Məhkəmə qərarları › İş №1(007)-269/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-269/2022

03.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-269/2022 03.08.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami rayon Мəhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlunun sədrliyi ilə, məsləhətçi (məhkəmə iclas katibi) X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 26 avqust 1996-ci ildə Naxçıvan MR-da anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 15 avqust 2021-ci il tarixdə saat 10:05 radələrində özünə məxsus, texniki cəhətdən saz vəziyyətdə olan idarə etdiyi «KİA RİO Cross» markalı **-ZY- *** dövlət qeydiyyat nişanlı avtomaşınla Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti ilə Bakı şəhər mərkəzi istiqamətində 80 km/saat sürətlə hərəkətdə olan zaman «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozub, yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin surətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməsi barədə tələblərə əməl etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu tələbləri pozub Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti 118 ünvanın qarşısında avtomobilin qabaq hissəsi ilə yolu sağdan sola keçən piyada Zərərçəkmiş şəxs vuraraq ehtiyatsızlıqdan sonuncuya ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid baş beynin ağır dərəcəli əzilməsi, baş beyin toxumasının sol alın, təpə-gicgah-ənsə payları, beyinciyin sol yarısı, kəllədaxili yumşaq qişalar (sərt və yumşaq qişalar), sol gicgah əzələsi və kəllənin dərialtı yumşaq toxumasına (sol tərəfli) qansızma ilə müşayiət olunan sol gicgah sümüyünün kəllə əsasına (orta kəllə çuxuruna) keçən xətti sınığı, iki tərəfli hemopnevmotoraks, sol iç topuqda yerdəyişən qapalı sınıq, sol təpə-gicgah və təpə-ənsə nahiyəsinin iri ölçülü sıyrığı, döş qəfəsinin arxa səthinin hər iki körpücüküstü nahiyəsi və sağ dirsək nahiyəsinin arxa səthinin qançırları, sağ dirsək nahiyəsinin arxa səthinin sıyrıqlarından ibarət xəsarətlər yetirmiş, bu xəsarətlərdən baş beyin toxuması, beyincik və qişalara qansızma Zərərçəkmiş şəxs 16 avqust 2021-ci il tarixdə müalicə aldığı 3 saylı Şəhər Klinik Xəstəxanasında ölümünə səbəb olmuşdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və ibtidai istintaq zamanı vermiş olduğu ifadəsinə uyğun ifadə verərək göstərmişdir ki, 15 avqust 2021-ci il tarixdə saat 10 radələrində idarə etdiyi “Kia-Rio” markalı **-ZY-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti ilə 80 km/saat sürətlə hərəkət edərkən, prospektin 3 zolaqlı yolunun orta ikinci zolağı ilə hərəkət etmişdir. H.Əliyev prospektində yerləşən Nizami RPİ-nin 23-cü PB-nin qarşısına çatan zaman qarşısında hərəkətdə olan “Mercedes” markalı avtomaşın tormozlama edərək hərəkətini dayandırdığından həmin avtomobili ötüb keçmək məqsədil hərəktini davam etdirərək sol birinci zolağa çıxdıqda, “Mercedes” markalı avtomaşının qarşısından təxminən 55-60 yaşlarında sonradan adının Zərərçəkmiş şəxs olduğunu bildiyi şəxsin iti qaçışla onun yoluna doğru sağdan sola doğru hərəkət etdiyini görüb, dərhal avtomaşının tormoz əyləcini bassa da, aralarında olan məsafə az olduğundan avtomobilin qabaq hissəsi ilə həmin piyadanı vurmuşdur. Avtomobili saxlayaraq piyadanı xəstəxanaya aparmaq istədikdə, ətrafda olan tanımadığı şəxslər piyadanı tərpətməməyi və təcili yardımın gəlməsini gözləməyi məsləhət görmüşlər. Bundan sonra hadisə yerinə gəlmiş X9 heyəti tərəfindən piyada xəstəxanaya aparılmışdır. Hadisə nəticəsində xəsarət almış Zərərçəkmiş şəxs 16 avqust 2021-ci il tarixdə müalicə aldığı 3 saylı Şəhər Klinik Xəstəxanasında vəfat etmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etmiş, ilk dəfə olaraq ehtiyatsızlıqdan cinayət törətməsinin və törətdiyi əməldən səmimi peşman olmasının nəzərə alınaraq ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünün səmimi etirafından başqa, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsinin ifadəsi ilə, habelə iş üzrə toplanmış sübutlarla tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi X5 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun babası, X4 isə anasıdır. X8 Özbəkistan Respublikasının vətəndaşıdır. Özü isə Azərbaycan Respublikasının vətəndaşı olmaqla ailəsi ilə birlikdə Bakı şəhərində yaşayır. 15 avqust 2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində babası Zərərçəkmiş şəxs aldığı xəsarətlərdən vəfat etmişdir. Anası Özbəkistan Respublikasının vətəndaşı olmaqla orada yaşadığından anası tərəfindən ona verilmiş etibarnamə əsasında nümayəndə qismində çıxış etmişdir. Babasının dəfn işləri və yas mərasimi onun tərəfindən həyata keçirilmiş və Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, iddia və tələbi yoxdur. İşdə olan 15 avqust 2021-ci il tarixli «Baxış keçirilməsi haqqında» protokoldan görünür ki, hadisə Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 118 ünvanda baş vermişdir. İşdə olan 15 avqust 2021-ci il tarixli 1/2738 saylı “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə haqqında” aktdan görünür ki, sürücü Təqsirləndirilən şəxs hadisə zamanı ayıq vəziyyətdə olmuşdur. İşdə olan məhkəmə-tibb ekspertizasının xx.xx.2021-ci il tarixli 112 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs meyidi məhkəmə-tibbi müayinə olunarkən onun bədənində aşağıdakı xəsarətlər aşkar edildi: baş beynin ağır dərəcəli əzilməsi, beş beyin toxumasının sol alın, təpə-gicgah ənsə payları, beyinciyin sol yarısı, kəllədaxili yumşaq qişalar (sərt və yumşaq qişalar), sol gicgah əzələsi və kəllənin dərialtı yumşaq toxumasına (sol tərəfli) qansızma ilə müşayiət olunan sol gicgah sümüyünün kəllə əsasına (orta kəllə çuxuruna) keçən xətti sınığı, iki tərəfli hemopnevmotoraks, soli ç topuqda yerdəyişən qapalı sınıq, sol təpə-gicgah və təpəənsə nahiyəsinin iri ölçülü sıyrığı, döş qəfəsinin arxa səthinin hər iki körpücüküstü nahiyəsi və sağ dirsək nahiyəsinin arxa səthinin qançırları, sağ dirsək nahiyəsinin arxa səthinin sıyrıqları. Qeyd edilən xəsarətlər həyatidir, bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2022-ci il tarixdə piyada qismində olarkən baş vermiş yol-nəqliyyat hadisəsi zamanı hərəkətdə olan avtomobilin qabarıq hissələrinin təsiri nəticəsində yarana bilər, dərəcələrinə görə ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərini daşıyır və baş beyin toxumasına qansızma (intraserebral qansızma) baş vermiş ölümlə bilavasitə səbəbli əlaqəlidir. X2 ölümünə səbəb baş beyin toxuması, beyincik və qişalara qansızma olmuşdur. İşdə olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 13 dekabr 2021-ci il tarixli 8/2960 saylı rəyindən görünür ki, “Kia-Rio” markalı **-ZY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İşdə olan 28 avqust 2021-ci il tarixli “Videogörüntüyə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, “CD” diskə keçirilmiş baxış zamanı, görüntünün 29:15 saniyəsində H.Əliyev prospektinin şəhər mərkəzi istiqamətində sağdan sola doğru yolu keçən piyadanı yolun sağdan birinci və ikinci zolaqda hərəkətdə olan avtomaşınların hərəkətini dayandıraraq yol vermələri və üçüncü hərəkət zolağında hərəkətdə olan avtomaşınla vurulması müşahidə olunur. Baxışda iştirak edən Təqsirləndirilən şəxs həmin görüntünün həqiqətəndə onun törətmiş olduğu yol-nəqliyyat hadisəsinə dair görüntü və üçüncü hərəkət zolağı ilə özünün idarə etdiyi avtomaşınla piyadanı vurmasını bildirmişdir. Həmin disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən, Təqsirləndirilən şəxs xx.xx.2026-cı il tarixədək etibarlı olan AE 180733 seriya nömrəli “B” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. İşdə olan zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi X1 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, sonuncu vurulmuş maddi ziyanı tam ödəmiş və Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. İşdə olan 24 yanvar 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İşdə olan xx.xx.2022-ci tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Kia Rio” markalı **-ZY-*** markalı dövlət qeydiyyat nişanlı avtomobil iş üzrə maddi sübut kimi tanınmış və ona təhvil verilmişdir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutların məcmuyuna əsasən qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsi, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsi cəzanı yüngülləşdirən hallar qismində nəzərə alınmış, cəzanı ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıda qeyd olunan prinsip və müddəalarını rəhbər tutur. Belə ki, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən onun şəxsiyyətini, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarında qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2012-ci il tarixli qərarında qeyd olunur ki, məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyasında üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, ona azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə cəzanın məqsədləri təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinin tələbinə əsasən, Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə ekspertiza tədqiqatlarının dəyəri 100 (yüz) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. İş üzrə maddi sübutlar – “Kia Rio” markalı **-ZY-*** markalı dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalı, 01 ədəd “CD” disk cinayət işində saxlanılmalıdır. Cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsi ilə müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia verilməmişdir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351- 353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm icra edilənədək dəyişdirilməsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut - “Kia Rio” markalı **-ZY-*** markalı dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut - 01 ədəd CD disk cinayət işində saxlanılsın. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar