Məhkəmə qərarları › İş №1(007)-267/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(007)-267/2022

16.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(007)-267/2022 16.11.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclas katibi Səfərov Rəşad Ramazan oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, zərərçəkmiş şəxs – mülki iddiaçı - Zərərçəkmiş şəxs, müdafiəçi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun, təqsirləndirilən şəxs – mülki cavabdeh – Təqsirləndirilən şəxs iştirakı ilə, təqsirləndirilən şəxs - mülki cavabdeh xx.xx.1991-ci ildə Ucar rayonunun Alpout kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Ucar rayonu, Alpout kəndində qeydiyyatda olan və Bakı şəhəri, Binəqədi rayonu, A.İsfahani küçəsi, nömrəsiz evdə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 00:30 radələrində “BC” kateqoriyalı sürücülük vəsiqəsi ilə etibarnamə əsasında idarə etdiyi “Toyota Prius” markalı, **-FA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti ilə sağdan birinci yol ilə “Koroğlu” metrostansiyasından “Q.Qarayev” metrostansiyası istiqamətində 50 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni nizamlanmayan piyada keçidinə yaxınlaşarkən avtomobilin sürətini hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi qədər azaltmalı, piyada keçidinə daxil olmuş piyadaya yol verməli və bundan sonra hərəkətin təhlükəsizliyinin təmin olunacağına əmin olaraq hərəkətini davam etdirməli olması barədə tələblərə əməl etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu tələbləri pozub idarə etdiyi avtomobillə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 80 ünvanının qarşısında piyada keçidi ilə yolu sağdan sola doğru keçən piyada Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan avtomobilin qabaq sağ hissəsi ilə vuraraq sonuncuya sol bud sümüyünün aşağı 1\3-nin qapalı yerdəyişmiş sınığı, baş beyin silkələnməsi ilə müşayiət olunan sol qaşaltı və burun belinin əzilmiş yaraları, sol gözün ağlı qişasının bayır yarısının qansızması, sağ əlin ovuc səthi, sol əlin arxa səthinin qançırları, sol qaşüstü nahiyə, sol əlin İİ barmağının distal hissəsinin bayır səthi və sol əlin İV barmağın distal hissəsinin arxa səthinin sıyrıqlarından ibarət sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər almasına səbəb olmuşdur. Məhkəmə baxışında təqsirləndirilən şəxs - mülki cavabdeh Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, idarə etdiyi avtomobillə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti istiqamətində hərəkətdə olarkən birinci işıqforda yol-nəqliyyat hadisəsi baş vermişdir. O, zərərçəkmiş şəxsi gec görmüş, zərərçəkmiş şəxs isə onu avtomobillərin qarşısında dayananda görmüş, ona tərəf baxmışdır. Həmin vaxt Şahid1 da avtomobildə olmuşdur. O, əyləci basmış, lakin əyləc sistemində problem olduğundan əyləc tutmamışdır. Yol-nəqliyyat hadisəsi anidən baş vermişdir. Zərərçəkmiş şəxs onu gördüyü halda idarə etdiyi avtomobilin qarşısına qaçmışdır. İdarə etdiyi avtomobilin solunda başqa avtomobil, sağında isə divar olduğundan o, avtomobilini qaçıra bilməmiş, zərərçəkmiş şəxsi vurmuşdur. Avtomobilini saxlamış, xanım ilə birlikdə düşüb zərərçəkmiş şəxsə yaxınlaşmışlar. Xanıma təcili tibbi yardıma zəng etməsini bildirmiş, xanım təcili tibbi yardıma zəng etmişdir. İlk dəfədir ki, belə hadisə baş verdiyindən nə edəcəyini bilməmiş, qorxmuş, ətrafdakı şəxslərdən ona kömək etmələrini xahiş etmişdir. Ətrafdakı şəxslərin köməyi ilə zərərçəkmiş şəxsi idarə etdiyi avtomobilə qoyub təcili tibbi yardım avtomobili gələnə qədər daha tez xəstəxanaya çatdırmaq istəmişlər. Lakin zərərçəkmiş şəxs avtomobilə minməkdən imtina etmişdir. Təcili tibbi yardım avtomobili gəlib onu xəstəxanaya aparmışdır. Səhərisi gün valideynləri Bəhruzun yanına getmişlər, lakin o, barışmamışdır. Sonuncu dəfə şəhid anası olan xalası Bəhruzun yanına getmiş, yenə də barışmamışdır. Atası və dayısı xəstəxanaya Bəhruzun yanına getmişlər. Hətta Bəhruz üçün içərisində kənd məhsulları olan qutu da bağlatdırmışlar. Bəhruzu Sabunçu xəstəxanasından Travmatologiyaya göndərmişlər, orada əməliyyat olunmuşdur. Hal-hazırda Zərərçəkmiş şəxs ilə barışmış, ona vurulmuş zərəri tam ödəmişdir. Məhkəmədən barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri öz ifadəsi ilə yanaşı aşağıdakılarla da təsdiq olunur. Məhkəmə baxışında zərərçəkmiş şəxs - mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, parket ustasıdır. Hadisə baş verən gün saat təxminən 21-22 radələrində ona zəng gəlmiş, sabah başqa işə getməli olduğunu bildirmişlər. Onun həmin vaxt əlində qurtarmadığı işi olmuşdur. Ona görə də məcbur olub həmin gün saat gecə 12-ə kimi işləyib işlərini qurtarmışdır. Həmin vaxt hava bir az çiskinli olmuşdur. Həmin vaxt metro bağlı olduğundan, bir manatlıq taksi ilə evə getmək məqsədilə “Koroğlu” metrostansiyasına tərəf getmişdir. Piyada keçidinin üstündən keçən zaman qəflətən maşın gəldiyini görmüşdür. O, əyləcin səsini eşitməmişdir. Həmin avtomobil qabaq hissəsi ilə onu vurmuşdur. Bundan sonra o, ətrafında dayanan adamları görmüşdür. Sonra təcili tibbi yardım avtomobili gəlib onu 3 nömrəli şəhər klinik xəstəxanasına aparmışdır. O, 06 gün həmin xəstəxanada qalmışdır. Sonra onu Travmatologiyaya aparmışlar, orada əməliyyat olunmuş və 16 gün də orada qalmışdır. Sonra onu evə buraxmışlar, müalicəsini evdə davam etdirmişdir. O, 4 ay ayağa qalxa bilməmiş, sonra çəliklə gəzməyə başlamışdır. O, 7 ay işsiz qalmışdır. Əməliyyat olunması və müalicəsinə çəkilən xərclər üçün bankdan pul götürmüşdür. Əməliyyata 1500 manat pul vermiş, müalicəsi üçün xeyli xərc çəkmişdir. Ayağında hal-hazırda mil var, yenidən ayağından əməliyyat olunmalıdır. Epikrizdən görünür ki, 5-6-cı qabırğalarında qırıq vardır. Zərərçəkmiş şəxs – mülki iddiaçı Zərərçəkmiş şəxs mülki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, cavabdeh idarə etdiyi “Toyota Prius” markalı avtomaşınla ona xəsarət yetirmişdir. Nəticədə o, ağır xəsarət almış və 7 aya yaxın işləməyərək həm stasionar, həm də ambulator qaydada müalicədə olmuşdur. Evlidir, iki uşağı vardır. İşləyə bilmədiyinə görə müalicə xərcini ödəmək üçün atası bankdan 4743 manat pul götürmüşdür. Ondan əlavə o, hər ay işləyərək evə 1000 manata qədər pul gətirmişdir. Cavabdehin günahı ucbatından o, ailəsi və iki azyaşlı uşağı ağır duruma düşmüşlər. O, həm 3 saylı Sabunçu xəstəxanasında, həm də Travmatologiya İnstitutunda cərrahi əməliyyat olunmuş, bundan sonra iki dəfə daha cərrahi əməliyyat olunmalıdır. Ümumilikdə ona 11000 manat maddi ziyan dəymişdir. Göstərilənlərə əsasən ona vurulmuş 11000 manat məbləğində pulun və mülki iddia üçün ödənilən 122 manat məbləğində dövlət rüsumunun mülki cavabdeh Təqsirləndirilən şəxs alınaraq ona ödənilməsi barədə hökm çıxarılmasını xahiş etmişdir. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında zərərçəkmiş şəxs - mülki iddiaçı Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. İttiham tərəfinin vəsatəti əsasında məhkəmə iclasında dindirilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 X7 Nizami rayon şöbəsinin məhkəmə-tibb eksperti X2 canlı şəxsin ekspertizasına dair xx.xx.2022-ci il tarixli, 154 nömrəli rəyi müdafiə edərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 00:30 radələrində Zərərçəkmiş şəxs yolu keçərkən hərəkətdə olan avtomobilin onu vurması nəticəsində xəsarət almış, tibbi yardım üçün 3 nömrəli ŞKX-na müraciət etmişdir. Təhqiqatçının qərarı əsasında Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə 3 nömrəli şəhər klinik xəstəxanasında məhkəmə tibbi müayinədən keçirmişdir. Müayinə zamanı Zərərçəkmiş şəxs əməliyyatdan qabaq dartma sistemində olmuşdur. O, Zərərçəkmiş şəxs zədə aldığı nahiyələrini müayinə etmiş, həmçinin baş beynin və döş qəfəsi KT müayinəsinə baxmışdır. Döş qəfəsinin KT yoxlamasının nəticəsində qabırğa qırığı qeyd edilməmişdir. Bundan əlavə Zərərçəkmiş şəxs özü də qabırğası ilə bağlı şikayəti olduğunu deməmişdir. Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı onda sol bud sümüyünün aşağı 1\3-nin qapalı yerdəyişmiş sınığı, baş beyin silkələnməsi ilə müşayiət olunan sol qaşaltı və burun belinin əzilmiş yaraları, sol gözün ağlı qişasının bayır yarısının qansızması, sağ əlin ovuc səthi, sol əlin arxa səthinin qançırları, sol qaşüstü nahiyə, sol əlin İİ barmağının distal hissəsinin bayır səthi və sol əlin İV barmağın distal hissəsinin arxa səthinin sıyrıqları olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmişlər, xx.xx.2022-ci il tarixdə piyada qismində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı hərəkətdə olan avtomobilin qabarıq hissələrinin təsiri nəticəsində yarana bilər, dərəcələrinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs qabırğasındakı qırıq o, rəy verdikdən sonra aşkar edilmişdir. O, müayinə edən zaman qabırğadakı qırıq aşkar edilsəydi belə xəsarəti rəydə qeyd edəcəkdi, lakin bu xəsarət sağlamlığa dəyən zərərin dərəcəsinə təsir etməyəcəkdir. İş üzrə Şahid2 məhkəməyə ərizə ilə müraciət edərək istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, ifadəsinə heç bir əlavəsinin olmadığını bildirmiş, məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Şahid2 istintaqda verdiyi ifadəsində göstərmişdir ki, ona məxsus olan “Toyota Prius” markalı, **-FA-*** dövlət qeydiyyat nişanlı avtomobilini 2022-ci ilin yanvar ayının ortalarında günlük 25 manat olmaqla Təqsirləndirilən şəxs icarəyə vermişdir. Təqsirləndirilən şəxs avtomobilini icarəyə aldıqdan sonra təxminən 15 gün icarə haqqını ödəmişdir. Lakin sonradan pulu ödəməkdə çətinlik çəkmişdir. xx.xx.2022-ci il tarixdə isə Kamranın qəza törətməsini öyrənmişdir. Bundan sonra Kamrandan avtomobilini geri almışdır. Hadisənin necə baş verməsini isə sonradan polis idarəsindən öyrənmişdir. Hazırda Kamran ona məxsus “Toyota Prius” markalı, **-FA-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmir. Hadisənin sonrakı günündə ondan avtomobilini geri almışdır. İş üzrə Şahid1 məhkəməyə ərizə ilə müraciət edərək istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, ifadəsinə heç bir əlavəsinin olmadığını bildirmiş, məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Şahid1 istintaqda verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixə keçən gecə saat təxminən 00:30-da yaşadığı evə getmək üçün “Bolt” tətbiqi vasitəsi ilə taksi sifariş etmişdir. Bir qədər sonra sifarişinə “Toyota Prius” markalı, **-FA-*** dövlət qeydiyyat nişanlı taksi gələrək onu “Kəmalə-Nərmin” şadlıq sarayının qarşısından götürmüşdür. O, sərnişin kimi əyləşdiyi həmin avtomobilin sürücüsünün adının sonradan Kamran olduğunu bilmişdir. Həmin sürücü avtomobili idarə edib “Koroğlu” metrostansiyası istiqamətindən Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti ilə “Q.Qarayev” metrostansiyası istiqamətinə doğru əsas yolla sağdan birinci hərəkət zolağı ilə hərəkət etdikdə yolun İ.Əliyev küçəsi ilə kəsişməsində eyni istiqamətdə sol hərəkət zolağı ilə hərəkət edən avtomobillər piyada zolağının qarşısında avtomobilləri saxlayıb yolu soldan sağa keçən piyadanı buraxsalar da Kamran adlı sürücü idarə etdiyi avtomobili saxlaya bilməyib qabaq hissəsi ilə piyadanı piyada zolağının üstündə vurmuşdur. Zərbədən piyada yerə yıxılıb xəsarət almışdır. Sürücü Kamran avtomobili dərhal saxlayıb düşərək yıxılmış piyadaya yaxınlaşmışdır. O da öz növbəsində avtomobildən düşüb piyadaya yaxınlaşmışdır. Onun xəsarət aldığını görüb özü TTY-na zəng edib yardım çağırmışdır. TTY gələnədək sürücü Kamran onun yanında olmuş və o, vurduğu piyadanı öz avtomobili ilə xəstəxanaya aparmaq istəməsini bir neçə dəfə desə də hadisə yerinə yığışmış kənar şəxslər vurulmuş piyadaya əl dəyilməməsi və TTY-nın tezliklə gəlməsini bildirib, Kamrana piyadanı xəstəxanaya aparmağa imkan verməmişlər. Bir qədər sonra TTY avtomobili gəlmiş və həmin piyadanı TTY-na həkimlərin köməyi ilə mindirdikdən sonra sürücü Kamran avtomobilinə minib hadisə yerindən uzaqlaşmışdır. Həmin sürücü özü barədə məlumatları piyadaya və ya ətrafda olan digər şəxslərə verməmişdir. Sadəcə o, taksini “Bolt” şirkətindən sifariş etdiyi üçün həmin sürücünün avtomobilinin qeydiyyat nişanı, markası və sürücünün adı onda mobil telefonda qeyd edilmişdir. Bu səbəbdən o, polisə həmin sürücü barədə bütün məlumatları və onun mobil nömrəsini də vermişdir. İş üzrə Şahid3 məhkəməyə ərizə ilə müraciət edərək izahatını təsdiq etdiyini, əlavəsinin olmadığını bildirmiş, məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Şahid3 istintaqda verdiyi ifadəsində göstərmişdir ki, “Toyota Prius” markalı, **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olmuşdur. xx.xx.2022-ci il tarixdə gecə saatlarında Nizami rayonu, Q.Qarayev prospekti ilə hərəkətdə olarkən “Ruslan 93” adlı marketdən üzü “Q.Qarayev” metrosu istiqamətində hərəkətdə olarkən yolda adamların toplaşmasını görmüşdür. Avtomobilini saxlayıb nə baş verdiyini öyrənmək üçün yerə enmişdir. Orada bir nəfər şəxsin təcili tibbi yardım avtomobilinə yerləşdirməsini görmüşdür. Hadisə yerindəki tanımadığı şəxslərdən öyrənmişdir ki, qırmızı rəngli “Toyota Prius” markalı avtomobilin sürücü sonradan adının Kamran olduğunu bildiyi şəxs həmin xəsarət almış şəxsi avtomobili ilə vurmuşdur. Bu zaman Kamranın da hadisə yerində olmasını hadisə şahidləri ona deyib göstərmişlər. Kamranın özündə olmamasını görmüş və ona nə kömək etmək lazım olmasını soruşmuşdur. O isə vurduğu xəstənin getdiyi xəstəxanaya getmək istədiyini demişdir. Bu zaman o, Kamrana onu apara biləcəyini, özünün də sürücü işlədiyini, narahat olmamasını bildirmişdir. Bu zaman Kamran TTY avtomobilindən yaralının Sabunçu xəstəxanasına aparılmasını öyrənmişdir. Bundan sonra o, özü öz avtomobili ilə xəstəxanaya getməyə qorxduğunu bildirib, avtomobilini yolun kənarında saxlamışdır. O isə Kamranı avtomobili ilə Sabunçu xəstəxanasına aparmışdır. Yolda onu sakitləşdirməyə çalışmış və öz mobil nömrəsini də ona vermişdir ki, nə köməklik lazım olarsa ona bildirər. Onlar Sabunçu xəstəxanasına getmiş və ikisi də xəstəxanaya daxil olmuşdur Orada o, xəstəxananın girişində durarkən Kamran həkimlərə yaxınlaşmışdır. Orada Kamran həkimlə bir qədər söhbət etdikdən sonra geri qayıdıb həkimin xəstəxanada qalmağa artıq ehtiyac olmamasını, yaralını tibbi müayinə üçün müayinə otağına apardıqlarını deyib geri qayıtmışdır. Onlar xəstəxanadan çıxdıqdan sonra Kamran bir qədər də xəstəxananın həyətində gözləyib, siqaret çəkdikdən sonra o, yenidən öz avtomobili ilə Kamranı hadisə baş verən yerə gətirib və ona nə köməyi dəyə bilərsə çəkinmədən ona zəng edə biləcəyini demişdir. Bundan sonra onu avtomobilinin yanına gətirib orada düşürərək çıxıb getmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə xx.xx.2022-ci il tarixli qərardan görünür ki, material üzrə Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 Şəxsi tərəfindən verilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”na əlavə Sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair xx.xx.2022-ci il tarixli, 2/7115 saylı aktdan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 15:45-də müayinə olunan Təqsirləndirilən şəxs ayıq olduğu müəyyən olunmuşdur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 X7 canlı şəxsin ekspertizasına dair xx.xx.2022-ci il tarixli, 154 saylı rəyin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs sol bud sümüyünün aşağı 1\3-nin qapalı yerdəyişmiş sınığı, baş beyin silkələnməsi ilə müşayiət olunan sol qaşaltı və burun belinin əzilmiş yaraları, sol gözün ağlı qişasının bayır yarısının qansızması, sağ əlin ovuc səthi, sol əlin arxa səthinin qançırları, sol qaşüstü nahiyə, sol əlin İİ barmağının distal hissəsinin bayır səthi və sol əlin İV barmağın distal hissəsinin arxa səthinin sıyrıqları olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə piyada qismində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı hərəkətdə olan avtomobilin qabarıq hissələrinin təsiri nəticəsində yarana bilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2022-ci il tarixli, 8/561 saylı rəyinin nəticə hissəsindən görünür ki, təhqiqat tərəfindən təqdim edilən məlumatlara əsasən “Toyota Prius” markalı, **-FA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. - zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. - təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. - qətimkan tədbirinin seçilməsi barədə xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. - Azərbaycan Respublikası DİN-nin BDYPİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 016-28584-1222 nömrəli məktubdan görünür ki, DİN-nin BDYPİ-nin Qeydiyyat-İmtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx.xx.1991-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə (xx.xx.2029-cu il tarixədək etibarlı olan) AD 216860 nömrəli, “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. - İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair cinayət işinin icraatına xx.xx.2019-cu il tarixdə xitam verilmişdir. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs – mülki cavabdeh Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Məhkəmə cinayət işinin materiallarını tədqiq edərək, proses iştirakçılarını dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və cinayət işi üzrə icraata aşağıdakı əsaslara görə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs – mülki iddiaçı Zərərçəkmiş şəxs ilə barışmış, ona vurulmuş zərəri tamamilə ödəmişdir. Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə görə bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətmiş şəxsin zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilməsi ilə yanaşı, onun əməlinin inzibati məsuliyyətə səbəb olub-olmaması məsələsi araşdırılmalıdır. İşə baxılan zaman Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hər hansı bir inzibati xəta tərkibinin əlaməti müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Azərbaycan Respublikası CPM-nin 346.1.20-346.1.21-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri xitam olunmalı; Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan 85 (səksən beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilməlidir. Azərbaycan Respublikasının CPM-nin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Azərbaycan Respublikasının CPM-nin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: - ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. İş materiallarında olan zərərçəkmiş şəxs – mülki iddiaçı Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən görünür ki, ona dəymiş ziyan tam ödənilmiş, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Məhkəmə hesab edir ki, mülki iddianın verilməsinə zərurət olan hal aradan qalxdığından zərərçəkmiş şəxs – mülki iddiaçı Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia üzrə icraata xitam verilməlidir. İş üzrə maddi sübut yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 43.3, 321, 344-347, 356, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri xitam olunsun. Zərərçəkmiş şəxs – mülki iddiaçı Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia üzrə icraata xitam verilsin. İş üzrə məhkəmə məsrəfi olan 85 (səksən beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına keçirilsin. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar