Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-272/2022 12.10.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxx 1982-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, iki uşağı olan, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi, dalan 2, ev 2-də qeydiyyatda olmaqla yaşamış, 16 fevral 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 18 fevral 2021-ci il tarixdə tutmadan azad olunaraq barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, 28 mart 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 30 mart 2022-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə əldə edib daşımaqla saxlamış və satmış, bundan başqa, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarında artıq miqdarda narkotik vasitə əldə edib daşımaqla saxlamışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq ümumi təmiz çəkisi 0,171 qram narkotik vasitə heroini əldə edib, daşımaqla saxlamış, 16 fevral 2021-ci il tarixdə həmin narkotik vasitə heroini 20 manat pul müqabilində tanışı X1, Nizami RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı 16 fevral 2021-ci il tarixdə saat 23 radələrində Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi, döngə 2 ünvanında X8 şübhəli şəxs qismində saxlanılaraq ünvan 1 ünvanında yerləşən Nizami RPİ-nə gətirilib orada üzərində şəxsi axtarış aparılarkən əynindəki yaşıl rəngli gödəkcəsinin sağ yan cibindən “Rotmans” markalı siqaret qutusunun içərisində 02 ədəd bükümdə tərkibindəki komponentlərinə və xarici əlamətlərinə görə eyni olan ayrı-ayrılıqda təmiz çəkiləri 0,077 qram və 0,094 qram, ümumi təmiz çəkisi 0,171 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, 27 mart 2022-ci il tarixdə şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən sonuncunun mobil telefon vasitəsilə nömrəsinə göndərdiyi elektron kart hesabına 20 manat pul köçürməklə satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd bükümdə ümumi təmiz çəkisi 0,377 qram narkotik vasitə heroini qanunsuz olaraq şəxsiyyəti istintaqa məlum olmayan şəxs tərəfindən qabaqcadan qoyulması təşkil edilmiş, ünvan 3 ünvanında yerləşən “Sevinc” kinoteatrının yaxınlığından götürüb əldə edərək, yaşadığı ünvan 4 ünvanına daşıyaraq saxlamış, Nizami RPİ-nin 25-ci polis şöbəsində barəsində olan axtarış işi üzrə, polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 28 mart 2022-ci il tarixdə saat 10 radələrində yaşadığı ünvan 4 ünvanına keçirilmiş baxış zamanı mənzilin zirzəmisində 01 ədəd bükümdə təmiz çəkisi 0,377 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, üzərində heroin izləri olan 01 ədəd elektron tərəzi, 03 ədəd falqa kağız, 01 ədəd kağız borucuq və 01 ədəd lampa aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələri ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 4 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda ailəsi ilə birlikdə yaşayır. 28 mart 2022-ci il tarixdə yaşadığı evin qarşısında olan zaman 2 nəfər mülki geyimli polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim etmiş və onun guya X5 narkotik vasitə satması ilə bağlı olan iş üzrə barəsində axtarış elan olunduğunu bildirmişlər. Bununla bağlı söhbətləri zamanı ona verilən suallara cavab olaraq polis əməkdaşlarına özünün narkotik vasitələrin istifadəçisi olduğunu və yaşadığı mənzilin zirzəmisində özünə məxsus olan yerdə “kakos” adı ilə tanıdığı narkotik vasitə heroin saxladığını bildirmişdir. Daha sonra video çəkiliş aparılmaqla yaşadığı mənzilə baxış keçiriləcəyi bildiriləndə buna etirazı olmamış, polis əməkdaşları onun yaşadığı mənzilin zirzəmisinə baxış keçirmişlər. Orada saxladığı “kakos” adı ilə tanıdığı narkotik vasitə heroini polis əməkdaşlarına təqdim etmişdir. Onun təqdim etdiyi narkotik vasitəyə polis əməkdaşları baxış keçirmiş, sonra qablaşdırıb möhürləyərək ekspert müayinəsinə göndərmişlər. Təxminən 4 il müddətdir ki, narkotik vasitə istifadəçisidir və şəxsi istifadəsi üçün əldə edib saxladığı narkotik vasitə heroini 27 mart 2022-ci il tarixdə “instagram” sosial şəbəkəsində tanış olduğu və anket məlumatlarını ona verməyən şəxslə əlaqə saxlayaraq “kakos” adı ilə tanıdığı narkotik vasitə almaq istədiyini bildirmiş, həmin şəxs isə ona kart hesabı verərək pulu oraya yükləməsini və xəbər gözləməsini demişdir. O, həmin şəxsin dediyi hesaba 20 manat pul yükləmiş və ondan xəbər gözləmişdir. Təxminən 2 saat sonra həmin şəxs onunla yenə sosial şəbəkə vasitəsilə əlaqə saxlayaraq metronun “Qara Qarayev” stansiyasının yaxınlığında yerləşən “Sevinc” kinoteatranın yaxınlığında çörəkbişirmə sexinin qarşısında küknar ağacının altına “Vest” siqaret qutusunun içinə qoyduğunu və gedib oradan götürə biləcəyini demişdir. O, həmin yerə getmiş, orada ona deyilən yerdə siqaret qutusunun olduğunu görüb götürmüş və içərisində “kakos” adı ilə tanıdığı narkotik vasitə olduğunu görmüşdür. Bundan başqa o, 16 fevral 2021-ci il tarixdə saat 23:00 radələrində Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi, döngə 2 ünvanında tanışı X5 2 ədəd ağ kağızda olan bükümdə narkotik vasitə olan heroin vermişdir. Bir qədər sonra polis əməkdaşları onu saxlayaraq Nizami rayon polis idarəsinə aparmışlar, bildirilmişdir ki, Orxana narkotik vasitə satdığına görə saxlanılmışdır. Lakin, o, Orxana narkotik vasitəni satmamışdır. Orxanın əvvəldən ona 35 manat borcu olmuş və narkotik vasitəni ondan alandan sonra Orxan ona borclu olduğu 35 manat pulu vermişdir. Ona görə narkotik vasitənin satışı ilə bağlı verilmiş ittihamla razı deyil, həmin hissədə özünü təqsirli bilmir. Orxana verdiyi narkotik vasitə heroini təxminən 1-2 gün əvvəl Maştağa qəsəbəsində tanımadığı şəxsdən 25 manata özü qəbul etmək üçün almış, bir hissəsini özü qəbul etmişdir. Təqsirləndirilən şəxs ifadəsinin sonunda narkotik vasitə əldə edərək saxladığına görə əməlindən səmimi peşman olduğunu, himayəsində iki azyaşlı uşağı olduğunu nəzərə alaraq, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 25-ci polis şöbəsinin cinayət axtarışı üzrə baş əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, 28 mart 2022-ci il tarixdə barəsində Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə 80235/22 nömrəli axtarış işi olan Təqsirləndirilən şəxs tutulması məqsədilə məxfi əməkdaşdan məlum olmuşdur ki, Təqsirləndirilən şəxs hazırda yaşadığı ünvan 4 ünvanındadır. Tərəflərindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı həmin ünvanda tutulan zaman etiraf etmişdir ki, yaşadığı evin zirzəmisində şəxsi istifadəsi üçün heroin hesab olunan narkotik vasitə vardır. Bu səbəbdən də 25-ci polis şöbəsinin əməliyyat qrupunu hadisə yerinə dəvət etmişlər. 28 mart 2022-ci il tarixdə Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək müdafiəçinin iştirakı olmadan mənzilinə və üzərinə şəxsi axtarış keçirilməsinə etirazı olmadığını göstərmişdir. 28 mart 2022-ci il tarixdə saat 10:00-dan etibarən onun, 25-ci polis şöbəsinin təhqiqatçısı Sadiq Həsənovun, cinayət axtarışı üzrə əməliyyat müvəkkili Şahid3, sahə inspektoru Şahid1 və şübhəli şəxs Təqsirləndirilən şəxs iştirakı ilə çəkiliş aparılmaqla, hüquq və vəzifələri izah olunduqdan sonra sonuncunun yaşadığı ünvan 4 ünvanının zirzəmisinə baxış keçiriən zaman zirzəmidə olan otaqdakı masanın üzərində 01 ədəd qəhvəyi rəngli şəffaf sellofana bükülmüş spesifik qoxuya sahib, şəxsin deməsinə görə narkotik vasitə heroinə bənzər maddə, 03 ədəd üzərində yanmış, qaralmış izlər olan gümüşü rəngli kağız, 01 ədəd kağızdan hazırlanmış boru, 01 ədəd gümüşü rəngli elektron tərəzi, 01 ədəd təyinatı üzrə istifadə edilməyən arxası çıxarılmış lampa cinayət təqibi üzrə sübut əhəmiyyəti kəsb etdiyindən götürülərək 02 ədəd içərisi boş zərfin içərisinə qoyularaq qablaşdırılıb, DİN-in “Zərflər üçün” 165 saylı möhürü ilə möhürlənib götürülmüşdür. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə yaşadığı evin zirzəmisində baxış keçirilmiş, lakin heç bir qeyri-qanuni əşya aşkar edilməmişdir. Sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs 01 ədəd qəhvəyi rəngli şəffaf sellofana bükülmüş, içərisində spesifik qoxuya sahib maddənin “kakos” kimi bildiyi narkotik vasitə heroin olduğunu bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs yaşadığı evin zirzəmisinə əlavə baxış keçirilmiş, lakin heç bir qeyri-qanuni əşya aşkar edilməmişdir. Bundan sonra protokol tərtib olunaraq imzalarla təsdiqlənmiş, eyni zamanda mobil telefon vasitəsi ilə çəkiliş aparılmışdır. Həyata keçirilən əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs qarşı hər hansı qanunsuz hərəkətə yol verilməmiş, təzyiq göstərilməmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 25-ci polis şöbəsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili Şahid3 Zahir oğlu və həmin polis şöbəsinin polis sahə inspektoru Şahid1, Şahid2lə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, o, üzərindən aşkar olunmuş narkotik vasitəni Təqsirləndirilən şəxs almamışdır. Yalnız Elçinə borclu 30 manat pulu ona vermişdir. Saxlanılan vaxt ona təzyiq göstərildiyinə, döyüldüyünə görə demişdir ki, Elçinə pul verərək ondan narkotik vasitə almışdır. Şahid X2 ibtidai istintaqda verdiyi ifadəsi ilə məhkəmə baxışında verdiyi ifadə arasında əhəmiyyətli ziddiyyət olduğundan, Azərbaycan Respublikası CPM-nin 327.1 və 329.1-ci maddələrinə əsasən onun 31 dekabr 2021-ci il tarixdə verdiyi ifadəsi, eyni zamanda onun Təqsirləndirilən şəxslə üzləşmə protokolunu elan edilmişdir. Şahid həmin ifadələrində göstərmişdir ki, 16 fevral 2021-ci il tarixdə özü istifadə etmək üçün tanışı Elçin adlı şəxsdən iki ədəd ağ kağızda olan bükümdə heroin almışdır. 16 fevral 2021-ci il tarixdə saat 23 radələrində Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi, döngə 2-nin yaxınlığında polis əməkdaşları tərəfindən saxlanılaraq Nizami rayon polis idarəsinə gətirilmişdir. Polis idarəsində xidməti otaqların birində polis əməkdaşlarının iştirakı ilə video çəkiliş aparılaraq onun üzərinə baxış keçirilmiş, baxış zamanı polis əməkdaşları ona üzərində qeyri-qanuni hər hansı bir əşya varsa könüllü təqdim etməyi bildirmişlər. O, əynindəki yaşıl rəngli gödəkçəsinin sağ yan cibindən 2 ədəd bükümü polis əməkdaşlarına təqdim etmiş və üzərindən aşkar olunaraq götürülmüş bükümdəkilərin heroin olduğunu, həmin maddəni şəxsi istifadəsi üçün tanışı Elçindən 20 manata aldığını bildirmişdir. İfadəsində narkotik vasitəni 20 manata aldığını bildirdiyi halda, Təqsirləndirilən şəxs 30 manat verdiyi barədə göstərməsini onunla izah etmişdir ki, narkotik vasitəni 20 manata almış, 10 manat isə Elçinə olan borcunu qaytarmışdır. Şahid X8 məhkəmə iclasında elan olunmuş həmin ifadəsi ilə razılaşmasa da, sualları cavablandırarkən qeyd olunan əməlinə görə təqsirli bilinərək məhkum edilmişdir, hazırda cəzaçəkmə müəssisəsində cəza çəkir, barəsindəki hökmdən şikayət verməmişdir, polisdə ona təzyiq göstərən, döyən şəxslərin kimliyi barədə bilmir, sonrakı müddətdə bununla bağlı hər hansı orqana şikayət etməmişdir. Məhkəmə şahid X2 məhkəmə iclasında verdiyi ifadəsinə münasibətdə qeyd edir ki, həmin şəxs üzərində şəxsi axtarış aparılan zaman, habelə verdiyi ifadələrində işin faktiki halları ilə uyğunluq təşkil edən ifadələr vermişdir. Lakin, nəzərə alınmalıdır ki, X8 özünün törətdiyi cinayət əməli ilə bağlı azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir, ona görə onun hazırda belə ifadə verməsi, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunmasına nail olmağa yönəlmiş hərəkət kimi qiymətləndirilməklə məhkəmə tərəfindən nəzərə alınmır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 16 mart 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından X5 dövriyyəsi qadağan edilən narkotik vasitə satmış Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmışdır. (İ cild i.v. 1-2) - 17 fevral 2021-ci il tarixli qərardan görünür ki, “Elçin” adlı şəxsdən 20 manat müqabilində narkotik vasitə olan heroin alaraq üzərində saxlayaraq daşıyan X2 barəsində toplanmış material üzrə Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələri ilə ********* nömrəli cinayət işi başlanmışdır. (İ cild i.v. 3) - 16 fevral 2021-ci il tarixli tarixli protokoldan görünür ki, həmin tarixdə şübhəli şəxs kimi saxlanaraq Nizami RPİ-nə gətirilmiş X2 üzərində videoçəkiliş vasitəsilə axtarış aparılmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl X5 üzərində və bədənində qanunla qadağan edilmiş əşyalar varsa könüllü təqdim etməsi təklif olunmuş, X8 əynindəki yaşıl rəngli gödəkcəsinin sağ yan cibindən göy rəngli “Rotmans” siqaret qutusunun içərisində olan 2 ədəd bükümü təqdim edərək həmin bükümlərin içərisində narkotik vasitə heroin olduğunu, təqdim etdiyi 2 ədəd bükümdə olan narkotik vasitə heroini 16 fevral 2021-ci il tarixdə ünvan 7 ünvanda Elçin adlı şəxsdən 20 manat pul verib özü istifadə etmək üçün aldığını bildirmişdir. X2 təqdim etdiyi içərisində qəhvəyi rəngli, toz halında spesifik iyə malik olan maddə sübut əhəmiyyətinə malik olduğundan götürülərək zərfə qoyulub qablaşdırılmış və Azərbaycan Respublikası DİN-nin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənmişdir. Şəxsi axtarış zamanı X2 üstündən sübut əhəmiyyəti ola biləcək heç nə aşkar edilməmiş, bu barədə müvafiq protokol tərtib olunaraq bütün iştirakçılar tərəfindən imzalanmışdır. (İ cild i.v. 12-13) - 16 fevral 2021-ci il tarixli tarixli protokoldan görünür ki, həmin tarixdə şübhəli şəxs kimi saxlanaraq Nizami RPİ-nə gətirilmiş Təqsirləndirilən şəxs üzərində videoçəkiliş vasitəsilə axtarış aparılmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs üzərində və bədənində qanunla qadağan edilmiş əşyalar varsa könüllü təqdim etməsi təklif olunmuş, lakin o, üzərində qanunla qadağan olunmuş heç nə olmadığını bildirmiş, habelə sorğu zamanı o, 16 fevral 2021-ci il tarixdə Nizami rayonu, M.X.Şərifli küçəsi, döngə 2 ünvanında tanışı Orxan adlı şəxsə iki ədəd ağ kağızın içərisində olan bükümü verdiyini, sonuncunun isə ona əvvəlcədən borclu olduğuna görə 35 manat pul verdiyini demişdir. (İ cild i.v. 15-16) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 17 fevral 2021-ci il tarixli 6/688 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində saxlanılan şəxs X2 üzərindən aşkar edilən maddi sübut yazısı olan zərfdə, üzərində “Rotmans” yazısı olan siqaret qutusundakı 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,077qr və 0,094 qram, ümumi çəkisi 0,171 qram qəhvəyi rəngli tozşəkilli maddələr tərkibindəki komponentlərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. (İ cild i.v. 49-52) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsin Ambulator Məcburi-Narkoloji tibbi yoxlamasının 21 may 2022-ci il tarixli 1565 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 140-141) - 28 mart 2022-ci il və 04 may 2022-ci il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanına baxış keçirilərkən yaşadığı evin zirzəmisində olan otaqdakı masanın üzərində 01 ədəd qəhvəyi rəngli şəffaf sellofana bükülmüş spesifik qoxuya sahib, narkotik vasitə heroinə bənzər maddə, 03 ədəd üzərində yanmış qaralmış izlər olan gümüşü rəngli kağız, 01 ədəd kağızdan hazırlanmış boru, 01 ədəd gümüşü rəngli elektron tərəzi, 01 ədəd təyinatı üzər istifadə edilməyən arxası çıxarılmış lampa cinayət təqibi üzrə sübut əhəmiyyəti kəsb etdiyindən götürülərək 02 ədəd içərisi boş zərfin içərisinə qoyularaq qablaşdırılmış, DİN-in “Zərflər üçün” 165 saylı möhürü ilə möhürlənib götürülmüşdür. Həmçinin, saxlanılan Təqsirləndirilən şəxs üzərinə yaşadığı mənzilə baxış keçirilmiş, lakin heç bir qeyri-qanuni əşya aşkar edilməmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs 01 ədəd qəhvəyi rəngli şəffaf sellofana bükülmüş, içərisində spesifik qoxuya sahib maddənin “kakos” kimi bildiyi narkotik vasitə heroin olduğunu bildirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs yaşadığı evin zirzəmisinə baxış keçirilmiş, lakin qeyriqanuni heç bir əşya aşkar edilməmişdir. Baxış zamanı qeydə alınmış videogörüntülərin köçürüldüyü 01 ədəd diskə baxış zamanı 28 mart 2022-ci il tarixli protokolda qeyd olunanların öz təsdiqini tapdığı müəyyən olunmuşdur. (İ cild i.v. 229-230, İİ cild i.v. 49) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 28 mart 2022-ci il tarixli 6/1668 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №165” dairəvi möhür əksi olan iki ədəd zərfdə olan; - üzərində “Vətəndaş Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar edilmiş...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,377 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, üzərində - “Vətəndaş Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar edilmiş...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə olan bir ədəd elektron tərəzidə, üç ədəd falqa kağızında, bir ədəd borucuq formasında kağızda, bir ədəd lampada narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəklində olduğu üçün çəkisini müəyyən etmək mümkün olmadı. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Qeyd: heroinin təmiz çəkisi 0,377 qram olmuş, tədqiqata 0,05 qram sərf edilmiş, 0,327 qram qalığı qalmışdır. (İİ cild i.v. 5-8) - 29 mart 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş təmiz çəkisi 0,377 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 01 ədəd elektron tərəzi, 03 ədəd falqa kağızı, 01 ədəd borucuq formasında kağız və 01 ədəd lampa maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonrakı qalıq 0,327 qram narkotik vasitə heroin, 01 ədəd elektron tərəzi, 03 ədəd falqa kağızı, 01 ədəd borucuq formasında kağız və 01 ədəd lampa saxlanılmasından ötrü Nizami RPİ-nin maddi sübutların saxlama kamerasına qəbzlə təhvil verilmişdir. (İİ cild i.v. 43-44) - 24 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələri ilə elan edilmiş ittiham dəyişdirilmədən saxlanılmış, şəxsi axtarış və götürmə zamanı çəkilmiş videogörüntülər olan bir ədəd DVD disk maddi sübut hesab edilmiş və iş materiallarına əlavə edilməsi nəzərə alınmış, cinayət işinin materiallarından Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitənin mənbəsini müəyyən etmək faktına görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ayrıca icraata material ayrılmışdır. (i.v. 74-83) -Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 22 iyul 2022-ci il tarixli 1(007)-179/2022 nömrəli hökmünün surətindən görünür ki, X8 Azərbaycan Respublikası CM-nin 180.2.4 və 234.1-ci maddələri ilə təqsirli bilinib, CM-nin 66.2 və 69.3-cü maddələrinə əsasən qəti olaraq 03 il 05 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökmlə aidiyyəti hissədə müəyyən edilmişdir ki, X8 16 fevral 2021-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi, döngə 2 ünvanında tanışı Təqsirləndirilən şəxs 20 manat pul verib sonuncudan satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq təmiz çəkisi 0,171 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib üstündə saxlayaraq daşımış, 16 fevral 2021-ci il tarixdə Nizami RPİ-nin NMB-nin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılaraq üzərində şəxsi axtarış aparılan zaman qeyd olunan narkotik vasitə aşkar olunaraq götürülmüşdür. Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. Habelə, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 4-cü 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, ... narkotik vasitənin qanunsuz əldə edilməsi dedikdə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək, qeyd edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş narkotik vasitənin mənbəyinin müəyyən edilməsi faktının araşdırılması məqsədi ilə ibtidai istintaq zamanı material ayrılmışdır və nəticəsindən asılı olaraq hüquqi qiymət veriləcəkdir. Məhkəmə, dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün qismən etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, məhkəmə ekspertizalarının rəyləri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələri ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim və ya andlı iclasçılar qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə verilmiş ittiham üzrə özünü təqsirli bilməməsini onun hüququ kimi qəbul edir və bununla bağlı dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Təqsirləndirilən şəxsin və müdafiəçisinin irəli sürdüyü dəlillər məhkəmə tədqiqi zamanı hərtərəfli, tam və obyektiv araşdırılmışdır, müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə etdiyi narkotik vasitəni qanunsuz olaraq X5 verdiyini etiraf etsə də, narkotik vasitəni pul müqabilində satmadığını, həmin vaxt Orxanın ona öz borcunu qaytarmaq məqsədi ilə pul verdiyini bildirmişdir. Hansı ki, bunun əsası yoxdur, irəli sürülmüş ittihamın əsaslı olması işin faktiki halları ilə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyi təsdiq edildiyi halda bəraət hökmü çıxarılmalıdır. Lakin məhkəmə tədqiqi zamanı Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə bəraət verilməsi üçün Azərbaycan Respublikası CPM-nin 42ci maddəsində nəzərdə tutulmuş əsaslar məhkəmə iclasında müəyyən edilməmişdir, əksinə, müəyyən edilmişdir ki, sözügedən cinayət hadisəsi baş vermişdir; əməldə cinayət tərkibi vardır; cinayətin törədilməsinə məhz Təqsirləndirilən şəxs aidiyyəti olmuşdur və onun bu cinayət hadisəsində təqsirliliyi sübuta yetirilmişdir, hansı ki, məhkəmə bununla bağlı dəlillərini yuxarıda kifayət qədər əsaslandırmışdır. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 234.1 və 234.2-ci maddələrinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - həmin maddədə nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur, bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 17 fevral 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs kimi tutulmuşdur, azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, 16 fevral 2022-ci il saat 23:00-dan o, tutulmuş hesab edilmişdir. (İ cild i.v. 39) - 18 fevral 2021-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami rayon prokuroru tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqda məhkəməyə təqdimat verilməsinə dair Nizami RPİ-nin istintaq şöbəsinin müstəntiqinin vəsatətinin müdafiə edilməsindən imtina olunmuşdur. (İ cild i.v. 100-101) - 18 fevral 2021-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami RPİ-nin istintaq şöbəsinin müstəntiqi tərəfindən Təqsirləndirilən şəxs müvəqqəti tutulmadan azad edilmiş, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (İ cild i.v. 107-108) - 28 mart 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (İ cild i.v. 39) - 30 mart 2022-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddəti 02 ay 14 gün həddində müəyyən edilmiş, həbsetmənin əvvəli 28 mart 2022-ci il tarixdən hesablanmışdır. (İİ cild i.v. 38-42) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 24 may 2022-ci il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 14 noyabr 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə təqsirli bilinib, 02 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 11 iyul 2016-cı il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin 20 may 2016-cı il tarixli Amnistiya Qərarının 1.2ci bəndinə əsasən cəzasının qalan hissəsindən azad edilmişdir. (İ cild i.v. 182-184, İİ cild i.v. 50-51) -Məhkəməyə təqdim edilmiş şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, X3 16 avqust 2008-ci il tarixdə, X6 18 yanvar 2011-ci il tarixdə doğulmuşlar. Məhkəmə Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinin tələbləri baxımından qeyd edir ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxs hesab edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələri ilə törətdiyi əməllər həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, təyin ediləcək həmin cəzaları CM-nin 66.2-ci maddəsinə əsasən qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs üzərində qəti müddətə azadlıqdan məhrum etmə cəzasının müəyyən edilməsi məqsədəmüvafiqdir. Məhkəmənin qənaətinə görə, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu, həbsdə saxlanıldığı və ev dustaqlığında saxlanıldığı müddətlər onun həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı işlə bağlı 16 fevral 2021-ci il tarixdən 18 fevral 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət, azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmaqla, üzərində qəti müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı isə sonuncu dəfə 28 mart 2022-ci il tarixdə tutulduğu vaxtdan hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən hesab edir ki, qəsdən törədilmiş az ağır cinayətə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli olan Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olduğundan onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış baxış və götürmə aparılmasının video görüntülərinin əks olunduğu bir ədəd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı, Təqsirləndirilən şəxs aşkar edilərək götürülməklə Nizami RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilən, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,327 qram olan narkotik vasitə heroin, o cümlədən həmin yerə təhvil verilən 01 ədəd elektron tərəzi, 03 ədəd falqa kağızı, 01 ədəd borucuq formasında kağız və 01 ədəd lampa məhv edilməlidir; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə, Ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə qeyd edir ki, müstəntiqin qərarı əsasında dövlət hesabına dəvət edilmiş Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X7 məhkəməyədək icraat zamanı iştirak edərək təqsirləndirilən şəxsə hüquqi yardım göstərmişdir, həmin müddət 40 iş saatı müddətinə bərabər tutulduğundan, (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla həmin müdafiəçiyə əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Məhkəmənin qərarı əsasında isə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi məhkəmə icraatı zamanı iştirak edərək təqsirləndirilən şəxsə hüquqi yardım göstərmişdir, həmin müddət 30 iş saatı müddətinə bərabər tutulduğundan, yuxarıda qeyd olunan qaydada hesablanmaqla həmin müdafiəçiyə əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-nin 234.1-ci maddəsi ilə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 234.2-ci maddəsi ilə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş həmin cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 16 fevral 2021-ci il tarixdən 18 fevral 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılıb, üzərində qəti olaraq 03 (üç) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 28 mart 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut qismində tanınmış baxış və götürmə aparılmasının video görüntülərinin əks olunduğu bir ədəd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın, Təqsirləndirilən şəxs aşkar edilərək götürülməklə Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,327 qram olan narkotik vasitə heroin, 01 ədəd elektron tərəzi, 03 ədəd falqa kağızı, 01 ədəd borucuq formasında kağız və 01 ədəd lampa məhv edilsin. Məhkəmə məsrəfi olan 65 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 40 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə müdafiəçi X4 müvafiq hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı vəkil bürosu vasitəsi ilə 240 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı 30 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı vəkil bürosu vasitəsi ilə 180 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-272/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-272/2022
12.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver