, xx.xx.2022-ci il tarixdə cəza müddəti başa çatmış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2anında yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2 maddələri ilə, təqsirləndirilən şəxs – xx.xx.1992-ci ildə Gürcüstan Respublikasının Saqareco rayonunun, Düzəyrəm kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinib CM-nin 69.3-cü maddəsinə əsasən 1 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 5-ci bəndi tətbiq edilərək cəzası 1 il azaldılmış və cəza müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmış, ünvan 3 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib 29 iyun 2022-ci il tarixdə saat 01 radələrində ünvan 4 ünvanının qarşısına gələrək aralarında olan cinayətkar razılığa əsasən niyyətlərinə maneəsiz nail olmaq məqsədi ilə kənar şəxslərin həmin yerə gələcəyi barədə məlumat verməsi və hadisə yerindən dərhal uzaqlaşmaları üçün onun idarə etdiyi “Toyota Prius” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobili kənarda saxlamasından sonra qrup üzvü Təqsirləndirilən şəxs2 həmin avtomaşından enərək qeyd edilən ünvanda saxlanılmış, Zərərçəkmiş şəxs1 məxsus “Toyota Prado” markalı, **-NN-*** qeydiyyat nişanlı avtomobilə yaxınlaşıb avtomobilin alt hissəsinə keçərək 2000 manat dəyərində katalizatorunu əvvəlcədən özü ilə gətirdiyi açarla açıb sökərək gizli olaraq talayıb sonradan həmin katalizatoru satmaqla əldə etdikləri gəliri öz aralarında bölüb ümumilikdə Zərərçəkmiş şəxs1 2000 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşib 29 iyun 2022-ci il tarixdə saat 01 radələrində ünvan 4 ünvanının qarşısına gələrək aralarında olan cinayətkar razılığa əsasən niyyətlərinə maneəsiz nail olmaq məqsədi ilə kənar şəxslərin həmin yerə gələcəyi barədə məlumat verməsi və hadisə yerindən dərhal uzaqlaşmaları üçün onun idarə etdiyi “Toyota Prius” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobili kənarda saxlamasından sonra qrup üzvü Təqsirləndirilən şəxs2 həmin avtomobildən enərək saat 01:30 radələrində qeyd edilən ünvanda saxlanılmış, Zərərçəkmiş şəxs2 məxsus “Toyota Prado” markalı, **-CO-*** qeydiyyat nişanlı avtomobilə yaxınlaşıb avtomobilin alt hissəsinə keçərək ümumi dəyəri 240 manat olan 02 ədəd kiçik nizamlayıcı cihazını (datçik) və ümumi dəyəri 40 manat olan 02 ədəd boltları əvvəlcədən özü ilə gətirdiyi açarla açıb sökərək gizli olaraq talayıb ümumilikdə Zərərçəkmiş şəxs2 280 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib 29 iyun 2022-ci il tarixdə saat 01 radələrində ünvan 4 ünvanının qarşısına gələrək aralarında olan cinayətkar razılığa əsasən niyyətlərinə maneəsiz nail olmaq məqsədi ilə kənar şəxslərin həmin yerə gələcəyi barədə məlumat verməsi və hadisə yerindən dərhal uzaqlaşmaları üçün qrup üzvü Təqsirləndirilən şəxs1 idarə etdiyi “Toyota Prius’ markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobili kənarda saxlamasından sonra o, həmin avtomobildən enərək qeyd edilən ünvanda saxlanılmış, Zərərçəkmiş şəxs1 məxsus “Toyota Prado” markalı, **- NN-*** qeydiyyat nişanlı avtomobilə yaxınlaşıb avtomobilin alt hissəsinə keçərək 2000 manat dəyərində katalizatorunu əvvəlcədən özü ilə gətirdiyi açarla açıb sökərək gizli olaraq talayıb sonradan həmin katalizatoru satmaqla əldə etdikləri gəliri öz aralarında bölüb ümumilikdə Zərərçəkmiş şəxs1 2000 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşib 29 iyun 2022-ci il tarixdə saat 01 radələrində ünvan 4 ünvanının qarşısına gələrək aralarında olan cinayətkar razılığa əsasən niyyətlərinə maneəsiz nail olmaq məqsədi ilə kənar şəxslərin həmin yerə gələcəyi barədə məlumat verməsi və hadisə yerindən dərhal uzaqlaşmaları üçün qrup üzvü Təqsirləndirilən şəxs1 idarə etdiyi “Toyota Prius” markalı, **- BF-*** dövlət qeydiyyat nişanlı avtomobili kənarda saxlamasından sonra o, həmin avtomobildən enərək saat 01:30 radələrində qeyd edilən ünvanda saxlanılmış, Zərərçəkmiş şəxs2 məxsus “Toyota Prado” markalı, **-CO-*** qeydiyyat nişanlı avtomobilə yaxınlaşıb avtomobilin alt hissəsinə keçərək ümumi dəyəri 240 manat olan 02 ədəd kiçik nizamlayıcı cihazını (datçik) və ümumi dəyəri 40 manat olan 02 ədəd boltları əvvəlcədən özü ilə gətirdiyi açarla açıb sökərək gizli olaraq talayıb ümumilikdə Zərərçəkmiş şəxs2 280 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs1 özünü ona elan olunmuş Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.2-ci maddəsində nəzərdə tutulmuş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, həmin vaxt onun və Əfqanın işsiz olduqlarından və hər ikisinin azyaşlı uşaqları olduğundan böyük maddi sıxıntıları olmuşdur. xx.xx.2022-ci il tarixdə gecə saatlarında Əfqanla “Neapol” dairəsi yaxınlığında görüşmüş və qərara gəlmişlər ki, birlikdə oğurluq etməyə getsinlər. xx.xx.2022-ci il tarixdə saat 01:00 radələrində Nizami rayonu R.Rüstəmov küçəsinə getmişlər və yolun kənarında iki ədəd “Toyota Prado” markalı avtomobilin yan-yana dayandığını görmüşlər. Həmin vaxt o, avtomobildə oturmuş, Əfqan isə özü ilə gətirdiyi alətləri götürərək avtomobildən düşmüşdür. Əfqan təxminən 30-40 dəqiqədən sonra geri qayıtdıqda “Toyota Prado” markalı avtomobilin katalizatorunu oğurladığını, digər “Toyota Prado” markalı avtomobilin qazanını açdığını, lakin onun üzərində katalizator olmadığını bildirmişdir. O, Əfqanı yenidən “Neapol” dairəsi yaxınlığına aparmış, Əfqan katalizatoru özü ilə götürərək avtomobildən düşmüşdür. Əfqan katalizatoru 400 manata satmış, 200 manatını ona vermişdir. O, Əfqandan aldığı 200 manatı öz şəxsi ehtiyaclarına xərcləmişdir. Digər “Toyota Prado” markalı avtomobilə aid 02 ədəd kiçik nizamlayıcı cihazı və 02 ədəd boltu Əfqan onun idarə etdiyi avtomobilə əyləşən zaman əlində görməmişdir. Həmin ehtiyyat hissələri onlara lazım olmadığı üçün ola bilsin ki, Əfqan avtomobilin qazanını açdıqdan sonra kənara atmışdır. Əməlindən peşmandır. Zərərçəkmiş şəxslərə dəymiş ziyan tam ödənilmişdir. Məhkəmədən ailə vəziyyətini nəzərə alaraq barəsində həbslə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs2 özünü ona elan olunmuş Azərbaycan Respublikasının CM-nin 177.2.1 və177.2.2-ci maddəsində nəzərdə tutulmuş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, Vasifi təxminən 3-4 ildir tanıyır. İşləmədiyindən və iki azyaşlı uşağı olduğundan maddi baxımdan həmin vaxt çox çətinlik çəkmişdir. xx.xx.2022-ci il tarixdə saat 01:30 radələrində Vasifin idarə etdiyi “Toyota Prius” markalı avtomobillə Nizami rayonu, R.Rüstəmov küçəsinə getmişlər, orada dayanmış 2 ədəd ağ rəngli “Toyota Prado” markalı avtomobili görmüşlər və həmin avtomobillərin katalizatorunu oğurlamaq qərarına gəlmişlər. Vasif avtomobilini “Toyota Prado” markalı avtomobillərin təxminən 30- 40 metr məsafəsində saxlamış və avtomobildə gözləmişdir. O, isə katalizatorları sökmək məqsədilə avtomobillərə tərəf getmişdir. “Toyota Prado” markalı avtomobilin katalizatorunu sökmüş, digər ağ rəngli “Toyota Prado” markalı avtomobilin katalizatorunu sökmək istədikdə katalizatorun qazanının içərisinin boş olduğunu görmüş və Vasifin avtomobilinə əyləşərək oradan uzaqlaşmışlar. Oğurladığı katalizatoru sosial şəbəkə vasitəsilə tanımadığı şəxsə 400 manata satmışdır. Həmin pulun 200 manatını Vasifə vermişdir. Digər “Toyota Prado” markalı avtomobildən 02 ədəd kiçik nizamlayıcı cihaz və 02 ədəd bolt götürməmişdir, avtomobilin qazanını açdıqdan sonra həmin ehtiyyat hissələrini onlara lazım olmadığı üçün hal-hazırda xatırlamadığı yerə atmışdır. Əməlindən peşmandır. Zərərçəkmiş şəxslərə dəymiş ziyan tam ödənilmişdir. Məhkəmədən ailə vəziyyətini nəzərə alaraq barəsində həbslə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qeyd edilən əməli törətməkdə təqsirləri öz ifadələri ilə yanaşı aşağıdakılarla da təsdiq olunur. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 20 radələrində idarə etdiyi “Toyota Prado” markalı, **-CO-*** dövlət qeydiyyat nişanlı avtomobili yaşadığı binanın yaxınlığında, ünvan 5 ünvanında saxlamışdır. xx.xx.2022-ci il tarixdə saat 11 radələrində avtomobili işə salan zaman avtomobilin düzgün işləmədiyini hiss etmiş və avtomobilə baxan zaman avtomobilin katalizatorunun qazanının naməlum şəxs tərəfindən açılıb atıldığını, katalizatorun 2 ədəd kiçik nizamlayıcı cihazının və boltlarının oğurlanmasını, kabellərin kəsilməsini aşkar etmişdir. Kabellərin kəsilməsi nəticəsində ona maddi ziyan dəyməmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 280 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, ona dəymiş ziyan ödənilmiş, şikayət və tələbi yoxdur. İş üzrə Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, cinayət işi üzrə ona vurulan ziyan tam ödənilmişdir, istintaqda verdiyi ifadəsini təsdiq edir, təqsirləndirilən şəxslərə qarşı heç bir iddiası və şikayəti yoxdur. Məhkəmə iclaslarını onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 20:40 radələrində idarə etdiyi **-NN-*** dövlət nömrə nişanlı, ağ rəngli, “Toyota Prado” markalı avtomobili Nizami rayonu, R.Rüstəmov küçəsində yaşadığı binanın qarşısında saxlamışdır. xx.xx.2022-ci il tarixdə saat 12 radələrində avtomobilə yaxınlaşıb işə salan zaman avtomobilin düzgün işləmədiyini hiss etdikdə avtomobilə baxış keçirmiş, baxış zamanı avtomobilin katalizatorunun naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmasını aşkar etmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 2000 min manat maddi ziyan dəymişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanması və icraata qəbul olunması haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, material üzrə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddəsi ilə cinayət işi başlanılaraq icraata qəbul olunmuşdur. - cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulmuş ittiham elan edilmişdir. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 4(007)-383/2022 saylı,xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina edilmişdir. - qətimkan tədbirinin seçilməsi haqqında və tutulmuş şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi barədə xx.xx.2022-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və müvəqqəti saxlama yerindən azad edilmişdir. - zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır. - zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır. - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulmuş ittiham elan edilmişdir. - qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-30/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 3 ay həddində həbs qətimkan tədbiri seçilmişdir. - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (006)-166/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 3 ay həddində həbs qətimkan tədbiri seçilmişdir. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-265/2023 saylı,xx.xx.2023-cü il tarixli qərarından görünür ki, məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmişdir. - arayışlardan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2009-cu il təvəllüdlü və xx.xx.2011-ci il təvəllüdlü iki azyaşlı övladı var və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. - Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2016-ci il təvəllüdlü və xx.xx.2020-ci il təvəllüdlü iki azyaşlı övladı var. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında Plenum qərara almışdır ki: 2.Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir... 7.Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir.... 10. Özgə əmlakının talanması əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edərkən, bilavasitə özgə əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək,cinayətin iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razılıq əldə edilməsi, həmçinin hər hansı icraçı və cinayətin digər iştirakçıları tərəfindən hansı konkret hərəkətlər edilməsi araşdırılmalıdır. Hökmdə törədilmiş cinayətin hər bir icraçısının və digər iştirakçısının (təşkilatçılarının, təhrikçilərinin, köməkçilərinin) barəsindəki sübutlara qiymət verilməlidir.... 11. CM-nin 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları, rolların bölgüsünə əsasən, cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa) onlar CM-nin 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün CM-nin 32-ci maddəsinə istinad edilməsinə ehtiyac yoxdur....18.Şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər, CM-nin 16.2-ci maddəsinə müvafiq olaraq, CM-nin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş «təkrar» törədilmiş cinayət kimi tövsif edilməlidir. Belə halda cinayətkar hərəkətlər cinayətlərin məcmusunu təşkil etmir. Təqsirkarın iradəsindən asılı olmayaraq cinayət başa çatmadıqda da məsələyə bu mövqedən yanaşılmalıdır.” Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 -ci maddələri ilə ittiham irəli sürülmüş və əməli həmin maddələr ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Beləliklə, məhkəmə iclasında Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş şəxslərin əmlakını gizli talayaraq təkrar oğurluq etməsi tədqiq edilmiş mötəbər və mümkün sübutların məcmusu, özünün, zərərçəkmiş şəxslərin ifadələri, həmçinin cinayət işinin materiallarındakı digər sənədlərlə tamamilə sübuta yetirildi. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla Təqsirləndirilən şəxs1 tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir. Təqsirləndirilən şəxs1 cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığından Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1,177.2.2-ci maddələri ilə ittiham irəli sürülmüş və əməli həmin maddələr ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Beləliklə, məhkəmə iclasında Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş şəxslərin əmlakını gizli talayaraq təkrar oğurluq etməsi tədqiq edilmiş mötəbər və mümkün sübutların məcmusu, özünün, zərərçəkmiş şəxslərin ifadələri, həmçinin cinayət işinin materiallarındakı digər sənədlərlə tamamilə sübuta yetirildi. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla Təqsirləndirilən şəxs2 tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.1,177.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir. Təqsirləndirilən şəxs2 cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığından Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri əməl az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 1 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 5-ci bəndi tətbiq edilərək cəzası 1 il azaldılmış, xx.xx.2022-ci il tarixdə cəza müddəti başa çatmışdır Göründüyü kimi Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilməmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinib, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 1 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 5-ci bəndi tətbiq edilərək cəzası 1 il azaldılmış və cəza müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs2 məhkumluğu ödənilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi əməli etiraf etməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənilməsini, zərərçəkmiş şəxslərin şikayətinin olmamasını, evli olmasını, himayəsində iki azyaşlı uşağının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 cəzasını Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs1 barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, qəsdin obyektini mülkiyyət münasibətləri təşkil etməsini və cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 2 gün həbsdə saxlanılması həbsdə saxlamanın bir gününü azadlığın məhdudlaşdırılmasının iki gününə hesablayaraq nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 2anını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs2 törətdiyi əməli etiraf etməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənilməsini, zərərçəkmiş şəxslərin şikayətinin olmamasını, evli olmasını, himayəsində iki azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs2 cəzasını Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs2 barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, qəsdin obyektini mülkiyyət münasibətləri təşkil etməsini və cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 3 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası CPM-nin 346.1.20, 346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, 4(011)-30/2023 saylı qərarı ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılması nəzərə alınmalı; Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(006)-166/2023 saylı qərarı ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılması nəzərə alınmalı; Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. İş üzrə mülki iddia, maddi sübut yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkillərin məhkəmədə iştirak etdikləri müddət 40 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla hər birinə 240 (iki yüz qırx) manat (40x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə müdafiəçilər Müdafiəçi1 və Müdafiəçi2 dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 2 gün həbsdə saxlanılması nəzərə alınmaqla həbsdə saxlamanın bir gününü azadlığın məhdudlaşdırılmasının iki gününə hesablayaraq üzərində 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(011)-30/2023 saylı qərarı ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs1 üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 2anını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(006)-166/2023 saylı qərarı ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs2 üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 3 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birinə 40 (qırx) saat göstərdikləri pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçilər Müdafiəçi1 və Müdafiəçi2 Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə hər birinə 240 (iki yüz qırx) manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №1(007)-265/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-265/2023
19.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver