Məhkəmə qərarları › İş №1(007)-271/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-271/2023

23.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-271/2023 23.05.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi X2, Məhkəmə iclasının katibi: X3, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs: xx.xx.1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, ünvan 1 küçəsi, 71 inzibati bina ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan, barəsində "həbs" qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5 maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 23 yanvar 2022-ci il tarixdə saat 13 radələrində ünvan 3 ünvanında yerləşən ‘‘8 km bazarı” adlana yerdə Zərərçəkmiş şəxs5 əynində olan gödəkçəsinin cibindən 10 manat dəyərində ***-***- **-** nömrə ilə işləyən 390 manat dəyərində «X8 8» markalı mobil telefon aparatını çıxarmaqla gizli olaraq talayıb ümumilikdə Zərərçəkmiş şəxs5 400 manat miqdarında maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 04 oktyabr 2022-ci il tarixdə saat 11 radələrində Bakı şəhəri Nizami rayonu Qara Garayev prospekti 108 ünvanında yerləşən “Kafel Metlax” mağazasına müştəri qismində gəlib həmin vaxt mağazada satıcı işləyən Zərərçəkmiş şəxs4 fikrinin yayınmasından istifadə edərək masanın üzərinə qoyulmuş, Zərərçəkmiş şəxs4 məxsus 9 manat dəyərində ***-***- **-** nömrə ilə işləyən 450 manat dəyərində “Redmi 10 C” markalı mobil telefon aparatını gizli olaraq talayıb ümumilikdə Zərərçəkmiş şəxs4 459 manat miqdarında maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 07 oktyabr 2022-ci il tarixdə saat 17:20 radələrində Bakı şəhəri Nizami rayonu, Qara Qarayev prospekti 57 ünvanında yerləşən mebel aksesuarlarının satışı ilə məşğul olan mağazaya müştəri qismində gəlib həmin vaxt mağazada satıcı işləyən Zərərçəkmiş şəxs1 digər müştərilərlə məşğul olmasından istifadə edib masanın üzərinə qoyulmuş Zərərçəkmiş şəxs1 məxsus 12 manat dəyərində ***-***-**-** mobil nömrə ilə işləyən, üzərində 8 manat dəyərində qoruyucu üzlük və 20 manat dəyərində qoruyucu arxalıq olan 250 manat dəyərində «Samsung» markalı «SM-J330G/DS» modelli (J3 Pro 2017) mobil telefon aparatını gizli olaraq talayıb ümumilikdə Zərərçəkmiş şəxs1 290 manat miqdarında maddi ziyan vurmaqla oğurlan etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 10 oktyabr 2022-ci il tarixdə saat 18:30 radələrində ünvan 3 ünvanında yerləşən “8 km bazarı” adlanan yerdə qadın paltarlarının satışı ilə məşğul olan mağazaya müştəri qismində gəlib həmin vaxt mağazada satıcı işləyən Zərərçəkmiş şəxs3 digər müştərilərlə məşğul olmasından istifadə edib masanın üzərinə qoyulmuş Zərərçəkmiş şəxs3 məxsus 14 manata dəyərində ***-***-**-** mobil nömrə ilə işləyən, üzərində 8 manat dəyərində qoruyucu üzlük, 10 manata dəyərində qoruyucu arxalıq və həmin qoruyucu arxalığın içərisində 300 manat nağd pul olan 650 manat dəyərində «Samsung» markalı «SM- A127F/DSN» (Galaxy A 12) model mobil telefon aparatını gizli olaraq talayıb ümumilikdə Zərərçəkmiş şəxs3 982 olmalı manat miqdarında maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 10 oktyabr 2022-ci il tarixdə saat 18:36 radələrində ünvan 3 ünvanında yerləşən “8 Km bazarf’nda qadın paltarının satışı ilə məşğul olan mağazaya müştəri qismində gəlib həmin vaxt mağazada satıcı işləyən Zərərçəkmiş şəxs2 Zülfi qızının digər müştərilərlə məşğul olmasından istifadə edib masanın üzərinə qoyulmuş Zərərçəkmiş şəxs2 məxsus 14 manat dəyərində ***-***-**-** mobil nömrə ilə işləyən, üzərində 8 manat dəyərində qoruyucu üzlük və 10 manata dəyərində qoruyucu arxalıq olan 350 manat dəyərində «Samsung» markalı, «SM-A520F/DS» (Galaxy A5) model mobil telefon aparatını gizli olaraq talayıb ümumilikdə Zərərçəkmiş şəxs2 Zülfi qızına 382 manat miqdarında maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5 -ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.5-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, ittiham aktında qeyd olunan xx.xx.2022-ci il tarixdə Nizami rayonunda yerləşən 8-ci km bazarında baş vermiş oğurluq hadisəsini o törətməmişdir. xx.xx.2022-ci il tarixdə və ünvan 6 ünvanda olduğu zaman, həmin ərazidə yerləşən kafel metlax satılan dükana müştəri qismində daxil olmuş, və həmin vaxt mağazada çox saylı tanımadığı müştərilər olmuşdur. Mağazanın içərisində masanın üzərində olan Redmi 10 C markalı mobil telefonu görüb həmin telefonu oğurlamaq qərarına gəlmişdir. Bundan sonra satıcı və müştərilərin onu görmədiyindən əmin olub həmin mobil telefonu oğurlayaraq cibinə qoymuşdur. O, həmin mağazadan çıxıb dəqiq nömrəsini xatırlamadığı sərnişin avtobusuna minib ərazidən uzaqlaşmışdır. Oğurladığı mobil telefonu xx.xx.2022-ci il tarixdə 20 yanvar metro stansiyasının yaxınlığında yerləşən telefon mağazasına 80 manata satmış və həmin pulu öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan başqa xx.xx.2022-ci il tarixdə saat təxminən 17 radələrində ünvan 7 ünvanın yaxınlığından keçən zaman mebel aksessuarlarnın satışı ilə məşğul olan mağazaya daxil olmuşdur. O, mağazada bir qədər gəzdikdən sonra masanın üzərində mobil telefon görmüşdür. O, üzərində pul olmadığı üçün telefonu oğurlamaq qərarına gəlmiş, mağazada mallara baxdıqdan sonra satıcının fikrinin yayındığını görən zaman masaya yaxınlaşıb mobil telefonu götürərək cibinə qoymuşdur. Mobil telefonu götürdükdən sonra mağazanı tərk etmişdir. Sonradan mobil telefona baxan zaman həmin mobil telefonun Samsung J 3 markalı mobil telefon olduğunu görmüşdür. Oğurladığı mobil telefonu Neftçilər metrostansiyasnın yaxınlığında yerləşən telefon mağazasına 43 manata satmışdır. Həmin pullla özünə yemək və qida məhsulları almışdır. Bundan başqa xx.xx.2022-ci il tarixdə mobil telefon oğurlamaq üçün Nizami rayonunda yerləşən 8-ci km bazarına getmişdir. Bazarda olan zaman dostu Şahid4 arvadı ilə birlikdə bazarda olmalarını görmüşdür. Qadın paltarları satan qadın satıcının özünə məxsus mobil telefonu piştaxtanın üzərinə qoyduğunu görmüşdür. Həmin qadının başının qarışıq olmasından istifadə edib sonuncuya məxsus "Samsung A5” markalı mobil telefonu oğurlamış və yanında olan Tapdığın cibinə atmışdır. Daha sonra oradan biraz uzaqlaşdıqdan sonra digər qadın alt paltarları satan bir nəfər qadın satıcınında mobil telefonunu piştaxtanın üzərində olduğunu görmüşdür. Həmin qadınında başının qarışıq olmasından istifadə edib satıcı qadına məxsus “Samsung A12” markalı mobil telefonu oğurlayıb həmin yerdən uzaqlaşıb çıxıb getmişdir. Sonradan Tapdıq onun yanına gələrək mobil telefonu ona qaytararkən o, telefonun özünə məxsus olmasını bildirərək birlikdə telefonu aparıb satmalarını xahiş etmişdir. Bundan sonra Tapdıq ilə birlikdə “Neftçilər” metro stansiyasının yaxınlığında yerləşən telefon mağazalarının birinə gedib Tapdıqın şəxsiyyət vəsiqəsi ilə “Samsung A5” markalı mobil telefonu 40 manata satmışdır. Mobil telefonu satdıqdan sonra digər telefonu yəni “Samsung A12” markalı mobil telefonu satmaq üçün Tapdıq ilə birlikdə 20 yanvar metro stansiyasının yaxınlığında yerləşən telefon mağazalarının birinə getmişlər. Samsung A 12 markalı mobil telefonuda 20 yanvar metro stansiyasının yaxınlığında yerləşən telefon mağazalarının birində Tapdıq ilə birlikdə Tapdığın şəxsiyyət vəsiqəsini təqdim edib oğurladığı Samsung A 12 markalı mobil telefonu və özünə məxsus Samsung J2 markalı mobil telefonu ümumilikdə 135 manat satmışdır. xx.xx.2022-ci il tarixdə Sabunçu rayonu ərazisində olduğu zaman polis əməkdaşları ona yaxınlaşıb törətdiyi oğurluq hadisələrinə görə onu 24-cü PŞ-nə gətirmişlər. Daha sonra polis əməkdaşları ilə birlikdə gedib xx.xx.2022-ci il tarixdə Nizami rayonunda yerləşən 8-ci km bazarında tanımadığım az yaşlı oğlanın cibindən oğurladığı "Redmi Note 8” markalı mobil telefonu girov qoyduğu mağazanı və digər “Samsung A12” və "Samsung A5” markalı mobil telefonları satdığı mağazaları polis əməkdaşlarına göstərmişdir. Oğlurladığı Samsung A12 markalı mobil telefon aparatının arxa hissəsində 300 manat pul olmamışdır. Qeyd etmişdir ki, mobil telefon mağazalarına satmış olduğu Samsung J 2 və Samsung Note 9 mobil telefonlar özünə və ailə üzvülərinə məxsus olmuşdur. Əməlindən səmimi peşman olmasını, zərərçəkmişlərə dəymiş ziyanın qismən ödənilməsini nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 57 ünvanında yerləşən mebel aksessuarları mağazasında işləyir. 07 oktyabr 2022-ci il tarixdə saat təxminən 17:20 radələrində müştərilərin olması səbəbindən özünə məxsus «Samsung J 3» markalı mobil telefonunu masanın üzərinə qoymuşdur. Təxminən 10 dəqiqə sonra mobil telefonumu götürmək istədikdə mobil telefonunun yerində olmadığını və naməlum şəxs tərəfindən oğurlanmasını aşkar etmişdir. Sonradan mağazada quraşdırılmış video müşahidə kameralarına baxan zaman mobil telefonun naməlum şəxs tərəfindən oğurlanmasını aşkar etmişdir. Baş vermiş hadisə nəticəsində ona ümumilikdə 290 manat ziyan dəymişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 9 ilə yaxındır ki, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində yerləşən 8-ci km. bazarında icarəyə götürdüyü dükanda paltar satır. 10 oktyabr 2022-ci il tarixdə saat 18:30 radələrində işdə olan zaman özünə məxsus olan "Samsunq A12” markalı 250 076 121 447 144 imei kodlu mobil telefonunun piştaxtanın üzərindən oğurlandığını aşkar etmişdir. Həmin mobil telefonun üzərində olan üzlüyün içərisində telefonun arxa hissəsində 300 manat pulu da telefonla birlikdə oğurlanmışdır. Hadisə nəticəsində ona ümumilikdə 982 manat ziyan dəymişdir. Zərərçəkmiş şəxs çıxış edərək telefonun ona təhvil verilməsinə baxmayaraq, telefonun arxa hissəsində olan 300 manat pul geri qaytarılmadığından təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 qizı ifadəsində göstərmişdir ki, 9 ilə yaxındır ki, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində yerləşən 8-ci km. bazarında icarəyə götürdüyü dükanda paltar satır. 10 oktyabr 2022-ci il tarixdə saat 14:30 radələrində işdə olan zaman özünə məxsus olan "Samsunq A 5” markalı **********55231 və **********55239 kodlu mobil telefonunun piştaxtanın üzərindən oğurlandığını aşkar etmişdir. Hal-hazırda təqsirləndirilən şəxsdən şikayətçi olmadığını bildirdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, 1 ilə yaxındır ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 108 ünvanında yerləşən kafel metlax satılan dükanda satıcı işləyir. 04 oktyabr 2022- ci il tarixdə saat 11 radələrində özünə məxsus "Redmi 10C” markalı mobil telefonu masanın üzərinə qoymuşdur. Həmin vaxt dükana əvvəllər tanımadığı bir nəfər şəxs daxil olmuşdur. Həmin şəxs ona metlax almaq istədiyini bildirmişdir. O, həmin şəxsə özünün sərbəst olaraq metlax seçməyini və sonra ondan qiymətini soruşmağını məsləhət görmüşdür. Həmin şəxs dükanda vitrinə düzülmüş mallara baxmağa başlamışdır. O, isə bu zaman bayıra çıxmışdır. Təxminən 10 dəqiqə sonra dükana qayıtdıqda həmin şəxsin dükanda olmadığını görmüşdür. Bundan sonra masaya yaxınlaşaraq mobil telefonunu götürmək istəyərkən mobil telefonunun masanın üzərində olamamasını görmüşdür. Dərhal qonşu dükanda quraşdırılmış nəzarət kamerasına baxmışdır. Həmin vaxt görmüşdür ki, dükana müştəri qismində gəlmiş şəxs o, dükandan çıxdıqdan sonra qaçaraq dükandan uzaqlaşır. Hal-hazırda təqsirləndirilən şəxsdən şikayətçi olmadığını, ona dəymiş zərərin ödənildiyini qeyd etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, Xətai rayon 245 saylı tam orta məktəbin 11-ci sinif şagirdidir. Özünə məxsus “X8 8” markalı **********0619 və **********50617 imeil kodlu mobil telefonu vardır. Həmin mobil telefonu dəyəri 400 manatdır, ona həmin mobil telefonu atası 2021-ci ilin avqust ayında alıb hədiyyə etmişdir. 23 yanvar 2022-ci il tarixdə saat təxminən 13 radələrində nənəsi Quliyeva Solmaz ibadulla qızı ilə birlikdə Bakı şəhəri, Nizami rayonu, 8-ci km bazarında olmuşlar. Həmin vaxtı **********0619 və **********50617 imeil kodlu ‘‘X8 8” markalı mobil telefon üzərində olmuşdur. Ona bir neçə dəfə zəng gəlmiş və o, telefona cavab verdikdən sonra mobil telefonu əynində olan gödəkçənin sol yan cibinə qoymuşdur. Həmin vaxtı bazarda adamlar çox olmuşdur. Yaranmış sıxlıqdan həmin vaxtı tanımadığı şəxs və ya şəxslər tərəfindən əynində olan gödəkçənin sol yan cibindən **********0619 və **********50617 imeil kodlu "X8 8” markalı mobil telefon oğurlanmışdır. Həmin sıxlıq zamanı onun sol qolundan naməlum şəxs toxunmuşdur. Həmin vaxtı cibindən telefonunun oğurlanmasını hiss etmişdir. Əlini cibinə saldıqda telefonunun oğurlanmasını bilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, təxminən 8 il müddətdir ki, Nəsimi rayonu Moskva prospekti 64 ünvanında telefon mağazasında satıcı işləyir. 10 oktyabr 2022-ci il tarixdə axşam saat 21 radələrində işlədiyi mağazada olan zaman 2 nəfər əvvəllər tanımadığı şəxs mağazaya daxil olmuşlar.Həmin şəxslərdən sonradan adının Elçin olduğunu öyrəndiyi şəxs ona yaxınlaşaraq bildirdi ki, özlərinə məxsus mobil telefonları satmaq istəyirlər. Həmin şəxslərdən sonradan adının Tapdıq olduğunu bildiyi şəxs bir ədəd göy rəngli Samsung A 12 markalı və bir ədəd qara rəngli Samsung J2 markalı ekranı sınıq olan mobil telefonu ona təqdim etmiş, O, mobil telefonlara baxmış və 135 manata ala biləcəyini bildirmişdir. Həmin şəxslər onunla razılaşmış və Tapdıq adlı şəxsdən şəxsiyyət vəsiqəsini alaraq kserosurətini çıxarmışdır. Cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, təxminən 8 il müddətdir ki, Nizami rayonu Qara Qarayev prospekti 62C ünvanında yerləşən telefon mağazasında mobil telefon təmircisi işləyir. 07 oktyabr 2022-ci il tarixdə axşam saat 21 radələrində işlədiyi mağazada olan zaman bir nəfər əvvəllər tanımadığı şəxs mağazaya daxil olmuşdur. Sonradan adının Elçin olduğunu öyrəndiyi şəxs ona yaxınlaşaraq bildirmişdir ki, özünə məxsus mobil telefonu satmaq niyyətindədir. O, Elçinin sözlərinə inanıb mobil telefonu göstərməyini bildirmişdir. Elçin bir ədəd qara rəngli Samsung Note 9 markalı mobil telefonu ona uzatmışdır. O, mobil telefona baxmış və 50 manata ala biləcəyini bildirmişdir. Elçin onunla razılaşmış və özünə məxsus şəxsiyyət vəsiqəsini alaraq kserosurətini çıxarmışdır. Həmin kserosurətin üzərinə müvafiq qeydlər, yəni mobil telefonun özünə məxsus olması, satış qiyməti və digər qeydlər apararaq imza etmişdir. Bundan sonra o, həmin şəxsə 50 manat ödəmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid4 Zeyqəmşah oğlu ifadəsində göstərmişdir ki, o, 44- günlük ikinci Qarabağ mühariməsi iştirakçısıdır. 2022-ci ildə Azərbaycan Respublikası CM-nin 234.1 -ci maddəsi ilə Sabunçu rayon məhkəməsinin hökmü ilə 3 il müddətində azadlıq məhdudlaşdırma cəzasına məhkum olunmuşdur. Təqsirləndirilən şəxs uzun illərdir tanıyır. Onlar hər ikisi qonşu olaraq ünvan 11 ünvanında qeydiyyatda olmaqla yaşayırlar. Elçinin əvvəllər adam öldürməklə məhkumluğu olmuşdur. Qonşu olduqlarından yaxın münasibəti olmuşdur. Həyat yoldaşı Aysel müxtəlif restoranlarda günü 15 manata işləyir. 10 oktyabr 2022-ci il tarixdə axşam saatlarında yəni təxminən saat 17 radələrində həyat yoldaşı Aysel özünə alt paltar almaq üçün onun ilə birlikdə Nizami rayonu ərazisində yerləşən 8-Km bazarına gəlmişlər. Orda bir qədər müxtəlif dükanlara baxmışlar. Həmin vaxt qonşuluqda yaşayan dostu Təqsirləndirilən şəxs görmüşlər. Onlar salamlaşaraq hal əhval tutmuşlar. Həmin vaxt Elçin ona bildirmişdir ki, o da paltar almaq üçün gəlmişdir. Hazırda paltar almadığından yaşadığı ünvana gedəcəkdir. O, Elçinə bildirmişdir ki, onlar da evə gedirlər. Bazarın içi ilə avtobus dayancağına hər üçü gedən zaman dükanların birində qadın alt paltarı satıldığını görüb Aysel geriyə qayıtmışdır. Aysel dükandakı satıcı qadına yaxınlaşmış və dəzgahın üzərinə yığılmış alt paltarlarından bir neçəsini seçmişdir. Həmin vaxt Elçin və o, bir qədər aralıda dayanmışlar. O, xatırlamadığı qız tanışı ilə mobil telefon vasitəsi ilə danışırmış. Həyat yoldaşı Aysel paltarı seçən zaman Elçin onun əynində olan paltarın cibinə nəsə qoymuşdur. O, Elçinin cibinə siqaret qoymasını düşünmüşdür. Bundan sonra mobil telefonda danışa-danışa bir qədər onlardan uzaqlaşmışdır ki, Mobil telefonla danışan zaman mobil telefonunun enerjisi bitmişdir. O, bundan sonra Aysel və Elçinin dayanmış olduğu dükanın qarşısına gəlmiş, həmin vaxt sonuncuların orada olmadığını görmüşdür. Onun mobil telefonunun enerjisi bitdiyindən sonuncularla əlaqə saxlaya bilməmiş və yaxınlıqdakı avtobus dayancağına gedərək avtobusla yaşadığı ünvana gəlmişdir. Avtobusda gələn zaman cibində tünd göy rəngli bir ədəd mobil telefonun olduğunu görmüşdür. Yaşadığı mənzildə mobil telefonu çıxaraq masanın üzərinə qoymuşdur. Bundan təxminən 10-15 dəqiqə sonra Aysel də evə gəlmişdir. Həmin vaxt Aysel masanın üzərində tünd göy rəngli mobil telefonu görmüşdür. Aysel ondan telefonu haradan aldığını soruşmuş, o, sonuncuya mobil telefonun Elçinə məxsus olduğunu bildirmişdir. Həmin gün axşam satlarında Elçinlə əlaqə saxlayaraq onunla görüşmüş və mobil telefonu sonuncuya qaytarmışdır. Mobil telefonu Elçinə qaytaran zaman Elçin bildirmişdir ki, onunla birlikdə gedərək mobil telefonu satsınlar. Onlar dost olduqlarından o, sonuncu ilə getmişdir. Onlar birlikdə Neftçilər metrosunun yanına gəlmişlər. Orada olan mobil telefon mağazalarından birinə girmişlər. Elçin satıcıya mobil telefon satmaq istədiyini bildirmişdir. Satıcı ondan mobil telefonu istəmişdir. O, mobil telefonu Elçinə vermiş, Elçin “Samsung A5” markalı mobil telefonu 40 manata satmışdır. Bundan sonra Elçin ona 20 Yanvar metrosunun yanına getməyi təklif etmişdir. O, sonuncu ilə dediyi yerə getmişdir. 20 yanvar metro stansiyasının yaxınlığında yerləşən telefon mağazalarının birində ona məxsus şəxsiyyət vəsiqəsini təqdim edib orada iki ədəd Samsung markalı mobil telefonu ümumilikdə 135 manat müabilində satmışdır. O, sonuncudan həmin mobil telefonları haradan əldə etdiyini soruşduqda Elçin bildirmişdir ki, özünə məxsus mobil telefonlardır. Bundan təxminən üç gün sonra o, həbs olunmuşdur. Bir müddət sonra ona məlum olmuşdur ki, 15 oktyabr 2022-ci il tarixdə Nizami rayon Polis İdarəsinin əməkdaşları həyat yoldaşını və Elçini tutub 24-cü PŞ-nə aparmışlar. Sonradan ona məlum olmuşdur ki, Elçinin onun şəxsiyyət vəsiqəsi ilə satmış olduğu mobil telefonlar oğurluq yolu ilə əldə olunmuş telefonlardır və Elçin bu əməlinə görə həbs olunmuşdur. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Şahid4 Zeyqəmşah oğlu ilə 2014-cü ildən rəsmi nigahla ailə qrmuşdur. Onların nigahından iki övladları vardır. 2022-ci ilin oktyabr ayının 13-də Sabunçu RPİ-nin əməkaşları tərəfindən narkotik vasitələrin istifadəsinə görə tutularaq barəsində Sabunçu rayon məhkəməsinin qərarı ilə 3 ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. O, müxtəlif restoranlarda günü 15 manata işləyərək iki övladını saxlayır. 10 oktyabr 2022-ci il tarixdə axşam saatlarında, yəni təxminən saat 17 radələrində özünə alt paltar almaq üçün həyat yoldaşı Tapdıq ilə birlikdə Nizami rayonu ərazisində yerləşən 8-Km bazarına gəlmişlər. Orada bir qədər müxtəlif dükanlara baxmışdır. Həmin vaxt qonşuluqda yaşayan həyat yoldaşının dostu Təqsirləndirilən şəxs görmüşlər. Onlar salamlaşmış, həyat yoldaşı ilə hal əhval tutmuşlar. Həmin vaxt Elçin yoldaşına bildirmişdir ki, o, da paltar almaq üçün gəlmişdir. Hazırda paltar almadığından yaşadığı ünvana gedəcəkdir. Həyat yoldaşı Tapdıq Elçinə bildirmişdir ki, onlar da evə gedirlər. Bazarın içi ilə avtobus dayancağına hər üçü gedən zaman dükanların birində qadın alt paltarı satıldığını görüb geriyə qayıtmışdır. O, dükandakı satıcı qadına yaxınlaşmış və dəzgahın üzərinə yığılmış alt paltarlarından bir neçəsini seçmişdir. Həmin vaxt Elçin və həyat yoldaşı ondan bir qədər aralıda dayanmışlar. Həyat yoldaşı mobil telefonla danışırmış. O, paltarı seçmiş və geriyə dönmüşdür ki, həyat yoldaşından pul alsın. Bu zaman Tapdıqın orada olmadığını görmüşdür. O, Elçindən Tapdıqın hara getdiyini soruşmuş, Elçin bilmədiyini sadəcə mobil teleonla danışaraq sağ tərəfə getdiyini demişdir. O, Elçinə bildirmişdir ki, paltar almaq üçün pul lazımdır və Tapdıqdan pul alacaqmış. Bu zaman Elçin bildirmişdir ki, nə istəyirsə alsın o, pulunu verəcəkdir. O, sonuncudan verəcəyi pulu qəbul etməmişdir. Özünə məxsus mobil telefonla Tapdıqa zəng vurmuşdur. İlk öncə məşqul olsada sonradan Tapdıq özünə məxsus telefonu söndürmüşdür. Bundan sonra o, satıcı xanıma alası olmadığımı bildirmiş və Elçinlə birlikdə oradan uzaqlaşmışdır. O, Elçinə bildirmişdir ki, üzərində pulu yoxdu və evə getməlidir. Elçin onunla birlikdə yaşadığı Sabunçu qəsəbəsinə gəlmişdir. O, yaşadığı mənzilə daxil olanda Tapdıqın evdə olduğunu görmüşdür. O, Tapdıqdan hansı səbəbdən onu bazarda tək qoyaraq evə gəldiyini soruşmuşdur. Bu zaman Tapdıq ona bildirmişdir ki, dostları ilə vacib işi olmuş ona görə evə gəlmişdir. Həmin vaxt o, masanın üzərində tünd göy rəngli mobil telefon görmüşdür. O, yoldaşından həmin telefonu haradan aldığını soruşmuş, Tapdıq ona bildirmişdir ki, mobil telefonu tapmışdır. O, Tapdıqdan bu barədə daha heçnə soruşmamışdır. Bundan təxminən üç gün sonra Tapdıq həbs olunmuşdur. Təxminən 15 oktyabr 2022-ci il tarixdə Nizami rayon Polis İdarəsinin əməkdaşları onu 24cü PŞ-nə gətirmişlər. Orada onu mobil telefonla bağlı sorğu sual etmişlər. O, məlumatsız olduğunu bildirmişdir. Sonradan ona məlum olmuşdur ki, mənzilində olan mobil telefon oğurluq yolu ilə əldə olnmuşdur. Lakin kim tərəfindən oğurlandığını dəqiq bilmir. Təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsinə, zərərçəkmiş şəxslərin və şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2-ci maddəsi ilə tövsif edilmişdir. Bununla da təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 177.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Hazırkı cinayətə görə cəzanın həddini müəyyən edərkən aşağıdakılar nəzərə alınır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə 221.2.1-ci maddəsi ilə təqsirli bilinib 03 il müddətinə azalıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2017-ci il tarixli əfv sərəncamına əsasən cəzanın çəkilməmiş hissəsindən azad edilmişdir. AR CM-nin 18.4.3-cü maddəsinin tələbinə əsasən bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar cinayətin residivinin müəyyən edilməsi zamanı nəzərə alınmır. İş üzrə zərərçəkmiş şəxs X4 məhkəməyə ərizə ilə müraciət edərək ona dəymiş zərərin ödənildiyini, təqsirləndirilən şəxsə qarşı hər hansısa şikayət və tələbinin olmadığını bildirmişdir. İş üzrə Zərərçəkmiş şəxs2 Züfü qızı məhkəməyə ərizə ilə müraciət edərək ona dəymiş zərərin ödənildiyini, təqsirləndirilən şəxsə qarşı hər hansısa şikayət və tələbinin olmadığını bildirmişdir. İş üzrə Zərərçəkmiş şəxs4 məhkəməyə ərizə ilə müraciət edərək ona dəymiş zərərin ödənildiyini, təqsirləndirilən şəxsə qarşı hər hansısa şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi əməldən səmimi peşman olmasını, zərərçəkmiş şəxslərə dəymiş ziyanın qismən ödəməsini və həmin zərərçəkmiş şəxslərdən üçünun şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, barəsində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 3 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli 16 oktyabr 2022-ci il tarixdən hesablanmışdır. Məhkəmə hesab edir ki, maddi sübut qismində tanınmış müşahidə kameraları tərəfindən qeydə alınmış görüntüləri özündə əks etdirən 02 ədəd CD disk və “Tarix: xx.xx.2022, mənə aid olan Redmi 10A markalı telefonu özüm satdım, şəxsi telefonumdu, yarana biləcək problemə cavabdehəm, ***-***-**-**, Redmi A10/64GB» əlyazması olan Təqsirləndirilən şəxs adına verilmiş AA******* seriyalı şəxsiyyət vəsiqəsinin kserosurəti 1 vərəqdə, üzərində «Tarix: 10.10.22, model : Samsung A 5 2017, İmei **********55231, Tel: 055-417- 40-43, İmza, telefon özümə məxsusdur oğurluq deyil imzamla təsdiq edirəm, imza» sözləri olan X1 adına verilmiş AA******* seriyalı şəxsiyyət vəsiqəsinin kserosurəti 1 vərəqdə, üzərində «***-***-**-**, Samsung Note 9, telefon özümə məxsusdur, özüm satdım öz razılığımla imza» sözləri olan Təqsirləndirilən şəxs adına verilmiş AA******* seriyalı şəxsiyyət vəsiqəsinin kserosurəti 1 vərəqdə, üzərində «Xiomi Redmi N8 İMEİ **********0619, **********60617 nömrəli mobil telefon oğurluq deyil özümə məxsusdu imza Təqsirləndirilən şəxs» əlyazması olan Təqsirləndirilən şəxs adına verilmiş AA******* seriyalı şəxsiyyət vəsiqəsinin kserosurəti 1 vərəqdə və 01 ədəd 109302 nömrəli girov bileti cinayət işinin materiallarında saxlanılmalı, 1 ədəd «Samsung A12» markalı, **********47144 imei kodlu mobil telefon aparatı zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs3, 1 ədəd «Samsung A5» markalı, **********55231 və **********55239 İmei kodlu mobil telefon zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2, 1 ədəd «Samsung J3» markalı, **********35281 və **********35289 İmei kodlu mobil telefon aparatı iş üzrə zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 təhvil verilməsi nəzərə alınmalıdır. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Həmçinin iş üzrə təyin edilmiş 9/784 saylı xx.xx.2022-ci il tarixli və 9/136 saylı xx.xx.2023-cü il tarixli ekspert rəyləri sübut növü qismində qiymətləndirilməməsinə baxmayaraq, hazırkı cinayət işi üzrə keçirildiyindən məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc - Təqsirləndirilən şəxs tutulmalıdır. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5-ci maddəsi ilə təqsirli bilinərək 2 il (iki il) müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu andan, yəni 16 oktyabr 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc - cəmi 100 (yüz) manat Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış “Tarix: xx.xx.2022, mənə aid olan Redmi 10A markalı telefonu özüm satdım, şəxsi telefonumdu, yarana biləcək problemə cavabdehəm, ***-***-**-**, Redmi A10/64GB» əlyazması olan Təqsirləndirilən şəxs adına verilmiş AA******* seriyalı şəxsiyyət vəsiqəsinin kserosurəti 1 vərəqdə, üzərində «Tarix: 10.10.22, model : Samsung A 5 2017, İmei **********55231, Tel: 055-417- 40-43, İmza, telefon özümə məxsusdur oğurluq deyil imzamla təsdiq edirəm, imza» sözləri olan X1 adına verilmiş AA******* seriyalı şəxsiyyət vəsiqəsinin kserosurəti 1 vərəqdə, üzərində «***-***-**- **, Samsung Note 9, telefon özümə məxsusdur, özüm satdım öz razılığımla imza» sözləri olan Təqsirləndirilən şəxs adına verilmiş AA******* seriyalı şəxsiyyət vəsiqəsinin kserosurəti 1 vərəqdə, üzərində «Xiomi Redmi N8 İMEİ **********0619, **********60617 nömrəli mobil telefon oğurluq deyil özümə məxsusdu imza Təqsirləndirilən şəxs» əlyazması olan Təqsirləndirilən şəxs adına verilmiş AA******* seriyalı şəxsiyyət vəsiqəsinin kserosurəti 1 vərəqdə və 01 ədəd 109302 nömrəli girov bileti cinayət işi materiallarında saxlanılsın, 1 ədəd «Samsung A12» markalı, **********47144 imei kodlu mobil telefon aparatının zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs3, 1 ədəd «Samsung A5» markalı, **********55231 və **********55239 İmei kodlu mobil telefon aparatının zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2, 1 ədəd «Samsung J3» markalı, **********35281 və **********35289 İmei kodlu mobil telefon aparatının iş üzrə zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 təhvil verilməsi nəzərə alınsın. Cinayət işi materiallarına əlavə edilmiş müşahidə kameraları tərəfindən qeydə alınmış görüntüləri özündə əks etdirən 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi qızına ödənilmək üçün 180 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 6 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar