Məhkəmə qərarları › İş №1(007)-266/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-266/2021

07.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-266/2021 07.10.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclas katibi Azadəli Orhan Nasir oğlunun katibliyi, dövlət ittihamçısı -Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Namiq oğlunun, müdafiəçilər - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 oğlunun və Müdafiəçi2, təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 oğlunun iştirakı ilə, təqsirləndirilən şəxs – xx.xx.1977-ci ildə Zəngilan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06.05.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib CM-nin 76.6.3, 67.1 və 69.3-cü maddələrinə əsasən 2 il 2 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 yaşayan, 05.04.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 07.04.2021-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə, təqsirləndirilən şəxs – xx.xx.1981-ci ildə Ağdam şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanında qeydiyyatda olan və yaşayan, 05.04.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 07.04.2021-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 08 dekabr 2020-ci il tarixdə saat 10:30 radələrində ünvan 4 ünvanının qarşısında saxlanılmış Zərərçəkmiş şəxs2 məxsus “VAZ 21041“ markalı, **-GX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ yan qapısının kilidini açaraq maşının salonunda arxa oturacağın üzərində olan hər birinin qiyməti 7 manat 20 qəpik olan 02 ədəd 1 litrlik qutuda “Final” markalı günəbaxan yağı, hər bir qutusunun qiyməti 2 manat olan 30 qutu "Vant” markalı siqaret, hər birinin qiyməti 1 manat olan 24 ədəd qabda “Bizon” markalı enerji içkisi, hər birinin qiyməti 7 manat 50 qəpik olan 5 ədəd 1 litrlik butulkada “Zolotoy Kolço” arağı, hər birinin qiyməti 5 manat 50 qəpik olan 3 ədəd 0.7 litrlik butulkada “Zolotoy Kolço” arağı, hər birinin qiyməti 1 manat olan 5 ədəd 1 litrlik qabda “Fal” markalı süd məhsulunu gizli olaraq talayıb ümumilikdə Zərərçəkmiş şəxs2 157 manat 40 qəpik məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 02 mart 2021-ci il tarixdə təxminən saat 10 radələrində Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi 67 ünvanının qarşısında saxlanılmış Zərərçəkmiş şəxs1 məxsus “VAZ 21074” markalı, **-RN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ yan qapısının kilidini dəmirdən düzəldilmiş xüsusi alətlə açaraq maşının salonunda arxa oturacağın üzərində olan hər bir kiloqramının qiyməti 22 manat olan 10 kq badam, hər bir kiloqramının qiyməti 15 manat olan 10 kq qovrulmuş fındıq ləpəsi, hər bir kiloqramının qiyməti 13 manat olan 10 kq fındıq ləpəsi, hər bir kiloqramının qiyməti 9 manat olan 5 kq ərik meyvəsi, hər bir kiloqramının qiyməti 5 manat olan 5 kq turşu, hər bir kiloqramının qiyməti 15 manat olan 10 kq qoz ləpəsi, hər bir kiloqramının qiyməti 20 manat olan 5 kq püstəni gizli olaraq talayıb ümumilikdə Zərərçəkmiş şəxs1 820 manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 28 mart 2021-ci il tarixdə saat 10:40 radələrində ünvan 5 ünvanın qarşısında saxlanılmış Zərərçəkmiş şəxs4 məxsus “VAZ-2121” markalı, **-HV-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa yük yerinin qapısının kilidini dəmirdən düzəldilmiş xüsusi alətlə açaraq yük yerində olan hər bir kiloqramının qiyməti 13 manat 60 qəpik olan 50 kq kəsilmiş quzu ətini gizli olaraq talayıb, ümumilikdə Zərərçəkmiş şəxs4 680 manat məbləğində maddi ziyan vuraraq oğurluq elmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 təkrarən özgənin əmlakını gizli yolla talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 02 aprel 2021-ci il tarixdə saat 06:35 radələrində ünvan 6 ünvanın qarşısına gələrək aralarında olan cinayətkar razılığa əsasən Təqsirləndirilən şəxs1 niyyətlərinə maneəsiz nail olmaq niyyəti ilə kənar şəxslərin həmin yerə gələcəyi barədə dərhal məlumat verməsi üçün kənarda dayanmış, o, isə həmin ünvanda saxlanılmış Zərərçəkmiş şəxs3 məxsus “VAZ-2106” markalı, **-HU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ yan qapısının kilidini dəmirdən düzəldilmiş xüsusi alətlə açaraq salonunda arxa oturacağın üzərində olan dəyəri 5 manat olan əl çantasını və çantanın içərisində saxladığı hər birinin qiyməti 30 manat olan 02 ədəd ***-***-**-**, ***-***-**-** nömrələri ilə işləyən 100 manat dəyərində olan Çin istehsallı “Nokia” markalı, “K8” modelli klassik dizaynlı mobil telefon, hər birinin qiyməti 30 manat olan 02 ədəd ***-***-**-**, ***- ***-**-** nömrələri ilə işləyən dəyəri 500 manat “Xiaomi” markalı, “Redmi 6” modelli, sensor dizaynlı mobil telefon, dəyəri 40 manat olan ***-***-**-** nömrəsi ilə işləyən 300 manat dəyərində “Samsung” markalı, “SM-J200H/DS” (Galaxy J2“) modelli sensor dizaynlı, ağ rəngli mobil telefon, dəyəri 40 manat olan ***-***-**-** nömrəsi ilə işləyən dəyəri 100 manat olan “Fly” markalı, “DS104D” modelli, klassik dizaynlı ağ rəngli mobil telefon, dəyəri 40 manat olan 3GB yaddaşı olan dəmir materialdan hazırlanmış yaddaş kartı və 1 litrinin qiyməti 90 qəpik olan avtomobilin yanacaq çənindən “Aİ 92” markalı 20 manat dəyərində benzini gizli olaraq talayıb əldə etdikləri əmlakı öz aralarında bölməklə ümumilikdə Zərərçəkmiş şəxs3 1265 manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 02 aprel 2021-ci il tarixdə saat 09:30 radələrində ünvan 7 ünvanın qarşısına gələrək aralarında olan cinayətkar razılığa əsasən Təqsirləndirilən şəxs1 niyyətlərinə maneəsiz nail olmaq niyyəti ilə kənar şəxslərin həmin yerə gələcəyi barədə dərhal məlumat verməsi üçün kənarda dayanmış, o isə həmin ünvanda saxlanılmış Zərərçəkmiş şəxs2 məxsus “VAZ-2104” markalı, 90- GX-371 dövlət qeydiyyat nişanlı avtomobilin arxa yük yerinin qapısının kilidini dəmirdən düzəldilmiş xüsusi alətlə sındırıb açaraq yük yerindən hər bir qutusunun qiyməti 1 manat 75 qəpik olan 21 ədəd qutuda xurma, içərisində 2 manatlıq danışıq konturu olan 5 ədəd “sim” kart, içərisində 2 manatlıq danışıq konturu olan 16 ədəd “nar” kart, hər birinin qiyməti 0,25 manat olan 30 ədəd 35 qr tutumlu “Fanat” markalı suxari, hər birinin qiyməti 2 manat olan 12 ədəd “Dixlofos Neo” markalı həşərat dərmanı, hər birinin qiyməti 7 manat 20 qəpik olan 04 ədəd 1 litrlik qutuda “Final” markalı günəbaxan yağı, hər birinin qiyməti 5 manat olan 3 ədəd 200 qr tutumlu qutuda “Green Food” markalı çili sousu, hər birinin qiyməti 3 manat 50 qəpik olan 6 ədəd 100 qramlıq qutuda “Final” markalı çay, hər bir qutusunun qiyməti 1 manat 70 qəpik olan 03 ədəd qutu “Feri” markalı qabyuyan məhlul, hər bir qutusunun qiyməti 2 manat 40 qəpik olan 7 qutu "Palİ Mall Nanokings” markalı siqaret, hər birinin qiyməti 4 manat olan 9 ədəd 2 litrlik qabda “Əfsanə” markalı çəllək pivəsi, hər birinin qiyməti 1 manat olan 24 ədəd qabda “Bizon” markalı enerji içkisi, 5 manat dəyərində 100 qutu “rapira” markalı ülgücü gizli yolla talayıb əldə etdikləri əmlakı öz aralarında bölməklə ümumilikdə Zərərçəkmiş şəxs2 261 manat 95 qəpik məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 02 aprel 2021-ci il tarixdə saat 06:35 radələrində ünvan 6 ünvanın qarşısına gələrək aralarında olan cinayətkar razılığa əsasən o, niyyətlərinə maneəsiz nail olmaq niyyəti ilə kənar şəxslərin həmin yerə gələcəyi barədə dərhal məlumat verməsi üçün kənarda dayanmış, Təqsirləndirilən şəxs2 isə həmin ünvanda saxlanılmış Zərərçəkmiş şəxs3 məxsus “VAZ-2106” markalı, **-HU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ yan qapısının kilidini dəmirdən düzəldilmiş xüsusi alətlə açaraq salonunda arxa oturacağın üzərində olan dəyəri 5 manat olan əl çantasını və çantanın içərisində saxladığı hər birinin qiyməti 30 manat olan 02 ədəd ***-***-**-**, ***-***-**-** nömrələri ilə işləyən 100 manat dəyərində olan Çin istehsallı “Nokia” markalı, “K8” modelli klassik dizaynlı mobil telefon, hər birinin qiyməti 30 manat olan 02 ədəd ***-***-**-**, ***-***-**-** nömrələri ilə işləyən dəyəri 500 manat “Xiaomi” markalı, “Redmi 6” modelli, sensor dizaynlı mobil telefon, dəyəri 40 manat olan ***-***-**-** nömrəsi ilə işləyən 300 manat dəyərində “Samsung” markalı, “SM-J200H/DS” (Galaxy J2“) modelli sensor dizaynlı, ağ rəngli mobil telefon, dəyəri 40 manat olan ***-***-**-** nömrəsi ilə işləyən dəyəri 100 manat olan “Fly” markalı, “DS104D” modelli, klassik dizaynlı ağ rəngli mobil telefon, dəyəri 40 manat olan 3GB yaddaşı olan dəmir materialdan hazırlanmış yaddaş kartı və 1 litrinin qiyməti 90 qəpik olan avtomobilin yanacaq çənindən “Aİ 92” markalı 20 manat dəyərində benzini gizli olaraq talayıb əldə etdikləri əmlakı öz aralarında bölməklə ümumilikdə Zərərçəkmiş şəxs3 1265 manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 02 aprel 2021-ci il tarixdə saat 09:30 radələrində ünvan 7 ünvanın qarşısına gələrək aralarında olan cinayətkar razılığa əsasən o, niyyətlərinə maneəsiz nail olmaq niyyəti ilə kənar şəxslərin həmin yerə gələcəyi barədə dərhal məlumat verməsi üçün kənarda dayanmış, Təqsirləndirilən şəxs2 isə həmin ünvanda saxlanılmış Zərərçəkmiş şəxs2 məxsus “VAZ-2104” markalı, **-GX-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa yük yerinin qapısının kilidini dəmirdən düzəldilmiş xüsusi alətlə sındırıb açaraq yük yerindən hər bir qutusunun qiyməti 1 manat 75 qəpik olan 21 ədəd qutuda xurma, içərisində 2 manatlıq danışıq konturu olan 5 ədəd “sim” kart, içərisində 2 manatlıq danışıq konturu olan 16 ədəd “nar” kart, hər birinin qiyməti 0,25 manat olan 30 ədəd 35 qr tutumlu “Fanat” markalı suxari, hər birinin qiyməti 2 manat olan 12 ədəd “Dixlofos Neo” markalı həşərat dərmanı, hər birinin qiyməti 7 manat 20 qəpik olan 04 ədəd 1 litrlik qutuda “Final” markalı günəbaxan yağı, hər birinin qiyməti 5 manat olan 3 ədəd 200 qr tutumlu qutuda “Green Food” markalı çili sousu, hər birinin qiyməti 3 manat 50 qəpik olan 6 ədəd 100 qramlıq qutuda “Final” markalı çay, hər bir qutusunun qiyməti 1 manat 70 qəpik olan 03 ədəd qutu “Feri” markalı qabyuyan məhlul, hər bir qutusunun qiyməti 2 manat 40 qəpik olan 7 qutu "Palİ Mall Nanokings” markalı siqaret, hər birinin qiyməti 4 manat olan 9 ədəd 2 litrlik qabda “Əfsanə” markalı çəllək pivəsi, hər birinin qiyməti 1 manat olan 24 ədəd qabda “Bizon” markalı enerji içkisi, 5 manat dəyərində 100 qutu “rapira” markalı ülgücü gizli yolla talayıb əldə etdikləri əmlakı öz aralarında bölməklə ümumilikdə Zərərçəkmiş şəxs2 261 manat 95 qəpik məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs2 özünü ona elan olunmuş Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulmuş ittiham üzrə qismən təqsirli bilərək göstərmişdir ki, o, əvvəllər müxtəlif fərdi işlərdə işləsə də 2020ci ilin sonlarından işsiz qaldığından maddi vəziyyəti pis olduğu üçün, dolanışığını təmin etmək üçün oğurluq etmək qərarına gəlmişdir. İttiham aktında göstərilən oğurluqları etmişdir. Lakin göstərilən məbləğlərlə razı deyildir. Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs3 məxsus avtomobildən telefonların və benzinin oğurlanması və Zərərçəkmiş şəxs2 məxsus avtomobildən oğurluq edilməsinə dair epizodlarda iştirak etmişdir. Elmir sürücü olmuş və ətrafa nəzarət etmişdir. Qalan epizodlar üzrə oğurluğu tək etmişdir. Zərərçəkmiş şəxs1 başqa digər zərərçəkmiş şəxslərə dəymiş ziyan ödənilmişdir. Zərərçəkmiş şəxs1 məxsus avtomobildən oğurladığı çərəzlərin çəkiləri və qiyməti ilə razı deyil, ərik, püstə olmayıb. O, satdığı ərzaq məhsulları və əşyaları oğurluq yolu ilə əldə etdiyini alan şəxslərə bildirməmişdir. Əməlindən peşmandır, məhkəmədən anasının xəstə və yaşlı olmasının, onun himayəsində olmasının nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs1 özünü ona elan olunmuş Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulmuş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, Təqsirləndirilən şəxs2 ilə əvvəldən tanışdır və aralarında yaxşı münasibətlər vardır. Elburus oğurluq etmək üçün ona avtomobil və köməkçi lazım olduğunu bildirmişdir. Elburus bu barədə ona təklif etdikdə, o, Elburusla razılaşmış və 31.03.2021-ci il tarixdə “Opel Omeqa” markalı, **-NX-*** dövlət qeydiyyat nişanlı avtomobili günlük 20 manat ödənişlə onun adına icarəyə götürmüşlər. Elburus ona bildirmişdir ki, o, yalnız Elburusa köməklik edərək sürücülük edəcəkdir və qalan işləri Elburus özü edəcəkdir. O, Zərərçəkmiş şəxs3 məxsus avtomobildən telefonların və benzinin oğurlanması və Zərərçəkmiş şəxs2 məxsus avtomobildən oğurluq edilməsinə dair epizodlarda sürücü kimi iştirak etmişdir. Zərərçəkmiş şəxslərə dəymiş ziyan ödənilmişdir. Əməlindən peşmandır. Himayəsində iki azyaşlı uşağının olmasının nəzərə alınmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qeyd edilən əməli törətməkdə təqsirləri öz ifadələri ilə yanaşı aşağıdakılarla da təsdiq olunur. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 02 mart 2021-ci il tarixdə səhər saatlarında ünvan 8 ünvanın qarşısında özünə məxsus “VAZ 21074” markalı, **-RN-*** dövlət qeydiyyat nişanlı avtomobili saxlamış, şəxsi işləri ilə əlaqədar getmiş və saat 11 radələrində geri qayıdaraq avtomobilinə yaxınlaşarkən avtomobilin salonunda arxa oturacağın üzərində saxladığı, fərdi satışı ilə məşğul olduğu badam, fındıq ləpəsi, ərik meyvəsi, turşu, qoz ləpəsi, püstənin oğurlandığını aşkar etmişdir. O, bu barədə Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat vermiş və Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə gedib ərizə ilə şikayət etmişdir. Ona 820 manat ziyan dəymiş və dəymiş ziyan ödənilməmişdir. Ona dəymiş ziyanın Təqsirləndirilən şəxs2 tərəfindən ödənilməsini tələb edir. İş üzrə Zərərçəkmiş şəxs2 ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ona dəymiş ziyanı tam ödəmişlər. Onlara qarşı heç bir şikayəti və tələbi yoxdur. İstintaqda verdiyi ifadəsini təsdiq edir və heç bir əlavəsi yoxdur. Zərərçəkmiş şəxs2 istintaqda verdiyi ifadəsində göstərmişdir ki, o, hər ay ərzində bir dəfə ailəsi üçün ümumi bazarlıq edir. Bu səbəbdən 02 aprel 2021-ci il tarixdə səhər saat 08:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən topdan satış bazarından ev üçün ərzaq məhsulları və məişət əşyaları alaraq özünə məxsus olan “VAZ 21041” markalı, **-GX-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa yük yerinə baqaj hissəsinə yığmış, daha sonra avtomobilini idarə edib ünvan 7 ünvanın qarşısında saxlayıb, əlavə bazarlıq etmək üçün “8-ci Kilometr” bazarına getmiş və təxminən saat 10 radələrində geri qayıdaraq avtomobilinə yaxınlaşarkən aşkar etmişdir ki, avtomobilinin arxa yük baqaj hissəsinin kilidi naməlum şəxs tərəfindən ona məlum olmayan üsulla sındırılaraq avtomobilin yük yeri baqaj hissəsində saxladığı ev üçün hər bir qutusunun qiyməti 1 manat 75 qəpik olan 21 ədəd qutuda xurma, içərisində 2 manatlıq danışıq konturu olan 5 ədəd sim kart, içərisində 2 manatlıq danışıq konturu olan 16 ədəd nar kart, hər birinin qiyməti 0,25 manat olan 30 ədəd 35 qr tutumlu “Fanat” markalı suxarı, hər birinin qiyməti 2 manat olan 12 ədəd “Dixlofos Neo” markalı həşərat dərmanı, hər birinin qiyməti 7 manat 20 qəpik olan 04 ədəd 1 litrlik qutuda “Final” markalı günəbaxan yağı, hər birinin qiyməti 5 manat olan 3 ədəd 200 qr tutumlu qutuda “Green Food” markalı çili sousu, hər birinin qiyməti 3 manat 50 qəpik olan 6 ədəd 100 qramlıq qutuda “Final” markalı çay, hər bir qutusunun qiyməti 1 manat 70 qəpik olan 03 ədəd qutu “Feri” markalı qab yuyan məhlul, hər bir qutusunun qiyməti 2 manat 40 qəpik olan 7 qutu “X2” markalı siqaret, hər birinin qiyməti 4 manat olan 9 ədəd 2 litrlik qabda “Əfsanə” markalı çəllək pivəsi, hər birinin qiyməti 1 manat olan 24 ədəd qabda “Bizon” markalı enerji içkisi, 5 manat dəyərində 100 qutu “rapira” markalı ülgücün naməlum şəxs tərəfindən oğurlanmasını aşkar etmişdir. Bundan sonra həmin gün bu barədə Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə ərizə ilə şikayət etmiş və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmişdir. Bundan sonra 05 aprel 2021-ci il tarixdə 24-cü Polis Şöbəsinə dəvət edilmiş, orada iki nəfər şəxs adlarını sonradan bildiyi Təqsirləndirilən şəxs2 və X1 həmin cinayəti törətdiklərini etiraf etmişlər. Həmçinin onun avtomobilindən oğurladıqları ərzaq məhsulları və məişət əşyalarının bir hissəsinin polis şöbəsində olmasını görüb onları tanıyaraq ona məxsus olmalarını bildirmişdir. Ona dəymiş maddi ziyan 261 manat 95 qəpik təşkil edir. İş üzrə Zərərçəkmiş şəxs4 ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ona dəymiş ziyanı tam ödəmişlər. Onlara qarşı heç bir şikayəti və tələbi yoxdur. Onlara cəza verilməməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs4 istintaqda verdiyi ifadəsində göstərmişdir ki, o, fərdi qaydada quzu ətlərinin kəsimi və satışı ilə məşğul olur. Kəsdiyi quzu ətlərini Bakı şəhərində müxtəlif restoranlara satır və həmçinin özüdə 8-ci km bazarında yerləşən ət dükanında ət satışı ilə məşğul olur. 28.03.2021-ci il tarixdə səhər tezdən 70 kiloqram çəkisində quzuları kəsmiş və ətləri özünə məxsus etibarnamə əsasında idarə etdiyi ”VAZ 2121” markalı, **-HV-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa baqaj yük yerinə yığmış, daha sonra həmin gün saat 10:30 radələrində özünə məxsus ”VAZ 2121” markalı avtomobillə 8-ci km bazarına gəlmişdir. Orada həmin ətləri avtomobilin yük yeri hissəsində saxlamaqla, avtomobilinin qapılarının və yük yerinin kilidini bağlayıb, avtomobili yolun kənarında saxlayıb öz işləri ilə məşğul olmaq üçün avtomobildən uzaqlaşaraq bazara getmişdir. Təxminən saat 11 radələrində avtomobilinə yaxınlaşarkən aşkar etmişdir ki, avtomobilinin arxa yük yerinin qapısı açılmış və arxa yük yerində saxladığı 680 manat dəyərində 50 kq ət naməlum şəxs tərəfindən oğurlanmışdır. O, bu barədə 24-cü Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. İş üzrə Zərərçəkmiş şəxs3 ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qarşı heç bir şikayəti və tələbi yoxdur, ona dəymiş ziyan ödənilmişdir. Zərərçəkmiş şəxs3 istintaqda verdiyi ifadəsində göstərmişdir ki, 02 aprel 2021-ci il tarixdə saat 06:30 radələrində ünvan 6 ünvanın qarşısında etibarnamə ilə idarə etdiyi “VAZ 2106” markalı, **-HU-*** dövlət qeydiyyat nişanlı avtomobili saxlamış və iş yerinə sıra baxışına getmişdir. Həmin gün saat təxminən 06:40 radələrində sıra baxışından çıxıb avtomobilinə yaxınlaşarkən aşkar etmişdir ki, avtomobilin sağ yan qapısı naməlum şəxs tərəfindən ona məlum olmayan üsulla açılaraq avtomobilin salonunda arxa oturacağın üzərində olan dəyəri 5 manat olan əl çantasının içərisində saxladığı 100 manat dəyərində olan Çin istehsallı “Nokia” markalı “K8” modelli klassik dizaynlı hər birinin qiyməti 30 manat olan 02 ədəd ***-***-**-**, ***-***-**-** nömrələri ilə işləyən mobil telefon, dəyəri 500 manat olan “Xiaomi” markalı, “Redmi 6” modelli, sensor dizaynlı hər birinin qiyməti 30 manat olan 02 ədəd ***-***-**-**, ***-***-**-** nömrələri ilə işləyən mobil telefon, 300 manat dəyərində “Samsung” markalı “SM-J200H/DS” (Galaxy J2”) modelli sensor dizaynlı, ağ rəngli qiyməti 40 manat olan ***-***-**-** nömrəsi ilə işləyən mobil telefon, dəyəri 100 manat olan “Fly” markalı “DS104D” modelli, klassik dizaynlı ağ rəngli qiyməti 40 manat olan ***-***-**-** nömrəsi ilə işləyən mobil telefon, dəyəri 40 manat olan 3GB yaddaşı olan dəmir materialdan hazırlanmış yaddaş kartı və avtomobilin yanacaq çənindən “Aİ 92” markalı 20 manat dəyərində 22 litr 222 qram benzin yanacağının oğurlanmasını aşkar etmişdir. Bundan sonra o, Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə gedib ərizə ilə şikayət etmişdir. Bundan sonra 05 aprel 2021-ci il tarixdə 24-cü Polis Şöbəsinə dəvət edilmiş, orada iki nəfər şəxs adlarını sonradan bildiyi Təqsirləndirilən şəxs2 və X1 həmin cinayəti törətdiklərini etiraf etmişlər, onların idarə etdiyi avtomobildən aşkar olunmuş 4 ədəd mobil telefonları və 6 ədəd mobil nömrələri gördükdə tanımış, ona məxsus olan telefonlar və nömrələr olmasını bildirmişdir. Oğurluq nəticəsində ona ümumilikdə 1265 manat maddi ziyan dəymişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, ünvan 9 ünvanında yerləşən “Aydın” adlı kafeni icarəyə götürüb işlədir. 28 mart 2021-ci il tarixdə təxminən saat 12 radələrində işdən kənarda olduğu zaman kafedə ofisiant işləyən Suliddin Kərimov ona zəng edərək Elburus adlı daimi müştərilərinin 1 kiloqramı 11 manatdan olmaqla 1 ədəd kəsilmiş bütöv quzu satması üçün təklif etdiyini bildirmişdir. O, həmin ətin bazar qiymətindən ucuz olması üçün Suliddinə əti almasını demiş, lakin buna görə əti almağı müqabilində nağd ödəniş etməyəcəyini, Elburusun daimi müştəriləri olduğunu və bir neçə dəfə kafedə yeyib içə biləcəyini bildirmişdir. Elburus buna razılıq vermiş və həmin əti kafeyə qoyaraq getmişdir. Sonradan həmin quzu əti kafedə bişirilərək yeməklərdə istifadə olunub qurtarmışdır. Elburus bunun müqabilində bir neçə nəfər tanımadığı şəxslə kafedə kəsilmiş quzu ətinə görə razılaşdıqları 140 manat dəyərində oturub yeyib içmişdir. Odur ki, kəsilmiş quzu ətinə görə onun Elburusa heç bir borcu qalmamışdır. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, ünvan 9 ünvanında yerləşən ət dükanında qəssab işləyir. 28 mart 2021-ci il tarixdə təxminən saat 14 radələrində iş yerində olarkən əvvəllər tanımadığı, təxminən 45 yaşında bir kişi dükana gəlib adının Elburus olmasını bildirib, onda kəsilmiş hazır quzu əti olmasını, həmin quzu ətinin bir kiloqramını 10 manata satmaq istəməsini bildirmişdir. O, əvvəlcə almaq istəməsə də Elburus and-aman edib kəsilmiş quzu ətinin özünə məxsus olmasını, qabırğasını restorana satdığını, 6 ədəd quzu budunun olmasını dedikdə, o, artıq Elburusa inanmış ki, kəsilmiş quzu əti onun özünə məxsusdur. Həmçinin Elburus qiymətdə endirim etmiş, o, Elburusa həmin 6 ədəd quzu budu üçün 190 manat ödəyib həmin kəsilmiş əti ondan almış və daha sonra həmin ətləri başqa müştərilərə baha qiymətə sataraq maddi gəlir əldə etmişdir. Bundan sonra 05 aprel 2021-ci il tarixdə polis əməkdaşları tərəfindən 24-cü Polis Şöbəsinə dəvət edildikdə, həmin şöbədə özünü ona Elburus kimi təqdim edən şəxsi görən kimi əlamətlərinə görə dərhal tanımışdır. Şahid5 məhkəməyə teleqram vuraraq bildirmişdir ki, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edir, üzrlü səbəbdən məhkəməyə gələ bilmir, nəzərə alınmasını xahiş edir. Şahid5 istintaqda verdiyi ifadəsində göstərmişdir ki, təxminən 3 ildir ki, ünvan 9 ünvanında yerləşən meyvə tərəvəz dükanını icarəyə götürüb işlədir. 12 mart 2021-ci il tarixdə təxminən saat 09 radələrində işdə olduğu vaxt əvvəllər tanımadığı, təxminən 45 yaşında bir kişi dükana gəlib adının Elburus olmasını bildirib, özünün də meyvə tərəvəz mağazası işlətdiyini, lakin pandemiya səbəbindən mağazasını bağladığını və artıq qalmış bir yarımçıq kisə qoz çərəzini ucuz qiymətə satdığını bildirmişdir. O, da çərəzə baxıb, ucuz olduğu üçün almış və ona 84 manat pul vermiş, Elburus da oradan çıxıb getmişdir. Sonradan həmin qoz çərəzini başqa müştərilərə satmışdır. Bundan sonra 05 aprel 2021-ci il tarixdə polis əməkdaşları tərəfindən 24-cü Polis Şöbəsinə dəvət edildikdə, həmin şöbədə özünü ona Elburus kimi təqdim edən şəxsi görən kimi əlamətlərinə görə dərhal tanımışdır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanması və icraata qəbul olunması haqqında 05.04.2021-ci il tarixli qərardan görünür ki, material üzrə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2-ci maddələri ilə cinayət işi başlanılaraq icraata qəbul olunmuşdur. - avtomaşına baxış keçirilməsi və maddi sübutun götürülməsi barədə 03.04.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 istifadəsində olan “Opel Omeqa” markalı, **-NX-*** dövlət qeydiyyat nişanlı avtomobildən oğurluq yolu ilə əldə edilmiş və avtomobildə saxlanılan Zərərçəkmiş şəxs3 məxsus Çin istehsallı “Nokia” markalı, “K8” modelli klassik dizaynlı 02 ədəd ***-***-**-**, ***-***-**-** nömrələri ilə işləyən mobil telefon, “Xiaomi” markalı, “Redmi 6” modelli, sensor dizaynlı 02 ədəd ***-***-**-**, ***-***-**-** nömrələri ilə işləyən mobil telefon, “Samsung” markalı, “SM-J200H/DS” (Galaxy J2”) modelli sensor dizaynlı, ağ rəngli ***-***-**-** nömrəsi ilə işləyən mobil telefon, “Fly” markalı, “DS104D” modelli, klassik dizaynlı, ağ rəngli ***-***-**-** nömrəsi ilə işləyən mobil telefon və Zərərçəkmiş şəxs2 məxsus 06 ədəd “Dixlofos Neo” həşərat dərmanları götürülmüşdür. - əşyaların təqdim edilməsi və götürülməsi haqqında 05 aprel 2021-ci il tarixli protokoldan görünür ki, ünvan 10 ünvanında yerləşən “Sədaqət” marketdən Təqsirləndirilən şəxs2 tərəfindən oğurluq yolu ilə əldə edilərək sonuncu tərəfindən həmin marketə satılmış Zərərçəkmiş şəxs2 məxsus ərzaq məhsulları, “Bizon” enerji içkiləri, “Dixlofos Neo” həşərat dərmanları və “Rapira” ülgücləri götürülmüşdür. - əşyanın təqdim edilməsi və götürülməsi haqqında 03 aprel 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 11 ünvanında yerləşən evdən oğurluq yolu ilə əldə edilərək sonuncu tərəfindən saxlanılan Zərərçəkmiş şəxs2 məxsus 2 ədəd “Bizon” enerji içkiləri və 1 ədəd 2 litrlik plastmas qabda “Əfsanə” markalı pivə götürülmüşdür. - şübhəli şəxsin tutulması haqqında 05.04.2021-ci il tarixli protokoldan və qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. - şübhəli şəxsin tutulması haqqında 05.04.2021-ci il tarixli protokoldan və qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. - zərərçəkmiş şəxs qismində tanınma haqqında 06.04.2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs4 zərərçəkmiş şəxs qismində tanınmışdır. - zərərçəkmiş şəxs qismində tanınma haqqında 06.04.2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 zərərçəkmiş şəxs qismində tanınmışdır. - zərərçəkmiş şəxs qismində tanınma haqqında 06.04.2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır. - əşyanın tanınmaya təqdim edilməsi haqqında 06.04.2021-ci il tarixli protokoldan görünür ki, Çin istehsallı “Nokia” markalı, “K8” modelli klassik dizaynlı 02 ədəd ***-***-**-**, ***-***-**-** nömrələri ilə işləyən mobil telefon, “Xiaomi” markalı, “Redmi 6” modelli, sensor dizaynlı, ***-***-**-**, ***-***-**-** nömrələri ilə işləyən mobil telefon, “Samsung” markalı “SM-J200H/DS” (Galaxy J2”) modelli sensor dizaynlı, ağ rəngli ***-***-**-** nömrəsi ilə işləyən mobil telefon, “Fly” markalı, “DS104D” modelli, klassik dizaynlı, ağ rəngli, ***-***-**- ** nömrəsi ilə işləyən mobil telefon Zərərçəkmiş şəxs3 təqdim edilmişdir. Zərərçəkmiş şəxs3 təqdim edilmiş mobil telefonların ona məxsus olduğunu bildirmişdir. - əşyanın tanınmaya təqdim edilməsi haqqında 06.04.2021-ci il tarixli protokoldan görünür ki, 9 ədəd 2 litrlik “Əfsanə” markalı çəllək pivəsi, 14 ədəd “Bizon” markalı enerji içkisi, 30 ədəd 35 qram tutumlu “Fanat” markalı suxari, 2 ədəd 1 litr tutumlu “Final” markalı günəbaxan yağı, 9 ədəd “Dixlofos Neo” markalı həşərat dərmanı, 3 ədəd 200 qr tutumlu “Green Food” markalı çili sousu, 7 qutu “Palİ Mall Nanokings” markalı siqareti, 100 qutu “Rapira” markalı ülgüc vahid nüsxədə Zərərçəkmiş şəxs2 təqdim edilmiş, sonuncu həmin həmin ərzaq məhsulları və digər əşyaları nəzərdən keçirib göstərmişdir ki, ona təqdim edilmiş ərzaq məhsulları və digər əşyalar ona məxsusdur və ərzaq məhsulları və digər əşyaların əlamətlərini mükəmməl olaraq yadında saxladığından tanımışdır. - təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 07.04.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir. - təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 07.04.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 4(007)-78/2021 saylı, 07.04.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 4(007)-77/2021 saylı, 07.04.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. - zərərçəkmiş şəxs qismində tanınma haqqında 06.04.2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 16 aprel 2021-ci il tarixli, 9/2168 nömrəli rəyindən görünür ki, qeyd olunan xüsusatlara müvafiq aparılmış tədqiqat nəticəsində, respublika ərazisində yerləşən ticarət şəbəkələrində, mobil telefonların alqısatqı məntəqələrində, internet saytlarında və eləcə də Mərkəzdə olan məlumatlardan istifadə edilməklə, ekspertiza tədqiqatına təqdim edilmiş 13 adda malların 2021-ci ilin aprel ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən aşağıdakı kimi müəyyən edilir: 1. 9 ədəd 2 litrlik “Əfsanə” markalı çəllək pivəsi - 36,0 manat (4 man x 9 əd); 2. 14 ədəd “Bizon” markalı enerji içkisi - 14,0 manat (1 man x 14 əd); 3. 30 ədəd 35 qr tutumlu “Fanat” markalı suxarı - 7,50 manat (0,25 man x 30 əd); 4. 2 ədəd 1 litr tutumlu “Final” markalı günəbaxan yağı - 14,40 manat (7,20 man x 2 əd);5. 9 ədəd “Dixlofos Neo” markalı həşərat dərmanı - 18,0 manat (2 man x 9 əd); 6. 3 ədəd 200 qr tutumlu “Green Food” markalı çili sousu - 15,0 manat (5 man x 3 əd); 7. 7 qutu “Palİ Mall Nanokings” markalı siqaret - 16,80 manat (2,4 man x 7 qutu); 8. 100 qutu “Rapira” markalı ülgüc - 5,0 manat;

9. 1 ədəd Çin istehsalı olan “Samsung” markalı “SM-J200Fİ/DS” (Galaxy J2) model, sensor dizaynlı, ağ rəngli mobil telefonun istifadədə olması, yuxarıdakı xüsusatları və komplektləşdirilməsinə daxil edilən aksessuarlarının olmamasını nəzərə alaraq – 30.0 manat; 10. 1 ədəd “Xiaomi” markalı, “Redmi 6” model, sensor dizaynlı qara rəngli mobil telefonun istifadədə olması və komplektləşdirilməsinə daxil edilən aksessuarlarının olmamasını nəzərə alaraq - 140,0 manat; 11.1 ədəd Çin istehsalı olan “Nokia” markalı, “K8” model, klassik dizaynlı qara rəngli mobil telefonun istifadədə olması, yuxarıdakı xüsusatları və komplektləşdirilməsinə daxil edilən aksessuarlarının olmamasını nəzərə alaraq – 20.0 manat; 12. 1 ədəd “Fly” markalı “DS104D” model, klassik dizaynlı, ağ rəngli mobil telefonun istifadədə olması, yuxarıdakı xüsusatları və komplektləşdirilməsinə daxil edilən aksessuarlarının olmamasını nəzərə alaraq - 15,0 manat; 13. 6 ədəd GSM mobil nömrələr (***-***-**-**, ***-***-**-**, ***-***-**-**, 077- 487-73-07, ***-***-**-** və ***-***-**-**) - 24,0 manat (4,0 man x 6 əd). Ekspertiza tədqiqatına təqdim edilmiş 13 adda malların 2021-ci ilin aprel ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 355,70 manat müəyyən edilir. - maddi sübut kimi tanıma haqqında 25.06.2021-ci il tarixli qərardan görünür ki, 9 ədəd 2 litrlik “Əfsanə” markalı çəllək pivəsi, 14 ədəd “Bizon” markalı enerji içkisi, 30 ədəd 35 qr tutumlu “Fanat” markalı suxarı, 2 ədəd 1 litr tutumlu “Final” markalı günəbaxan yağı, 9 ədəd “Dixlofos Neo” markalı həşərat dərmanı, 3 ədəd 200 qr tutumlu “Green Food” markalıçili sousu, 7 qutu “Palİ Mall Nanokings” markalı siqareti, 100 qutu “Rapira” markalı ülgüc, 1 ədəd Çin istehsalı olan “Samsung” markalı, “SM-J200Fİ/DS” (Galaxy J2) model, sensor dizaynlı, ağ rəngli mobil telefon, 1 ədəd “Xiaomi” markalı, “Redmi 6” model, sensor dizaynlı, qara rəngli mobil telefon, 1 ədəd Çin istehsalı olan “Nokia” markalı, “K8” model, klassik dizaynlı, qara rəngli mobil telefon, 1 ədəd “Fly” markalı, “DS104D” model, klassik dizaynlı ağ rəngli mobil telefon, 6 ədəd GSM mobil nömrələr (***-***-**-**, ***-***-**-**, ***- ***-**-**, 077- 487-73-07, ***-***-**-** və ***-***-**-**) cinayət işi üzrə xüsusi əhəmiyyət kəsb etdikləri üçün maddi sübut kimi tanınmış və zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 qəbzlə təhvil verilmişdir. - 01.07.2021-ci il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs3 ona məxsus olan Çin istehsallı “Nokia” markalı “K8” modelli klassik dizaynlı, 02 ədəd ***-***-**-**, ***-***-**-** nömrələri ilə işləyən mobil telefon, “Xiaomi” markalı, “Redmi 6” modelli, sensor dizaynlı ***-***-**-**, ***-***-**-** nömrələri ilə işləyən mobil telefon, “Samsung” markalı, “SM- J200H/DS” (“Galaxy J2”) modelli, sensor dizaynlı, ağ rəngli, ***-***-**-** nömrəsi ilə işləyən mobil telefon, “Fly” markalı, “DS104D” modelli, klassik dizaynlı, ağ rəngli, ***-***- **-** nömrəsi ilə işləyən mobil telefonu qəbul etmişdir. - 01.07.2021-ci il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs2 9 ədəd 2 litrlik “Əfsanə” markalı çəllək pivəsini, 14 ədəd “Bizon” markalı enerji içkisini, 30 ədəd 35 qr tutumlu “Fanat” markalı suxarını, 2 ədəd 1 litr tutumlu “Final” markalı günəbaxan yağını, 9 ədəd “Dixlofos Neo” markalı həşərat dərmanını, 3 ədəd 200 qr tutumlu “Green Food” markalı çili sousunu, 7 qutu “Palİ Mall Nanokings” markalı siqareti, 100 qutu “Rapira” markalı ülgücü qəbul etmişdir. - doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində 30.09.2011-ci il təvəllüdlü Səlimli Yusif və 25.09.2014-cü il təvəllüdlü Səlimli Səccad adlı iki azyaşlı uşağı vardır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında Plenum qərara almışdır ki: 2.Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir... 7.Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir.... 10. Özgə əmlakının talanması əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edərkən, bilavasitə özgə əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək,cinayətin iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razılıq əldə edilməsi, həmçinin hər hansı icraçı və cinayətin digər iştirakçıları tərəfindən hansı konkret hərəkətlər edilməsi araşdırılmalıdır. Hökmdə törədilmiş cinayətin hər bir icraçısının və digər iştirakçısının (təşkilatçılarının, təhrikçilərinin, köməkçilərinin) barəsindəki sübutlara qiymət verilməlidir.... 11. CM-nin 34.2ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları, rolların bölgüsünə əsasən, cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa) onlar CM-nin 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün CM-nin 32-ci maddəsinə istinad edilməsinə ehtiyac yoxdur....18.Şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər, CM-nin 16.2-ci maddəsinə müvafiq olaraq, CM-nin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş «təkrar» törədilmiş cinayət kimi tövsif edilməlidir. Belə halda cinayətkar hərəkətlər cinayətlərin məcmusunu təşkil etmir. Təqsirkarın iradəsindən asılı olmayaraq cinayət başa çatmadıqda da məsələyə bu mövqedən yanaşılmalıdır.” Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2-ci maddələri ilə ittiham irəli sürülmüş və əməli həmin maddələr ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrar özgə əmlakını talaması tədqiq edilmiş mötəbər və mümkün sübutların məcmusu, özünün, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri ilə tamamilə sübuta yetirildi. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla Təqsirləndirilən şəxs2 tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir. Təqsirləndirilən şəxs2 cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığından Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 oğlunun törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1,177.2.2-ci maddələri ilə ittiham irəli sürülmüş və əməli həmin maddələr ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs1 oğlunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 oğlunun qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrar özgə əmlakını talaması tədqiq edilmiş mötəbər və mümkün sübutların məcmusu, özünün, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri ilə tamamilə sübuta yetirildi. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla Təqsirləndirilən şəxs1 oğlu tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir. Təqsirləndirilən şəxs1 oğlunun cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığından Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 oğluna cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 oğlunun törətdikləri əməl az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu ödənilmiş hesab edilir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 28.07.2021ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 12.10.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 29,177.2.2, 177.2.3, 177.2.4, 234.1-ci maddələri ilə təqsirli bilinib CM-nin 66.3-cü maddəsinə əsasən 6 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11.07.2016-cı il tarixli qərarı ilə “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 06 may 2016-cı il tarixli Qanunu tətbiq edilərək CM-nin 29,177.2.2 və 177.2.4-cü maddələri hökmdən xaric edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07.05.2018-ci il tarixli qərarı ilə cəzası 5 il 11 ay 28 günə azaldılmış, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 04.05.2020-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsindən qalan 11 ay müddətini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, 02.04.2021-ci ildə cəza müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs2 məhkumluğu ödənilməmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06.05.2021-ci il tarixli, 1(005)-196/2021 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib CM-nin 76.6.3, 67.1 və 69.3-cü maddələrinə əsasən 2 il 2 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 28.07.2021-ci il tarixli tələbnamədən görünür ki, əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs1 məhkumluğu barədə məlumat yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi əməli etiraf etməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 dəymiş ziyanın ödənilməsini, onların şikayətlərinin və tələblərinin olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs2 məhkumluğu ödənilməmiş və götürülməmiş yenidən qəsdən cinayət törətməsi Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hal hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs2 barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, qəsdin obyektini mülkiyyət münasibətləri təşkil etməsini nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün barəsində cəmiyyətdən təcrid olunmaqla azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin ediləcək cəzanın müddəti onun təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza olan azadlıqdan məhrum etmə cəzasının son həddinin yarısından az olmamalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilindiyi əməli Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06.05.2021-ci il tarixli, 1(005)-196/2021 nömrəli hökmü ilə məhkum olunana qədər törətdiyi üçün, ona Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsində göstərilən qaydalar üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmin maddədə qeyd olunan “eyni qaydalar” ifadəsi Azərbaycan Respublikası CM-nin 66.1-66.4cü maddələrində əks olunan cəzanın təyin edilməsi qaydalarını göstərir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair 22 fevral 2012-ci il tarixli qərarında Plenum qərara almışdır ki, cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən əvvəllər Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06.05.2021-ci il tarixli, 1(005)-196/2021 nömrəli hökmü ilə təyin edilmiş 2 il 2 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasını hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplayaraq Təqsirləndirilən şəxs2 qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə azadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilir. Ona görə də, əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və cəzasını çəkib qurtardıqdan sonra məhkumluğu ödənilməmiş və götürülməmiş yenidən qəsdən cinayət törətmiş təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 ilk dəfə cinayət əməli törətməsini, törətdiyi əməli etiraf etməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənilməsini, zərərçəkmiş şəxslərin şikayətlərinin və tələblərinin olmamasını, evli olmasını, himayəsində azyaşlı uşaqlarının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 oğlunun cəzasını Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müyyən edilmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 №li qərarında göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs1 barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, cəzasını yüngülləşdirən halları, qəsdin obyektini mülkiyyət münasibətləri təşkil etməsini nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən Təqsirləndirilən şəxs1 05.04.2021-ci il tarixdən 07.10.2021-ci il tarixədək 6 ay 2 gün həbsdə saxlanılması həbsdə saxlamanın bir gününü azadlığın məhdudlaşdırılmasının iki gününə hesablayaraq nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 3 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası CPM-nin 346.1.19-346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli; Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası CM-nin 69.3cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablanaraq cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı həbs etmənin əvvəlindən, yəni 05 aprel 2021-ci il tarixdən hesablanmalı; Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək hökm qanuni qüvvəyə minənədək barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməli və məhkəmə iclas zalından dərhal azad edilməli; Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı; 9 ədəd 2 litrlik “Əfsanə” markalı çəllək pivəsi, 14 ədəd “Bizon” markalı enerji içkisi, 30 ədəd 35 qram tutumlu “Fanat” markalı suxarı, 2 ədəd 1 litr tutumlu “Final” markalı günəbaxan yağı, 9 ədəd “Dixlofos Neo” markalı həşərat dərmanı, 3 ədəd 200 qram tutumlu “Green Food” markalı çili sousu, 7 qutu “Palİ Mall Nanokings” markalı siqaret, 100 qutu “Rapira” markalı ülgüc Zərərçəkmiş şəxs2 və 1 ədəd “Samsung” markalı, “SM-J200Fİ/DS” (Galaxy J2) modelli, ağ rəngli mobil telefon, 1 ədəd “Xiaomi” markalı, “Redmi 6” modelli, qara rəngli mobil telefon, 1 ədəd “Nokia” markalı, “K8” modelli, qara rəngli mobil telefon, 1 ədəd “Fly” markalı, “DS104D” modelli, ağ rəngli mobil telefon, 6 ədəd GSM mobil nömrələr (***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**- **, ***-***-**-** və ***-***-**-**) Zərərçəkmiş şəxs3 qaytarılmış hesab edilməli; Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan 50 (əlli) manat ekspertiza xərcinin 25 (iyirmi beş) manatı Təqsirləndirilən şəxs2 və 25 (iyirmi beş) manatı Təqsirləndirilən şəxs1 oğlundan tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2—193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkillərin ibtidai istintaqda iştirak etdikləri müddət 30 iş saatı və məhkəmədə iştirak etdikləri müddət 30 iş saatı, cəmi 60 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.05.2018ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla hər birinə 360 (üç yüz altmış) manat (60x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə müdafiəçilər Müdafiəçi1 oğluna və Müdafiəçi2 dövlət büdcəsi hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə

H Ö K M E T D İ:

Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06.05.2021-ci il tarixli, 1(005)-196/2021 nömrəli hökmü ilə təyin edilmiş 2 il 2 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasını hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplayaraq Təqsirləndirilən şəxs2 qəti cəza – 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 təyin olunmuş cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 05 aprel 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 05.04.2021-ci il tarixdən 07.10.2021-ci il tarixədək 6 ay 2 gün həbsdə saxlanılması nəzərə alınmaqla həbsdə saxlamanın bir gününü azadlığın məhdudlaşdırılmasının iki gününə hesablayaraq üzərində 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın və cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilsin. Hökm qanuni qüvvəyə minənədək barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından dərhal azad edilsin. Təqsirləndirilən şəxs1 üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 3 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 üzərində nəzarətin həyata keçirilməsi Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Cinayət işi üzrə maddi sübut olan 9 ədəd 2 litrlik “Əfsanə” markalı çəllək pivəsi, 14 ədəd “Bizon” markalı enerji içkisi, 30 ədəd 35 qram tutumlu “Fanat” markalı suxarı, 2 ədəd 1 litr tutumlu “Final” markalı günəbaxan yağı, 9 ədəd “Dixlofos Neo” markalı həşərat dərmanı, 3 ədəd 200 qram tutumlu “Green Food” markalı çili sousu, 7 qutu “Palİ Mall Nanokings” markalı siqaret, 100 qutu “Rapira” markalı ülgüc Zərərçəkmiş şəxs2 və 1 ədəd “Samsung” markalı, “SM-J200Fİ/DS” (Galaxy J2) modelli, ağ rəngli mobil telefon, 1 ədəd “Xiaomi” markalı, “Redmi 6” modelli, qara rəngli mobil telefon, 1 ədəd “Nokia” markalı, “K8” modelli, qara rəngli mobil telefon, 1 ədəd “Fly” markalı, “DS104D” modelli, ağ rəngli mobil telefon, 6 ədəd GSM mobil nömrələr (***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**- **, ***-***-**-** və ***-***-**-**) Zərərçəkmiş şəxs3 qaytarılmış hesab edilsin. İş üzrə məhkəmə məsrəfi olan 50 (əlli) manat ekspertiza xərcinin 25 (iyirmi beş) manatı Təqsirləndirilən şəxs2 və 25 (iyirmi beş) manatı Təqsirləndirilən şəxs1 tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına keçirilsin. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hər birinə istintaqda 30 saat, məhkəmədə 30 saat, cəmi 60 saat göstərdikləri pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçilər Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 oğluna və Müdafiəçi2 Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə hər birinə 360 (üç yüz altmış) manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar