Məhkəmə qərarları › İş №1(007)-267/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-267/2023

26.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-267/2023 26.04.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X3 Əziz oğlunun sədrliyi, Seyfullayeva Şəbnəm Əfqan qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakı ilə, təqsirləndirilən şəxs xx xxxxxx 1989-cu ildə Qazax rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, 13 yanvar 2023cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 15 yanvar 2023-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin xeyli miqdarda əmlakını aldatma və etibardan suiistifadə etmək yolu ilə ələ keçirmək məqsədi ilə heç bir səlahiyyəti olmadığı halda Zərərçəkmiş şəxs xəstəliyi ilə əlaqədar pensiyaya çıxmasına köməklik edəcəyinə dair yalan vəd verib aldadaraq etibarından sui-istifadə etməklə bu adla Zərərçəkmiş şəxs 14 yanvar 2022-ci il tarixində ünvan 2 ünvanında yerləşən ünvan 3rixində Zərərçəkmiş şəxs Bakı şəhəri Nizami rayonu Ə.Hacıyev 115 ünvanında yerləşən “Milliön” terminalından ona məxsus "xxxx" ASC-yə aid 5213 6751 3487 8090 nömrəli kart hesabına köçürdüyü 500 manat, Zərərçəkmiş şəxs 30 yanvar 2022-ci il tarixdə saat 10:45-də Bakı şəhəri Nizami rayonu Q.Qarayev prospekti 334-60 ünvanında yerləşən metronun “Qara Qarayev” stansiyasının girişində yerləşən “Milliön” terminalından həmin kart hesabına köçürdüyü 1400 manat, həmin tarixdə saat 17:07-də Zərərçəkmiş şəxs yaşadığı Nizami rayonu Q.Qarayev 28 ünvanında internet üzərindən “Birbank” proqramı vasitəsi ilə ona məxsus "xxxx" ASC-yə aid 4189 8000 8024 3247 nömrəli kart hesabına köçürdüyü 600 manat, 2022-ci ilin mart ayının sonlarında ünvan 2 ünvanında yerləşən Bakı şəhəri 15 saylı Notariat kontorunun yaxınlığında Zərərçəkmiş şəxs tanışı Şahid1 vasitəsi ilə göndərdiyi 800 manat, ümumilikdə 10300 manat nağd pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb, ələ keçirərək Zərərçəkmiş şəxs 10300 (on min üç yüz) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Həmin əməlinə görə Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ittiham elan olunmuşdur. İşin halları və dəlilləri: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş ittihamla özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, istintaqda verdiyi ifadəsini təsdiq edir. Ruslan adlı şəxsin sürücüsü işlədiyi zaman Nicat adlı şəxs vasitəsi ilə tanış olduğu Həsənalının pensiyaya çıxmasına kömək etmək üçün ondan ilkin olaraq 7000 manat, daha sonra isə hissə-hissə 3300 manat olmaqla, ümumilikdə 10300 manat pul almışdır. Həsənalının ona verdiyi 7000 manat pulla bağlı notariatda borc müqaviləsi bağlamışlar. İşləri qaydasında getmədiyindən Həsənalının pensiyaya çıxmasına kömək edə bilməmişdir. Zərərçəkmiş şəxsə dəymiş ziyandan 8000 manatı ödəmişdir. Əməlindən peşmandır. Əgər həbsdən azad olunarsa qalan ziyanı da qısa müddət ərzində ödəyəcəkdir. Məhkəmədən barəsində həbslə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsirliliyi öz ifadəsi ilə yanaşı aşağıdakı sübutlarla da təsdiq olunur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, səhhəti ilə bağlı problemi olduğundan pensiyaya çıxmağına kömək etməsi ilə bağlı tanışı Nicat vasitəsi ilə tanış olduğu Ramilə müraciət etmişdir. Ramil tanışları vasitəsi ilə ona kömək edə biləcəyini və bu məqsədlə 7000 manat pul lazım olduğunu demişdir. Notariat kontorunda 7000 manat pulu Ramilə verməsi barədə borc müqaviləsi bağlamışlar və həmin pulu ona vermişdir. Ramil işini düzəltməyi müqabilində hissə-hissə olmaqla ümumilikdə ondan 10300 manat pul almışdır. İşinin düzəlmədiyini görüb bu barədə Ramilə müraciət etdikdə Ramil pulun onda olmadığını, alıb qaytaracağını bildirmişdir. Ona dəymiş ziyandan cəmi 8000 manat qaytarılmışdır. Dəymiş ziyanın tam ödənilməsini istəyir. Təqsirləndirilən şəxslə barışmışdır. Məhkəmədən təqsirləndirilən şəxsə həbslə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Ramili 2013-cü ildən tanıyır, onunla dostluğu olmuşdur. Həsənalı ilə birlikdə kirayədə qalmışlar. Həsənalı ona pensiyaya çıxmaq istədiyini demişdir. O da tanışı olduğunu, ondan xahiş edə biləcəyini demişdir. O, Ramilin kömək edə biləcəyini düşündüyü üçün bu barədə ona demişdir. Ramil həmin vaxt Şahid2 adlı şəxsin sürücüsü işləmişdir. Həsənalını Ramillə tanış etmiş, onlar özləri danışıb Həsənalının pensiyaya çıxmasına kömək etməyi ilə bağlı razılığa gəlmişlər. Həsənalı notariat kontorunda Ramilə pulu verərkən o da orada olmuş, lakin nə qədər pul verdiyini bilməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - sənədlərə baxış keçirilməsi haqqında 18 fevral 2023-cü il tarixli protokoldan görünür ki, "xxxx" ASC-dən 10 fevral 2023-cü il tarixli, RB02 nömrə ilə daxil olmuş sənədlərə baxış keçirilən zaman müəyyən edilmişdir ki, iş üzrə Təqsirləndirilən şəxs adına olan 4189 8000 8024 3247 nömrəli hesab kartından edilmiş əməliyyatlarda 30 yanvar 2022-ci il tarixdə “Birbank” adlı hesabdan 600 manat pul həmin hesaba mədaxil olmuşdur. Həmçinin sənədlərdə həmin hesaba müxtəlif vaxtlarda müxtəlif məbləğlərdə pul vəsaitinin mədaxil və məxaric olunması öz əksini tapmışdır. - “CD” diskə baxış keçirilməsi haqqında 18 fevral 2023-cü il tarixli protokoldan görünür ki, "xxxx" ASC-dən xx.xx.2023-cü il tarixli, 6-3/05/05-993 nömrəli müşayiət məktubu ilə daxil olmuş 01 ədəd “CD” diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, iş üzrə Təqsirləndirilən şəxs adına olan "xxxx" ASC-yə məxsus 5213 6751 3487 8090 nömrəli hesab kartından edilmiş əməliyyatlarda 30 yanvar 2022-ci il tarixdə saat 10:45-də “MilliÖn” adlı hesabdan 1400 manat pul həmin hesaba mədaxil olmuşdur. - ziyanın ödənilməsi üçün nağd pul vəsaitinin verilməsi barədə 20 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs vurulmuş maddi ziyanın ödənilməsi üçün Təqsirləndirilən şəxs anası X1 4500 manat nağd pul vəsaitini istintaqa təqdim etmişdir. - sənədlərə baxış keçirilməsi haqqında 21 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs istintaqa təqdim etdiyi qəbzə baxış keçirilən zaman qəbzin üzərində “Nizami rayonu, A.Hacıyev 115 Qloriya market çöl” yazılarının, xx.xx.2022-ci il saat 17:_0:58, “AzərTürkBank” Xidmətinin nağd ödənişi yazılarının olması və 5213 6*******8090 saylı kart hesabına 500 manat pul ödənişinin olması müəyyən edilmişdir. - “CD” diskə baxış keçirilməsi haqqında 21 fevral 2023-cü il tarixli protokoldan görünür ki, "xxxx" ASC-dən 09 fevral 2023-cü il tarixli, 6-3/05/05-993 nömrəli müşayiət məktubu ilə daxil olmuş 01 ədəd “CD” diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, iş üzrə Təqsirləndirilən şəxs adına olan 4189 8000 8024 3247 nömrəli hesab kartından edilmiş əməliyyatlarda 23 yanvar 2022-ci il tarixdə saat 17:10-da “MilliÖn” adlı hesabdan 500 manat pul həmin hesaba mədaxil olmuşdur. - toplanmış sübutların qiymətləndirilməsi haqqında 27 fevral 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs götürülmüş qəbzlər və 15 saylı notariat kontorunda bağlanmış müqavilənin surəti, "xxxx" ASC-dən 10 fevral 2023-cü il tarixli RB02 nömrə ilə daxil olmuş sənədlər, "xxxx" ASC-dən 09 fevral 2023-cü il tarixli 6-3/05/05-993 nömrəli müşayiət məktubu ilə daxil olmuş 01 ədəd “CD” disk maddi sübut kimi tanınmış və cinayət işinə əlavə olunmuşdur. - Zərərçəkmiş şəxs tərəfindən verilmiş 26 aprel 2023-cü il tarixli qəbzdən görünür ki, ona dəymiş ziyandan 3500 manat pulu təqsirləndirilən şəxsdən qəbul etmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 30 mart 2023-cü il tarixli tələbnamədən görünür ki, əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 №-li qərarına əsasən törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və.s) əks oluna bilər. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığı üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddələrinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl az ağır cinayət hesab olunur. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsini, törətdiyi əməli səmimi etiraf etməsini, zərərçəkmiş şəxsə dəymiş 10300 manat ziyandan 8000 manatı ödəməsini, zərərçəkmiş şəxslə barışmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 №-li Qərarında göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla hesab edir ki, onun islah olunması üçün barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı 13 yanvar 2023-cü il tarixdən hökm çıxarıldığı 26 aprel 2023-cü il tarixədək 3 ay 13 gün həbsdə saxlanılması həbsdə saxlamanın bir gününü azadlığın məhdudlaşdırılmasının iki gününə hesablayaraq nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası CPM-nin 346.1.19-346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək hökm qanuni qüvvəyə minənədək barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməli və məhkəmə iclas zalında dərhal həbsdən azad edilməli, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət işi üzrə maddi sübut olan Zərərçəkmiş şəxs götürülmüş qəbzlər, 15 saylı notariat kontorunda bağlanmış müqavilənin surəti, "xxxx" ASC-dən 10 fevral 2023-cü il tarixli RB02 nömrə ilə daxil olmuş sənədlər, "xxxx" ASC-dən 09 fevral 2023-cü il tarixli 6-3/05/05-993 nömrəli müşayiət məktubu ilə daxil olmuş 01 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Məhkəmə qeyd edir ki, cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs vurulmuş maddi ziyan tam ödənilməsə də, onun tərəfindən məhkəməyədək icraat və məhkəmə icraatı zamanı qanunla müəyyən edilmiş müddətdə və qaydada mülki iddia verilməmişdir. Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Belə olan halda, məhkəmə hesab edir ki, göstərilənlərə əsasən maddi ziyanın ödənilməsini tələb edən zərərçəkmiş şəxs mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilər, ona bu hüququ izah edilməlidir. Nəticə: Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 13 yanvar 2023-cü il tarixdən 26 aprel 2023-cü il tarixədək 3 ay 13 gün həbsdə saxlanılması nəzərə alınmaqla həbsdə saxlamanın bir gününü azadlığın məhdudlaşdırılmasının iki gününə hesablayaraq üzərində 2 (iki) il 5 (beş) ay 4 (dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın və cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilsin. Hökm qanuni qüvvəyə minənədək barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə maddi sübut olan Zərərçəkmiş şəxs götürülmüş qəbzlər, 15 saylı notariat kontorunda bağlanmış müqavilənin surəti, "xxxx" ASC-dən 10 fevral 2023-cü il tarixli RB02 nömrə ilə daxil olmuş sənədlər, "xxxx" ASC-dən 09 fevral 2023-cü il tarixli 6-3/05/05-993 nömrəli müşayiət məktubu ilə daxil olmuş 01 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə Zərərçəkmiş şəxs mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilmək hüququ izah edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim İlham Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar