Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-272/2025 08.08.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Vəliyeva Nazlı Eldar qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs (X1), Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxx 1993-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Yasamal rayonu, Ə.Salamzadə küçəsi, ev 5də qeydiyyatda olan, Bakı şəhəri Nərimanov rayonu, Montin qəsəbəsi, Daş Karxanası küçəsi, ev 208-də yaşayan, 24 mart 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 25 mart 2024-cü il tarixdə tutmadan azad olunaraq barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs mağazaya qanunsuz daxil olmaqla özgə əmlakını gizli olaraq talamışdır. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 17 mart 2024-cü il tarixdə, saat 01 radələrində Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi Bakı şəhəri Nizami rayonu, Q.Qarayev prospekti, 115 ünvanında yerləşən saxlanc yeri hesab olunan “Qala” adlı mobil telefonların və aksessuarların satışı mağazasının dam örtüyünü fiziki güc tətbiq etməklə sındırıb tavandan qanunsuz olaraq həmin mağazaya daxil olaraq mağazanın vitrinində olan “X8 Unique Combination” markalı dəyəri 90 manat olan 01 ədəd smart saat, 80 manat dəyərində olan “Ansty SW-01” markalı 01 ədəd smart saat, 50 manat dəyərində olan 01 ədəd “Unique Combination” markalı smart saat, 35 manat dəyərində olan 01 ədəd “Ansty SW-02” markalı smart saat, bir ədədinin qiyməti 55 manat, ümumi dəyəri 110 manat olan “Advance Media” markalı 128GB həcmli 02 ədəd yaddaş kartı, 35 manat dəyərində “San Disk” markalı 64GB həcmli 01 ədəd yaddaş kartı, bir ədədinin qiyməti 20 manat, ümumi dəyəri 60 manat olan “İconix-SE 13” markalı 16GB həcmli 03 ədəd yaddaş kartı, bir ədədinin qiyməti 15 manat, ümumi dəyəri 30 manat olan “İconix” markalı 8GB həcmli 02 ədəd yaddaş kartı, bir cütünün qiyməti 30 manat, ümumi dəyəri 120 manat olan 04 cüt “Apple” markalı telefon qulaqcıqları, 80 manat dəyərində 01 cüt “Borfone” markalı telefon qulaqcığı, bir cütünün qiyməti 60 manat, ümumi dəyəri 120 manat olan 02 cüt “Borfone” markalı telefon qulaqcığı, bir cütünün qiyməti 35 manat, ümumi dəyəri 280 manat olan 08 cüt “Borfone” markalı telefon qulaqcığı, bir cütünün qiyməti 15 manat, ümumi dəyəri 30 manat olan 02 cüt “Ansty” markalı E-012 modelli naqili telefon qulaqcığı, bir cütünün qiyməti 12 manat, ümumi dəyəri 72 manat olan 06 cüt ağ şəffaf rəngli naqilli telefon qulaqcığı, bir cütünün qiyməti 8 manat, ümumi dəyəri 24 manat olan 03 cüt K-S6 markalı naqilli telefon qulaqcığı, 01 ədəd 35 manat dəyərində olan üzərində “67W Xiaomi” yazıları olan telefon adapteri, 990 manat dəyərində İMEİ kodu **********26285 olan 01 ədəd “Samsung A54” markalı mobil telefon, 850 manat dəyərində İMEİ kodu **********78903, **********88910 olan 01 ədəd “Honor X9b” markalı mobil telefon və 500 manat dəyərində İMEİ kodu **********95958 olan “Samsung A 54” markalı mobil telefonu və 181 manat nağd pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 3968 manat dəyərində maddi ziyan vuraraq oğurluq etmişdir. Bu hərəkəti ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, heç bir yerdə işləmir, bəzən mövsümlə əlaqədar tələbat yarandıqda elektrik, həmçinin santexnik işləri üçün ayrı-ayrı vətəndaşlara xidmət edir. Buna baxmayaraq həm gec-gec işə çıxdığı üçün maddi sıxıntısı olduğundan, həm də 28 fevral 2024-cü il tarixdə rəhmətə getmiş anası Sevda Bağırovanın qəbir üstü daşını düzəltdirə bilmədiyindən oğurluq etmək qərarına gəlmiş, oğurluq məkanını isə Bakı şəhəri Nizami rayonu, Q.Qarayev prospekti, 115 ünvanında yerləşən “Qala” telefon mağazası olaraq seçmişdir. Buna səbəb isə həmin mağazadan təxminən bir il əvvəl “Redmi Note 7” markalı mobil telefon üçün qoruyucu örtük və üzlük alarkən həmin mağazada telefon və aksessuar çeşidlərinin çox olduğunu görmüş, eyni zamanda həmin mağazanın oğurluq etmək üçün əlverişli olduğunu özündə yəqin etmişdir. Lakin telefon dükanından oğurluq planını 16 mart 2024-cü il tarixdə qurmuşdur, çünki qarşıdan onun anasının 40 mərasimi gəldiyindən, həmçinin anasının qəbirüstü daşını düzəltdirə bilmədiyindən həmin oğurluq hadisəsini törətmək qərarına gəlmişdir. 17 mart 2024-cü il tarixdə, saat təxminən 00:00 radələrində yaşadığı evdən çıxaraq yaxınlıqda dayanmış markasını bilmədiyi taksi avtomobilinə əyləşərək qeyd edilən ünvana yola düşmüş, evdən çıxarkən mağazanın kamerasının olduğunu bildiyindən özü ilə şərf və rezin əlcək də götürmüşdür. Şərfi sifət nahiyəsini bağlamaq üçün, rezin əlcəyi isə əl-barmaq izlərinin düşməməsi üçün götürmüşdür. 17 mart 2024-cü il tarixdə, təxminən saat 01 radələrində həmin telefon mağazasının qarşına çatmış, taksi sürücüsünə iki manat pul verərək avtomobildən düşmüş, ac olduğundan əvvəlcə bir qədər kənarda yerləşən dönərxanada dönər alıb yemiş, daha sonra həmin mağazaya yaxınlaşmışdır. Həmin vaxt hava soyuq olduğundan üzünü şərflə örtmüş, mağazanın ön hissəsindən içəri daxil olmayaraq mağazanın arxa tərəfinə keçmiş, arxa tərəfdən isə mağazanın yerdən hündürlüyü təxminən 1 metr olduğundan divarla dırmaşaraq mağazanın dam örtüyünə çıxmış, orada əlinə rezin əlcəkləri taxaraq dəmir şiferi əli ilə dartıb çıxarmış, şiferi çıxartdıqdan sorra lambirini qıraraq içəri tullanmışdır. İçəri daxil olduqdan sonra əvvəlcə kameranın elektrik naqilini çıxardaraq söndürmüş, daha sonra vitrinlərə yaxınlaşmış, həmin vitrinlərin üzərində açar olduğundan onları açmış, əvvəlcə vitrinin içərisinə qoyulmuş 1 ədəd “Honor X9b” markalı, 2 ədəd “Samsung A54” markalı mobil telefonları, daha sonra digər vitrinlərdən 11 ədəd qulaqcıq, 1 ədəd mobil telefon adapteri, 3 ədəd USB enerji naqili, 05 ədəd yaddaş kartı və 02 ədəd smart saatı gizli yolla oğurlayıb mağazada olan 2 ədəd sellofan torbaya yığmış, mağazadan çıxanda stolun üstündə olan kağızın altına qoyulmuş 10 manat pulu da götürmüş, masanın üzərinə çıxaraq tavana qalxıb mağazanı tərk etmiş, daha sonra yoldan keçən markasını bilmədiyi taksi avtomobilinə əyləşib oranı tərk edərək izi itirmək üçün əvvəlcə “Ağ şəhər” istiqamətində getmiş, oradan başqa bir avtomobilə əyləşərək yaşadığı evə getmişdir. Evə gedəndə həmin vaxt qardaşı yatdığından heç nə görməmiş, oğurladığı əşyaların bir hissəsini divanın altında, qalan hissəsini isə yorğan-döşəyin arasında gizlətmişdir. Oğurladığı əşyaların bir qismini təhqiqat zamanı təqdim etmiş, evdə gizlətdiyi əşyaların bir qismini isə qardaşı Bəhruz birlikdə yaşadıqları evdə aşkar edərək istintaqa təqdim etmişdir. O, oğurluğu tək başına etmiş, evə gəldikdən sonra oğurluq etdiyi üçün peşman olmuşdur. İlk dəfə oğurluq etmişdir. Oğurladığı bütün əşyaları qaytarmışdır. Təqsirləndirilən şəxs son sözündə ümumi ittiham üzrə dəymiş ziyanın 3968 manat olduğunu qəbul edərək zərərçəkmiş şəxsə vurduğu maddi ziyanı ödəyib onunla barışıq əldə etdiyini, əməlindən səmimi peşman olduğunu göstərmiş və bu halları nəzərə alaraq, ona yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs (X2) ifadəsində göstərmişdir ki, o, təxminən 3 il olar ki, Bakı şəhəri Nizami rayonu, Q.Qarayev prospekti, 115 ünvanında fəaliyyət göstərən “Qala Telecom” mobil telefon və aksessuarları satışı mağazasını icarə əsasında işlədir, həmin mağazada mobil telefonlar, mobil telefon aksessuarları kimi əşyaların satışını həyata keçirir. 16 mart 2024-cü il tarixdə saat 20 radələrində o, həmin mağazanı bağlayıb evə getmiş, 17 mart 2024-cü il tarixdə saat 08:30-da işə gələn zaman mağazanın dəmir barmaqlığının bağlı olduğunu, lakin tavanın sökülmüş halda olduğunu görmüş, mağazanın pəncərəsindən baxan zaman mağazanın içərisinin dağınıq halda olduğunu görmüşdür. Mağazanın kilidini açmadan Azərbaycan Respublikası DİN-in 102 Xidməti Zəng Mərkəzinə zəng edərək hadisə barədə məlumat vermiş, məlumat verdikdən bir neçə dəqiqə sonra polis əməkdaşları hadisə yerinə gəlmiş və onlarla birlikdə mağazaya daxil olmuşlar. Mağazaya baxış keçirən zaman vitrinlərin açıq halda olduğunu və ortada olan vitrindən 990 manat dəyərində İMEİ kodu **********26285 olan 01 ədəd “Samsung A 54” markalı mobil telefon, 850 manat dəyərində İMEİ kodu **********78903, **********88910 olan 01 ədəd “Honor X9b” markalı mobil telefon, 500 manat dəyərində işlənmiş vəziyyətdə İMEİ kodu **********95958 olan 01 ədəd “Samsung A54” markalı mobil telefon, 90 manat dəyərində “X8 Unique Combination” markalı 01 ədəd smart saat, 80 manat dəyərində “Ansty SW-02” markalı 01 ədəd smart saat, 50 manat dəyərində “Unique Combination” markalı 01 ədəd smart saat, 40 manat dəyərində olan 01 ədəd “Ansty SW-01” markalı smart saat, bir ədədinin qiyməti 55 manat, ümumi dəyəri 110 manat olan 128GB həcmli 02 ədəd yaddaş kartı, 35 manat dəyərində 64 GB həcmli 01 ədəd yaddaş kartı, bir ədədinin qiyməti 20 manat, ümumi dəyəri 60 manat olan 16GB həcmli 03 ədəd yaddaş kartı, 15 manat dəyərində 8GB həcmli 01 ədəd yaddaş kartı, 10 manat dəyərində 4 GB həcmli 01 ədəd yaddaş kartı, 35 manat dəyərində “67W Xiaomi” markalı telefon adapteri, 50 manat olan dəyərində 01 cüt “Borfone VV 10" modelli qulaqcıq, 80 manat dəyərində 1 cüt “Borfone BW 52” markalı qulaqcıq, bir cütünün qiyməti 35 manat, ümumi dəyəri 140 manat olan 03 cüt “Borafone BW 03” markalı naqilsiz qulaqcıq, 50 manat dəyərində 1 cüt BW 31 markalı naqilsiz qulaqcıq, 40 manat dəyərində 1 cüt BW 25 markalı naqilsiz qulaqcıq, 50 manat dəyərində 1 cüt Baseus markalı naqilsiz qulaqcıq, 35 manat dəyərində 01 cüt “Oraimo” markalı naqilsiz qulaqcıq, 35 manat dəyərində 01 cüt “İ 88 macron” markalı naqilsiz qulaqcıq, bir cütünün qiyməti 30 manat, ümumi dəyəri 120 manat olan 04 cüt “Apple” markalı naqilsiz qulaqcıq, 40 manat dəyərində 01 ədəd “Samsung” markalı naqilli qulaqcıq, 25 manat dəyərində 01 ədəd “Ansty E-012” markalı naqilli qulaqcıq, 15 manat dəyərində 01 ədəd “K-S6” markalı naqilli qulaqcıq, bir ədədinin qiyməti 12 manat, ümumi qiyməti 72 manat olan 04 ədəd şəffaf qutuda olan naqilli qulaqcıq, 10 manat dəyərində 01 ədəd mobil telefon kabeli, bir ədədinin qiyməti 50 manat, ümumi qiyməti 100 manat olan üzərində “Lighting Cable” sözləri yazılmış 02 ədəd mobil telefon kabeli 60 manat dəyərində üzərində “Charger Cable” sözləri yazılmış 01 ədəd mobil telefon kabeli və 181 manat nağd pulunun oğurlanmasını aşkar etmişdir. İş üzrə ekspertiza rəyi verilərkən istintaq zamanı aşkar edilməmiş malların qiyməti də nəzərə alınmamış, digər malların qiyməti isə az göstərilmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 3968 manat maddi ziyan dəymişdir. Həmçinin, mağazanın tavan hissəsinin dağılması nəticəsində ona təxminən 300 manat dəyərində maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs (X2) 04 iyul 2025-ci il tarixdə məhkəməyə ərizə verərək Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödədiyini, təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayəti və tələbi olmadığını bildirmiş, növbəti məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, qardaşı Təqsirləndirilən şəxs ilə birlikdə yaşayır, heç bir yerdə işləmir. Pərvizin oğurluq cinayəti törətməsindən xəbəri olmamışdır. 24 mart 2024-cü il tarixdə səhər saatlarında birlikdə kirayə yaşadıqları evə 24-cü polis şöbəsinin əməkdaşları gəlmiş, Pərvizin oğurluq cinayətində şübhəli olduğunu bildirərək onu polis şöbəsinə dəvət etmişlər. Həmin vaxt Pərviz divanın altından və yorğan-döşəkdə gizlətdiyi mobil telefon və digər aksessuarları təhvil vermişdir. Daha sonra o, evdə axtarış apararaq Pərvizin oğurladığı əşyaların qalan hisəsini aşkar edib könüllü olaraq polisə təhvil vermişdir. Pərvizin 17 mart 2024-cü il tarixdə oğurluq etməsindən xəbəri olmamışdır, sonradan ona məlum olmuşdur ki, həmin tarixdə Pərviz oğurladığı əşyaları onun yatdığı vaxt evə gətirərək gizlətmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 24 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 1) - 17 mart 2024-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin tətqiqatçısı tərəfindən Zərərçəkmiş şəxs (X2) və hal şahidlərinin iştirakları ilə oğurluq hadisəsinin baş verdiyi yerə baxış zamanı müəyyən edilmişdir ki, hadisə yeri Bakı şəhəri Nizami rayonu, Q.Qarayev prospekti, 115 ünvanında yerləşən “Qala” adlı telefon mağazası olmuşdur. (i.v. 9-14) - 17 mart 2024-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin təhqiqatçısı tərəfindən Bakı şəhəri Nizami rayonu, Q.Qarayev prospekti, 115 ünvanında yerləşən “Qala” adlı mobil telefonların və aksessuarların satışı mağazasında olan müşahidə kamerasının görüntüsünə mağazada olan monitor vasitəsilə baxış keçirilmiş, baxış zamanı əynində gödəkçə olan bir nəfər naməlum şəxsin mağazanın içərisinə daxil olması müşahidə olunmuşdur. Qeyd olunan görüntü təhqiqaqtçı tərəfindən 01 ədəd CD diskə köçürülmüş, sübut əhəmiyyəti kəsb etdiyindən götürülərək materiala əlavə edilmişdir. (i.v. 19-20) - 19 mart 2024-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin təhqiqatçısı tərəfindən Bakı şəhəri Xətai rayonunda yerləşən “Ağ şəhər” ərazisində fəaliyyət göstərən kioskda quraşdırılmış müşahidə kameralarının görüntülərinə qeyd olunan kioskun içərisində yerləşdirilmiş monitor vasitəsilə baxış keçirilərkən 17 mart 2024cü il tarixdə, saat 02:23-də ayağında ağ və qara rəngli idman ayaqqabısı, əynində açıq göy cins şalvar, qara rəngli qış gödəkcəsi, boynunda boz və ağ rəngli şərf, başında boz rəngli qış papağı, sifəti saqqallı və sol əlində iki ədəd sellofan torba olan şəxsin kioskun qarşısında yerləşdirilmiş soyuducudan bir ədəd dəmir bankada enerji içkisini götürərək ödənişini etdikdən sonra oradan uzaqlaşıb getməsi müşahidə olunmuşdur. (i.v. 24-25) - 19 mart 2024-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin təhqiqatçısı tərəfindən ünvan 2 ünvanında yerləşən marketdə quraşdırılmış müşahidə kameralarının monitoruna baxış keçirilərkən 17 mart 2024-cü il tarixdə, saat 02:36-da qara rəngli, damında sarı rəngli taksi işarəsi olan avtomobilin marketin qarşısında dayanması, avtomobilin arxa sağ qapısının açılaraq arxa oturacaqdan əllərində sellofan torbalar olan şəxsin enərək yaşayış evləri yerləşən məhəlləyə girərək gözdən itməsi müşahidə olunmuşdur. (i.v. 26-27) - 24 mart 2024-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin təhqiqatçısı tərəfindən Bakı şəhəri Xətai rayonunda yerləşən “Ağ şəhər” ərazisində fəaliyyət göstərən quraşdırılmış müşahidə kamerasının qeydə aldığı görüntüyə Təqsirləndirilən şəxs işitrakı ilə baxış keçirilərkən görüntüdə olan şəxsin özü olduğunu bildirmişdir. (i.v. 29) - 24 mart 2024-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin tətqiqatçısı tərəfindən ünvan 2 ünvanında yerləşən marketdə quraşdırılmış müşahidə kameralarının monitorunda marketin qarşısında quraşdırılmış müşahidə kamerasının qeydə aldığı görüntüyə Təqsirləndirilən şəxs işitrakı ilə baxış keçirilərkən görüntüdə olan şəxsin özü olduğunu bildirmişdir. (i.v. 30) - 24 mart 2024-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri Nizami rayonu, Q.Qarayev prospekti, 115 ünvanında yerləşən “Qala” adlı telefon mağazasından oğurluq hadisəsini törətmiş Təqsirləndirilən şəxs qeyd olunan mağazadan gizli talayıb yaşadığı ünvanda saxladığı İMEİ kodu **********7803 olan 01 ədəd “Honor X9B” markalı mobil telefonu, İMEİ kodu **********9958 dan 01 ədəd işlənmiş vəziyyətdə “Samsung A 54” markalı mobil telefon, 01 cüt “Baseus” markalı Encok W04 modelli naqilsiz qulaqcıq, 01 cüt “Borfone” markalı W10 modelli naqilsiz qulaqcıq, 01 cüt “Oraimo” markalı Air F9 pro2 markalı naqilsiz qulaqcıq, 01 cüt “İ88 macron” markalı naqilsiz qulaqcıq, 01 cüt “Samsung” markalı USB-C AKG markalı naqilli qulaqcıq, 01 cüt “Ansty” markalı E-12 modelli naqilli qulaqcıq, 04 cüt ağ rəngli şəffaf qutuda olan naqilli qulaqcıqlar, 01 cüt “K-S6” markalı ağ rəngli naqilli qulaqcıq, 01 ədəd qara rəngli kağız qutuda olan mobil telefon kabeli, 01 ədəd üzərində “USB-C to lightning Cabel 1m” sözləri yazılmış ağ rəngli qutuda olan mobil telefon kabeli, 1 ədəd üzərində “USB-C Charger Cabel 1m” sözləri yazılmış ağ rəngli qutuda olan mobil telefon kabeli, 01 ədəd üzərində “USB-C to lightning Cabel 1m” sözləri yazılmış sarı rəngli qutuda olan mobil telefon kabeli, 01 ədəd üzərində “narıncı rəngli iri hərflərlə 67W power adapter suit” sözləri yazılmış ağ rəngli qutuda olan mobil telefon adapteri, 01 ədəd “Samsung” markalı 16GB-lıq həcmdə olan flash kart, 01 ədəd “İconix SE-13” markalı super mini 16GB-lıq həcmdə olan flash kart, 01 ədəd “İconix” markalı 8GBlıq həcmdə olan flash kart, 01 ədəd “San Disk” markalı 4 GB-lıq həcmdə olan flash kart, 01 ədəd “Advance Media” markalı 16GB-lıq həcmdə olan OTG mobile USB flash kartı təqdim etmişdir. Təqdim edilmiş əşyalar maddi sübut olduğundan götürülmüşdür. (i.v. 34-36) - 24 mart 2024-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri Nizami rayonu, Q.Qarayev prospekti, 115 ünvanında yerləşən “Qala” adlı telefon mağazasından oğurluq hadisəsini törətmiş Təqsirləndirilən şəxs qeyd olunan mağazadan gizli talayıb yaşadığı ünvanda saxladığı 01 ədəd **********26285 İMEİ kodlu “Samsung A54” markalı mobil telefon, 01 ədəd “X8 UNİQUE CGMBİNATİON” markalı qutuda olan smart qol saatı, 01 ədəd “Ansty-SW-01” markalı qutuda olan smart qol saatı, 01 cüt “BW 25” markalı naqilsiz telefon qulaqcığı və 01 cüt “BW 31” markalı naqilsiz qulaqcıq Təqsirləndirilən şəxs qardaşı Şahid tərəfindən könüllü şəkildə təqdim edilmişdir. Həmin əşyalar maddi sübut olduğundan götürülmüşdür. (i.v 38-39) - 25 mart 2024-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılan zaman o, ittiham üzrə hadisə yerini əyani olaraq göstərib ifadəsində göstərilənləri bir daha təsdiq etmişdir. (i.v. 104-108) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 07 may 2024-cü il tarixli 9/2464 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş mobil telefon və aksesuarlarının qeyd olunan xüsusatları nəzərə alınmaqla 2024-cü ilin mart ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 2322,00 manat müəyyən edilir. (i.v. 134-138) - 15 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə elan edilmiş ittiham qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1, 180, 181 və 186-cı maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, Şahid barəsində cinayət təqibinin başlanması rədd edilmiş, oğurluq hadisəsi ilə əlaqədar olan görüntülər köçürülmüş 03 ədəd “DVD” disk maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilməsi nəzərə alınmış, Zərərçəkmiş şəxs məxsus İMEİ kodu **********7803 olan 01 ədəd “Honor X9B” markalı mobil telefonu, İMEİ kodu **********9958 olan 01 ədəd işlənmiş vəziyyətdə “Samsung A54” markalı mobil telefon, 01 cüt “Baseus” markalı Encok W04 modelli naqilsiz qulaqcıq, 01 cüt “Borfone” Markalı W10 modelli naqilsiz qulaqcıq, 01 cüt “Oraimo” markalı Air F9 pro2 markalı naqilsiz qulaqcıq, 01 cüt “İ88 macron” markalı naqilsiz qulaqcıq, 01 cüt “Samsung” markalı USB C AKG markalı naqilli qulaqcıq, 01 cüt “Ansty” markalı E-12 modelli naqilli qulaqcıq, 04 cüt ağ rəngli şəffaf qutuda olan naqilli qulaqcıq, 01 cüt “K-S6” markalı ağ rəngli naqilli qulaqcıq, 01 ədəd qara rəngli kağız qutuda olan mobil telefon kabeli, 01 ədəd üzərində “USB-C to lightning Cabel 1m” sözləri yazılmış ağ rəngli qutuda olan mobil telefon kabeli, 1 ədəd üzərində “USB-C Charger Cabel 1m” sözləri yazılmış ağ rəngli qutuda olan mobil telefon kabeli, 01 ədəd üzərində “USB-C to lightning Cabel 1m” sözləri yazılmış sarı rəngli qutuda olan mobil telefon kabeli, 01 ədəd üzərində “narıncı rəngli iri hərflərlə 67W power adapter suit” sözləri yazılmış ağ rəngli qutuda olan mobil telefon adapteri, 01 ədəd “Samsung” markalı 16GB-hq həcmdə olan flash kart, 01 ədəd “İconix SE-13” markalı super mini 16GB-lıq həcmdə olan flash kart, 01 ədəd “İconix” markalı 8GB-lıq həcmdə olan flash kart, 01 ədəd “San Disk” markalı 4 GB-lıq həcmdə olan flash kart, 01 ədəd “Advance Media” markalı 16GB-lıq həcmdə olan OTG mobile USB flash kartı, 01 ədəd **********26285 İMEİ kodlu “Samsung A54” markalı mobil telefon, 01 ədəd “X8 UNİQUE COMBİNATİON” markalı qutuda olan smart qol saatı, 01 ədəd “Ansty- SW-01” markalı qutuda olan smart qol saatı, 01 cüt “BW 25” markalı naqilsiz telefon qulaqcığı və 01 cüt “BW 31” markalı naqilsiz qulaqcıq maddi sübut kimi tanınmış və Zərərçəkmiş şəxs qaytarılmış, zərərçəkmiş şəxsin göstərdiyi qiymətlə məhkəməəmtəəşünaslıq ekspertizasının 07 may 2024-cü il tarixli rəyində göstərilən qiymət arasında ziddiyyət olduğundan cinayət işi üzrə dəymiş ziyanın zərərçəkmiş şəxsin ifadəsində göstərdiyi kimi qiymətləndirilməklə 3968 manat kimi qəbul edilmiş, Təqsirləndirilən şəxs ifadəsində Zərərçəkmiş şəxs məxsus digər əmlakları və 181 manat pulu oğurlamadığını bildirməsi öz müdafiəsi üçün gətirdiyi dəlil kimi qiymətləndirilmiş və istintaq zamanı təsdiqini tapmadığı üçün rədd edilmişdir. (i.v. 151-160) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il tarixli Qərarına əsasən qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. Oğurluq, soyğunçuluq və quldurluq cinayəti törətmiş şəxsin əməlinin “yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olmaq” əlaməti ilə tövsif edilməsi məsələsi həll edilərkən, məhkəmələr təqsirli şəxsin həmin yerlərdə hansı məqsədlə olmasını, həmçinin onun özgə əmlakına yiyələnmək qəsdinin hansı anda meydana gəlməsini aydınlaşdırmalıdır. Şəxs cinayət niyyəti olmadan oraya hüquqamüvafiq qaydada daxil olmuşsa, lakin sonra o, oğurluq, soyğunçuluq və ya quldurluq cinayəti törətmişsə, o zaman onun əməlində “daxil olma” əlaməti yoxdur. Şəxsin yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə qohumluğa və ya tanışlığa görə, zərərçəkmişin və ya əmlakı mühafizə edən şəxsin razılığı ilə daxil olması, yaxud onun vətəndaşların azad girib-çıxa biləcəyi mağazanın ticarət zalında, ofisdə və digər yerlərdə olması qeyd edilən tövsifedici əlamətlərin mövcudluğunu istisna edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidi dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 177.2.3-cü maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 24 mart 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (i.v. 72-73) - 25 mart 2024-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami rayon prokuroru tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqda məhkəməyə təqdimat verilməsinə dair Nizami RPİ-nin istintaq şöbəsinin müstəntiqinin vəsatətinin müdafiə edilməsindən imtina olunmuş və onun Nizami RPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır. (i.v. 112-115) - 25 mart 2024-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami RPİ-nin istintaq şöbəsinin müstəntiqi tərəfindən Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 116-117) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 04 aprel 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu haqqında məlumat yoxdur. (i.v. 131-132) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanı ödəməklə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən 25 iyun 2003-cü il tarixli Qərarında həmçinin göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət əməli törətməsini, cəzasını yüngülləşdirən halın olmasını, cəzasını ağırlaşdıran halın isə olmamasını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq və cəmiyyətdən təcrid edilmədən islah olunmasının mümkün olması qənaətinə gələrək, hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmamaqla barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu, həbsdə saxlanıldığı və ev dustaqlığında saxlanıldığı müddətlər onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 202.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı müddətlər günlərlə hesablanarkən müddət birinci gün gecə saat 12-də başlayır və müddətin sonuncu günü gecə saat 12-də qurtarır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində 24 mart 2024-cü il tarixdə saat 07:30-da faktiki olaraq saxlanılaraq tutulmuş, 24 mart 2024-cü il tarixdə saat 10:00-dan saat 10:40-dək təqsirləndirilən şəxs qismində dindirildikdən, eləcə də həmin tarixdə saat 18:30-dan saat 18:50-dək ifadəsi yerində yoxlandıqdan sonra, barəsində qətimkan tədbiri məsələsinə baxılaraq müstəntiq tərəfindən barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, həmin vaxtadək tutmada olan təqsirləndirilən şəxs dərhal azad edilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin mənafeyinə uyğun olaraq onun tutulma müddəti 02 gün kimi qəbul edilməlidir. Bununla da, məhkəmə Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə, CM-nin 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs iş üzrə tutulduğu ümumilikdə 02 gün müddət, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin olunacaq cəzanın müddətindən çıxılaraq, təqsirləndirilən şəxsin üzərində qəti müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-3.1 və 51-2.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlığın məhdudlaşdırılması növündə cəzasını yaşayış yeri üzrə çəkməli və cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə müvafiq məhkəmə qərarı olmadan hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini, habelə gün ərzində Bakı və Sumqayıt şəhərlərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli olduğundan, onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış oğurluq hadisəsi ilə əlaqədar olan görüntülər köçürülmüş 03 ədəd “DVD” formatlı disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı, müvafiq əşyaların ibtidai istintaq zamanı zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmalıdır; CPMnin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından qərar əsasında dövlət hesabına dəvət olunmuş vəkilin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi xidmətlərə görə (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına və xx.xx.2025-ci il tarixli 141 saylı qərarla edilmiş dəyişikliyə əsasən hesablanaraq – 13 saat 6 manatdan, 23 saat 11 manatdan olmaqla) əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırkı iş üzrə 24 mart 2024-cü il tarixdən 25 mart 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, 04 (dörd) günə bərabər sayılmaqla təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılıb, üzərində qəti olaraq 01 (bir) 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə müvafiq məhkəmə qərarı olmadan hər gün saat 23:00dan növbəti gün saat 07:00-dək yaşayış yerini, habelə gün ərzində Bakı və Sumqayıt şəhərlərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut qismində tanınmış içərisində görüntülər olan 03 ədəd “DVD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın, İMEİ kodu **********7803 olan 01 ədəd “Honor X9B” markalı mobil telefonu, İMEİ kodu **********9958 olan 01 ədəd işlənmiş vəziyyətdə “Samsung A54” markalı mobil telefon, 01 cüt “Baseus” markalı Encok W04 modelli naqilsiz qulaqcıq, 01 cüt “Borfone” Markalı W10 modelli naqilsiz qulaqcıq, 01 cüt “Oraimo” markalı Air F9 pro2 markalı naqilsiz qulaqcıq, 01 cüt “İ88 macron” markalı naqilsiz qulaqcıq, 01 cüt “Samsung” markalı USB C AKG markalı naqilli qulaqcıq, 01 cüt “Ansty” markalı E-12 modelli naqilli qulaqcıq, 04 cüt ağ rəngli şəffaf qutuda olan naqilli qulaqcıq, 01 cüt “K-S6” markalı ağ rəngli naqilli qulaqcıq, 01 ədəd qara rəngli kağız qutuda olan mobil telefon kabeli, 01 ədəd üzərində “USB-C to lightning Cabel 1m” sözləri yazılmış ağ rəngli qutuda olan mobil telefon kabeli, 1 ədəd üzərində “USB-C Charger Cabel 1m” sözləri yazılmış ağ rəngli qutuda olan mobil telefon kabeli, 01 ədəd üzərində “USB-C to lightning Cabel 1m” sözləri yazılmış sarı rəngli qutuda olan mobil telefon kabeli, 01 ədəd üzərində “narıncı rəngli iri hərflərlə 67W power adapter suit” sözləri yazılmış ağ rəngli qutuda olan mobil telefon adapteri, 01 ədəd “Samsung” markalı 16GBhq həcmdə olan flash kart, 01 ədəd “İconix SE-13” markalı super mini 16GB-lıq həcmdə olan flash kart, 01 ədəd “İconix” markalı 8GB-lıq həcmdə olan flash kart, 01 ədəd “San Disk” markalı 4 GB-lıq həcmdə olan flash kart, 01 ədəd “Advance Media” markalı 16GB-lıq həcmdə olan OTG mobile USB flash kartı, 01 ədəd **********26285 İMEİ kodlu “Samsung A54” markalı mobil telefon, 01 ədəd “X8 UNİQUE COMBİNATİON” markalı qutuda olan smart qol saatı, 01 ədəd “Ansty-SW-01” markalı qutuda olan smart qol saatı, 01 cüt “BW 25” markalı naqilsiz telefon qulaqcığı və 01 cüt “BW 31” markalı naqilsiz qulaqcığın ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Məhkəmə məsrəfi olan 50 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən 331 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-272/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-272/2025
08.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver