Məhkəmə qərarları › İş №1(007)-27/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-27/2025

11.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-27/2025 11.04.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı və X1, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçiləri Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X3 və Bakı şəhəri 15 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxx 1996-cı il tarixdə Masallı rayonunun Kolatan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi qaydada işləyən, Masallı rayonunun Kolatan kəndində qeydiyyatda olan, Bakı şəhəri Nərimanov rayonu, Montin qəsəbəsi, M.Arif küçəsi, ev 164-də yaşamış, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 sentyabr 2020ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib, 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 67.1-ci maddəsinə əsasən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 23 sentyabr 2016-cı il tarixli hökmü ilə təyin edilmiş və ödənilməmiş 600 manat cərimə cəzası yeni hökmlə təyin edilmiş cəza ilə tam birləşdirilməklə qəti olaraq 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə və 600 manat cərimə cəzaları təyin edilmiş, CM-nin 68.2-ci maddəsinə əsasən cərimə cəzasının müstəqil icra olunması qərara alınmış, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 mart 2022-ci il tarixli qərarı ilə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 06 ay 07 gün hissəsindən vaxtından əvvəl şərti azad olunmuş, həmin cəzanı çəkib qurtardığı üçün 12 sentyabr 2022ci il tarixdə qeydiyyatdan çıxarılmış, cərimə cəzası icra edildiyi üçün 16 yanvar 2023-cü il tarixdə qeydiyyatdan çıxarılmış, məhkumluğu ödənilməmiş, hazırkı işlə bağlı 05 dekabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 07 dekabr 2023-cü il tarixdə tutmadan azad olunaraq barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, həmin qətimkan tədbirinin şərtlərini pozaraq məhkəmədən gizləndiyindən 13 dekabr 2024-cü il tarixdə haqqında axtarış elan olunmuş, qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilmiş, 28 fevral 2025-ci il tarixdə həbs edilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etməyə cəhd etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 05 dekabr 2023-cü il tarixdə saat 22 radələrində Bakı şəhəri Nizami rayonu, Babək prospekti, 34A ünvanında yerləşən avtomobil ehtiyat hissələri mağazasının plastik qapısını üzərində olan iskənə ilə fiziki güc tətbiq edib açaraq saxlanc yeri hesab olunan mağazaya qanunsuz daxil olub masanın üzərində olan Zərərçəkmiş şəxs məxsus üzərində 10 manat dəyərində ***-***-**- ** nömrə ilə işləyən 300 manat dəyərində bir ədəd “Samsung” markalı SN-A325F/DS modelli mobil telefonu, həmin masanın sürməsini açıb Zərərçəkmiş şəxs məxsus içərisində 3 manat 70 qəpik, həmin dövrün rəsmi məzənnəsi ilə 45 manat 90 qəpik təşkil edən 27 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 1 manat 86 qəpik təşkil edən 100 rubl pulları, 10 manat dəyərində bir ədəd “Adsons” mikro SD markalı mikro kart, Zərərçəkmiş şəxs oğlu İbrahim Abdullazadəyə məxsus 10 manat dəyərində bir ədəd ümumvətəndaş pasportu, dəyəri olmayan 01 ədəd “Omid”, 01 ədəd “Araz”, 01 ədəd “Baku Elektronics” mağazalarına aid bonus kartları, 01 ədəd “GYM Cobra” idman klubuna giriş üçün kart, 01 ədəd “VTB” banka aid plastik kart, 01 ədəd “Unibank”a aid plastik kart, 01 ədəd 5 faiz endirimli “Sabina” mağazasına aid kart, 01 ədəd “Azərpoçt”a aid kredit kartı, üzərində “Texnikabank” sözləri yazılmış 01 ədəd domofonların texniki xidməti üçün hesablamalar üzrə abonent kartı, 02 ədəd “Əli dayı” marketinə aid bonus kartı, 01 ədəd “GemaStop” playstation kluba aid kart, 01 ədəd “Azəriqaz” kartı, 01 ədəd “Oppalar” əyləncə dünyası kartı, 01 ədəd Heydər Əliyev adına X5 giriş üçün kartı, 02 ədəd “Fiziki şəxsin vergi uçotu haqqında şəhadətnamə”, 01 ədəd “Mersedes-Benz 220” markalı **-NB- *** dövlət qeydiyyat nişanlı avtomobilin qeydiyyat şəhadətnaməsi olan 20 manat dəyərində bir ədəd qara rəngli “Shaisai” markalı portmaneni gizli olaraq talayıb ümumilikdə Zərərçəkmiş şəxs 401 manat 46 qəpik maddi ziyan vurmaq istəyən zaman, yaxınlıqda olan akkumlyator mağazasını işlədən Şahid4 tərəfindən saxlanılaraq hadisə yerinə gəlmiş Bakı şəhəri Nizami rayon polis idarəsinin post-patrul xidməti bölüyünün əməkdaşlarına təhvil verildiyi üçün, cinayətin törədilməsinə yönəldilmiş qəsdən edilən əməlini başa çatdıra bilməyərək iradəsindən asılı olmayan səbəblərə görə oğurluq etməyə cəhd etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2019-cu ildə Bakı şəhərinin Xətai və Nərimanov rayonlarının ərazisində oğurluq etdiyi üçün barəsində cinayət işi başlanmış və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hökmü ilə 2019-cu ildə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 2022-ci ildə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərarı ilə çəkilməmiş 5 ay cəzadan vaxtından əvvəl azad olunmuşdur. O, taxtadan dekorativ əl işləri görüb çörək pulu qazanmışdır. 400 manat borcu olduğu və borc sahibi pulunu istədiyi üçün qərara gəlmişdir ki, spirtli içiki qəbul edib fikirini dağıdar. Bu məqsədlə 05 dekabr 2023-cü il tarixdə saat 16 radələrində Bakı şəhəri Nizami rayonu Keşlə qəsəbəsində “Qarabağlar” adlı kafedə yemək yeyib 0,5 litr araq və 3 bakal pivə içmişdir. Həmin gün saat 21 radələrində evə gedən zaman mağazadan 02 ədəd “GO” spirtli içki də alıb içmişdir. Evdə özünü pis hiss etdiyi üçün çölə çıxmış və bir az gəzişəndən sonra qərara gəlmişdir ki, bir mağazaya girib 200-300 manat oğurlayıb borc sahibinin pulunu versin. Bakı şəhəri Nizami rayonu, Babək prospekti, 34A ünvanında yerləşən avtoehtiyat hissələri satılan mağazanın yanından keçən zaman görmüşdür ki, həmin mağazanın işıqları sönmüşdür və mağazanın qapısı bağlıdır. Qərara gəlmişdir ki, həmin mağazanın plastik qapısının arasına üzərində olan taxta oymaq üçün iskənəni salıb fiziki güc tətbiq edərək açıb mağazaya daxil olsun və 200-300 manat pul oğurlasın. Ətrafa baxmış və heç kim olmadığını görüb həmin mağazaya yaxınlaşmış, başında olan papağı nisbətən aşağı endirmiş, cibində olan bir ədəd fəhlə əlcəyini sol əlinə geyinmiş və üzərində olan isgənəni sağ əlinə alıb mağazanın plastik qapısının arasına salıb fiziki güc tətbiq edib açmış və mağazaya daxil olmuşdur. Orada masanın üzərində olan bir ədəd “Samsung” markalı mobil telefonu və masanın sürməsini açıb bir ədəd qara rəngli pul qabını görüb götürmüş, fikirləşmişdir ki, həmin pul qabında 200-300 manat olar, həmin pul qabını və bir ədəd “Samsung” markalı mobil telefonu cibinə qoymuşdur. Həmin vaxt tanımadığı bir oğlan mağazaya gəlmiş və ona demişdir ki, “burada nə edirsən?” O, həmin şəxsə demişdir ki, oğurluq etməyə gəlibdir. Bu zaman həmin oğlan mağazanın giriş qapısının qarşısında durmuş və qapını tutmuşdur ki, o, qaçıb getməsin. Həmin oğlan ona demişdir ki, başında olan papağı və əlində olan əlcəyi çıxartsın. O, iskənəni cibinə qoymuş, başında olan papağı və əlcəyi çıxarıb döşəməyə atmışdır. Həmin oğlan kiməsə zəng vurmuş və bir nəfər yaşlı kişi gəlmişdir. Bundan sonra yaşlı kişi onun yanında durmuş, cavan oğlan mağazadan çıxmış, yoldan keçən post patrul avtomobilini saxlamış və mağazaya polis işçiləri ilə birlikdə gəlmişdir. Polis işçiləri həmin oğlan və yaşlı kişidən nə olduğunu soruşmuşlar, oğlan və yaşlı kişi onu göstərib demişlər ki, “bu şəxs mağazaya girib oğurluq edən zaman onu tutmuşlar”. O, polis işçilərinə həmin cavan oğlanın və yaşlı kişinin dediklərini təsdiq etmiş və polis işçiləri onu avtomobilə əyləşdirib Bakı şəhəri Nizami rayon polis idarəsinin 23-cü polis bölməsinə aparmışlar. O, 23-cü polis bölməsində etdiyi hərəkət barəsində izahat yazmış və oğurlamaq istədiyi bir ədəd “Samsung” markalı mobil telefonu və bir ədəd pul qabını təqdim etmişdir. Polis bölməsində qara rəngli pul qabı açılan zaman görmüşdür ki, həmin pul qabının içindən bir ədəd mikro kart, 27 ABŞ dolları, 100 rubl, 1 manat, qəpik pullar, üzərində etibarsız yazılmış 100 ABŞ dolları, plastik kartlar və bir ədəd pasport vardır. O, demişdir ki, onun mağazaya daxil olmaqda məqsədi 200-300 manat oğurlamaq olmuşdur. Pul qabında pul olduğunu zənn edib oğurlamaq istəmiş, pul qabında plastik kart və sənədlər olduğunu bilməmişdir, onun plastik kart və sənədlər oğurlamaq fikri olmamışdır. Polis bölməsinə aparılarkən və orada olan zaman polis işçiləri tərəfindən fiziki və ya psixi zorakılığa məruz qalmamışdır. Məhkəmədə son sözündə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olduğunu, anasının nevroz xəstəsi olmasını nəzərə alaraq, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 2022-ci ildən Bakı şəhəri Nizami rayonu, Babək prospekti, 34A ünvanında yerləşən özünə məxsus avtomobil ehtiyat hissələri mağazasını işlədir. Mağazanı saat 09:00-da açır, saat 19:00-da bağlayıb evə gedir. 05 dekabr 2023-cü il tarixdə saat 19 radələrində o, mağazanın plastikdən olan qapısını bağlayıb evə getmişdir. Həmin gün saat 23:50 radələrində ona Bakı şəhəri Nizami rayon polis idarəsinin 23-cü polis bölməsindən zəng gəlmiş və onu 23-cü polis bölməsinə dəvət etmişlər. 06 dekabr 2023-cü il tarixdə saat 00:20-də 23-cü polis bölməsinə getmiş və orada məlum olmuşdur ki, bir nəfər kişi cinsli şəxs onun mağazasının plastik qapısını açıb mağazaya daxil olmuş, mağazada olan masanın sürməsini açıb oradan ona məxsus pul qabını götürmüş və həmin şəxs mağazada olan zaman qonşu mağaza olan Muxtar və gözətçi tərəfindən saxlanılmış və post patrul xidməti bölüyünün polis nəfərləri tərəfindən həmin şəxs 23-cü polis bölməsinə gətirilmişdir. Bundan sonra o, 23-cü polis bölməsində ərizə ilə müraciət etmiş və hadisə ilə bağlı izahat yazmışdır. Təhqiqatçı ilə birlikdə ona məxsus mağazaya getmiş, təhqiqatçı tərəfindən baxış keçirilmişdir. Həmin vaxt görmüşdür ki, mağazanın giriş qapısının kilid tərəfi zədələnmiş, mağazda bir ədəd “Samsung” markalı mobil telefon, pul qabı və pul qabının içində olan əşyalardan başqa heç nə oğurlanmamışdır. Mağazada ona məxsus sürmədə 20 manat dəyərində bir ədəd pul qabı, həmin pul qabının içində 01 ədəd üzərində etibarsız sözü yazılmış suvenir 100 ABŞ dolları, X2 məxsus 01 ədəd 20 ABŞ dolları, 01 ədəd 5 ABŞ dolları, 02 ədəd 1 ABŞ dolları, Rusiya Federasiyasına məxsus 01 ədəd 100 rubl, Azərbaycan Respublikasına məxsus 01 ədəd 1 manat, 02 ədəd 50 qəpik, 06 ədəd 10 qəpik, 05 ədəd 20 qəpik, 02 ədəd 5 qəpik, 01 ədəd “Omid”, 01 ədəd “Araz”, 01 ədəd “Baku Elektronics” mağazalarına aid bonus kartları, 01 ədəd “GYM Cobra” idman klubuna giriş üçün kart, 01 ədəd “VTB" banka aid plastik kart, 01 ədəd “Unibank”a aid plastik kart, 01 ədəd 5 faiz endirimli “Sabina” mağazasına aid kart, 01 ədəd “Azərpoçt”a aid kredit kart, üzərində “Texnikabank” sözü yazılmış 01 ədəd domofonların texniki xidməti üçün hesablamalar üzrə abonent kart, 02 ədəd “Əli dayı” marketinə aid bonus kart, 01 ədəd “GemaStop” playstation kluba aid kart, 01 ədəd “Azəriqaz” kart, 01 ədəd “Oppalar” əyləncə dünyası kart, 01 ədəd Heydər Əliyev adına X5 giriş üçün kart, 02 ədəd özünə məxsus “Fiziki şəxsin vergi uçotu haqqında şəhadətnamə”, 01 ədəd özünə məxsus “Mersedes-Benz 220” markalı **-NB-*** dövlət qeydiyyat nişanlı avtomobilin qeydiyyat şəhadətnaməsi, oğlu İbrahim Abdullazadəyə məxsus 30 manat dəyərində 01 ədəd pasport, bir ədəd 10 manat dəyərində yaddaş kart, 01 ədəd 300 manat dəyərində “Samsung” markalı A32 modelli mobil telefon cihazı, həmin mobil telefonun üzərində 10 manat dəyərində ***-***-**-** nömrə olmuşdur. İş üzrə ekspertiza rəyində ziyanın məbləği 230 manat kimi göstərilsə də, həmin məbləğ həddindən artıq aşağı qeyd edilmişdir, halbuki ona ümumilikdə 401,46 manat ziyan vurulmasına cəhd edilmişdir. Bütün halda dəymiş ziyan aradan qaldırıldığına görə Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, 2023-cü ilin fevral ayından Bakı şəhəri Nizami rayonu, Babək prospekti, 34 ünvanında yerləşən mağazanı icarəyə götürüb avtomobil akkumlyatorlarının satışı ilə məşğul olur. Qonşu mağazada Məzahir adlı şəxs avtomobilər üçün ehtiyat hissələrinin satışı ilə məşğul olur. 05 dekabr 2023-cü il tarixdə saat 19 radələrinə o və Məzahir mağazanı bağlayıb evə getmişlər. Həmin gün işi olduğu üçün saat 21:30 radələrində mağazaya qayıtmış və mağazada bir akkumlyatoru elektrik cərəyanına qoşmuşdur. Saat 21:40 radələrində mağazada olan zaman görmüşdür ki, bir nəfər başında papaq, ağız nahiyəsində tibbi maska olan cavan oğlan Məzahirin mağazanın qarşısında ora-bura gedib-gəlir. O, həmin şəxsdən şübhələnmiş və onun hərəkətlərinə diqqət etmişdir. Bir də görmüşdür ki, həmin şəxs Məzahirin mağazasının qarşısında durmuş, mağazanın qapısına nəsə salıb açmış və mağazanın giriş qapısından içəri daxil olmuşdur. Bundan sonra o, öz mağazasından çıxmış, Məzahirin mağazanın qarşısına getmiş və görmüşdür ki, həmin cavan oğlan mağazada nəsə axtarır. O, Məzahirin mağazasına daxil olmuş və həmin şəxsdən orada nə etdiyini soruşmuşdur. Həmin şəxs mağazaya oğurluq etmək üçün gəldiyini demişdir. O da həmin şəxsə demişdir ki, onun mağazasına getməsini, orada söhbət etmələrini təklif etmişdir. Həmin şəxs razılıq vermiş, Məzahirin mağazasından çıxmış və birlikdə onun mağazasına getmişlər. Bundan sonra o, gözətçi Sərvan kişiyə zəng vurub onun mağazasına gəlməsini, onunla işi olduğunu demişdir. Bundan sonra Sərvan kişi onun mağazasına gəlmiş və o, Sərvan kişiyə demişdir ki, bu cavan oğlan Məzahirin mağazasına oğurluq etmək üçün girdiyinə görə onu tutmuşdur. Sonra o, həmin şəxsi gözətçi Sərvana kişiyə təhvil vermiş, oğurluq edən şəxsi Məzahirin mağazasına aparmalarını və polisə məlumat vermələrini demişdir. Birlikdə həmin şəxsi Məzahirin mağazasına aparmışlar, bundan sonra o, Babək prospektinə çıxmış və yoldan keçən post-patrul xidməti bölüyünün avtopatrulunu görüb əl etmiş, onları saxladıb polis işçilərinə demişdir ki, qonşu mağazaya bir nəfər cavan oğlan oğurluq etmək üçün girmiş və o, həmin şəxsi tutmuşdur. Bundan sonra avtopatrul avtomobili mağazanın qarşısına getmiş və polis işçilərinin sualına cavab olaraq həmin şəxs səmimi olaraq etiraf etmişdir ki, mağazaya oğurluq etmək üçün girmiş və onu tutmuşlar. Bundan sonra Sərvan kişi həmin cavan oğlanı polis işçilərinə təhvil vermiş, polis işçiləri onu avtopatrulda 23-cü polis bölməsinə aparmışlar. Bundan sonra o da mağazanı bağlamış və yaşadığı evə getmişdir. Şahid4 ifadəsinə əlavə olaraq qeyd etmişdir ki, mağazasında tutulan şəxs ona və ya Sərvan kişiyə hər hansı formada müqavimət və ya zorakı hərəkət etməmiş, onlar da həmin şəxsə müqavimət və ya zorakı hərəkət etməmişlər. Oğurluq etmək istəyən şəxsin baş nahiyəsində qara papaq, üz nahiyəsində tibbi maska, əynində gödəkcə və şalvarın arxa cibindən isə bir ədəd iskənə olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Nizami rayon polis idarəsinin post-patrul xidməti bölüyünün polis nəfəri vəzifəsində xidmət edir. 05 dekabr 2023-cü il tarixdə saat 22 radələrində Bakı şəhəri Nizami rayonu Keşlə qəsəbəsində post patrul xidməti bölüyünün polis nəfərləri Şahid2 və Şahid3lə birlikdə onlara təhkim olunmuş 06 saylı patrul sektoru ərazisində xidmət aparmışlar. Nizami rayonu Babək prospekti ilə avtopatrulda hərəkətdə olan zaman prospektdə yerləşən “Monte Karlo” şadlıq sarayı ilə üzbəüz prospektin əks tərəfində avtomobil ehtiyat hissələrinin satışı mağazasının qarşında bir nəfər cavan oğlanın əl etdiyini və kömək istədiyini görmüşlər və avtomobili həmin şəxsin yanında saxlamışlar. Həmin cavan oğlan bildirmişdir ki, bir nəfər mağazaya daxil olub oğurluq etdiyi zaman tutub saxlamışlar. Bundan sonra o və ekipaj üzvləri həmin oğlanın göstərdiyi mağazaya getmişlər və cavan oğlan mağazada bir nəfər qara paltar geyinmiş kişi cinsli şəxsi göstərmişdir ki, avomobil ehtiyat hissləri mağazasına daxil olub oğurluq etmək istəyən bu şəxsdir. Mağazaların gözətçisi olan bir nəfər ağsaqqal kişi isə oğurluq etmək istəyən şəxsin yanında durmuşdur. Onlar özlərini həmin şəxsə təqdim etmiş və nə məsələ olduğunu soruşmuşlar. Həmin şəxs etiraf etmişdir ki, avtomobil ehtiyat hissələri mağazasına oğurluq etmək üçün girmişdir. Onlar oğurluq etmək istəyən şəxsi 23-cü polis bölməsinə dəvət etmişlər. Həmin şəxs etiraz etməyib onlarla birlikdə 23-cü polis bölməsinə getmiş və orada müəyyən edilmişdir ki, həmin şəxs Təqsirləndirilən şəxsdur. Şəxsin barəsində qanuni tədbir görülməsi üçün bölmənin rəhbərliyinin adına raportla müraciət etmişlər. Təqsirləndirilən şəxs 23-cü polis bölməsinə təhvil vermişlər və 6 saylı patrul sektoru ərazisinə geri dönərək xidməti davam etdirmişlər. Şahid1 ifadəsinə əlavə olaraq qeyd etmişdir ki, Təqsirləndirilən şəxs saxlanılan zaman fiziki və ya psixi zorakılığa məruz qalmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami rayon polis idarəsinin post-patrul xidməti bölüyünün polis nəfəri Şahid3, Şahid1la eyni məzmunlu ifadə vermişdir. Bundan başqa ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Nizami rayon polis idarəsinin post-patrul xidməti bölüyünün polis nəfəri Şahid2 iştirakı mümkün olmadığından həmin dövrdə verdiyi ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş, onun qeyd olunan şahidlərlə eyni məzmunlu ifadə verdiyi müəyyən olunmuşdur. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid5 iştirakı mümkün olmadığından həmin dövrdə verdiyi ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilmişdir. Şahid sözügedən ifadəsində göstərmişdir ki, 2017-ci ildən o, Bakı şəhəri Nizami rayonu, Babək prospekti, 34 ünvanında yerləşən bir neçə mağazaya gecə gözətçiliyi edir. 05 dekabr 2023-cü il tarixdə saat 19 radələrində o, işini yerinə yetirmək üçün həmin mağazaların yanına gəlmiş, mağazalarda işləyən şəxslər saat 20 və 21 radələrində mağazaları bağlayıb getmişlər və o, mağazaların qapılarının bağlı olub-olmamasını yoxlamışdır. Həmin gün saat 21:30 radələrində akkumlyator satışı ilə məşğul olan Şahid4 mağazaya qayıdıb gəlmiş və mağazanın açıb bir müştərinin akkumlyatorunu cərəyana qoşmuşdur. Bundan sonra o, gözətçi otağına qayıdıb getmiş, həmin gün saat 21:40 radələrində Şahid4 ona zəng vurub harda olduğunu soruşmuş, o, gözətçi otağında olduğunu dedikdə, Şahid4 ona demişdir ki, onun mağazasına gəlsin. O, tez Şahid4 mağazasına getmiş və Şahid4 öz mağazasında əynində qara gödəkcədə olan bir nəfər cavan şəxsi ona göstərmiş və demişdir ki, bu şəxs Məzahirin mağazasına girdiyi üçün onu tutmuşdur. Şahid4 həmin şəxsi onun nəzarətinə vermiş və demişdir ki, həmin şəxsi Məzahirin mağazasına aparaq və polisə məlumat versinlər. O və Şahid4 həmin şəxsi Məzahirin mağazasına aparmışlar, bundan sonra Şahid4 Babək prospektinə çıxmış, həmin şəxs isə onun yanında qalmışdır. Şahid4 Babək prospektində olan post patrul xidməti bölüyünün avtopatrulunu görüb əl etmiş, avtopatrul dayanmış və polis işçiləri gəlmişlər. Onlar həmin şəxsi polis işçilərinə təhvil vermişlər. Polis işçiləri avtopatrulla həmin şəxsi Nizami rayon polis idarəsinin 23-cü polis bölməsinə aparmışlar. Bundan sonra Şahid4 mağazasını bağlayıb getmiş, o isə işini davam etdirmişdir. Mağazada tutulan şəxs ona və ya Şahid4 hər hansı bir formada müqavimət və ya zorakı hərəkət etməmiş, onlar da həmin şəxsə müqavimət və ya zorakı hərəkət etməmişlər. Oğurluq etmək istəyən şəxsin baş nahiyəsində qara papaq, əynində gödəkcə olmuşdur. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 06 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 29,177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 1) - 06 dekabr 2023-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs oğurladığı əşyaları Nizami rayon polis idarəsinin 23-cü polis bölməsində könüllü olaraq təqdim etmişdir. (i.v. 17-19) - 06 dekabr 2023-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, təhqiqatçı tərəfindən Zərərçəkmiş şəxs iştirakı ilə hadisə yerinə baxış keçirilmişdir. (i.v. 20-27) - 10 aprel 2024-cü il tarixli protokoldan görünür ki, müstəntiq tərəfindən Təqsirləndirilən şəxs və müdafiəçisinin iştirakları ilə cinayət işində olan 01 ədəd DVD diskə baxış keçirilmişdir. Disk açılanda “WhatsApp Video 2023-12-06” adlı 24872 KB ölçülü video görüntü faylın olması müəyyən edilmişdir. Diskdəki video görüntüyə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, monitorda olan video görüntü kənar şəxs tərəfindən çəkilir, monitorun yuxan sağ küncündə 2023-12-05 21:41 tarix və saat görünür. Monitorda olan video görüntüdə gecə vaxtı səkidə minik avtomobilinin dayandığı, həmin avtomobilin arxa tərəfi və sağ tərəfdə obyeklərin olduğu görünür. Həmin video görüntünün 00:01-ci saniyəsində arxa tərəfdən görürən başında qara rəngli papaq, əynində qara rəngli gödəkcə, əynində qara rəngli şalvar və qara rəngli ayaqqabı geyinmiş bir nəfər kişi cinsli şəxs əlləri şalvarın cibində avtomobillə obyektlərin arası ilə piyada hərəkət edib sağ tərəfə, yəni obyektlərə baxır və arxası obyektə tərəf dayanır. Təqsirləndirilən şəxs bildirir ki, həmin kişi cinsli şəxs özüdür. Təqsirləndirilən şəxs geri addım ataraq kürəyi obyektə söykənir və durub sağa və sola baxır. Təqsirləndirilən şəxs bildirir ki, avtoehtiyat hissələri mağazasınn plastik qapısına söykənir. Həmin video görüntünün 00:23-cü saniyəsində Təqsirləndirilən şəxs sağ əlini gödəkcənin iç cibinə aparır və geri dönüb obyektdə nəyəsə fiziki güc verdiyi görünür. Təqsirləndirilən şəxs bildirir ki, gödəkcənin cibindən iskənəni çıxarıb plastik qapının arasına salıb fiziki güc verib plasik qapını açır. Həmin video görüntünün 00:40-cı saniyəsində Təqsirləndirilən şəxs görünmür. Təqsirləndirilən şəxs bildirir ki, plastik qapıdan mağazaya daxil olur. Həmin video görüntünün 00:48-ci saniyəsində qonşu mağazadan sol qolun ağ zolaq olan qara gödəkcə, qara şalvar geyinmiş və başında papaq olmayan bir nəfər kişi cinsli şəxs çıxıb avtoehtiyat hissələri mağazasına baxır və avtoehtiyat mağazasına tərəf gəlib qapını açıb içəri daxil olur. Təqsirləndirilən şəxs bildirir ki, akkumlyator mağazasında işləyən şəxs gəlib ondan soruşur ki, burada nə edirsən? O, həmin şəxsə demişdir ki, oğurluq etmək üçün giribdir. Həmin şəxs onunla söhbət etmək üçün çölə çağırmışdır. Həmin video görüntünün 01:10-cu saniyəsində avtoehtiyat hissələri mağazasından iki nəfər kişi cinsli şəxs çıxıb söhbət edirlər. Təqsirləndirilən şəxs bildirir ki, o və qonşu mağazada işləyən kişi cinsli şəxslə söhbət edir. Həmin video görüntünün 01:29-cu saniyəsində qonşu mağazada işləyən şəxs sol əli ilə Təqsirləndirilən şəxs sağ qolundan tutur və durub söhbət edirlər. Video görüntü 02:16 dəqiqə davam edir. (i.v. 120) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 08 fevral 2024-cü il tarixli 9/9900 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 03 adda əşyaların istifadədə olması nəzərə alınmaqla 05 dekabr 2023-cü il tarixə orta bazar qiyməti təxminən 230,00 manat müəyyən edilir. (i.v. 124-127) - 12 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,177.2.3-cü maddəsi yenidən ittiham elan edilmiş, 05 dekabr 2023-cü il tarixdə saat 21:42-də Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami rayonu, Babək prospekti, 34A ünvanda yerləşən avtomobil ehtiyat hissələri mağazasının giriş qapısının qarşısına gəlməsi, əlində olan əşya ilə mağazanın giriş qapısını açıb daxil olması, qonşu mağazadan Şahid4 avtomobil ehtiyat hissələri mağazasına girməsi, Təqsirləndirilən şəxs və Şahid4lə birlikdə avtomobil ehtiyat hissələri mağazasından çıxıb birlikdə getmələrinə dair müşahidə kamerasının video görüntüsü olan bir ədəd DVD disk cinayət işi üzrə maddi sübut qismində tanınmış və cinayət işinin istintaq materiallarında saxlanmış, Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş bir ədəd “Samsung” markalı A32 modelli mobil telefon, bir ədəd qara rəngli pul kisəsi və pul kisəsinin içində olan 01 ədəd üzərində etibarsız sözü yazılmış suvenir 100 ABŞ dolları, 01 ədəd 20 ABŞ dolları, 01 ədəd 05 ABŞ dolları, 02 ədəd 01 ABŞ dolları, Rusiya Fedrasiyasına məxsus 01 ədəd 100 rubl, Azərbaycan Respublikasına məxsus 01 ədəd 1 manat, 02 ədəd 50 qəpik, 06 ədəd 10 qəpik, 05 ədəd 20 qəpik, 02 ədəd 5 qəpik, 01 ədəd “Omid”, 01 ədəd “Araz”, 01 ədəd “Baku Elektronics” mağazalarına aid bonus kartları, 01 ədəd “GYM Cobra” idman klubuna giriş üçün kart, 01 ədəd “VTB” banka aid plastik kart, 01 ədəd “Unibank”a aid plastik kart, 01 ədəd 5 faiz endirimli “Sabina” mağazasına aid kart, 01 ədəd “Azərpoçl” aid kredit kart, üzərində “Texnikabank” sözləri yazılmış 01 ədəd domofonların texniki xidməti üçün hesablamalar üzrə abonent kart, 02 ədəd “Əli dayı” marketinə aid bonus kart, 01 ədəd “GemaStop” playstation kluba aid kart, 01 ədəd “Azəriqaz” kart, 01 ədəd “Oppalar” əyləncə dünyası kart, 01 ədəd Heydər Əliyev adına X5 giriş üçün kart, 02 ədəd “Fiziki şəxsin vergi uçotu haqqında şəhadətnamə”, 01 ədəd “Mersedes-Benz 220” markalı **-NB- *** dövlət qeydiyyat nişanlı avtomobilin qeydiyyat şəhadətnaməsi, İbrahim Abdullazadəyə məxsus 01 ədəd pasport, bir ədəd yaddaş kartı cinayət işi üzrə maddi sübut qismində tanınmış və zərərçəkmiş şəxsə qaytarılmış, Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş bir ədəd iskənə, 06 dekabr 2023-cü il tarixdə Bakı şəhəri Nizami rayonu, Babək prospekti, 34A ünvanında yerləşən avtomobil ehtiyat hissələri mağazasına baxış keçirilən zaman götürülmüş bir ədəd qara rəngli toxunma papaq və bir ədəd qara rəngli toxunma əlcək cinayət üzrə maddi sübut qismində tanınaraq Bakı şəhəri Nizami rayon polis idarəsinin maddi sübutların saxlanılma anbarına təhvil verilmişdir. (i.v. 131-139) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il Qərarına əsasən qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 29,177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 06 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (i.v. 40) - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 07 dekabr 2023-cü il tarixli 4(007)- 500/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair müstəntiqin vəsatəti və onunla prokurorun təqdimatı təmin edilməmiş, təqsirləndirilən şəxs məhkəmə iclas zalından dərhal azad edilmişdir. (i.v. 64-68) -Bakı şəhəri Nizami RPİ-nin istintaq şöbəsinin müstəntiqinin 07 dekabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 69-70) -Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 13 dekabr 2024-cü il tarixli 1(007)- 366/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs, onun barəsində seçilmiş qətimkan tədbirinin şərtlərini pozduğu üçün və üzrlü səbəblər olmadan məhkəmə iclaslarına gəlməyib gizləndiyindən onun haqqında axtarış elan olunmuş, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilmişdir. -Bakı şəhəri Nizami RPİ-nin 25-ci polis şöbəsinin 28 fevral 2025-ci il tarixli məktubundan və ona əlavə edilən prokoldan görünür ki, barəsində axtarış elan edilərək həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs 28 fevral 2025-ci il tarixdə tutulmuşdur. -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 21 dekabr 2023-cü il tarixli tələbnamədən, hökmün və qərarın surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 06 aprel 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 85.2-ci maddəsinə əsasən 200 manat məbləğində cərimə cəzasına məhkum edilmiş; Ağstafa Rayon Məhkəməsinin 02 mart 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, 200 manat məbləğində cərimə cəzasına məhkum edilmiş; Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 fevral 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 29,177.2.2, 29,177.2.3, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, CM-nin 67.1-ci maddəsinə əsasən 03 il müddətinə azadlıqdan məhrum etmə və 600 manat məbləğində cərimə cəzalarına məhkum edilmiş, 06 fevral 2016-cı il tarixdə azad olunmuş; Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 23 sentyabr 2016-cı il tarixli tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 67.1-ci maddəsinə əsasən qəti olaraq 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 22 dekabr 2017-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş; Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 sentyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib, 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 67.1-ci maddəsinə əsasən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 23 sentyabr 2016-cı il tarixli hökmü ilə təyin edilmiş və ödənilməmiş 600 manat cərimə cəzası yeni hökmlə təyin edilmiş cəza ilə tam birləşdirilməklə qəti olaraq 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə və 600 manat cərimə cəzaları təyin edilmiş, CM-nin 68.2-ci maddəsinə əsasən cərimə cəzasının müstəqil icra olunması qərara alınmış, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 mart 2022-ci il tarixli qərarı ilə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 06 ay 07 gün hissəsindən vaxtından əvvəl şərti azad olunmuş, həmin cəzanı çəkib qurtardığı üçün 12 sentyabr 2022-ci il tarixdə qeydiyyatdan çıxarılmışdır. (i.v. 80-82, 100-112, 114-117) -Masallı rayon icra və probasiya şöbəsinin 03 iyul 2024-cü il tarixli 2-1637/24-62-16 nömrəli məktubundan görünür ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 05 mart 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş 06 ay 07 gün müddətindən şərti olaraq vaxtından azad edilməsi barədə qərarın müddəti başa çatdığı üçün 12 sentyabr 2022-ci il tarixdə o, qeydiyyatdan çıxarılmış, 600 manat cərimə cəzası tam şəkildə icra edildiyi üçün 16 yanvar 2023-cü il tarixdə qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,177.2.3-cü maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iş üzrə maddi ziyanın tamamilə ödənilməsini Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır; 18.2.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətlərin residivi təhlükəli sayılır; 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur; 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunmasına dair” 25 may 2009cu il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3, 83.4-cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumluğun ödənilmə müddətinin axımı cinayətlərin residivi və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4 və 83.3.2-ci maddələrinin həmin Məcəllənin 8, 9, 61.1.1 və 65.2-ci maddələri baxımından şərh edilməsinə dair” 28 sentyabr 2022-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4 və 83.4-1-ci maddələrinin məzmununa görə, cinayətlərin və ya hökmlərin məcmusu üzrə azadlıqdan məhrum etmə ilə yanaşı digər cəzaya məhkum olunmuş şəxs məhkumluğun ödənilmədiyi və götürülmədiyi dövrdə yenidən qəsdən cinayət törətdikdə, onun əməli cinayətlərin residivini yaradır. Bununla da, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs hökmlərin məcmusu qaydasında təyin olunmuş - 23 sentyabr 2016-cı il tarixli hökm üzrə 22 dekabr 2017-ci il tarixdə azadlıqdan məhrum etmə cəzasından cəzanın sonu ilə azad edildikdən və 04 sentyabr 2020-ci il tarixli hökm üzrə 05 mart 2022-ci il tarixdə azadlıqdan məhrum etmə cəzasından vaxtından əvvəl şərti azad edildikdən sonra müstəqil qaydada icra olunan cərimə növündə cəzasını çəkmədən, eyni zamanda 05 mart 2022-ci il tarixdə cəzadan vaxtından əvvəl şərti azad edildikdən qısa müddət sonra məhkumluğu ödənilmədən 05 dekabr 2023-cü il tarixdə hazırkı cinayət əməlini törətmişdir, ona görə Təqsirləndirilən şəxs əməlində cinayətlərin təhlükəli residivi vardır, bu əsasla cinayətlərin residivi Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməyə cəhd etməsini, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir. Məhkəmənin qənaətinə görə, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir, ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə qeyd edir ki, cinayət qanunvericiliyinə görə, əməlində cinayətin residivi müəyyən edilmiş şəxsə cinayət etməyə cəhdə görə cəza təyin edilərkən, əvvəlcə CM-nin 63.3-cü maddəsinin müddəaları tətbiq edilməli, yəni başa çatmamış cinayətin nəzərdə tutulduğu maddənin sanksiyasında əks olunan cəzalardan daha ciddi cəza seçildiyi hallarda həmin cəzanın yuxarı həddinin dörddə üçündən çox olmamaqla cəza təyin edilməli, bundan sonra cinayətlərin residivinə görə cəza təyin edilməsi qaydasını təsbit edən CM-nin 65.2-ci maddəsi tətbiq edilməlidir, yəni cinayət etməyə cəhdə görə təyin edilmiş cəzanın (sanksiyada əksini tapmış daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçünün) yuxarı həddinin yarısından az olmamaqla cəza təyin edilməlidir. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən qeyd olunan hallar nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı işlə bağlı 05 dekabr 2023-cü il tarixdən 07 dekabr 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu cəmi 02 gün müddət göstərilən qaydada hesablanmaqla təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılıb, üzərində qəti müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı isə axtarışda olan şəxs kimi 28 fevral 2025-ci il tarixdə tutularaq həbs edildiyi vaxtdan hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olduğundan onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış müvafiq əşyaların ibtidai istintaq zamanı zərərçəkmiş şəxsə geri qaytarılması nəzərə alınmalı, bir ədəd iskənə, bir ədəd qara rəngli toxunma papaq, bir ədəd qara rəngli toxunma əlcək məhv edilməli, içərisində görüntülər olan 01 ədəd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəsinin həyata keçirilməsi üçün qərar əsasında dövlət hesabına dəvət olunmuş vəkilin məhkəmə icraatının müvafiq dövründə təqsirləndirilən şəxsə göstərdiyi hüquqi xidmətlərə görə (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinin həyata keçirilməsi üçün müqavilə əsasında iştirak etmiş vəkilə isə dövlət büdcəsinin vəsaiti hesabına əmək haqqı ödənilməsi məsələsinin müzakirəsinə əsaslar yoxdur. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 05 dekabr 2023-cü il tarixdən 07 dekabr 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılıb, üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 28 fevral 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut qismində tanınmış 01 ədəd “Samsung” markalı A32 modelli mobil telefon, bir ədəd qara rəngli pul kisəsi və pul kisəsinin içində olan 01 ədəd üzərində etibarsız sözü yazılmış suvenir 100 ABŞ dolları, 01 ədəd 20 ABŞ dolları, 01 ədəd 05 ABŞ dolları, 02 ədəd 01 ABŞ dolları, Rusiya Fedrasiyasına məxsus 01 ədəd 100 rubl, Azərbaycan Respublikasına məxsus 01 ədəd 1 manat, 02 ədəd 50 qəpik, 06 ədəd 10 qəpik, 05 ədəd 20 qəpik, 02 ədəd 5 qəpik, 01 ədəd “Omid”, 01 ədəd “Araz”, 01 ədəd “Baku Elektronics” mağazalarına aid bonus kartları, 01 ədəd “GYM Cobra” idman klubuna giriş üçün kart, 01 ədəd “VTB” banka aid plastik kart, 01 ədəd “Unibank”a aid plastik kart, 01 ədəd 5 faiz endirimli “Sabina” mağazasına aid kart, 01 ədəd “Azərpoçl” aid kredit kart, üzərində “Texnikabank” sözləri yazılmış 01 ədəd domofonların texniki xidməti üçün hesablamalar üzrə abonent kart, 02 ədəd “Əli dayı” marketinə aid bonus kart, 01 ədəd “GemaStop” playstation kluba aid kart, 01 ədəd “Azəriqaz” kart, 01 ədəd “Oppalar” əyləncə dünyası kart, 01 ədəd Heydər Əliyev adına X5 giriş üçün kart, 02 ədəd “Fiziki şəxsin vergi uçotu haqqında şəhadətnamə”, 01 ədəd “Mersedes-Benz 220” markalı **-NB- *** dövlət qeydiyyat nişanlı avtomobilin qeydiyyat şəhadətnaməsi, İbrahim Abdullazadəyə məxsus 01 ədəd pasport və bir ədəd yaddaş kartının ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmış, Bakı şəhəri Nizami rayon polis idarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmiş 01 ədəd iskənə, 01 ədəd qara rəngli toxunma papaq və 01 ədəd qara rəngli toxunma əlcək məhv edilsin, içərisində videogörüntülər olan 01 ədəd DVD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Məhkəmə məsrəfi hesab olunan 100 manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatının müvafiq dövründə 29 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X4 müvafiq hesablaşma hesabı üzərindən 174 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar