Məhkəmə qərarları › İş №1(007)-272/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-272/2023

20.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-272/2023 20.09.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Səfərov Rəşad Ramazan oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs qanuni nümayəndəsi – Qanuni nümayəndə, müdafiəçi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, təqsirləndirilən şəxs – xx.xx.1950-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, orta ixtisas təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 153.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs cinsi ehtirasını təmin etmək üçün 2022-ci ilin noyabr ayının əvvəllərində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 69 nömrəli evin, 69 nömrəli mənzilində fərdi olaraq təşkil etdiyi dərnəkdə rəsm dərsi alan on altı yaşına çatmayan, xx xxxxxx 2007-ci il təvəllüdlü Zərərçəkmiş şəxs əli ilə cinsi orqanına toxunmaqla, həmçinin 2022-ci ilin noyabr ayının sonlarında Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 69 nömrəli evin, 69 nömrəli mənzilində Zərərçəkmiş şəxs qucaqlayıb özünə tərəf çəkərək əli ilə sinə nahiyəsində süd vəzilərinə toxunmaqla sonuncuya qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər törətmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 153.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, uzun illər rəsm müəllimi işləmiş, 2015-ci ildən təqaüdə çıxmışdır. Təqaüdə çıxdıqdan sonra yaşadığı evin yaxınlığında yerləşən “Uğur Akademiyası” adlı kursda rəsm müəllimi işləməyə başlamışdır. 2019-cu ildə ölkədə baş verən “Covid-19” pandemiyası ilə əlaqədar olaraq kurslar bağlanmış, bir neçə il işsiz qaldıqdan sonra 2021-ci ilin sentyabr ayından o, yoldaşı İnnaya məxsus ünvan 2 ünvanında rəsm dərsləri keçməyə başlamışdır. Zərərçəkmiş şəxs oktyabr ayında anası ilə onun yanına kursa yazılmağa gəlmişdir. Onun yanına dərsə gələnlərin hamısı tanış və dostlarının uşaqları idi. Hər qrupda 3-4 nəfər olurdu, onlar ailə kimi idilər. Yanına gələn uşaqlara hər bir şeyi izah etsə də rəssamlıq bacarıqlarının olmadığını görürdü, lakin Müjganın əl qabiliyyətini görəndə anlamışdır ki, istedadlıdır və bunu onun anasına da demişdir. Müjgan Akademiyaya qəbul olmaq istədiyindən ona müxtəlif qrafik işləri vermiş, hər dərs onu tərifləmişdir. Bir müddətdən sonra Müjgan dərsə vaxtında gəlməməyə, gecikməyə başlamışdır. Bir dəfə onun içəri daxil olduğunu görüb əli ilə onu saxlamağa çalışmış, ondan bu saatda, hamının evə getdiyi vaxtda niyə dərsə gəldiyini soruşmuşdur. Müjgan kiməsə hədiyyə verəcəyini, kətan üstündə rəsm çəkəcəyini bildirmiş və içəri keçib əyləşərək rəsm çəkməyə başlamışdır. Uşaqların əl işlərini yoxlayan zaman onun başını aşağı salıb rəsm çəkdiyini görmüş, yaxınlaşaraq ondan “mənə acıq eləmisən” soruşmuşdur. Əlini Müjganın boynunun altına salaraq boynunu qaldırmış və başından öpərək oturub rəsmini çəkməsini və onun xətrini nə qədər çox istədiyini bildirmiş, sonra uşaqların yanına gedərək işlərini yoxlamışdır. Müjgan heç nə deməyərək dərsdən sonra getmiş və sonra dərsə gəlməmişdir. Müjgana rəsm çəkməyinə kömək edəndə, taxta lövhəni onun qucağından götürəndə ola bilsin ki, əli Müjganın ayağına dəymişdir. O, Müjgana qarşı hər hansı bir əxlaqsız hərəkət etməmişdir, onu nəvəsi kimi gördüyü üçün, həmçinin talantlı bir rəssam kimi qiymətləndirdiyi üçün öpmüşdür. Onun 74 yaşı var. Polisdə verdiyi izahatı eynəyi olmadığına görə oxumadan imzalamışdır. Barəsində olan cinayət işi üzrə ona bəraət verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri aşağıdakılarla təsdiq olunur. Məhkəmə baxışında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, rəsm çəkməyi sevdiyi üçün anası ilə birlikdə rəsm müəllimi axtarmışlar. Tanışlarının çoxu Hacı adlı müəllimin yaxşı olduğunu dedikləri üçün o, anası ilə birlikdə Hacı müəllimin dərs dediyi ünvan 3 ünvanına gedib müəllimlə danışmışlar. Həftədə iki dəfə Hacı müəllimin dərs dediyi ünvan 2 ünvanına getmişdir. Dərsdə ondan başqa tanımadığı 4-5 nəfər qız tələbələr də olmuşdur. Onların dərsi təxminən 2 saat davam etmiş, dərsə o, təxminən saat 14 radələrində getmişdir. Sentyabr ayında o, 8 dərs Hacı müəllimin yanına getmiş, Hacı müəllim ona qarşı heç bir şübhəli və ya pis hərəkətlər etməmişdir. Bundan sonra oktyabr ayında hər dərs olmasa da, lakin bir neçə dərsdə Hacı müəllim guya ona rəsm çəkməyinə düzəlişlər edirmiş kimi onun yanında əyləşərək əlini onun çiyninə qoyaraq onu qucaqlamış, onun bu hərəkətləri niyə etdiyini başa düşməmişdir. Hacı müəllim bu hərəkətləri edərkən dərsdə digər şagirdlər də olmuş, lakin onların görüb-görmədiyini bilmir. Bundan sonra noyabr ayında dərsə gələndə Hacı müəllim giriş-çıxış qapısında dayanıb əlləri ilə qapını tutub onu içəri buraxmayaraq, onu qucaqlamamış dərsə buraxmayacağını bildirmişdir. O, da niyə bunu etdiyini bilmədiyindən yanından keçmək istədikdə onun içəri girməsinə imkan verməmişdir. Axırda onu tutub qucaqlayıb üzündən öpdükdən sonra içəri buraxmışdır. Həmin vaxtlarda o, lövhəni dizinin üstünə qoyub rəsm çəkən zaman Hacı müəllim ona guya rəsm öyrədirmiş kimi yanına oturub əli ilə onun ayağını sığallamışdır. O, da sərt reaksiya verdikdə əlini tez çəkmişdir. Noyabr ayının sonlarında dərsə gəlib işlərini görmüş və ayaq üstə durub lövhədə rəsm çəkmişdir. Dərsdə də həmin vaxtı tanımadığı şagirdlər də olmuşdur. Anidən Hacı müəllim arxadan onu qucaqlayaraq iki əli ilə sinəsini tutub sıxmağa başlamışdır. Bundan sonra o, əli ilə Hacı müəllimi itələmiş, lakin Hacı müəllim onu buraxmamış, o da ayağı ilə Hacı müəllimin ayağının üstünə vurmuşdur ki, geri çəkilsin. Bundan sonra Hacı müəllim ondan geri çəkilməmiş, onu daha çox sıxmışdır. Sonra digər şagird çağırdıqdan sonra onu buraxmışdır. O, qışqırıb onu özündən ayırmaq istəsə də, şagirdlərdən utandığı üçün heç bir səs çıxartmamışdır. Bundan sonra bir daha dərsə getmək istəməmişdir. Anasından qorxduğu üçün bu barədə xalasına danışmış, anası biləndən sonra şikayət etmişdir. Bir gün Hacı müəllim dərsdən onunla birlikdə çıxaraq onların həyətlərinə qədər gəlmişdir. Şahid2 qanuni nümayəndəsi məhkəmənin elektron ünvanına ərizə göndərərək Şahid2 istintaqda verdiyi ifadəsini təsdiq etdiyini və məhkəmə iclaslarının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Şahid2 ibtidai istintaqda verdiyi ifadəsində bildirmişdir ki, o, Təqsirləndirilən şəxs tanıyır. Həmin şəxs ona rəsm dərsi keçmişdir. O, Hacı müəllimi rəfiqələri vasitəsilə tanımış, rəfiqələri də Hacı müəllimin yanına dərsə getmişlər. Özü 101 nömrəli orta məktəbin 11-ci sinif şagirdidir, rəssamlıq Akademiyasına hazırlaşdığı üçün rəsm dərsindən hazırlığa getmək qərarına gəlmiş, buna görə də Hacı müəllimin yanına dərs keçdiyi ünvan 4 ünvanına getmişdir. Onun dərs günləri həftənin 1-ci və 5-ci günündə saat 11-də olmuş, dərs zamanı otaqda 4-5 nəfər şagird olmuş, Fərid adlı oğlan tələbədən başqa bütün tələbələr qızlar olmuşdur. Hacı müəllim hamıya eyni qayğını və mehribançılığı göstərmişdir. O, Hacı müəllimin yanına dərsə həftədə iki dəfə getsə də, yaxşı öyrənməsi üçün əlavə dərslərə getmişdir. Zərərçəkmiş şəxs tanımır, sentyabr-dekabr ayları ərzində Hacı müəllimin yanına dəsrə getmiş, Hacı müəllimin kiməsə qarşı hər hansı qeyri-etik hərəkətlər və ya hər hansı bir şübhəli hərəkətlər etdiyinin şahidi olmamışdır. Şahid4 qanuni nümayəndəsi məhkəməyə teleqram vuraraq Şahid4 istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Şahid4 ibtidai istintaqda verdiyi ifadəsində bildirmişdir ki, o, Təqsirləndirilən şəxs tanıyır. Həmin şəxs ona rəsm dərsi keçmişdir. O, 2018-ci ildən rəsm dərsi ilə bağlı qabiliyyət imtahanına hazırlaşdığı üçün yaşadığı evin yaxınlığında yerləşən “Tufan” adlı kursa getmişdir. Həmin dövrdən Hacı müəllimi tanımış, bir müddət sonra həmin kursun adı dəyişilərək “Uğur Akademiyası” olmuşdur. “Covid-19” pandemiyası ilə əlaqədar olaraq kurs bağlanmış, bundan sonra onlar Hacı müəllimin yanına, dərs keçdiyi ünvan 4 ünvanına getmişlər. Hacı müəllimin yanına dərsə 2018-ci ildən 2022-ci ilin iyun ayına qədər həftədə iki dəfə rəsm dərsinə getmişdir. Dərs zamanı 4-5 nəfər şagird olmuş, Hacı müəllim hamıya eyni qayğını və mehribançılığı göstərmişdir. Zərərçəkmiş şəxs tanıyır, onlar birlikdə rəsm dərsindən hazırlığa getməmişlər. Sadəcə o, özü də 210 nömrəli məktəbdə aşağı sinifdə oxumuşdur. Müjganla birlikdə rus dilindən hazırlığa getdiyi üçün oradan Müjganı tanıyırmış, lakin yaxın münasibəti olmamışdır. Hacı müəllimin kiməsə qarşı hər hansı qeyri-etik hərəkətlər və ya hər hansı bir şübhəli hərəkətlər etdiyinin şahidi olmamış, lakin Hacı müəllim əlini onun çiyninə qoymuş, əlindən və ayağından tutmuşdur. Dərsə gecikdikdə qapının girişində dayanıb içəri buraxmırmış kimi etsə də, o, və tələbələr kənardan qaçıb dərsə girirmişlər. Lakin “gəl səni qucaqlayım sonra buraxım” deyə bir sözlər dediyini eşitməmiş, bunları əxlaqsız hərəkət kimi başa düşməmiş, ola bilər ki, Hacı müəllim bütün bu etdiklərini pis mənada eləsə də, o, bunları pis başa düşməmişdir. Şahid3 məhkəməyə ərizə verərək istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, başqa əlavəsinin olmadığını və məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Şahid3 ibtidai istintaqda verdiyi ifadəsində bildirmişdir ki, o, Təqsirləndirilən şəxs tanıyır. Həmin şəxs ona rəsm dərsi keçmişdir. O, Hacı müəllimi rəfiqələri vasitəsilə tanımış, rəfiqələri də Hacı müəllimin yanına dərsə getmişlər. Özü 70 nömrəli orta məktəbdə 11-ci sinif şagirdidir. Memarlıq və İnşaat Universitetinə dizayner fakültəsinə hazırlaşdığı üçün hazırlığa getmək qərarı vermişdir. Buna görə də, Hacı müəllimin yanına, dərs keçdiyi ünvan 4 ünvanına getmişdir. Onun dərs günləri həftənin 3-cü və 7-ci günündə olmuşdur. Dərs zamanı 4-5 nəfər şagird olmuş, bütün tələbələr qızlar olmuş, Hacı müəllim hamıya eyni qayğını və mehribançılığı göstərmişdir. Zərərçəkmiş şəxs tanımır, yəqinki onunla dərs vaxtları bir olmamışdır. Oktyabr-dekabr ayları ərzində Hacı müəllimin yanına dərsə getmiş, Hacı müəllimin kiməsə qarşı hər hansı qeyri-etik hərəkətlər etməsini görməmiş, lakin Hacı müəllim dərsdə şagirdlərə rəsm çəkməyi başa salarkən, əlini şagirdlərin ayağına və çiyninə qoymuşdur. O, bunları tam olaraq başa düşməmiş, çünki Hacı müəllim yaşlı olduğu üçün ondan qeyri-etik hərəkətlər etməsini gözləməmişdir. Şahid1 məhkəmənin elektron ünvanına ərizə göndərərək istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, heç bir əlavəsinin olmadığını bildirmiş və məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Şahid1 istintaqda verdiyi ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, həmin şəxs ona rəsm dərsi keçmişdir. O, Hacı müəllimi rəfiqələri vasitəsilə tanımış, rəfiqələri də Hacı müəllimin yanına dərsə getmişdir. Özü dizayner ixtisası üzrə Qərbi Kaspi kollecində təhsil alır, rəsm çəkməyə marağı olduğu üçün, həmçinin hazırlaşdığı Qərb Universitetinin qabiliyyət imtahanında rəsm çəkməkdən imtahan götürüldüyü üçün hazırlığa getmək qərarı vermiş və buna görə də Hacı müəllimin yanına dərs keçdiyi ünvan 4 ünvanına getmişdir. Onun dərs günləri həftənin 1-ci və 4-cü günündə olmuş, dərs zamanı 4-5 nəfər şagird olmuş, bütün tələbələr qızlar olmuşdur. Hacı müəllim hamıya eyni qayğını və mehribançılığı göstərmişdir. O, Hacı müəllimin yanına həftədə iki dəfə getsə də, yaxşı öyrənməsi üçün əlavə dərslərə gəlməsini bildirmişdir. O, isə özünün digər dərsləri olduğu üçün əlavə Hacı müəllimin yanına gedə bilməmişdir. Zərərçəkmiş şəxs tanıyır, onunla münasibəti olmasa da birlikdə eyni günlər dərsə gəlmişdir. Amma çox vaxt Müjgan dərsə gec gəlmişdir. Oktyabr-noyabr ayları ərzində Hacı müəllimin yanına dərsə getmiş, Hacı müəllimin kiməsə qarşı hər hansı qeyri-etik hərəkətlər və ya hər hansı bir şübhəli hərəkətlər etdiyinin şahidi olmamışdır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanması və icraata qəbul olunması haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 153.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. - tutma haqqında 20 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 153.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli olduğuna görə tutulmuşdur. - yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxsə qanuni nümayəndənin təyin edilməsi haqqında 21 dekabr 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Qanuni nümayəndə yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs qanuni nümayəndəsi təyin olunmuşdur. - zərərçəkmiş şəxs qismində tanımaq haqqında 21 dekabr 2022-ci il tarixli qərardan görünür ki, yetkinlik yaşına çatmamış xx.xx.2007-ci il təvəllüdlü Zərərçəkmiş şəxs qismində tanınmışdır. - təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 153.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. - qətimkan tədbirinin seçilməsi və MSY-dən azad edilməsi barədə xx.xx.2022-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və Nizami RPİ-nin MSY-dən azad edilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 X7 canlı şəxsin ekspertizasına dair xx.xx.2022-ci il tarixli, 1184 saylı rəyin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində xəsarət və ya xəsarət izi aşkar edilməmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X7 kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasına dair xx.xx.2022-ci il tarixli, 3474 saylı rəyin nəticə hissəsindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törədən zaman xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik qeyd edilməyib, halhazırda hər hansı psixi xəstəlik aşkar edilmir,. barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur, ictimai təhlükəli əməli törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs baş vermiş hadisələri, iş üçün əhəmiyyətli olan halları adekvat olaraq qavramaq, yadda saxlamaq, yada salmaq və ifadə vermək qabiliyyətinə malikdir, cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edəcək hər hansı dəyişiklik yaranmamışdır. Zərərçəkmiş şəxsin hərəkətləri nəticəsində Təqsirləndirilən şəxs fizioloji affekt və digər psixi-emosional hallar yaranmamışdır. Təqsirləndirilən şəxs əqli intellektual imkanları, fərdi psixoloji vəziyyəti və psixi emosional durumu normaya uyğundur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 X7 canlı şəxsin ekspertizasına dair xx.xx.2022-ci il tarixli, 1056 saylı rəyin nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs xarici cinsiyyət üzvündə onun cinsi əlaqəyə girə bilməsinə mane ola biləcək hər hansı bir anomaliya və patologiya aşkar edilmədi, lakin Təqsirləndirilən şəxs cinsi qabiliyyətini təsdiq edən əlamətlər mənfidir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X7 kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasına dair xx.xx.2023-cü il tarixli, 221 saylı rəyin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs əvvəllər və hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir, qərarın təsviri hissəsində göstərilən əməl zamanı onda hər hansı psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmamışdır, həmçinin o, öz hərəkətlərini ölçüb-biçmək və ona qarşı törədilənləri düzgün qavrayıb təsvir etmək iqtidarındadır Zərərçəkmiş şəxs hazırki psixi vəziyyətinə görə ifadə vermək və baş verənləri düzgün qavrayıb təsvir edə bilmək iqtidarındadır, qərarın təsviri hissəsində göstərilən hadisə zamanı onun şüuruna və fəaliyyətinə təsir göstərə biləcək emosional vəziyyətdə olmamışdır. Zərərçəkmiş şəxs ünsiyyətçillik, adaptivlik, konfliktə və mübahisəyə meyilli olmamaq və s. kimi fərdi-psixi xüsusiyyətlərə malikdir, yaş xüsusiyyətləri və intellektual inkişafı nəzərə alınmaqla, onunla edilən hərəkətlərin xarakter və mənasını anlaya bilərdi, ona qarşı edilən hüquqazidd hərəkətlər zamanı psixi-emosional halında utanma, gərginlik yaranmışdır. Zərərçəkmiş şəxs qərarın təsviri hissəsində göstərilən hadisə zamanı özünün psixi yaş və fərdi-psixi xüsusiyyətlərindən, intellektual inkişafı və emosional halından asılı olaraq müqavimət göstərmək qabiliyyətinə malik olmuşdur. Zərərçəkmiş şəxs əqli inkişafında psixi xəstəliyi ilə əlaqədar olmayan gerilik əlamətləri aşkar olunmamışdır. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 153.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsinə dair ifadəsi özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirilir və ifadəsində göstərdiyi xüsusatlar məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təkzib olundu. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 153.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığı üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl az ağır cinayət hesab olunur. Həmin Məcəllənin 10.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 №li qərarında göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsini, evli olmasını, yaşını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulan ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmamaqla barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Buna görə də, məhkəmə ona əməlinin törədildiyi zaman qüvvədə olan cinayət qanununa əsasən əməlinin tövsif olunduğu maddənin sanksiyası hüdudlarında islah işləri cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, yəni 2 gün həbsdə saxlanılması həbsdə saxlamanın bir gününü islah işləri cəzasının dörd gününə hesablayaraq nəzərə alınmalıdır. Azərbaycan Respublikasının CPM-nin 346.1.20, 346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı; cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs əmək haqqından dövlət nəfinə ilk tutulmanın aparıldığı tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 153.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iştirak etdiyi müddət 60 iş saatı müddətinə bərabər olduğundan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 360 (üç yüz altmış) manat (60x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin (cinayət əməlinin törədildiyi zaman qüvvədə olan) 153.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində hər ay qazancından dövlət nəfinə 15 % məbləğində pul tutulmaqla 2 (iki) il müddətinə islah işləri cəzası təyin edilsin və cəzasını iş yeri üzrə çəksin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 2 gün həbsdə saxlanılması nəzərə alınmaqla həbsdə saxlamanın bir gününü islah işləri cəzasının dörd gününə hesablayaraq üzərində hər ay qazancından dövlət nəfinə 15 % məbləğində pul tutulmaqla 1 (bir) il 11 (on bir) ay 22 (iyirmi iki) gün müddətinə islah işləri cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs əmək haqqından dövlət nəfinə ilk tutulmanın aparıldığı tarixdən hesablansın. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs 60 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi 360 (üç yüz altmış) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar